Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "




Yüklə 292.76 Kb.
səhifə3/4
tarix29.02.2016
ölçüsü292.76 Kb.
1   2   3   4

VII. DÖVLƏT BORCU VƏ ONA XİDMƏT GÖSTƏRİLMƏSİ

 

7.1.Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.



Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

7.2.  Büdcə ili ərzində alınan və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən dövlət borcunun məbləği, istifadəsi və ona xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.

7.3.Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər Əsas məbləğ və faizlər tam və vaxtında həyata keçirilməlidir. Əsas məbləğ və faizlər kredit müqaviləsinə, yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.

7.4.Dövlət borcunun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

7.5.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır.

7.6.Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən dövlət zəmanətləri dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır.

7.7. Dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi üçün və imzalanmış müqavilələrdə hökumətin adından «Borcalan» və «Zəmanətçi» funksiyalarının icraçısı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdiyi üçün dövlət borcunun və dövlət zəmanətinin reyestri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır.

7.8. Dövlət borcunu yaradan müqavilələr müvafiq qaydada paraqraflandırıldıqdan sonra dövlət borcunun və dövlət zəmanətinin reyestrinə daxil edilir.

7.9. Azərbaycan Respublikasının borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumat müvafiq öhdəliyin rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil edilməlidir. Reyestrə öhdəliyin y aranma tarixi, qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə ödənişlər, öhdəliklərin təminatı formaları və sair barədə məlumatlar daxil edilir.

7.10. Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

7.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydlərin düzgün aparılmasını və reyestrdə elektron və kağız daşıyıcıların saxlanmasını təmin edir.

7.12. Dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadəni və onların vaxtında qaytarılmasını təmin etməyən, borc müqavilələrinin şərtlərini pozan şəxslər, Qanunla nəzərdə tutulmuş məlumatların verilməsinə görə cavabdeh olan şəxslər onların verilməməsinə (vaxtında verilməməsinə) və ya məlumatın təhrif olunması nəticəsində başqa şəxslərə zərər dəyməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

7.13. Dövlət borcunun uçotu onun qəbul olunmuş təsnifatının, istifadəsinin, faiz ödənişlərinin və borcun geri qaytarılmasının icmalını əhatə edir.

7.14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması məqsədi ilə borcalanlardan aylıq və rüblük hesabatlar alır. Hesabatda əks etdirilən məlumatların dürüstlüyünə görə hesabatı təqdim edən təşkilatın rəhbəri şəxsən məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

7.15. Azərbaycan Respublikasının dövlət borcunun həcminə və tərkibinə dair məlumat açıqdır və internet şəbəkəsində yerləşdirmə yolu ilə elan olunur. Bu məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin icrasına dair hazırlanan və qanunvericiliyə uyğun dərc edilən hesabatlara daxil edilir. Məlumatların dərc edilməli olduğu kütləvi informasiya vasitələrini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən edir.

7.16. Beynəlxalq maliyyə-kredit təşkilatlarında iştirak payı (səhm zərfi) və beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqı öhdəliklərinin uçotu müvafiq qaydada rəsmiləşdirilir.



VIII. DÖVLƏT BÜDCƏSİNİN NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

BÜDCƏSİ İLƏ, YERLİ BÜDCƏLƏRLƏ VƏ BÜDCƏDƏNKƏNAR DÖVLƏT

FONDLARI İLƏ QARŞILIQLI ƏLAQƏSİ

 

8.1. Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı əlaqə tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarmı bölüşdürmək prinsiplərinə uyğun qurulur.



8.2. Yerli büdcələrlə dövlət büdcəsi arasında qarşılıqlı büdcə münasibətləri aşağıdakı qaydada həyata keçirilir:

 

8.2.1.investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasət həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması;



8.2.2.yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayrılması;

8.2.3.qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin təmin edilməsi;

8.2.4.icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğlərinin bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi.

8.3.            Dövlət büdcəsindən, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və büdcədənkənar dövlət fondları tərəfindən birgə hazırlanmış və təsdiq olunmuş tədbirlər planı vasitəsilə həyata keçirilir. Tədbirlər planı mətbuatda dərc edilir.

 

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377)



2.       21 iyun 2005-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 548)

3.       23 fevral 2007-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 197)

4.       28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201)

5.       2 fevral 2008-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 105)

6.       16 sentyabr 2008-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 862)

7.       9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936)

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 2.9-cu, 2.19.2-ci, 2.19.3-cü, 3.6-cı, 5.14-cü, 5.25-ci və 5.27-ci bəndlərdə və 2.14-cü bəndin onuncu abzasında "büdcədən maliyyələşən" sözləri "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən" sözləri ilə əvəz edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 1.2-ci bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 1.1-ci bənddə "Qanununa" sözündən sonra "(bundan sonra - Qanun)" sözləri əlavə edilmişdir və 1.4-cü bənddə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Qanununa" sözü ilə əvəz edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.2-ci bənddən "makroiqtisadi" sözü çıxarılmışdır.

 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 2.3-cü bənddə "ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, büdcədənkənar dövlət fondlarına və digər aidiyyəti təşkilatlara tapşırıqların" sözləri "prosesində iştirak edən təşkilatlara (mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə, büdcə gəlirlərinin icrasını təmin edən orqanlara, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlara büdcədənkənar dövlət fondları və vergi ödəyicilərinə, zərurət yarandıqda bələdiyyələrə tapşırıqların (tövsiyələrin)" sözləri ilə əvəz edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.5-ci bənd aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq, cari ilin mart ayında Azərbaycan Respublikasının Maliyyə Nazir tərəfindən növbəti il üçün ilkin ortamüddətli büdcə proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və İqtisadi İnkişaf Nazirliyi tərəfindən investisiya proqramı tərtib edilir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.6-cı bəndin birinci cümləsində "proqnozu" sözündən sonra ", dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri" sözləri və "investisiya" sözündən əvvəl "dövlət" sözü əlavə edilmişdir.



 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 2.7-ci bənddə "büdcənin tərtibində iştirak endən təşkilatlara və büdcədənkənar dövlət fondlarına" sözləri "aidiyyəti üzrə büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara" sözləri ilə əvəz edilmişdir.

 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 2.9-cu bənddən "aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və" sözləri çıxarılmışdır.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.9-cu bəndə məzmunda ikinci abzas əlavə edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə2.10-cu və 2.11-ci bəndlərin doqquzuncu abzasında "funksional və iqtisadi təsnifatın" sözləri "gəlirlər təsnifatının" sözləri ilə əvəz edilmişdir.



 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 2.19-cu bənddə "Büdcədən maliyyələşdirilən" sözləri "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən" sözləri ilə əvəz edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.19.4-cü bənddə "proqramları" sözü "layihələri" sözü ilə əvəz edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.22-ci bənddə "üzrə ortamüddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları" sözləri "və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları və dövlət investisiya proqramı" sözləri ilə əvəz edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 2.3-cü bəndin üçüncü cümləsində, 2.4-cü və 2.23-cü bəndlərdə ismin müvafiq hallarında "proqram" sözü ismin müvafiq hallarında "proqnoz" sözü ilə əvəz edilmişdir.



 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 2.24-cü bənddə "təşkilatlardan" sözü "büdcə təşkilatlarından" sözləri ilə əvəz edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 3.1-ci bənddə "makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozuna" sözləri "dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlara" sözləri ilə əvəz edilmişdir.



 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 3.2-ci bənddə "və büdcədən maliyyələşən orqanlarla, o cümlədən" sözləri "orqanlarla və büdcə təşkilatları, həmçinin" sözləri ilə əvəz edilmişdir.

 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 3.3-cü bənddə "10" rəqəmi "15" rəqəmi ilə əvəz edilmişdir.



 

21 iyun 2005-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 548) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 3.4.2.12-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.4.12. Ehtiyat Fondunun məbləği;

2 fevral 2008-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3.4.2.13-cü yarımbənd yeni  redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.4.2.13.    Azərbaycan Respublikasının daxili və xarici borclanmasının (il ərzində götürülə biləcək dövlət borcunun, o cümlədən dövlət istiqrazları hesabına cəlb ediləcək vəsaitin məbləği) və büdcə ili ərzində veriləcək maliyyə zəmanətləri üzrə məbləğin yuxarı həddi;

 

2 fevral 2008-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 105) ilə 3.4.5.5-ci və 3.4.5.6-cı yarımbəndlərdə «(o cümlədən büdcədən maliyyələşən xərclər)» sözləri çıxarılmışdır.



 

2 fevral 2008-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 105) ilə 3.4.5.9-cu yarımbənddə «xarici borclanmanın» və 3.4.5.10-cu yarımbənddə «daxili borclanmanın» sözlərindən sonra «dövlət zəmanətinin» sözləri əlavə edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 3.4.11-ci bəndin əvvəlinə "dövlət büdcəsi kəsirinin" sözləri əlavə edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 3.5.2-ci bənddə "proqramlarının layihələrini" sözləri "proqramının layihəsini" sözləri ilə əvəz edilmişdir.

 

5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na 3.8-ci bənd əlavə edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 4.2-1-ci bənd əlavə edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 5.3-cü bənd aşağıdakı redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar müəyyən edilmiş formalara uyğun olaraq gəlirlərin təsnifatı üzrə ilin əvvəlindən artan yekunla aylıq və rüblük hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

 

  5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 377) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 5.4-cü bənddə "Dövlət büdcəsindən maliyyələşən və" sözləri "Büdcə təşkilatlan və dövlət büdcəsindən" sözləri ilə əvəz edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 1.3-cü, 3.4.4-cü, 3.4.8-ci və 5.4-cü bəndlərdə "təşkilati" sözü "inzibati" sözü ilə əvəz edilmişdir.

 

23 fevral 2007-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 197) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 5.5-ci bəndi  yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

5.5. Zərurət yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi təsdiq olunmuş büdcə ayırmaları həddində, bölmələrin xərc maddələri və funksional təsnifatın paraqrafları səviyyəsində iqtisadi təsnifatın yarımmaddələri arasında müvafiq dəyişikliklər edə bilərlər.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 5.5-1-ci və 5.5-2-ci bəndlər əlavə edilmişdir.



 

2 fevral 2008-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 105) ilə 5.9-cu bənddə «dövlət təminatı ilə alınmış kreditlər» sözləri «dövlət zəmanəti ilə alınmış borclar» sözləri ilə əvəz edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 5.20-ci bəndin birinci cümləsində "əməliyyatlar" sözündən sonra və 5.21-ci bənddə "qalıqları" sözündən sonra ", bu Qaydaların 5.42-ci bəndinin üçüncü abzasında nəzərdə tutulan hallar istisna olmaqla" sözləri əlavə edilmişdir.



 

 

23 fevral 2007-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 197) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 5.21-ci bəndinə ikinci və üçüncü abzaslar əlavə edilmişdir.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 5.21-ci bəndə dördüncü-altıncı abzaslar əlavə edilmişdir.

 

16 sentyabr 2008-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 862) ilə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na yeni məzmunda 5.22-ci bənd əlavə edilmişdir.



 

 

28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 5.22-ci bəndi çıxarılmışdır.



 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 5.26-cı bənddə "tam həcmdə və vaxtında" sözləri "Qanunla bu gəlirlərin vergilərə cəlb edilməsi müəyyən edildiyi halda, həmin vergiləri ödədikdən sonra tam həcmdə və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 2 bank günü ərzində" sözləri ilə əvəz edilmişdir.

 

9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936) ilə 5.30-cu bənddə "gəlirlərini" sözü "gəlirlərinin icrasını" sözləri ilə əvəz edilmişdir.



 

21 iyun 2005-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 548) ilə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 5.36-cı bənddə "Ehtiyat Fondundan" sözləri "ehtiyat fondlarından" sözləri ilə əvəz edilmişdir.

2 fevral 2008-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 105) ilə 5.36-cı bənddə «borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları» sözləri «dövlət borcları və verilən dövlət zəmanətləri, buraxılmış dövlət qiymətli kağızları» sözləri ilə əvəz edilmişdir.

 

 



5 aprel 2005-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə