Press reliZ №2 yaiİdp üzrə növbəti Regional İctimai Görüş Naxçıvan şəhərində keçirilmişdir




Yüklə 8.34 Kb.
tarix24.02.2016
ölçüsü8.34 Kb.

«Цмид» Щуманитар вя Сосиал Дайаг Мяркязи



PRESS RELİZ №2
YAİİDP üzrə növbəti Regional İctimai Görüş Naxçıvan şəhərində keçirilmişdir
2004-cü ilin aprel ayının 15-16-da Naxçıvan şəhərində Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) çərçivəsində «İctimai Maarifləndirmə və Yayım Proqramı» (İMYP) üzrə regional ictimai görüş keçirilmişdir.
Görüş ABŞ Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA), “Dünyanı Öyrənmək” Təşkilatının, BMT İnkişaf Proqramı, Almaniya Texniki Yardım Təşkilatı (ATYT) və YAİİDP Katibliyinin dəstəyi ilə yerli QHT-lər «Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi və «Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən keçirilmişdir.
İctimai görüşdə məqsəd Proqramın gedişi haqqında məlumat vermək, Proqramda geniş əhatə olunan sahələr üzrə Hökumət tərəfindən həyata keçirilən tədbirlərin icrası və onun səmərəliliyinin daha da artırılması istiqamətində fikir mübadiləsi təşkil etmək və ümumiyyətlə, vətəndaş cəmiyyəti ilə mərkəzi icra orqanları arasında səmərəli dialoqun təşkil edilməsi olmuşdur.
Görüşdə YAİİDP Katibliyinin rəhbərliyi və ekspertləri YAİİDP-nin icra mərhələsində məlumatlandırma kampaniyası, YAİİDP icra mərhələsində monitorinq prosesi və YAİİDP çərçivəsində Minilliyin İnkişaf Məqsədləri (MİM) barədə məlumat vermiş və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavab vermişlər.
Görüş iştirakçıları 4 sektor– Bələdiyyə, İqtisadi İnkişaf, Enerji və Ekologiya və Turizm sektorları üzrə müzakirələr aparmışlar. Proqram üzrə Sektor İşçi Qruplarının rəhbərləri iştirakçılara ayrı-ayrı sektorlar üzrə Proqram çərçivəsində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər barədə məlumat vermiş və müzakirələrdə iştirak etmişlər.
İki gün davam edən müzakirələrdə görüş iştirakçıları proqramda nəzərdə tutulan tədbirlər üzrə təkliflər təqdim etmişlər.
Naxçıvan, Şərur, Ordubad, Culfa və Babək rayonlarından olan ictimaiyyət nümayəndələrini əhatə edən ictmai görüşdə 85 nəfər iştirak etmişdir.
Tədbirdə həmçinin ABŞ BİA-nın Ölkə üzrə Direktoru, «Dünyanı Öyrənmək», BMT İnkişaf Proqramı, CRS Təşkilatının nümayəndələri, YAİİDP Katibliyinin rəhbərliyi və ekspertləri iştirak etmişlər.

Daha ətraflı məlumat əldə etmək üçün «Ümid» HSDM-nin İnformasiya üzrə meneceri Afət Kazımovaya müraciət edə bilərsiniz.
Əlaqə telefonu: (994 12) 34 53 15

Faks: (994 12) 34 01 75



E-mail: umid@azerin.com

umid.office@azerin.com

Ünvan: Bakı ş., Şərifzadə küç. 140A


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə