Plan Giriş I fəsil Zəvvarlığın tarixi. Dünyada ən iri dini mərkəz-Qüds. II fəsil Xristian zəvvarlıq mərkəzləri III fəsil İslamda zəvvarlıq mərkəzləri IV fəsil Buddizm və digər dinlərdə zəvvarlıq mərkəzləri Nəticə GİRİŞ




Yüklə 98.44 Kb.
tarix09.03.2016
ölçüsü98.44 Kb.
Plan

Giriş


I Fəsil Zəvvarlığın tarixi. Dünyada ən iri dini mərkəz-Qüds .

II Fəsil Xristian zəvvarlıq mərkəzləri

III Fəsil İslamda zəvvarlıq mərkəzləri

IV Fəsil Buddizm və digər dinlərdə zəvvarlıq mərkəzləri

Nəticə

GİRİŞ

Bir çox ölkənin əhəmiyyətli iqtisadi sahələrindən olan turizm ölkələrin inkişafına kömək edir. Bununla yanaşı turizm baxımından inkişaf etmiş ölkələr də turizm obyektlərini artırmaqdadır.

Turizm sektoru bu günümüzdə kifayət qədər sürətli dəyişimə malik, elastik bir quruluşa sahib olan və qədərincə inkişaf etmiş sahələrdəndir.

Alternativ Turizm növləri içərisinə daxil edilən dini turizmi hal-hazırda ən çox üstünlük verilən turizm növləri arasındadır.Təməli dini bağlılığa və aidiyyətə söykənən bu turizm növünü insanların qəbul edə bilmələri üçün əvvəl dini qəbul etmək lazımdır.

Turizm, ilk dəfə müqəddəs yer səyahəti olaraq başlamışdır. İstər İslam, istərsə də Vatikan arxivlərində bu mövzuda bir çox kitab və Səyahətnamə vardır. Bu hal, orta əsrlərdə İntibah dövrünə qədər sürüb getmişdir. İntibah ilə birlikdə sənət və mədəniyyət sahələri də insanları gəzintilərə çıxaran faktorların başındadır. XIX əsrdə yeni görüşlər, buxarlı gəmilər, qatarlar turizmi sürətlə inkişaf etdirmişdir. Arxasından beynəlxalq sərgilerin açılması, bir-birini izləyən döyüşlərdən sonra məlumatda adı keçən yerlərin görülmək istənməsi, döyüşlərin verdiyi çətinlik və yorğunluqdan sonra əyləncə ehtiyacı, bəzi ölkələrdə maddi ehtiyaclarının turizm gəlirləriylə ödənməsilə bu sənaye baş tacı edilmişdir. Bu gün yenə, turizmin başladığı nöqtəyə doğru böyük bir meyillilik vardır.Əsrlər keçməsinə baxmayaraq hələ də gərək İslam, gərək Xristian dünyasında müqəddəs yer ziyarəti ön plana çıxır.

Dünya Turizm Təşkilatının hər il hazırladığı hesabatlara görə turizm yaşanan siyasi problemlər, iqtisadi böhranlarlar, vətəndaş müharibələri, qlobal böhranlardan təsirlənmiş olsa da, digər sektorlara görə qısa müddətli problem yaşayan bir mövqedədir. Dünya Turizm Təşkilatı 2012 məlumatlarına görə; Dünya turizm bazarında yaşanan iqtisadi naməlumluqlara baxmayaraq Yanvar və Aprel 2012-ci il dünya səviyyəsində təxminən 285 milyon turist səyahət etmiş, bu nisbət keçən ilin eyni dövrünə nəzərən% 5.4 nisbətində artım göstərmişdir. Ən güclü böyümə göstərən bölgələr arasında isə Şimali Afrika (% 11), Cənubi Asiya (% 10), Cənubi və Mərkəzi Avropa (% 8) olaraq yazılmışdır .

Bəhs edilən ədədi məlumatların içərisində dini turizmi ilə məşğul olan turist qrupunun nisbəti olduqca çoxdur. İstanbul 2010 Din Turizmi sammitində dünya əhalisinin 6 milyard 980 milyon adam olduğunu və bunun təxminən 300 milyonunun inanc turizmi ilə məşğul olduğu açıqlandı. Üstəlik dini turizmdə son illərdə gözlə görülən şəkildə artım yaşandığını da göz qabağındadır.Ölkələr turizmin əhəmiyyətli cazibədarlıq qaynaqlarını və mirasını tanıdarkən, bu təqdimatın içinə dini elementləri də almağa, hətta ön plana çıxarmağa başlamışlar. Tanıtımlarda dini, müqəddəs məkanları, dini baxımdan əhəmiyyətli mərkəzləri ön plana çıxardacaq ünsürlərə yer verilməyə başlandı. İstehlakçıların zehinlərindəki ölkə imici bir yeni ünsürün əlavə olunmasıyla zənginləşdi, turizm məhsulunun alış-satış prosesində dini mərkəzlərə doğru bir meyl yaşanmağa başlandı. Turizm sərmayəçiləri də bu tələbə cavab verdilər və dünya daxilində inanc turizmində böyük artımlar meydana gəldi.

Dini səyahətlər artıq daha şüurlu, bu işin mütəxəssisləri tərəfindən edilən, az qala hər yaş qrupundan fərdin qatıldığı bir hala çevrilmişdir . Əsrimizin sonlarına doğru gərək batil dinlərdə, həm də ilahi dinlərdə, dini ibadətlərini ibadətini yerinə yetirərkən yeni nəslin özü ilə gətirdiyi texnologiyanın nemətlərindən ən başda nəqliyyat vasitəsi, yerləşmə müəssisələri olmaq üzrə faydalanmağa başlamışlar. Bu turizm elementlərinin ən əhəmiyyətli və ortaq xüsusiyyətlərindən biri də odur ki, dini turizmə qatılan turist qrupları ümumiyyətlə üçüncü yaş turizmi olaraq adlandırılan 65 yaş və daha yuxarı kəslərdən ibarət olduğu üçün bu ünsür onlar üçün imtina edilməzdir. İqtisadi baxımdan istehsal, istehlak, investisiya, xarici ödənişlər tarazlığı və milli gəlir kimi iqtisadi ölçüləri olan bir fəaliyyətdir. Beynəlxalq valyuta hərəkətliliyini təmin edən dini turizm vasitəsilə istehsal və istehlak artmaqda, geniş məşğulluq imkanları yaradılır. Həcc, müqəddəs məkanları ziyarət hadisəsi; milli gəliri artıran, ödənişlərdə tarazlığı yaradan və ölkələr arasında valyuta məsələlərində də həlledici rola malik olması xüsusiyyətləri daşıması baxımından da əhəmiyyətlidir. Bundan başqa dini turizm; elm, mədəniyyət, sənət və estetik anlayışı baxımından cəmiyyətlərin bir-birindən təsirlənməsi baxımından da əhəmiyyət kəsb edir

İnancın turizmə təsirini günümüzdə Qüds, Məkkə, Vatikan, Lourdes, Baranas və bir çox başqa mərkəzlərdə açıq şəkildə görə bilərik.Bu məkanlara gələn turist qruplarının sayı hər keçən gün artmaqdadır. Sözü keçən bölgələr artıq yalnız bir ibadət mərkəzi olmaqla qalmır,həmçinin kifayət qədər rəqabət edəbilər və kütlələri özündə toplaya biləcək bir turizm yeri halına gəlmişdir.

Zəvvarlığın tarixi

Turist axınlarına dini səbəblərlə əlaqədar səyahətlər əhəmiyyətli dərəcədə təsir göstərir.

Dini turizmin tarixinin kökləri uzaq əsrlərlə gedib çıxır. Dini sitayışlərlə əlaqədar olan ən qədim səyahətlər Antik dövrə aiddir. Qədim yunanlar və romalılar müqəddəs yerləri və məbədləri ziyarət etmişlər. Elladanın ən məşhur ziyarət mərkəzi Delfldə olmuşdur. O öz kahininin sayəsində ümumyunan əhəmiyyəti daşımışdır.Çoxsaylı səyyahlar buraya gələcəyi görən kahin qadın Pifiyanın gələcək haqqında dediklərini öyrənməyə gəlirdilər.

Orta əsrlər dövründə dini səbəblərdən doğan miqrasiya yeni xüsusiyyətlər əldə etməklə inkişaf etmişdir. Zəvvarlıq Xaç Yürüşləri şəklində kütləvi xarakter almışdır. Bu yürüşlər “kafirlərə” (müsəlmanlara) qarşı xristianların müqəddəs torpaqlarının onlardan azad edilməsi uğrunda aparılırdı.

Zəvvarlıq hərəkatı XV və xüsusilə XVI əsrdə nəzərəçarpacaq dərəcədə genişlənir. Onun miqyası ilə birlikdə axınların müxtəlif tərkibliliyiyi də artır. Müqəddəs Torpağa yollanan, çox vaxt hətta dindarlıqdan belə uzaq olan çoxları üçün zəvvarlıq yalnız öz maraqlarının həyata keçirilməsinin gizlədilməsi üçün vasitə idi.Zəvvarlar arasında Qüdsdə Allahın qəbri yanında cəngavər adı almaq istəyən zadəganlar və kralların mistik biliklərə sahib olmaq istəyən hərbi agentləri, Fransa kralı İkinci Fransiskin tapşırığı ilə Fələstində Paris kitabxanası üçün əlyazmalar toplayan Yustus Tanellus və Vilhelm Postel kimi yaradıcı şəxslər , nəhayət, ticarət məqsədləri ilə səyahət edən tacirlər də vardı.

XIX əsrdə “müqəddəs səyahətlər” təşkilatlanmış forma almağa başlayır. 1861-ci ildən etibarən hər il Fransada respublika hakimiyyətinin kilsəyə qarşı törətdiyi cinayətlərdən peşmanlıq, tövbə nişanəsi olaraq zəvvarlıq karvanı təşkil edilirdi. Onun iştirakçıları 300-400 nəfər olurdu. 1870-ci illərin sonundan etibarən Fransiskin tərəfdarları belə karvanları Vyana və Münhendən də göndərməyə başlayırlar.

Bu gün, bir çox əsrlər əvvəl olduğu kimi dini inanclar səyahətlərin əsas səbəblərindən biri olaraq qalır. Hər il 200 milyondan artıq insan zəvvarlıq edir. Onlardan 150 milyonu xristian, 20-30 milyonu induistlər, 40 milyonu buddistlər, müsəlmanlar, sintoistlər və digərləridir. Möminlər mənəvi rahatlıq əldə etmək, ağır xəsləlikdən xilas olmaq, mənən yaxın olduğu insanlarla birliyi hiss etmək ümidilə müqaddəs yerlərə təzim etmək üçün səyahətlər edirlər.Onlar özlərini borclu hiss etdikləri dini ibadətləri yerinə yetirmək, əldə etdikləri nemətlərə görə ali güclərə alqışlar oxumaq və ya sadəcə həyatlarına məna verən inama minnətdarlıq bildirmək məqsədilə yola çıxırlar.

Zəvvarlığın geniş və kifayət qədər rəngarəng xəritəsini öyrənmək üçün rayonlara bölmədən istifadə olunur. Dünyada 11 makrozəvvarlıq bölgəsi müəyyən edilir:



  • Xristian Avropası,

  • Çoxsaylı digər dinlərlə birlikdə xristianların çoxluq təşkil etdiyi Şimali Amerika,

  • Xristianlığın üstünlük təşkil etdiyi və yerli ənənəvi dinlərin olduğu Latın Amerikası,

  • İslamın üstünlük təşkil etdiyi Şimali Afrika,

  • İslamın üstünlük təşkil etdiyi və xristianlıq və ənənəvi dinlərin ayrı-ayrı mərkəzlərinin olduğu Qərbi və Şərqi Afrika,

  • İslamın üstünlük təşkil etdiyi və xristianlıq və iudaizmin anklavlarının olduğu Qərbi Asiya,

  • İnduizm və buddizmin yayıldığı, xristianlıq, caynizm, sikxizm və islam mərkəzlərinin olduğu Cənubi Asiya,

  • Buddizm, islam, xristianlığın yayıldığı, və induizmin anklavlarının olduğu Cənub-Şərqi Asiya,

  • Buddizm, konfutsianlıq, sintoizmin üstünlük təşkil etdiyi və islam və xristianlıq sahələrinin olduğu Şərqi Asiya,

  • Buddizmin (əsasən lamaizmin) üstünlük təşkil etdiyi Mərkəzi Asiya,

İslamın üstünlük təşkil etdiyi Orta Asiya.

Hər bir makrobölgə hər şeydən əvvəl dünyada tanınmış zəvvarlıq mərkəzləri ilə tanınır. Onlar bütün dünyadan gələn mömin axınlarını qəbul edir və çox zaman dini ixtisaslaşma ilə birgə inzibati, sənaye, mədəni və turist mərkəzləri funksiyalarını da yerinə yetirirlər. Bundan başqa, makrobölgələrdə milli və yerli əhəmiyyət daşıyan dini ibadət obyektləri də vardır.



Dünyada ən iri dini mərkəz-Qüds

Qüds dünya dini sitayiş mərkəzləri arasında xüsusi yeri tutur, o üç dinin – iudaizm, xristianlıq və islamın tərəfdarları üçün müqəddəs yerdir. Daha qədim monoteist din olan və xristianlığın çox sahələrdə başlanğıcının götürdüyü iudaizmin tərəfdarları olan yəhudilər Müqəddəs şəhərə Cəllad divarının yanında olmaq üçün gəlirlər. Burada, Divarın qarşısında olan kiçik meydançada onlar nə zamandasa ərəblər tərəfindən dağıdılmış məbəd üçün kədərlərini ifadə edirlər.Başdan ayağa qara geymiş ortodokslar Allah Yaxvaya müraciətlərinin daxili ritminə müvafiq şəkildə yırğalanırlar.

Xristianlar üçün Qüds İsa Məsihin yerdə yaşaması ilə əlaqədardır. Onların zəvvarlıq proqramının ən vacib məntəqəsi xristian dünyasının əsas müqəddəs yeri – Dirilmə Məbədidir. Hər bir mömin bu məbədi ziyarət etməyə, onun əsas müqəddəs əşyalarına – Qolqofa, xeyir-dua Daşı, Allahın Həyatverici Qəbrinə təzim etməyə və dua etməyə çalişir. Allahın Oğlunun dəfn olunduğu yeri simvollaşdıran sərdabə müxtəlif xristian dini məktəblərinin dua yerləri ilə sıx şəkildə əhatə olunmuşdur. Roma katolikləri kədərli səssizlik içində təzim edən erməni katolikləri ilə yanaşı Allaha dua edirlər. Onların yanında suriya ortodoksları dualarını pıçıldayırlar. Büxur (dini ayinlər zamanı yandırılan ətirli qatran) ətri ilə dolu bürkülü yanaşı əlavə tikintidə efioplar səciyyəvi afrika ritmləri ilə müşaiyət olunan xor nəğmələri ilə öz mərasimlərini yerinə yetirirlər. Yaxınlıqda yerləşən digər xorda isə yunanlar dua edirlər. Heç kim digərinə mane olmur, hər kəsin diqqəti özündədir.

Qüds onu Pasxa ərəfəsində ziyarət edən ziyarətçilərdə daha güclü təəssürat oyadır, bu zaman Müqəddəs Şənbədə Dirilmə məbədində “Bərəkət verən alovun yürüşü” həyata keçirilir.Möminlər üçün bu hadisə xüsusi əhəmiyyət kəsb edir, bu mərasimin mənasi budur ki, Allah insanlığa daha bir il bəxş edir. Allahın qəbrinin üstündə tikilmiş kiçik kilsəyə Qüds patriarxı daxil olur. Qapılar möhürlənir. Onların yanında qaravulçular növbə çəkir. Bütün dünyadan gələn çoxsaylı xristian zəvvarlar daxili həyəcanla patriaxrxın gəlməsini gözləyirlər. Nəhayət, o yanan şamlarla daxil olur, toplanan zəvvarlar isə həyəcan dolu qışqırıqlar və sevincdən doğan göz yaşları ilə həmin şamlarla öz şamlarını yandırırlar.

Müsəlmanların Qüdsdə öz müqəddəs ocaqları var. Onların ziyarət etdiyi yer bu günlərə qədər qalmış islam dininə aid olan tikililərdən ən qədimi olan Ömər məscididir. Onun gümbəzi dini təsəvvürlərə görə Məhəmməd peyğəmbərin səmaya qalxdığı müqəddəs qayanın simvoludur. Müəzzinin dinamiklərlərlə bir neçə dəfə gücləndirilmiş gur səsi gündə beş dəfə qədim şəhərin təpələri üzərindən səslənərək dindarları namaza çağırır.

Xristian zəvvarlıq mərkəzləri

Dini əlaqələrin təəccüb doğuran müxtəlifliyini özündə ehtiva eən Qüdsdən fərli olaraq, zəvvarlıq mərkəzlərinin çoxu bir dinlə əlaqədardır. Dünyanın müxtəlif yerlərində xristian dünyasının müqəddəs yerləri vardır. Lakın onlardan daha tez-tez ziyarət edilənləri Avropadadır: Romada (İtaliya), Paris və Lurdda (Fransa), Fatimə (Portuqaliya), Varşava (Polşa), Monserrat (ispaniya) və s. Milyonlarla zəvvarlar bu mərkəzlərə möcüzə görmək və ya bu müqəddəs yerlərə təzim edib onlardan gələn nemətlərin iştirakçısı olmaq üçün can atırlar.

Xristianlarda İsa Məsihin xaç əzabları və ölümü ilə əlaqədar olan müqəddəs yerlər və əşyalara daha çox sitayiş olunur. Onlardan ən məhşur olanı - işgəncə tacı - Parisdə, Notr Dam kilsəsində yerləşir. O 13-cü əsrdə Konstantinopol imperatoru tərəfindən fransız kralına satılmışdır. Tac büllur halqada saxlanılır və Böyük Cümə günü çoxsaylı zəvvarların toplaşması zaman sitayiş etmək üçün üzə çıxarılır. Xristian gənclərinin dünya günündə də burada çox sayda zərrav toplaşır. Bu gün Roma Papası II İoann Pavelin təşəbbüsü ilə 85-ci ildən keçirilir. Hər il xristian gənclərinin bu ən iri forumuna 500 minədək dindar tələbələr gəlir.

Rəvayətə görə, İsa Məsihin cəsədi mirra və zeytun yağı hopdurulmuş kətan parçaya bükülmüş və qayadakı mağaraya qoyulmuşdur. Kəfəni ehtiyyatla saxlamış və müqəddəs əşya kimi ona sitayiş etməyə başlamışlar.Lakin sonrakı əsrlər ərzində onun çox sayda saxta nümunələri hazırlanmışdır. XIX əsrin ortalarında əsli olduğu iddia edilən 42 ədəd üzərində İsanın tabut içərisində şəkli çəkilmiş dördkünc parça olmuşdur. Onlardan ən məhşuru, XV əsrdə Lyudivik Savoyskiyə bağışlanmış kəfəndir, parçaya diqqətlə baxdıqda orada başında işgəncə tacı və bədənində çoxsaylı yaralar və sıyrıntılar olan kişinin ümumi şəkil cizgiləri görünür. Həmin parça Turində (İtaliya) kilsədə gümüş zirehlə örtülmüş mücrüdə saxlanılır. Hər iyimi beş ildən bir o ümumi baxış üçün üzə çıxarılır. Bu illərdə Turinə 3 milyonadək zəvvar gəlir. 1978-ci ildə insanlar bu müqəddəs əşyaya baxmaq üçün 16 saat növbədə dayanmışlar.

Digər müqəddəs isə - ənənəvi olaraq İsa Məsihə aid olduğu ehtimal olunan qan damlasıdır, o Belçikada Bryuqqe şəhərində saxlanılır. Bir zaman Qüds patriarxı onu səlib yürüşü iştirakçısı qraf Tyeri Elzasskiyə hədiyyə olaraq vermişdir. Yürüşdən qayıtdıqdan sonra o bunu saxlayacağı kilsəni tikmişdir. Bu gün hər cümə günü həmin qan damcısını büllur qabda görmək, Qan günü bayramında isə onu öpmək olar. İldə bir dəfə Böyük Həftədə cümə axşamı günü o gümüş və qızıldan hazırlanmış gözəl mücrüdə kilsədən çıxarılır. Təntənəli mərasim Bryuqqenin küçələrində yürüş şəklində davam edir. Bu mərasimdə minlərlə zəvvar iştirak edir.

Xristianlığın yayılmasında böyük rolu olan Roma imperatoru Böyük Konstantinin anası Müqəddəs Yelena İsa Məsihin çarmıxa çəkildiyi üzərində “Nazaretdən olan Yəhudi Çarı İsa” sözləri yazılmış çarmıxı tapmışdır. O sonradan Məsihə vurulmuş bir neçə müqəddəs mismar və ona sancılmış nizəni tapmışdır.Sonradan bu müqəddəs əşyalar bütün xristian dünyasına yayılmış və məhşur zəvvarlıq mərkəzlərinin əsaslarının qoyulmasına səbəb olmuşlar.”Həqiqi çarmıxın” ayrı-ayrı hissələri Konstantinopolda (hazırki İstanbul), İsgəndəriyyədə, Dəməşqdə, Antioxiyada (indiki Antakya), həmçinin, Kipr və Zaqafqaziyada qalmışdır.

Xristian zəvvarlığının bir çox mərkəzləri Müqəddəs Məryəmlə əlaqədardır. Onun kultu xüsusilə katoliklər arasında geniş yayılmışdır. Avropada Avropadakı 6 min müqəddəs yerlərdən üçdə ikisi ona həsr edilmişdir.Zəvvarların böyük kütləsi Məryəmin obrazının zahir olduğu yerlərə yollanırlar. Belə möcüzələrdən biri XIX əsrdə Fransanın cənubunda olan elə bir maraq kəsb etməyən kiçik Lurd meşəsində baş vermişdir. Müqəddəs Ananın obrazı yerli qızın gözünə görünmüşdür. O zamandan bu yerə olan maraq azalmır. Milyonlarla zəvvar buraya yeni möcüzələrin şahidi olmaq ümidilə gəlirlər. Onlar Müqəddəs Məryəmin göründüyü Qrot-de-Massabel və onun ətrafında olan yerüstü və yeraltı kilsə komplekslərini ziyarət edirlər.Bu gün Lurd xristian zəvvarların Romadan sonra ikinci dini ziyarəy yeridir. (ildə 4,6 milyon insan). Bu cür müqəddəs yerlər İspaniyada, Portuqaliyada, Meksikada da vardır.

Qədim zamanlardan insanlar inandıqlarının təsvirini yaratmağa çalışmışlar.Onlar çoxsaylı zəvvarların sitayiş predmeti olan heykəllər, ikonalar yaratmışlar. Onlardan bəziləri qəflətən ağlayır və gülümsəyirlər, bəzən onların başlarını solmayan çiçəklərlə bəzəyirlər. Bu fenomenlər alimlər tərəfindən öyrənilir, lakin hələ ki onların elmi izahı tapılmamışdır. Dindarlar isə onlarda ilahi başlanğıcın ifadəsini görürlər.

Zəvvarlığın coğrafiyası nöqteyi-nəzərindən Madonnanın böyük zəvvar kütlələrini cəlb edən “qara” ikonaları və heykəlləri xüsusi maraq kəsb edir. Bəzi ikonalarda Madonnanın sifəti və əlləri vaxt keçdikcə şamların hisi və rəngdə gedən kimyəvi reaksiya ilə əlaqədar qaralmışdır. Müqəddəs Məryəmin bəzi heykəlləri başlanğıcdan ağacların tünd cinslərindən hazırlanmışdır. Madonnanın daha məhşur qara təsvirləri Avstriyada, İsveçrədə, Almaniyadadır. Polşada zəvvarlar milli müqəddəs ocağa – Yasna-Quruya Çenstoxovsk Qara Madonnasına təzim etmək üçün yollanırlar. Polyaklar onu özlərinin himayəçisi hesab edir və onun möcüzələr və xeyirxah əməllər törətdiyini iddia edirlər. Ayrı-ayrı bayram günlərində Yasna-Qurunu 300 minədək insan ziyarət edir. İsa Məsih və Müqəddəs Ana kultundan başqa xristianlıqda bir çox müqəddəs yerləri ziyarət edirlər. Onların adı ilə əlaqədar olan yerlər də zəvvarlıq mərkəzləridirlər. Məsələn, Neapol zəvvarlara hər şeydən əvvəl şəhərin himayədarı olan Müqəddəs Yanuario ilə tanışdır. San-Jenarro kilsəsinin möhtəşəm tikilisi-kapellasında müqəddəsin kəlləsi və onun qanının quruyub qaldığı damarları saxlanılır, bu qan dövri olaraq sirli şəkildə əriyə bilmək xüsusiyyətinə malikdir. Bu fenomen ilk dəfə olaraq IV əsrdə qeyd olunmuşdur və o zamandan ildə bir neçə dəfə təkrar olunur.

Xristian zəvvarların eyni zamanda bir neçə müqəddəsə təzim edə biləcəkləri ən iri ziyarət mərkəzlərindən biri Romadır. Hər il bu şəhəri 8 milyon dindar xristian ziyarət edir. Bu Əbədi Şəhərdə bütün dünyada məşhur olan kilsələr yerləşir. Onlardan biri- San-Jovanni-in-Lateranonun əsası IV əsrdə qoyulmuşdur, o dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur. Onu “Roma və yer üzünün bütün kilsələrinin anası və baş kilsəsi” adlandırırlar. Burada müqəddəs simvollar saxlanılır: Müqəddəs Pyotr və Pavelin başları, yəhudi Müqəddəs Mücrüsü, Aaronun müqəddəs əsası, Mariyanın bürüncəyi, Gizli Görüşün keçdiyi masanın bir hissəsi, “əsl xaçın” çarmıxı.Bu günlərədək müqəddəs pilləkən saxlanılmışdır. O Pilatın Qüds sarayından gətirilmişdir. Rəvayətə görə, bu pilləkənlə İsa Məsih edama aparılmışdır. İyirmi səkkiz mərmər pilləkənlə yalnız dizlərini qatlayaraq qalxmaq olardı. Hal-hazırda San-Jovanni-in-Laterano Romanın kafedral kilsəsidir.Romanın ərazisində şəhər-dövlət Vatikan yerləşir, o katolik kilsəsinin mərkəzi, onun başçısı – Roma Papasının iqamətgahıdır. Vatikanda ən qiymətli mədəniyyət inciləri, xüsusilə öz böyüklüyü və möhtəşəmliyi ilə diqqəti cəlb edən Müqəddəs Pyotr kilsəsi vardır. Bütün dünyadan olan milyonlarla zəvvar hər il buraya axışır. Adət üzrə onlar dodaqları ilə məhşur Apostolların Başçısının heykəlinin ayağına toxundururlar, heykəlin bu hissəsi dindarların bir neçə nəslinin öpməsi nəticəsində pozulmuşdur. Vatikanda xüsusilə katolik Pasxa bayramında Papanın Müqəddəs Pyotr meydanında toplaşan kütləyə xeyir-dua verdiyi zaman daha çox insan toplaşır.Bütün katoliklərin Ali Atasının xeyir-duası dindarların ruhlarına və qəlblərinə xüsusilə təsir göstərir.

Yuxarıda adı çəkilən müqəddəs yerlər hələ bütün xristian ziyarətgahlarını əhatə etmir. Dünyanın heç bir başqa dinində xristianlıqda olduğu qədər çoxsaylı və rəngarəng dini ibadət predmeti və yerləri yoxdur

İslamda zəvvarlıq mərkəzləri

Müsəlmanların özlərinin dini inam mərkəzləri vardır. Onların ən əsası Səudiyyə Ərəbistanında yerləşən Məkkə şəhəridir. “Məkkə” sözü müsəlman dünyasından kənarda da zəvvarlığın sinonimi kimi işlədilir, lakin yalnız müsəlmanlara dini biliklərə əsasən Məhəmməd peyğəmbərin anadan olduğu bu müqəddəs şəhəri ziyarət etməyə icazə verilir.

Qurban bayramı zamanı islama etiqad edən insanlar Kəbə məbədinə toplaşırlar. O boz-yaşıl qranit bloklarından ibarət olan böyük kobud kubdur. Onun əsasında bir diaqonalı şimaldan cənuba, digər diaqonalı isə qərbdən şərqə yönələn demək olar ki, düzgün kvadratdır, bu isə ona qabaqcadan müəyyən astronomik məna verildiyini göstərir. Kəbənin küncündə çox güman ki, metereoit mənşəli qara daş vardır. Rəvayətə görə, onu buraya Məhəmməd peyğəmbər özü qoymuşdur. Kəbə dünyada açıq səma altında ən böyük məscid olan əl-Haram məscidində yerləşib. Hər il onun ərazisinə dua etmək üçün iki milyon insan tioplaşır. Onlar məbədə Sülh qapısından ayaqqabılarını çıxararaq sağ ayaqla kandardan keçməklə daxil olur, bütöv ailələrin dua pozasında Quran oxuduqları salon və divar oyuqlarının yanından dolanbac dəhlizlərdən yavaş-yavaş keçir və məbədin əsas ərazisinə daxil olurlar.Onun mərkəzində Kəbə yerləşdirilmişdir. Zəvvarlar saat əqrəbinin əksi istiqamətində yeddi dəfə Kəbənin ətrafında dolandıqdan sonra qara daşa toxunaraq onu öpürlər. Müsəlmanlar bu mərasimi bədənlərini ağ ihram- müəyyən uzunluqda olan iki parça hissəsi ilə örtərək həyata keçirirlər. Adət üzrə zəvvarlar ixramı sonradan dünyasını dəyişərkən ondan kəfən kimi istifadə etmək məqsədilə özləri ilə evlərinə aparırlar. Məkkəni ziyarət etmək müsəlmanların əsas vəzifələrindən biridir. Digər müqəddəs yer isə Səudiyyə Ərəbistanında yerləşən Mədinə şəhərində yerləşir.

Mədinə altızolaqlı avtomagistralları olan müasir ərəb şəhəridir. Məkkə ilə müqayisədə burada torpaq daha məhsuldardır, buna görə də şəhər yaşılllıq içindədir. Mədinədəki məscid böyüklüyünə görə əl-Haram məscidindən geri qalsa da, heyranedici gözəlliyi ilə seçilir. Çəhrayı rəngli qranit kaşı və mozaika, zərb olunmuş naxışlar və qızılla bəzədilmişdir. Məscidin içərisində inanclara görə, Məhəmməd peyğəmbərin yaşayaraq və ardıcıllarını yetişdirdiyi yer, onun istirahət etdiyi və yemək yediyi gildən hazırlanmış koma və peyğəmbərin basdırıldığı yer hasarla ayrılmışdır. Məkkə və Mədinənin müqəddəs yerləri ümumislam əhəmiyyətinə malikdir.

Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi - Mədinədə məscid. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur.Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məscid. Nəbəvi sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Beləliklə, mənası Peyğəmbər Məscidi'dir. Məkkədə olan Məscid-i Haramdan sonra Müsəlmanlara görə ikinci ən müqəddəs məsciddir. Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər. Məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m2 ümumi sahəyə malikdir. Məscid-i Nəbəvi ya da Məscidi-Nəbi ilk inşasında sadə tikildi. Xurma kötüklərindən sütunları, xurma budaqlarından çardağı, daşlardan divaları vardı. Tam yanındakı ev hissəsi də (bugün qəbirdir) kərpicdən idi. Minbəri, mehrabı yox idi. Peyğəmbər Cümə xütbələrini minbər olmadığı üçün bir ağac kötüyünün üstündən oxuyurdu. Buranın bir hissəsi Süffə deyilən kasıblara və tələbələrə ayrılmışdı. 654-cü ildəki zəlzələ və yanğında məscid yanır. Əməvilər, Abbasilər, Məmlüklər və Osmanlılar dönəmlərində yenidən inşa olunur. Əbu bəkir və Ömərin qəbirləri buradadır.

İslam mədəniyyətinin nadir zəvvarlıq nümunələrindən biri də Sultan Əhməd Camisidir.Ölkəyə gələn turistlərin marağını kifayət qədər cəld edir.Sultan Əhməd Camisi 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. 1934-cü ildən etibarən Ayasofiya camidən muzeyə çevrilir. O zamandan etibarən İstanbulun əsas məscidi Sultan Əhməd camisidir. Sultan Əhməd Məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyyə bir cami, mədrəsələr, hünkar qəsri, arasta, dükanlar, hamam, çeºmə, səbillər, türbə, darüº-ºəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır. Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdandan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Caminin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi qübbənin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Caminin içi 200'dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları Diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk camisidir.

İslamın növbəti zəvvarlıq nümunəsi isə Məşəddir. "Məhşəd" ərəb dilində şəhid olunan məkan mənasını verir. İmam Rzanın (ə) ziyarətgahı İran arxitekturasının şah əsəri hesab olunur. Məscidin əsas günbəzi, iki yan minarəsi  və giriş qapıları xalis qızıl ilə örtülmüşdür.  Divar və tavan İran arxitekturasına xas olan üslubda güzgü, füruzəli kaşı mozaikalarla bəzədilmişdir. Divarları, tavana yaxın yerlərigözoxşaya kufi və süls xətti ilə bəzədilmiş və büsbütün islimi naxışlarla işlənmişdir.  Divarlarda əsasən Quran ayələrindən və Allahın adlarından istifadə olunmuşdur. Məscidin əsas qızıl günbəzinin hündürlüyü 20, 31 metrdir. Günbəzin bayır tərəfi xəttat Əlirza Abbas tərəfindən işlənmişdir. 932-ci hicri qəməri, 1528-ci miladi təqvimi tarixində Səfəvi hökmdarı Şah Təhmasib günbəzin kaşı mozaikalarını qızıl örtüklə əvəz edir. Lakin özbək hökmdarı Əbdülmumin xan Mütəhhəri ziyarətgaha hücum edərək günbəzin qızılını qarət edir. 1010-1016 h.q tarixində l Şah Abbas günbəzi yenidən qızıl kərpiclərlər örtür. Minarələr məscidə xüsusi yaraşıq verir. İran məscid arxitekturiyasına xas olaraq burada da günbəz iki tərəfdən minarələri əhatə edir. Məscidin qeyri-adi xüsusiyyətlərindən biri də günbəzin iki tərəfindəki  minarələrin uzaqdan baxdıqda eyni boyda görünməsi və günbəzin sol tərəfindəki minarənin həqiqətən onun kənarında olması sağ tərəfdəki minarənin fərqli hündürlükdə və tam başqa bir yerdə qərar tumasıdır. Belə arxitektura üsluundan ilk və sonuncu dəfə məhşur usta Şeyx Bəhaddin istifadə edir. Ziyarətgahın cənub minarəsi Əbdülmumin xanın işğalından sonra Şah Təhmasib tərəfindən yenidən bərpa olunur. 1142-ci h.q tarixi ilə Nadir şahın hakimiyyət dövründə yenidən qızıl kərpiclə örtülür. İkinci böyük minarə Abbası eyvanının kənarında yerləşir. Bu Minarə Nadir şah tərəfindən 1146-cı ildə inşa olunur. Minarənin hündürlüyü 35 metrdir. Cənub tərəfdə yerləşən minarədən fərqli olaraq Abbası eyvanındakı minarə romb formalı kərpiclərlər örtülmüşdür.

Göy məscid (fars. Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir.

Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.

Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir


Buddist zəvvarlıq mərkəzləri

Buddizm xristianlı, islamla birlikdə üçüncü dünyada ən geniş yayılmış dinlərdən biridir.O qədim Hindistanda b.e.ə. VI-V əsrlərdə yaranmışdır və sonradan Cənub-Şərqi və Mərkəzi Asiyaya, qismənsə Orta Asiya və Sibirə yayılmışdır.Budda təlimi insanın meditasiya, müdriklik və ali mənəvi dəyərlər vasitəsilə ruhi rahatlıq (nirvana) əldə etməsinə yönəlmiş daxili səyləridir.

Ortodoks buddistlər xristian və müsaəlmanlar qədər zəvvarlıq səyahətlərinə çıxmışrlar. Lakin onların öz müqəddəs yerləri vardır və ruhi mükəmməllik əldə etmək məqsədilə fərdi səyahətlər həyata keçirirlər. 1951-ci ildə Tibetin Çinə birləşdirilməsinə qədər minlərlə zəvvar Himalay dağlarında 3650 m. hündürlüyündə yerləşən müqəddəs Lxasa dağına uzun və təhlükəli səyahətə çıxırdılar. Burada buddistlərin mənəvi lideri Dalay-Lamanın monastırı və sarayı yerləşir. XVII əsrdə inşa edilmiş geniş çoxotaqlı saray kompleksində 1000-dən artıq müxtəlif sahələr, 10 mindən az olmayan ibadət əşyası və 20 min heykəl vardır. Saray 1959-cu ildə hal-hazırkı XVI Dalay-Lamanın Hindistana emiqrasiya etməsinə qədər Tibetin başçısının iqamətgahı olmuşdur.

Buddist dünyasının ikinci müqəddəs yeri Şri-Lankada Kandi çayının sahilində yerləşir.Şəhərin tam mərkəzindəki süni gölün sahillində dövrəsinə xəndəklər qazılmış Dalid Maliqavanın məbədi yerləşir, burada ən qiymətli sərvət kimi Buddanın sol dişi saxlanılır.Dindarların fikrincə, bu ölkənin ən böyük sərvəti, onun suverenliyinin zəmanətidir.

Bu dini inanc predmetinin tarixi sirlidir. Deyilənə görə, Buddanın bədəninin kremasiyası zamanı onun şagirdlərindən biri onun cənazə örtüyündən dişini çıxarır. Səkkiz əsr ərzində o Hindistanda saxlanılır, sonra isə daxili müharibələr zamanı dişi təhlükəsizlik məqsədilə Şri-Lankaya göndərirlər. Buraya onu hind şahzadəsi Hemalatxa saçlarında gizlədərək aparmışdır.

Hər il iyul ayının sonu-avqust ayının əvvəllərində Kandidə müqəddəs predmetin məbəddən çıxarılması münasibəti ilə təntənəli Peraxera mərasimləri keçirilir. Bu mərasimlərdə bütün dünyadan olan buddistlər iştirak edirlər. Zəngin bəzədilmiş filin üstündə müqəddəs dişi şəhərin küçələrində gəzdirirlər. Diş mərasimi məşəl aparanlar, musiqiçilər, rəqqaslar və fillərlə birlikgə karnavalı xatırladır.O sanradan 10 gün davam edən parlaq bayrama çevrilir. Buddizmin əsasını qoyanlardan biri hesab olunan Siddxartxa Qautama obrazlara sitayiş etmək və maddi nemətlərə sahib olmağa qarşı çıxmasına baxmayaraq, budda məbədləri əsrlər boyu dindarların gətirdiyi hədiyyələrdən toplanan çox böyük xəzinə yığmağa nail olmuşdur. B.e. 1-ci əsrinədək buddist mədəniyyətində Buddanın təsviri göstərilməmişdir. Yalnız onun təlimini ilə əlaqədar simvollar təsvir edilmişdir. Bu gün, onun həyatı ilə əlaqədar əşyalardan əlavə, Buddanın obrazlarına da sitayiş edilir.

Şri-Lankada turistləri özünə cəlb edən şəhərlərdən biri də Anuradxapuradır. Vaxtı ilə bu şəhər Şri-Lankanın qədim paytaxtlarından biri olub. Hazırda Anuradxapura buddistlərin ən çox ziyarət etdikləri şəhərlərdəndir. Şəhərdə çoxlu sayda buddist məbədləri var. Onlardan biri də böyük ustalıqla qayada inşa edilən İsurumuniya monastırıdır. Bu məbəd təkcə buddistlərin deyil, həm də adaya gələn turistlərin daha çox ziyarət etdikləri yerlərdən biridir.

Buddist zəvvarlarının sitayiş etdikləri əsas obrazlar Buddanın çoxsaylı heykəlləridir. Onlar çox böyük ölçülərdədirlər və güclü təsir bağışlayırlar. Osakinin yaxınlığında olan yapon şəhəri Naradakı Todaydzi monastırında Yaponiyadakı məşhur Böyük Buddanın heykəli yerləşir. Bu oturan fiqurun hündürlüyü 16 m.dir. Buddanın sağ əli xeyir-dua nişanəsi olaraq irəli uzadılmışdır, sol əlin vəziyyəti isə arzuların yerinə yetirilməsini simvolizə edir. Buddanın yaxınlığında kişik dəliyi olan taxta sütun quraşdırılmışdır, bu dəlikdən hər bir zəvvar keçə bilər. Dindarların inamına görə, uğur qazanacağı halda o cənnətə düşə bilər. Zəvvarlar buraya iki-iki, bəzən üç-üç gəlirlər. Onları turist kütləsinin içində asanlıqla seçmək olar.

Həmçinin bir çox ölkələrdə Buddanın böyük və əzəmətli heykəlləri vardır ki,onlarda nadir incəsənət nümunələrindən hesab olunur və turistlərin diqqətini cəlb edir.Bu heykəllərə misal olaraq Yaponiyanın Uşiku şəhərində olan Ushiku Daibutsu heykəlidir.Heykəlin hündürlüyü 120mertdir və bürüncdən hazırlanmışdır.

Bundan başqa dünyanın ən böyük 2-ci heykəli olan Laykyun Setkyar(130metr) Myamma da Po Kaunq təpəsində yerləşir. Onun ayaqlarının dibində də dünyanın ən böyük uzanan Budda heykəli yerləşir. Laykyun Setkyar 2008-ci il, uzanan budda isə 1991-ci ildə tamamlanıb.

Daha sonra Budda Yaz məbədinidə misal göstərə bilərik. Dünyanın ən böyük heykəli hesab edilən abidənin hündürlüyü 153 metrdir. 20 metrəlik nilüfər çiçəyi şəklində bəzək və 25 metrlik insanın üzərində yerləşir. Əfqanıstandakı Bamiyan Buddaları Taliban tərəfindən dağıdıldıqdan sonra 2008-ci ildə tamamlanıb.

Son olaraq isə Buddanın ən nəhəng heykəli olan Maytrey Budda adlanan heykəli misal göstərə bilərik. Bu heykəli bircə dəfə görmək kifayətdir ki, ömrü boyu yaddan çıxmasın.Heykəl Çinin Leşan şəhəri yaxınlığında yerləşir. Bu yaxınlaradək qədər bu dünyada ən yüksək heykəltəraşlıq əsəri idi. O üç çayın kəsişdiyi yerdə Lin'yunşan dağının yaxınlığında bir qayadan yonulmuşdur.Heykəlin yaradılması üçün işlər Tan sülaləsinin idarəçiliyi vaxtı, 713 ildə başlamışdı və 90 il davam etmişdi. Heykəlin hündürlüyü — 71 m, başın hündürlüyü — demək olar ki, 15 m, çiyinlərin genişliyi — demək olar ki, 30 m, əlin barmaqlarının uzunluğu — 8 m, ayaq barmağının uzunluğu — 1,6 m, burunun uzunluğu — 5,5 m-dir. Bu heykəl artıq Yuneskonun Ümumdünya mirasının abidəsi kimi tanınmışdır.



Digər dinlərdə zəvvarlıq mərkəzləri
Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Nikkoya gələn turistlərin sayı ilbəil artmaqdadır. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın sintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və sintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər.

Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən “Nikko Milli Parkı” öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi ilə diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir. 


Puşkar şəhəri Tar səhrasının kənarında, Caypur şəhərindən 145 km, Dehli şəhərindən isə 400 km cənub-qərbdə yerləşir.

Puşkar şəhəri məşhur turistik məkan olmaqla yanaşı, eyni zamanda zəvvarların ziyarət yeri hesab edilir. Puşkar şəhərində yerləşən Brahma (yaxşılıq tanrısı) məbədi zəvvarların diqqətini xüsusilə cəlb edir.

Puşkar şəhərində və onun ətrafında 100-dən artıq iri və xırda məbədlər yerləşir.

Puşkar gölü müxtəlif dövrlərdə inşa edilmiş ağ məbədlərlə əhatə olunub.

Şəhər öz gözəlliyi ilə diqqəti cəlb etməklə yanaşı, eyni zamanda Hindistanın ən iri və aktiv alış-veriş mərkəzlərindən biri hesab olunur.

Nəticə

Dini məzmunlu ekskursiya turizmi zəvvarlığa yaxın axınları formalaşdırır. Belə səfərlər adətən dindarların səyahəti ikim uzunmüddətli olmur, uşaq və böyüklər üçün nəzərdə tutulmuşlar, ilin istənilən vaxtında təşkil edilir və dini bayramlarla əlaqədar olmur. Əgər dindar üçün səyahətin mənəvi cəhətləri qiymətlidir, turistsə Müqəddəs yerlərə mədəni-idrak məqsədilə gedir. Bəzi turlarda eyni zamanda həm dindarlar, həm də turistlər gedə bilərlər. Onlar marşrut üzrə keçmişin dini müqəddəs yerləri və memarlıq abidələrini gəzirlər, bu isə dünyəvi dünyagörüşü olan insanlara ruhi ənənələrlə tanış olmaq imkanı verir. Bu cür turların keçirilməsi hərtərəfli hazırlıq tələb edir. Qruplar xüsusilə diqqətlə seçilir, bu zaman daxilində inam və kilsəyə hörmətin olmadığı insanların qruplara daxil edilməməsinə diqqət yetirilir. Qrupu mövzunu yaxşı bilən dindar olması arzuolunan bələdçi və kilsə nümayəndəsi müşaiyət edir. Sonuncunun köməyilə yığılan insanlar mənəvi dəyərlər haqqında məlumat alırlar.İlkin xristian və müsəlman dini abidələri ilə zəngin olan İsraildən başqa, bu növ turistlər İordaniyaya da maraq göstərirlər. Xristianlıq tarixində bu torpaq Əhdi-Ətiq və Əhdi-Cədiddə göstərilir. Bu ölkənin ərazisindən İsa Məsihin xaç suyuna salındığı İordan çayı keçir. Tanışlıq məqsədilə böyük turist axınları əsasən Bizansın varisi, pravoslavlığın beşiyi olan Yunanıstana, dağ monastırları olan monax Respublikası Afona, və katolik kilsənin mərkəzi Vatikana yollanır. Dini ibadət yerlərinin olması turistləri Fransaya da cəlb edir. Ölkənin milli sərvəti olan və dövlət müdafiəsi altında olan (yolkənarı xaçlar və qəbir daşları da daxil olmaqla) abidələrin 57 faizi hal-hazırda işləyən və abidə xarakteri daşıyan dini obyektlərdir.

Keçmiş sosialist ölkələrində turizmdə dini istiqamət son zamanlarda, dinin ölkənin həyatındakı roluna yenidən baxılmasından sonra yaranmışdır. Bir neçə onilliklər ərzində dövlət kommunist ideologiyası ilə əvəz etmək məqsədilə dini aradan qaldırmağa çalışmışdı.Belə şəraitdə din sağ qalmaq uğrunda mübarizə aparmağa məcbur idi və turizmə hər hansı əhəmiyyətli təsir göstərə bilməzdi.Müqəddəs yerlər ən yaxşı halda xarici turistlər üçün estetik maraq doğuran yerlər funksiyasını daşıyırdılar. Bu gün bu şəkil tədricən dəyişir. Əhalidə ruhi dəyərlərə ehtiyac artır, dini mədəniyyət abidələrinə, kilsənin, xüsusilə əsas ruhi dirilmə mərkəzlərinə çevrilmiş monastırların həyatına maraq artır. Din ictimai münasibətlərə daha dərindən nüfuz edərək turist mübadilələri üçün yeni üfüqlər açır.

Dini məqsədlərlə həyata keçirilən elmi turizm öz axınlarını formalaşdırır. Turistlər yalnız mövcud olan monoteist din mərkəzlərinə deyil, həmçinin, zəngin politeist keçmişi olan ölkələrə də axın edirlər.Bu hər şeydən əvvəl Misir, həmçinin, İtaliya və Yunanıstandır. Xüsusi elmi diin marağı Hindistan, Çin, Yaponiya axarı təşkil edir. Mütəxəssislərin səfərləri azsaylıdır, lakin onlar dini turizmin coğrafiyasını genişləndirir və onun axınlarını daha dolğun edir.

Xarici dini turlara olan tələbatın artması ilə əlaqədar səyahətlərin təşkili ilə məşğul olan, kilsələrlə əməkdaşlıq edən firmalar yarandı.Kilsə turizmin humanistik istiqamətini nəzərə alaraq , müştəriləri cəlb etmək məqsədilə “Tövbə duaları, zəvvarlıq və onların bədii və memarlıq aspekti” adlı sənəd dərc etmişdir. O əsasən Polşada və Mərkəzi və Şərqi Avropanın digər ölkələrində dini yönümlü mətbuat, turizm üzrə iş şərikləri, həmçinin, sərgi və birjalarda yayılır. Bu yolla kilsə və müvafiq firmalar turist axınlarının formalaşmasında iştirak edirlər.

Müxtəlif növ təşkilat və idarələr öz növbəsində onların istiqamətinə təsir göstərir.Fransada ölkənin mədəni irsinin müdafiə olunması və təbliği məqsədilə dağlarda həyata keçirən mədəni və beynəlxalq tədbirlər Fondu mövcuddur. Dövlət və bələdiyyə qurumlarının vəsaitləri hesabına o uzaq dağ yerlərində kiçik kilsə və kilsələrin restavrasiyasını həyata keçirmiş və turistlərin diqqətini və marağını cəlb etmək üçün reklam çarxları buraxmışdır. Bu Fonddan əlavə, Fransada fransız və xarici dini xadimləri birləşdirlən zəvvarlıq üzrə yeparxiya direktorlarının Milli Assosiasiyası təşkil edilmişdir. Turizm mütəxəssisləri ilə birlikdə o zəvvarlıq üçün ruhi, mənəvi və texniki şəraitin yaxşılaşdırılması üçün səylər göstərir, həmçinin, turist işi təşkilatçıları və rəhbərlərini hazırlayır. Fərdi turistlər və zəvvarların qəbul edilməsində Müqəddəs yerlərin keşişlərinin Assosasiası məbədlərə böyükkömək göstərir. Dini turizmin inkişafına digər yerlərdə də böyük diqqət göstərilir.



Ədəbiyyat
А. А. САМОИЛЕНКО ГЕОГРАФИЯ ТУРИЗМА

Александрова А.Ю. Международный туризм Knorus, Moskva 2012


РОМАНОВ А.А., СААКЯНЦ Р.Г. География туризма
В.Ю. Воскресенский МЕЖДУНАРОДНЫЙ ТУРИЗМ

http://gunahkar-bende.ucoz.org/news/m_s_d_i_mam_li_ibn_rza_ziyar_tgahi/2011-06-27-2848
http://www.turizmtrend.com/dikey-turizm/inanc-turizmi/turizmin-devlesen-gucu-dini-turizm-6299.html
http://www.big.az/index.php?sid=27937
http://joy.az/interesting/86848-en-neheng-budda-heykeli.html
http://az.wikipedia.org/wiki/Sultan_%C6%8Fhm%C9%99d_camisi
http://turizm.az/az/xeber/2533/
http://turizm.az/az/xeber/2007/


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə