O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir




Yüklə 0.98 Mb.
səhifə7/14
tarix10.04.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Əli (ə) buyurdu: – Elə bir şey barəsində soruş ki, sənə lazım olsun, sənə lazım olmayan şeyləri soruşmaq fikrindən keç. (Sonra buyurdu:) Həm gecədə, həm də gündüzdə görən o kəsdir ki, həm keçmiş peyğəmbərlərə iman gətirmiş, həm də sonuncu Peyğəmbər (s.ə.v.v)-i görüb ona da iman gətirmişdir. Təkcə gündüzdə görən o kəsdir ki, keçmiş peyğəmbərlərə iman gətirməmiş, amma sonuncu Peyğəmbəri görmüş və ona iman gətirmişdir. Təkcə gecədə görən şəxs odur ki, keçmiş peyğəmbərlərə iman gətirmiş və sonuncu Peyğəmbər (s.ə.v.v)-i görüb ona iman gətirməmişdir.

Bir yəhudi Əli (ə)-dan soruşdu: – Mənə o şeydən xəbər ver ki, Allah üçün deyil, o şeydən xəbər ver ki, Allahın yanında deyil, o şeydən xəbər ver ki, Allah onu bilmir.

Həzrət Əli (ə) ona buyurdu: – Allahın bilmədiyi şey siz yəhudilərin dediyiniz "Üzeyir Allahın oğludur" - sözüdür, halbuki Allahın Öz oğlu barəsində heç bir xəbəri yoxdur. Allah üçün olmayan şey şərikdir. Allahın yanında olmayan şey isə bəndələrə zülm etməkdir.

Bunu eşidən yəhudi dedi: – Şəhadət verirəm ki, Allah təkdir, Muhəmməd (s.ə.v.v) Onun göndərdiyidir.

Rəsul-Calut Əbu Bəkrdən müəyyən suallar soruşdu, amma o heç birinə cavab verə bilmədi. Sonra İmam Əli (ə)-ın yanına gəlib suallarını bir-bir soruşdu: – Bütün varlıqların əsli və əsası nədir?

İmam Əli (ə) buyurdu: – Sudur. Çünki, Allah-Taala buyurur: "Vəcəəlna minəl-mai kullə şəyin həyyin: Biz bütün canlı varlıqları sudan qərar verdik."

Rəsul-Calut: – Hansı iki cansız varlıq danışmışdır?

İmam Əli (ə) – Asiman və yer.

Rəsul-Calut: – Hansı iki şey artır və azalmır, camaat da onu görmür?

İmam Əli (ə) – Gecə və gündüz.

Rəsul-Calut: – Hansı su idi ki, nə yerdən idi, nə də göydən?

İmam Əli (ə) – O, Süleyman (ə)-ın Bilqeyis üçün göndərdiyi su idi ki, meydanda çapan atların tərindən əmələ gəlmişdi.

Rəsul-Calut: – O nədir ki, ruhu olmadan tənəffüs edir?

İmam Əli (ə): – "Vəssubhi iza tənəffəs; And olsun sübhə! O zaman ki, tənəffüs edər (açılar)."

Rəsul-Calut: – O nədir ki, əvvəlcə artır, sonra da azalır.

İmam Əli (ə) – Ayın çevrəsi.

Rəsul-Calut: – O hansı şeydir ki, nə artır, nə də azalır?

İmam Əli (ə) – Dərya.

Rəsul-Calut: – O hansı şeydir ki, azalır, amma artmır?

İmam Əli (ə) – Ömür.

Bir dəstə yəhudi Ömərin yanına gəlib dedilər: – Sən öz Peyğəmbərinizdən sonrakı vali və hakimsən. Biz müəyyən mətləbləri soruşmaq üçün sənin yanına gəlmişik. Əgər bizə düzgün cavab verə bilsən, sənə iman gətirib ardıcıllarından olacağıq.

Ömər dedi: – Soruşun!

Dedilər: – Bizə yeddi asimanın qıfılları və onların açarlarından, öz qövmünü qorxudan, amma nə pəri (cin), nə də insan olmayan şeydən, bətndə yaradılmayan beş şeydən, eləcə də bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, on bir, on iki olan şeylər barəsində xəbər ver.

Ömər bir qədər sükuta daldıqdan sonra dedi: – Ömər ibni Xəttabdan elə bir şey soruşursunuz ki, onun barəsində heç bir məlumatı yoxdur. Amma Peyğəmbərin əmioğlusu sizin suallarınızın cavabını verər.

Sonra Həzrətin yanına bir nəfər göndərərək, onu köməyə çağırdı. İmam (ə) gəldikdən sonra Ömər hadisəni dedi, həzrət yəhudilərə üz tutub "suallarınızı verin" - deyə buyurdu. Onlar da həmin sualları bir daha təkrar etdilər. İmam (ə) buyurdu: – Bundan başqa sualınız da varmı?

Dedilər: – Xeyr. Ey Şibrin və Şübeyrin atası!

Əli (ə) onlara buyurdu: – Asimanların qıfılları Allaha şərik qoşmaq, açarları isə "la ilahə illəllah" kəlməsidir.

Öz qövmünü qorxudan, amma nə cinlərdən, nə insanlardan olmayan şey Süleyman peyğəmbərin qarışqasıdır.

Bətndə yaradılmayan beş canlı varlıq: Adəm, Həvva, Musanın əsası, Salehin dəvəsi və İbrahimin qoçudur.

Bir–Yeganə Allahdır ki, heç bir şəriki yoxdur. İki–Adəmlə Həvvadır. Üç–Cəbrail, Mikail və İsrafildir. Dörd–Tövrat, İncil, Zəbur, Qurandır. Beş–Beşlik təşkil edən vacib namazlardır. Altı–Allah-Taala buyurur: "Vələqəd xələqnəs-səmavati vəl-ərzə və ma bəynəhuma fi sittəti əyyam: Şübhəsiz, Biz asimanları, yeri və onların arasında olanları altı gündə xəlq etdik." YeddiMütəal Allah buyurur: "Və bənəyna fovqəkum səbən şidada: Biz sizin üzərinizdə yeddi möhkəm asiman bina etdik." Səkkiz–Mütəal-Allah Öz kəlamında buyurur: "Və yəhmilu ərşə Rəbbikə fovqəhum yovməizin səmaniyəh: O gündə Pərvərdigarının ərşini səkkiz mələk daşıyar." Doqquz–Musaya nazil olan ayələrdir. On–Allah-Taalanın kəlamıdır ki, buyurur: "Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha biəşr: Biz Musa ilə otuz gün vədələşdik, sonra on gecəni də ona artırdıq." On birYusifin öz atasına dediyi sözdür: "İnni rəəytu əhədə əşərə kovkəbən: Mən yuxu aləmində on bir ulduz gördüm..." On ikiMütəal Allahın Musaya buyurduğu kəlamdır: "Fəqulnəzrib biəsakəl-həcərə fənfəcərət minhusnəta əşərətə əyna: Musaya "Öz əsanı daşa vur!" - dedik, bu zaman on iki çeşmə qaynamağa başladı."

Bu zaman yəhudilər dedilər: – Şəhadət veririk ki, yeganə Allahdan başqa heç bir məbud yoxdur və Muhəmməd Onun haqq göndərdiyi, Sən də Allahın Peyğəmbərinin əmioğlususan. (Sonra Ömərə dedilər:) Allaha and olsun! O, bu məqama səndən daha layiqlidir!

Qeysər Ömərdən yazılı şəkildə bir neçə sual soruşmuş, o isə cavab verə bilmədiyi üçün Əli (ə)-dan kömək istəmişdi. O suallardan bəzilərinin cavabını qeyd edirik: – Hər tərəfdən ağzı olan şey oddur. Hər tərəfi ayaq olan sudur. Hamısı göz olan günəşdir. Hər şeyi qanad olan küləkdir. (Nəhayət buyurur:) Öz yerindən yalnız bir dəfə hərəkət edən "Tur" dağıdır. Bəni-İsrail Allah qarşısında itaətsizlik etdikləri zaman "Tur" dağı onlarla Müqəddəs diyar arasında vaqe oldu. Allah ondan bir parça ayırıb, nurdan olan iki qanad qərar verdi və onların başı üstündə saxladı. Belə ki, Quranda yəhudilərə xitabən belə buyurulur: "Yada salın o zamanı ki, sələflərinizin üzərində "Tur" dağını bulud parçası kimi qərar verdik ki, hər an düşəcəyini güman edirdilər."

Kölgəsinin uzunluğu yüz illik yol olan ağac "Tuba" ağacıdır, o da yeddinci asimandakı Sidrətul-Müntəhadadır ki, Adəm övladlarının əməlləri ona gedib çatır. O, behişt ağaclarındandır, behiştdə elə bir qəsr və ev yoxdur ki, "Tuba" ağacının qanadı onun arasında asılmış olmasın. Onun dünyadakı oxşarı Günəşdir ki, əsli və kökü birdir, nuru isə hər yerdə vardır.

Suvarılmadan cücərən ağac Yunus peyğəmbərin ağacıdır ki, onun möcüzələrindən sayılır. Allah-Taala buyurur: "Yunusun üstündə yəqtindən (kədudan) olan bir ağac cücərtdik."

Behişt əhlinin yeməyinə gəldikdə isə, onun bu dünyadakı oxşarı ana bətnində göbək yolu ilə qidalanan rüşeyimdir, halbuki heç nə dəf edilmir.

Behişt əhli üçün bir qabda rəngarəng yeməklərin bir yerə yığışmasının dünyadakı misalı yumurtaya bənzəyir, belə ki, onun içində sarı və ağ rənglər olduğu halda heç vaxt bir-birinə qarışmır.

Almanın arasından çıxan cavan qızın dünyadakı oxşarı almanın içindən sağlam şəkildə çıxan qurddur.

Həmin münasibətlə belə nəql olunur:

Tənuxi "Nəşvarul-muhazirət" kitabında münəccimlərin xəbərləri barəsində atasının belə dediyini nəql edir: Bir gün Müvəffəqin yanında idim. O, Əbu Məşəri və adını bilib sonradan unutduğum digər bir münəccimi öz yanına çağırdı, qoltuğunda bir alma gizlədib onlardan "bu nədir?" - deyə soruşdu. O biri münəccim üstürlaba baxdıqdan sonra bir qədər fikirləşib dedi: "Meyvələrdəndir." Əbu Məşər isə dedi: "Heyvan cinsindəndir."

Müvəffəq ona dedi: – Düz dedin.

Amma Əbu Məşərə dedi ki, sən səhv dedin. Sonra almanı çıxardıb göstərdi.

Əbu Məşər heyrətlə yenidən istərlaba bir qədər nəzər saldı, sonra almanı götürüb böldü. Onun içindən ağ bir qurd çıxdı. Sonra dedi: – Mənəm Əbu Məşər!

Müvəffəq onların verdiyi ehtimalın düzlüyündən təəccüb edərək, hər ikisinə mükafat verdi.

Əli (ə), ondan ədədlər barəsində soruşan yəhudinin cavabında buyurmuşdu: "Üçüncüsü olmayan iki günəşlə aydır, dördüncüsü olmayan üç (qadına verilən) təlaqların sayıdır, beşincisi olmayan dörd həyat yoldaşlarıdır. (Axırda isə buyurmuşdu:) Onuncusu olmayan doqquz qadının hamiləlik aylarıdır."

Müəllif: Beşinci rəvayətdə qeyd olundu ki, İmam Əli (ə) bu ədədlərin cavabını başqa cür bəyan etmişdir. Onların hər ikisi düzgün sayılır. Aralarındakı fərqin səbəbi bu ola bilər ki, o Həzrət sual edənlərin hər birini, onların öz xas əqidə və nəzərinə uyğun şəkildə qane etmək istəmişdir.

Bir gün Ömər Hüzeyfəni görüb dedi: – Necə sübhə çıxdın?

Hüzeyfə dedi: – Necə sübhə çıxmağımı istəyirsən? Allaha and olsun, elə bir halda sübhə çıxmışam ki, haqqı düşmən, fitnəni dost tuturam, görmədiyim şeyə şahidlik edirəm, məxluq olmayan şeyi hifz edirəm, dəstəmazsız namaz qılıram, yerdə elə bir şeyim var ki, Allah asimanda onlara malik deyil.

Ömər bu sözləri eşitdikdə qəzəbləndi, amma tələsdiyi üçün ona bir söz demədən getdi. Lakin onu tənbeh etməyi qərara almışdı. Yol əsnasında Əli (ə)-ı gördü. Həzrət onun qəzəbləndiyini başa düşdükdə səbəbini soruşdu. Ömər dedi: – Hüzeyfə ilə rastlaşdım. Necə sübh etdiyini soruşduqda "elə bir halda sübhə çıxdım ki, haqqı xoşlamıram" - deyə cavab verdi.

Əli (ə): – Düz deyibdir. Ölümdən xoşu gəlmir, halbuki o, haqqdır.

Ömər: – O dedi ki, fitnəni sevirəm!

Əli (ə): – Düz deyibdir. Mal-dövlətini və övladlarını sevir. Allah-Taala buyurur: "İnnəma əmvalukum və ovladukum fitnəh: mal-dövlətiniz və övladlarınız yalnız bir fitnə və imtahan səbəbidir."

Ömər: – O deyir ki, görmədiyim şeyə şəhadət verirəm!

Əli (ə): – Düz deyir. Allahın yeganəliyinə, ölməyə, dirilməyə, behiştə, cəhənnəmə, sirata şahidlik verir. Halbuki, onların heç birini görməmişdir.

Ömər: – O deyir ki, qeyri-məxluqu hifz edirəm!

Əli (ə): – Düz deyir. Allahın kitabını hifz edir və o, qeyri-məxluqdur.

Ömər: – O deyir ki, dəstəmazsız namaz qılıram!

Əli (ə): – Düz deyir. Əmimoğlu Rəsuli-Əkrəm (s.ə.v.v)-ə dəstəmazsız olaraq salavat göndərir və bu da caizdir.

Ömər: – Bunların hamısından da pisi budur ki, deyir: "Mənim yerdə elə bir şeyim vardır ki, Allah asimanlarda ona malik deyil!"

Əli (ə): – Düz demişdir. Onun arvadı və övladları var. Allah isə belə şeylərdən uzaqdır.

Bu zaman Ömər dedi: – Əgər Əliyyibni Əbi Talib olmasaydı, Ömər həlak olardı.

Roma padşahının göndərdiyi adamlar Əbu Bəkrin yanına gəlib soruşdular: – O kimdir ki, behiştə ümidi yoxdur, nə Allahın cəhənnəmindən, nə də Onun Özündən qorxmur, rüku və səcdə etmir, murdar və qan yeyir, fitnəni sevir, haqq ilə düşməndir, görmədiyi şeyə şahidlik verir?!

Əbu Bəkr cavab verə bilmədi. Amma Ömər dedi: – Belə şəxs öz küfrünü artırmışdır!

Əli (ə) bu məsələdən xəbərdar olduqda buyurdu: – Belə şəxs Allah övliyalarındandır. Çünki, onun ümidi yalnız Allahadır, Onun behiştinə yox; Allahdan qorxur, nəinki oddan; Allahın zülm edəcəyindən deyil, ədalətlə rəftar edəcəyindən qorxur. Meyyit namazında rüku və səcdə etmir. Balıq və çəyirtkə yeyir, halbuki onlar ölüdürlər; ciyər yeyir, halbuki o qandan ibarətdir. Behişt və cəhənnəmin haqq olmasına şəhadət verir, halbuki onları görməyibdir.

Müəllif: Tavus Yəmaninin İmam Məhəmməd Baqir (ə)-dan soruşduğu suallarda belə qeyd olunur:

Tavus Yəmani: – İnsanların üçdə-biri nə vaxt həlak oldu?

İmam Baqir (ə): – Səhv etdin. Demək istəyirdin ki, camaatın dörddə-biri nə vaxt öldü. Bu, Qabilin Habili öldürdüyü vaxt idi. (Yəni dünyada cəmisi dörd nəfər var idi, biri öldükdə dörddə-biri ölmüş hesab olunur.)

Tavus Yəmani: – İnsanların atası Habildir, yoxsa Qabil?

İmam Baqir (ə): – Heç biri. İnsanların atası Adəmin oğlu Şeysdir.

Tavus Yəmani: – Haqqa şahidlik edən hansı insanlar yalançı idilər?

İmam Baqir (ə): – Münafiqlərin Peyğəmbər (ə)-in nübüvvətinə şəhadət verərək "nəşhədu innəkə lərəsulullah" yəni "Şəhadət veririk ki, sən Allahın göndərdiyi peyğəmbərsən" - dedikləri vaxt.

Tavus Yəmani: – Allahın hansı göndərdiyi şəxsdir ki, nə cinlərdən idi, nə də insanlardan?

İmam Baqir (ə): – Bu, qarğadır. Allah-Taala buyurur: "Fəbəəsəllahu ğurabən yəbhəsu fil-ərz", yəni "Allah bir qarğanı göndərdi ki, öz caynaqları ilə yeri qazsın."

Tavus Yəmani: – Kimin barəsində yalan demişlər, halbuki, o nə cinlərdəndir, nə də insanlardan?

İmam Baqir (ə): – O, bir canavardır ki, Yusifin qardaşları onun barəsində yalan demişdilər.

Tavus Yəmani: – Hansı şeydir ki, onun azı halal, çoxu haramdır?

İmam Baqir (ə): – Talutun keçdiyi çayın suyu. "Bəqərə" surəsi, 248: "Talut öz ordusuna dedi: "Həqiqətən Allah sizi bir su arxı ilə imtahana çəkəcək; hər kəs ondan çox içsə məndən deyil, hər kəs heç içməsə, yaxud az içsə məndəndir və mənim dinimdə olacaqdır."

Tavus Yəmani: – O hansı orucdur ki, onda yeyib-içmək qadağan deyil?

İmam Baqir (ə): – Həzrət Məryəmin tutduğu orucu (sükut orucu).

Əli (ə) "Şiqşiqiyyə" xütbəsini oxuyan zaman bir nəfər o həzrətə, müəyyən suallar yazılan bir məktub verdi. İmam (ə) öz sözlərini yarımçıq saxlayıb həmin suallara cavab verdi. Onlardan biri bu idi: – Hansı canlıdır ki, başqa bir canlının qarnından çıxır, amma onların arasında heç bir qohumluq əlaqəsi yoxdur?

Əli (ə) buyurdu: – Yunus ibni Mətta idi ki, balığın qarnından xaric olmuşdu.

Əli (ə)-dan soruşdular: – O nədir ki, dirisi içdi, ölüsü yedi?

Buyurdu: – Həzrət Musanın əsası idi. Ağacın üstündə budaq olduğu zaman (su) içirdi, (ağacdan kəsilib) Musanın əlində əsa olan zaman sehrkarların düzəltdiyi əjdahaları və ilanları udmağa başladı.

Həzrət Əli (ə)-dan soruşdular: – O hansı quşdur ki, nə balası olmuşdur, nə əsli, nə də fəri?

Buyurdu: – O, İsanın düzəltdiyi quş idi. Quranda buyurulur: "Ey İsa! O zamanı (yada sal) ki, palçıqdan quş şəklində düzəldir və Mənim əmrim ilə ona üfürürdün, o da Mənim əmrimlə canlı bir quş olurdu."

Osmanın xilafətdə olduğu günlərin birində Hüzeyfə Əli (ə)-a dedi: – Ya Əli! Uzun illər keçdikdən sonra sizin Hirrədə mənə buyurduğunuz sözün mənasını dünən başa düşmüşəm. Siz mənə demişdiniz: "Ey Hüzeyfə, necə olacaqsan, o zaman ki, bir neçə "eyn" bir "eynə" zülm edər, Peyğəmbər (s.ə.v.v) də bizim aramızda olmaz." Gördüm ki, əvvəlcə Ətiq (Əbu Bəkr) və ondan sonra da Ömər xilafəti ələ keçirməkdə sizdən qabağa keçdi. Halbuki, hər ikisinin adının əvvəli "eyn" hərfidir.

İmam (ə) ona buyurdu: – Osmanın xilafətə gəlməsində böyük rol oynayan Əbdürrəhman ibni Ovfu unutmusan. (Başqa bir rəvayətdə bunu da buyurduğu qeyd olunur:) Tezliklə Əmr Asla ciyər yeyən qadının oğlu Müaviyə də onlara əlavə olunacaqdır ki, bunlar da mənə zülm etməkdə əlbir olan "eyn"lərdir.

Üqbət ibni Əbi Üqbə dünyadan gedən zaman Əli (ə) öz dostlarından bir neçəsi ilə onun cənazəsinin yanına gəldi. Ömər də onların arasında idi. Bu zaman Əli (ə) orada olan bir kişiyə buyurdu: – Üqbənin ölməsi ilə arvadın sənə haram oldu.

Ömər dedi: – Ya Əli! Sənin bütün qəzavətlərin qəribədir. Lakin bu hamısından qəribədir. Bir insan öləndə başqasının arvadı ona necə haram ola bilər?!

Əli (ə) buyurdu: – Bəli, bu kişi Üqbənin qulamıdır, arvadı da azad bir qadındır. O qadın bu gün Üqbədən irs aparır və nəticədə öz ərinin bir hissəsinin maliki olur, qadın öz qulamına haram olur, o vaxta kimi ki, onu azad etsin, (azad olmuş) bir kişi də onu öz əqdinə keçirsin.

Bu zaman Ömər Əli (ə)-a dedi: – Biz, ixtilafa düçar olduğumuz belə məsələləri səndən soruşmalıyıq!

Müəllif: Bunun oxşarı olan bir rəvayəti mərhum Şeyx Səduq "Müqni" kitabında qeyd etmişdir. Belə ki, orada deyilir: Əli ibni Üqbə İmam Sadiq (ə)-dan soruşdu: – Bir qulam dörd azad kişini biri digərindən sonra qətlə yetirmişdir. Bunun hökmü nədir?

İmam (ə) buyurdu: – O, öldürülən dördüncü şəxsin qəyyumlarının ixtiyarına keçir: istəsələr onu (qisas alaraq) öldürə, istəsələr də qul kimi qəbul edə bilərlər. Çünki, birinci adamı öldürdüyü zaman onun qəyyumları həmin qulu almağa və ya öldürməyə müstəhəq olurlar. İkincini öldürdükdə isə onun qəyyumları qulamı birinci öldürülənin qəyyumlarından (alaraq) öz ixtiyarlarına keçirirlər. Üçüncünü öldürdükdə onun qəyyumları qulamı ikinci öldürülənin qəyyumlarından (alaraq) öz ixtiyarlarına keçirirlər. Dördüncü adamı öldürdükdə, o, dördüncü adamın qəyyumlarına məxsus olur, istəsələr onu öldürə, istəsələr də qul kimi qəbul edə bilərlər.

Bir nəfər Əbu Bəkrdən soruşdu: – Bir kişi bir qızla evlənir və həmin gecə o qız oğlan doğur. Kişi elə həmin gecə vəfat edir və mirası oğlan ilə onun anasına keçir. Hadisənin necə olduğunu deyə bilərsənmi?!

Əbu Bəkr onun cavabını bilmədi. Əli (ə) buyurdu: – Bu kişi o qız ilə izdivac etməmişdən qabaq qız onun kənizi idi və elə ondan da hamilə olmuşdu. Kişi onu azad etdikdən sonra öz əqdinə keçirtdi, qadın da həmin gecə doğdu. O öldükdə kişinin mirası oğluna və onun anasına keçir.

Cavan bir qadın Əli (ə)-ın yanına gəlib dedi: – Ərli bir qadın öz atasının icazəsi ilə başqası ilə evlənə bilərmi?

Orada hazır olanların hamısı hay-küy salaraq "heç vaxt!" - deyə cavab verdilər. Əli (ə) qadına buyurdu: – Ərini bura çağır.

Qadın ərini gətirdi. Əli (ə) o kişini vadar etdi ki, öz arvadını boşasın. Kişi də azacıq belə etiraz etmədən təlaq verdi.

Həzrət buyurdu: – Bu qadının əri ənindir (cinsi yaxınlığa qadir deyildir).

Əri də iqrar etdi. Qadın iddə saxlamadan başqa bir kişi ilə izdivac etdi.

Müəllif: "Təlaq" təbiri gətirməkdə İmam (ə)-ın məqsədi onun lüğətdəki mənası, yəni "azad etmək"dir. Çünki qadın, əri ənin olduğu halda əqdi fəsx edir və bu zaman təlaq verməyə heç bir ehtiyac yoxdur.

Əli (ə)-dan soruşdular: – Hansı ibadəti yerinə yetirmək də, tərk etmək də cəzaya səbəb olur?

Buyurdu: – Şərab içərək məst olmuş adamın qıldığı namaz: o, namazı qılsa da, qılmasa da cəzaya layiq görülür.

Əli (ə)-dan soruşdular ki, yer üzünün hansı ən pak yeridir ki, onda namaz qılmaq batildir?

Buyurdu: – Kəbə evinin damında.

Müəllif: – Çünki, orada namazın vacibatından olan qibləyə riayət etmək mümkün deyildir.

Nəql olunur ki, İmam Riza (ə) çöl ərəblərinə məxsus olan paltar geyinib tanınmaz halda təvaf yerinə daxil oldu və təvafda Harundan qabağa keçdi. Bu, Haruna ağır oturduğu üçün onu təhqir etmək qərarına gəldi. Bu məqsədlə o həzrətdən çətin suallar soruşdu. O həzrət də qaneedici cavablar verdi. Sonra İmam (ə) ondan soruşdu: – (O kimdir ki,) sübh namazı vaxtı bir qadına nəzər salır, nəzəri haramdır. Günorta zamanı ona halal, əsr zamanı haram olur. Gün batan zaman halal, işa zamanı haram olur. Sübh zamanı halal, zöhr zamanı haram olur. Əsr olanda halal, məğrib zamanı haram, işa zamanı isə halal olur?!

Harun dedi: – Ey ərəb qardaş! Allaha and olsun, məni elə bir dərin dəryaya saldın ki, səndən başqa heç kəs məni oradan xilas edə bilməz!

İmam (ə) bu sualın izahında buyurdu: – O kişi sübh zamanı ona haram olan bir kənizə nəzər saldı. Zöhr zamanı onu aldı və halal oldu. Əsr zamanı onu azad etdi, haram oldu. Məğrib zamanı onunla izdivac etdi, halal oldu. İşa zamanı ona təlaq verdi, haram oldu. Sübh zamanı təlaqdan rücu etdi (qayıtdı), halal oldu. Zöhr zamanı ona zihar etdi, ona haram oldu. Əsr zamanı (kəffarə olaraq) bir qul azad etdi və halal oldu. Məğrib zamanı mürtəd oldu, qadın ona haram oldu, İşa zamanı tövbə etdi və islama qayıtdı, qadın ona halal oldu.

Şiə alimlərindən Şeyx Müfid və ibni Bəra, sünnülərdən isə Həriri o həzrətin bu cür mürəkkəb və çətin suallara verdiyi cavablar barədə ayrıca kitab yazmışlar.

Şeyx Müfidin nəql etdiyi çətin məsələlərin birində qeyd olunur: Bir kişi bir neçə qulamı, satın almadan, bir kəs tərəfindən ona bəxşiş edilmədən, sədəqə, müharibə qəniməti və miras da olmadan sahib olmuşdur!

Cavabı budur ki, bu şəxsin anası müsəlman ərinin (yəni, həmin kişinin atasının) vəfatından sonra məsihi bir kişi ilə ailə qurmuş və ondan övlad sahibi olmuşdur. Əmirəl-möminin Əli (ə) buyurmuşdu: "Gərək o qadını edam etsinlər. O qadının həmin məsihi kişidən olan övladlarının hamısını da onun müsəlman qardaşının qulamları etsinlər."

Əbul Əsvəd Duəli deyir: – Bir gün Əli (ə)-ın hüzuruna getdim, o Həzrətin dərin fikrə daldığını gördükdə soruşdum: – Ya Əmirəl-möminin! Nə barədə fikirləşirsiniz?

İmam (ə) buyurdu: – Sizin lüğətinizdə səhvlər və xatalar görmüşəm. Bu barədə müəyyən qayda-qanunlar düzəltmək istəyirəm ki, həmin səhvləri bərpa etsin.

Dedim: – Əgər belə etsəniz, bizi diriltmiş olarsınız. Bu lüğət də bizim aramızda qalar.

Bir neçə gündən sonra o həzrətin yanına getdim. Üzərində aşağıdakı kəlmələr yazılmış bir vərəqi mənim qarşıma qoydu: "Bismillahir-rəhmanir-rəhim. Bütün kəlmələr ya isimdir, ya feldir, ya da hərf. İsim odur ki, öz müsəmmasını aydınlaşdırsın. Fel odur ki, müsəmmanın hərəkətini göstərsin, hərfin də elə mənaları vardır ki, nə isimdir, nə də fel. (Sonra mənə buyurdu:) Bu barədə dəqiq axtarış aparıb nəzərinə çarpanları onlara artır. Bil ki, başqa baxımdan da kəlmələr üç cürdür: 1-Zahir (adi isim), 2-Zəmir (əvəzlik), 3-Nə zahir, nə də zəmir olmayanlar."

Əbul Əsvəd deyir: Bir qədər ədəbi mətləbi toplayıb İmam (ə)-ın hüzuruna apardım. Onlardan biri də kəlməyə nəsb verən (felə oxşayan) hərflər idi: – "İnnə", "ənnə", "leytə", "ləəllə", "kəənnə". Lakin "lakinnə" kəlməsini qeyd etməmişdim. İmam (ə) mənə buyurdu: – Nə üçün "lakinnə"ni onların biri kimi qeyd etməmisən?

Dedim: – Mənə belə gəlir ki, "lakinnə" onlardan deyildir.

İmam (ə) buyurdu: – Xeyr, onlardandır. Onu da yaz.

Nəhv alimlərindən olan Zəccac qeyd olunan qaydalara belə misal gətirir: Zahir dedikdə "rəcul" (kişi), "Zeyd" "Əmr" və s. kimi kəlmələrdir. Zəmir dedikdə "ənə" (mən), "əntə" (sən) və "fəəltə" kəlməsindəki "ta", "ğulami" kəlməsindəki "mütəkəllim ya"sı və xitab kafı; məsələn, sovbukə və s.-dir. Amma nə zahir, nə də zəmir olmayanlar mübhəm kəlmələrdir. "Haza", "hazihi", "hata", "ta" (bunlar ismi işarədir); "mən" o kəs ki...), "ma" (o şey ki...), "əlləzi" (o kəs ki...), ey, (bunlar mosul isimləridir); "kəm" (nə qədər), "məta" (harada), "əynə" (harada) (sual isimləridir) və s.

Bir nəfər Əbu Bəkrdən "və fakihətən və əbba" ayəsinin tərcüməsini soruşdu, amma o, "əbb" sözünün mənasını bilmədi və dedi: – Hansı asiman mənə kölgə salsın, hansı yer məni üzərində götürsün, axı mən nə edim?! Əgər Allahın kitabı barəsində bir söz desəm, özümün də inanmadığım bir söz demiş olaram. Mən "fakihə"nin mənasını bilirəm. Lakin "əbb"in mənasını Allah daha yaxşı bilər!

Əli (ə) bu sözlərdən agah olduqda buyurdu: – Sübhanəllah! Məgər o bilmir ki, "əbb" kəlməsi çoxlu otu-ələfi olan otlaq mənasınadır?! Allah bu şərif ayədə insanların özlərinə və onların heyvanlarına əta etdiyi nemətləri sadalamaq istəyir, belə ki, onları həmin nemətlərin vasitəsi ilə qidalandırır və həyatlarına sabitlik və möhkəmlik bağışlayır.

Həmçinin Əbu Bəkrdən "kəlalə" sözünün barəsində soruşduqda, dedi: – Bu barədə öz nəzərimi deyirəm; əgər düzgün olsa Allahdandır, əgər səhv olsa şeytandan və özümdəndir.

Bu sözlər Əli (ə)-a çatdıqda, buyurdu: – Özünün ehtimal nəzəriyyəsini işlətməsi necə də yersizdir! Məgər bilmir ki, "kəlalə" kəlməsi ata-anadan bir olan bacı-qardaşlar, həmçinin təkcə ata tərəfdən və təkcə ana tərəfdən olan bacı-qardaşlar mənasına gəlib?! Belə ki, Allah-Taala buyurur: "Ey Peyğəmbər! Səndən "kəlalə" (qardaşlar və bacılar) barəsində fətva istəyirlər. De, Allah "kəlalə" barəsində sizə fətva verəcək: əgər sizlərdən bir kişi ölsə və onun övladı olmasa, amma bacısı olsa meyyitin tərəkəsinin yarısı o bacısına çatır."

***

Bu ayədə "bacı" dedikdə məqsəd həm ata-anadan, həm də təkcə ata tərəfdən bir olan bacıdır. Çünki, fəqihlərin nəzər birliyinə əsasən, bacı o zaman tərəkənin (mirasın) yarısını irs aparır ki, (ölən şəxs ilə) ya ata-ana tərəfdən, ya da yalnız ata tərəfdən bir olsun. Başqa bir ayədə buyurulur: "Əgər bir kişinin və ya qadının qardaşdan və yaxud bacıdan başqa bir vərəsəsi olmasa, onlardan hər biri altıda-bir qədər pay aparır."



Şiə fəqihlərinin fikir birliyinə əsasən, ana tərəfdən bir olan bacı və qardaşa, tək olduqda irsdən altıda-bir, çox olduqda isə üçdə-bir qədər verilir.

Deməli, Qurani-məciddəki "kəlalə" sözü aşkar şəkildə ya ata-ana tərəfdən, ya da yalnız ata, yaxud ana tərəfdən bir olan bacı-qardaş barəsində işlədilir. Şəxsi rəy də o zaman işlədilir ki, bu barədə şəri bir dəlil olmasın. Buna görə də İmam Əli (ə) buyurdu: Özünün ehtimal nəzəriyyəsini işlətməsi necə də yersizdir!

Müəllif: Əbu Bəkr "əbb" və "kəlalə" sözlərinin mənasını bilmədiyi kimi, "biz" kəlməsinin də mənasını bilməmişdi. "Tarixi Təbəri"də qeyd olunur ki, "Əzruat" günündə romalılarla farslar arasında "ədnəl-ərz"də (Şamın, yaxud Ərəbistan yarımadasının ətrafında) müharibə baş verdi və romalılar məğlubiyyətə uğradılar. Bu xəbər Peyğəmbər (ə)-ə və Məkkədə olan səhabələrə çatdıqda çox qəmgin oldular. Çünki kafir məcusilərin kitab əhlindən olan romalılara qələbə çalması Peyğəmbər (s.ə.v.v) üçün xoşagələn deyildi. Digər tərəfdən, Məkkə kafirləri bu hadisədən sevinərək müsəlmanlara tənə vurub deyirdilər: "Məcuslar sizin kitab əhlindən olan qardaşlarınıza qələbə çaldılar. Əgər siz də bizimlə müharibə etsəniz, sizə qələbə çalacağıq!" Bundan sonra aşağıdakı ayələr nazil oldu: "Romalılar, ən yaxın yerdə baş verən bir müharibədə (Şam nahiyələrində, yaxud Ərəbistan yarımadasının ətrafında, farslara) məğlub oldular. Onlar məğlub olduqdan sonra tezliklə yenidən (farslara) qələbə çalacaqlar, (özü də) çox az müdddət ərzində."

1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə