O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir




Yüklə 0.98 Mb.
səhifə5/14
tarix10.04.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Əli (ə) buyurdu: – Xeyr! Çünki yəhudilər Allahın kəlamını dəyişdirərək, yalan yerə şahidlik edirdilər.

Həmçinin soruşdular: – İki məsihi şəhadət verdi ki, bir nəfər məcusi İslamı qəbul etmişdir. Onların bu şahidliyi qəbul olunurmu?

İmam (ə) buyurdu: – Bəli. Çünki Allah-Taala Quranda buyurur: "Vələtəcidənnə əqrəbəhum məvəddətən lilləzinə amənu, əlləzinə qalu inna nəsara; yəni iman gəti-rənlərlə dostluq baxımından camaatın ən yaxınlarının "biz məsihilərik" – deyənlər olduğunu görərsən. Ona görə ki, onların bəziləri keşişdir və monastırda yaşayanlardır ki, Allaha ibadətdə təkəbbürlük etməzlər." Allaha ibadətdə təkəbbürlük etməyən şəxs də heç vaxt yalan yerə şahidlik etməz.

Hər biri digərinə "sən mənimlə livat etmisən!" deyən iki nəfəri Əli (ə)-ın yanına gətirdilər. Həzrət onla-ra hədd vurmadı, lakin onları təzirlə ədəbləndirdi.

İki qız birlikdə hamama getmişdi, onlardan biri barmağı ilə digərinin bəkarət pərdəsini aradan apardı. Onları Əli (ə)-ın yanına gətirdilər. Həzrət buyurdu: "Cinayətkar digərinin bəkarət pulunu verməlidir."

Bir nəfər başqasına dedi: – Ey dəlinin oğlu!

O da cavabında dedi: – Dəlinin oğlu özünsən!

Əli (ə) birinci kişiyə buyurdu: – Sən o birisinə 20 şallaq vur! (Kişi şallaq vuranda buyurdu:) Mən bilirəm ki, bu şallaq vuranın özü də həmin qədər şallaq zərbəsinə məruz qalacaq.

Qurtardıqdan sonra Həzrət şallağı ikincinin əlinə verdi, o da birinciyə iyirmi şallaq vurdu.

Bir nəfər balıq torunu digərinə satanda ona belə demişdi: "Toru mənim hesabıma suya sal. Nə qədər balıq tutsan, mənim üçün olsun, mən də sənə filan qədər pul verərəm." Əli (ə) balıq torunun bu qaydada satılma-sının qarşısını aldı.

Əli (ə) Kəbənin ətrafında iməkləyə-iməkləyə təvaf etməyi nəzir edən bir qadın barəsində buyurdu: "O, 14 dəfə təvaf etməlidir: 7-si əlləri üçün, 7-si də ayaqları üçün."

Əli (ə) buyurur: "Əgər bir şəxs həccə gedərkən xəstələnər və gedə bilməzsə bir nəfəri əcir tutmalıdır ki, onun tərəfindən naib olaraq həcci yerinə yetirsin."

Bir qul xata üzündən azad bir kişini qətlə yetirdi və bundan sonra ağası onu azad etdi. Əli (ə) belə bir qul barəsində buyurdu: "Onun azad olunması səhihdir və ağası öldürülən şəxsin diyəsinə zamindir."

Əli (ə) buyurur: "Ata öz övladını öldürsə, ondan qisas alınmır. Lakin övlad öz atasını öldürsə, atasının qisası ondan alınır."

Ömərin xilafəti dövründə Muin ibni Zaidə adlı bir nəfər xəlifənin möhrünə oxşar bir möhür düzəltdi və Kufədə dövlət vergilərindən bir qədərini öz ixtiyarına keçirtdi. Onu tutdular. Ömər bir gün sübh namazından sonra camaata dedi: "Hamı öz yerində dayansın!" Sonra Muinin gördüyü işi danışdı və onun necə cəzalandırılması ilə əlaqədar camaatla məşvərət etdi. Bir nəfər dedi: "Ey xəlifə! Onun əlini kəs!" Digəri dedi: "Onu edam et!" Əli (ə) orada oturmuşdu və heç nə demirdi. Ömər o həzrətə üz tutub dedi: – Ya Əbəl-Həsən! Sənin nəzərin nədir?

Əli (ə) buyurdu: – Bu kişi yalana mürtəkib olduğundan, tənbih edilməlidir.

Ömər ona möhkəm bir zərbə vurdu, sonra onu zindana saldı.

Əli (ə) buyurur: "Əgər (hamilə) qadın ölsə və körpə onun qarnında diri olsa, qarnı yarılmalı və körpə çıxarılmalıdır."

Həmçinin buyurur: "Əgər uşaq ana bətnində ölsə və ananın canı təhlükəyə düşsə, mütəxəssis qadınlar olmadığı halda kişinin öz əli ilə uşağı tikə-tikə edib, oradan çıxarması caizdir."

Əli (ə) oğurluq etdiklərinə görə bir neçə nəfəri həbs etdi. Bir nəfər də o həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Mən də onlarla birlikdə oğurluq etmişdim. Lakin tövbə etmişəm.

Həzrət Əli (ə) ona da hədd vurulmasını əmr etdi. Sonra məsəl ünvanı ilə bu şeri oxudu:

"Və yudxilu rəsəhu ləm yəduhu əhədun

Beynəl-qərinəyni hətta ləzzəhul-qərən."

Çağırılmadan başını, iplə baş-başa bağlanan iki dəvənin arasına saldı, gözlənilmədən ipə keçdi və dəvələr dəonu dartırdı."

(Bunu çatdırmaq istəyir ki, bir şəxs heç bir lüzumu olmadan özünü giriftar edir.)

Əli (ə) mal-dövləti (mirası) bölüşdürülməzdən əvvəl vərəsələri islamı qəbul edən müşrik bir kişinin mirasının necə bölünməsi barəsində buyurdu: "Onun mal-dövləti vərəsələrin arasında İslam qanununa uyğun olaraq bölünməlidir."

Bir nəfər qaynar xörəklə dolu olan qazanı töküb, başqasının başını yandırdı, nəticədə onun başının tükləri töküldü. Münaqişəni Əli (ə)-a dedilər, Həzrət bu cinayəti törədəni bir il müddətində həbs etdi. Bu müddət ərzində xəsarət dəyən şəxsin başında tük əmələ gəlmədi. Sonra buyurdu: "Cani (xəsarət vuran) başın diyəsini ona verməlidir."

Əli (ə) buyurur: "Əlin barmaqlarının hər bir bəndinin diyəsi həmin barmağın bütün diyəsinin üçdə biri qədərdir. Amma baş barmaqda belə deyildir: onun hər bəndinin diyəsi o barmağın bütün diyəsinin yarısına bərabərdir. Çünki baş barmağın iki bəndi vardır."

Bir nəfər İmam Sadiq (ə)-dan soruşdu: – Əri ölən qadın iddəni harada saxlamalıdır: ərinin evindəmi, yoxsa hər yerdə olsa?!

İmam (ə) buyurdu: – Hər yerdə olsa, iddə saxlaya bilər. Çünki Ümmü Gülsümün əri vəfat etdikdən sonra Əli (ə) qızının əlindən tutub evə gətirdi.

Əli (ə)-dan vəty (yaxınlıq) edilmiş bir heyvan barəsində soruşulduqda, buyurdu: "Onun əti də, südü də haramdır."

Bir kişi Əli (ə)-ın yanına gəlib, dedi: – Mən nəzir etmişəm ki, əgər filan əmələ mürtəkib olsam, oğlumu İbrahim (ə) məqamının yanında qurban kəsəm. İndi o əmələ mürtəkib olmuşam. Vəzifəm nədir?

Əli (ə) buyurdu: – Oğlunun əvəzinə kök bir qoç kəs, ətini kasıbların arasında bölüşdür.

Əli (ə) buyurur: "Buludlu gündə göz (cinayət ərşini təyin etmək üçün) sınaqdan keçirilmir."

Həmran ibni Əyən deyir: İmam Məhəmməd Baqir (ə)-dan soruşdum: – Həddi-büluğa çatmamış bir qız bir qadın və bir kişi ilə yaşayırdı. Kişi onun öz kənizi olduğunu, qadın isə onun öz qızı olduğunu iddia edir. (Bunun hökmü nədir?)

İmam (ə) buyurdu: – "Bir nəfərin həddi-büluğa çatdığı halda özünün qul olmasına iqrar etməsi halı istisna olmaqla, insanların hamısı azaddır."

Əli (ə) buyurur: "Meyyitin borcları vəsiyyətindən öncə ödənir, vəsiyyətə isə borcu verildikdən sonra (əməl edilir). Miras da vəsiyyətdən sonra (bölüşdürülür)."

Əli (ə) buyurur: "Qisas yalnız dəmir alətlərlə (qılınc, bıçaq, nizə və s.) olmalıdır."

Əli (ə) buyurur: "Övlad ilə ata arasında, qul ilə ağa arasında sələm yoxdur."

"Əğani" kitabında deyilir: Əbdüllah ibni Əbu Bəkr öz arvadı Atikəyə bu şərtlə bir bostan bağışladı ki, onun vəfatından sonra başqa ərə getməsin. Əbdüllah Taifdə ona dəyən ox nəticəsində dünyadan getdikdə Ömər Atikəyə elçi göndərdi. Atikə hadisəni dedikdə, Ömər ona dedi: "Məsələnin hömünü soruş."

Atikə Əli (ə)-dan bunu soruşduqda Həzrət buyurdu: "Bağı əhlinə qaytar və izdivac et."

Atikə belə edərək, Ömərlə izdivac etdi.

İmam Sadiq (ə) Əli (ə)-ın kitabından belə nəql edir: "Əgər kişi öz arvadının fərcini kəssə, onun diyəsinə zamindir. Əgər kişi diyə verməkdən imtina edərsə, qadın istədiyi təqdirdə, həmin cinayətin qisasını ala bilər."

Peyğəmbər (s.ə.v.v) səhabələrindən bir dəstəsi bir yerə yığışaraq, müxtəlif sahələrdə söhbət edirdilər. Nəhayət, əlifba hərfləri barəsində söhbət düşdü. Hamılıqla dedilər ki, ərəb dilində əlif hərfi ifadə və cümlələrdə hər hərfdən artıq işlənir. Bu zaman Əli (ə) ayağa qalxdı və bədahətən uzun bir xütbə oxudu ki, onda əlif yox idi:

حَمِدْتُ وَ عَظَّمْتُ مَنْ عَظُمَتْ مِنَّتُهُ وَ سَبغَتْ نِعْمَتهُ وَ سَبَقَتْ رَحْمَتهُ غضَبَهُ وَ تَمَّتْ كَلِمَتهُ، وَ نَفِذَتْ مَشِيَّتهُ وَ بَلَغَتْ قَضِيَّتهُ، حَمِدْتهُ حَمْدَ مُقِرٍّ لِرُبُوبِيّته مُختضِِعٍ لِعُبُودِيَّتهِ، مُتنَصِّلٍ مِنْ خَطِيئة، مُعْترِفٍ بِتوْحِدِهِ مُؤَمِّلٍ مِنْ رَبِّهِ مَغْفِرَةً تًُنْجِيه، يَوْمَ يشْغلُ عَنْ فَصِيلَتهِ وَبَنِيهِ وَنَسْتعِينُهُ وَنَسْترْشِدُهُ،وَنَسْتهْدِيهِ وَنُؤْمِنُ بِهِ،وَنَتوَكَّلُ عَلَيْهِ...وَ

Həmçinin o həzrət bədahətən nöqtəsiz bir xütbə oxudu ki, o belədir:

اَلْحَمدُ لِلّهِ اَهْلَ الْحَمْدِوَمَاْوَاهُ وَلَهُ اَوْكَدُ الْحَمْدِ وَ اَحْلاَهُ وَ اَسْرَعُ الْحَمْدِوَ اَسْراهُ...

Müəllif: Heç bir müqəddimə olmadan xüsusi məhfum və məzmun ifadə edən bir xütbənin bədahətən oxunmasını o həzrətin möcüzəli işlərindən qeyd etmək olar. Ədiblərdən bəzilərinin əlifsiz, yaxud nöqtəsiz bir neçə beyt, yaxud bir neçə misra deməsində isə bunu qeyd etmək lazımdır ki, onlar bir ömür ədəbiyyat sahəsində çalışmış, vaxtlarının böyük bir qismini cümlə quruluşuna və tərkiblərə sərf etmişlər. Amma bir kəsin bədahətən, özü də çox səciyyəvi xüsusiyyətlərə və parlaq mətləblərə şamil olan belə bir xütbə söyləməsi adi halda qeyri-mümkündür. (O həzrətdən digər bir nöqtəsiz xütbə də nəql olunmuşdur.)

İki məsihi Əbu Bəkrin yanına gəlib soruşdu: – Dostluq ilə düşmənçilik arasında fərq nədir, halbuki hər ikisi bir yerdən qaynaqlanır? Yadda saxlamaqla unutqanlığın fərqi nədir, halbuki onların mərkəzi birdir? Düzgün yuxu ilə düzgün olmayan yuxunun fərqi nədir, halbuki hər ikisinin mənşəyi birdir?

Əbu Bəkr onlara cavab verə bilmədi. Məsihilər Ömərin yanına getdilər, o da cavab verə bilmədi. Nəhayət, Əli (ə)-ın yanına gəlib suallarını verdilər. Əli (ə) birinci sualın cavabında buyurdu: – Allah-Taala ruhları bədənlərdən iki min il qabaq yaratmışdı və onlar havada məskunlaşmışdılar. Orada bir-biri ilə ülfət yaradıb tanış olan ruhlar burada da bir-biri ilə tanışdırlar, orada bir-biri ilə tanış olmayan və ünsiyyət saxlamayanlar burada da belədirlər.

İkinci sualın cavabında buyurdu: Allah insanın qəlbində bir pərdə qərar vermişdir. Pərdə açıq olduqda qəlbdən keçən hər şey onda qalır, əks halda unudulur.

Üçüncü sualın cavabında buyurdu: Allah-Taala ruhu yaratdı və onun üçün bir sultan qərar verdi ki, o da nəfsdir. İnsan yuxuya gedərkən ruh onun bədənindən ayrılır və o sultan qalır, mələk və pəri (cin) dəstələri ruhun yanından keçir. Düzgün olan hər bir yuxu mələkdən, yalan olan yuxular isə pərilərdəndir.

Məsihilər bu cavabı eşitməklə iman gətirib müsəlman oldular və "Siffeyn" müharibəsində iştirak edərək şəhadətə çatdılar.

Burada yaxşı olardı ki, İmam Sadiq (ə)-ın yaddaşlı olmaq və unutqanlıq bərəsində Müfəzzələ buyurduğu hədisi nəql edək:

"Ey Müfəzzəl, Allah-Taalanın insanda yaratdığı dörd qüvvə barəsində fikirləş! Onlar aşağıdakı-lardır: Fikir qüvvəsi, vəhm qüvvəsi, əql qüvvəsi, hifz qüvvəsi. Onların bəşərin vücudunda çox mühüm və həssas bir mövqeyi vardır. Məsələn, əgər bir insan hifzetmə qüvvəsini əldən verərsə, onun başına nələr gələcəyi, onun həyat və məişəti ilə əlaqədar işlərində necə xələllər yaranacağı, kəsb-ticarətində necə qarışıqlıq əmələ gələcəyi məlumdur. Misal üçün, əgər o başqalarından aldığı, yaxud onlara verdiyi şeyləri unutsa; eşitdiyi, dediyi və yaxud ona deyilənləri unutsa; olması və ya olmaması onun üçün faydalı olan şeyləri yadından çıxartsa; ona yaxşılıq və ya zülm edənləri tanımasa; ona faydalı olan şeyləri ziyanlı şeylərdən seçə bilməsə; məqsədinə çatdıran yolu heç vaxt öyrənə bilməsə, hətta oradan dəfələrlə keçmiş olsa belə; (belə bir şəxs) hətta bütün ömrü boyu elm ardınca olsa da, heç bir elm öyrənə bilməz, heç bir dinə, məzhəbə etiqadı olmaz, öz təcrübələrindən istifadə edə bilməz, keçmiş mövzulardan ibrət almaz. Əksinə, belə insan insaniyyət cərgəsindən çıxmış olacaq.

Ayıq ol! Allahın nemətlərindən qeyd olunan bu bircəsinin əhəmiyyətinə diqqət yetir. Hifz etmə nemətindən də yüksəkdə unutmaq nemətidir. Çünki, əgər unutqanlıq olmazsa, bir kəsə müsibət baş verən zaman ona əsla təsəlli vermək olmaz, peşmançılıq və həsrəti aradan getməz, kinlər qəlbindən çıxmaz, bəlaları yadına salmaqla dünya nemət-lərindən və ləzzətlərindən bəhrələnməz. Heç vaxt zalım padşahdan və öz düşmənindən qəflət etməz.

Görmürsənmi, Allah insanın vücudunda bir-birinə zidd olan iki qüvvəni necə yaradıb və hər biri üçün sirlər və məsləhətlər qərar verib?! Bütün əşyaları bir-birinə zidd olan iki yaradan (Yəzdan və Əhrimən) arasında bölüşdürənlər hər biri müəyyən məsləhətə malik olan bu zidd əşyalar barədə nə deyə bilər?!"

Əli (ə)-dan dilin xüsusiyyəti barəsində soruşduqda, buyurdu: "Dil bir tərəziyə bənzəyir: cəhalət və nadanlıq onu yüngüllədir (yuxarı qaldırır), əql isə onu ağırladır (aşağı gətirir)."

Əli (ə)-dan cinsi yaxınlıq barəsində soruşdular, buyurdu: "Övrətlər bir yerə yığışır, mövcud olan həya aradan qalxır. Bu bir növ dəliliyə bənzəyir. Onun nəticəsi bir övladdır ki, əgər diri qalsa sınaqlara, ölsə təəssüfə səbəb olur."

Əli (ə)-dan tövhid və ədlin mənası barəsində soruşduqda, buyurdu: "Tövhid budur ki, Allahı öz nəzərində təcəssüm etdirməyəsən (çünki insanın zehni yalnız məhdud şeyləri təsəvvür edir, halbuki, onlar məxluqat növündəndir). Ədalət də budur ki, Allahı (zülm etməklə) müttəhim etməyəsən."

Üç yəhudi – Kəb ibni Əşrəf, Malik ibni Seyfi və Həyy ibni Əxtəb Ömərin yanına gəlib dedilər: – Sizin Quranınızda deyilir: "Və cənnətin ərzuhəs-səmavati vəl-ərz – behiştin genişliyi asimanlar və yer qədərdir".Halbuki, əgər Qiyamətdə bir behişt bütün 7 səmanı və 7 yeri əhatə etsə, onda sair behiştlər harada olacaq?

Ömər "bilmirəm" - deyə cavab verdi. Bu zaman Əli (ə) gəlib onlara buyurdu: – Nə barədə söhbət edirsiniz?

Yəhudilər öz suallarını təkrar etdilər. Əli (ə) onlara buyurdu: – Deyin görüm, gecə olanda gündüz hara gedir?

Dedilər: – Allah bilir.

Əli (ə) buyurdu: – Elə behiştlərin yerini də Allah bilir.

Sonra Əli (ə) həzrət Peyğəmbər (s.ə.v.v)-in yanına gəlib hadisəni dedi. Bu zaman aşağıdakı ayə nazil oldu: "Fəsəlu əhləz-zikri in kuntum la tələmun – Əgər bilmirsinizsə, zikr əhlindən soruşun."

Bir gün Əli (ə) başqa bir divara tərəf meyl edən və uçmaq ərəfəsində olan bir divarın yanından keçirdi. Bu zaman o divarı görüb öz yolunu dəyişdi və başqa tərəfdən getməyə başladı. Bir kişi soruşdu: – Ya Əmirəl-möminin! Allahın qəzasından qaçırsan?!

İmam (ə) buyurdu: – Allahın qəzasından qədərinə qaçıram.. (Yəni, bu əməl Allahın qəzasından qaçmaq üçün deyildi, əksinə dini vəzifə bunu tələb edirdi).

Həccac ibni Yusif öz dövrünün alimlərindən bir neçəsinə – Həsən Bəsriyə, Əmr ibni Übeydə, Vasil ibni Ətaya və Amil Şəbiyə məktub yazdı ki, qəzavü-qədər barəsində öz nəzərlərini yazıb göndərsinlər.

Həsən Bəsri cavabda yazdı: Bu barədə bizə çatan ən yaxşı söz Əlinin sözüdür. O buyurur: "Səni puç edən yeganə şey sənin yuxarın və aşağındır (övrətlə ağıza işarədir). Allah da bu kimi şeylərdən bizardır."

Əmr ibni Übeyd belə yazdı: "Qəza və qədər barəsində eşitdiyim ən yaxşı şey Əliyyibni Əbitalibin sözüdür. O buyurur: "Əgər günah və məsiyət insanın öz ixtiyarı ilə olmasaydı, onda cinayətkar şəxsin barəsində qisas hökmü yersiz və o, qisas hökmündə məzlum olardı."

Vasil ibni Əta yazdı: Bu barədə eşitdiyim ən gözəl söz Əlinin sözüdür. O buyurur: "Mümkün ola bilərmi ki, sənin ixtiyarın olmadan Allah səni düz yola hidayət etsin və yenidən Onun Özü səni azdırsın?!"

Şəbi belə yazdı: Qəzavü-qədər barəsində ən gözəl kəlam Əliyyibni Əbitalibin sözüdür. O buyurdu: "Hər əməldən ki, tövbə edib Allah tərəfinə qayıdırsan, o əməl sənin özündəndir və hər əməl ki, onun şükrünü yerinə yetirmək üçün Allaha həmd-səna deyirsən, o, Allah tərəfindəndir."

Bu məktublar Həccaca çatdıqda onları oxuyub dedi: "Bu kəlamlar, əlbəttə ki, zülal çeşməsindən əxz olunmuşdur."

Ömər öz xilafəti dövründə bir gün Məscidül-Həramda idi, bir neçə nəfər də onun ətrafında oturmuşdu. Bir cavan yəhudi onun yanına gəlib dedi: – Məni Allah, Peyğəmbər və Allahın kitabı barəsində ən bilikli olan şəxsə tərəf göndər.

Ömər əli ilə Əmirəl-möminin Əli (ə)-a işarə etdi. Cavan o həzrətə yaxınlaşdı və öz suallarını dedi: – Ya Əli! Mənə yer üzərində bitən ilk ağacdan, yer üzərində çıxan ilk çeşmədən, yer üzərində qərarlaşan ilk daşdan xəbər ver.

Əli (ə) buyurdu: – İlk ağac barədə soruşduğun sualın cavabında yəhudilər deyirlər ki, o, zeytun ağacıdır, lakin onlar düz demirlər. İlk ağac bir növ xurma idi ki, Həzrəti Adəm (ə) onu behiştdən gətirmiş və yerdə əkmişdi. Yer üzərindəki bütün xurma ağacları da ondan əmələ gəlmişdir.

İlk çeşmə barəsində olan sualına gəldikdə isə, yəhudilər deyirlər ki, o, Beytül-müqəddəsdə bir daşın altındadır, lakin yalan deyirlər. İlk çeşmə həyat (dirilik) suyu idi ki, hər kəs ondan içsəydi, əbədi həyata nail olardı. Zül-qərneynin qabağınca gedən Həzrət Xızr onu tapıb (suyundan) içmişdi, lakin Zül-qərneyn onu tapa bilməmişdi.

Üçüncü sualın cavabında yəhudilər deyirlər ki, Beytül-müqəddəsdə olan bir daşdır, lakin belə deyildir. İlk daş Həcərül-əsvəddir ki, Həzrəti Adəm (ə) onu özü ilə Behiştdən gətirib Rüknə qoymuşdu. Camaat onu ziyarət edir. O, (əvvəldə) qardan da ağ idi, lakin insanların günahları sayəsində belə qaralmışdır.

Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra məsihi alimlərinin böyüyü yüz nəfərlə birlikdə Mədinəyə gəlib Əbu Bəkrdən müəyyən suallar soruşdular. Əbu Bəkr o suallara cavab verə bilmədi və onları Əli (ə)-a tərəf göndərdi. Onlar da Əli (ə)-ın yanına gələn kimi öz suallarını dedilər və qaneedici cavablar aldılar. Burada onların suallarından birini qeyd edirik: – Ya Əli, de görək Allahın üzü (vəchullah) hansı tərəfdədir?

Əli (ə) bir qədər odun yığıb yandırdı və məsihi aliminə dedi: – Bu odun üzü hansı tərəfədir?

Məsihi dedi: – Hər tərəfi onun üzüdür.

Əli (ə) buyurdu: – Allahın yaratdıqlarından biri olan bu odun müəyyən bir üzü olmadığı halda, onu yaradanın necə üzü ola bilər, halbuki (odun Allaha) heç bir oxşarlığı yoxdur və Onunla əsla müqayisə olunası deyildir?! (Sonra buyurdu:) "Şərq də, qərb də Allaha məxsusdur. Hər tərəfə üz çevirsəniz, Allahın vəchi oradadır. Allah genişlik bağışlayan və elmlidir."

İki yəhudi alimi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə çox məhəbbət və hörmət bəsləyir, əksər hallarda o həzrətin yanına gəlib sözlərinə qulaq asırdılar. Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra vaxtaşırı onun canişini barəsində soruşub deyirdilər: – Elə bir peyğəmbər olmayıb ki, dünyadan getdikdə öz Əhli-beytindən və onunla yaxın qohumluğu olan, yüksək məqam və mənzilətə sahib olan və onun gətirdiyi qayda-qanunları və proqramları ümməti arasında bərqərar edən bir şəxsi öz yerinə təyin etməmiş olsun.

Bir gün onlardan biri digərinə dedi: – Sən bu Peyğəmbərin özündən sonra təyin etdiyi xəlifəni tanıyırsanmı?

Dedi: – Xeyr. Lakin mən Tövratda onun əlamət və nişanələrini oxumuşam. Onun alın tərəfdən başı tüksüz və sarıdır, camaat içərisində Peyğəmbərə ən yaxın adamdır.

Onlar Mədinəyə gəlib Peyğəmbər (s.ə.v.v)-in cani-şinini axtardılar. Onu Əbu Bəkrin yanına apardılar. Onlardan biri digərinə dedi: – Bu bizim axtardığımız adam deyil. (Sonra Əbu Bəkrdən soruşdu:) Sənin Peyğəmbərlə nə qohumluğun var?

Əbu Bəkr dedi: – Mən onun qəbiləsindənəm, qızım Ayişə də onun zövcəsidir.

Dedilər: – Bundan başqa qohumluğun da varmı?

Dedi: – Xeyr.

Dedilər: – Bizi elə bir şəxsin yanına göndər ki, səndən daha bilikli olsun. Çünki biz, bu Peyğəmbərin canişini üçün Tövratda oxuduğumuz nişanələri səndə görmürük.

Əbu Bəkr bu sözləri eşitdikdə çox qəzəbləndi, sonra onları Ömərin yanına göndərdi. Çünki o bilirdi ki, əgər onlar Ömərlə müxalifət etsələr, Ömər buna dözməyərək onları cəzalandıracaqdır.

Onlar Ömərin yanına gəlib soruşdular: – Səninlə Peyğəmbərin nə kimi qohumluğu var?

Ömər dedi: – Mən onun qəbiləsindənəm, qızım Həfsə də onun zövcəsidir.

Dedilər: – Bundan başqa da qohumluğunuz varmı?

Ömər dedi: – Xeyr!

Dedilər: – Sən bizim axtardığımız adam deyilsən. (Sonra soruşdular:) Sənin Pərvərdigarın haradadır?"

Ömər dedi: – Yeddi asimanın yuxarısında.

Dedilər: – Ayrı yerdə yoxdurmu?

Ömər dedi: – Yox!

Dedilər: – Bizi elə bir adamın yanına göndər ki, səndən də bilikli olsun.

Ömər onları Həzrət Əli (ə)-ın yanına göndərdi. Onlar imamın hüzuruna çatdıqları zaman ilk baxışda dedilər ki, bu şəxs nişanələrini Tövratda oxuduğumuz şəxsdir, bu, Peyğəmbərin xəlifəsi və canişinidir, Həsənlə Hüseynin atasıdır, Peyğəmbərin qızının əridir. O həmin şəxsdir ki, haqq ona bağlıdır. (Sonra imamdan soruşdular:) Səninlə Peyğəmbərin nə kimi qohumluğu var?

Buyurdu: – Peyğəmbər mənim qardaşım, mən də onun vəsisi və canişiniyəm. Ona iman gətirən ilk adamam, onun qızı Fatimənin əriyəm.

Dedilər: – Bu çox iftixarlı və böyük bir qohumluqdur, bizim Tövratda oxuduğumuz nişanə ilə eynidir. (Sonra soruşdular:) Sənin Pərvərdigarın haradadır?

İmam (ə): – Əgər istəsəniz, sizə o şeylərdən xəbər verərəm ki, sizin peyğəmbəriniz Musa (ə)-ın dövründə baş vermişdi və (bu da) sizin çətinliyi-nizi həll edər. Əgər istəsəniz, sizi bizim Peyğəmbə-rimiz Muhəmmədin dövründə baş verən hadisələrdən agah edərəm ki, sizin sualınıza cavab olar.

Dedilər: – Bizə öz peyğəmbərimiz Musanın dövründə baş verən hadisələrdən xəbər ver.

Əli (ə): – Dünyanın hər tərəfindən bir mələk olmaqla dörd mələk gəlib bir-birlərinə çatdılar. Biri şərqdən, biri qərbdən, biri asimandan, dördüncüsü isə yerdən. Şərqdən gələn mələk qərbdən gələn mələyə dedi: "Haradan gəlirsən?" O mələk dedi: "Pərvərdigarımın yanından." Şərqdən gələn mələk də o biri mələyə dedi: "Sən haradan gəlirsən?" O da "Pərvərdigarımın yanından" - deyə cavab verdi. Asimandan gələn mələk yerdən gələn mələyə dedi: "Haradan gəlirsən?" O da "Pərvərdigarımın yanından" - deyə cavab verdi. Yerdən gələn mələk də göydən gələn mələkdən soruşdu: "Haradan gəlirsən?" O da "Pərvərdigarımın yanından" - deyə cavab verdi. Bu, sizin peyğəmbəriniz Musanın dövründə baş verən bir hadisə idi ki, sizin də sualınıza cavabdır (yəni, Allah hər bir yerdə mövcuddur).

Amma bizim Peyğəmbərin dövründə baş verən hadisə aşağıdakı Quran ayəsidir: "Sirr deyən elə bir üç nəfər ol-maz ki, onların dördüncüsü Allah olmasın; elə bir beş nə-fər olmaz ki, altıncısı Allah olmasın. Bundan az və ya çox elə bir danışıq yoxdur ki, Allah onlarla birgə olmasın."

Yəhudilər dedilər: – Ya Əli! Nə oldu ki, sənin iki dostun (Əbu Bəkrlə Ömər) səni, sənə məxsus olan bu məqamdan çəkindirdilər?! Tövratı Musaya nazil edən Allaha and olsun ki, sən haqq xəlifəsən, biz sənin xüsusiyyətlərini və nişanələrini öz kitabları-mızda oxumuş, öz məbədlərimizdə görmüşük. Sən bu məqama, hal-hazırda onda olanlardan artıq layiqsən!

Əli (ə) buyurdu: – Onlar irəli keçdilər və başqalarını arxada qoydular. Onların hesab-kitabı Allahın öhdəsinədir. Allah Qiyamət günü onları saxlayaraq sorğu-suala çəkəcəkdir.

Qeysər bir neçə dini və elmi sualları əhatə edən məktub yazıb Ömərə göndərdi, amma Ömər onların cavabını verə bilməyib Əli (ə)-dan kömək istədi. Ömər o Həzrətin verdiyi cavabları bir məktubda yazaraq göndərdi. Qeysər məktubu alıb oxuduqdan sonra cavab verənin Əli (ə) olduğunu başa düşdü. Buna görə də Əli (ə)-a belə bir məzmunda məktub yazdı: "Sənin verdiyin cavablardan agah oldum və bildim ki, sən risalət xanədanındansan, elm və şücaətlə zinətlənmisən. İndi mənim üçün Quranda buyurulan "Səndən ruh barəsində soruşurlar. De ki, ruh Mənim əmrimdəndir" ayəsindəki "ruh"un mənasını izah et."

Əli (ə) cavabda belə yazdı: "Əmma bəd. Ruh lətif bir nöqtə, şərif bir nur, Allahın insanı heyrətə gətirən, əsrarəngiz varlıqlarındandır. Ruhu Allah Özünün dəyərli xəzinələrindən çıxartmış, onu insanın daxilində və zatında qərar vermişdir. Ruh səninlə Allah arasında rabitə vasitəsi, Allah tərəfindən sənə həvalə olunmuş bir əmanətdir. Hər vaxt peymanən dolsa (əcəlin catsa), ruhu səndən alacaqdır."

Əsbəğ ibni Nəbatə deyir: Əmirəl-möminin Əliyyibni Əbitalib £ xilafətə çatdıqdan, camaat onunla beyət etdikdən sonra bir gün Peyğəmbər (s.ə.v.v)-in libasını və ayaqqabılarını geyərək məscidə getmək məqsədilə evdən çıxdı. O həzrət məscidə daxil olub tam heybət və vüqarla minbərə çıxdı, barmaqlarını bir-birinə keçirdərək buyurdu: "Ey insanlar! Məni əldən vermə-miş (istədiyiniz hər şeyi) soruşun. (Sonra öz mübarək sinəsinə işarə edərək buyurdu:) Bura elm xəzinəsidir. Bura Peyğəmbər (s.ə.v.v)-in mübarək ağız suyunun yeridir. Məndən soruşun, çünki mən əvvəldəkilərin və axırdakıların elmini bilirəm.

Bu zaman məşhur söz ustası olan Zələb camaata üz tutub dedi: – Əbi Talibin oğlu özünün böyük məqamda olduğunu iddia edir. İndi onu pərt edəcəyəm! (Sonra imama dedi:) Ya Əmirəl-möminin! Öz Rəbbini görürsənmi?

Həzrət Əli (ə) buyurdu: – Vay olsun sənə, ey Zələb! Mən görmədiyim Allaha iman gətirməz və Ona ibadət etmərəm.

Zələb: – Onun nişanələrini bizim üçün de!

Əli (ə): – Vay olsun sənə! Zahiri gözlər Onu görə bilməz, lakin pak qəlblər iman nuru, həqiqət nuru ilə Onu müşahidə edə bilər. Vay olsun sənə ey Zələb! Mənim Pərvərdigarım yaxınlıq və uzaqlıq, hərəkət və sükunət, dayanmaq və getmək kimi işlərlə vəsf olunmaz; lətafətli olduğu halda lütf ilə vəsf edilməz; böyük olduğu halda böyüklüklə vəsf edilməz; cəlildir, lakin qatılıq və cəlalətlə vəsf olunmaz; çox mehribandır, lakin ürəyi yananlıqla vəsf edilməz; mömindir, lakin ibadət etməklə yox; müdrikdir (dərk edəndir), lakin ləms etməklə (toxunmaqla) yox; danışandır, lakin tələffüzlə yox; əşyalara daxildir, amma onlarla qaynayıb-qarışmaqla deyil; əşyalardan xaricdir, amma onlardan ayrılmaq kimi yox; hər şeyin üstündədir, deməli, heç vaxt "hansısa bir şey Allahın yuxarısındadır" - deyilməz; hər şeyin qarşısındadır, deməli, "bir şey Ondan qabaqdadır" - deyilməz; əşyalara daxildir, lakin bir şeyin digər bir şeyə daxil olduğu kimi yox; əşyalardan xaricdədir, amma bir şeyin başqasından xaric olduğu kimi yox.

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə