NƏzakəT ƏLİyeva miRZƏ ŞƏFİ vazeh təDQİqatlarinda şƏrq təFƏFƏKKÜRÜ İLƏ QƏrb təFƏKKÜRÜNÜn fəRQİ




Yüklə 1.13 Mb.
səhifə1/10
tarix23.02.2016
ölçüsü1.13 Mb.
  1   2   3   4   5   6   7   8   9   10


NƏZAKƏT ƏLİYEVA

MİRZƏ ŞƏFİ VAZEH TƏDQİQATLARINDA ŞƏRQ TƏFƏFƏKKÜRÜ İLƏ
QƏRB TƏFƏKKÜRÜNÜN FƏRQİ


GƏNCƏ – 2013

Elmi redaktor: Xəlil Yusifli

Filologiya elmləri doktoru, əməkdar elm

xadimi, professor

Ön sözün müəllifi: Sədnik Paşayev

Filologiya elmləri

doktoru, professor
Rəyçilər: Nəzmiyə Axundova

Filologiya elmləri namizədi, dosent


Afaq Yusifli

Filologiya üzrə elmlər doktoru



Ön söz
Qədim və zəngin mədəni irsə malik olan Gəncə şəhəri dünyaya ümumbəşəri dəyərlərin yaranmasında müstəsna xidmətləri olan sənətkarlar vermişdir. Onlardan biri də şair-filosof M.Ş.Vazehdir. XIX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi M.Ş.Vazeh lirik-fəlsəfi, ictimai məzmunlu aşiqanə qəzəlləri ilə bütün Şərq və Qərbə səs salmış, “Divani-Hikmət” ədəbi məclisi ilə XIX əsr klassik sənətkarları bir araya toplamış böyük bir ədəbi cərəyanın yaranmasına və təşəkklü tapmasına səbəb olmuşdur. Özünün həzin və məlahətli səsi ilə qəzəl və rübailəri oxuyar, dinləyənləri feyziyab edərmiş (“Şərqdə min bir gün” F.Bodenşdet).

Kərbəlayi Sadığın nəsil şəcərəsinin davamçılarından olan müəllif oxuculara təqdim etdiyi bu monoqrafiyada orijinal tədqiqlər və araşdırmalar verir. Almaniyada M.Ş,Vazeh haqqında nəşr olunmuş romanın mükəmməl tərcüməsi verilir. Bodenşdettin yazdığı bu romanın 113 il əvvəlki nəşri əldə olunmuş və əsas yerləri tərcümə edilərək monoqrafiyaya əlavə edilir. F.Bodenşdetin yazdığı “Şərqdə min bir gün” romanı Hermann Ammon tərəfindən yenidən işlənmiş və təqribən 1900-cü ildə Berlində Alman Ədəbiyyatı Həvəskarları Cəmiyyətinin Nəşriyyatında çap edilmişdir. Romanın XX fəslindən sonra səyahətlər və erməni həyatından bəhs edilir. Odur ki, M.Ş.Vazehlə bağlı fəsillər Azərbaycan dilinə tərcümə edilərək monoqrafiyaya daxil edilmişdir.

Monoqrafiyada coğrafi məkan olan Gəncə mühiti, bu mühitin yetişdirdiyi ədəbi məclis və cərəyanlar əhatəli və geniş təhlil edilir. Monoqrafiya işlənərkən Azərbaycanın tanınmış alimlərinin ədəbi-ictimai fikirləri mühüm yer tutur. Müxtəlif müəlliflər tərəfindən və müxtəlif səpgidə yazılan yazılar M.Ş.Vazeh əsərlərinin yüksək humanist məzmunu və sənətkarlıq xüsusiyyətləri haqqında söylənən fikirlər, verilən qiymətlər bir-birinə uyğun gəlir. Müəllif M.Ş.Vazehin tədqiqatlarında Şərq ilə Qərbin arasındakı fərqi izah etmiş, sənətkarın keçdiyi həyat yoluna ümumi sevgi ilə yanaşmışdır. Gəncə torpağında ədəbiyyatımızın klassik nümunələrini yaradan M.Ş.Vazehin özündən sonra gələn nəsil səcərəsi haqqında bir neçə faktı söyləmək istəyirəm. Kitabdakı hadisələr zaman etibarilə iki əsrə yaxın bir dövrü əhatə edir. Təbiidir ki, bu böyük zaman məsafəsi mənəvi-əxlaqi dəyərləri zəngin olan şəxsiyyətərin yaranmasına gətirib çıxarmışdır. Əliyevlər nəslində 40 nəfərə yaxın dövlət və elm ocaqlarında çalışan, adını tarixə həkk edən şəxsiyyətlər yetişmişdir. Bu elm və dövlət adamlarının Gəncə torpağına bağlılığı, mütərəqqi fikirlərin cəmiyyətdə yayılması üçün göstərdikləri səylər danılmaz faktdır. Zəngin Azərbaycan ədəbiyyatını 45 il zamanında ləyaqətlə təmsil edən, bu xəzinədən götürülən hər misraya, hər sözə gözəl ahəng qatan, natiqlik qabiliyyətini tələbələrinə aşılayan, ləyaqətli insan Nəzakət Əliyevanın yazdığı monoqrafiya ədəbiyyatı sevərlər üçün qiymətli vəsaitdir.

Monoqrafiyada XIX əsr Azərbaycan ədəbiyyatında Mirzə Şəfi Vazeh poeziyasının özünəməxsus nümunələri, tariximizin mühüm və ciddi mərhələləri əks olunur. Canlı insan obrazları, taleləri Mirzə Şəfiyə nəsib olmayan ailə səadəti və bəzi cəhətlər geniş təhlil olunur.

Bu əsəri oxuyarkən qeyri-ixtiyari olaraq bu nəslə mənsub olan insanların bir neçəsini xatırlayıram. Xüsusilə Azərbaycan təhsil sisteminsdə yorulmaz və cəfakeş insan, XX əsr Azərbaycan ali təhsil və elmini 40 il layiqli surətdə idarə edən Mehdi Əliyev. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzinin direktoru, əməkdar elm xadimi, güclü təşkilatçılıq qabiliyyəti olan əsl vətəndaş, akademik Fuad Əliyevin monoqrafiyada yer alması əsəri daha da samballı etmişdir.

Monoqrafiyada XIX əsrin ədəbiyyatı, bu dövrün şəxsiyyətlərinin Mirzə Şəfi Vazehlə yaxın əlaqələri verilmişdir.

Böyük şair, filosof, çox savadlı müəllim XIX əsr ədəbiyyatımızın yaradıcılarından biri, qərb aləmində işıq saçan M.Ş.Vazehin əsərləri ədəbiyyatın qızıl fonduna düşmüşdür. Monoqrafiya Ali məktəblər üçün və dərs vəsaiti kimi ədəbiyyatşünaslığın xəzinəsini zənginləşdirəcək.

Filologiya elmləri doktoru,

Professor Sədnik Paşa Pirsultanlı.


GİRİŞ
Görkəmli tarixi şəxsiyyətlərin, o cümlədən ədəbiyyat klassiklərinin bədii surətlərini yaratmaq sahəsində müstəqil və çoxmillətli Azərbaycan ədəbiyyatının zəngin təcrübəsi vardır. Belə əsərlərin məfkurə mübarizəmizdə ulu öndər Heydər Əliyevin ideya-siyasinin tərbiyəsi böyük rolu və əhəmiyyəti şəksiz və aydındır.

Tarixi-bioqrafik bədii əsərlərin inkişafında, eləcə də də ədəbiyyatşünaslığın tədqiqində hadisələrə müasir fikirlə yanaşıb qiymətləndir-mək tamamilə yeni bir mərhələdir. Bu, XXI əsr mərhələsidir, mütəfəkkir Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan ədəbiyyatına məxsus realizm metodu, ədəbi yaradıcılığın və klassiklərin öyrənilməsi sahəsində əsaslı dəyişiklik əmələ gətirdi. XIX əsrdə nəğmələri ilə avropalıları heyran qoyan Mirzə Şəfi Vazeh şəxsiyyəti, tədqiqatçıların diqqət obyekti olmuşdur. Müstəqil Azərbaycan ədəbiyyatının ən yaxşı bədii və elmi-tədqiqat əsərlərində Mirzə Şəfi Vazeh kimi görkəmli şəxsiyyətlərin, böyük söz və sənət ustalarının həyat və fəaliyyəti, yüksək humanizm idealları uğrunda mübarizəsi mövcud cəmiyyətlə, xalqın mübarizəsi ilə, tarixi inkişafın qanunauyğunluqları ilə sıx əlaqədə əks etdirilir.

Həqiqəti inkar etmədən deyək ki, sosialist inqilabınadək tarixi bioqrafık janr bizim Azərbaycan ədəbiyyatında yaranmasıdır. Bunun ən mühüm səbəblərindən biri, görünür, qabaqcıl, tərəqqipərvər, tarixi simalarla antokonist sinfi cəmiyyətin, hakim istismarçı siniflərin arasındakı barışmaz ziddiyyətləri təsvir etməyin o zamankı şəraitdə çətin və təhlükəli olması idi. Lakin dünya ədəbiyyatmın təcrübəsi göstərir ki, hətta burjua müllkədar quruluşu şəraitində də, o cümlədən çar Rusiyasında və Sovet dövründə ayrı-ayrı yazıçılar tərəqqipərvər tarixi xadimlərin və qəhrəmanların bədii surətlərini yaratmış, onlarm xalq səadəti uğrunda mübarizəsini təsvir etməkdən, klassikləri tədqiqdən çəkinməmişlər. Deməli, vətəndaş cəsarəti və hünəri ilə bərabər tarixi-bioqrafik janrm təşəkkül tapıb inkişaf etməsi üçün müəyyən ədəbi-bədii təcrübə, müvafıq ictimai-ədəbi ənənələr də zəruri idi.

Heç də demək olmaz ki, Mirzə Şəfı Vazehin tədqiqatçılarmın psixoloji nəticələri insanı duyğulandırmır, tədqiqi vacib sayılmır. Belə düşünmək özünü dərk etməmək, özündən uzaqlaşmaq, yaşamaq hissinin ölgünləşməsidir. Ədəbiyyatımızda belə ənənələr qətiyən olmamışdır, bunların rüşeymləri, ayrı-ayrı ilk cücərtiləri belə görünməmişdir. Vazehin qələmə aldığı «Teymur», «Sədi və Şah», «Knyaz Abbas», «Dərviş» mənzum hekayələri öz fəlsəfı təfəkkürü, xalqdan qidalanmaq qiidrəti ilə yenidən işləməyi bir çox el rəvayətlərində ayrı-ayrı şah və fatehlərin, xalq qəhrəmanlarınm həyat epizodları, məhəbbət motivləri («Yusif və Züleyxa») öz əksini tapmışdır... Buraya ayrı- ayrı salnamələrdə, cünglərdə-Mirzə Şəfı Vazehin tərcümeyi-halı, poeziyasının psixologiyası, müəyyən ədəbi-bədii üslubda ifadə olunmuş bioqrafik məlumatları – F.Bodenşdetin sözlərini də buraya əlavə etsək ədəbiyyatımızda tarixi-bioqrafık janrının formalaşması və inkişafı üçün zəmin və material olduğunu, aydın təzahür edən ənənələr yaratmağa başladığmı görərik.

Lakin bu ilk ənənələrin “Sədi və Şah” mənzuməsində coşğun bir qüvvəyə, yenilik işığına çevrilməsi xalqın qələbəsi, şahın məğlubiyyətidir. Şah haqqında Vazehdən soruşduqda: «Şah ağılsız və axmaq doğulmuşdur. Lakin xalqın geriliyi və cəhaləti şaha onlar üzərində ağalıq etməyə imkan verir». demiş və xalqı başa salmaq məqsədi daşımışdır...

Bu sözlərlə Mirzə Şəfi Vazeh həm də bir uzaqgörən kimi xalqı maarifləndirmək yolu ilə ona öz hüququnu başa salıb ayıltmaq fıkrini ifadə edir, feodal şahlığın zülmü əleyhinə çıxır. Onun «Dərviş» və «Teymur» mənzum hekayələri də şahlıq əzabı əlehinə yazılmışdır. Bu əsərlərdə İran şahı və öz dövründə məşhur olan Teymurləng insanlığın qəddar düşmənləri kimi təsvir edilmişdir.

Görkəmli yazıçı, tarixi faktların bilicisi Əlisa Nicatın «Nəğməyə dönmiiş ömür» romanı da bu cəhətdən Vazehin həyatı haqqında yuxarıda dediklərimizə az və çox dərəcədə işıq salır, aydınlıq gətirir. Roman XIX əsr Azərbaycan ədəbiyyatının şair-filosofu Mirzə Şəfi Vazehin gənclik illərindən bəhs edir və bu onun sonrakı dərin ictimai fəaliyyətinin real zəminə bağlı olduğuna inam doğurur. Romanda Gəncə məscidinin hücrələrində yaşayıb dövlətli balalarına dərs deməklə güzaran keçirən böyük şairin acı taleyi, onun din xadimləri ilə ciddi mübahisələri qələmə alınmışdır. «Mən bütün dünyanı həbsdən azad etmək istəyirəm» - deyən Mirzə Şəfi Vazeh xarakterini müəyyənləşdirir və bu oxuçuya xoş gəlir. «Mənim müəllimim Hafiz, məscidim isə meyxanədir. Ey uca tanrı, qədəmlərimi məsciddən uzaqlaşdır, meyxanəyə doğru apar, qəlbimi isə gözəllərə tərəf yönəlt. Axı mən bir qızıl kitabam, əbədiyaşaram, məsd olub məscidi - müqəddəsə girmənəm, məstliyim əqidə bütölüyüm tanrıya xidmətdir. Mənim tanrım gözəllikdir, gözəllik.Tanrıdan gözəl heç bir şey yoxdur”.


MİRZƏ ŞƏFİ VAZEHİN HƏYATI

(1794-1752)
Mirzə Şəfi 1794-cü ildə Gəncədə anadan olmuşdur.

Mirzə Şəfinin atası Kərbəlayı Sadıq 1804-cü ilə qədər Gəncə xanının memarı olmuşdur. 1804-cü ildə Sisyanovun komandanlıq etdiyi çar ordusu Gəncə şəhərini işğal etdikdən sonra Gəncə xanlığına son qoyuldu. Bu xanın tikinti işləri ilə məşğul olan Kərbəlayı Sadığı yeganə və son gəlir mənbəyindən məhrum etdi, onun maddi vəziyyətinə ciddi təsir göstərdi.

Kərbəlayı Sadığın iki oğlu var idi. Böyük oğlunun adı Əbdül Əli, kiçiyinin isə Şəfi idi. Atası Əbdül Əlini öz sənətini davam etdirmək üçün şagirdliyə vermiş, Şəfini isə gələcəkdə ruhani rütbəsi almaq məqsədi ilə Gəncə mədrəsəsinə qoymuşdur.

Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriət elmlərini öyrənməklə bərabər, o, vaxtlar geniş yayılmış olan Şərq poeziyası nümunələri ilə də tanış olur. Şəfi hüsnxət dərslərinə də xüsusi maraq göstərir.

Şəfi hələ mədrsədə oxuduğu zaman atası vəfat edir. Dövrünün mədəni adamlarından olan Hacı Abdullanın Təbrizdən Gəncəyə qayıtması və Gənc Şəfini öz himayəsi altına alması, gələcək şairin inkişafına mühüm təsir göstərir.

Gəncənin molla və axundları Hacı Abdullaya düşmən münasibət bəsləyirdilər. Təlim aldığı mollalara qarşı çox soyuq və etinasız olan gənc Şəfi, onu himayəsinə götürən Hacı Abdullaya dərin məhəbbət bəsləyirdi. Hacı Abdulla isə gələcək mütəfəkkir və şairdə elm və mədəniyyətə böyük həvəs oyadırdı. Bütün bunlar mollaların diqqətini cəlb etməyə bilməzdi. Şəfi, nəhayət, bir gün gözünü açıb özünü mədrəsədən kənarda gördü.

Hacı Abdullanın məsləhəti ilə Şəfi məğlub olmuş Cavad xanın qızı Püstə xanımın yanında binagüzarlıq və yazı-pozu işlərini idarə etmək üçün qulluğa götürülür. Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.

1826-cı ildə İranla Rusiya arasında müharibə başlayır. İranlılar Gəncəni işğal edirlər. Cavad xanın oğlu Uğurlu xanın itaətinə verilən Gəncə şəhərində onlar ancaq 3 ay qala bilirlər. İranılıların Şəmkir altında məğlubiyyəti və Gəncədən sıxışdırılıb çıxarılmasından sonra Uğurlu xan bacısı Püstə xanımı da götürüb İrana qaçır, beləliklə, Mirzə Şəfi yenidən mədrəsəyə qayıdır, hücrələrin birində müxtəlif kitabların üzünü köçürməklə məşğul olur ki, birtəhər güzəran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona bu vaxta qədər köməklik edən Hacı Abdullanın 1831-ci ildə vəfat etməsi ilə daha da çətinləşir. Onsuz da az gəlir gətirən gözəl dəsti-xətti tezliklə ona gərəksiz olur. İranda artıq litoqrafiyadan istifadə olunduğu üçün kitabları əl ilə köçürməyə daha ehtiyac qalmırdı. Mirzə Şəfi ərəb və fars dillərindən fərdi dərs verməklə dolanmağa məcbur olur.

Otuzuncu illərin əvvəllərində Mirzə Şəfi gənc Mirzə Fətəli Axundov ilə tanış olur və ona öz görüşləri ilə ciddi, xeyirxah təsir göstərir. Özünün mənəvi həyatında böyük təbəddülat yaradan bu həyacanlı görüşləri haqqında Mirzə Fətəli Axundov ətraflı bəhs etmişdir.

Böyük mütəfəkkir öz tərcümeyi-halında yazır: “Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı. Bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı. Bu həmən Mirzə Şəfidir ki, Almanya məmləkətində onun həyatı və farsca şerlərə malik olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib nəstəlik yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədi nədir? ” cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?.” Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli , öz həyatını bu qaraguruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et.”1

Onun ruhaniliyə nifrət etməsinin səbəbini soruşduqda, o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı. Atalığımın Həccdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi - irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdi.” 1

Göründüyü kimi məhz Mirzə Şəfinin təsiri ilə M.F.Axundov ruhani olmaq məqsədindən imtina etmiş və 1832-ci ildə Nuxa (Şəki) qəza məktəbinə daxil olmuşdur.

1840-cı ildə M.F.Axundov Tiflis qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin il o bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini məsləhət görmüşdü. Qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün xüsusi imtahan verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilmiş, uzun zaman Tiflisdə yaşamışdır.

Mirzə Şəfi qəza məktəbində işləməklə yanaşı, fərdi dərs verməklə də məşğul idi. Artıq Gəncə molla və ruhanilərinin hücumundan uzaq olan şair burada dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış olmaq imkanı əldə edir.O, Axundov, Bakıxanov, Budaqov və başqaları ilə yaxın dostluq əlaqəsinə girir. Mirzə Şəfi Alman səyyahı, Rus və Şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə də Tiflisdə görüşmüdür.

Bodentştedt Tiflisdə ikən Azərbaycan və fars dillərini öyrənməyə başlamışdı.Mirzə Şəfi ona dərs deyirdi.Mirzə Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam, Sədi , Hafiz və Fizulinin şerlərindən oxuyar, daha çox öz şerlərini yazdırardı.

Bodenştedt yazırdı: “Həftədə üç dəfə dərs keçirdik, dərsdə həmçinin Mirzə Şəfinin digər tələbələri iştirak edirdilər. Axırda “Divan” başlanırdı. Mirzə Şəfi öz nəğmələrini oxuyur və bizə izah edirdi. Həmin nəğmələrin cox böyük bir hissəsi demək olar ki, mənim gözlərimin önündə yaranmışdı.2

Bir dəfə “Divani -hikmətdə”n3 sonra bağda Mirzə Şəfi ilə gəzməyə çıxan Bodenştedt onun bədahətən şer söyləməsinə öz təəccübünü bildirib deyir: “Ey mənim müdrik müəllimim, necə olur ki, sən öz nəğmələrini bu qədər tez qoşursan?” Mirzə Şəfi oradaca topladığı güllərdən bir dəstə bağlayıb, Bodenştedtə verir və deyir: “Budur, bax, bu gül dəstəsini mən bir an içində düzəltdim. Halbuki bu güllər bir anda əmələ gəlib açılmamışdır, mənim şerlərim də bunun kimi ”4

Bodenştedt yazır ki, mən səyahətdən qayıtdıqdan sonra Mirzə Şəfi özünün şerlər külliyatını mənə bağışladı. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən bəhs edərək bunu da göstərir ki, həmin dəftərlər şairin tatar (Azərbaycan) və fars dillərində yazdığı nəğmələrdən ibarət idi.5

XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında müəyyən edilmişdir ki, Almanyada Bodenştedt tərəfindən “Mirzə Şəfi nəğmələri ” və “Mirzə Şəfi irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci illərində Mrzə Şəfinin ölümündən sonra Bodenştedtin öz adına çıxmaq istədiyi şerlərin demək olar ki, tam əksəriyyəri Mirzə Şəfiyə məxsusdur. Qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai –fəlsəfi fikirlərinin öyrənilməsi ədəbiyyatşü-naslardan Ə.Ə.Seyidzadə, S.Mumtaz, E.Enikolopov, proffessorlarımızdan M.Rəfili, F.Qasımzadə, H.Hüseynov, M.Qasımov və akademik A. Makovel-skinin xüsusi xidmətləri olmuşdur.

“Mirzə Şəfi nəğmələri”nin Almanyada ilk çapı böyük müvəffəqiyyətlə qarşılanmışdır. İlk dəfə 1851-ci ildə nəşr edilən həmin şerlərin 1893-cü il 145-ci, 1924-cü ildə isə 170-ci nəşri çapdan çıxmışdı. İndiyə qədər həmin kitab 300 dəfədən artıq təkrar nəşr edilmişdir.

“Mirzə Şəfi nəğmələri” fransız, ingilis, italyan, isvec, holland, danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi və s. dillərdə dəfələrlə çap olunub geniş yayılmışdır. Buradan da Bodenştedtin özünü bu şerlərin tərcüməçisi kimi deyil, müəllifi kimi qələmə verməsinin səbəbi aydındır.

Bodenştedt 1847- ci ildə Tiflisi tərk edir. Bundan 1 il sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən köçüb Gəncəyə gəlir. O burada qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləyir. Lakin Mirzə Şəfi iki ildən sonra yenidən Tiflisə qayıdır, Tiflis gimnaziyasında Azərbaycan və fars dillərində dərs deyir. Ölümündən bir az əvvəl Mirzə Şəfi həmin gimnaziyanın müəllimi İ.İ.Qriqoryevlə birlikdə Azərbaycan dilini öyrənənlər üçün dərslik yazıb hazırlamışdır. Artıq söz sərrafının alnında durna qatarlarının kölgəsi yer eləmişdir.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmişdir. O, professor M.Rəfilinin yazdığı kimi, “...tənha, unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi. Lakin onun bəzi şeirləri xalqın hafizəsində, həmçinin əlyazmaları şəklində qalaraq, Avropa dillərinə tərcümə edilərək şairə dünya şöhrəti qazandırdı”.1

Mirzə Şəfinin ədəbi yaradıcılığını, onun ictimai – siyasi və fəlsəfi görüşlərindən ayrı təsəvvür etmək olmaz. Şairin ictimai – fəlsəfi görüşlərinin onun bədii yaradıcılığında nə qədər kəskin ifadə olunduğunu təsəvvür etmək üçün əldə olan iki misralı orijinal bir şeirini misal cəkmək kifayətdir. Bu şeirdə şairin din xadimlərinin iç üzünü böyük bir məharətlə, cəsarətlə açıb ifşa etməsinə heyran qalmamaq olmur. O üzünü mollalara tutub deyir:


Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb qonaq gedin pərvərdigarə!


Mirzə Şəfinin vaxtıilə ədəbiyyatşünas Salman Mümtaz tərəfindən əldə edilən orijinal şeirlərinin əsas hissəsini məhəbbət lirikası təşkil edir. Mirzə Şəfinin əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu göstərir. Bu şeirlər klassik poeziyanın ən gözəl nümunələri hesab oluna bilər. Lakin bunlar şairin məhəbbət lirikası, dil və üslub xüsusiyyətlərinin bəzi mühüm cəhətləri haqqında müəyyən təsəvvür yaratmağa kömək etsə də, ümumi dünyagörüşü, ictimai - siyasi və fəlsəfi əqidəsini aydınlaşdırmaq üçün elə zəngin məlumat vermir. Buna görə də həmin məsələləri aydınlaşdırmaq məqsədilə “Mirzə Şəfi nəğmələri” və xüsusən “Mirzə Şəfi irsindən” adlı kitablara müraciət etmək lazımdır. Bodenştedtin tərcümə zamanı şairin şeirlərini bəzən forma və ya məzmun cəhətdən nə qədər təhrif etmiş olduğunu nəzərdə tutsaq belə, biz bu şeirlərə müraciət etməli olacağıq. Mirzə Şəfinin müəlliflik hüququnu sonralar inkar edən Bodenştedt, özü də boynuna alırdı ki, həmin şeirlərdə şərh edilən fikirlər bütünlüklə Mirzə Şəfiyə məxsusdur.6

Mirzə Şəfinin bu əsərlərində feodal quruluşun mənfi cəhətlərinin kəskin tənqidi mühüm yer tutur. O öz əsrinin bir çox demokratik ruhlu mütəfəkkir şairləri kimi bu tənqidi əxlaq və etika mövqeyindən edir.

Xoşbəxtliyə can atmaq təşəbbüsü – Mirzə Şəfi şeirlərində irəli sürülən etik fikirlərin əsas amilidir. Şairin diqqət mərkəzində duran yalnız insandır – bütün iztirab və sevinci, xoşbəxtlik və bədbəxtliyi, məhəbbət və nifrəti ilə birlikdə götürülən insan. Xoşbəxtlik uzaqda deyil. Lakin onu görmək, əldə etmək lazımdır! Dindar fırıldaqçılar isə, var qüvvələri ilə buna maneçilik törədir. Çünki onlar yaxşı bilirlər ki, xoşbəxtliyə çatan kəs onların məscidinə ayaq basmaz. Şair göstərir ki, xalqın böyük bir kütləsi savadsızdır. Buna görə də, onların gözünü açmaq lazımdır. Xalq ancaq öz bədbəxtliyini dərk etdikdən sonra bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə apara bilər. Mirzə Şəfiyə görə, bu sahədə əsas vasitə xalqı maarifləndirməkdir. Bu işdə Mirzə Şəfi poeziyanın roluna böyük qiymət verir.

Mirzə Şəfi poeziyanın ictimai rolunu unudan, qulağı oxşayan boş məzmunsuz qafiyəpərdazlıqla məşğul olan, ömrü boyu güldən, bülbüldən, hicran və vüsaldan, günəşdən və aydan, cənnət və cəhənnəmdən “mızıldayan” şairləri lağa qoyur:


Sizin tutduğunuz bu yol asandır,

Fəqət axmaqlarçün “ürəkaçandır”.

Şeiriniz ürəyi gətirməz coşa,

Qanan kəslər üçün bəladır başa!


Mirzə Şəfi şeirlərində insanı həyatdan zövq almağa çağırır. Lakin bu onun əxlaqi görüşlərinin yeganə məğzini təşkil etmir. Şair özünün maarifçilik ideyalarında insanı mənən, ruhən təmizləyən məhsuldar əməyin roluna da böyük əhəmiyyət verir. Mirzə Şəfi əməyə, əsasən, əxlaqi bir kateqoriya kimi baxır.

Məhəbbətə himn, onun şeirlərində əməyə himnlə ahəngdar bir şəkildə səslənir. Şair insan əməyinə müraciət edərək deyir:


Ey bəşərin xilasına edilən kömək,

Ey göylərin ilk töhfəsi sevimli əmək!

Sənə xidmət edənlərə təsəllisən sən,

Müdriklərin ilk arzusu, ilk istəyisən.

Ancaq nadan çətin işdən qaçar asana,

Məhv olardım dirənmədən min yol əsana!

Ey göylərin ilk vergisi !... İnsan ki, sənə

Daim sadiq qalasıyam gedincə sinə.7


“Başa bəla gətirən həqiqətdən ürək sevindirən yalan min dəfə yaxşıdır”8 – deyə Bodenştedtdən fərqli olaraq Mirzə Şəfi öz şeirlərində həqiqət və doğruluğun tərəfində durur. Lakin o bunu da bilir ki, həqiqət ocaq kimidir, onu hər yerdə yandırmaq olmaz. Bununla yanaşı deyir ki, həqiqəti müdafiə etmək çətin olsa da, onu müdafiə etmək lazımdır:

Qoy sən həqiqəti söyləyən zaman,

Qopsun min təhlükə, qopsun min tufan.

Gəl baxma bunlara, ey Mirzə Şəfi,

Uca tut daima arı, şərəfi!
Həqiqətən, danışan adamın and içməyə ehtiyacı yoxdur.

Mirzə Şəfiyə görə, həqiqəti ifadə etməyin ən yaxşı yolu şeirdir. Şeirlə həqiqət, həqiqətlə şeir qardaşdır:

Qəlbimin, ruhumun qanadıyla mən,

Çıxdım aydınlığa zülmət gecədə.

Gördüm şeiriyyətdə həqiqətimi,

Tapdım həqiqətdə şeiriyyətimi.


Qadın azadlığı məsələsi Mirzə Şəfi poeziyasında xüsusi yer tutur. Şair deyir ki, Şərq gözəlinin qara çadra altında gizlənən üzündən çadranı atması lazımdır ki, bəşəriyyət həyatın ən gözəl nemətlərinin birindən məhrum olmasın. Bu cəhətdən “Tulla çadranı” şeiri xarakterikdir.
Tulla gəl çadranı... görünsün üzün,

Gül də gizlədərmi de, bağda özün?

Səni qadir Allah, ey incə çiçək,

Yaratmış dünyaya verməkçin bəzək.

De, bunca lətafət, bunca məlahət,

Solsun dar qəfəsdə neçin, nəhayət?!

Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən də dəhşətli bir hadisə kimi baxır. Yoxsulluq, ehtiyac Mirzə Şəfiyə görə, ən ağıllı adamın belə qürurunu sındırır; onu elə adamlara tabe edir ki, onların qarşısında boyun əyməkdənsə, ölüm yaxşıdır. Ehtiyac şeriyyətin düşmənidir. Şair “yoxsulluq” və “bədbəxtlik” haqqında danışsa da, onlardan qurtarmağın yolunu müdriklikdə, ağılda, insanın möhkəm iradə və mənəvi yüksəkliyində görür. Şair bəzən öz oxucusuna təsəlli verir. Ruhdan düşməməyə, gözəl gələcəyə ümid bəsləməyə çağırır. O deyir ki, elə bir varlıq yoxdur ki, əzabdan azad olsun. Lakin hər gecənin bir gündüzü var! Hər şeyi ürəyinə salma, çünki hər şey dəyişir.

Mirzə Şəfinin şeirlərində dini xurafata qarşı mübarizə ideyası mühüm yer tutur. Şair göstərir ki, insan bir dəfə dünyaya gəldiyi və onun iki həyatı olmadığı üçün, o biri dünyaya ümid bəsləməməli, yer üzündə xoşbəxt olmağa çalışmalıdır. Cənnəti bu dünyada axtarmaq lazımdır, xoşbəxtlik göylərdə deyildir.... O bu barədə çoxlu qısa kəlamlar, aforizmlər yazır. Şairin qənaətinə görə, bu cür şeirlər xalqa asanlıqla çatır, onların qəlbinə tez təsir edir və çox yaşayır. Mirzə Şəfinin hətta ayrı–ayrı din formalarının mahiyyətini eyniləşdirilməsi belə onun düşmənləri olan mollaların xüsusi nifrətinə səbəb olurdu.

Mirzə Şəfinin bədii yaradıcılığı, onun əsərlərində irəli sürdüyü ictimai – fəlsəfi ideyalar xalqımızın mədəniyyət tarixində xüsusi yer tutur. Şairin yaşadığı dövrdə həmin ideyalar bütün köhnə cəmiyyətə, onun həyat tərzi və geri qalmış görüşlərinə qarşı çevrilmişdi.1

O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə bilərdi. Buna görə Mirzə Şəfi müəyyən mənada tək idi. Lakin onun hər halda M.F.Axundov kimi bir ardıcılı da var idi.

Mirzə Şəfi öz ədəbi fəaliyyəti ilə Azərbaycanda bütün sonrakı ictimai fikrin inkişafına verdiyi güclü təkanın nəticələrini görə bilmədi. Lakin onun ideyaları getdikcə yayıldı. M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Sabir və başqa ədib və mütəfəkkirlərimiz tərəfindən davam və inkişaf etdirildi.

____________________________________



1. Bax. А.А.Сеидзаде, «Мирза Шафи или Боденштедт», Издательство АГУ, Баку, 1940
Yaradıcı insanların, elm adamlarının tərcümeyi-halı yalnız onların deyil, bütövlükdə mənsub olduqları xalqın mədəni-siyasi həyatı ilə şərtlənir; tərcümeyi-halda hər şey–nöqtə, vergül də düz olmalıdır. Bu deyilənlər əsasında Gəncə müdriki Mirzə Şəfi Vazehin həyatını nəzərdən keçirmək maariflənmiş ağıl sahiblərinin vəzifəsidir. Onu da deyək ki, Vazehin həyatı XX əsrdə daha çox araşdırılmış, az və çox dərəcədə öyrənilmişdir. Buna baxmayaraq, yenə də diqqətdən yayınan bir - birinə zidd fikirlər örtülü qalmışdır. Almaniyalı Fridrix Bodenşdet ziddiyət yaradan kiçik faktları mürəkkəbləşdirmişdir. Sovet məkanında tədqiqatçılar gəncəli şairin irsinin ona məxsus olduğunu müəyyənləşdirərkən hissə qapanıb onu plagiatar adlandırmışlar... Kiçik faktların birində isə deyilir ki, Gəncənin işğalından xeyli sonra Mirzə Şəfi Vazeh Cavadxanın qızı Püstəbəyimlə birlikdə İrana getməmişdir. A.A.Bakıxanov yazır: “Üçkilsə (Eçmiədzin) yaxınlığında Qırxbulaq adlı yerdə ruslar Abbas Mirzəni məğlub etdi. Bu zaman sədri - əzəm Mirzə Şəfi İrəvan qalasına gedib Məmmədxanı cürbəcür nəsihətlərlə İran dövlətinə tərəfdar etdi ”1. Bu zaman onun 32-33 yaşı var idi. Bu kiçik fakt sayılsa da, Vazehin həyatına işıq salır: ermənilərin satqınlığı ilə 1826 – cı ilin sonlarında İrəvana gələn rus qoşunlarına qarşı Cavadxanın böyük oğlu Uğurlu ağa qəhrəmancasına vuruşurdu və bu çar əsgərlərini qorxuya salmışdı. Onu bu mübarizədən çəkindirməyə çalışan Qriboyedov “Uğurlu ağa, zərərin yarısından qayıtmaq xeyirli olar”2 – deyə yazmışdır.

Bir neçə ədəbi - tədqiqat əsərlərində Ə.Ə.Səidzadə yazır ki: “Mirzə Şəfi gah Mirzə Məhəmməd Şəfi, gah da Mirzə Əhməd Şəfi” deyiminə rast gəlirik. Bu da məlumdur ki, Mirzə Şəfi

İlk əsərlərində özünü “Mühəmməd Şəfi də adlandırmışdır”. Başqa bir mənbədən isə məlum olur ki, Mirzə Şəfi ata babası tərəfdən Mühəmməddir, əslən gəncəlidir.

Mübahisə doğurmayan bir fakt da ondan ibarətdir ki, Vazehin atası Kərbəlayi Sadıq Cavadxan sarayında sayılıb – seçilən bənna (memar) idi və onun böyük oğlu Əbdüləli (Əli) atasının yolu ilə getmiş, kiçik oğlu Şəfi oxuyub – yazmağa meyl etdiyinə görə dindar ata onu Şah Abbas məscidində mədrəsəyə vermişdir. Deyilənə görə onun müəllimi dini elmləri mükəmməl bilən, “Qurani – Kərimi” bəlağətlə əzbər oxuyan Molla Hüseyn Pişnamaz (1783-1859) balaca Şəfini açıq fikirli olduğuna görə danlar, suallarını cavabsız qoyar, amma cəza verməzdi. O, cəzanı uşağı ____________________________________________________



1.A.A.Bakıxanov “Gülüstani-İrəm”. Bakı, 1951, səh.193

2.А.С.Грибоедов. «Горе от ума», Письма и записки. Баку, 1989, стр. 250

qorxudub kütləşdirən əməl sayırdı. Lakin sinifdə müəllimlə şagird arasındakı mübahisə Şəfinin mədrəsədən qaçmasını tezləşdirmişdir. A.Barje yazır ki, : “Gəncə mədrəsəsinin ruhaniləri gənc Şəfinin fikrindəki dəyişikliyi gördükdə ona dərs verməkdən imtina etdilər ... Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrətin ... oyanması bununla bağlıdır ...”1

Mədrəsədən çıxdıqdan sonra məscid küncündə xəttalıq edən Şəfi Hacı Abdulla ilə rastlaşır. Hacı Abdulla onun açıq fikirli olduğunu bildikdə himayəsinə götürür. 1823 – 1824 – cü ildə Gəncəyə gələn, soykökü dərinliyi ilə Nizami yurduna bağlı olan tacir Hacı Abdulla (...-1831) uzun müddət İranda yaşamış və Bağdadda ingilis işğalına qarşı azadlıq istəyən heyrəndiş dərvişlərin aksiyasına qoşulmuşdur. Hacı Abdulla bunu özünün əsas əqidəsi saymış və bir sufi kimi müəllimi Seyid Əttara sadiq qalmışdır. Hacı Abdulla Mirzə Şəfinin həyatında xüsusi rol oynamış vəfatı zamanı varidatının müəyyən bir hissəsinin ona verilməsini də vəsiyyət etmişdir. Bir məlumata görə Hacı Abdulla Mirzə Şəfini Cavadxanın qızı Püstəxanımın yanında onun _______________________________


  1. У.К.Ениколопов. Поэт Мирза Шафи. Баку, 1938, стр.12

var – dövlətini siyahıya alan vəzifəyə təyin olunmasına kömək etmiş və buna görə ona “Mirzə” adı verilmişdir. “Mirzə” adı ilə A.Berje səhvə yol vermişdir: O, “Mirzə”ni xan qızının “məktub daşıyan”ı, poçtalyon kimi izah etmişdir. A.Berje “Mirzə”nin mənasını başa düşməmişdi ...

Mirzə Şəfinin şəxsi həyatı barədə elə bir sənəd bilmirik. Onun vəfatından sonra vəsiyyətnaməsi də olmayıb. Tiflis gimnaziyasının kiçik müəllimi Mirzə Şəfi subay olmuşdur. Aradan bir il keçdikdən sonra, təsadüfən gəncəli Seyid Nisə Seyid Yəhya qızı Mirzə Şəfinin öldüyünü eşidir və Qafqaz təhsil naziri Uvarova ərizə göndərir. Vazehin arvadı olduğunu və buna görə ona təqaüd verilməsinə razılıq istəyir. Seyid Nisənin bu ərizəsi Gəncə şəriət məhkəməsinə göndərilir. 12 oktyabr 1853-cü ildə ərizəyə belə bir cavab alınmışdır: “Tiflis gimnaziyasının müəllimi, mərhum Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazehin Gəncə şəriət məhkəməsində nəinki kəbini, heç siğəsi də olmayıb...” (səh.21)

Göründüyü kimi Seyid Nisə Seyid Yəhya qızı Vazehin arvadı olmayıb. Lakin çar dövründə vəfat edən müəllimlər ailəsinə yüksək məbləğdə təqaüd verildiyinə görə Seyid Nisə şəriət məhkəməsinin yazdıqları ilə razılaşmamış, tələbindən geri çəkilməmiş, 1859-cu ildə hökumətdən birdəfəlik min manat təqaüd almışdır.

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə