NƏTİCƏLƏRİ Monitorinq haqqında




Yüklə 196.89 Kb.
tarix20.04.2016
ölçüsü196.89 Kb.
QHT Əməkdaşlıq Alyansının

siyasi partiyaların resurslarının öyrənilməsi üzrə keçirdiyi monitorinqin

NƏTİCƏLƏRİ

  1. Monitorinq haqqında

QHT Əməkdaşlıq Alyansı 2013-cü il oktyabrın 16-da Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkisini ölkənin tərəqqisi, demokratik təsisatların möhkəmlənməsi və vətəndaş cəmiyyətinin inkişafı baxımından əhəmiyyətli hesab edir. Buna görə də QHT Əməkdaşlıq Alyansı ölkənin aparıcı vətəndaş cəmiyyəti institutlarından biri kimi seçkilərin demokratik keçirilməsinə dəstək olaraq monitorinq aparmağı, real seçki mənzərəsini öyrənməyi və bu vəziyyətin ölkə əhalisinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılmasını özünün əsas prioritetlərindən biri sayır. Təqdim olunan bu monitorinq hesabatı da demokratik və azad seçkilərin keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsi kimi qiymətləndirilməlidir.

QHT Əməkdaşlıq Alyansı monitorinq keçirilən müddətdə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və səfirliklərlə görüşlər keçirib, məsləhətləşmələr aparıb və monitorinq haqqında onlara təfsilatı ilə bilgilər verib. Alyans Avropa Şurasının Azərbaycan nümayəndəliyinin Bakı ofisinin rəhbəri və ATƏT-in nümayəndələri ilə faydalı və səmərəli görüşlər keçirərək müzakirə zamanı ortaya çıxan vacib məqamları da monitorinq sənədinə daxil edibdir.

16 oktyabr 2013-cü il Prezident seçkisinin monitorinqi və vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakı ilə bağlı QHT Əməkdaşlıq Alyansı 2012-ci ilin iyul ayında qərar qəbul edib. Seçki monitorinqinin həyata keçirilməsi uzun müddətə nəzərdə tutulub və seçki öncəsi, seçki təşviqatı və seçki sonrası dövrlər olmaqla, 3 hissəyə bölünüb. Hər üç dövr üzrə ayrı-ayrılıqda seçkinin monitorinq edilməsi nəzərdə tutulur.

Birinci mərhələdə ölkədə fəaliyyət göstərən və ictimai fikrə təsir gücü olan, eləcə də prezident seçkilərini özünün əsas hədəflərindən sayan, birbaşa və ya dolayısı ilə bu seçkidə iştirak edən 24 siyası partiyanın resurslarının öyrənilməsi həyata keçirilib. Bu çərçivədə hər bir partiyanın sosial bazası, regionları əhatə etməsi kimi çox vacib elementlər monitorinq edilib.

Monitorinqə cəlb edilən partiyaları 4 qrupa bölmək olar. Birinci qrupa hakimiyyətdə olan YAP və ona yaxın – iqtidaryönlü partiyalar (AVP, ASRP, Vətəndaş Birliyi Partiyası), ikinci qrupa müxalifət partiyaları (AXCP, Müsavat, Vətəndaş Həmrəyliyi, KXCP, AXP, Ümid, ADP, ALP, AMİP, ACP, Azadlıq), üçüncü qrupa cəmiyyətdə nisbətən loyal müxalifət partiyaları kimi taninan (Böyük Quruluş, VİP, Aydınlar, BAXCP, Ədalət, Demokratik İslahatlar, Milli Dirçəliş Hərəkatı) partiyalar və dördüncü qrupa isə marginal partiyalar (Sosial Demokrat, Kommunist partiyaları) daxildir.

Eyni zamanda bu partiyalar fəaliyyət dairəsinə görə də fərqlənir. Bu da onların Milli Məclisdə təmsil olunub-olunmamaları ilə bağlıdır. Monitorinqə cəlb olunan siyasi partiyalardan 11-i (YAP, VHP, Ana Vətən, Ümid, Ədalət, Böyük Quruluş, BAXCP, VBP, ADİP, ASRP və AMDHP) parlamentdə təmsil edilir, 13-ü isə (AXCP, Müsavat, AXP, KXCP, ADP, ALP, VİP, AMİP, Aydınlar, ACP, Azadlıq, Sosial-Demokrat, Kommunist partiyaları) Milli Məclisdə təmsil olunmur.



Monitorinqə aşağıdakı siyasi partiyalar cəlb edilib:

s/s

Siyasi partiyanın adı

Partiyanın rəbbəri

1

Açıq Cəmiyyət Partiyası (ACP)

Sülhəddin Əkbər, lideri Rəsul Quliyev

2

Ana Vətən Partiyası (AVP)

Fəzail Ağamalı

3

Aydınlar Partiyası (Ay. P)

Qulamhüseyn Əlibəyli

4

Azadlıq Partiyası (AP)

Əhməd Oruc

5

Böyük Quruluş Partiyası (BQP)

Fazil Qəzənfəroğlu

6

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

Qüdrət Həsənquliyev

7

Azərbaycan Demokrat Partiyası (ADP)

Sərdar Cəlaloğlu

8

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

Asim Mollazadə

9

Ədalət Partiyası (ƏP)

İlyas İsmayılov

10

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

Mirmahmud Mirəlioğlu

11

Kommunist Partiyası (KP)

Rauf Qurbanov

12

Azərbaycan Liberal Partiyası (ALP)

Əvəz Temirxan, lideri Lalə Şövkət

13

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

Əli Kərimli

14

Azərbaycan Xalq Partiyası (AXP)

Pənah Hüseyn

15

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP)

Fərəc Quliyev

16

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)

Yusif Bağırzadə, lideri Etibar Məmmədov

17

Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

Xanhüseyn Kazımlı

18

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

Araz Əlizadə

19

Vətəndaş Birliyi Partiyası (VBP)

Sabir Hacıyev

20

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

Sabir Rüstəmxanlı

21

Vətəndaş və İnkişaf Partiyası (VİP)

Əli Əliyev

22

Müsavat Partiyası (MP)

İsa Qəmbər

23

Ümid Partiyası (ÜP)

İqbal Ağazadə

24

Yeni Azərbaycan Partiyası (YAP)

Əli Əhmədov, sədr İlham Əliyev



  1. Giriş



  1. Təşkilat haqqında

Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Alyansı 2011-ci ildə təsis edilib. Alyansda Azərbaycan Respublikasında və ondan kənarda tanınan, fəaliyyət göstərdikləri sahələrdə kifayət qədər təcrübə toplamış, yüksək reytinqli peşəkar şəxslərin rəhbərlik etdiyi 50-dən çox qeyri-hökumət təşkilatı birləşir.

QHT Əməkdaşlıq Alyansı ölkədə aparıcı QHT koalisiyalarından biridir. Ümumi məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, üçüncü sektorun əsas və aparıcı sektorlardan birinə çevrilməsidir.

Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 16-da keçiriləcək prezident seçkilərindən bir il əvvəl, 2012-ci ilin noyabrından etibarən siyasi partiyaların resurslarının öyrənilməsi monitorinqinin aparılmasına start verib. İlkin mərhələ kimi siyasi partiyaların resurslarının öyrənilməsində əsas məqsəd siyasi partiyaların seçkilərdə hansı sosial baza, maliyyə vəsaiti, iddia və tələblərlə iştirakını müəyyənləşdirmək və bu sahədəki reallığı ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.


  1. Monitorinqin məqsədi

Seçki Monitorinqinin məqsədi ölkədəki real seçki mənzərəsinin tədqiqi və bununla bağlı hesabatların hazırlanmasıdır.

Seçki Monitorinqi bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə ölkədə fəaliyyət göstərən və ictimai fikrə təsir gücü olan, eləcə də prezident seçkilərini özünün əsas hədəflərindən sayan, birbaşa və ya dolayısı ilə bu seçkidə iştirak edən 24 siyası partiyanın resursları öyrənilib. Siyasi partiyaların resurslarının (üzvlərinin sayı, regionları əhatə etməsi, maliyyə durumu və s.) öyrənilməsində məqsəd cəmiyyətə siyasi qüvvələrin güc nisbəti haqqında ətraflı informasiya təminatının çatdırılması, eləcə də ümumi vəziyyətin təhlilidir. Ona görə də bu mərhələdə hər bir partiyanın sosial bazası, regionları əhatə etməsi kimi çox vacib elementlər monitorinq edilib.



  1. Monitorinqin metodologiyası

Monitorinqin metodologiyası hər mərhələyə uyğun olaraq, tətbiq ediləcəkdir.

Bu mərhələdə monitorinqin mövzusuna uyğun olaraq aşağıdakı metodologiyadan istifadə olunub:



  • Partiya üzvləri ilə söhbətlər və onlardan alınan şifahi məlumatlar;

  • Monitorinq Qrupu üzvlərinin məlumatları;

  • Partiyalara təqdim olunan və cavablandırılan sorğu anketləri;



  1. Yekunlar



  1. Monitorinqin nəticələri onu deməyə əsas verir ki, seçicilərin hər 3,8 nəfərindən biri siyasi təşkilatlarda təmsil olunur. Bu da Azərbaycanda ümumən vətəndaşların siyasi aktivliyinin yüksək olması mənzərəsini yaradır. Düzdür, hələlik proses yüksək templə getmir və Prezident seçkiləri ilə bağlı ciddi fəallıq müşahidə olunmur. Amma əhalinin bütün seçki kampaniyalarında daha da fəallaşdığı təkzibolunmaz faktdır. Buna səbəbdən, əhalinin indiki siyasi təmsilçiliyinin seçki dövründə daha sürətlə artması və bu rəqəmlərin dəyişməsi gözləniləndir.



  1. Müşahidələr göstərir ki, istər əhali, istərsə də siyasi partiya üzvləri arasında bələdiyyə və parlament seçkiləri ilə müqayisədə prezident seçkiləri daha populyardır. Aparılan müşahidələr və şifahi sorğular də bunu təsdiqləyir. Təqribi hesablamalara görə, seçicilərin 65 faizi prezident seçkilərinin ölkə üçün əhəmiyyət daşıdığını bildirir. Bu bir neçə səbəblə izah edilir. Birinci yanaşma budur ki, Azərbaycanda dövlət idarəçiliyi bilabasitə Prezident vasitəsi həyata keçirilir və buna görə də ölkədə inkişafın, azad cəmiyyətin və demokartiyanın əsas dayağı da məhz xalq tərəfindən seçilmiş Prezidentdir. İkincisi, prezident seçkilərinin əhəmiyyəti həm də ona görə yüksəkdir ki, vətəndaşlar prezident seçkisini istər sosial rifahlarının, istər iqtisadi durumlarının yaxşılaşması, istərsə də işsizlik problemini aradan qalxmasında əsas və gərəkli şərt sayır. Ona görə də prezident seçkilərinə maraq böyükdür. Bu da hakimiyyətdə olmayan siyasi partiyaların 2005-ci ildən zəifləyən, 2008-ci ildəki Prezident seçkilərindən sonra tənəzzülə uğrayan imkanlarının bərpası və fəallaşması üçün imkanlar yarada bilər.



  1. Monitorinqin nəticələrini indiki durumda siyasi qüvvələr arasında yekun nəticə kimi qəbul etmək mümkündür. Amma siyasi proseslərin sürətlənəcəyi ilə bağlı proqnozlar da, gözləntilər də nəzərdən qaçmamalıdır. Çünki ölkənin siyasi spektrində daha çox görünən hakim YAP və müxalifətçi İctimai Palata (bu qurumda əsas söz sahibi AXCP və Müsavatdır), eləcə də son vaxtlar Demokratik Qüvvələrin Məşvərət Məclisi (bu quruma isə KXCP, AMİP, ACP, ALP və digərləri daxildir) arasında rəqabət və mübarizə daha da dərinləşir. Bu da seçki marafonunun ciddi mübarizə şəraitində keçəcəyini ehtimal etməyə əsas verir.



  1. Təəssüf doğuran hal əksər partiyaların maliyyə durumu və onun şəffaflığı ilə bağlıdır. Monitorinq nəticələrinə əsasən deməliyik ki, siyasi partiyalar ictimaiyyət üçün tam şəffaf ola bilmir. Bu da əsasən partiyaların üzvlük haqqı ilə bağlı məlumatların verilməməsi, aylıq üzvlük haqqının məbləği ilə bağlı suallara cavabdan yayınmaları, eləcə də partiyada çalışan işçilər haqqında məlumatları gizli saxlamalarında özünü ehtiva edir. Buradan bu nəticə hasil olur: ya partiyalarda üzvlük haqqı yığılmır, ya da üzvlər üzvlük haqqı verməkdən imtina edirlər. Bunun da hesabına partiyalar işçiləri qeyri-rəsmi işə götürür və əmək müqaviləsi bağlanmır. Bu səbəbdən də ştatlı işçilərlə bağlı suallar həmişə cavabsız qalır, əvəzində partiyanın iş mexanizminin könüllü işçilər vasitəsi ilə həyata keçirildiyi bildirilir. Digər bir tərəfdən isə belə bir şübhə də yaranır ki, əksər partiyaların göstərdikləri qədər üzvləri yoxdur, yoxsa müəyyən maliyyə vəsaiti yığılar və onun hesabına da partiyada ştatlı işçilər saxlamaq mümkün olardı.



  1. Ümumi məlumat

Monitorinqin ekspertlərinin fikrincə, subyekt kimi seçilmiş siyasi partiyalar Azərbaycanda ictimai-siyasi mühitə, fikrə bu və ya digər dərəcədə təsiri olan qurumlardır və gələcəkdə onların tərkibi daha da təkmilləşdirilə bilər. Burada ilk növbədə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar, sonra dövlət qeydiyyatından keçmiş, sosial bazaya malik və təsir mexanizmlərinə malik qurumlar, daha sonra isə qeydiyyatdan keçə bilməyən, lakin təsir effekti doğura bilən qurumlar monitorinqin əsas subyektləri sırasına daxil edilib.

Onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatından keçibdir, bir neçə partiya isə qeydiyyata alınmasa da, həmin siyasi qurumlar faktiki fəaliyyətdədir. Dövlət qeydiyyatına alınmış siyasi qurumlardan 23-i, alınmayanlardan isə 1-i monitorinqin subyekti kimi seçilib. Bu da qeydiyyatdan keçən partiyaların 41.8 faizi deməkdir.

Müəyyən təsəvvür yarada biləcək fikirlər və nəticələr əldə oluna bilməsi üçün monitorinq paralel olaraq bir neçə sahəni əhatə edib. Monitorinq zamanı əldə olnmuş nəticələr qruplaşdırılıb və yaranmış mənzərə geniş ictimaiyyətə təqdim edilir. Məlumatlar monitorinqin şərtləri ilə ziddiyyət təşkil etmir.


  1. Siyasi partiyaların və onların mamizədlərinin ötən prezident seçkilərində iştirakı

Monitorinqin subyekti olan partiyaların əksəriyyəti bundan öncə keçirilən prezident seçkilərində iddia ilə çıxış edib, müxtəlif nəticələr göstəriblər. Bizim monitorinqə daxil etdiyimiz partiyalardan 7-si - YAP, Müsavat, AMİP, ALP, Ədalət, BAXCP, VHP 2003-cü ilin prezident seçkilərində birbaşa, digər partiyalar isə dolayısı ilə iştirak edib. 2008-ci ildə keçirilən prezident seçkilərində isə bu siyasi təşkilatlardan 5-i – YAP, Aydınlar, Ümid, BQP və BAXCP iştirak edibdir. Digərləri, o cümlədən də əsas müxalifət partiyaları isə seçkini boykot etdiklərini bəyan edərək, prezident seçkilərində namizədlərini verməyiblər.

  1. Siyasi partiyaların 2013-cü il oktyabrın 16-də keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkiləri ilə bağlı mövqeyi

Qarşıdan gələn prezident seçkiləri ilə bağlı isə vəziyyət başqadır. Daha doğrusu, 2008-ci il seçkilərini boykot etdiklərini bəyan edən və cəmiyyətdə əsas müxalifət partiyaları kimi qəbul edilən siyasi qurumlar da bu seçkidə iştirak edəcəklərini bildiriblər. Əsasən, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəloğlu və ACP lideri Rəsul Quliyev seçkidə iştirakları haqqında bəyanat veriblər. Eyni zamanda, hakimiyyətdə olan YAP-ın İcraçı katıbı Əli Əhmədov tərəfindən YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürüləcəyi bildirilib. Bundan başqa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, ALP lideri Lalə Şövkət də seçkidə iştiraklarını bəyan edib.

Monitorinq aparılan partiyalardan 34 faizi prezident seçkilərinə bir ildən az vaxt qalmasına baxmayaraq seçkilərdə öz namizədləri ilə iştiraklarına qərar versələr də, 66 faizi isə hələlik mövqe açıqlamayıblar.

Öz namizədləri ilə seçkiyə qatılacaqlarını bəyan edən partiyalardan AXCP və Müsavat İctimai Palatada, KXCP, ALP və ACP Demokratik Qüvvələrin Məşvərət Məclisində, Ümid Partiyası isə “Qarabağ” blokunda təmsil olunur.


  1. Partiyaların resurslarının analizi

Seçicilərə nisbətdə partiya üzvlərinin sayı

Seçicilərin sayı

(mln nəfərlə)

%


Monitorinqə daxil olan partiya üzvlərinin sayı

(mln nəfərlə)

%


4 922 600

100

1 069 318

21.74%

2013-cü il oktyabrın 16-da Prezident seçkisi ilə bağlı resurslarının öyrənilməsi üçün subyekt kimi seçilən siyasi partiyalar haqqında əldə olunan nəticələr maraqlı nüanslar ortaya çıxardı. Belə ki, monitorinqin subyekti olan 24 siyasi partiyanın üzvlərinin ümumi sayı 1 milyon 69 min 318 nəfər təşkil edir. Onlardan 581 748 nəfəri (54. 4 %) YAP-ın, 487 570 nəfər (45.6 %) digər partiyaların payına düşür.

Azərbaycanda son statistikaya görə ölkə əhalisinin sayı 9 milyon 294 min nəfərdir. Əhalinin 49,6 %-ni kişilər, 50,4 %-ni qadınlar təşkil edir. Seçicilərin sayı isə 4 milyon 922 min 600 nəfər təşkil edir ki, bu da əhalinin 52,97 %-i deməkdir.



Müqayisə üçün deyək ki, monitorinqin subyekti olan 24 siyasi partiyanın bütünlükdə üzvlərinin sayı seçicilərin 21.74 %-ni əhatə edir. Bu əhalinin və seçicilərin sayı ilə müqayisədə kiçik rəqəm deyil. Həm də nəzərə alsaq ki, bütün partiyaların üzvlərindən heç də az olmayan sayda təəssübkeşləri var, o zaman bu rəqəmin nə qədər artma ehtimalının olduğunu təsəvvür etmək çətin deyil. Bu səbəbdən ölkə əhalisini siyasi cəhətdən aktiv hesab etmək olar. Seçicilərin aktivliyi seçki öncəsi müşahidə olunmaya bilər. Əhalinin əksəriyyəti adətən, seçkiqabağı təşviqat zamanı və seçki günü fəallıq nümayiş etdirir. Deməli, Azərbaycan seçicisi aktivdir və bu aktivliyin bir qədər də artması hər zaman gözləniləndir.

  1. Partiya üzvlərinin sayı və onların seçicilərə nisbəti



Siyasi partiyanın adı

Partiya üzvlərinin

sayı (min nəfərlə)

Seçicilərin sayına nisbətən

fazilə

Açıq Cəmiyyət Partiyası (ACP)

11 000

0.22

Ana Vətən Partiyası (AVP)

13 448

0.27

Aydınlar Partiyası (Ay. P)

9 870

0.20

Azadlıq Partiyası (AP)

7 500

0.15

Böyük Quruluş Partiyası (BQP)

7 500

0.15

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

12 380

0.25

Azərbaycan Demokrat Partiyası (ADP

10 000

0.20

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

7 200

0.15

Ədalət Partiyası (ƏP)

23 000

0.47

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

24 278

0.49

Kommunist Partiyası (KP)

15 000

0.30

Azərbaycan Liberal Partiyası (ALP)

20 000

0.41

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

61 500

1.25

Azərbaycan Xalq Partiyası (AXP)

4 000

0.1

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP)

15 388

0.31

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP

23 948

0.49

Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

36 000

0.73

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

3 758

0.08

Vətəndaş Birliyi Partiyası (VBP)

37 460

0.76

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

20 000

0.41

Vətəndaş və İnkişaf Partiyası (VİP)

7 340

0.15

Müsavat Partiyası (MP)

60 000

1.22

Ümid Partiyası (ÜP)

57 000

1.16

Yeni Azərbaycan Partiyası (YAP)

581 748

11. 82

Monitorinqin subyekti olan ayrı-ayrı partiyaların resurslarının analizi göstərir ki, hakim YAP öz gücünə görə digərlərindən seçilir. Bunun səbəblərini izah etmək bu monitorinqin məqsədi olmadığından üzərində xüsusi dayanmırıq. Faktiki reallıq isə belədir ki, YAP üzvlərinin sayına görə, digər partiyalardan öndədir. Belə ki, hakim partiyanın üzvlərinin sayı ümumi seçicilərin 11,82%-ni əhatə edir.

Hakim Yeni Azərbaycan Partiyası ilə eyni siyasəti müdafiə edən Ana Vətən, Sosial Rifah və Vətəndaş Birliyinin hazırda 668656 nəfər üzvü var və bu seçicilərin 13.58%-ni təşkil edir.

Geniş seçici auditoriyası olan siyasi təşkilatlardan biri də müxalif qurum olan İctimai Palatadır (bu qurumun əsas güc mərkəzi AXCP və Müsavat, eləcə də, bu qurumda KXCP, Xalq Partiyası, AMİP, ADP və VHP üzvləri müəyyən sayda təmsil olunur). Bu quruma daxil olan siyasi təşkilatların seçicilərə nisbəti 2.57% təşkil edir.

Müsavat və Xalq Cəbhəsi partiyaları arasındakı fərqlər elə də böyük deyil. Birlikdə ökə seçicilərinin 2,57%-ni (Müsavat 1.22%, AXCP 1.25%, AXP 0.1%) əhatə edir. Bu gün AXCP-nin 61500 nəfər üzvü olduğu bildirlir. Onun müttəfiqi Müsavat partiyasının üzvlərinin sayı da təxminən eynidir (60 000 nəfər)

Məşvərət Məclisinə daxil olan partiyalar (AMİP, KXCP, ALP, ACP, Aydınlar, Azadlıq partiyası) 96 596 nəfər üzvlə seçicilərin 1,96 %-ni əhatə edir. “Qarabağ” bloku (ADP və Ümid partiyaları) 67 000 üzvlə seçicilərin 1,36 %-ni əhatə edir.

Ayrı-ayrılıqda fəaliyyət göstərən partiyalar isə (Ədalət, VHP, VİP, BAXCP, Böyük Quruluş, Demokratik İslahatlar, Sosial Demokrat partiyaları) 76920 nəfərlə seçicilərin 1.56%-ni əhatə edir.

Kommunist Partiyasının isə göstəriciləri belədir: seçicilərin 0.30%-i.

Onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan və təmsil olunmayan müxalifət partiyalarının (bu sıraya AXCP, Müsavat, KXCP, AMİP, ACP, VHP, Ümid, Ədalət, Böyük Quruluş, BAXCP, ALP, VİP, AXP, Aydınlar və ADP daxildir) üzvlərinin ümumi sayı 381904 nəfərdir. Bu seçicilərin 7.76 %-ni təşkil edir və bura partiyaların təəssübkeşlərini də əlavə etsək, seçki təşviqatı və namizədlərin aktiv seçki kampaniyası zamanında daha böyük bir fəallığın olması gözləniləndir.



  1. Regionların əhatə olunması



  • Rayon təşkilatlarının say nisbəti

Siyasi partiyanın adı

Partiyaların rayon

təşkilatlarının sayı

Regionların əhatə olunması %-lə


Açıq Cəmiyyət Partiyası (ACP)

43

51.19

Ana Vətən Partiyası (AVP)

61

72.61

Aydınlar Partiyası (Ay. P)

45

53.57

Azadlıq Partiyası (AP)

54

64.29

Böyük Quruluş Partiyası (BQP)

65

77.38

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

65

77.38

Azərbaycan Demokrat Partiyası (ADP)

46

54.76

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

56

66.66

Ədalət Partiyası (ƏP)

69

82.14

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

74

88.09

Kommunist Partiyası (KP)

40

47.61

Azərbaycan Liberal Partiyası (ALP)

65

77.38

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

80

95.23

Azərbaycan Xalq Partiyası (AXP)

40

47.61

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP)

62

74.8

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP

67

79.76

Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

81

96.42

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

72

85.71

Vətəndaş Birliyi Partiyası (VBP)

54

64.28

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

80

95.23

Vətəndaş və İnkişaf Partiyası (VİP)

52

61.9

Müsavat Partiyası (MP)

80

95.23

Ümid Partiyası (ÜP

68

80.95

Yeni Azərbaycan Partiyası (YAP)

84

100

Monitorinqin subyekti olan partiyaların regionları necə əhatə etməsi də maraqlı məsələlərdəndir. Azərbaycan 84 rayona – inzibati ərazi vahidinə malikdir. Monitorinqin subyekti olan partiyalardan YAP, Sosial Rifah, AXCP, Müsavat, VHP, KXCP daha çox regionları əhatə edir. Bu sırada YAP 84 rayon təşkilatı ilə bütün ölkə ərazisini, Sosial Rifah Partiyası 81 təşkilatla ölkənin 96%-ni, Müsavat, AXCP, VHP 80 rayon təşkilatı ilə 95 %-ni, KXCP isə 74 yerli şöbə ilə 88%-ni əhatə edir. Növbəti sıralamada isə SDP 72 rayon şöbəsi ilə, daha sonra isə 70-60 aralığında dəyişən rəqəmlərlə Ədalət, Milli İstiqlal, Liberal, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları gəlir.

Buradan belə bir nəticəyə gəlmək olar ki, monitorinqə daxil edilən partiyaların 8.33 %-nin rayon təşkilatlarının sayı regionların 50%-dən də azını, 91.67 %-i isə regionların 50%-dən çoxunu əhatə edir.



  • Özək təşkilatlarının (ilk partiya təşkilatları) sayı

Siyasi partiyanın adı

Özək (ilk partiya) təşkilatlarının sayı

Açıq Cəmiyyət Partiyası (ACP)

678

Ana Vətən Partiyası (AVP)

967

Aydınlar Partiyası (Ay. P)

516

Azadlıq Partiyası (AP)

180

Böyük Quruluş Partiyası (BQP)

335

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

715

Azərbaycan Demokrat Partiyası (ADP

500

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

700

Ədalət Partiyası (ƏP)

-

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

4 648

Kommunist Partiyası (KP)

-

Azərbaycan Liberal Partiyası (ALP)

1500

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

4 741

Azərbaycan Xalq Partiyası (AXP)

-

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP)

386

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP

2519

Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

81

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

-

Vətəndaş Birliyi Partiyası (VBP)

1114

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

4558

Vətəndaş və İnkişaf Partiyası (VİP)

520

Müsavat Partiyası (MP)

4 725

Ümid Partiyası (ÜP)

3200

Yeni Azərbaycan Partiyası (YAP)

7606

Monitorinqdə rayon şəbələri ilə yanaşı özək təşkilatlarının (ilk partiya təşkilatları) da monitorinqi aparılıb. Bunun öyrənilməsi partiyaların sosial bazalarının seçkiqabağı vəziyyətinin ümumi analizi üçün vacib idi və partiyaların öz sosial bazalarını gələcəkdə artıra bilib-bilməyəcəkləri ilə bağlı rəyin formalaşmasına xidmət edirdi. Nəticə onu göstərir ki, partiyaların bu istiqamətdə də ciddi resursları vardır. Hər bir qurum təşkilatlanma işinə böyük önəm verir və reallıqların imkan verdiyi qədər də partiyaların ilk təşkilatları yaradılıbdır.

İndiki durumda AXCP və Müsavat partiyası özək təşkilatlarının sayına görə ikinci-üçüncü, KXCP və VHP dördüncü-beşinci yerdə dururlar. Monitorinqin nəticələrinə görə YAP-ın 7606, AXCP-nin 4745, Müsavat Partiyasının 4725, KXCP-nin 4648, VHP-nin isə 4558 özək təşkilatı vardır.



  1. Partiyaların maliyyələşməsi

Siyasi partiyanın adı

Üzvlük haqqından daxil olan bir aylıq vəsaitin miqdarı (manatla)

Açıq Cəmiyyət Partiyası (ACP)

-

Ana Vətən Partiyası (AVP)

-

Aydılnar Partiyası (Ay. P)

-

Azadlıq Partiyası (AP)

-

Böyük Quruluş Partiyası (BQP)

-

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

-

Azərbaycan Demokrat Partiyası (ADP

-

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

-

Ədalət Partiyası (ƏP)

-

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

-

Kommunist Partiyası (KP)




Azərbaycan Liberal Partiyası (ALP)

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

-

Azərbaycan Xalq Partiyası (AXP)

-

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP)

-

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP

-

Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

-

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

-

Vətəndaş Birliyi Partiyası (VBP)

1 264.00

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

-

Vətəndaş və İnkişaf Partiyası (VİP)

-

Müsavat Partiyası (MP)

-

Ümid Partiyası (ÜP

1 700.00

Yeni Azərbaycan Partiyası (YAP)

-

Cəmiyyət üçün ən maraqlı suallardan biri də partiyaların maliyyələşməsi, onların üzvlük haqqının miqdarı, daxil olan ianələrin məbləğidir. Lakin monitorinqə daxil olan partiyalardan yalnız 2-si üzvlük haqqı ilə bağlı məlumat verib, qalan 22-si isə bu məlumatın verilməsində maraqlı olmayıb.

Azərbaycanda siyasi partiyaların qanuni maliyyə mənbəyi yollarından biri də (bu mənbələr sırasına ianələr, üzvlük haqqı, müxtəlif tədbir və sərgilərdən daxil olan vəsaitlər və s.) üzvlük haqqından daxil olan maliyyə vəsaitidir. Partiyalara nə qədər ianələrin verilməsi haqqında danışmaq çətindir. Partiyaların yaranma vaxtından hazırkı dönəmə kimi hər hansı partiyaya ianələrin verilməsi ilə bağlı rəsmi məlumata rast gəlinməyib. Siyasi mövqeyindən asılı olmayaraq partiyalara ianənin rəsmiləşdirilərək verilməsi ilə bağlı Azərbaycan cəmiyyətində heç bir bilgi yoxdur. Bu da iki aspektdən izah olunur. Hakimiyyətdə təmsil olunan YAP və ona yaxın siyasi qüvvələr partiyalara ianələrin ayrılmamasını müxalifət partiyalarının sahiblkarlar arasında dayaqlarının olmaması, onların ideoloji və siyasi baxışlarının həmin zümrə tərəfindən dəstəklənməməsi kimi qeyd edir. Müxalifət isə bunu ölkədə olan siyasi sistemin təsiri, sahibkarların hakimiyyətin təzyiqinə məruz qalmasından qorxması ilə əlaqələndirir. Ekspertlər isə hesab edir ki, istər iqtidar və yaxud iqtidaryönlü partiyalara, istərsə də müxalifət partiyalarına müxtəlif formalarda ianələr verilir. Amma həm ianələrin rəsmiləşdirilməsi ilə bağlı ənənə formalaşmadığından, həm də müxtəlif təzyiqlərdən ehtiyatlanaraq ianə verən də, onu qəbul edən də bu məlumatı gizli saxlayır.

Bu səbəbdən partiyaların yeganə şəffaf gəlir mənbəyi kimi üzvlük mühüm əhəmiyyət kəsb edir. Amma üzvlük haqqı ilə bağlı da partiyalar ictimaiyyətə hər hansı məlumatın sızdırılmasında maraqlı deyillər. Partiyalar bununla bağlı onlara edilən müraciətlərə hər zaman rəsmi cavab vermirlər. Bu monitorinq zamanı da eyni mənzərə ilə üzləşildi. Partiyaların böyük əksəriyyəti onlara verilən “bir aylıq üzvlük haqqından daxil olan vəsaitin məbləği nə qədərdir” sualını demək olar ki, cavablandırmayıb.

Yalnız 2 partiya – Ümid və Vətəndaş Birliyi partiyaları bu sualı cavablandırıb. Amma, onların cavablarındakırəqəmlər partiya üzvlərinin sayına adekvat deyil. Məsələn, Vətəndaş Birliyi Partiyasının rəsmi məlumatına əsasən üzvlərinin sayı 37 min 460 nəfərdir. Bu sayda partiya üzvü 5 qəpikdən ödəsə belə, bu məbləğ 1 873 AZN təşkil edir. Onların cavablarında isə məbləğ 1264 AZN-dir. Ümid Partiyasının üzvlərinin sayi isə 57000 nəfərdir. Partiyada yığılan 1700 AZN üzvlük haqqı üzvlərlə müqayisədə adambaşına 3 qəpikdən az təşkil edir. Bu parodoksal rəqəmlər partiyalarda üzvlük haqqı ilə bağlı yumşaq desək, ciddi şübhələr yaradır.

Monitorinq zamanı ayrı-ayrı partiya üzvləri ilə olan söhbətlərdən məlum oldu ki, əksər partiyalarda heç üzvlük haqqı yığılmır. Təkcə YAP ildə bir dəfə bununla bağlı mətbuatda açıqlama verir. Siyasi partiyalar vaxtaşırı müvafiq qurumlara maliyyə hesabatı versələr də (həmin hesabatlarda partiyaların gəlir mənbələrinin necə göstərilməsi və ya heç bir gəlir mənbələrinin olmadığı barədə rəsmi sənədlər monitorinq edilməyib), üzvlük haqqı ilə bağlı ictimaiyyətə heç bir açıqlama vermirlər.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda indiyə kimi siyasi partiyaların dövlət büdcəsindən maliyyələşmə mexanizmi olmayıb. Yalnız ötən il siyasi partiyalara dövlət büdcəsindən malyyə ayrılması ilə bağlı qanun qəbul edilib və bu ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir.



  1. Partiyalarda işləyənlər vardırmı?

Siyasi partiyanın adı

Partiyada işləyənlərin sayı

Rəsmi

könüllü

Açıq Cəmiyyət Partiyası (ACP)

-

-

Ana Vətən Partiyası (AVP)

-

8

Aydınlar Partiyası (Ay. P)

-

9

Azadlıq Partiyası (AP)

-

11

Böyük Quruluş Partiyası (BQP)

-

3

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

-

24

Azərbaycan Demokrat Partiyası (ADP)

-

15

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

15

50

Ədalət Partiyası (ƏP)

1

22

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

-

6

Kommunist Partiyası (KP)

-

-

Azərbaycan Liberal Partiyası (ALP)

-

30

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

-

-

Azərbaycan Xalq Partiyası (AXP)

-

-

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP)

-

88

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)

11

14

Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

18

26

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

-

3

Vətəndaş Birliyi Partiyası (VBP)

-

9

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

-

15

Vətəndaş və İnkişaf Partiyası (VİP)

-

9

Müsavat Partiyası (MP)

-

-

Ümid Partiyası (ÜP)

6

30

Yeni Azərbaycan Partiyası (YAP)

-

-

İctimaiyyət üçün partiyalarda rəsmi işçilərin sayı, ümumiyyətlə partiyaların öz strukturlarını hansı formada qurduqlarını bilmək maraqlıdır. Bunu aydınlaşdırmaq üçün partiyalarda rəsmi və könüllü işçilərin sayının öyrənilməsinə cəhd edilib.

Əldə olunan məlumatlara görə monitorinqə daxil olan 24 partiyadan yalnız 5-ində (20.83 %) (Milli İstiqlal Partiyası 1 nəfər, Ümid Partiyası 6 nəfər, Sosial Rifah Partiyası 18 nəfər və Ədalət Partiyası 1 nəfər) ştatlı işçilər fəaliyyət göstərir. Digər partiyaların isə (79.17 %) rəsmi işçiləri barədə heç bir məlumat verilmir.

Partiyaların 75%-i könüllü işçilərin fəaliyyət göstərməsi haqqında məlumat verib. Digər 25 %-indən isə könüllü işçilərin olması ilə bağlı da məlumat toplamaq mümkün olmayıb.

Əksər partiyalar rəsmi işçilərlə bağlı məlumat verməkdən yayınaraq bu mexanizmi könüllü işçilərin hesabına qurduqlarını bildiriblər. İstər partiyalara təqdim olunan sorğu vərəqində, istərsə də ayrı-ayrı partiya üzvləri ilə şifahi söhbətlərdə əsas fikir bu olub. Amma digər alternativ mənbələrə görə bütün partiyalarda çalışan işçilər var və onlar rəsmi və ya qeyri-rəsmi formada işlədiklərinə görə də əmək haqqı alırlar.



  1. Sorğu anketlərinin tərtibi prinsipi

Partiyalara göndərilən rəsmi sorğularda partiyaların resurslarını müəyyənləşdirmək üçün sualların məzmunu əsasən iki istiqamətdə

  • Partiyaların sosial bazasının öyrənilməsi,

  • Malyyə resursları haqqında məlumatın toplanması

baxımından tərtib olunub.

Partiyalar tərəfindən təqdim olunan anketlərə yazılı cavab verilib. Amma bununla yanaşı Monitorinq Qrupunun üzvləri ekspertlərlə söhbətlər edib, eləcə də partiya üzvlərindən müəyyən şifahi məlumatlar toplayıblar.

  1. Məlumatların analizi

Toplanan məlumatlar QHT Əməkdaşlıq Alyansının Monitorinq Qrupunun ekspertləri tərəfindən analiz edilib və bu nəticələrlə bağlı monitorinqin hesabatı hazırlanıb. Cavablandırılan sorğu anketləri saxlanılır.

| SƏHİFƏ


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə