Naxçivan 2013 azərbaycan respublikasinin təHSİl naziRLİYİ naxçivan öZƏl universiteti




Yüklə 149.2 Kb.
tarix26.04.2016
ölçüsü149.2 Kb.
KURS İŞİ

NAXÇIVAN 2013

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN ÖZƏL UNİVERSITETİ

Fakultə İqtisadiyyat

Kafedra İqtisadiyyat

Kurs IV


İxtisas İqtisadiyyat

Fənn İqtisadiyyatın hüquqi tənzimlənməsi

Şöbə Əyani

Mövzu Bank əməliyyatlarının hüquqi tənzimlənməsi

Tələbə Baxşıyev Ramil Əfqan o
Kurs işi

Elmi rəhbər b/m B.Həsənov

Tələbə B.Ramil

Plan
Giriş
1.Bankların mahiyyəti və növləri

2. Bank kreditləşməsinin hüquqi əsasları

3.Mərkəzi bank , onun quruluşu,hüquqi mövqeyi və onun pul-kredit siyasəti

4.Kommersiya bankları və digər kredit təşkilatları



Nəticə.

Ədəbiyyat siyahısı.

Giriş.

Hər bir ölkə iqtisadiyyatında bankların rolu olduqca əhəmiyyətli hesab edilir. Beləki bankların fəaliyyət sahəsinin genişlənməsi və onların inkişaf səviyyəsi ölkənin sosial-iqtisadi inkişafına təsir göstərir. Hansı ölkədə bankların yüksək səviyyəsi müşahidə olunursa, orada yüksək mədəniyyət, sürətli iqtisadi inkişaf mövcuddur. Banklar maliyyə bazarında çox mühüm rol oynayır. Bank fəaliyyətinin təkminləşməsi istiqamətində həyata keçirilən islahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirilmiş, özəl bankların institusional formalaşması təmin edilmişdir. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində banklar institusional olaraq genişlənməyə və özəl bankların sayı sürətlə artmağa başladı. Banklar maliyyə bazarının özünəməxsus subyektləri olmaqla eyni zamanda mühüm vəzifələri yerinə yetirirlər. Onlar üzərilərinə düşən vəzifələri icra etməklə eyni zamanda iqtisadiyyatda xüsusi hakimiyyətə malik olan məsələlərin problemlərin həllində vacib rol oynayırlar. Bir iqtisadi subyekt kimi bankların iqtisadiyyatdakı rolu və onların yerinə yetirdikləri vəzifələr bankların mahiyyəti və funksiyaları ilə bilavasitə bağlıdır. Ona görə də bankların vəzifələri və rolunu daha dəqiq və dərindən öyrənmək üçün onun funkiyalarını nəzərdən keçirmək lazımdır. Banklar kiçik, orta, böyük borc verə bilən və borc verən fondları toplayaraq, böyük fondların yığımına xidmət edirlər. Bununla banklar böyük şirkətlərin və dövlətin kredit tələblərini ödəmək imkanına sahibdirlər. Əgər banklar olmasa idi, şirkətlərin və dövlətin kredit tələblərini ödəyə bilmək üçün yüzlərlə əmanət sahibinə müraciət edilməsi lazım gələrdi.

Milli bank haqqında Azərbaycan Respublikasının 10dekabr 2004-cü il tarixli qanunu bu qanun Azərbaycan respublikası Milli bankının hüquqi statusunu, onun məqsəd, funksiya, səlahiyyətlərini, idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir .

Banklar bir qayda olaraq iqtisadiyyatda pulla bağlı əməliyyatları yerinə yetirirlər. Onlar fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəlb edir, kreditlər verir, müxtəlif məqsədlə nəğd və nəğdsiz hesablaşmalar aparırlar. Iqtisadi anlamda bank anlayışı, iqtisadiyyata ( banknot və qeydiyyatlı pul kimi ) ödəmə vasitələri saxlayan, nağd sərmayə və sərmayə təmsil edən xalqlarla ( daşınan dəyərlərlə bağlı ticarət əlaqələrini ) davamlı olaraq aparan qurumlardır. Buna görə də ölkə iqtiasdiyyatında əmtəə-pul münasibətlərinin, istehsal və ticarətin inkişaf səviyyəsi, pul döriyyəsinin vəziyyəti bank sisteminin fəaliyyətinə əsaslı surətdə təsir edir, onun mənasını müəyyənləşdirir. Bank sistemi bazar iqtisadiyyatının ən vacib və ayrılmaz tərkib hissəsidir. Bununla əlaqədar pul dövriyyəsində və onun hərəkətində hər hansı zəiflik və dayanma cəmiyyətin böhran vəziyyətinə düşməsinə gətirib çıxara bilər. Buna görə də bu sistem elə qurulmalıdır ki, iqtisadiyyatın bütün sahələrində maliyyə və natural məhsul axınını təmin etsin, onların tarazlığına şərait yaratsın.




1.Bankların mahiyyəti və növləri .

Banklar haqqında yazarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, hələ ilk banklar orta əsrlərdə yaranmışdır. Qədim xalqların ilk pulları haqqında müəyyən qədər məlumat bu günə qədər gəlib çıxsa da, banklar haqqında yetərincə geniş məlumat bizə çatmamışdir. Hətta, iqtisadi ədəbiyyatlarda bankların yaranma mərhələləri belə müəyyən olunmamışdır. Bank nədir ? Ən sadə şəkildə desək bank pulların saxlanıldığı yerdir. Lakin bu tərif bankların mahiyyətini tam şəkildə açıqlaya bilməz. Bankların yaranması və inkişaf tarixi haqqında alimlərin və mütəxəssislərin fikir ayrılığı mövcuddur. Onların bəzilərinin fikrincə ilk banklar XIV və XV əsrlərdə ayrı-ayrı İtalyan şəhərlərində, kapitalizmin manufaktura mərhələsində yaranmışdır. Bankların kapitalist təsərrüfatçılığının yaranması ilə xarakterizə olunmasına səbəb kimi, bankların məhz pul tədavülünü tənzimləyən və daha geniş həcmli kredit əməliyyatlarını yerinə yetirən xüsusi təşkilati bir zəncirin lazım olduğu bir vaxtda yaranması göstərilir və bunu da kreditin elə bir inkişaf mərhələsində yaranması ilə izah olunur ki, onun köməyi olmadan kapitalist müəssisələri geniş fəaliyyət göstərə bilməzdi.

Digər mütəxəssislər isə bankların daha erkən mərhələdə - feodalizm mərhələsində yarandıqlarını bildirirlər. Onlar belə izah edirlər ki, hələ antik və feodal təsərrufat dövründə bankların ödəmələrdəki vasitəçilik funksiyasına tələbat var idi.

Başqa alimlərin banklar haqqında maraqlı mülahizələri vardır. Onlar ``Bank`` sözünün onun mahiyyətini açıqlamadığını və ilk kredit təşkilatları haqqında mülahizələri çətinləşdirdiyini söyləyirlər. Bank sözü italyan sözü olan ``banko`` sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Aydın məsələdir ki, o dövrdə vahid pul sistemi yox idi. Alqı-satqı zamanı müxtəlif dəyərli, cürbəcür pullara rast gəlmək olurdu. Belə bir şəraitdə pulların bir-birinə dəyişdirilməsinin hansı nisbətdə aparılmasını məsləhət görən peşəkarlara ehtiyac var idi və bu peşəkarların ticarət meydanında öz fəaliyyətlərini yerinə yetirmək üçün xüsusi masaları olurdu. Nəzərə alsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu və bura dünyanın hər yerindən müxtəlif ölkələrin malları və pul nişanları axışırdı, o zaman ticarət əməliyyatlarında bankirlərin iştrakının vacibliyini və onların masa banklarının daha geniş yayılmasının səbəbini başa düşmək olar. Bu cür masa-banklar Qədim Yunanıstanda, Qədim Romada da mövcud olmuşdur. Qədim Yunanıstanda ticarətin bu məsləhətçiləri trapezidlər, Romada isə mensarilər adlandırılırdı. Hər iki söz masa mənasını verir.

Tarixçilərin fikrincə Qədim Vavilonda hələ Bizim eradan əvvəl VI əsrdə kredit qoyuluşları və onlar üzrə faizlərin verilməsi təcrübədən keçirilmişdir. Həmçini bu əməliyyatlar b.e.ə. IV əsrdə Yunanıstanda da həyata keçirilmişdir. Bununla yanaşı qədim yunanlar müvafiq haqla pulların mübadiləsini də yerinə yetirirdilər.

İlk bank əməliyyatları həm ayrı-ayrı fiziki şəxslər tərəfindəm, həm də müxtəlif kilsələr tərəfindən həyata keçirilirdi. Məbədlər müxtəlif qiymətlilərin saxlanılması üçün ideal yer hesab olunurdu. Oğrular da inamları ilə əlaqədar olaraq məbədləri oğurlamırdılar. Dinə etimad kredit qoyuluşlarının toxunulmazlığını təmin etməklə bir sıra kilsələri özünəməxsus bank təşkilatına çevirmiş oldu.

Çox keçmədi ki, bankirlər başa düşdülər ki, hərəkətsiz qalan irihəcmli pul vəsaitlərinin yığımı səmərəli deyil. Onları müvəqqəti olaraq istifadə etmək və ya başqasına verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. Bu zaman girov kimi əsasən gəmilər və mallar iştirak edirdi. Bəzi hallarda evlər, qiymətli əşyalar, hətta adamlardan da girov kimi istifadə olunurdu.

İqtisadiyyatın inkişafı və hesablaşmaların artması ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmışlar. Sənayenin inkşafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafına gətirdi. Sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, univarsal fəaliyyətinə gətirib çıxardı.

Beləliklə, banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurumlardır və iqtisadiyyatın dinamik və səmərəli inkişafında böyük rola malikdirlər. Bank – fiziki və hüquqi şəxslərin pul vəsaitlərini depozitə cəlb etmək, həmin vəsaiti muddətilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.

Bankın uğulu fəaliyyətinin təmim olunmasında aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi və həmçinin onların bəzilərinin gələcəkdə icrası üçün möhkəm zəmin yaradılması mühüm rol oynayır:

- müştərilərə və müxbir banklara bank xidmətlərinin yüksək səviyyədə və operativ şəkildə göstərilməsini təmin etmək. Bütün küyfiyyət və kəmiyyət göstəriciləri üzrə ölkə bankları arasında liderlik mövqeyini saxlamaq.

- Bank biznesinin en əhəmiyyətli və gəlirli seqmenti olan kredit əməliyyatlarının həcmini genişləndirmək. Kredit portfelinin keyfiyyətinin artırılması. Kredit risklərini minimuma endirilməsinə zəmin yaradan standartların tətbiqi və onlara əməl olunması.

- Beynəlxalq maliyyə institutları və dünyanın tanınmış kredit təşkilatları ilə əlaqələri möhkəmlətmək və onların maliyyə resurslarını yenı yaranmış çoxsaylı özəl müəssisələrin fəaliyyətinin təşkili və inkişafı ilə bağlı layihələrə yönəltmək.

- Yeni və səmərəli layihələrdə iştrak vasitəsilə, investisiya fəaliyyətini gücləndirmək.

Müasir şəraitdə bankların fəaliyyət göstərmələri üçün bir neçə şərtləri özündə birləşdirməlidirlər:

1.Bank statusuna, lizenziyaya, bank əməliyyatlarını yerinə yetirmək hüququna malik olmalıdır. Mükəmməl oyun qaydalarını özündə cəmləşdirməlidir. Bütöv bir orqanizm kimi fəaliyyət göstərə bilmə xüsusiyyəti olan bir təşkilat olamlıdır.

2.Ümumi və xüsusi qanunlarla, cəmiyyətin hüquqi normativləri ilə fəaliyyət göstərməlidir.

3.Ətraf mühitdəki dəyişikliklərə tez bir zamanda uyğunlaşaraq özünü tənzimləməyə, inkişafa və mükəmməlliyə qadir olmalıdır.

4.Bank sisteminin başqa elementləri ilə qarşılıqlı əlaqədə olmalıdır.

Bankların yerinə yetirdiyi bir sıra funksiyalar vardir. Hal-hazırda banklar əsasən iki ictimai funksiyanı yerinə yetirirlər:

1.Sərbəst pul vəsaitləri cəlb edir və onu müəyyən müddətə və faiz qarşılığında ehtiyacı olan iqtisadi vahidlərə verir.

2.Bank debitor haqqında ciddi informasiya toplayır və kredit qabiliyyəti yüksək olanlara kredit açır.

Bank əmanətçilərə çeşidli alternativ investisiya alətləri təklif edir. Yəni banklar olmasa idi, borc vermək istəyənlə pul əlaqəsi bir-birini tapmayacaqdı.

Bankların bir sıra növləri fəaliyyət göstərir:

Yerinə yetirdiyi əməliyyatlara görə banklar universal və ixtisaslaşdırılmış banklara ayrılırlar. Universal banklar ele bir banklardır ki, onlar bütün bank əməliyyatlarını və xidmətlərini göstərməyə qadirdirlər. Universal banklar məhdudiyyətsiz fəaliyyət tipi ilə xarakterizə olunurlar:

- İstehsalın ayri-ayrı sahələri üzrə

- Müştərilərin tərkibi üzrə

- Kəmiyyət baxımından

- Regionlar üzrə

Universal banklar ilə ixtisaslaşdırılmış banklar arasında əsəs fərqlər ondan ibarətdir ki, universal banklar müxtəlif növ sahələri kreditləşdirə bildiyi halda, ixtisaslaşdırılmış banklar müəyyən bir sahənin kreditləşdirilməsi ilə məşğuldurlar. Universal banklar həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərdiyi halda, ixtisaslaşdırılmış banklar yalnız ayrı-ayrı şəxslərin xidmətlərinə yönələn fəaliyyətlə məşğuldurlar. Bunlardan başqa universal bankların fəaliyyət dairəsi daha genişdir, onlar qiymətli kağızlarla əməliyyat yerinə yetirə bilərlər. Bu banklar açıq bazar əməliyyatları zamanı qiymətli kağız bazarında hüquqi iştrakçı kimı çıxış edə bilər, öz kapitallarını başqa müəssisələrə yatira bilərlər. Universal banklar həm ölkə daxilində, həm də ölkə xaricində özlərinin bir çox filiallarına malik olurlar, bir neçe regionda fəaliyyət göstərə bilirlər. Hərdən universal və ixtisaslaşdırılmış bankları bir-birindən ayırmaq çətin olur. Çox vaxt iri ixtisaslaşdırılmış ipoteka bankları özlərinin xaricdə filiallarına malik olurlar, müştərilərə yüzdən çox xidmət növü göstərirlər.

Fəaliyyət çərçivəsinə görə banklar:

-İri


-Orta

-Kiçik banklara ayrılırlar

Dünyanın bir sıra ölkələrində kredit təşkilatları arasında xırda kredit təşkilatları da mövcuddur. Kredit korporasiyalarını, qarşılıqlı kredit cəmiyyətlərini, tikinti əmanət kassalarını və s. misal göstərmək olar. Bu təşkilatların əsas üstünlükləri ondan ibarətdir ki, kiçik və orta təsərrufatçılığa təkan verirlər, xırda yığimları bir yerə cəmləyirlər.

Mülkiyyətinə görə banklar:

-Dövlət bankları

-Səhmdar banklar

-Kooperativ banklar

-Xüsusi banklar

-Qarışıq banklar

Bir sıra ölkələrin banklarının kapitallarında, əvvəlki səviyyədə olmasa da, bu günə kimi dövlət özünün müəyyən qədər payını saxlamaqdadır. Dövlət mülkiyyəti özünü bank təsərrüfatında başqa formada da göstərə bilər. Banklar dövlətin hüquqi müvəkkili kimi də çıxış edə bilər. Belə bankları ölkə iqtisadiyyatının inkşafını təmin edən bir sıra dövlət proqramlarının maliyyələşdirilməsinə xidmət göstərirlər. Bu banklar səhmdar cəmiyyət kimi də çıxış edə bilərlər. Bu zaman kommersiya banklarının səhmdarları kimi dövlət müəssisələri iştirak edə bilərlər.

İqtisadi böhranlar zamanı dövlət banklar üzrə öz nəzarətini güclədirməyə çalışırlar. Bu zaman dövlət nəzarəti təkcə sərt pul-kredit siyasətinə deyil, həmçinin bank kapitalında dövlətin payının olduğu xüsusi kredit institutlarının yaranmasına gətirib çıxarır. Dünya bank təcrübəsində bu cür bankları inkişaf bankları adlandırırlar.

Xidmət göstərdikləri ərazilərə görə banklar:

- yerli

- regional

- Milli

- Beynəlxalq banklara ayrılırlar.



Yerli banklar - əsasən yerli əhaliyə, eyni ərazinin əhalisinə xidmət göstərən banklardır. Belə banklara müəyyən bir ərazinin, şəhərin xidmətində duran bələdiyyə banklarını da aid etmək olar. Regional banklar – bir neçə ərazinin, regionun tələbatını təmin edən banklardır. Milli banklar ölkə ərazisində fəaliyyət göstərən və əsasən öz vətəndaşlarına xidmət edən banklardır. Beynəlxalq banklar isə ayrı-ayrı ölkələrin müştərilərinin bir-biriləri ilə əlaqəsinə xidmət göstərən banklardır.

Xidmət göstərdikləri sahələrdən asılı olaraq:

- Birsahəli

- Çoxsahəli banklara aid etmək olar.

Bankın filialı – hüquqi şəxs olmayıb, olduğu yerdan kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Filialların sayına görə banklar:

- Çoxfiliallı

- Filialsız banklara ayrılırlar.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayıb, yalnız bankın mənafeyini təmsil edən və müdafiə edən bankın ayrıca bölməsidir.

Xarici banklar da mövcuddur ki, onlar qeydə alındığı ölkənin qanunvericiliyinə əsasən bank fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir.

Bankların növlərini bir neçə qrupa ayırmaq mümkündür:

- Mərkəzi bank

- Kommersiya bankları

- Aqrar banklar

- Xalq bankları

- İnvestisiya bankları

- İnkişaf bankları

- İstehlak bankları

- İslam bankları və s.

- Aqrar banklar – kənd təsərrüfatı sahə fəaliyyətinin digər ticarət və sənaye fəaliyyətlərindən fərqli olmasına görə dünya ölkələrinin çoxu aqrar iqtisadiyyatına yönəlik dövlət tərəfindən qurulan banklardır

Xalq bankları – iri və orta ölçülü şirkətlərin uzunmüddətli kreditə olan ehtiyacını qarşılamaq üzrə qurulan banklardır.

İnvestisiya bankları – daha çox kapital bazarının inkişaf etdiyi ölkələrdə xalqın qısa və uzun bir müddət üçün istifadə etmədiyi əmanətləri ilə şirkətlərin və dövlətin uzun müddətli kreditə olan ehtiyaclarının qarşılanmasında vasitəçi olurlar. İnvestisiya bankları şirkətlər tərəfindən ixrac edilmiş qiymətli kağızların bir hissəsinin satılmaması halında özü (satılmanı) satın almanı qəbul edə bilər. Buna əməliyyata öhdəliyin satışı deyilir.

İstehlak bankları – xidmətlərini istehlakçılara təqdim edir.

İnkişaf bankları – daha çox sərmayə bazarının inkişaf etmədiyi və ya sərmayənin qıt olduğu ölkələrdə ortaya çıxmışdır.

İnkişaf banklarının vəzifələri:

- İnvestisiya layihələri hazırlamaq və investisiyanı stimullaşdırmaq məqsədi ilə kredit verməyə yardımlar.

- Banklar bəzi durumlarda şirkətlərin səhmlərini alaraq investisiyida iştirak edirlər.

- İnvestisiya bankları uyğunlaşdığı iqtisadi siyasətə tərs düşməmək şərti ilə xarici sərmayənin investisiya sahələrinə yönəlməsinə vasitəçilik edirlər.

İslam bankları – Faizsiz bir banklardır. Bu banklar daha çox sosial rifah təşkilatı kimi fəaliyyət göstərir, yəni xəstəlik, evlənmə və ölüm kimi səbəblərə xərclər çəkmək məcburiyyətində olan yoxsul insanlara faizsiz yardım göstərmək məqsədi ilə qurulmuşdur. İslam bankının ən başlıca özəlliyi, islam dinində haram sayılması səbəbi ilə, faizsiz bir iqtisadi sistem inkişaf etdirməyə çalışmasıdır.

2.Bank kreditləşməsinin hüquqi əsasları.

Kreditləşmə kreditin verilməsi prosesidir. Bu prosesin həyata keçirilməsində kreditor və borcalan (hüquqi və fiziki şəxs) iştirak edir. Kreditorla borcalanın kredit münasibətlərinin təşkil olunması üçün bir neçə mərhələ keçilməlidir.

1. potensial borcalanın kredit müqaviləsinə baxılması və boralanla tanışlıq.

2. potensial boralanın kredit qabiliyyətinin təhlili və kredit alınan anda onun vəziyyətinin qiymətləndirilməsi.

3. kredit müqaviləsinin hazırlanması

4. kreditin sənədləşdirilməsi və kredit müqaviləsi şərtlərinin yerinə yetirilməsinə nəzarət.

Borcalan daimi müştəri olduqda tanışlığa, onu öyrənməyə ehtiyac olmur, Borcalan yeni olduqda bank bu prosesi aparmağa borcludur. Bankın nümayəndəsi borcalanla birlikdə ona aid olan aşağdakı parametrləri nəzərdən keçirir: Müəssisənin qeydiyyat dövrü, son il ərzində fəaliyyət sahəsi, mülkiyyət forması, təsisçiləri, nizamnamə fondu, malik olduğu hesablaşma hesabı, mənfəət və zərərlər haqqında hesabatı, debitor və kreditor borcları haqqında məlumat, müəssisənin istehsal etdiyi və göstərdiyi xidmətlərin çeşidi, müəssisənin rəhbərinin və baş mühasibinin ixtisas səviyəsi. Müsbət rəy yaranarsa növbəti mərhələyə keçirilir.

2-ci mərhələdə kredit işçisi borcalan təşkilatın rəhbərindən bankın idarə heyəti tərəfindən təstiq edilmiş sənədlər toplusunu alır və ilkin təhlil aparır.O, borcalanın kredit qabiliyyətini yoxlayır və onun vəziyyətini qiymətləndirir.

3-cü mərhələdə borcalanın aldığı ssudanı və ona hesablanmış faizləri müəyyən edilmiş vaxtda qaytara bilməsi qabiliyyəti, kredit qabiliyyəti müəyyən edilir və həm də ödəmə qabiliyyəti nəzərdən keçirilir. Göstərilən hazırlıq mərhələlərini keçdikdən sonra bankın məsul əməkdaşları tərəfindən kredit müqaviləsi hazırlanır. Kredit müqaviləsi kreditorla borcalan arasında kreditləşmə ilə bağlı bütün məsələləri əks etdirən hüquqi sənəddir. Bu sənəddə kreditin məqsədi, məbləği, istifadə müddəti, kreditin verilməsi və ödənilməsi qayda və şərtləri, təminatın forması, kredit üzrə faiz dərəcələri və ödənilmə qaydaları, tərəflərin hüquq və öhdəlikləri öz əksini tapır.

4-cü mərhələdə müqavilənin tələblərinə əsasən kredit şöbəsi əməliyyat şöbəsinə kreditin verilməsi haqqında sərəncam verir. Bu sərəncamda borcalanın adı, kreditin məbləği, kreditin şifri və sahə simvolu, istiqaməti, müddəti, faizlərin forma və dövrülüyü əks etdirilir. Sonra isə kreditor verdiyi kreditin istifadəsinə nəzarətə başlayır və öz öhdəliklərinin ödənilməsi üzrə borcalanın fəaliyyətini müşahidə edir, nəzərdə tutulmuş ödəmə vaxtları çatdıqda isə öz tələblərini irəli sürür. Borcalanın aldığı kredit və ona hesablanmış faizlərin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada onun öhdəliklərinə əsasən hesablaşma hesabından silinməklə həyata keçirilir.

Kreditləri təşkilati -iqtisadi əlamətlərinə görə təsnifləşdirmək üçün kreditin növü anlayışından istifadə edilir. Beynəlxalq aləmdə kredit növlərinin vahid standartları mövcud deyil. Hər bir ölkədə kreditlərin təsnifatlaşdırılması həmin ölkənin bank sistemində formalaşmış olan kreditləşmə sisteminin, kreditləşmə mexanizminin və kreditləşmə şəraitinin, mövcud qanunvericiliyin özünəməxsus xüsusiyyətlərindən asılı olaraq yaranır. MDB ölkələrinin çoxunda istifadə olunan kredit növləri azərbaycanda da tətbiq edilir. Bugünkü gündə kredit alqı-satqısı böyük bir əhəmiyyətə malikdir. Banklar kredit tələb edənlərin kreditlərini ölçmək, verdikləri kreditlərin müddətində qaytarılmasını zəmanəti altına salmaq şərti ilə bu etimadı saxlayırlar. Bankda ən sərfəli şərtlərlə mikrokreditlər, istehlak kreditləri, kiçik və orta biznesin inkişafı üçün biznes kreditləri təqdim olunur.

Təcrübədə kreditin dada çox yayılmış növləri bunlardır.



Borcalanların qruplarına görə: a) Təsərrüfat orqanları(müəssisə, təşkilat, şirkət, firma) b) əhali c)dövlət orqanları çıxış edə bilərlər.

Kreditin təkrar istehsal prosesinin hansı mərhələsində verilməsinə görə : Təsərrüfat orqanları, əhali təkrar istehsal prosesinin istehsal, bölgü,istehlak mərhələlərində kreditlərdən istifadə edirlər.

Kreditin təyinatına, sahə istiqamətinə görə. İstehlak, büdcə, kənd təsərrüfatı, ticarət, sənaye, investisiya kreditləri.

İstifadə müddətinə görə: qisamüddətli(1 ildək), ortamüddətli(1 ildən 3 ildək), uzunmüddətli(3 ildən yuxarı)

Ölçülərinə görə. Kiçik, orta, iri kreditlərə ayrılır.

Fəaliyyət sferasına görə: İqtisadiyatın bu və ya digər sahəsinin müəssisə və təşkilatlarına verilmiş kreditlər 2 növə ayrılır. a) əsas fondların geniş təkrar istehsalında iştirak edənlər. b) dövriyyə fondlarının təşkilində iştirak edənlər.

Təminatına görə: təminatlı və təminatsız kreditlər . Təminatlı kreditlər girov, öhdəlik üçün təminatla verilən və sığortalanan kreditlərdir.

Verilmə üsuluna görə: a) təzminat kreditləri b) ödəmə kreditləri

Təzminat kreditləri mal-materil qiymətlilərinin və digər məsrəflərin ödənilməsi üçün borcalanın xüsusi vəsaitlərinin çatışmazlığı örtmək üçün onun hesablaşma hesabına köçürülür. Ödəmə kreditləri isə bilavasitə kreditləşmə əməliyyatları, tədbirləri üzrə ödənişlər üçün borcalana təqdim olunmuş hesablaşma ödəmə sənədlərinin icrasına yönəldilir.



Ödənilmə üsuluna görə: Kreditlərin hissələrlə ödənilən və birdəfəlik ödənilən iki növünə ayrılır. Müqaviləyə əsasən kredit bir neçə hissəyə bölünməklə müxtəlif vaxtlarda qaytarıla bilər. Həmçini müqavilə əsasında kredit müəyyən edilmiş tarixdə, tam həcmdə qaytarıla bilər.

İstifadəsindən asılı olaraq ödənişin xarakterinə görə: Bu əlamətinə görə kreditlər ödənişli, ödənişsiz, baha və ucuz kreditlərə ayrılır. hazırda kreditlərin əsas hissəsi ödənişli kreditlərdir. Ödənişsiz kreditlər bank səhmdarlarının kreditləşməsi zamanı baş verir. Alınan faizlərin bazar səviyyəsindən aşağı olduğu kreditlər ucuz, baha olan kreditlər isə baha kreditlərə deyilir.

3.Mərkəzi bank , onun quruluşu,hüquqi mövqeyi və onun pul-kredit siyasəti.

Mərkəzi banklar kredit sisteminin mərkəzi olub, yalnız pul-kredit sisteminin tənzimlənməsi ilə məşğul olur. O, banklar arasında əsas yer tutur, « banklar bankı » adlanır. Mərkəzi bank banklar üçün koordinasiya rolu oynayır və onların işini yalnız iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi bank ölkənipn bank sistemi üzərində nəzarəti həyata keçirir. O, yalnız banklara və hökümətə xidmət edir. Buna görə də, mərkəzi bank dövlətin bankiri adlanır. Onlar dövlət büdcəsinin emissiya-kassa fəaliyyətinin həyata keçiirlməsində əsas rol oynayırlar. Mərkəzi bankların yeritdikləri pul-kredit siyasəti nəticəsində bir neçə gün ərzində qiymətləri həm sabit saxlamaq, həm də milli valyuta kurslarını əhəmiyyətli dərəcədə dəyişmək olar. Mərkəzi banklar istehsalı dayandırmaq, sürətlə artırmaq, həmçinin işsizliyi artırmaq və ya aradan qaldırmaq imkanına malikdir. Buna görə də, mərkəzi banklar hər bir ölkədə başlıca diqqət mərkəzindədir.

Sərmayə quruluşuna görə mərkəzi bankları 3 başlıq altında toplaya bilərik:

1. Sərmayenin hamısı dövlətə aid olan mərkəzi banklar

2. Sərmayeləri Kommersiya bankları tərəfindən qurulan mərkəzi banklar

3. Sərmayelərinin bir hissəsi dövlətə, bir hissəsi də özəl sektora aid olan mərkəzi banklar

Bütün ölkərin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar təşkil edir. Ayrı-ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Mərkəzi Bank, Xalq Bankı, Dövlət Bankı, Ehtiyat Bankı, Emissiya Bankı, Federal Ehtiyat Sistemi. Bəzi ölkələrdə isə sadəcə ölkələrin adı ilə bağlı olaraq , məsələn, İtalya Bankı, Yaponiya Bankı və.s. adlandırılır.

Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır. Ümumilikdə, onlardan ən birincisi təqribən üç əsr əvvəl İsveçrədə 1668-ci ildə yaranmışdır. Azərbaycan Mərkəzi Bankı 1992-ci ildə yaranmışdır. Yarandığı ildən 2009-cu ilə qədər mərkəzi bank Azərbaycan Mərkəzi Bankı adlanırdı. 2009-cu il 18 martda kecirilən referendumda azərbaycan xalqı Mərkəzi Bankın adının Mərkəzi Bankla əvəz olunmasını səs çoxluğu ilə qəbul etdi. Çünki dünya iqtisadiyyatında bir çox sınaqlardan keçmiş əksər İEÖ-də adlandırma məhz bu cürdür. Belə əvəzlənmə qloballaşan dünyamızda atılan düzgün addımlardan biridir.

Mərkəzi bankların hansı ölkədə fəaliyyət göstərməsindən aslı olmayaraq onlar üçün xarakterik və ümumi olan funksiyasısiya və vəzifələr mövcuddur. Eyni zamanda hər bir ölkənin bank sisteminin funksiyasısiya və vəzifələri vardır. Bu funksiyasısiya və vəzifələr öz əksini həmin ölkənin bank qanunvericiliyində tapır.

Əvvəlcə mərkəzi bankların ümumi xarakter daşıyan vəzifə və funksiyasısiyalarını nəzərdən keçirək:



  • ölkənin emissiya mərkəzidir, buna görə də banknotlar buraxmaq üçün inhisarçı hüququ vardır;

  • ölkənin digər bankları ilə əməliyyat aparır, onlara kredit verir və onların fəaliyyətinə nəzarət edir;

  • kredit sistemində peşəkarlığın və standartlaşmanın səviyyəsini qoruyub saxlayır;

  • hökümətin bankiridir, ehtiyac yarandıqda dövlətə kredit verir;

  • dövlətin qızıl-valyuta ehtiyatlarını saxlayır;

  • ölkənin baş hesablaşma mərkəzidir, ölkənin digər bankları arasında nağdsız hesablaşmaları yerinə yetirilməsində vasitəçi rolunu oynayır;

  • pul – kredit metodları vasitəsiylə iqtisadiyyatı tənzimləyən orqandır; və s.

Mərkəzi banklar yuxarıdakı vəzifələri icara edərkən aşağıdakı 3 funksiyasısiyanı yerinə yetirir:

1. nəzarət

2. tənzimlənmə

3. məlumat – tədqiqat

Ölkə iqtisaidyyatının əsasını təşkil edən kommersiya və digər kredit təşkilatlarının işinə nəzarəti Mərkəzi Bank yerinə yetirir. Nəzarətin özü qanunvericilikdə nəzərdə tutulmuş çərçivədə aparılır və kənarlaşmalara yol verilmir. Banklara nəzarət edərkən onların tənzimlənməsi prosesi də həyata keçirilir. Bank sistemini tənzimləyərkən tənzimləmə aləti olaraq disknot və girov siyasəti, deposit siyasəti, valyuta siyasəti və

s. kimi alətlərdən istifadə edilir.Həm nəzarət,həm də tənzimlənmə funksiyasısiyalarını yerinə yetirərkən bank sistemi haqqında məlumatların düzgünlüyü,təcrübəvi məlumatların vaxtında aparılması,düzgün statistik məlumatların toplanılması, bütün bunlar məlumat-tədqiqat funksiyasında cəmlənir.Indi isə bəzi İEÖ-in mərkezi bank sistemləri haqda qısa məlumat verək.



Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir.Məsələn, ABŞ da Federal Ehtiyat Bankları, B.Britaniyada İngiltərə bankı, Almanyada Almaniya Federal Bankı,Azərbaycanda isə Milli Bank.İEÖ-in çoxunda mərkəzi bankların əsas məqsədləri və fəaliyyət dairəsi öz əkzini ya konstitusiyalarda, ya da Mərkəzi Bank və bank fəaliyyəti haqda qanunda tapmışdır. Avopa ölkələrində Fransa və İtaliyanın mərkəzi bankkları digərlərinə nisbətən pul-kredit siyasətini həyata keçirilməsində dövlət orqanlarından az bir səviyyədə asılıdırlar. Bu ölkələrdə Mərkəzi Bankın işinə müdaxilə hüququnun istiqamətləri qanunvericiliklə hökümətə həvalə edilib. Mərkəzi Bank məsləhətçi rolunda çıxış edir və fəaliyyətində hökümətin qərarlarını rəhbər tutmağa borcludur. Böyük Britaniyanın, Hollandiyanın, İsveçin və Yaponiyanın qanunvericiliyində dövlət orqanlarının Mərkəzi Bankın işinə müdaxilə, onu təlimatlandırmaq, onun qərarını ləğv etmək imkanları tam müəyyənləşdirilmişdir. Böyük Britaniyanın bank sisteminin özünəməxsus xüsusiyyətləri var. Bu ölkənin Mərkəzi Bankı ( İngiltərə Bankı ) bank sistemi ilə əlaqəni ixtisaslaşdırılmış kredit insitutları qrupu olan diskont evləri vasitəsilə həyata keçirir. Diskont evləri İngiltərə Bankı ilə bank sistemi arasında vasitəçi rolunda fəaliyyət göstərir və Mərkəzi Bank onlara birbaşa təsir edə bilmir. Disknot evləri İngiltərə bankının özünəməxsusluğudur və bu ölkədə pul-kredit siyasətinin həyata keçirilməsində əsaslı rol oynayır. Bu ölkədə Mərkəzi Bank mütəmadi olaraq pul-kredit siyasətinin əsas istiqamətlərini izah etmək və ölkədə həyata keçirilən antiinflyasiya, sabitləşdirmə tədbirlərini birgə işlənib hazırlanması üxrə kredit-maliyyə institutlarının nümayəndələri ilə kompleks iş aparmalıdır. Beləliklə İngiltərə bank sisteminin əsas xüsusiyyətlərinə aşağıdakıları əlavə etmək olar:

  • İngiltərə bankı kommersiyya banklarını birbaşa deyil, uçot və diskont evləri şəklində vasitəçilər tərəfindən kreditləşdirir

  • Digər ölkələrin bank sistemlərindən fərqli olaraq Böyük Britaniyada kommersiya və investisiya bankları ayrı-ayrılıqda fəaliyyət göstərir

  • İngiltərədə nizamnamə kapitalına pullar təsisçilər tərəfdən həmişəlik olaraq həmişəlik köçürülür, daha dəqiq desək bu pullar bankın pulları olur

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, vergi güzəştlərinə malikdir,dövlət rüsumu və yığımlarının bütün növlərinin ödənilməsindən azaddır. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Mərkəzi Bankın funksiyasısiyalarına aşağıdakılar aiddir:

    • Pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasəti yeridir;

    • nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

    • manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

    • qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

    • qiymətli kağızlar bazarında, habelə xarici valyutanın alqı-satqısı sahəsində əməliyyatlar aparır

    • sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

    • bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

    • bank sistemini inkişaf etdirmək və möhkəmlətmək üçün zəruri tədbirlər görür

    • ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

    • Qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin, bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi

  • İnflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcminin və strukturunun tənzimlənməsi

  • Daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatların minimum səviyyəsinin təmin olunması tədbirləri

  • Ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin müəyyənləşdirilməsi

  • Həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təKommersiya bankinləşdirilməsi tədbirləri

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyasısiyaları həyata keçirir.

Mərkəzi Banka geniş səlahiyyətlərin verilməsinə baxmayaraq müəyyən sahələrin fəaliyyətində qadağalara malikdir . Məsələn, qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq; istehsal, ticarət, sığorta və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq.

Ümumiyyətlə götürsək, Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatının inkişafında çox böyük rolu vardır. Belə ki, Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən Mərkəzi valyutanın sabitliyini təmin edir və onun alıcılıq qabiliyyətini tənzimləyir. Mərkəzi Bank normal pul-kredit siyasəti keçirməklə istehsalın inkişafına təkan verə, infilasiyanın səviyyəsini aşağı sala, işsizliyi nisbətən aradan qaldıra bilər. Bundan başqa Mərkəzi Bank respublikada pul dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir. Mərkəzi Bank, o cümlədən Azərbaycan Respublikası ərazisində nəğd pul emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır.Mərkəzi Bank Kommersiya banklarının işinə nəzarət edir, onların fəaliyyətini tənzimləyir.

Bununla yanaşı Mərkəzi Bankın fəaliyyətinin səmərəliliyini artırmaq üçün bir sıra təkliflər irəli sürmək olar:


  • banklarda əmanətlərin qoyulması və kreditin verilməsi barədə əhali arasında maarifləndirmə işlərinin aparılması

  • kreditin daha sadə və sərfəli şərtlərlə verilməsi

  • pul qıtlığının aradan qaldırılması və pul dövriyyəsinin sürətliliyini təmin etmək üçün səmərəli pul-kredit siyasətinin həyata keçirilməsi

  • əmanətin etibarlılığının təmin edilməsi

  • plastik kart ödənişləri, elektron bank xidmətləri, sənədli əməliyyatların daha da təkommersiya bankinləşdirilməsi və s.

Bank qanunvericiliyi sahəsində bu günə qədər Mərkəzi Bank tərəfindən görülmüş işlər nə qədər geniş olsa da, hələ bundan sonra yeni-yeni layihələr üzərində işlər plandadır, bəzi yeni layihələr isə artıq tamamlanma üzrədir. Məqsəd, bütövlükdə Azərbaycanda maliyyə-bank sisteminin yaxşılaşdırılması,  beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü maliyyə-bank xidmətləri bazarının inkişaf etdirilməsi üçün münbit hüquqi bazanın yaradılmasıdır. Bu isə danılmaz bir faktdır ki, iqtisadi siyasətdə pul siyasətinin yeri və rolu artıqca, pul siyasətini həyata keçirən qurumun da, yəni Mərkəzi Bankın da iqtisadiyyatda gücü və önəmi artmaqdadır.


4.Kommersiya bankları və digər kredit təşkilatları.

Banklar əsas iqtisadi institutlardır. Banklar haqqında yazarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, hələ ilk banklar orta əsrlərdə yaranmışdır. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir. Lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Beləliklə, ikipilləli bank sistemi yaradılmışdır. Bu sistemdə birinci pilləyə mərkəzi banklar, ikinci pilləyə isə, Kommersiya bankları və digər kredit institutları daxildir.

Dünya bank sistemində ikinci pilləli banklar kimi Kommersiya bankları mühüm yer tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökümətə xidmət edirsə, Kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir. Ümumiyyətlə, Kommersiya bankları anlayışı bank işinin ilk yarandığı dövrlərdən istifadə olunmağa başlanmışdır. Əslində, “komimersiya” sözü “commerce” sözündən götürülüb, mənası «ticarət» deməkdir. Kommersiya bankları anlayışı Azərbaycan dilinə «ticari» banklar kimi tərcümə olunur. Hazırda ayrı-ayrı ölkələrdə Kommersiya banklarına müxtəlif çeşidli maliyyə-kredit institutları aid edilir. Onların ən başlıca fərqi isə, pul-emissiyası hüquqlarının olmamasıdır. Kommersiya bankları – sənaye və ticarət qurumlarına qısa müddətli kredit açmaq üzrə pul bazarında fəaliyyət göstərən banklardır. Kommersiya bankı--konkret fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış,həmçinin digər çoxlu bank əməliyyatlarını həyata keçirən universal kredit təşkilatıdır. Bütün Kommersiya banklarının bəlli 2 funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmıt göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir.

Kommersiya banklarının fəaliyyəti ikili səciyyə daşıyır.Onlar kommersiya təşkilatı olmaqla yanaşı,həm də cəmiyyətin ictimai təsisatları kimi çıxış edir.Kommersiya təşkilatı kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir.İctimai təsisat kimi onlar maliyyə infrastrukturunun əsas qanadı kimi çıxış edir,büdcə sistemi ilə yanaşı ölkənin sabit iqtisadi inkişafının təmin edilməsinə və əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edir.

Kommersiya bankları əsasən 2 yerə bölünür: universal banklar, ixtisaslaşmış banklar.

Universal banklar adətən bütün bank xidmətlərini yerinə yetirmək hüququna malikdir.

Hazırda universal Kommersiya bankları dünya miqyasında müştərilərə 200-ə yaxın bank məhsulu buraxmaq və bank xidməti göstərmək imkanına malikdir.

İxtisaslaşmış banklar isə, bu, çoxsaylı bank xidmətlərinin biri və ya bir qrupu üzrə fəaliyyətini qurur. Mülkiyyət formasından asılı olmayaraq kommersiya bankları iqtisadiyyatın müstəqil subyektləridir. Onların fəaliyyətində əsas məqsəd mümkün dərəcədə maksimum mənfəət əldə etməkdir.

Beləliklə, kommersiya bankı bank kredit sisteminin borc kapitalının gəlir əldə etmək məqsədi ilə hərəkətini təşkil edən institutudur.

Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da Kommersiya bankları ikipilləli bank sisteminii ikinci pilləsini təşkil edir. Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya banklarının apardığı bank əməliyyatları ”Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında”Qanunun 27-ci maddəsində öz əksini tapmışdır.

Müstəqil Kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanır. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsusdur. Bunlara aşağıdakılar aiddir:


  1. Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya bankı.

  2. Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya bankı.

  3. Azərbaycan Respublikası Əmanət Kommersiya bankı.

  4. Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya bankı.

Ölkədə bir çox özəl səhmdar Kommersiya bankları mövcuddur. Hazırda fəaliyyət göstərən Kommersiya banklarının digər qismi sahə banklarından ibarətdir.

Kommersiya banklarının fəaliyyəti hər bir ölkənin bank qanunvericiliyi ilə tənzimlənir. Bəzi ölkələrdə onların fəaliyyəti daha məhdud çərçivədə, bəzi ölkələrdə bir qədər geniş çərçivədə imkan verilir. Kommersiya banklarının maliyyə vasitəçiliyi İEÖ-lərdə, ocümlədən ABŞ maliyyə aktivlərinin 37%-ə qədərinə sahibdirlər. Kommersiya bankları əsasən pul bazarı qurumlarıdır. Kommersiya bankların aşağıdakı funksiyasısiyaları var.

1.əmanət funksiyası. Kommersiya banklarının bu funksiyasının köməyi ilə hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan pul vəsaitlərinin bir yerdə, yəni kredit təşkilatlarında cəmlənməsi və onların kapitala çəvrilməsi baş verir. Hər bir bank aktiv əməliyyatları həyata keçirmək üçün öz kapitalı ilə yanaşı passivlərin – öhdəliklərin əsas hissəsini təşkil edən əmanət cəlbi ilə də məşğul olur. Geniş mənada əmanətə müştərilərin banka müəyyən müddətə daha yüksək faizlə qoyduqları pul vəsaitləri ilə yanaşı fiziki və hüquqi şəxslərin cari hesablarında olan resurslar da aiddir. Banklar ciddi cəhdlərlə daha yüksək faizlər, daha əlverişli şərtlər: əhalinin sıx məskunlaşdığı yerlərdə şöbələr, hesablaşmaları asanlaşdıran plastik kartlar vasitəsilə sərbəst pul vəsaitlərini toplayıb əmanət bazasını genişləndirir.

2.kredit funksiyası. Bankalar yığdıqları vəsaitə görə müəyyən haqq verir və ya məsrəflər ödəyir. Bu xərcləri üstələmək və ya mənfəət qazanmaq üçün banklar istehsal, ticarət sahələrinə kredit verir. Əmanət və kredit funksiyası ilə banklar iqtisadiyyatda vasitəçi rolunu oynayaraq qənaətli təsərrüfatdan defisitli təsərrüfata pulu öz zəmanıti ilə ötürür.

3.köçürmə və hesablaşmalar funksiyası. Hər bir müəssisənin bank hesabı var. Onun vasitəsilə o, ödənişlərini aparır və başqa subyektlərdən ödənişləri qəbul edir. Bu əməliyyatlar banklardan kənarda mümkün olmadığı üçün vacib funksiyası.dir.

4.sığorta funksiyası. Banklar həyatın ,mülkiyyətin, kreditlərin, valyuta risklərinin sığortalanması ilə məşğul olur. Azərbaycan qanunvericiliy əvvəllər banklara kredit və valyuta risklərinin sığortalanmasına icazə verirdisə, indi bu qadağandır.

5.trast funksiyası. Banklar müəyyən həddə şəxslərin ( personal trast xidmətləri ) və müəssisələrin mülkiyyəti ( kommersiya və qeyri-kommersiya trast xidmətləri ) və maliyyə resurslarını idarə edir.

6.broker funksiyası. Banklar müştərilərinə broker xidmətini göstərərək dillerlərə müraciət etmədən səhm, istiqraz və s. qiymətli kağızları almaq imkanını verir. Banklar daşınmaz əmlaka broker əməliyyatlarını apararaq yaşayış və kommersiya tikililərini satıb sonradan onları maliyyələşdirir. Banklar broker firmaları ilə müqavilə bağlayaraq öz təşkilatlarında broker büroları yaradır. Bununla brokerlər bank müştərilərinə, banklar isə brokerlərin biznes dairəsinə yaxınlaşır.

7.investisiya planlaşdırma funksiyası. Banklar müştəriləri üçün investisiya layihələrini planlaşdırır. Banklar daim iqtisadi cəmiyyətdə gedən prosesləri təhlil obyrktində saxlamalı və güclü maliyyə-hüquqi ekspertlər ilə müştərilərinə profesional planlaşdırma xidməti göstərməlidirlər.

8.kredit pullarının emissiyası. Bankalrı digər maliyyə institutlarından fərqləndirən spesifik fuksiyadır. Banklar depozit – kredit emisiyasını həyata keçirərək dövriyyədəki pul kütləsini artırır. Kredit verərkən pul kütləsi artır, qayıdarkən aazalır. Müştəriyə verilmiş kredit onun tələb edilənəfdək hesabına yazılaraq bankın öhdəliyini artırır. Hesabın sahibi vəsaiti nağdlaşdıraraq dövriyyədəki nağd pul kütləsini artıra bilər.

9.məsləhət xidməti. Ənənəvi olaraq müştərilər bankalra müraciət edərək kreditin, əmanətin, investisiyaların optimal istifadəsini onlarla müzakirə edir. Banklar vergi deklarasiyalarını və biznes planları tərtib etməkdən tutmuş daxili və xarici bazarlarda marketinq araşdırmaları, mal və xidməıtlərin bazarda irəliləməsi barədə məsləhətlər verir.

10.qiymətlərin saxlanması. Qədimdən bankların əsas xidmət növlərindən biri kimi qiymətlərin saxlanması bugündə aktualdır. Zinət əşyaları, sənətlər və s.şəxsi ləvazimatlar yanmayan seyflətdə qorunur. Bankın mühafizəsi müştərilərin rahat yatma ehtimalını artırır.

11.valyuta mübadiləsi. Bu xidmət növü də bank təkamülündə əhəmiyyətli rol oynamışıdır. Bugün dünya maliyyə bazarının riskli olması bu əməliyyatların geniş mənada iri banklar tərəfindən aparılmasına gətirib çıxarıb. Buna səbəb vəsaitin likvidliyi problemi və zəngin təcrübənin vacibliyidir. Geniş mənada aparılan bu əmələyyatlar dilinq adlandırılır.

12. lizinq xidməti. ( lease-icarə,ingilis sözü ) Bankar müştərilərinə avadanlıq almaq üçün kredit əvəzinə lizinq təklif edir. Yəni öz bank vəsaiti olaraq onu icarəyə verir. Lizinq ödənişləri tam ödənildikdən sonra ya bankın, ya da müştərinin sərəncamında qalır.

13.pensiya təminatı. Bankalar pensiya fondlarının maraq dairəsinə daxil olraq vətəndaşların qocalığının təmini ilə məşğul olur. Bu, bilavasitə şəxslərlə, ya da müəssisələrlə bağlanan müqavilə əsasında olur. Daxil olan vəsait akumulasiya edilərək investisiyalara yönəldilir. Vətəndaşlar təqaüd yaşına çatdıqda və ya əmək qabiliyyətini itirdikdə ödənişlər başlanır. Bu resusrslar uzunmüddətli vəsait kimi bankların investisiya fəaliyyətində mühüm rol oynayır.

14.vençur kapitalının təklifi (venture-risk etmək, ingilis sözü ). Banklar getdikcə riskli sahələrin maliyyələşməsinə vəsait ayırır. Bunlara yüksək texnologiya siyahısına aid layihələdir ki, hansılar ki iflasa uğramaq ehtimalı çox,yüksək gəlir gətirmək imkanı çoxdur.

15.Vasitəçilik.Kommesiya banklarının ən vacib funksiyalarından biridə vasitəçilik funksiyasıdır. Bu funksiyanı onlar dövriyyə prosesi nəticəsində müvəqqəti sərbəst qalan xüsusı şəxslərin pul gəlirləri və müəssisələrin fondları olan pul vəsaitlarinin yenidən bölüşdürülməsi nətiasındə həyata keçirirlər. Kommersiya banklarının vasitəçilik funksiyasının bazar iqtisadiyyatının uğurlu inkişafı üçün əhəmiyyəti ondan ibarətdirki, banklar bu funksiyanın köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyri – müəyyənliyi aradan götürmüş olurlar. Belə ki, vəsaitləri kreditordan borcalana vasitəçi tərəf olmadanda keçə bilər. Həmçinin kreditor və borcalanlar bir-birlərinin kredit qabiliyyətli olub-olmamalarından xəbərsiz, borc vəsaitlərinə olan tələblə təklif isə bir-biri ilə üst-üstə düşmür. Kommersiya bankları isə müştərilərin bu sadalanan problemlərlə üzləşməmələrinə imkan yaratmış olur.

16.Depozit funksiyası. Tədiyyə vasitələrinin yaranması bank müştərilərinin kreditləşməsininin depozit funksiyası ilə sıx şəkildə bağlıdır. Kommersiya banklarının depozitləri və pul kütləsinin artırıb azaltmaq qabiliyyətini ölkənin mərkəzi bankı kreditin dinamikliyini istiqamətləndirmək məqsədi ilə istifadə edir. Bunun üçün mərkəzi bank özünün pul kredit siyasəti alətlərindən olan məcburi ehtiyyat normalarından istifadə edir.

Beləliklə, bu funksiya bankın çeklər, plastik kartlar və elektron pulların köməyi ilə bank depozitləri formasında kredit pulların yaranması üzrə bankların xüsusi funksiyasıdır.

Kommersiya bankları əvvəla pulun bir növdən (banknot) başqasına (depozit) keçməsi ilə öz müştərilərindən nağd pullar qəbul edərək depozitlər yaradırlar.

İkincisi, bank depozitləri müştərilərdən qiymətli kağız xarici valyuta və qızıl qəbil etməsi nəticəsində bank kreditləri verməklə yaranır. Bu halda pulun əks hərəkəti baş verir. Yəni, nağdsız formadan nağd formaya keçir.

17.Pul ödəmələri və hesablaşma funksiyaları. Bazar iqtisadiyyatlı bütün ölkələrdə banklar iqtisadiyyatın tədiyyə mexanizmində çox vacib yer tuturlar. Beləliklə banklar təsərufatda əmtəə tədavülü və hesablaşmaların təşkil edilməsi üçün istifadə olunan tədiyyə vasitələri yaratmaq qabilliyyətinə malikdir. Burada söhbət nağdsız hesablaşma əməliyyatlarının aparılmasına xidmət edən çek və başqa hesabların açılmasından gedir. Təsərrüfat mükəmməl təşkil olunmuş nağdsız pul tədavülü olmadan fəaliyyət göstərib inkişaf edə bilməz. Buradan bankın bu hesablaşmaların təşkilatçısı kimi mühüm əhəmiyyəti ortaya çıxır.Təsərüfatda hesablaşma münasibətlərinin mükəmməlləşməsi ona gətirib çıxarır ki, inkişaf etmiş ölkələrin əksəriyyətində hüquqi şəxslər arasındakı hesablaşmaların əsas hissəsi nağdsız formada həyata keçirilir.Burada da komissiya bankları təşkilatçı və vasitəçi kimi çıxış edir. Bu banklar müştərilərin tapşırığına əsasən ödəmələri həyata keçirir, hesablara pul qəbul edir və müştərilərin bütün pul daxil olmalarının və köçürmələrin uçotunu aparırlar.

Kommersiya bankları ölkə iqtisadiyyatında mühüm əhəmiyyət daşıyan,özünəməxsus xüsusiyyətə malik olan iqtisadi təşkilatlardır.Onlar dövlət hakimiyyət və idarəetmə strukturlarından asılı olmayan müstəqil qurumlardır.Kommersiya bankları öz fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qururlar:


  • kredit təşkilatlarının bütün fəaliyyət istiqamətlərində və idarəetmə strukturunda müstəqilliyi;

  • müştərilərin sərbəst,azad surətdə,qarşılıqlı anlaşma şəraitində seçilməsi;

  • xüsusi və cəlb olunmuş vəsaitlərin, gəlirlərin mövcud qanunvericilik əsasında müstəqil bölüşdürülməsi;

  • Bankın sərəncamında olan faktiki resurslar həddində sərbəst kreditləşdirilməsi;

  • öz fəaliyyətinin nəticələrinə görə tam maddi məsuliyyət daşıması;

  • Əmanətlər və borcalanlarla qarşılıqlı razılaşma şərtləri daxilində pul vəsaitlərinin cəlb olunması və yerləşdirilməsi üzrə əməliyyatların aparılması;

  • Qanunla müəyyənləşmiqaydada,özəmanətçilərinin,borcalanların,qiymətli kağız sahiblərinin və öz səhmdar və payçılarının qarşısında öhdəliklərin yerinə yetirilməsi;

  • minimuma,mənfəətin maksimuma çatdırılması əməliyyatlarının yerinə yetirilməsi; Kommersiya banklarının fəaliyyətini tənzimləyən,dövlətin ali hakimiyyət orqanlarının qanunlarına,normativ və qaydalara,mövcud təlimatlara mütləq riayət olunması.

Qeyd olunanlarla yanaşı kommersiya bankları Mərkəzi bankların göstərişi əsasında ölkə büdcəsinin icrasını yerinə yetirirlər. Kommersiya bankları müqavilə əsasında biri digərindən depozitlər,kreditlər şəklində vəsaitlər cəlb edə bilər,yerləşdirər və həmçinin nizamnamədə nəzərdə tutulan digər qarşılıqlı əməliyyatları apara bilərlər.Müştərilərə kredit vermək üçün onların tələbatlarına uyğun olaraq vəsait çatışmadıqda,həmçinin digər öhdəlikləri icra etmək üçün kommersiya bankları Mərkəzi banklardan kredit almaq hüququna malikdirlər.

Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olur ki,hal-hazırda kommersiya bankları müxtəlif hüquqi və fiziki şəxslərə geniş əhatəli xidmətlər göstərir,əməliyyatlar aparırlar.

Ümumiyyətlə,kommersiya banklarının apardığı əməliyyatlar öz xarakterinə görə 3 qrupa bölünürlər:


  • Passiv əməliyyatlar (vəsaitlərin cəlbi);

  • Aktiv əməliyyatlar (vəsaitlərin yerləşdirilməsi);

  • Aktiv-passiv əməliyyatlar (vasitəçilik trast və b.)

Bundan əlavə qeyd etmək lazımdır ki,kommersiya bankları tərəfindən həm aktiv,həm passiv,həm də vasitəçilik əməliyyatlarının aparılması xüsusi quruluşa malikdir.

Qeyd etdiyimiz kimi banklar universal və ixtisaslaşmış banklara bölünür. Ixtisaslaşmış banklar univarsal banklardan fərqli olaraq müəyyən sahədə fəaliyyət göstərir, yəni hər hansı bir sahə üzrə ixtisaslaşır.



Xüsusiləşmiş maliyyə-kredit institutların inkişafına 3 əsas səbəb təsir göstərir:

  • Inkişaf etmiş ölkələrdə əhalinin gəlirinin artması;

  • Qiymətli kağız bazarının aktiv inkişafı;

  • Bu institutların kommersiya və xüsusiləşmiş bankların təqdim edə bilmədiyi xüsusiləşmiş xidmətlərin göstərilməsi

İxtisaslaşmış maliyyə-kredit inustutlarına investitsiya bankları, əmanət idarələri, təqaüd fondları, siğorta və investitsiya şirkətləri daxildir.

İnvestitsiya bankları . Onlar əsasən investisiya əməliyyatları ilə məşğul olur və fond birjasındakı kimi qiymətli kağızların alış və satışını həyata keçirir. Onların Kommersiya banklarından əsas fərqi odur ki, onlar depozit qəbul etmir, hesablaşma əməliyyatları aparmır və qısamüddətli borclar vermir. Onlar həmçinin emissiya –təsisçilik fəaliyyəti ilə, yəni qiymətli kağızların buraxılması və yerləşdirilməsi əməliyyatları ilə məşğul olurlar. Onlar kapitalı öz səhmlərini satmaqla və ya kommersiya banklarının krediti hesabına cəlb edirlər.

Əmanət idarələri Onlar əhalidən pul formasında əmanətlər qəbul edir, onlarla müəyyən əməliyyatlar aparırlar

Siğorta şirkətləri – həyatın , əmlakın və mülki cavabdehliyin siğortası vasitəsiylə əhalinin vəsaitlərini cəmləşdirir və iqtisadiyyatın uzunmüddətli maliyyələşdirilməsində istifadə edir. Siğorta şirkətləri əsasən sənaye, nəqliyyat və ticarət sahəsində iri korporosiyaların maliyyələşdirilməsinə daha çox diqqət yetirirlər.

Təqaüd fondlarınin da siğorta şirkətləri kimi geniş təkrar istehsal prosesində rolu, gündən-günə atan iqtisadiyyatın siğorta fondunu fəal sürətdə formalaşdırılır. Təqaüd fondları , yığılmış pul ehtiyyatlarına dövlətin və xüsusi şirkətlərin istiqraz və səhmlərini alaraq , bir qayda olaraq , onu dövlətin və iqtisadiyyatın uzunmüddət maliyyələşdirilməsinə sərf edirlər.

İnvestitsiya şırkətləri fərdi pul kapitalları ilə qeyri-maliyyə sferalarında fəaliyyət göstərən korporosiyalar arasında aralıq halqa rolunu oynayırlar. İnvestitsiya şirkətləri qiymətli kağızların kursundan asılı olaraq fərqləndirirlər. Şirkətə məxsus səhmlərin qiymətinin qalxması onların xüsusi səhmlərinin kursunun qalxmasına gətirib çıxarır. İnvestitsiya şirkətləri öz kapitallarını əsasən korporosiyaların səhmlərinə qoyurlar.

Maliyyə şirkətləri – xüsusi təyinatlı qeyri bank institutudur.Maliyyə şirkətləri öz varlıq və borclarına əsaslanıb qiymətli kağızlar ixrac etməklə və topladıqları fondları birbaşa olaraq nağd kredit istəyən istehlakçılara və ya istehlak mallarının finansmanı üçün şirkətlərə qısa və uzunmüddətli kredit təklif edən finans qurumlarıdır.

Kredit ittifaqları. Kredit ittifaqları və həmkarlar ittifaqı,müəyyən maddi maraqların birləşdirdiyi bir qrup fiziki şəxslər tərəfindən təşkil olunmuş kooperativ əmanət institutlarıdır

NƏTİCƏ:

Banklar əsasən kredit vermək və kassa-hesablaşma xidmətləri göstərilməsi ilə məşğuldur. Onlar pul alveri ilə məşğuldur. Banklar öz vəsaitlərini həm müştərilərə, həm də digər banklara satırlar.Azərbaycanda da bank sisteminin xidmət səviyyəsindən dünya bank sisteminin xidmət səviyyəsinə çatdırılması vacibdir. Azərbaycan Respublikasında bank sisteminin işinin təkmilləşdirilməsi əsas məsələ kimi ortaya çıxır. Bank sisteminin işində meydana gələn bu hallar Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlıdır. Buna görə ilk növbədə Milli Bankın işi təkmilləşdirilməlidir. Bankların müstəqilliyinin artırılması ilə yanaşı, onlara ciddi nəzarət sisteminin yaradılması zəruri və vacibdir. Belə bir sistem inkişaf etmiş ölkələrin hamısında yaradılmışdır və mərkəz banklarına, həmçinin bütün digər banklara nəzarət hökümət tərəfindən həyata keçirilir. Buna görə də Azərbaycanda milli Bank və bütövlükdə bank sisteminə dövlət nəzarət sisteminin yaradılması zəruridir. Lakin, bu həddən artıq olmamalıdır.Yəni Azərbaycanda milli bank sisteminin formalaşdırılması, inkişaf etdirilməsi üçün ona kömək və himayədarlıq lazımdır. Göstərdiyimiz bütün bu yollar Milli Bankın işinin təkmilləşdirilməsi üçün vacibdir. Lakin, bank sisteminin işini bütövlükdə sağlamlaşdırmaq üçün kommersiya banklarının da işi təkmilləşdirilməlidir. Kommersiya banklarının işinin təkmilləşməsi isə Milli Bank tərəfindən həyata keçirilir. Bunun üçün Milli Bank ilk növbədə banklararası rəqabəti gücləndirməli, daxili maliyə bazarının inkişafını və bank sisteminin inteqrasiyasını genişləndirməlidir. Banklar üzərində nəzarət sistemini təmin etmək və risk dərəcəsini endirmək üçün bankların məsuliyyətini öz üzərinə götürən Mərkəzi Bank banklar üzərində lazımi daxili nəzarət sistemi yaratmalıdır.



Yuxarıdakı üsullardan istifadə etməklə Azərbaycan Respublikasında Milli Bankın və kommersiya banklarının işini təkmilləşdirmək, onların fəaliyyətində daha perspektivli yollar açmaq mümkündür. Bu üsullardan istifadə etməklə Milli Bank və kommersiya bankları həm öz fəaliyyətlərini sağlamlaşdıra və həmçinin iqtisadiyyatın inkişafını stimullaşdıra bilər ki, bu da xalqın rifah halının yaxşılaşmasına xidmət edir.

ƏDƏBİYYAT SİYAHISI:

  1. M.M.Bağırov- “Bank və bank əməliyyatları” (Ali məktəblər üçün dərslik), Bakı-2003

  2. Z.Məmmədov- “Pul,Kredit və banklar”(Dərslik), Bakı-2006

  3. R.A.Bəşirov- “Bank işi”, Bakı-2007

  4. R.Əsgərova- “Pul, Kredit və Banklar”, Bakı-2007

  5. Z.Məmmədov, Ə.Abbasov, R.Rzayev. Ş.Həmişəyevə.-“Bank işi və elektron bankçılıq”, Bakı-2003

  6. Z.Məmmədov- “Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi”, Bakı-2001

  7. M.M.Sadıqov, E.Ə.Balayeva, Ş.Ü.Həmişəyeva –“Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi”, Bakı-2003

  8. Tağıyev və başqaları-“Maliyyə, pul tədavülü və kredit”, Bakı-1999

  9. D. Vəliyev –“ Beynəlxalq Maliyyə”, Bakı-2000

  10. Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” Bakı-2007


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə