Nasdaq omx riga fond birjası




Yüklə 5.05 Kb.
tarix16.04.2016
ölçüsü5.05 Kb.
NASDAQ OMX Riga fond birjası

“Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi nominal dəyəri 7 mln. ABŞ dollarına bərabər olan 7 min ədəd qiymətli kağızları Latviya Mərkəzi Depozitariyası (LMD) tərəfindən qeydiyyata alınaraq NASDAQ OMX Riga fond birjasında yerləşdirilmişdir.



Bankın qiymətli kağızlarını almış investorlar Şərqi Avropanın bir neçə dövlətini təmsil edir. Faiz dərəcəsi illik 11 faizdir. Bu faiz dərəcəsi qiymətli kağızların ödəniş tarixinədək, yəni 2016-cı ilədək qüvvədə qalacaqdır.

Adsız İstiqrazlar
“Muğanbank” ASC tərəfindən emissiya olunmuş, Azərbaycan Respublikası Qiymətli Kağızlar uzrə Dövlət Komitəsi tərəfindən 14 avqust 2009-cu il tarixində AZ 200200546, 15 aprel 2010-cu il tarixində AZ 200300546, 30 sentyabr 2010-cu il tarixində AZ 200400546 saylı dövlət qeydiyyat nömrələri ilə təsdiq olunmuş nominalı 50 (əlli) manat olan sənədli, adsız, faizli istiqrazların alınması.
İstiqraz Emitent tərəfindən 10 (on) illik müddətə emissiya olunmuşdur və illik 2(iki) faiz gəlirlilik təmin edir.
İstiqrazların yerləşdirilməsi İstiqrazların nominal dəyəri ilə həyata keçirilir. İstiqrazların yerləşdirilməsi zamanı istiqrazların nominal dəyərindən emitent tərəfindən ilk 15 gündə 1,0 %, ikinci 15 gündə 2% və üçüncü 15 gündə 3% məbləğində komissiya tutulur. İstiqrazların geri satın alınması nominal dəyərlə həyata keçirilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə