Müstəqil iş Fənn: Anatomiya




Yüklə 34.04 Kb.
tarix27.04.2016
ölçüsü34.04 Kb.
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRSİYƏSİ VƏ

İDMAN AKADEMİYASI





Müstəqil iş
Fənn: Anatomiya

Mövzu: Sinir sistemi

Hazırladı: Adıgözəlli Rəşid

Qrup: TA – 10 – 07

Kurs: I
BAKI 2010 – 2011


Plan:


1) Sinir sistemi haqqında ümumi məlumat .

2) Sinir siteminin inkişafı .

3) Sinir sisteminin yaş xüsusiyyətləri .

1.Sinir sistemi haqqinda ümumi məlumat

Sinir sistemi, sinir toxumasından təşkil olunmuşdur . Sinir toxuması qıcıqlanma və oynamanı nəql etməsilə xarakterizə olunur .

Sinir sistemi quruluşca sinir hüceyrələrindən , onların cıxıntılarından və neyroqliyadan ibarətdir. Neyroqliya sinir sistemində istinad-trofik vəzifə daşıyır .

Hər bir sinir hüceyrəsi cisimdən , bir neçə qişa çıxıntıdan – dentritdən və bir uzun çıxıntıdan – aksondan və ya neyritdən ibarət olub birlikdə neyron adlanır . Neyron – sinir sisteminin morfo – funksional vahididir . Beləliklə , sinir sistemi neyronlar silsiləsindən əmələ gəlir. Neyronların arasında oynama bir neyrondan digərinə kontakt-sinapsyolu ilə keçir .

Sinir sistemi bir tərəfdən bütün toxumaları və sistemləri bir-birilə əlaqələndirərək orqanizmin tamlığını yaradır , digər tərəfdən isə orqanizmi xarici mühitlə rabitələndirir . Nəticədə , canlı orqanizm daima daxili və xarici mühitdən gələn qıcıqları qəbul edərəkonlara qarşi muvafiq cavab verir .

Sinir hüceyrələrinin uzun çıxıntıları olan neyrit , yaxud akson hüceyrə cismindən xaric olduqdan sonra şvan və myelin qişaları ilə örtülərək sinir liflərini əmələ gətirir . Qişalara olan nisbətinə görə myelin qişalı sinir lifləri , şvan qişalı sinir lifləri , həm mielin həm də şvan qişalı sinir lifləri və qişasız , yaxud çılpaq sinir lifləri ayırd edilir . Mielin və şvan qişalı sinir liflərinə beyin və onurğa beyni sinirlərində , mielin qişalı sinir liflərinə mərkəzi sinir sisteminin ağ maddəsində, şvan qişası olan liflərə simpatik sinir sistemində və çılpaq sinir liflərinə mərkəzi sinir sisteminin boz maddəsində rast gəlinir .

Sinir lifləri bir yerə toplaşaraq kiçik sinir dəstələri böyük sinir dəstələrini , bunlar isə siniri təşkil edir . Sinirlər bir – birinə liflər verərək sinir rabitələrini əmələ gətirirlər .

Sinir hüceyrələri çıxıntılarının miqdarına görə 3 yerə bölünür : 1) tək çıxıntılı (unipolyar) sinir hüceyrələri; 2) iki çıxıntılı (birolyar) sinir hüceyrələri; 3) çox çıxıntılı (miltipolyar) sinir hüceyrələri. Bundan baüqa bir də yalançı unipolyar (psevdounipolyar) sinir hüceyrələri vardır . Belə hüceyrələrin cisimdən sanki bir çıxıntı xaric olur . Sonra bu çıxıntı “T” şəklində akson dendritə bölünür .

Vəzifə cəhətcə reseptor (hissi) və effektor (hərəki) neyronler ayırd edilir .

Qəbul olunmuş qıcığa qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verilən cavab reaksiyasına refleks , refleksin keçdiyi yola isə reflek qövsü deyilir .

Reflek qövsü qıcığı qəbul edən reseptordan , afferent (hissi) neyrondan , qicığı mərkəzə ötürən hissi yoldan , mərkəzdə yerləşən ara və efferent (effektor) neyronlardan və hərəki sinir liflerindən təşkil olunmuşdu . Vegetativ sinir sistemində efferent neyron ikidir - mərkəzi və periferik .

İştirak edən neyronların miqdarına görə sadə və mürəkkəb refleks qövsləri ayırd edilir . Əgər refleks qövsünün əmələ gəlməsində yalnız hissi və hərəki neyronlar iştirak edərsə ara neyronlar iştiral edərsə mürəkkəb refleks qövsü adlanır .

Sinir sistemində ağ və boz maddəyə təsadüf olunur . Ağ maddə sinir hüceyrələrinin uzun çıxıntılarından , yəni neyrit , yaxud aksonlardan , boz maddə isə hüceyrə cisimləri ilə qısa çıxıntılardan əmələ gəlir . Ağ maddə içərisində yerləşən boz maddə toplantısına qanqlion (sinir düyünü) deyilir .

İnsanın sinir sistemi şərti olaraq iki hissəyə bölünür: 1) Somatik sinir sistemi, 2) Vegetativ sinir sistemi .

Somatik sinir sistemi hərəkət aparatını , daxili orqanlarda olan eninə zolaqlı əzələləri , dərini , ağız və burun boşluğunun selikli qişasını və duyğu orqanlarını innervasiya edir . Vegetativ sinir sistemi isə bütün daxili orqanları (həzm , tənəffüs , sidik – cinsiyyət , üzvlərini ), vəziləri , dərinin saya əzələlərini , ürəyi və damarları innervasiya edir . Bundan başqa vegetative sinir sistemi eninəzolaqlı əzələlərə də liflər verərək onların tonusunu tənzim edir .

Somatik sinir sistemi özü də mərkəzi və ucqar (periferik) sinir sisteminə bölünür . Mərkəzi sinir sisteminə beyin və onurğa beyni , ucqar (periferik) sinir sisteminə isə 12 cüt kəllə və 31 cüt onurğa beyni sinirləri aiddir .

Vegetativ sinir sistemi isə simpatik və parasimpatk sinir sisteminə bölünür .

2. Sinir sistemini inkişafı

Sinir sistemi ektodermadan inkişaf edir: rüşeymi həyatın 3-cü həftəsində rüşeymin arxa hissəsində səfhəsinin ortasında ektoderma üzərində sinir səfhəsi əmələ gəlir . Sonra sinir səfhəsinin ortasında boylama istiqamətində bir şırım meydana çıxır . Şırım dərinləşdikcə kənarları tədricən bir – birinə yaxınlaşır və birləşərək sinir borusunu əmələ gətirir . Sinir borusu kranial və kaudal hissələrə bölünür . Kranial hissədən beyin , kaudan hissədən isə onurğa beyni inkişaf edir . beyin hissə 2 boğaz vasitəsilə 3 qovuğa bölünür : 1) ön beyin qovuğu ; 2)orta beyin qovuğu ; 3)rombabənzər beyin qovuğu . Ön beyin qovuğu ön hissəsindən uc beyni , dal hissəsindən isə ara beyini inkişaf edir . Rombabənzər beyin qovuğunun ön hissəsindən arxa beyin , dal hissəsindən isə əlavə beyim əmələ gəlir . Beleliklə , 5 beyin qovuğu meydana çıxır : 1) uc beyin ; 2) ara beyin ; 3) orta beyin ; 4) arxa beyin ; 5) əlavə beyin . Bu qovuqlardan beyinin hissələri inkişaf edir.


Sinir səfhəsi əvvəlcə bir cinsli sadə hüceyrələrdən ibarət olur. Lakin sinir borusu əmələ gəldikdən sonra üç qat hüceyrələr meydana çıxır: daxili at hüceyrələrdən onurğa beyninin mərkəzi kanalını və beyin mədəciklərini örtən epemdim hüceyrələri, orta qatdan mərkəzi sinir sisteminin boz maddəsi, yəni neyroblastlar və xarici qatdan mərkəzi sinir sisteminin ağ maddəsi inkişaf edir. Neyroblastların sinir borusundan xaricə çıxan neyritlərindən hərəki sinirlər, sinir borusunun yan tərəflərində yerləşən qanqlioz yastıqlardan isə onurğa beyni qanqlionları əmələ gəlir. Hissi sinirlər onurğa beyni qanqlionlarının mayasından inkişaf edir. Qanqlioz yastıqlarından vegetative sinir sistemi də əmələ gəlir.

3. Sinir sisteminin yaş xüsusiyyətləri

Yenidoğulmuşların onurğa beyninin uzunluğu 12-16 sm , 2 yaşlı uşağın onurğa beyninin uzunluğu 20-21 sm , 8-12 yaşlı isə 30-sm-ə qədər olur. Onurğa beyninin uzunluğu oğlanlarda 16-20 yaşda və qızlarda 16-18 yaşda başa çatır . Yenidoğulmuşların onurğa beyninin çəkisi 3-4 q-dır . Uşağın 7-10 ayında onurğa beyninin çəkisi 7-8 q , 1 yaşında 9,5 q, 3 yaşda 12-13 q , 6 yaşda 18 q-a yaxın , 14 yaşında 22 q və 20 yaşda yaşlılardakına çatır .

N.P.Qundobinnə görə beyinin diameti yaşla əlaqədar olaraq çox ləng dəyişilir. Belə ki, uşağın 12 yaşında onurğa beyninin diametric 2 dəfə artır, sonrakı yaş dövrlərində isə demək olar ki, dəyişmir.

Yenidoğulmuşlarda onurğa beyninin boyun və bel-oma qalınlaşmaları aydın müşahidə olunur . Bunlar prenatal dövrün ikinci ayının əvvəlində ətrafların inkişafı ilə əlaqədar olaraq meydana çıxmağa başlayır . Qalınlaşmalrın daha güclü inkişafı uşağın həyatının birinci ilində sinir liflərinin intensive mielinləşməsi və dendritlərin miqdarının artması hesabına olur.

E.M.Marqorin, A.A.Kalmentyeva və başqalarının tədqiqatları göstərmişdir ki, prenatal dövrün birinci yarısında ağ maddə boz maddəyə nisbətən az olur. Bu fərq prenatal dövrün axırına yaxın aradan qalxmağa başlayır. Uşaq doğulduqdan sonar onurğa beyninin ağ və boz maddələri qeyri-bərabər dərəcədə inkişaf edir. Əgər boz maddənin həcmi 5 dəfə artırsa, ağ maddənin həcmi 14 dəfə artır. (Q.Q.Burdey) . Südəmər uşaqlarda ağ maddənin tutduğu sahə boz maddəyə nisbətən 2 dəfə çox olur. Çünki onurğa beyninin seqmentar aparatının formalaşması və onurğa beynini baş beynilə birləşdirən aparıcı yolların inkişafı bu dövrə təsadüf edir .




Embrionun baş beyni üç və beş beyin qovuqları

mərhələsində (3-4 həftələri)
a) 1 – ön beyin qovuğu ;

2 – orta beyin qovuğu;

3 – rombabənzər beyin qovuğu ;

4 – onurğa beyni ;

b) 1-uc beyin ;

2 – ara beyin ;

3 – orta beyin;

4 – arxa beyin ;

5 - əlavə beyin ;

6 – onurğa beyni .

Yenidoğulmuşlarda və uşağın erkən yaş dövründə mərkəzi kanal nisbətən geniş və müxtəlif formada olur ; boyun hissədə yarıq , döşdə dairə və bel hissədə oval. Südəmər yaş dövründən başlayaraq mərkəzi kanalın kiçilməsi prosesi gedir. Uşağın 2 yaşının axırına qədər uc sisterna intensiv inkişaf edir . Lakin sonralar bu inkişaf geriyə doğru gedir, uc sisterna kiçilməyə başlayır. Yenidoğulmuşlarda mərkəzi kanalı əhatə edən ependim hüceyrələri törəyib artır. Bu hüceyrələrin inkişafı uşaqların 5 yaşınadək davam edir .

Yenidoğulmuşlarda onurğa beyninin aparıcı sisteminin yaxşı inkişaf etmmişdir . Afferent aparıcı yollar əsasən mielinləşmiş olur . Bunların mielinləşməsi prosesi prenatal dövrün 4 – cü ayına təsadüf edir . Efferent yollar prenatal inkişafın 6 ayında mielinləşməyə başlayır . Yan piramid yol mielinsiz olur . Bu yolun mielinləşməsi postnatal dövrdə güclənir və uşağın təxminən 4 yaşında başa çatır .

Yenidoğulmuşun beyni oğlanlarda 390 q və qızlarda 335 - q bərabərdir . beyin çəkisinin bədənin ümumi çəkisinə olan nisbəti yenidoğulmuşlarda 1:8 , yaşlılarda isə 1:40 təşkil edir . Südəmər dövrün axırında beyinin çəkisi 2 dəfə , 3 - 4 yaşda üç dəfə artır və bu qayda ilə 20 yaşda maksimum həddə çatır . Belə ki , beyinin kütləsi kişilərdə orta hesabla 1355 q və qadınlarda 1220 q olur . 55-60 yaşdan sonar çəkisi yenidən azalmağa başlayır .

Yenidoğulmuşun orta beyninin çəkisi 2,5 q yaxın olur . Orta beyinin su kəməri nisbətən geniş olur . Yaşlılara məxsus olan diametrə 7 yaşda çatır . Qara maddənin piqmentləşməsi 3-4 yaşda başlayır və 16 yaşda başa çatır . Qırmızı nüvənin piqmentləşməsi 2 – 4 yaşlarda özünü göstərir .

Yenidoğulmuşun alın payı çıxıq olub , nisbətən kiçik , ənsə və gicgah payları böyük olur . Döyənək cisim qısa və ensizdir . Beyin yarımkurələrinin şırımları qeyi - bərabər inkişaf edir . Şırımların , qırışıqların formasının və ölçülərinin dəyişilikləri uşaq doğulduqdan sonra davam edir . Yarımkurələrin ümumi sahəsi uşağın 9 – 10 ayında 2 dəfə , 9 yaşında 3 dəfə artır . 7 – 8 yaşlarında şırım və qırışıqların formalaşması prosesi başa çatır . Yenidoğulmuşun qabıqaltı nüvələri yaxşı nəzərə çarpır . Lakin bunların intensiv böyüməsi uşağın ilk yaşlarına təsadüf edir .



Prenatal dövrün axırında filogenez cəhətcə beyinin qədim sistemlərinin sinir liflərinin mielinləşməsi aydın nəzərə çarpır . Afferent (hissi) yolların mielinləşməsi efferent yollara nisbətən bir qədər tez qurtarır . Yenidoğulmuşun beyin qabığı hələ differensasiya etməmiş olur ; piqment olmur , sinir çıxıntılarının miqdarı və uzunluğu yaşlılara nisbətən az olur . Uşağın 2 yaşında neyronların defferensasiyası gedir və 3 yaşda başa çatır , 7 – 8 yaşda beyin qabığı yaşlılardakı quruluşa uyğun olur .


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə