Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə4/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

1. Po­e­tik fik­rin mey­da­na gəl­mə­sin­də şa­ir üçün əsa­sən so­si­al faktlar rol oy­na­yır, şü­ur ger­çək­li­yin ob­ra­zı ki­mi ifa­də­si­ni ta­pır və şa­i­rin ya­şan­tı­la­rı konkret fik­ri re­al­laş­dı­rır. Fik­rin - ide­ya­nın ya­ran­ma­sı göz­lə­nil­mə­dən də baş tu­tur və bir­dən pey­da olur. Bu­ra­da əv­vəl­cə­dən ha­zır­lan­mış sxem, plan yox­dur və uğur­suz­lu­ğa da­ha çox zə­ma­nət ve­rir. Hö­te­dən xə­bər alan­da ki, "Fa­ust"un ide­ya­sı nə­dir? Ca­va­bın­da de­miş­dir ki, ide­ya­nı for­mu­lə şək­lin­də ifa­də edə bil­məmək. "Fa­ust"un ide­ya­sı­nı aç­maq üçün hə­min əsə­ri ye­ni­dən yaz­maq la­zım gə­lər­di.

M.Ya­qu­bun "Pa­yız bə­növ­şə­si" şe­i­ri yığ­cam­dır və göz­lə­mək olar­dı, klas­sik po­e­zi­ya­da­kı boy­nu­bü­kük bə­növ­şə­di, sa­də­cə onu be­lə təs­vir et­mək müm­kün­dü: fər­di ça­lar­lar­la. La­kin bu fi­kir, ta­mam baş­qa bir po­e­tik fik­ri do­ğu­rur. Bu bə­növ­şə vaxtsız çı­xıb, bir az pe­şi­man­la­yıb, şa­i­rin tə­əc­cü­bü­nü də hiss edir. Axı, o, xə­zan ça­ğın­da baş qal­dı­rıb tor­paq­dan. Kə­dər­lən­mə­yə dəy­məz, tor­pa­ğın gül nə­fə­si onu ba­har­la qo­vuş­du­ra­caq­.


Bə­növ­şə!

Vaxtsız gəl­miş qo­naq ki­mi

Peş­man bax­dın üzü­mə.

Sə­ni gör­düm inan­ma­dım gö­zü­mə.

İn­di xə­zan ça­ğı­dır, ay bə­növ­şə,

Axı, xə­zan çi­çək­lə­rə

Ya­ğı­dır, ay bə­növ­şə!

Bəs nə əcəb in­di üzə çıx­mı­san?

Yox­sa çox da­rıx­mı­san?

Ey ba­ha­rı xə­zan ilə gö­rüş­dü­rən,

Tor­pa­ğı­mın gül nə­fə­si.

Sən ey pa­yız bə­növ­şə­si,

Sən ey ba­har ni­şa­nə­si!
Po­e­tik fi­kir (ide­ya­ya­bən­zər) əv­və­la, şe­i­rin əl­van­lı­ğın­da, emo­si­o­nal­lı­ğın­da, li­rik de­tal­lar­dadır, bir söz­lə, şe­i­rin kon­tekstin­dən gö­rü­nür. Olur ki, qu­ru söz­çü­lük, ölü təş­beh­lər və s. için­də fik­ri qo­ru­yur. Tə­bii ki, po­e­tik fik­ri in­kar et­mi­rik, bir şərtlə, ob­raz­lar la­bi­rin­tin­də oxu­cu qi­da­la­nır, yün­gül­lə­şir. Söh­bət o oxu­cu­dan ge­dir - yük­sək zöv­qə ma­lik­dir, şa­i­rin ori­ji­nal­lı­ğı­nı se­çir. Adə­tən, po­e­tik fik­ri sü­jet­li, sər­bəst, ya­xud in­tel­lek­tu­al bə­dii nü­mu­nə­lər­də ax­ta­ran­lar yox de­yil. Qoş­ma­da, gə­ray­lı­da, qə­zəl­də... də po­e­tik fi­kir var­dır. Mu­sa Ya­qub po­e­zi­ya­sı­nın fər­di­li­yin­dən irə­li gə­lə­rək, şe­ir əs­lin­də po­e­tik fik­ri bə­zə­yir, nəq­qaş­la­yır, bə­də­ni daş-qa­şın işı­ğın­da bərq vu­rur. "Gö­yə­rir"də bu­nu oxu­cu du­yur və qav­ra­yır. Pa­yız­dır, de­mə­li, tə­bi­ət sa­ra­lır, rən­gi­nə hüzn ca­la­yır. La­kin şa­ir baş­qa bir de­ta­la (bu fi­kir do­ğu­rur) diq­qət kə­si­lir: "Gə­lib bu cı­ğır­dan pa­yız ke­çib­dir, nə əcəb pa­yı­zın izi gö­yə­rir" - su­a­lı özü­nə pı­çıl­da­yır. Çü­rük al­ma­nın to­xu­mu ruh­dur, bə­dən əri­yir, özü gö­yə­rir" - tə­əc­cüb­lə ya­na­şır. Əgər bu hə­qi­qə­tən şa­ir tə­rə­fin­dən mü­şa­hi­də edi­lib­sə, bu fik­rə hət­ta ra­si­o­nal ya­naş­maq da olar.
Kov­ğuş ağac­la­rın pa­yız kə­pə­yi,

Bu­nun şa­lı ge­dib, onun ör­pə­yi.

Bu gül bu­da­ğın­da so­lar ipə­yi,

Bir pam­bıq ko­lun­da be­zi gö­yə­rir.
Kaş, tə­bi­ə­tin bu mö­cü­zə­si baş tu­tay­dı (şa­ir tə­xəy­yü­lün­də re­al­dır), bir qu­ru­muş ağac, sa­ral­mış ot, buğ­da­sı sov­rul­muş zə­mi... gö­yə­rəy­di, in­sa­nın da ru­hu qa­yı­dan­da tərk elə­di­yi vü­cu­da, am­ma baş­qa bir nü­ans, fi­kir şa­i­ri na­ra­hat qo­yur. Bəs bu hə­qi­qə­tə çev­ril­miş fi­kir nə­dir?
Qu­rub na­xı­şın­dan dur­na­lar ya­tar,

Dur­na­nın ahı­lı qa­ta­rı dar­tar.

Mən öl­səm bir ovuc tor­pa­ğım ar­tar,

Ko­roğ­lu ölən­də Hə­zi gö­yə­rir.
Bu ta­nı­dı­ğı­mız ke­çəl Həm­zə­dir, ya­şıl­lıq­da, bu hə­yat səl­tə­nə­tin­də ke­çəl Həm­zə­lər ha­ra­dan­sa pey­da olur - gö­yə­rib çı­xır cə­miy­yə­tə...

2. Şe­ir­də po­e­tik fi­kir fi­zi­ki-mad­di tə­cəs­sü­mü­nə gə­lib çı­xır. Şa­ir möv­zu­nun pı­çıl­da­dı­ğı fik­ri po­e­tik sis­te­m şək­lin­də qav­ra­yır­sa, bə­dii emo­si­ya şa­i­rin ha­si­lə gə­tir­di­yi ya­ra­dı­cı­lıq məh­su­lu­nun nə­ti­cə­si­dir. Fi­kir şe­ir­də şa­i­rin özü­nə­məx­sus de­yim tər­zin­dən, qa­fi­yə­lər sis­te­min­dən, pa­fo­sun to­nu də­rə­cə­sin­dən və ila­xır­dan ası­lı­dır. Fi­kir duy­ğu­la­rı­nın kö­mə­yi­lə po­e­tik­lə­şir, hət­ta şa­ir­lə­şir. Düz­dür, bu aktda tə­səv­vür bir ya­ra­dı­cı ele­ment ki­mi çı­xış edir və bi­li­yin, ide­ya­nın tə­si­ri­liy­lə mad­di­lə­şir.

"Ta­ma­şa" şe­i­rin­də fi­kir (ide­ya de­mək müm­kün­sə) o mə­na­da bəl­li­dir: Məd­dah­lar ye­nə adət­lə­ri na­mi­nə mik­ro­fo­nu tit­rə­dir­lər, dövrlə­ri gə­lib ça­tıb­dır. Hət­ta bir-bir­lə­ri­ni diş­lə­ri­nə vu­rur­lar, or­ta­lı­ğa bü­tü çə­kir­lər, sı­ğal­lı söz­lə­ri eşit­dir­mək üçün, bir də.


Bu­ra­xın, qa­ba­ğa ke­çin gap­çı­lar,

Əl­lə­ri ha­va­da bu "şap-şap­lı"lar.

Bu ad­lar, ti­tul­lar, bu ali qul­lar,

Göy­çək söz da­nı­şan göy­çək oğul­lar.4
Məc­lis qı­zı­şır, bi­ri alır, bi­ri ve­rir - bu­na adət­kar­da ol­muş­lar, bu bəh­sə­bəhsdə tar-ka­man da gə­lir or­ta­ya, bu yal­taq­lar çox­dan əz­bər­lə­yib­lər mah­nı­la­rı, in­di də çey­nə­yə­cək­lər. Şa­ir hə­lə ba­xır, gö­rür, axı, nə qə­dər bu cü­rə­lər - cur­lar in­sa­nın ta­le­yi­nə bi­ga­nə qa­la­caq­lar. Bu bi­ga­nə­lik­lə mil­lə­tə lay­la ça­lır­lar:
Dəs­tə­nin gə­li­şi hay-ha­ray­la­dı,

Bu da mil­lət üçün yax­şı lay­la­dı.

Ye­nə qa­lay­çı­lar qab qa­lay­la­dı,

Köh­nə də­yir­ma­nın tə­mir­çi­lə­ri,

Elin me­dal dö­yən də­mir­çi­lə­ri,

Ve­rin on­la­ra da xə­mir çey­nə­sin,

Qoy çə­kic-zin­dan da də­mir çey­nə­sin.
Bu­ra­xın, qa­ba­ğa keç­sin qap­çı­lar,

Əl­lə­ri ha­va­da bu "şap-şap"çı­lar,

Gəl­sin rəq­qa­sə­lər tu­fan ey­lə­sin.

Ve­rin də­rə­mu­mu, ra­hat­hul­qu­mu,

Ve­rin mah­nı­çı­lar mah­nı çey­nə­sin,

Ağ­zı şi­rin ol­sun elin, oba­nın...5
Şe­i­rin so­si­al və mə­nə­vi tə­lə­ba­tın­da ay­rı-ay­rı fərdlə­rin ta­le­yi yox, bü­töv bir cə­miy­yə­tin ya­şam hü­qu­qu­na si­ma­sız­la­rın to­tal mü­da­xi­lə­si du­rur: po­e­tik fik­rin ifa­də­si. Be­lə­lik­lə, yal­taq­lar bə­dii ob­ra­za çev­ri­lir­lər. Es­te­tik­lə­rin fik­rin­cə, bə­dii ob­raz, ey­ni za­man­da bə­dii fi­kir­lər, tə­səv­vür­lər sis­te­mi­nin ob­yek­tə çev­ril­mə­si­dir, pred­met­ləş­di­ril­mə­si­dir. Mu­sa Ya­qub­la bu ba­rə­də söh­bə­ti­miz­də o, fik­rin bə­dii tə­cəs­sü­mün­də heç də elmdən bi­xə­bər­li­yi­ni vur­ğu­la­mır və şa­i­rin öz funksi­ya­sı var­dır. - Alim­lə onun ara­sın­da­kı fərq on­da­dır ki, biz şa­ir­lər­də el­mi in­for­ma­si­ya­lar zər­rə­cik­lər­dir, mis­ra­lar­da söz­lə­rə qo­şu­lub, iti­rir­lər var­lı­ğı­nı.

Bu hə­qi­qət­lə məş­hur es­te­tik­lə­rin fi­kir­lə­ri­ni xa­tır­la­dım: El­mi tə­fək­kür­də yol be­lə­dir: an­la­yış - işa­rə - an­la­yış; yə­ni mə­nim da­xi­li nit­qim mad­di­ləş­miş işa­rəy­lə - ar­tıq ya­zıl­mış­la nə­ti­cə­lə­nir. Bə­di­i­ləş­mə isə bə­dii tə­səv­vür­dən ob­ra­za doğ­ru in­ki­şaf­la bağ­lı­dır; bir şərtlə ki, mər­hə­lə­lə­ri şe­ir­də "mö­hür­lə­miş­sə".



3. "Oxu­cu qav­ra­yı­şı" şa­i­rin - mü­əl­li­fin ya­ra­dı­cı­lı­ğı­nın bir ele­men­ti ki­mi çı­xış edir; da­ha doğ­ru­su, şa­i­rin ni­ga­ran­çı­lı­ğı "oxu­cu mo­de­li"nin ya­ra­da bil­mə­si çə­tin­li­yin­də­dir. Be­lə pro­ses­lər­də hə­qi­qət­lər və pa­ra­dokslar is­tis­na edil­mir; oxu­cu ya al­da­nır, ya da is­tə­yi­nə na­il olur. Şüb­hə­siz, is­te­da­dın ila­hi­li­yi, bə­dii tə­fək­kür­lüyü - şe­ir üçün va­cib ele­mentlə­ri da­şı­ma­sı əsas amil­dir. Be­lə hal­da, şa­i­rin dün­ya­gö­rü­şü, fan­ta­zi­ya­sı, mü­şa­hi­də­çi­li­yi və sa­ir oxu­cu­ya bəl­li olur və şa­i­ri "mü­ha­ki­mə"yə də­vət edir. Məş­hur rus es­te­ti­ki B.S.Mey­lax ya­zır: "Bə­dii tə­fək­kür bir-bi­riy­lə ay­rıl­maz qar­şı­lıq­lı tə­sir­də, bü­töv­lük­də, hə­rə­kət­də ya­zı­çı­nın dün­ya­gö­rü­şü və fər­di bə­dii sis­te­mi­dir".6 Ona gö­rə də "es­te­tik funksi­ya" an­la­yı­şı şa­i­rin üm­də və­zi­fə­si­ni ödə­mə­li­dir. Mu­sa Ya­qu­bu - şa­i­ri oxu­cu­lar ona gö­rə is­tə­yir­lər - o, bu funksi­ya­nı da­i­ma göz­lə­yir. Çün­ki, es­te­tik funksi­ya - in­cə­sə­nə­tin heç nə ilə əvəz­lən­mə­yən və heç nə ilə mü­qa­yi­sə olun­ma­yan spe­si­fik qa­bi­liy­yə­ti­dir. Es­te­tik funksi­ya: a) oxu­cu­da es­te­tik zövq, qa­bi­liy­yət və tə­lə­bat­la­rı for­ma­laş­dı­rır, bu­nun­la da onu dün­ya­nın me­yar­la­rı ilə si­lah­lan­dı­rır; b) şəx­siy­yət­də ya­ra­dı­cı­lıq ru­hu­nu oyat­ma­ğı ba­ca­rır.

Bir həqiqətdir. Lev Tolsto­ya gö­rə, əgər in­san şəx­siy­yə­ti qəl­bin elə bir və­ziy­yə­tiy­lə uyu­şur­sa, ora­da mü­əl­lif var­dır və o özü­nü di­gər in­san­lar­la qo­vuş­du­ğu­nu hiss edir­sə, mü­əl­lif­lə və əsə­ri qav­ra­yan­lar­la qo­vuş­ma yox­dur­sa, sə­nət də yox­dur.7


***

Şa­i­rin şəx­siy­yə­ti sin­fi şü­ur­dan ası­lı olur, am­ma bu, heç də qa­pa­lı alə­mə də­la­lət et­mir və mü­əy­yən so­si­al-mad­di və mə­nə­vi ma­raq­lar öl­çü­sün­dən yan keç­mir və bə­şə­ri­li­yi göz­lə­yir. Bö­yük sə­nət­kar­la­rın yaş­adı­ğı dövr, mü­hit, şə­ra­it, ide­o­lo­gi­ya və s. pro­ses­lər on­la­rın ya­ra­dı­cı­lı­ğı­na müs­bət və mən­fi bu­caq­lar­dan tə­si­ri­ni giz­lət­mir. Ni­za­mi və Fü­zu­li, Va­qif və Za­kir, Ab­bas Səh­hət və Sa­bir, elə­cə də S.Vur­ğun, S.Rüs­təm, R.Rza və qey­ri-sə­nət­kar­la­rın tim­sa­lın­da "sin­fi şü­ur" an­la­yı­şı­nın ma­hiy­yə­ti­ni ba­şa düş­mək çə­tin de­yil. Mu­sa Ya­qub ya­şı­nın xey­li­si­ni müs­tə­qil­li­yi­miz­də ke­çir­mə­miş­dir. Giz­lət­mə­yə ha­cət var­mı ki, o da həm­ya­şıd­la­rı ki­mi So­vet mək­tə­bin­də oxu­ma­mış­dır və So­vet struk­tur­la­rın­da iş­lə­mə­miş­dir? Gə­mi­də otu­rub, gə­mi­çiy­lə sa­vaş qur­maq da in­saf­dan ol­ma­mış­dır. Be­lə çı­xır, bu nə­sil şa­ir­lər So­vet sis­te­mi­ni tə­rif­lə­mə­yə bil­məz­lər? Ta­ri­xən də bö­yük an­lam­da in­cə­sə­nət müx­tə­lif ma­raq­la­rın, gö­rüş­lə­rin psi­xo­lo­gi­ya­sın­dan çı­xış et­miş­dir. Mu­sa Ya­qub bəl­kə də is­tis­na­dır, Moskva, Ru­si­ya və s. ba­rə­də şe­ir­lər qə­lə­mə al­mış­dır. "Bu­da­peşt", "Du­nay", "Ki­şin­yov" yazmışdır. Da­ha yox­dur, bun­lar tə­əs­sü­ra­tın əks-sə­da­sı­dır. Ki­şin­yov Mol­do­va SSR-nin pay­tax­tı idi və şa­i­rin bu şə­hə­rə sə­fə­ri xoş duy­ğu­lar oya­dır, özü də oktyabrda - pa­yız ayın­da. Meh­ri­ban­lıq gö­rür mol­dav ca­ma­a­tın­dan. Mol­dav qız­la­rı­nın ba­xış­la­rın­da da bu hə­ra­rə­ti gö­rür.


Mol­dav qız­la­rı­nın ba­xış­la­rın­dan -

Ürə­yim od tu­tub ya­nır­dı an­caq.

O qo­nur göz­lü­lər,

Şiri­n söz­lü­lər...

Tə­bəs­süm­lə­riy­lə, xoş qı­lı­ğıy­la -

Çal­dı ürə­yi­mi, al­dı bu şə­hər.

Dün­ya şə­hər­lə­ri ad­dım­lar atır,

Ge­dir Ki­şin­yov da hə­min axın­da.

Fəh­lə pal­ta­rın­da iş ba­şın­da­dır,

Bay­ram pal­ta­rın­da kef-da­ma­ğın­da.

Gör­kəm­li is­pan psi­xo­lo­qu (XX əsr) M.Una­mu­no in­cə­sə­nə­tin spe­si­fi­ka­sı­nı şərtlən­di­rən in­san tə­bi­ə­ti­ni mü­əy­yən­ləş­di­rər­kən gös­tə­rir­di ki, əsil re­al şəx­siy­yət yal­nız və yal­nız fə­a­liy­yət­də ya­ra­dan şəx­siy­yət­dir.8 Be­lə bir kon­tekstdən çı­xış et­sək, şa­ir öz ya­ra­dı­cı işi­nin apa­rı­cı­sı­dır. Prob­le­min be­lə bir yo­zu­mu şa­ir psi­xo­lo­gi­ya­sı haq­qın­da mü­la­hi­zə­lər irə­li sür­mək fik­ri­ni do­ğu­rur. Şa­ir şəx­siy­yə­ti­nin struk­tu­ru onun ya­ra­dı­cı­lı­ğı­nın is­ti­qa­mə­ti ge­di­şi­nin struk­tu­ru­nun əsas po­e­tik­ləş­dir­mə ele­mentlə­riy­lə mü­əy­yən­lə­şir və şe­ir or­ta­ya gə­lən­də oxu­cu şıl­taq­lı­ğı da mey­dan­da gö­rü­nür: Şe­ir ol­ma­ğı­na şe­ir­dir, an­caq ki... dörd mis­ra­nın də­yə­ri­ni ödə­mir.



Şe­i­rin son mən­zi­li

dağ­lar da­lın­da,

Bi­ri zir­və­də­dir,

bi­ri də­rə­də.

Qa­ya­ya dır­ma­nan

şe­i­rin yo­lun­da

Ayaq izi də var,

cır­maq ye­ri də.
Es­te­tik­lə­rin ya­ra­dı­cı fə­a­liy­yət ba­rə­də sxem­lə­ri əsas ve­rir ki, bu sa­hə­də fə­a­liy­yə­tin struk­tur sxe­min­də üç ele­menti fərqlən­di­rək. Pro­fes­sor V.Q.Anan­yev əmək, id­rak və mü­na­si­bə­ti, pro­fes­sor M.S.Ko­qan isə bir ele­men­ti də­yər­lən­dir­mə­ni gö­tür­müş­lər. Düz­dür, be­lə tip böl­gü­lə­rə es­te­tik­lə­rin mü­na­si­bə­ti bir­mə­na­lı ol­ma­mış­dır və bu, bi­zim möv­zu­muz de­yil­dir. La­kin bir şa­ir ki­mi M.Ya­qub­dan da­nı­şı­ram­sa və şa­ir­lə­rin ya­ra­dı­cı­lıq xü­su­siy­yət­lə­ri­ni şəx­siy­yət­lə­ri zə­mi­nin­də gö­tü­rü­rəm­sə, bə­zi mə­sə­lə­lə­rə to­xun­maq eh­ti­ya­cı du­yu­ram.

Şa­i­rin ya­ra­dı­cı­lı­ğı­nın bu üç elementin ha­mı­sı­nı özün­də bir­ləş­dir­mək çə­tin­dir. Mə­sə­lə­nin ay­dın tə­rə­fi on­da­dır, bir sub­yekt ki­mi şa­ir­dən kə­nar­da tip yox­dur, şa­i­rin özü­nün iç dün­ya­sın­da­kı po­e­tik əh­val-ru­hiy­yə, ide­ya­nın ta­pıl­ma­sı, mad­di­ləş­mə­si, oxu­cu zöv­qü­nə ya­tım­lı­ğı və s. şa­ir şəx­siy­yə­ti­nin özü­nü­ya­rat­ma­sı­nı re­al­laş­dı­rır. Bu isə onun fə­a­liy­yə­ti­nin di­gər is­ti­qa­mət­lə­rin­dən, de­yək ki, pub­li­sis­ti­ka­sı, dra­ma­tur­gi­ya­sı, nəs­ri və sa­ir­dən ay­rıl­mır və ye­ri gə­lən­də bu janrlar ona yar­dım­çı kə­si­lir. Be­lə və­ziy­yə­ti es­te­tik­lə­rin şə­ha­dət ver­dik­lə­ri: dər­ket­mə, də­yər­lən­dir­mə, əmək və ün­siy­yət qar­şı­lıq­lı hal­da bir-bi­ri­nə tə­sir gös­tər­sin və bir-bi­ri­ni ta­mam­la­sın.



Şa­ir şəx­siy­yət sfe­ra­sın­da və sta­tu­sun­da ic­ti­mai mü­na­si­bət­lər­lə tə­mas­da ol­du­ğun­dan, bu əla­qə­lər də onun var­lı­ğı­nın, ama­lı­nın pred­met­ləş­di­ril­mə­si və özü­nü­dərk et­mə­si­dir. Be­lə bir can­lı di­a­lek­tik əla­qə xü­su­si əhə­miy­yət da­şı­yır və şa­ir şəx­siy­yə­ti­nin cə­miy­yət­də ro­lu­nu da­ha qa­ba­rıq tə­za­hür et­di­rir. Şa­ir­lər­lə bu mə­na­da ən ali ida­rə­e­di­ci tə­bə­qə ma­raq­lan­mış­dır, on­dan çox şey göz­lə­miş və tə­ləb et­miş­dir. So­vet ide­o­lo­gi­ya­sı bu ba­xım­dan mi­sil­siz sis­tem ya­rat­mış­dı. Ümu­mən in­cə­sə­nə­tin da­şı­yı­cı­la­rı adek­vat ca­vab ve­rir­di­lər. He­yif ki, bu gün bu mə­sə­lə­dən da­nış­ma­ğa tə­ləs­mi­rik. Bə­dii əsə­rin (mi­ya­nə yox) ya­ran­ma­sın­da döv­lət elə də ma­raq­lı de­yil, hər şey mü­əl­li­fin öh­də­si­nə bu­ra­xıl­mış­dır. Sə­nət ada­mı yal­nız xır­da mə­i­şət qay­ğı­la­rı ilə məş­ğul­dur. Hal­bu­ki bu ka­te­qo­ri­ya­lı­lar əvə­ze­dil­məz­di­lər, tək­ra­ro­lun­maz­dı­lar və öz­lə­ri­nə xas mə­nə­vi-mad­di tə­lə­bat­la­rı var­dır, tə­min olun­ma­lı­dı­lar. Bu so­nun­cu baş tu­tar­sa, şəx­siy­yə­tin ya­ra­dı­cı po­ten­si­a­lı yük­sə­lər və so­si­al cə­hət­dən sə­mə­rə­li ef­fektlə so­nuc­la­nar. Mu­sa Ya­qubun "Bi­zim­ki­dir­mi?" şe­i­rin­də olduğu kimi. Ha­lal, bi­zim­ki olan ne­mət­lə­ri­mi­zi az qa­lı­rıq "su­al" al­tı­na alaq. Üs­tə­gəl, yurdda qa­lan boş xa­na­lar! Bəs gə­lən­lər, göm­rük­xa­na­dan ke­çən­lər ha­ra axı­dı­lır? Mu­sa Ya­qub po­e­tik pa­ra­dok­sal­lıq­la fik­ri­ni ifa­də edir:
Xə­bər alım, ya da xə­bər al­dı­rım,

Da­yan, qə­lə­mi­mi yer­dən qal­dı­rım,

Gö­rüm o ağac­lar bi­zim­ki­dir­mi?

O qı­zı­lı tac­lar bi­zim­ki­dir­mi...
De­yir ev­lə­ri var xa­na-xa­na­dır,

Gö­rüm yan-ya­na­lar bi­zim­ki­dir­mi,

Yox, göm­rük­xa­na­lar mə­nim­ki de­yil,

Də­mir­çi­xa­na­lar, göm­rük­xa­na­lar?

Yurdda boş xa­na­lar bi­zim­ki­di­mi...
Bir dağ ətə­yin­dən mək­tub al­mı­şam,

Bir gö­rüm çi­çək­lər nə ya­zır mə­nə.

Arı pə­tə­yin­dən mək­tub al­mı­şam

Gö­rüm o pə­tək­lər nə ya­zır mə­nə.

Gö­rüm daş di­liy­lə, tor­paq di­liy­lə,

Gö­rüm ağac di­li, bu­daq di­liy­lə

Duy­ğu­mu ayıl­da bi­lə­cə­yəm­mi?

Özü­mə qa­yı­da bi­lə­cə­yəm­mi?
Bu­dur, konkret, şa­i­rin şəx­siy­yə­ti­nin üs­ya­nı. Bu­dur, şe­i­rin fər­ya­dı. Çün­ki: "İn­cə­sə­nət in­sa­nın hə­yat fə­a­liy­yə­ti­nin ob­raz­lı mo­de­li­dir. O, ay­rı-ay­rı adam­la­rın za­man­ca və mə­kan­ca son­lu, məh­dud hə­yat təc­rü­bə­si­ni ta­mam­la­ma­da, onu bö­yük şa­ir­lə­rin və sə­nət­kar­la­rın ya­rat­dı­ğı "dün­ya­da" tə­cəs­süm et­di­ri­lən prin­sip­cə hü­dud­suz - hə­yat təc­rü­bə­si­lə tək­mil­ləş­dir­mə­yə im­kan ve­rir. Bu­nun üçün hə­ya­tın bə­dii-ob­raz­lı mo­de­li ger­çək­li­yə izo­morf ol­ma­lı­dır, re­al­lı­ğa bən­zə­mə­li­dir".9

Po­e­zi­ya nü­mu­nə­si çə­tin, fi­zi­ki-mə­nə­vi əza­bın məh­su­lu ol­du­ğun­dan, şəx­siy­yə­ti ci­la­la­maq, for­ma­laş­dır­maq gü­cün­də sehrkar qüv­və­dir, ali hissdir; onu bü­tün mə­qam­lar­dan ol­ma­sa da, tam­lı­ğı ilə tə­cəs­süm et­di­rir. Be­lə ki, şa­i­rin hə­ya­tı və bə­dii təc­rü­bə­siy­lə tə­ma­sa gi­rə­rək, onun əqi­də­si­nin və fə­a­liy­yə­ti­nin struk­tu­ru­na tə­sir gös­tə­rir, bir sə­nət­kar ki­mi öz oxu­cu­su­nun zövq ti­po­lo­gi­ya­sı­nı nə­zə­rə alır: "Bu za­man hə­ya­tın re­a­list in­cə­sə­nət­də­ki bə­dii ob­raz­lı mo­de­li ger­çək­lik­lə izo­morfdur".

Mu­sa Ya­qu­bun şəx­siy­yə­tin­də bir nü­an­sı de­mək is­tər­dim ki, o, sə­mi­miy­yə­ti, oxu­cu qı­lı­ğı­na gir­mə­yi xoş­la­yan və oxu­cu­la­rın­dan çə­kin­mə­yən in­san­dır. Şüb­hə­siz, bu­ra­da onun da­i­ma ca­ma­at, dost-ta­nış ara­sın­da ol­ma­sı əsas şərtlər­dən­dir. Bu ba­rə­də qis­mən mə­lu­mat ver­mi­şik. Bə­zən be­lə əla­qə­lik nə­zə­rə alın­mır, şa­ir ya­ra­dı­cı­lı­ğı­nın küt­lə­vi­ləş­mə­sin­də fak­to­ra çev­ril­mir. Hal­bu­ki, sə­nət­kar - oxu­cu pa­ra­le­li önəm­li­dir. Qa­pa­nıb qal­maq, çev­rə­sin­dən çıx­ma­maq, ümi­di mət­bu­a­ta, ki­ta­ba bağ­la­maq səhvdir. M.Ya­qu­bun bir xoş­bəxtli­yi də on­da­dır, oxu­cu­la­rın­dan "qorxmur", "çə­kin­mir". Çün, onun oxu­cu­su dar otaq­da özü­nə qa­pı­lar­sa be­lə, onu dağ­la­ra ça­ğı­rır, ağac­la­ra bax­ma­ğa, çi­çək­lə­ri qo­xu­la­ma­ğa gə­ti­rir, ne­cə ki, Ba­kı­nın ya­ra­dı­cı zi­ya­lı­la­rı­nın ayaq iz­lə­ri Buy­nuz­da­dır. Əl­bət­tə, oxu­cu­dan oxu­cu­ya da fərq yox de­yil; şüb­hə­siz, zöv­qü nə­zər­də tu­tu­ram. Rus ya­zı­çı­sı Şal­ti­kov-Şed­rin bu mə­na­da oxu­cu­nu 4 mü­hüm ti­pə (qru­pa) ayı­rır: 1) kin­li oxu­cu; 2) hə­ya­lı-abır­lı oxu­cu; 3) sa­də­lövh oxu­cu; 4) dost oxu­cu.

Hər hal­da ma­raq­lı böl­gü­dür.

Hə­qi­qət­dir ki, kin­li­lər adə­tən, şa­ir­lə han­sı­sa mə­sə­lə­də ra­zı­lı­ğa gə­lə bil­mir­lər, dil tap­mır­lar. Bu, zən­nim­cə, on­la­rın şa­i­ri is­tə­mə­lə­rin­dən, da­ha çox on­dan um­ma­la­rın­dan irə­li gə­lir. İn­di "kin­li oxu­cu" tə­əs­süf ki, zöv­qü­nü da­ha çox şəx­si-qə­rəz­li­yə, sub­yek­tiv fi­kir­lə­ri­nə yö­nəl­dir və bu­nu açıq-aş­kar edir.

Abır­lı­la­rın psi­xo­lo­gi­ya­sı bir qə­dər baş­qa­dır: şe­ir onu qa­ne elə­mir, am­ma öz fik­ri­ni ürə­yin­də sax­la­yır, hət­ta şa­ir­lə gö­rüş­də iş­ti­rak edir, ye­nə ürək sö­zün­dən qa­çır. Mən bu xa­rak­te­rin əley­hi­nə­yəm. Əgər şa­i­rin ya­ra­dı­cı­lı­ğı­nı iz­lə­yir­sən, hör­mə­tin var - tən­qi­di söz­lə­ri­ni bil­dir­mə­li­sən, əks hal­da, tə­si­rə düş­mək qor­xu­su ya­ra­nır.

Sa­də­lövhlər san­ki şa­ir tə­rə­fin­dən al­da­dı­lır. Bu mə­qam­da onun po­e­zi­ya­sı­nı in­cə­li­yi­nə qə­dər du­ya bil­mə­mək, ba­şa düş­mə­mək zöv­qü də is­tis­na olun­mur. Və hər şe­yi hə­qi­qət gö­züy­lə qiy­mət­lən­di­rir.

Dostlar da­ha ma­raq­lı möv­qe­də du­rur­lar: şe­i­ri ya bə­yə­nir, ya da bə­yən­mir, fik­ri­ni bir­ba­şa de­yir və bun­dan məm­nun­luq his­si ke­çi­rir.

M.Ya­qubun vur­ğu­la­dı­ğım ki­mi, şe­ir­lə­ri­nin da­i­mi oxu­cu­su ol­mu­şam və ol­muş­lar. O, sə­mi­mi de­yir ki, fik­ri­ni bil­dir. Şe­i­ri ya­zan mə­nəm, oxu­yan sən­sən. Mən onu (şe­i­ri) ov­qa­tım­da, da­xi­li çır­pın­tı­la­rım­da - əza­bın çə­tin yo­lun­da "al­da­da-al­da­da" və­rə­qə kö­çür­mü­şəm. Fik­ri­ni giz­lət­mə, axı, şe­ir bir­mə­na­lı yo­zul­mur! Mən­cə, şa­ir be­lə ya­naş­ma­dan zövq al­ma­lı­dır. Məş­hur ədə­biy­yat­şü­nas V.F.As­mus oxu pro­se­si­nin iki şər­ti­ni fərqlən­di­rir:



Bi­rin­ci­si, oxu­cu "oxu­nu­la­na", ya­xud "gö­rü­lə­nə" oxu va­si­tə­si­lə "mü­rək­kəb" uy­dur­ma və ya ya­lan ki­mi de­yil, özü­nə­məx­sus ger­çək­lik gö­züy­lə ya­naş­ma­lı­dır.

İkin­ci­si, ək­si­nə, oxu­cu oxu­nun ge­di­şin­də ba­şa düş­mə­li­dir ki, mü­əl­li­fin sə­nət va­si­tə­si­lə gös­tər­di­yi hə­yat par­ça­sı hər hal­da bir­ba­şa hə­yat de­yil, yal­nız onun su­rə­ti­dir.10

Bu mə­sə­lə­yə mü­na­si­bət­də Mu­sa Ya­qub oxu­cu zöv­qü­nə bö­yük hör­mət bəs­lə­yir və qeyd edir ki, mən şe­ir ya­zar­kən hisslə­rim­lə oxu­cu­mu gö­rüş­dü­rü­rəm, o, kə­nar­dan ürə­yim­də pı­çıl­da­yan mis­ra­la­rı­mı eşi­dir, özü də züm­zü­mə edir. Bir də, şa­ir oxu­cu­nu da şa­ir ki­mi gör­mə­li­dir, da­ha yük­sək his­sə ma­lik ol­du­ğu­na alış­ma­lı­dır. Şa­i­rin bu qə­na­ə­ti mə­nə M.Qor­ki­nin ma­raq­lı fik­ri­ni xa­tır­lat­dı: "Oxu­cu da sə­nət­kar­dır, əks təq­dir­də biz onun­la ob­raz­la­rın di­liy­lə və bə­dii bo­ya­sıy­la da­nı­şa bil­məz­dik. Sə­nət­kar - mü­əl­lif işin mü­əy­yən his­sə­si­ni gö­rür, yer­də qa­la­nı­nı sə­nət­kar - oxu­cu ta­mam­la­yır".

Yaz­maq çə­tin pro­ses­dir, mö­cü­zə­lə­rin ən mü­əm­ma­lı­sı­dır. No­bel mü­ka­fa­tı la­u­re­a­tı İvan Bu­nin qo­hu­mu Pu­şeş­ni­ko­va ya­zır­dı: "Bu yaz­maq sə­nə­ti ne­cə də əzab­lı, ne­cə də çə­tin imiş. Elə ki, otu­ra­ram yaz­ma­ğa və ən sa­də ifa­də­ni yaz­maq is­tə­yən­də bir­dən xa­tır­la­yı­ram ki, bu ifa­də ar­tıq Ler­mon­tov­da, ya da Tur­ge­nev­də var. Çe­vi­ri­rəm, onu baş­qa gür gö­rü­rəm ki, lap şit çıx­dı, ye­nə də­yi­şi­rəm və hiss edi­rəm ki, ya­ra­mır: ya Am­fi­te­at­ro­vun, ya da Breş­ko - Breş­kovski­nin dəst-xət­ti­ni xa­tır­la­dır. Nə qə­dər söz var, ha­mı­sı da ən adi söz­lər, say­sız-he­sab­sız, şit, mə­na­sız... on­lar­dan is­ti­fa­də et­mək­dən qa­çı­ram... heç bir şey alın­mır. Bə­zən bü­tün bir sə­hə­ri an­caq bir ne­çə sə­tir ya­za bi­lə­rəm, özü də ne­cə əzab­la, əziy­yət­lə! Bə­zən öz-özüm­dən so­ru­şu­ram ki, bu cür cə­hən­nəm əzab­lı iş üçün gö­rə­sən bi­zə nə qə­dər haqq ver­mə­li­dir­lər? Öm­rüm bo­yu is­tə­di­yi­mi ifa­də edə bil­mə­mək im­kan­sız­lı­ğın­dan əzab çək­mi­şəm". Mən şa­ir­lə­rin psi­xo­lo­gi­ya­sı­na bə­ləd ol­du­ğum­dan ta­ma­mi­lə haq­lı­dır­lar "yaz­maq əza­bın­dan", bax­ma­ya­raq söh­bət nəsrdən ge­dir, fər­qi yox­dur, ya­ra­dı­cı­lıq bu his­si tə­ləb edir və təs­lim olur.

Şəx­siy­yət və ya­ra­dı­cı­lıq psi­xo­lo­gi­ya­sı. Şa­ir Mu­sa Ya­qu­bun tim­sa­lın­da bu mə­sə­lə­lə­rə ekskurs et­dim. Çün, şe­ir­dən, sə­nət­dən da­nış­maq, onun me­xa­niz­mi­nə var­maq heç bir kə­sin qis­mə­ti­nə düş­mə­miş­dir. Xü­su­si­lə, po­e­zi­ya ol­sun. Şəx­siy­yə­tin tə­bi­ə­ti adi de­yil, mü­rək­kəb­dir və müx­tə­lif as­pektlə­rə "möv­zu" ve­rir; şa­i­rin tə­bi­ə­ti isə mü­rək­kəb­dən də qə­liz­dir, la­bi­rintlər ko­ley­dos­ko­pu­dur: ha­ra­dan qi­da­la­nır, ha­ra­ya gə­lir və ha­ra­ya ge­dir?! Su­al da ca­vab­sız qa­la bi­lir. Tə­bii ki, şəx­siy­yə­tin be­lə bir tə­bi­ə­ti ya­ra­dı­cı­lı­ğın da tə­bi­ə­ti­ni mü­əy­yən­ləş­di­rir. Bu­ra­da han­sı­sa sirr yol­dur. He­yif ki, bi­zim fi­lo­sof­la­rı­mız, psi­xo­loq­la­rı­mız, ədə­biy­yat­şü­nas­la­rı­mız "ya­ra­dı­cı­lıq" an­la­yı­şı haq­qın­da ya az tə­səv­vü­rə ma­lik­dir­lər, ya da heç nə bil­mir­lər, yox­sa bu gü­nə ki­mi han­sı söz ada­mı­nın şəx­siy­yə­ti­ni onun ya­ra­dı­cı­lı­ğı kon­tekstin­də öy­rə­nər və araş­dır­ma apa­rar­dı­lar. Bu et­mə­dik­lə­ri üçün nə qə­dər zən­gin ya­ra­dı­cı­lıq psi­xo­lo­gi­ya­sı­na və qə­ri­bə (yax­şı mə­na­da) şəx­siy­yə­tə ma­lik sə­nət­kar­la­rı­mı­zın söz la­bo­ra­to­ri­ya­sı­na baş vu­rar, mir­va­ri­lə­ri üzə çı­xa­rar­dı­lar. He­yif! Ümi­di­mi və əli­mi üz­mü­rəm; ca­van nə­sil bu mis­si­ya­nı üzər­lə­ri­nə gö­tü­rə­cək­lər. Mən­sə im­kan­dan is­ti­fa­də elə­yib, gör­kəm­li şa­i­ri­miz Mu­sa Ya­qu­bun ya­ra­dı­cı­lı­ğın­dan araş­dır­ma­lar apa­ran­da mə­sə­lə­yə to­xun­dum. Ona gö­rə ki, "ya­ra­dı­cı­lıq" məf­hu­mu ya­ra­dı­cı qə­lə­mə möh­tac­dır.

Yol gə­lən­lər şa­ir­lər­di. On­lar üçün po­e­zi­ya­nın spe­si­fik qa­nun­la­rı ar­tıq mü­əy­yən­ləş­di­ril­miş­dir; am­ma bu, o de­mək de­yil, şe­ir hə­rə­kət­siz­dir, ya­xud da­im ye­ri­ni də­yi­şir - fi­zi­ka­nın qa­nun­la­rı­na ta­be­dir. Əs­la, çün­ki po­e­zi­ya (şe­ir) Aris­to­te­lin tə­bi­rin­cə: "ta­rix­dən da­ha cid­di və fəl­sə­fi­dir". De­mə­li, bu sə­nət nö­vü­nü "ye­rin­də otuz­dur­maq" və nə­yə­sə ca­laq et­mək, ger­çək­ləş­mə­si­nə və tə­za­hü­rü­nə im­kan ver­mə­mək; stan­dartlaş­dır­maq və kon­servləş­dir­mək... qey­ri-müm­kün cəhddir. Ona gö­rə də po­e­zi­ya­nın ya­ra­dı­cı­sı Şa­ir­dir və bu ila­hi sə­a­dət üçün heç bir di­gər sə­nət sa­hi­bi­nin qar­şı­sın­da əyil­mir, ək­si­nə, cə­sa­rət­lə pıçıldayır: "Ey ür­kək fi­kir­lər, mən­dən çə­kin­mə­yin, mən şa­i­rəm" - R.Ta­qo­run ağ­lı­na gəl­miş­dir bu öyün­mə! Hər­çənd, şa­ir ba­rə­də köv­rək və si­ya­si sanksi­ya­lar ol­ma­ya bil­mir: bi­rin­ci­lər şe­i­rin ya­ran­ma­sı əza­bı­nı az-maz ba­şa düş­mə­yə ça­lı­şır­lar və əl­lə­ri­ni qal­dı­rar­lar, ikin­ci­lər mis­ra­la­rın top atə­şin­dən güc­lü səs­lən­di­yi­nə şək­ki-şüb­hə et­mə­dik­lə­ri­nə inan­mış­lar və bu to­pu atan mü­əl­li­fi sus­dur­ma­ğa ça­lış­mış­lar! Unut­ma­ma­lı­yıq, şa­ir yal­nız tə­fək­kü­rüy­lə, id­rak sərtli­yi ilə yox, bəl­kə də olan-qa­lan vü­cu­dun­da­kı hisslə­riy­lə şe­ir­lər dün­ya­sın­da özü­nün in­san­lı­ğı­nı təs­diq­lə­yir!

Şairi və şairliyi və bu kontekstdə M.Yaqubu idealizə etməyimdə qəribəlik görmürəm, onun üçün, bir şeirin eşqinə, alovuna düşəndə əl-ayağı yanır, saçlarına dən sızır, ürək çırpınır. Məsələ bundadı: o şeir alınacaqmı – ölümü – sağmı doğulacaq, bir şeir yaşayacaqmı… səssiz suallar o poetik səsdən qabaq eşidilir. Nə çox, nə az – o bir məqam hər şeyi həll edir. Böyük alman şairi F.Şillerin də belə hallar başına gəlmişdir ki, yazmışdır: «Mən çoxdan bəri o anı, hətta şiddətlə arzulamış olsam da, öz əsərimdən nəhayət ayrılacağım məqamdan qorxmuşam: doğrudan da mən indiki azad vəziyyətimdə özümü indiyə qədərki qul halətində işlədiyimdən pis hiss edirəm; məni indiyədək cəlb edən və saxlayan adamlar birdən yoxa çıxarlar və mənə elə gəlir ki, sanki havasız-filansız fəzada asılıb qalmışam».

Musa Yaqubun bir «adsız» şeirini (adı var, amma bilərək yazmıram, çün…) nümunə verəcəyəm, yazılma tarixini də göstərməyəcəm. Oxucu üçün bunların heç bir təfavütü yoxdur. Oxuyaq, bu şeir hansı əzablardan, sarsıntılardan yaranıb, bəlkə də müəllifin özü də izah edəmməz. Amma qələmə gəlib; bir ehtimal var – ilahi ovqatın pıçıltısıdır. Şairə, onun şəxsiyyətinə, yaradıcılığına hətta tiranlar da baş əyməkdə özlərini «sındırmamışlar». Tiranlardan zəhləm gedir, amma şairi qiymətləndirənin ruhuna rəhmət diləyirəm!
Yuxularda karvan sürüb gedirəm,

Hara gedir bu karvanım, nə deyim.

Nə dururam, nə mənzilə yetirəm,

Buradımı son məkanım, nə deyim.
Bu ovsarı kim bağlayıb dilimə,

Bu əsanı kimlər verib əlimə?..

Dəvə yükü yüklənibdir belimə,

Mən sərbanam, bəxt sərbanım? – nə deyim.
İnsan dərdi, insan dərdi deyiblər,

Dağ bu dərdlə yeriyərdi deyiblər.

«Daş olsaydım əriyərdim» – deyiblər,

Torpaq olub mən dayanım, nə deyim.
Qoca dünya! – Bu ünvanı, bu adı,

Alıb gedər karxanası kahadı.

Karvanından karvansara bahadı,

Deyən varmı, ol mehmanım, nə deyim.
Üfüq mənəm, dəniz mənəm, kürrə mən,

Dünya keçdim bu karvana görə mən.

Gəlib çıxdım yenə həmin yerə mən,

O bu yanım, bu o yanım, nə deyim.

Təhlil etmək niyyətinə düşmürəm, aqil oxucunun hər biri öz yozumunda qavrayacaq şeiri. Bəli, poeziya budur…

Poeziya küll şəklində sözlərin bir-birinin «bətnindən» çıxma və misralara düzülmüş şeirlərin məcmusudur. Bu poetik nümunələr sözbəsöz, misra-misra, bənd-bənd səs-səsə, əl-ələ verib bir şeiri yaradırlar. Ayrılıqda bu atributları nəzərə alanda hər birisinin çiynində nə qədər yük daşındığına şahid kəsilirik. Qəribəsi bundadır, bir-birlərinin «dilini» anlayırlar. Məkanda birləşirlər. Bu, fiziki – görünən tərəfdir, yazılandır. Onun əks tərəfi isə mübhəmdir, laməkandır, bircə sığınan yeri ürəkdir, «dili», «səsi» hisslərdir, emosiyalardır. Şairin ürək nahiyəsinin bütün nöqtələrinə çırpılır, əks-səda yaradır. Bax, belə «ortaq» bağlılıqda ürək poeziyası yaranır. M.Qorki şair olmasa da, poeziyanı sevib, «davranışını» izləyibdir: «Həqiqi poeziya – həmişə ürək poeziyasıdır, həmişə qəlbin nəğməsidir; belə poeziya nadir hallarda filosofluq edir, özü də mühakimə yürütməkdən utanır»11 - demişdir.

Beləliklə, poeziya bir sıra materiallara: sözə, misralara, qafiyələrə, rədiflərə, bəndlərə… söykənir və onlardan doğulur. Ata-anası şairdir və bu materialları poetik yaddaşında dirildir, ruh-ovqat verir… Söz canlıdır, nəfəslidir, qısa və uzun ömürlüdür. Ata-anası dildir, ona görə də Horatsi demişkən: «Dildə sözlər doğulur, yaşayır və ölür». Həqiqətdir, sözüylə şair şeir yazır, onun təmiz, riyasız mənası ilə ürəyini boşaldır və özü də zənginləşir. Musa Yaqub nə üçün böyük şairdir? Bəlkə də suala ehtiyac yoxuydu, lakin deməliyəm ki, o, sözünə təbiətin ən gözəl, ətirli, eyni zamanda sərt, yenilməz təbiətini çiləyir və adekvat ondan cavab alır. «Gəldim şeirimi yazmağa» şeirini birbaşa içərisinə: xasiyyətinə, intellektinə, arzusuna… şərik olmağa çağırır, haradasa qəriblik yaşamış hisslərinə də işarə vurur:


Dərmanımı qoy arayım –

Bir çiyələk yarpağında,

Bir söyüdün qabığıyla

Daş-qalaqdan

Daş yaramı qoy sarıyım.

Bu təbiət amalıdır –

Ah, bu torpaq nə vaxtacan

Bizdən günah yumalıdır.

Bizdən tamah yumalıdır?!

Nə yaxşı ki, gələ bildim,

Bu yamacın gül üzünə

Gülə bildim,

Gəldim şerimi yazmağa,

Sonra alıb qələmimi

Gül yarpağından asmağa…
M.Yaqub dilin səsindən dərin mənalar çıxarmaq üçün oxuculara şans verir.

Poeziya yalnız sözün quludur və yaradanı onu hesab edir. Amma şair əli qoynunda oturub-durmur, sözü də dilinə salıb qovurmur, hədə-qorxu gəlmir. Söz şairin bədii təxəyyülündə – bankında «pullardır», qiymətli «kağızlardır» - yatıb qala da və haçansa ölə də bilər. Amma sərvaxt olmaq gərəkdir, bir şərt var ki, İlahidən poetik vəh gəlməlidir, yollar işığa bələnməlidir, ən əziz adımının intizarı kimi. Bütün insanların sinəsində, ürəyində – dilndə söz yatır, di gəl, bunları yalnız şair şeirə çevirir, «kərpicləri» düzür, nəhəng saray tikir! Mən yaradıcılıq psixologiyasından – sirli aləmdən daima xəbərdar olmuşam. Tanıdığım yaradıcı insanları dilə tutmuşam, suallarıma cavablar almışam. Xəlil Rza Ulutürk, Vidadi Babanlı, Allahverdi Tağızadə, Abbas Abdulla, Tofiq Abdin, Vahid Əziz – nəhayət Musa Yaqub. Bu yaradıcılar müxtəlif ovqatda bulunurlar şeirli dəqiqələrində, ancaq onları bir hiss birləşdirir: Şeir sözə bulaşanda, sözün dadı-duzu, rəngi şeirə hopanda, çilənəndə hasilə gəlir. Bütün dünyanın bütün böyük şairləri də istisnalıq yaratmırlar. Mən 80-ci illərdə ədəbiyyatşünas V.Vilenkinin Anna Axmatovanın yaradıcılığı haqqında bir etüdünü oxumuşdum. O, bu böyük şairəylə dostluq etmiş, poetik sirlərinə yaxından bələd olmuşdur, hətta A.Axmatovanın şeirlərinin ilk qaralamasından tutmuş son variantına qədər görmüş, misraların «redaktəsinə» qədər «çevirmələrin» taleyilə maraqlanmışdır və axırda «Tekstoloji etüdlər» məqaləsini qələmə almışdır. Mən bunu ona görə xatırlatdım ki, Musa Yaqubla mənim belə bir oxşar yaradıcı – alim ünsiyyətim vardır. Poeziyadan danışarkən, poeziya haqqında şəxsi fikirlərimi deyərkən, hardasa oxşarlıqlarla üzləşmişəm. Gələcək araşdırıcılar lap bizdən (Musa Yaqub və məndən) sonra nəsə yazarsa, fantaziyaya çox meyl göstərməsinlər…

Anna Axmatova «Melxola» şeirini yazarkən yaşadığı poetik əzabı və intəhasız gözəllik duyğusunu «Gündəlik vərəqləri»ndə (24.12.1959) belə təsvirə gətirmişdir: «…Külək asta-asta qarı sovurur. Sakit, səssiz bir axşam. T. tez getdi, mən uzun müddət tənha qaldım, telefon da yamanca susmuşdu. Ürəyimdə misralar hey axıb gəlir, mən həmişə olduğu kimi, onları «qovuram», yaxına buraxmıram, öz istədiyim misraların səsini eşidənəcən «qovuram». Ürəyimdə vaxtaşırı ağrılar, sızıltılar olsa da, bütün dekabr ayı, necə deyim, şeir sarıdan məhsuldar oldu. Amma… «Melxola» alınmır ki alınmır, daha doğrusu, ürəyim istəyən misraların əvəzinə ikinci dərəcəli misralar gəlir. Hər nə ola, onu mütləq yazmalıyam».

Maraqlıdır, A.Axmatova bu şeiri hələ 1922-ci ildə yazmağa başlamışdı, amma 1961-ci ildə (13.05) tamamladı…

Bir şeirin poetik və psixoloji taleyi nədən asılı idi ki, 40 il gecikdi? Bəli, burada iki amil əsasdır: Sözün şeirə çevrilməməsi, daha doğrusu, sözün qaçaraqlığı və şairin ovqatının vaxtında köklənməməsi. Əgər iki faktor eyni vaxtda «görüşməsə» şeir yazıla bilməz! Belə bir hissi qiymətləndirməyən hər hansı bir qeyri-sənət sahibləri «şeir yazmağa nə var» nikbin sualına ironiya ilə cavab verirlər. A.Axmatovadan soruşanda: «Şeir yazmaq çətindir, yoxsa asan?» - cavabında deyir: «Şeiri sanki mənə kimsə diqtə edir, belə məqamlarda yazmaq, əlbəttə, çox asandır, amma elə ki diqtə olunmur, yazmaq qeyri-mümkündür». Fikir versək, şair üçün yaradıcı mühitin sosial təmtərağı yoxdur: Səliqəli masa, ağ vərəq, ruçka, pürrəngi çay və sairə. Əvəzində ovqatın ilahiləşməsi, mübhəm «zəngin» səsini eşitməsi həqiqəti. Musa Yaqub yazdığı şeirlərinin taleyində buna oxşar və diqtə olunan misraları vərəqlərə köçürmüşdür. A.Axmatovaya qayıdıram: Şairənin «Yaradıcılıq» şeiri var. Ad elmi səslənir, görünür, belə də səslənib qulağında. O, bu şeirin yazılmasını xatırlayır ki, diqtə olunanda tanış misralar düzülür ağappaq kağız üstə. Adama elə gəlir, burada sirli-sehrli heç nə yoxdur, hər şey «aydındır», əgər «kimsə» diqtə eləyirsə, onda heç bir yaradıcılıq əngəlini aşmalı deyilsən, sadəcə olaraq «ilahi misraların» axınını oturub gözləməyi, özü də ancaq istədiyin misraları «eşidənəcən» gözləməyi bacarmalısan.

Musa Yaqubda belə psixoloji «keçidlər» baş verir. O, deyir ki, atam vəfat eləmişdi. Ağır itkidən sarsıldım, təbii ki, uşaqdım. Sonralar, artıq şeir yazırdım, istəyirdim atamın xatirəsinə şeir həsr eləyim. Bu, tezliklə mümkün olmadı. Çox sonralar ağır nisgil şeirə çevrildi (M.Yaqubun bu mövzuda iki şeiri var. Birisi barədə yuxarıda danışmışam) və 1968-ci ilin qışında yazıldı:


Torpaqdan silinib özləri itdi,

İzində bir körpə addımı bitdi.

Dünyada tutduğu zərrə yerini,

Öz hava payını, öz su payını

Bizə – insanlara tapşırdı getdi.

Ata itirmşəm, atamı…

Bir insan çevrilib bir məzar oldu,



Torpağın tapdanmış bir qarışında

yer qabar oldu.

Bu qəbir sinəmdə bir qübar oldu,

Ata itirmişəm, atamı…
Musa Yaqub poeziya barədə söhbətlərində bu sənətin qeyri-adi sirrə malikliyindən «şikayətlənmişdir»: «Bir bəladır gəlir şairlərin başına» - demişdir. Təkcə M.Yaqubmu? Böyük şairlərimiz, o cümlədən, Xalq şairi Nəriman Həsənzadə bir müsahibəsində kövrək ağrı ilə demişdir: «…Səhərisi gün (söhbət VI sinifdə oxuyarkən yazdığı şeirdən gedir. – A.E.) mən «Ağlaram» şeirini yazdım. Həmin şeiri məktəbdə divar qəzetinə verdilər. O vaxtdan şairlik ağlamaqdı mənim üçün».

Bəlkə bu şair ağrısı sonraya qalsın?

Anna Axmatovanın poeziyaya, sözə verdiyi həssas yanaşma başqa bir mənfi impuls da doğura bilər: şair olmaq üçün bəxtinə ilahi pıçıltılar düşübsə, fikir eləmyə dəyməz. Belə deyil, bu, sadəcə və əslində şairlik qismətinin onun özündən asılı olmayan xüsusiyyətidir. Lakin poeziya şairin (sənətkarın) qarşısına çox mürəkkəb və mübhəm labirintlər çıxarır. Mən ona görə inamla danışıram ki, Musa Yaqub mənimlə və qeyriləriylə söhbətlərində – sözündə: «şair – şairlik – şeir yazmaq» üçlüyünü vurğulanmışdır. Zənnimcə, bu konsepsiyanı – belə deyərdim – Musa Yaqubun diliylə – müşahidəsiylə açmaq poeziya haqqında, hətta bir şeirin yaranması barədə illüziyaları həqiqətə gətirib çıxara bilər. Hələlik fikrimdən daşınıram.

Şeir yazmaqdan danışmıram, şair olmağı nəzərdə tuturam ki, bu müqəddəs hiss haradan gəlir, necə yola çıxıb sahibini tapır, hansısa səbəb olurmu? Şübhəsiz, bunlardan qaçmaq qeyri-həqiqətdir. Musa Yaqubun bu barədə düşünüb-düşünməyib - əsas deyilsə də… hər halda: başqa bir sənəti – müəllimliyi seçdim, şair olacağımı düşünmürdüm. Amma… Bir onu xatırladıram ki: M.Yaqub jurnalist Emin Eminbəylinin verdiyi: «Şeiri necə yazırsınız?» - sualına cavabında: «Şeiri içimdə yazıram. O qədər onu daxildə «yazıb-pozuram», cilalayıram ki, vərəqə demək olar ki, hazır köçürürəm. Mən şeiri işləməyi xoşlamıram» - demişdir.


***
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə