Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə13/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Musa Yaqub: - İnanıram gücün çatacaq. Qələminizə bələdəm. Axı, sənin özün də halal çörək sahibisən. Təmənnasız adamsan. Kitablarınla özün də əbədiləşirsən. Allah qələminə qüdrət versin!
Əlavələr

Mənim ümid şerim
Sən o biganəni alma eyninə,

Demə ki, yox məni bir duyan kəsim.

Mən bir ümid şeri yazıram sənə,

Bu ümid şerini oxu, əzizim.


***

Gözündə izi yox kinin, yalanın…

Bircə baxışından nurlanar günüm.

Bəs belə ilahi gözü olanın

Ümidi olmazmı gözünə dönüm?

***


Mənimçin ucasan bir zirvə kimi,

Sən kimin yerini uca bilərsən?

Göyərçin əllərin ümid deyilmi?

Elə bu qanadla uça bilərsən.


***

Lap deyək tək çiçək yaylaqda qərib,

Yox bir oxşayanı, məhəl qoyanı.

O, elə ümiddir, dünyaya gəlib,

Baharlar ömrüdür, torpaq həyanı.
***

Bir tər çiçəyisən bizim çəmənin,

Gizlən, bənövşə ol – nəzərdə varsan.

Qapına ümidlə gəlirik sənin,

Sən ümid qapını harda ararsan?
***

Ərit ürəyində, ərit o buzu,

Bənövşəm, yaza bax, başını qaldır.

Göylərin ən uzaq ümid ulduzu

Ovcunun içində yansa – xəyaldır.
***

Elə boş xəyalı alma eyninə,

Könlündə tel olub titrəsin səsim.

Mən bir ümid şeri yazıram sənə,

Bu ümid şerini oxu, əzizim…

Uzaqda, dənizdə bir işıq yanar
Uzaqda, dənizdə bir işıq yanar,

Uzanar sahilə zər barmaqları;

Uzanar yollara, izlərə qədər,

Bir də ona baxan gözlərə qədər…

Teli ürəyimin telinə bağlı,

Bu qızıl telləri kəsən dalğanın

Bir üzü qaranlıq, bir üzü işıq,

Uzaqda mavilik əli çıraqlı…

Gözümün içində yanır o çıraq,

Ümidi yaxındır,

İstisi uzaq.

Uzanır əllərim ümidə sarı…


Əlim uzaqlığa yetişməz yəqin,

Sirli bir sözüm var dodaqda yanar.

Qoru ürəyimdə qalan bir eşqin

Ocağı nə qədər uzaqda yanar…


Su olub dalğalar qoynuna axım…

Bir qədim nağılda yolçuyam yenə.

Nəsə it hürənə getmir ayağım,

Üzümü tutmuşam işıq gələnə.


Qaranlıq əjdaha dalğalar kimi,

O işıq üstünə cumur qəfləti.

Qanadı ütülmüş qarğalar kimi

İşıq ayağına salır zülməti.


Nə qədər həzindir bu sakit axşam,

Elə dəniz kimi mən də dolmuşam…


Külək addımlayır sahildə asta,

Bu həzin axşamla yaman dilbirəm.
O uzaq işıqla könlüm təmasda.

Varammı, yoxammı burda, bilmirəm!


Üzür zər baftalar büllur qayıqda,

Damcılar közərir o tənhalıqda.


Hər zərrə işıqda ümidim gülər,

Zülmətin saçını yolub gedirəm,

Ayağım altında qızıl körpülər,

Elə bil bir xəyal olub gedirəm…


Dənizdə, uzaqda bir işıq yanar,

Uzanar yollara,

İzlərə qədər,

Bir də ona baxan gözlərə qədər…



Səhər şəfəqinə düşən durnalar
Süzüb qanadından dumanı, çəni,

Yarıb qaranlığı, keçib gecəni,

Keçib iki bulud arasındakı

O tənha, qurama göy küçələrdən,

Bir qara buluddan şütüyüb çıxıb

Sıyrılmış qılınc tək parladı birdən

Səhər şəfəqinə düşən durnalar.
Səhər şəfəqinə düşən durnalar,

Şəfəqlər içində şəfəqləndilər.

Birdən qanad-qanad çiçəkləndilər;

Bəlkə də göylərdən endilər qəfil,

Müqəddəsləşdilər, mələkləndilər

Səhər şəfəqinə düşən durnalar.


Göylərin naxışı, göylərin zəri

Deyəsən qalxırdı lap ərşə kimi.

Uçan durnaların girdə gözləri

Yanırdı şəfəqdə bənövşə kimi.

Qamaşır, qırpılır o bənövşələr,

Həmin o qırpımda, həmin o səhər

Göylərin bənövşə yuxularında

O qatar çimirdi, xumarlanırdı.

Yastı dimdikləri bir an içində

Hərdən közərirdi, hərdən yanırdı.


Səhər şəfəqinə düşən durnalar

Uçurdu, uçurdu, yenə uçurdu.

Od kimi alışan, gün kimi yanan

Taya buludları alıb qucurdu.

O uzun yolların əzablarını

Sonra gilə-gilə əridirdilər.

Yorğun haylarını-haraylarını

Elə bu şəfəqlə kiridirdilər

Səhər şəfəqinə düşən durnalar.
Şəfəqlərə ümid olmasa idi,

Səhərlərə ümid olmasa idi,

Durnalar neylərdi,

Biz neyləyərdik?!


Üfüqi qalayan qızıl dan idi,

Göylər damar-damar qızıldan idi…

O qızıl yollarda gümüş bir xəyal…

Durnalar uçurdu, uçurdu xoşhal,

Uçurdu, uçurdu, yenə uçurdu,

Taya buludları alıb qucurdu

Səhər şəfəqinə düşən durnalar.

Anamın məzarına laylay
Qürub yanır üfüq boyu,

Cilvələnir arxın suyu.

Uyu, anam, şirin uyu,

Layla deyim məzarına,

Bu qəbristan güzarına.
Qəbristanın ən cavanı,

İsitmisənmi yuvanı?!

Burdan seyr et xiyabanı,

Uyu ömrümün əzəli,

Üstündə payız xəzəli.
Bu yanacan, o yanacan,

Çevril sağdan sol yanacan –

Böyrün ağrıyır, anacan!

Darısqaldır evin, laylay,

De, necədir kefin, laylay.
Soyuq düşür, əynin yalın,

Bizdə qalıb isti şalın,

Gətirim çiyninə salım,

Elə uzan rahat olsun,

Gəlinlərin muğyat olsun.
Çiynində doğmanın, yadın

Quş kimi uçdu tabutun.

Mələklərə dedin «tutun» -

Ürəyin gəlmirmiş demə,

Ağırlıq düşsün çiynimə.
Xeyri alqış, şəri alqış,

Bir yuvaydı tək qaranquş.

Burda çarpış, orda çarpış –

Dincəl əzabkeşim, laylay,

A qeyrətli kişi, laylay.
Ay ev tikən tək güc ilə,

Ay zəmisi tək biçilən,

Körpüsü tənha keçilən

Durnası yoldaşsız anam!

Ay ömrü sirdaşsız anam!
Gətirmək, yığmaq vaxtıdı,

İndi bostan, bağ vaxtıdı.

Heç bekar durmaq vaxtıdı –

Qalx yenə də danla bizi,

Biz də bilək işimizi.
Ruhun məni xəbər alsın,

Gir yuxuma şirin olsun.

İsinməyə yerin olsun,

Anacığım, anacığım!

Baş daşındır qalacığım!
Sən əvvəldə, mən axırda…

Görürsənmi məni burda?!

Dil deyirəm xırda-xırda

Nə yumşaqdır daşın, ana!

Üstündədir başım, ana!
Canalıya çökdü duman,

Gəlməyinə yoxdu güman.

Biz gələrik sənə həyan…

Ölüm laylay, dirim, laylay,

Yanındakı yerim, laylay!

Yollar…
Yollar

Yenə yollar aldı qəlbimi,

Qulaq ver yağışın qərib səsinə.

Damcılar qaranquş dimdiyi kimi

Çırpılır vaqonun pəncərəsinə.

Harda qırılacaq ömrün yolları…

Yağış döyəcləyir cığırı, izi.

Bu ağcaqayınlar əsgər qolları

Uzanıb qatara salamlar bizi.

Bir qardaş qəbrini salıram yada,

Könlümə yağışlar yağır bu yerdə.

Damcı var

torpaqda qalır piyada,

Damcı var

yolçudu pəncərələrdə.

Yoxsa bir buludam,

Yağış yerinə

Səpirəm yollara

xoş xəyalları.

Könlüm bu yerlərin düşdü sehrinə

Ömür yollarıdır

qatar yolları.

A kirpiyi ləçək,

bir də dön bəri.

Bax bahar dalınca,

yağış dalınca.

Sonra mən axtarıb gəzim hər yeri,

Düşüm bu ilahi baxış dalınca…

Yollar,

Yenə yollar aldı qəlbimi,



Qulaq ver yağışın xəfif səsinə,

Damcılar qaranquş dimdiyi kimi

Çırpılır vaqonun pəncərəsinə.

Aparır məni
Nə bilim əvvəllər belə deyildim;

Uyuşa bilmirəm bu seyrangaha.

Ağaca, yamaca, qayaya, dağa.

Uyuşa bilmirəm, bilmirəm daha.

Təbiətin qədri bilinməyəndə,

Könlümdən bu dərdlər silinməyəndə.

Alıb insan dərdi aparır məni,

Şərin yaman dərdi aparır məni;

Havaya çıxıram, yellər aparır,

Torpağa düşürəm, sellər aparır,

Alıb insan dərdi aparır məni.

Allah, ruzi dolu bu zəmiyə bax,

Elə bir qarşımda məbədgah durur.

Uyuşa bilmirəm bu zəmiyə də,

Hər sünbül üstündə bir tamah durur.

Alıb tamah dərdi aparır məni,

İnsanın öz nəfsi üstə vurnuxan

Min bir günah dərdi aparır məni.

Tamahla, ha vuruş, əlləş, aparır,

Elə bil küləklər küləş aparır,

Alıb insan dərdi aparır məni.
İsnişə bilmirəm bala, pətəyə,

Daha yoxdu meylim çəmən-çiçəyə.

Durub bal sözümü, çiçək sözümü,

Bənövşə sözümü, kövrək sözümü,

Ürəklər nazilib eşitməyəndə

Alıb nadan dərdi aparır məni.

Qayada qalıram soyuq aparır,

Dəryada qalıram qayıq aparır –

Alıb insan dərdi aparır məni.
İsnişə bilmirəm qələm-kağıza,

Özüm də bilmirəm könlüm nə yaza,

Daha hansı sözüm yerinə düşər?

Min ildir əlləşir, tər tökür qələm,

Bu qayda, bu qanun, bu söz, bu kəlam –

Elə bil heç nəyi eşitmir bəşər.

Şerlə deyirsən, şeri eşitmir,

Mehrlə deyirsən, mehri eşitmir.

Elə bil bir adam xeyri eşitmir

Şairi, aqili almır vecinə –

Qaçıram dünyanın bir boş küncünə,

Qalıram arada lap huş aparır,

Qaçsam xarabada bayquş aparır –

Alıb insan dərdi aparır məni;

Aparır, aparır qayıtmaq olmur.

Qorxuram şer yazmağa
Hərdən tüstülənir, göynəyir sinəm,

Hərdən dediyimi deyə bilmirəm.

Qorxuram könlümə qulaq asmağa,

Qorxuram söz tutub şer yazmağa.


Taleyin verdiyi bəlkə acıqdı,

Özümdən didərgin saldım ilhamı.

Elə bilirəm ki, könlüm açıqdı,

Onu görüb hamı, oxuyub hamı.

Açılmış sirrimin nəyini yazım,

Yazılmış şerimin nəyini yazım?


Bir söz nisgilinin ağrısı canda,

Dağılmış könlümün yan-yörəsindən

Yaddan çıxıb qalan söz axtaranda

Şer yazmağımdan necə qorxmayım?!


Dünənki şerimə həsəd aparan

Baxanda bu naşı söz qaynağıma,

Qımışıb güləcək – közü söndürüb

İndi də kül ilə oynamağıma;

Sonra da deyəcək çox incə-incə:

- Hə, Musa Yaqub da söndü beləcə.


Bir sevgi şerim var,

qoy baxım ona,

Yox, əşşi, bu da heç bir şer deyil,

Bir görüm o, üzə çıxasıdımı.

Biryolluq üstündən silim adımı…

Burda mənim könlüm belə üşüsə,

Sonra da bu soyuq, üşüyən şerim

İki sevən gəncin əlinə düşsə, -

Şer yazmağımdan necə qorxmayım?..
Şer yazmağımdan necə qorxmayım? –

Mən özüm yoxamsa,

sözüm yoxdusa,

İçimdə göynəyən bir dəli həsrət,

Bu həsrətə ağlar gözüm yoxdusa,

Şer yazmağımdan necə qorxmayım?..

Fələyin sehrkar qurğusu kimi –

Torpaqdan püskürən, qayadan sızan,

Bulaqlardan çıxan qaynar su kimi

Öz kürəmdə bişən,

Bağrımı deşən,

Ürəyimdə daşan söz qaynamırsa,

Şer yazmağımdan necə qorxmayım?..

Yaramın üstündə köz qaynamırsa,

Şer yazmağımdan necə qorxmayım?..
Qoy durum yenidən izlərdən keçim,

Ürəklərdən keçim, gözlərdən keçim.

Sevincə baş vurum, dərdə baş vurum,

Namərdə baş vurum, mərdə baş vurum.

Adamlara baxım, torpağa baxım,

Daşları qaralan ocağa baxım.

Qoy bir də dolanım bu daşı, dağı,

Qoy bir də titrəsin könlümün simi.

Görüm bu qorxunu, bu kasadlığı

Könlümdən çıxara biləcəyəmmi?!

Nə bilim, yenidən yanıb, kül olub,

Ələkdən ələnə biləcəyəmmi?

Bir də torpaq olub, bitən gül olub,

Görüm təzələnə biləcəyəmmi?

Bu olsa,

eh, şer yazmağa nə var…



Uşaqlıqdan fraqmentlər
Yaman kövrəlmişəm…

Nə vaxtdan bəri

Uşaqlığım keçən yerləri

dolanıram.

Ağır-ağır, aram-aram.

Mənimlə həmyaş ağacların

pöhrəsində,

Gözüm önündə kötük olmuş

Çinarların dövrəsində

Uşaqlıq axtarıram,

Xatirələrin ünvanı qədərsiz…

Onda kollar yaman tikanlıydı –

paltarıma həris,

Bəlkə bir xatirə ilişib qalıb,

qoy baxım.

Onda yollar yapışqanlıydı –

qaloşuma ortaq,

Bəlkə o, tozlara qarışıb qalıb,

qoy baxım.

Xatirəmdə araba çağından

sallanıb bir uşaq,

Arabaçı çubuqlayır əlini,

qolunu…

Axtarıram onu.



O illər qanadlıydı

Onda meyvələr də dadlıydı.

Armudların dadında,

Quşların qanadında,

Uşağımın baxışlarında

Axtarıram uşaqlığımı.

Axtarıram –

Çiçək arasında kəpənək kimi

dağda, çəməndə.

Mən burdayam,

O yanda

bir qoca cavanlıq axtarır,



O da axtarır,

mən də.


Hansımızın itkisi ağırdır

görəsən?


Eh, nə bilmək olur

keçən ömür

xatirəyə dönəndə…

O da axtarır, mən də…



Bir vida nəğməsi, bir payız səsi
Dünən yumurtadan çıxan o quşlar,

İlk dəfə payıza baxan o quşlar,

Boş qalıb soyuyan yuvalarına,

Payızın mülayim havalarına,

Bir vida nəğməsi oxuyurdular.

Budaqdan-budağa atlanırdılar.

Atlana-atlana şadlanırdılar.
***

O quşcuğazların, o pərvazların

Səsləri havada qalxıb enirdi.

Üstündən keçdikcə yel narın-narın,

Yarpızlar diksinib arxda dinirdi.
***

Vələsin saralmış yarpağı təki

Onlar da ötürdü ahəstə sanki…

Sarıköynəklərin qızıl köynəyi

Cırılıb qalmışdı vələsdə sanki.
***

Hey qanad çırpdıqca o lüməciklər,

Yerdən çör-çöpü də dikəldirdilər.

Boynu pırpızlaşan xoruz beçələr

Qəsdən özlərini yekəldridilər,

Biri o tərəfdə xoruzlanırdı,

Biri bu tərəfdə fərələnirdi,

Anaları baxıb fərəhlənirdi…

Bala çayda çapan lələyi çin-çin

Quyruğu su üstə küləklənirdi.

Təzəcə rəng alan alacəhrənin

Elə bil qanadı çiçəklənirdi.

Dünyanın qışından xəbərsiz olan,

Atılan daşından xəbərsiz olan,

Yırtıcı quşundan xəbərsiz olan

Həmin o pərvazlar, o quşcuğazlar

Boş qalıb soyuyan yuvalarına,

Payızın mülayim havalarına

Bir vida nəğməsi oxuyurdular,

Bir payız nəğməsi oxuyurdular.




SON SÖZÜN YERİNƏ



Son nöqtəni (əlbəttə, hələlik) yazdım, amma elə də yüngülləşmədim, o mənada – demədiyim və bacarmadığım xeyli ədəbi-tənqidi məsələlər qaldı. Nə yaxşı belədir, yoxsa hər şeyin axırı görünərdi. Musa Yaqubu oxuyanda, bəzən bir şeir üzərində düşünüb araşdırmalar aparanda poeziyanın bütün yaradıcılıq nailiyyətlərindən – dəyərlərindən ən ucada durduğunu bir daha təsdiqlədim. Şeir yeni nəyisə yaratmağın ən lətif, kövrək və küsəyən nöbvüdür; o, gələndə minnətsiz şairin könül qapısını açır, öz enerjisinə Səməndər quşu kimi yanır, yox olur – yenə Kainata – Kosmosa - İlahiyə qovuşur: haradan göndərilmişdirsə, o Məkana da qayıdır.

Şeir əzabını duymaq üçün nə alim, nə ədəbiyyatşünas, nə də pedaqoq olmaq elə də lazım gəlmir: ürəyi ləkəsiz insan – oxucu ol­maq kifayət edir. Çün, şair özünün bütün əzalarına hopmuş hisslərini misralarına girov verir – vücudu o anlarda, o dəqiqələrdə nəfəs­dən məhrumlaşır, Allahın iradəsiylə yaşayır. Ta o vaxtacan ruh bə­dənə qayıdır və yenidən yaşayır. Bax, o anlarında şairi bir yaz kə­pənəyi qanadlarında aparar, vallah! Bir görün, hansı peşə, sənət sahibidir – tikanlarda zərif çiçək axtarır, nəhəng palıdda kövrəkliyi duyur, nərgizlərin kirpiklərində baharın yolunu gözləyir. Bu sadalananlar yalnız möcüzənin fəhmiylə şairin qəlbində şeirə çevrilir.


Meşələrdən asta keçin,

Pəncənizin üstə keçin,

Toxunmayın yarpaqlara!

Toxunmayın budaqlara!

Yazda xətri kövrək olur

meşələrin.

Daşları da çiçək olur

meşələrin.
Şeir mənim dünyamda şairin azadlığıdır; yoxsa o, bu ömrü necə yaşayardı? Çox şair dostlarımdan bu «sirri» soruşmuşam, «hə», «hə, belədir» cavabını vermişlər. Bir anın özü 50-100 il yaşayan, yaşayacaq ömrün belə, azadlığıdır. Bir anın ruhu deyilmi insanı 100-150 il yaşadar? Şairin bir anda ruhunun çəkisi tonlarla yükü qaldıra bilir; həqiqətdir bu. Ən sərt adamın şeir oxuyanda dodağının səyridiyini müşahidə eləmişəm, gözlərində yaşın gizləndiyinə baxmışam, saçlarında ağ tellərin yoxa çıxdığını zənn eləmişəm. Və qəfil bu insandan – sərt təbiətlidən soruşmuşam ki, daha şeir oxuma, sənə pis təsir göstərir. Cavabında pıçıldadı ki, kaş uşaqlığımdan şeir oxuyaydım, inanıram, bu cür təbiətim olmazdı. İndi-indi anlayıram ki, məhəbbətimi sərtliyimə, ağalığıma qurban vermişəm. O, bir də gələrmi? – Yazıqlaşdı bu insan, sanki bir yumağa döndü. Vahimələndim, bədənim istiləndi, içimdə dilləndim: «Həyatda pis, kobud, acıdil adam yaranmırmış, aldığı hansısa vərdişiymiş onu bu günə salan. – Mən sizə Musa Yaqudan bir şeir deyəcəm, bir parça, həvəsiniz varsa… - Gözlərinə baxdım, işıqlandı, yenə ürəyimdə dilləndim ki, yox, bu insanda hər şey ölməyib, canlana bilər, ünsiyyətə qayıda bilər:
Yaman gündə sənin,

Xoş gündə sənin.

Həyat ağacıyam könlündə sənin –

Onu atmaq olmaz, qurutmaq olmaz,

Daha bacarmarsan, özünü yorma.

Bir bahar ömrünü unutmaq olmaz,

Sevdiyin ağaca baltanı vurma.

Nahaqdan könlünü ağrıtma belə.

Köhnə xatirəni ağlatma belə.

Ömür ehtiyacı, gün ehtiyacı,

Mən sənin könlündə həyat ağacı –

Özün də bilmədən ürək qanınla,

Bütün vücudunla, bütün canınla

Onu ömrün boyu yaşadacaqsan,

Unutmaqmı asan, atmaqmı asan?
Mən bu epizodu və bu misraları ona görə xatırlatdım – şeirin fövqəl gücü-qüdrəti fiziki zordan, fiziki ehtirasdan qat-qat artıqdır. Amma Şeir ola! Poeziya ola!..

Bir həqiqəti açmaq istərdim ki, Musa Yaqubun poeziyasını araşdıranda mübaliğəsiz deyərdim ki, ölüb-dirilirdim: Özümün ömrüm, taleyim yaddaşımda təzədən doğulurdu, gah baharlaşırdım, gah da qışın ayazında donurdum. Uşaqlığımı, yeniyetməliyimi, gəncliyimi və nəhayət, payıza tələsdiyimi yaşayırdım. Bəzən gözlərim dolurdu, həqiqətənmi bir gün insan hər şeyini itirir, quru budağa dönüb kimsəsizləşir? Təbiət nəyi veribsə, sən demə, nisyə imiş, alıb aparırmış. Heyif, cavanlığımızda bu sirri anlamamışıq.


Cavansan, ömrünün yazına uyma,

Şirindir dünyanın nəşəsi, doyma.

Sən elə bir gülü üzməyə qıyma,

Payız vurdu, yıxdı, çapdı apardı.
Musa Yaqubu oxuyanda iztirab çəkirdim: yüngülündən – sevincindən – qəmindən. Sən demə, bəzən bu iztirabı başa düşmək istəməmişik, bəlkə də fərqinə varmamışıq. Mən şeirin oyatdığı o iztirabdan danışaram – insanın ilk və son borcu bu hissdən qurtulmaqdır. Buddizmə görə, buna nail olmaqdan ötrü naz-nemətdən, sərvətdən, hakimiyyətdən əl çəkməlisən, bir sözlə, ürəyi hər cür emosiyalardan: paxıllıqdan, xəbislikdən, kin-küdurətdən, yaltaqlıqdan, riyakarlıqdan və ilaxırdan təmizləməlisən. Təbii ki, buna çatmaq istəyən adam iztirabsız, əzabsız yaşayacaqdır. Nə yaxşı, aldığım tərbiyə məni mənfi emosiyalardan xilas eləmişdir. Əvəzində isə aldanmışam. Bunu da aldadana bağışlayıram ki, barı, o adamın işi düzəlsin, bir ovuc ruzi qazansın. Axı, bir qənaət də var: nəşə odu sönəndə, nifrət odu sönəndə, təkəbbür odu sönəndə ürəkdə ilahi dinclik bərqərar olur…

Musa Yaqub yaradıcılığı dərin və dupduru dəryadır, orda yalnız su pəriləri üzür, arabir üzə çıxır, bir udum hava alır, günəşin istisini içərisinə çəkir və ümmana qarışır. Bu dərya qurumur, əksinə, ilbəil aşıb-daşır, durulaşır və şeir pıçıldayır mələklərin dilində. O şairdir – Ürəyində mələklərin duası, sevgisi səslənir, ilhamı çağırır. Şeir Mələk deyilsə, şairi Cənnətə apara bilməz. Şairlərin əbədiyyət Vətəni Allah dərgahına qovuşmadır, Məkanı isə Cənnətdir. Musa Yaqubun o ilahi ovqatlı poeziyasını oxuyanda yalnız belə düşündüm.

Biz sentyabrın 7-də görüşdük. O, diktofonla gəlmişdi. – Allahverdi, - dedi. – Yadigar verirəm. Heç qutunu açmamışam. Və səliqəylə diktofonu çıxardı. – Söhbətə başlayaq. Taledir, qoy yadigar qalsın… Biz, daha doğrusu, mən ürəyimdə saxladığım bəzi məsələlərin cavabını alırdım.

Beləcə iki saatdan çox lent söhbətimizi öz «yaddaşında» əbədiləşdirdi. Nə yaxşı oldu bu. – Ürəyimdə pıçıldadım. Səs yaddaşı. Haçansa səslənər, bir xatirə sevinciylə. Heyif ki, qəmi daha çox olacaq və ürəklərinnən keçəcək: Bu insanlar vardı dünyada, yaşadılar, səslərini yadigar qoyub köçdülər, durnalarsayağı…

Müsahibədən fraqmentləri yazıya aldım, öz istəyimlə, öz ovqatımla. Və sonra Musa Yaqubun «səyyar arxivi»ni yır-yığış elədim, sahmanladım. Axı, əmanət vermişdi, buna də xəyanət olmaz. Bircə foto-şəkilləri ayırdım, ikimiz seçək, hansı məsləhətsə kitaba daxil edərəm, çox yox – beş-onunu! Bu «Son söz» – belə demək istəyirəmsə – mənim ruhumun, təfəkkürümün, həzzalmamın (şeirdən, incəsənətdən) heç də qocalmadığını əyaniləşdirdi. Bəs qocalan kimdir – hansı vücuddur? Suala hər müdrik cavab tapmır, əgər özü qocalmayıbsa, o, cavablandırar. Bunları fikirləşdikcə Roma filosofu Senekaya (e.ə. 106-43) gedib çıxdım. Onun qocalar barədə maraqlı, inandırıcı kəlamlarını bir də oxudum. O, qocalığı reallaşdıran səbəblərə şübhə ilə yanaşır və dörd səbəb gətirir: yaradıcılığa maneçiliyini; insan bədəninin səmərəsizliyini; həzzlərdən məhrumetməni və ölümə yaxınlaşdırmanı. – Seneka sonuncuda xeyli düşünür, xəyala dalır və susur. Qocada(lar) üç cəhəti də unutmur: Müdriklik, nüfuz və qərar – bunlara – dəyərlərə malik olur. Paradoks səslənməz, Musa Yaqub və Allahverdi Eminov yaşımızın müəyyən «nöqtəsi»ndəyik. Şair unikal (misilsiz) şeirlər qələmə alır, ədəbiyyatşünas isə tədqiqat aparır, qalın kitablar yazır. Məntiqlə O da, Mən də bu dünyanın nemətlərindən (yaradıcılıq ən böyük dəyərdir) həzz alırıq və bunu hələ ki, bacarırıq. Siseron deyirdi ki, həzzdən məhrum olmaq – Vətənə xəyanətdən tutmuş hər cür cinayətə səbəbdir. Deməli, bizi qarşıda yeni yaradıcılıq həzzi gözləyir. Həzz isə fəzilətli adamlara qismətdir, təmənnasızlıqdır. Qarşına qoyduğun məqsədi, vəzifəni yerinə yetirməkdir. Şair Musa Yaqub öz poetik yaradıcılığından ruhən, mənən faydalanır, bunu borc bilir və Allahın şeir payını qəbul edir.

Ədəbiyyatçı Allahverdi Eminov elmi və pedaqoji yaradıcılığından qəlbən, ruhi enerjiylə faydalanır, müasirləri barədə, hansı ki, onların şəxsiyyətlərinə dərin hörmət bəsləyir – kitablarını qələmə alır.

Mən sözümü məşhur fransız filosofu Holbaxın müdrik kəlamı ilə bitirəcəyəm:

– Fəzilət – pis əməllərdən çəkinməkdən, hər kəsə öz xidmətinə görə haqq verməkdən, xeyir iş görməkdən, başqa adamların xoşbəxtliyinə çalışmaqdan, başqa adamlara yardım etməkdən ibarətdir. Ancaq o adama fəzilətli demək olar ki, o, cəmiyyətin xeyirinə, xoşbəxtliyinə və təhlükəsizliyinə kömək edir.


07.09–11.10.09.

MÜNDƏRİCAT



1. 3

MÜHİTİN RƏNGİ: 3

YOLLAR GERİ QAYIDIR 3

2. 45


YARADICILIQ ƏZABI: 45

POEZİYANIN ÇƏTİN YOLU 45

3. 93

ESTETİK İDEAL: 93



ZAMANIN SÖZLƏ VURUŞU 93

4. 163


TƏBİƏTİN GÖRÜMÜ: 163

DUYUMUN QAVRAMANIN FƏLSƏFƏSİ 163

5. 222

ŞA­İR­LİK İD­Dİ­A­SI: 222



ŞE­İ­RİN DƏ­QİQ­LİK ƏLA­MƏT­LƏ­Rİ 222

6. 265


"İKİ QƏLB, İKİ DÜN­YA": İLK 265

PO­E­MA­SI VƏ BAŞ­QA­LA­RI 265

7. 286

RUHİ TƏZAHÜR: 286



ŞEİRİN HƏQİQƏT AXTARIŞI 286

Əlavələr 302

SON SÖZÜN YERİNƏ 321

MÜNDƏRİCAT 327





Nəşriyyatın direktoru – prof. Telman CƏFƏROV

Nəşriyyat redaktoru – Əliş AĞAMİRZƏYEV

Səhifələnmə və üz qabığının işlənməsi – Mətanət QARAXANLI

Operator – Sabirə İSRAFİLOVA

Çapa imzalanıb: 22.02.2010.

Format: 60x84 1/16. Ofset çap. Kağız ofset. Qarnitur: Times.

Həcmi: 19,5 ç.v. Tiraj: 500. Sifariş № 17.



Qiyməti müqavilə ilə.





1 Бах: Вагиф Йусифли. Йахшы ки, сян варсан. Б. 2007.

2 Мярщум академик Щясян Ялирза оьлу Ялийев бир дяфя «Маариф» няшриййатында мян ишляйяркян йаныма эялмишди. Гумруну пянъяря юнцндя эюрдц вя деди ки, бу гушлары хариъдян Бакыйа юз тяшяббцсцмля эятиздирмишям. Гой чохалсынлар, чохалыб да…

3 Муса Йагуб: Бир сим цстя, Бакы, 1983, сящ. 7-8.

4 Бах: «Азярбайъан» журналы, 2009, 2. сящ. 4.

5 Йеня орада, сящ. 5.

6 Мейлах Б. Художественное мышление Пушкина, как творческий процесс. М.-Л., 1962, сящ. 8.

7 Толстой Л. Полное собрание сочинений. М., 1954, сящ. 149.

8 Мигел де Умануно. Назидательские новеллы. М.-Л., 1962, сящ. 113-114.

9 Коган М.С. Лекции по марксистско-ленинской эстетике. М.-Л., 1971, сящ. 271-278.

10 Бах: «Вопросы литературы»,. № 2, 1961, сящ. 37.

11 Горки М. Ядябиййат щаггында, Б. 1950, с. 108.

12 Бах: «Заман» гязети. 7-9 феврал, 2009.

13 В.Г.Белински. Рус классикляри щаггында, Б. 1954, сящ. 341.

14 Добролювбов Н.А. Темное чарство, М., 1946. сящ.

15 Павлов И.П. Полное собрание сочинений. М., 1951, III ъ. с. 213.

16 Вагиф Йусифли. Йахшы ки, сян варсан, Б. 2007, с. 41.

17 Шеир барядя йухарыда данышмышыг.

18 Щаъыйев Аббас. Сяняткарын йарадыъылыг фярдилийи. Б. 1990. с. 44.

19 Копнин П.В. Диалектика как логика и теория, М. 1973, с. 280.

20 Добролюбов Н.А. Изб. Соч. М., 1947, с. 46.

21 Щаъыйев А. Сяняткарын йарадыъылыг фярдилийи, Б. 1990, с. 56.

22 Борев Й. Естетика, Б. 1980, с. 143.

23 Максим Горки. О литературное технике. Собр. Соч. М. 1953, с. 333.

24 Буало. Поезийа сяняти, Б. 1974, с. 79.

25 Чернышевски Н.Г. Сянятин варлыьы естетик мцнасибятляри, Б. 1956, с. 98.

26 Чернышевски Н.Г. Эюстярилян ясяри, с. 110.

27 Л.Н.Толстой. О Литературе. М., 1955, с. 286.

28 Бах: Бочаров А. Требовательная любовь. Консепсия личности в современной советской прозе. М., 1977, с. 6.

29 К.А.Тимирйазев. Сечилмиш ясярляри (русъа), I ъ, М., 1957, с. 426.

30 Бах: «Азярбайъан» ж. 1998, 10, сящ. 169.

31 Салманов Шамил. Поезийа вя тянгид, Б. 1987, сящ. 57.

32 Бах: «Азярбайъан» ж. 1980, 8.

33 Бах: «Шящрийар» г. 26.01.1995.

34 Салманов Шамил. Поезийа вя тянгид, Б. 1987, сящ. 81.

35 Мяммядов Худу. Гоша ганад, Б. 1974.

36 С.Я.Хамнеи. Щцняр. «Шящрийар» г. 26.01.1995.

37 Багритски Е. Стихи и поемы, М., 1965, с. 15.

38 Бах: «Ядябиййат вя инъясянят» г. 1967, № 30 (1439).

39 Арис­то­тел. По­е­ти­ка. Б. 1974.

40 Ъаб­ба­ров Х.М. Ся­нят­кар, сюз, цс­луб, Б. 1993, с. 6.

41 Ти­мо­фе­ев Л.И. Ос­но­вы те­о­рии ли­те­ра­ту­ры, М., 1966. с. 350.

42 Еми­нов А. Ся­мяд Вур­ьу­нун по­е­ти­ка­сы, Б. 1999, с. 144.

43 Бах: Гу­ли­йев Тяр­лан, Мц­а­сир ше­и­ри­миз­дя га­фи­йя, "Шящ­ри­йар" г. 11 ийул 1996.

44 Йе­ня щя­мин мя­га­ля­дя.

45 Ахун­дов Аьа­му­са. Ди­лин ес­те­ти­ка­сы, Б. 1985, с. 201.

46 Ахун­дов Аьа­му­са. Эюс­тя­ри­лян яся­ри, с. 205.

47 Яли­бяй­за­дя Е.М. Ядя­би шях­сий­йят вя дил, Б. 1982, с. 19.

48 Яли­йев Са­бир. Фц­зу­ли­нин по­е­ти­ка­сы, Б. 1986, с. 83.

49 Бах: "Ядя­бий­йат" гя­зе­ти, 1934, 10.02. N4.

50 Бах: Низамяддин Мустафа. Биз неъя йазырыг. «Ъащан» журналы, Б. 1997, йанвар-март.

51 Мцсащибядян фрагментляр.

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə