Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə11/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13
6.

"İKİ QƏLB, İKİ DÜN­YA": İLK

PO­E­MA­SI VƏ BAŞ­QA­LA­RI



Bu po­e­ma­nın ya­ran­ma­sı, xü­su­si­lə, nəş­ri ba­rə­də oxu­cu­la­ra mə­lu­mat ver­miş­əm. Ya­ra­dı­cı­lıq alə­min­də xe­yir­xah­lar və bəd­xah­lar da­i­ma olur; bəl­kə də bu "qo­şa­lar"sız Söz və Sə­nət adam­la­rı rə­qib hiss et­məz­di­lər, da­ha yax­şı yaz­maz­dı­lar. Şa­ir Mu­sa Ya­qub o söz xi­ri­da­rı­dır - ona yax­şı­lı­ğı ke­çə­ni da­i­ma yax­şı­lıq­la xa­tır­la­yır. Be­lə ki, ki­tab­la­rı­nın bə­zi­lə­ri­nə yaz­dı­ğı "ön söz"lər­də bu­nu eti­raf edir. Və bu şəx­siy­yət­lə­rin ad­la­rı­nı çə­kir...

Hər bir əsə­rin (po­e­ma­nın, dra­mın və s.) ya­ran­ma ta­rix­çə­si­nin so­si­al və psi­xo­lo­ji sə­bəb­lə­ri yox de­yil. Bə­zən sə­nət, qə­ləm dos­tu möv­­zu­nu əta elə­yir, bə­zən də fi­kir­də və ürək­də cü­cə­rir, nə­ha­yət, ha­si­lə gə­lir. Tə­bii ki, hər iki hal­da mə­su­liy­yət ya­ra­dı­cı­lı­ğın mü­hüm kom­po­nentlə­ri­nin: tə­xəy­yül - il­ham - mü­şa­hi­də - ira­də və sa­i­rin üzə­ri­nə dü­şür. Xü­su­si­lə, bu iş­də po­e­zi­ya di­gər­lər­in­dən kök­lü hal­da fərqlə­nir. Mu­sa Ya­qub İs­ma­yıl­lı­nın Buy­nuz kən­din­də mü­əl­lim iş­lə­yir və mək­təb­dar­lıq­la məş­ğul­dur­sa, özü­nün için­də şe­ir mis­ra­la­rı­nın pı­çıl­tı­sı­nı güc­lə eşi­dir­di­sə... bu cür po­e­ma qə­fil­dən ya­zı­la bil­məz­di. Hər­çənd, şa­ir bu "pro­se­si" şərh et­mir, hər hal­da po­e­tik yad­da­şın­da qo­ru­yur...

Mu­sa Ya­qu­bun po­e­zi­ya­sı­nın bə­zi mə­qam­la­rı­na (bir təd­qi­qat­çı­nın işi de­yil; sə­mi­mi eti­ra­fım­dır) to­xu­nan­da, ya­ra­dı­cı­lıq pro­se­si­nin qı­sa və uzun mər­hə­lə­lə­ri­ni tə­səv­vü­rü­mə gə­ti­rir­dim. Mü­əl­li­fin özüy­lə söh­bət­lə­rim­də bə­zi ma­raq­lı nü­ansla­rı du­yur­dum. "İki qəlb, iki dün­ya" po­e­ma­sı 20-21 yaş­lı gənc üçün sa­də ba­şa gə­lə bil­məz­di. Və bə­da­hə­tən də ya­zıl­maz­dı. O vaxt 1956-cı il­də SSRİ-də gənclə­rin Ümum­dün­ya fes­ti­va­lı ke­çi­ril­di, Sta­li­nin boz şi­ne­li­ni yır­tıb çıx­mış So­vet dün­ya­sı­nı, onun re­ji­mi­ni və adam­la­rı­nı xa­ri­ci­lər can­lı ola­raq gör­dü­lər. Mə­nə elə gə­lir, SSRİ-nin da­ğıl­ma­sı­nın baş­lan­ğı­cı bu ge­niş ha­di­sə­dən son­ra baş­la­dı: ya­lan-pa­lan­lar üzə çıx­dı. Bü­tün öl­kə­lə­rin gənclə­ri bir­ləş­mək, ün­siy­yət ya­rat­maq hə­və­si­ni bü­ru­zə ver­di­lər. Bəs rus döv­lə­ti­nin, rus im­pe­ri­ya­sı­nın "Gü­lüs­tan" və "Türkmən­çay" mü­qa­vi­lə­lə­ri­nin bir mil­lə­ti, bir məm­lə­kə­ti iki ye­rə, iki cəb­hə­yə ayır­ma­sı dər­di nə de­yir­di? Gü­ney və Qu­zey Azər­bay­ca­nı­nın azə­ri-türk oğ­lan və qız­la­rı nə vaxt gö­rüş­mə­liy­di­lər, se­viş­mə­liy­di­lər?! Mə­sə­lə o idi, B.Va­hab­za­də is­tis­na olmaq­la ("Gü­lüs­tan" po­e­ma­sı­nı nə­zər­də tu­tu­ram), po­e­zi­ya­mız­da bu bə­şə­ri möv­zu­ya sanballı əsər həsr edil­mə­miş­di! La­kin 40-50-ci il­lər­də Xalq şa­i­ri Sü­ley­man Rüs­təm bu möv­zu­da ən də­yər­li şe­ir­lə­ri­ni: "Təb­ri­zim", "İki sa­hil", "On ikin­ci tü­fəng" və sa­i­ri qə­lə­mə al­dı və bir top­lu­da: "İki sa­hil" ki­ta­bın­da - ən yük­sək Döv­lət mü­ka­fa­tı­na la­yiq gö­rül­dü. Mu­sa Ya­qub So­vet ide­o­lo­gi­ya­sı­nın tüğ­ya­nın­da bu tay­lı və o tay­lı gənclə­rin gö­rü­şün­dən bəhs edən bir po­e­ma­nı or­ta­ya çı­xar­dı. Bu­nu da nə­zər­dən qa­çır­ma­ma­lı­yıq: Bir kənd mü­əl­li­mi Mu­sa Ya­qub son də­rə­cə o dövr üçün (bu gün də) xa­rak­te­rik olan, po­e­tik sə­ciy­yə­li po­e­ma­nı əl­yaz­ma şək­lin­də (!) "Azər­bay­can gənclə­ri"nə gön­dər­di... və nə­ha­yət, nəş­ri­ni gör­dü...

Mən da­ha bir mə­sə­lə­yə - ya­ra­dı­cı­lı­ğın do­lam­bac­la­rı­na to­xun­maq is­tər­dim ki, şa­ir o qə­dər də sa­də­lövh, otur­dum yaz­dım, dəf­tə­rə bir­ba­şa kö­çür­düm və ila­xır si­tu­a­si­ya­la­rı ya­şa­­mır - ta­ma­mi­lə səhv nə­ti­cə­dir; po­e­zi­ya­nın qey­ri-adi, müb­həm "oyun­la­rı"na tab gə­tir­ir. Bax, oxu­cu­lar bu­nu da bil­mə­li­di­. Be­lə və­ziy­yət yal­nız Mu­sa Ya­qub üçün sə­ciy­yə­vi ol­ma­mış­dır. Dün­ya Söz xi­ri­dar­la­rı­nın ya­şa­dıq­la­rı hisslər də kompleksli­dir. Ki­ta­bım­da vur­ğu­la­dı­ğım ki­mi, ya­ra­dı­cı­lıq psi­xo­lo­gi­ya­sı haq­qın­da mü­əl­lif­lər nə­dən­sə re­al, tə­bii ya­şan­tı­la­rı­nı qə­lə­mə al­mır­lar... Mən məş­hur rus şa­i­ri Mi­xa­il Zaş­şen­ko­dan - nü­mu­nə50 gə­ti­rə­cə­yəm (qoy, ba­rı, mü­a­sir­lə­rim bir nə­ti­cə çı­xar­sın­lar). M.Zoş­şen­ko, hər­çənd, instinktiv (bu, bir sta­di­ya­dır) pro­ses­dən da­nı­şır. Bu an­lam ge­niş­dir, mən­cə, əha­tə­li­dir. M.Zoş­şen­ko ya­zır: "Bü­töv ya­ra­dı­cı­lıq pro­se­si qey­ri-adi şə­kil­də tez və de­mək olar ki, hə­mi­şə instinktiv baş ve­rir. Mən iki ya­ra­dı­cı­lıq üsu­lun­dan is­ti­fa­də edi­rəm. Bi­rin­ci hal­da il­ha­mım gə­lir və mən ya­ra­dı­cı gər­gin­lik­lə iş­lə­yi­rəm. On­da iş tez, dü­zə­liş­siz ge­dir. Bü­töv kom­po­zi­si­ya, plan san­ki öz-özü­nə ya­ra­nır. İkin­ci hal­da il­ham­sız, yə­ni tex­ni­ki vər­diş­lə ya­zı­ram. Bu cür iş üsu­lun­da adə­tən, bi­rin­ci hal­da instik­tiv ye­ri­nə ye­tir­di­yim iş­lə­ri şü­ur­lu şə­kil­də gör­mə­li olu­ram... Mən öz qəh­rə­man­la­rı­mı eşi­də bil­mi­rəm, on­la­rın iyi­ni ala bil­mi­rəm. Mən on­la­rı sa­də­cə gö­rü­rəm..."



"İki qəlb, iki dün­ya" po­e­ma­sın­da epik­lik güc­lü ol­sa da, M.Ya­qub gə­lə­cək is­te­da­dı­nın ilk mes­sa­jı­nı ver­mə­yi ba­car­mış­dı: Əsə­rin qəh­rə­ma­nı tar­zən Azad­dır. Bu ca­van Moskva­ya - fes­ti­va­la dü­şür. Şa­ir əv­vəl­cə Ba­kı­nı, onun oya­nı­şı­nı, iz­di­ha­mı­nı tə­rən­nüm edir, ro­man­tik dil­lə. Bu şə­hər­də hey məşqlə məş­ğul olan ni­ga­ran Aza­dı. Şa­ir qa­ta­rın yo­la düş­mə­si­ni li­rik ton­da, di­na­mik ve­rir. Bir ha­şi­yə də ola bi­lər sö­züm: Po­e­ma­nı oxu­yan­da qə­ri­bə­dir, əl­li ilin tə­əs­sü­ra­tı qoy­nu­na al­dı mə­ni: Çap edil­di­yi qə­ze­ti stan­si­ya­ya (Qır­mı­zı­kən­də) Ba­kı-As­ta­ra qa­ta­rı gə­ti­rir­di. Poç­tal­yon sa­rı­şın, sağ­lam gəncdi. Ka­ğız ban­de­ro­la bü­kül­müş qə­zet­lə­ri çı­xa­ran­da, bi­rin­ci mə­nə ve­rir­di. Bə­zi­si­ni stan­si­ya alır­dı, bə­zi­si­ni isə: - Al­lah­ver­di, bax, on-on beş də­qi­qə vax­tım var, - de­yir­di. - Mən də və­rəq­lə­yir­dim, "Azər­bay­can gənclə­ri"nə özüm abu­nə­çiy­dim. Po­e­ma­nı gö­rən­də se­vin­dim, bir də ona gö­rə ki, im­za məş­hur de­yil­di. Ötə­ri yu­xa­rı­da xa­tır­la­mı­şam... Qa­tar­la­rı hər gün gö­rür­düm, də­mir­yol­çu atam, qar­da­şım, da­yım hə­min stan­si­ya­da iş­lə­yir­di­lər. Bu sər­ni­şin qa­ta­rın­da ilk də­fə Ba­kı­ya get­di­yi­mi də unut­ma­mı­şam. Te­le­vi­zor yo­xuy­du, ra­di­o­muz ("Ro­di­na") hər gün Moskva fes­ti­va­lın­dan da­nı­şır­dı, qə­zet­lər mə­qa­lə­lər-fo­to­lar ve­rir­di. Bu mis­ra­la­rı oxu­dum:
Ar­tıq vaxt ye­tiş­di, fit ver­di qa­tar,

Gənclər do­luş­du­lar sıx va­qon­la­ra.

Yer­də­ki ta­nış­lar, yer­də­ki dostlar,

Gül-çi­çək dəs­tə­si at­dı on­la­ra.

Nə­ha­yət, tər­pən­di qa­tar ye­rin­dən

Ürək­lər tə­ləs­di, vaxt da da­ral­dı...
Son­ra Mu­sa Ya­qu­bun öz qəh­rə­ma­nı­na ri­cət­lə­ri, "təq­di­mat­la­rı" baş­la­yır:
Qa­tar yol­da qal­sın... Vax­tı­dır ar­tıq

Mən də nə­fəs alım, din­cə­lim bir az.

Çün­ki qa­ta­rı­mın keç­di­yi yo­llar

Nə nəz­mə əl ver­məz, nə şe­rə sığ­maz.

Yox, yor­ğun de­yi­ləm, po­lad­dır ürək,

Kön­lü­mün evi­ni dağ­lar da yıx­maz.

Bir eşqlə baş­la­dım bu das­ta­nı mən,

Di­lim bir miz­rab­dır, ürə­yim­sə saz.
Bir ha­şi­yə çı­xım: M.Ya­qu­b və M.Ya­qub­dan son­ra be­lə əsər­lər ya­zı­lır­dı­sa müt­ləq So­vet hö­ku­mə­ti, onun pay­tax­tı Moskva, rus xal­qı və sa­ir mə­sə­lə­lər ge­niş vü­sə­ti­ni tap­ma­lıy­dı. Gü­man ki, bir gənc, sa­rı­şın rus qı­zı­nı bir azə­ri-türk oğ­lu sev­mə­liy­di (bə­zi ki­no-filmlə­ri­mi­zin Na­ta­şa­la­rı ki­mi). Mu­sa Ya­qub isə bə­zi yer­lər­də Moskva­nın adı­nı çə­kir, qu­ru­lu­şu təq­dir edir və bu mə­qam­lar da inan­dı­rı­cı­dır. Cə­nu­bu­mu­zun - o ta­yı­mı­zın ün­va­nı­na xoş ol­ma­yan (sen­zu­ra­nın­sa xo­şu­na gə­lən) söz­lər iş­lət­mir, bə­la­ğə­tə yol ver­mir. Saf və­tən­pər­vər­lik duy­ğu­lu hisslə­ri ve­rir. Azad­la Gül­şə­nin ün­siy­yə­tə ça­ğı­rış not­la­rı tə­bi­i­dir:
Gör­dü ki, bir gö­zəl du­rub aram­sız

Giz­lin­cə, giz­lin­cə düz ba­xır ona.
Gö­rə­sən har­dan­dır bu na­zə­nin qız,

Be­lə diq­qət edir Ba­kı oğ­lu­na?
Adek­vat ola­raq qı­zın da hisslə­ri tə­bi­i­dir:
Qız ba­xır Aza­da ba­yaq­dan bə­ri,

Elə bil bu oğ­lan ona ta­nış­dır.

Bəl­kə də, bəl­kə də on­un göz­lə­ri

Heç kə­sə bu sa­yaq zil bax­ma­mış­dır.
M.Ya­qub po­e­ma­da Azad-Gül­şən xət­ti­nin təs­vi­rin­də tə­rən­nü­mün psi­xo­lo­ji mə­qam­la­rı­na həs­sas­dır, zə­rif tel­lə­ri tu­tur.
Qəl­bin­də dü­şün­dü: "Qoy ba­xım bir az

Doğ­ru­dan o göz­lər mə­na­lı bax­dı.

Kim de­yir ba­xı­şın mə­na­sı ol­maz,

Si­nəm­də gül aç­dı bu sə­hər vax­tı..."
Azad Gül­şən­lə Təb­riz ba­rə­də söh­bə­tin­də Ba­kı­nın, Qu­zey­də­ki biz­lə­rin ana­dil­li şə­hə­rin farsdil­li mə­ka­na çev­ril­mə­si­ni unut­ma­dı­ğı­nı bil­di­rir. Və bu da bir hə­qi­qət­dir. Doğ­ma di­lin­də bir mək­tə­bi, mət­bu or­qa­nı ol­ma­yan azə­ri-türklə­ri­nin acı­na­caq­lı hə­ya­tı­dır, heç bir şi­şirtmə­yə yol ver­mə­miş­dir; xü­su­si­lə ay­rıl­maq mə­sə­lə­si­ni:
- Yox, Gül­şən, unut­maz qar­daş ba­cı­nı,

Bi­zə də bu hic­ran ta­nış­dır, ta­nış.

Nə za­man Təb­ri­zin eh­ti­ya­cı­nı

Ba­kı hiss elə­yib mə­yus ol­ma­mış?

- Dərd ye­nə o dərddir, hic­ran o hic­ran,

Zül­mət o zül­mət­dir, döv­ran o döv­ran.
Mu­sa Ya­qub hər iki gən­cin ay­rı­lıq də­qi­qə­lə­ri­ni po­e­tik ov­qat­la təs­vir edir, oxu­cu­da həs­rə­tin ağır­lı­ğı adi­ləş­mir, qə­rib­li­yə apa­rır.
...Bi­zim bu mü­qəd­dəs söh­bə­ti­miz­də

Ay­rı­lıq kəl­mə­si kaş ol­ma­yay­dı...

Do­lan­sa həf­tə­lər, il­lər doğ­ru­dan

İnan ki, ürə­yim unut­maz sə­ni. -

De­yib bu söz­lə­ri da­yan­dı Gül­şən

Saç­la­rı pə­ri­şan, üzün­də tə­laş,

Ürə­yə od sa­lan qa­ra gö­zün­dən

Ax­dı ya­na­ğı­na iki dam­la yaş...
Bu ay­rı­lı­ğa şa­ir də tab gə­tir­mir; onun qəh­rə­man­la­rı bir-bi­ri­ni tərk edə­cək­dir, gö­rən on­la­ra gö­rüş­mək bir də qis­mət ola­caq­mı? Bu hisslər­dən ya­rım əsr öt­müş­sə, fə­qət, fə­qət... Şa­i­rin ri­ca­sı, bəl­kə də yal­va­rı­şı­dır:
Azad, Gül­şə­nə bax, aman, aman­dır

Son də­fə, son də­fə əl ve­rib on­lar,

Süz­dü­lər, süz­dü­lər bi­ri-bi­ri­ni,

Dostlar, bu anın da bir alə­mi var,

Yox, aça bil­mi­rəm onun sir­ri­ni...
"İki qəlb, iki dün­ya" po­e­ma­sı­nın bə­dii-məz­mun mə­ziy­yət­lə­rin­dən da­nış­maq o ba­xım­dan la­zım gə­lir - gənc şa­ir ca­ri (o döv­rün) si­ya­sə­tin "si­ya­sə­ti­ni" bil­mə­miş­dir is­ra­rı düz­gün olmaz­dı. Çün, Mu­sa Ya­qub pe­da­qo­ji təh­sil­liy­di, kənd mək­tə­bin­də dərs de­yir­di. Bə­li, eləy­di, am­ma: Bi­rin­ci­si, ya­ra­dı­cı­lıq pro­se­si sa­vad­dan ön­cə (da­ha çox) is­te­da­da, özü də fit­rə­tən qa­bi­liy­yə­tə əsas­la­nır (gü­və­nir). İkin­ci­si, şəx­siy­yə­tin çöv­hə­rin­də olan və­tən, tor­paq mə­həb­bə­ti­nə. Bu iki mə­nə­vi-so­si­al də­yər bir­ləş­məz­sə, heç nə ya­ra­na bil­məz. Mu­sa Ya­qub re­al Moskva fes­ti­va­lın­dan son­ra al­dı­ğı tə­əs­sü­rat, faktlar və s. onun "Cə­nub həs­rə­ti" his­si­ni da­ha da zən­gin­ləş­dir­di, şa­ir­li­yin­də tə­za­hü­rü­nü tap­dı. Cə­sa­rət gös­tər­di, risq et­di. Ola bil­sin, po­e­ma çap olun­maz­dı, ona elə kəs­kin, ruh­dan­sal­ma ca­vab ve­rər­di­lər, şe­i­rin bir­yol­luq da­şı­nı atar­dı. Az­mı be­lə is­te­dad­lar olub - han­sı­sa bir haq­sız tən­qid­dən nə­in­ki sə­nət­lə məş­ğul ol­muş­lar, öz­lə­ri­ni in­ti­har et­miş­lər! Mu­sa Ya­qub ikin­ci yo­lu seç­məz­di, bi­rin­ci yo­la ita­ət edər­di. İti­rən isə po­e­zi­ya­mız olar­dı! Üçün­cü­sü, mət­bu­at­da ilk qə­ləm təc­rü­bə­si məhz po­e­ma ol­du və bu, mü­əl­li­fi­nin üzə­ri­nə qey­ri-adi mə­su­liy­yət qoy­du: "Olum, ya ölüm" - Şekspir­sa­ya­ğı di­lem­ma! Və "Olum" qis­mə­ti­nə düş­dü. Dör­dün­cü­sü, bu po­e­ma po­e­zi­ya­ya han­sı "ba­qaj"la, han­sı "üs­lub­la", han­sı is­te­dad­la gə­lən (və gə­lə­cək) bir şa­i­rin po­ten­si­a­lı­nı son­ra­lar han­sı is­ti­qa­mət­də ge­də­cə­yi­ni mü­əy­yən­ləş­dir­di. Az­mı faktlar var - po­e­zi­ya­ya yax­şı gə­lir, gö­zəl şe­ir­lər ya­zır - son­ra ba­car­mır yaz­ma­ğı və "vər­diş şe­ir­lə­ri­ni" (ifa­də bi­zim­dir) qə­lə­mə alır. Be­şin­ci­si, po­e­tik (po­e­zi­ya mə­na­sın­da) cə­sa­rə­ti­ni ya­ra­dı­cı­lıq kre­do­su­na çe­vir­di və "çev­ril­mə­di"... Bu so­nun­cu proq­no­zum üzə­rin­də da­yan­maq is­tər­dim po­e­tik ya­ra­dı­cı­lıq ba­xı­mın­dan: Mən xey­li pa­ra­lel­lər apar­dım, tu­tuş­dur­ma­lar et­dim. Mu­sa Ya­qu­bun fit­rə­tin­dən gə­lən il­ha­mı­nın tap­dı­ğı və çə­kib gə­tir­di­yi ob­raz­lar, epi­tet­lər, tə­bii qa­fi­yə­lər, mə­caz­lar və sa­i­rin izi­nə düş­düm. Be­lə bir qə­na­ət nik­bin­lik do­ğur­du. Bu əl­li ilin po­e­tik yü­kü­nün ağır­lı­ğı əs­la onun çi­yin­lə­rin­də çat aç­ma­dı, il­ha­mı sən­gi­mə­di. Be­lə ya­ra­dı­cı­lıq xoş­bəxt­li­­yi hər şa­i­rin ta­le­yi­nə düş­mə­miş­dir. "İki qəlb, iki dün­ya" po­e­ma­sın­­dan (1958):
Yox, tar­sız, ka­man­sız ol­sa da dostlar

O, sus­mur qəl­bin­də hə­vəs var nə­dir?

Din­lə­yin, sə­sin­də bir yük­sə­liş var,

Onun hə­yat yo­lu nəğ­mə­sin­də­dir.
Mu­sa Ya­qub po­e­zi­ya­nın möv­zu əha­tə­si ba­rə­də ar­tıq da­nış­mı­şıq və ye­ni­dən qa­yıt­ma­ğa eh­ti­yac gör­mü­rəm. Söh­bət "po­e­ma" jan­rın­dan ge­dir tə­bii ki: şa­ir mə­lum po­e­ma­dan son­ra təx­mi­nən ona qə­dər li­rik, sü­jet­li po­e­ma­lar qə­lə­mə al­mış­dır. ki­tab sta­tis­ka­sı­na gö­rə il­ki­nin­dən son­ra "Hər mək­tub­dan bir sə­tir"də 416-cı Ta­qan­roq di­vi­zi­ya­sı­nın dö­yüş­çü­sü, igid Va­hab Qa­sı­mo­va həsr olun­muş­dur. Li­rik tə­əs­sü­rat, qəh­rə­ma­nı­na üz tut­ma­sı və bir ana ob­ra­zı ya­na-ya­na təs­vir edil­miş­dir. Əs­gər­lə­rə - cəb­hə­də hə­lak olan­la­ra göz ya­şı axıt­ma­yan ana, ba­cı... hön­kür­tü­sü­nü xə­ya­lən eşi­di­rik. Bu ca­van­la­rın nəy­di gü­na­hı? Bu gü­nü­müz­də o mən­zə­rə­ni xa­tır­la­yan­da özü­müz­dən so­ru­şu­ruq: Rus tor­pa­ğı mə­gər Və­tə­ni­miz­di? Can-baş­la vu­ruş­du­lar. Axı, bi­zim Qa­ra­bağ ki­mi mü­ha­ri­bə oca­ğı­mız var! Nə qə­dər Va­hab­lar ora­da şə­hid­ləş­di­lər, ad­sız qə­bir­lə­ri qal­dı düş­mən nə­za­rə­tin­də. Şa­ir ahı bu ob­ra­zın yox, elə Mu­sa Ya­qu­bun ağ­rı­sı­dır:
Ana,

Qon­şu­muz da ya­dın­da­mı

Bir ca­van öl­müş­dü, bir ca­van.

Hə­min gün ağ­la­maq­dan

Ne­çə ana düş­dü can­dan.

Bi­lin­mə­di o ca­va­nın

Kim­dir dos­tu, kim­dir ya­rı.

Ha­mı bir cür sı­zıl­da­dı,

Ha­mı bir cür yan­dı, yan­dı

Ba­cı­la­rın saç­la­rı­nı yol­du kə­dər...
Mu­sa Ya­qu­bun "Bu mə­həb­bət ya­şa­dar mə­ni" po­e­ma­sı (1969) qa­dın sev­gi­si­nin səh­vin­dən do­ğan iz­ti­rab­lar­dan da­nı­şır – Ai­lə: Qa­dın-Uşaq-Ər "üç­lü­yü" po­e­zi­ya­da ye­ni de­yil, la­kin bu əsər­də biz Sər­vi­na­zın "itir­di­yi" əri As­la­nın öz doğ­ma ba­la­sı­nı ata­lıq qı­na­ğın­dan xi­la­sı sü­jet xət­tə kə­nar­dan da­xil olur. Mu­sa Ya­qub oxu­cu­su­nu "yor­ma­maq", in­sa­nın tə­bi­ə­tin qoy­nun­da do­ğul­ma­sı, ya­şa­ma­sı­nı və bu sə­a­də­tin bir gün iti­ril­mə­si­ni hə­zin, köv­rək not­lar­la tə­rən­nüm edir; bəl­kə də oxu­cu­su­nu sa­kit­ləş­di­rir ağac, çi­çək, bu­daq, yar­paq ob­raz­la­rı­nın ahən­giy­lə. Sər­vi­naz su­rə­ti­nə mən kin bəs­lə­mə­yə ça­lış­sam da, ürə­yim­lə ba­car­ma­dım. Bir ana səh­vi uc­ba­tın­dan "tə­zə ərə" get­mə­si­nin əza­bı­nı ya­şa­yır­sa, bir­cə qı­zı­nı dü­şü­nür­sə... ki­mdir gü­nah­kar? Ge­cə­dir, o isə yat­ma­yıb, otaq ona dar gə­lir. Adi­cə hə­nir­ti­dən qu­la­ğı sə­sə dü­şür. Bəs bu çır­pın­tı kim üçün­dür, bəl­kə əri ol­muş As­lan üçün­mü? Tə­bi­ət­də­dir ba­har; ana için­də yox.
Heç bil­mi­rəm nə dü­şü­nür, anır qa­dın,

Son­ra du­rub ağır-ağır

Pən­cə­rə­ni aç­dı ye­nə.

Ba­har ye­li ota­ğı­na

Xoş bir ətir saç­dı ye­nə.

Tez boy­lan­dı içə­ri­yə

Ne­çə bu­daq, ne­çə yar­paq,

Bir ya­sə­mən pöh­rə­si də

Pən­cə­rə­yə to­xu­na­raq

sın­dı... he­yif?

Qa­dın bu­na yan­dı - he­yif.
Mən Sər­vi­naz ob­ra­zı­nı tək­rar­sız ola­raq ərin­dən və qı­zın­dan kə­nar düş­müş ana tim­sa­lın­da gö­rü­rəm və onun hisslə­rin­də, xü­su­si­lə, ya­şan­tı­sın­da pe­şi­man­çı­lı­ğa bə­lən­miş etirafı da. Ma­raq­lı­dır, o, nə As­la­na qar­şı nif­rət bəs­lə­yir, nə də aman­sız, ko­bud əri­nə kəs­kin dur­mur. Hər ana bu­nu edəm­məz. Ona gö­rə­dir, Sər­vi­naz­da kənd tə­miz­li­yi, kənd tər­bi­yə­si var­dır. O, tə­bi­ət­lə hə­ma­həngdir­sə, gö­zəl­li­yə bi­ga­nə de­yil­sə - baş­qa ne­cə olar? Nə­va­ziş­lə yarpaq­la­ra sı­ğal çə­kir, əl­lə­rin­də dəs­tə­lə­yir. Ayın bu­lud­dan çıx­dı­ğı də­qi­qə­lər­də du­yur bu işı­ğın seh­ri­ni:
Da­ğa, da­şa nur ələ­di,

Pən­cə­rə­yə dir­sək­lə­nib yor­ğun ki­mi

Qa­dın ba­xır önün­də­ki pən­cə­rə­yə

vur­ğun ki­mi.

Xə­zəl­lə­rin üzə­rin­də

Göl­mə­çə­lər du­ru­lub­dur.

Elə bil ki, ay özü də

Bu su­la­ra vu­ru­lub­dur

Bu su­lar­da do­ğu­lub­dur...
Sər­vi­naz "qa­ra ka­ğız"a al­da­nıb ikin­ci ərə get­sə də, bir an As­la­nı­nı unut­mur; axı o, qı­zı­nın ata­sı­dır. Bir də. Bir də elat qız­la­rın­da mə­həb­bət sa­də­lövh və pak olur, ömür­lük qəlbdə qə­rar­la­şır:
Kaş ya­nım­da olay­dın sən, ay As­la­nım,

Bi­lir­sən­mi nə­lər ke­çir ürə­yim­dən, ay As­la­nım.

Ağac­la­rın çi­çək açır sə­nin üçün,

Çi­çək­lə­rin ətir sa­çır sə­nin üçün.

Yar­paq­lar da, bu­daq­lar da

"As­lan" de­yib pı­çıl­da­yır.

Sa­nı­ram ki, sən gə­lir­sən

xə­zəl­lər də aya­ğı­na do­la­şa­raq

xı­şıl­da­yır.
Ana qüd­siy­yət­li Sər­vi­naz qı­zı­nın xə­ya­lən ya­nın­da­dır. Qı­zı­na yax­şı bax­ma­ğı pı­çıl­da­yır: yor­ğan üs­tün­dən sü­rü­şər, ba­la­sı­na so­yuq də­yər. Bu xə­ya­lı ke­çi­rən­də ana­nın "do­daq­la­rı qat-qat olur"; bir də hər iki­si­nin ba­la­sı­dır. As­la­nın onu at­ma­sı­na inan­mır, bə­zən mə­həb­bət və öv­lad səhvlə­ri ba­ğış­la­yır. Bu ümid Sər­vi­na­zı tərk et­mə­miş­dir:
Gör nə qə­dər ya­xı­nıq biz,

Ay­rı­lar­mı ürə­yi­miz,

Sən nə et­din?

Yə­ni mə­ni atıb get­din?

Yox, at­maz­san,

Ürə­yi­mi qa­nat­maz­san.

Bil­sin aləm, öm­rüm bo­yu -

Mən sə­ni­nəm öm­rüm bo­yu,

Sər­vi­na­zın öz­gə­si­nin atə­şin­də

ya­nan de­yil.

İl­lər keç­sə, ay As­la­nım,

Kön­lüm sən­dən sı­nan de­yil...
Sər­vi­na­zın xə­ya­nət­dən, ya­lan­dan uzaq eti­ra­fı: "Mən sə­nin­çin ya­ran­mı­şam bu dün­ya­da". Sər­vi­naz­da kin-kü­du­rət yox­dur və As­la­nı əs­lin­də haq­lı sa­yır, pe­şi­man­çı­lı­ğı­nı qəl­bin­də səs­lən­di­rir. Sə­bir­siz­lik­dən do­ğan səh­vi üçün bu ad­dı­mı at­mış­dır, nə edə­sən, in­san hə­yat­da göz­lə­nil­məz­lik­lər­lə qar­şı­la­şır: "Mən on­da bil­səy­dim sağ­dır As­la­nım; mən səbr alar­dım dağ­la­rı­mız­dan", - pı­çıl­da­yır de­məz­dim, için­dən özü­nə ha­ray çə­kir. Mu­sa Ya­qub­da ori­ji­nal­lıq, Tə­bi­ə­tin saf­lı­ğı­na qa­yı­dış, bu pak­dıq­da yu­yun­maq, səh­vi dü­zəltmək... po­e­tik de­tal­lar­la yox, bü­töv es­te­tik ide­al­la ve­ri­lir, in­san xa­rak­te­ri­ni ta­mam­la­yır, gü­nahı­nı yu­maq­mı is­tə­yir? Ona gö­rə­mi: bu­lud­lar bu küs­kün qa­dı­nı agah elə­mə­miş, dağ­da bi­tən la­lə, göy­də ötən quş xə­bər­dar elə­mə­miş?
Mən­dən göy çə­mən­lər küs­mə­di ni­yə?

O ilk eş­qi­mi­zin şa­hi­di ol­muş

Ağac­lar yol­u­mu kəs­mə­di ni­yə?
Bir ma­raq­lı cə­hə­ti sez­dim: Mu­sa Ya­qub öz qəh­rə­ma­nı Sər­vi­na­za haqq qa­zan­dı­rır; çün o, ana­dır, bir qı­zı ana­sız bö­yü­yür, ata­sı­nın hi­ma­yə­sin­də ol­sa da, ana nə­va­zi­şi­nin, ana nə­fə­si­nin ye­ri­ni ödə­məz. Səhvlər bir-bi­rin­dən fərqli olur: xə­ya­nət­lər, ri­ya­kar­lıq­lar, qətllər və s. ba­ğış­lan­mır. Sər­vi­na­zı bu səh­və gə­ti­rən isə mü­ha­ri­bə­dir. Mü­ha­ri­bə­nin mes­sa­jı olan "qa­ra ka­ğız"dır. Sər­vi­naz ümi­di­ni itir­mir, ar­zu­su­na ina­nır. Şa­ir fəh­mi­nə haqq qa­zan­dır­maq­mı?!
Bir ana qəl­bi­ni qır­maq olar­mı?

Dün­ya­da ar­zu­suz dur­maq olar­mı?

Mə­ni bu ar­zu­lar gə­tir­miş di­lə

De­mə­yin kön­lü­mün tək həs­rə­ti var.

Qəl­bi­min atə­şi sön­mə­yib hə­lə

Or­da bir ana­nın mə­həb­bə­ti var.

Döy­sə çov­ğun mə­ni, döy­sə qar mə­ni

Elə bu mə­həb­bət ya­şa­dar mə­ni.
Mu­sa Ya­qu­bun po­e­ma­la­rın­da Tor­paq, Də­yir­man, Un, Çö­rək rəm­zi ob­raz­lar­dır. Ha­di­sə­lər məhz bu məf­hum­la­rın üzə­rin­də hə­rə­kət edir. İn­san han­sı zir­və­də, tex­ni­ka­da... du­rur­sa be­lə, onun əzə­li mə­ka­nı­na - tor­pa­ğı­na, çö­rə­yi­ni ha­si­lə gə­ti­rən də­yir­ma­na və bu qə­dim alə­tin üyüt­dü­yü una - onun işı­ğı­na qa­yıt­ma­lı­dır. "Də­yir­man" (1977), "Un işı­ğı" (1980), "Köh­nə də­yir­ma­na sö­züm" (1986) po­e­ma­la­rı bu qə­bil­dən­dir. "Köh­nə də­yir­ma­na sö­züm" po­e­ma­sı­nı bəl­kə də bu jan­ra aid et­mir­lər - na­haq. Həcmcə yığ­cam ol­sa da, də­rin mə­na yü­kü, dün­ya­nın ən bö­yük nöq­san­ların­dan bi­ri­nin rəm­zi­ləş­miş po­e­tik mo­no­lo­qu ki­mi gö­tü­rü­rəm. Əsə­rə müx­tə­lif priz­ma­lar­dan ya­naş­maq da müm­kün­dür, ədə­bi-es­te­tik zövqlə bağ­lı­dır. Bir mə­sə­lə var ki, şa­i­rin mü­ra­ci­ət ob­yek­ti ağac da, də­niz də, abi­də və sa­ir də olar­dı. Mü­əl­lif "se­çim­də" azad­dır, Mu­sa Ya­qu­bun məhz "də­yir­ma­nı" po­e­zi­ya­ya gə­tir­mə­si da­ha üs­tün ma­raq do­ğu­rur mü­qa­yi­sə­də. Də­yir­man in­san öv­la­dı ya­ra­nan­dan onun ya­şa­ma­sı üçün va­si­tə­dir. Be­lə də dü­şü­nə bi­lər­dik ki, tə­bi­ə­tin bü­tün "vintci­yi­nə" bə­ləd olan Mu­sa Ya­qub tə­bi­ə­tin can­lı pred­met­lə­ri­ni (əş­ya­la­rı­nı) də gö­tü­rər­di. Bə­li, qə­ti mü­ha­ki­mə de­yil. Al­man fi­lo­so­fu İ.Kant ya­zır­dı ki, onu hər şey­dən çox cəlb edən ba­şı üzə­rin­də­ki ul­duz­lu sə­ma­dır, da­xi­li alə­mi­in sə­si­dir, la­kin bu da­xi­li səs, bu əx­la­qi qa­nun, bu da­xi­li uni­ver­sal­lıq onun - fi­lo­so­fun hə­ya­ta ke­çi­rə bil­mə­yən bir ar­zu-is­tə­yi­dir. Də­yir­man şa­i­rin da­xi­li is­tə­yi­nin sə­si­dir ki, onun ar­xa­ik­ləş­mə­si, unu­dul­ma­sı - əgər in­san­la­ra çö­rək, ru­zu ve­rib­sə - da­xi­li əx­la­qi qa­nun­la zid­diy­yət ya­rat­mır­mı? Bu o Də­yir­man­dır:
Axır ki, ta­le­də da­yan­dı çar­xın,

Axır ki, ba­şı­na gəl­di bu oyun.

Axır ki, bir­yol­luq qu­ru­du ar­xın,

Axır bir­də­fə­lik kə­sil­di su­yun.
Də­yir­man mü­cər­rəd ob­raz­lıq­dan çıx­mış­dır. İn­san öv­la­dı ilə üz­bə­üz qal­mış­dır, da­ha hə­rə­kət­siz­dir: iş­lə­mir, su­yu kə­si­lib­dir, "çu­val-çu­val qı­zıl də­ni, do­lub bu­ra gəl­mir da­ha", "bir də ar­xa dol­ma­ya­caq, bir də no­vu ol­ma­ya­caq". Da­ha bir kim­sə­nə bu­ra ayaq aç­mır, hət­ta sa­diq də­yir­man­çı da. Bəs şa­ir mü­ha­ki­mə­si nə pı­çıl­da­yır: o adam­lar du­rur, hət­ta kənd-kənd bö­yü­yüb­dür el-oba. Tar­la-tar­la əkin­lər, süf­rə-süf­rə çö­rək də, bir ev yüz olub. Am­ma bu "ar­tı­mın" də­yir­ma­na xey­ri var­mı? Də­yir­ma­nın fa­ci­ə­si bun­dan baş­la­yır:
Bö­yü­mək­dən sə­nə nə var,

Keç­di­yi­miz kü­çə­lər­dən

Sə­nə tə­rəf ayaq açıb

Bir­cə cı­ğır gə­lir­mi heç.

Ça­yı­mız­dan

Bir­cə gi­lə, bir­cə sı­zım

Bu­ra axır gə­lir­mi de.

Də­yir­ma­nın fa­ci­ə­si! Han­sı mü­ha­ki­mə­dən ya­na­şaq? Də­yir­man­dan qi­da­la­nıb ya­şa­yan və azad­lı­ğı­na çı­xan o adam­lar üçün, o fərdlər üçün əx­la­qi də­yər hə­qi­qi öl­çü­dür­mü, yox­sa mü­cər­rəd bir şey­dir. İ.Kan­ta qa­yıt­saq: əx­laq fərd(lər) tə­rə­fin­dən unu­du­lan­da o, mü­cər­rəd­lə­şir və in­san (fərd) özəl ma­raq­la­ra, is­tək­lə­rə üs­tün­lük ve­rir(lər). İn­san xis­lə­ti bu­ra­da - Də­yir­ma­nın fo­nun­da üzə çı­xır:


Uma­cağı yox­sa əgər

Kim­di sə­nə sa­lam ve­rən,

Kim­di sə­nə di­var hö­rən.

Əri­yib o yax­şı­lı­ğın

Heç elə bil ol­ma­mı­san.

Kən­di­mi­zin bə­rə­kə­ti

Süf­rə il­ki, çö­rək il­ki

Heç da­şın da fır­lan­ma­yıb

Ol­ma­mı­san elə bil ki.
Mu­sa Ya­qu­bun Də­yir­ma­na üz tut­ma­sı, ona da­xi­li su­al­lar ver­mə­si, İn­sa­nın on­dan kə­nar gəz­mə­si bir də ona gö­rə ib­rə­te­di­ci­dir - İn­san unu­dur ki, bu kim­sə­siz Də­yir­man­la özü­nün re­zo­nans (in­ti­bah) də­yə­rin­dən uzaq­laş­mış­dır. Axı, re­zo­nans döv­rü (biz ilk oya­nı­şı, ya­şa­maq va­si­tə­lə­ri­ni icad et­mə­si za­ma­nı­nı nə­zə­rə alı­rıq) - in­san hər şe­yin me­ya­rı­dır prin­si­pi­ni ya­rat­mış ol­du. İn­san tə­bi­ə­tin ri­ya­kar­lı­ğı­na qa­lib gəl­di, özü­nün tə­lə­ba­tı­nı re­al­laş­dır­dı. Məhz İn­san nor­mal una sa­hib kə­sil­mək­lə çö­rək ha­si­lə gə­tir­di və nor­mal ya­şa­dı, in­ki­şaf mər­hə­lə­lə­ri­ni ke­çir­di; ağı­la, his­siy­ya­ta yi­yə­lən­di. Bəs in­di, Də­yir­ma­nın uçu­lub-tö­kü­lən his­sə­lə­ri - onun da­xi­li üzvlə­ri - in­san­la da­nı­şır­sa ne­cə? Şa­ir­dir - ye­nə bu köh­nə Də­yir­ma­nı du­yur və o da bu­nu an­la­yır.
O köh­nə yad­da­şın mə­nə

ya­man ba­xır.

Ma­mır ba­san ta­şın du­rub

Pər­siz qa­lan to­pun ba­xır,

Sı­nıq-sal­xaq qa­pın ba­xır.

Sən­dən ümid, sən­dən işıq

Kən­di­mi­zə

Biz bə­rə­kət da­şı­mı­şıq.

O xır­da­ca pən­cə­rə­dən

Çox boy­lan­dıq bu dün­ya­ya.

Gör o boy­da yax­şı­lı­ğı.

Sal­ma­yan­da in­di sa­ya,

O ax­şam­dan, o sə­hər­dən

Bir xır­da­ca pən­cə­rə­dən

çox utan­dım...
Mu­sa Ya­qub ar­tıq rəm­zi­lik­dən çı­xa­rır Də­yir­ma­nı və cə­sa­rət­lə de­yir: Sən yax­şı, ya­ma­nı gö­rür­sən­mi, sən za­ma­nı gö­rür­sən­mi? Sən za­ma­nın is­tə­di­yi də­yir­ma­nı gö­rür­sən­mi? Bu o za­man­dı:
Gö­rür­sən­mi sə­ni ne­cə üyüt­dü,

Al­ma­yıb heç nə­yi ve­cə, üyüt­dü.

Su də­yir­man­la­rı...

min il­lik öm­rü,

O ar­xı, o çar­xı üyüt­dü ya­man

üyüt­dü za­man...
Qə­ri­bə de­yil­mi ki, xa­siy­yə­ti yax­şı mə­na­da üyüt­mək olan Də­yir­ma­nı qə­ri­bə - Za­man ne­cə də asan­lıq­la üyü­dür. Bu o Za­man­dı, də­yər­li öv­lad­la­rı­nı da aman­sız­ca­sı­na üyü­dür, ye­ri­ni "unu­dul­maz" də­yər­siz­lə­rə ba­ğış­la­yır. Bu hə­min Za­man­dı, heç kə­sə aman ver­mir, hey üyü­dür, üyü­dür - bax be­lə­cə. Şa­ir xa­tır­la­ır, ay köh­nə Də­yir­man:
İgid­lər üyü­nüb sə­mənd atıy­la,

Üyü­nüb çox ali şöh­rət­lər, ad­lar.

Nə bi­lim, üyü­nüb bir çox elat­lar.

El var ki, bir dün­ya va­rı üyü­nüb.

Za­man elə bi­lib da­rı üyü­nüb...
Be­lə üyüt­mə­lə­rin kö­kün­də çox şey­lər da­ya­nır: in­ki­şaf da, unut­qan­lıq da; hə­yat da­i­ma di­a­lek­tik­dir - bu­nu ba­şa dü­şü­rük. Am­ma mə­nə­vi, əx­la­qi qa­nun­lar var - nos­tal­ji hisslə­rə bi­ga­nə qal­ma­ma­lı­dır və bu­nun ma­hiyytə­in­də - fəl­sə­fə­sin­də ün­siy­yət da­ya­nır, bu mə­nə­vi-fi­zi­ki də­yə­rin iti­ril­mə­si da­ya­nır. Cə­miy­yə­tin de­for­ma­si­ya­ya uğ­ra­ma­sı­nın bir sə­bəb - şər­ti də bu­dur - in­san­lar la­qeydləş­dik­cə xoş ün­siy­yə­ti, ül­fə­ti iti­rir­lər. İş o ye­rə di­rə­nir - ta­ri­xi abi­də­lə­ri­mi­zi ax­ta­rıb tap­maq bir ya­na - qəs­dən iti­ri­rik - ye­rin­də öz ma­ra­ğı­mı­zı "ti­ki­rik". Də­yir­man şa­i­rin təf­si­rin­də da­ha möh­tə­şəm və əzə­mət­li­dir, kə­nar­dan ba­xır, il­bə­il sö­kü­lür, ma­mır­la­şır, onu hə­rə­kə­tə gə­ti­rən çay su­la­rı da məc­ra­sı­nı də­yi­şir. Şa­ir də xa­tır­la­ma­ya bil­mir bu ün­siy­yə­ti.
Sən əv­vəl çox nə­həng idin,

O co­şan ar­xın­la bir pə­ləng idin.

Hər də­fə ba­xan­da de­yir­dim ki, mən

Bir an­bar dən tu­tar sə­nin bu tək­nən,

Bir çu­val dən tu­tar sə­nin şin­da­nın.
Ün­siy­yət itən­də Də­yir­ma­nı Za­ma­nın rən­də­si yo­nur? Şa­ir onu pı­çıl­da­yır ki, Də­yir­man­la ün­siy­yət yox­dur­sa, in­san mə­nən özü­nü­re­a­li­zə edəm­məz, hər­çənd, bu, tən­ha­laş­ma­ya apa­rır, la­kin Də­yir­man can­sız­dır. İn­san unut­ma­sın ki, be­lə un­siy­yət­siz­li­yin əvə­zin­də o, ney­ro­fi­zi­o­lo­ji və pa­to­lo­ji də­yi­şik­lik­lə­rə uğ­ra­ma­lı ola­caq­dır; bu, Al­la­hın qə­zə­bi­dir, müt­ləq bəd­bəxtlik­lə üz­ləş­mə­yə məc­bur­dur...

Mu­sa Ya­qub po­e­ma­da es­te­tik ide­a­lı­nı or­ta­ya qo­yur, ba­rı, in­san keç­mi­şi­nə, dü­nə­ni­nə say­ğı bəs­lə­sin, ye­di­yi çö­rə­yin qay­na­ğı­na hör­mə­ti­ni ba­şa düş­sün. Söh­bət fi­zi­ki gö­rüm­lü Də­yir­man­dan o mə­na­da get­mir - mə­nə­vi-əx­la­qi Də­yir­ma­nı­mız da var - qoy o da­i­ma iş­lə­sin. Hə­rə­kət­dən qal­ma­sın - əks hal­da çü­rü­yər, gə­rək­siz­lə­şər və itib-ba­tar. Bu sə­bəb­dən­dir M.Ya­qub Də­yir­ma­nın da­xi­li əzab­la­rı­nı da­ha ya­xın­dan eşi­dib duy­maq is­tə­yir; bun­da da bir hik­mət var­dır - Də­yir­man hə­lə Za­ma­na təs­lim ol­ma­mış­dır; hə­lə ki:


Qoy bir də gə­lib ya­xın­dan ba­xım,

Yox, ağır daş­la­rın yax­şı­dır, qa­lıb.

Lap əsil də­yir­man da­şı­dır qa­lıb.

De­mə bu daş­lar­la nə et­mək olar,

Hə­lə çox şey­lə­ri üyüt­mək olar.
Şair Dəyirmanın rəmzi obrazından istifadə edib içinə, dünyasına, istəyinə qayıdır və gizlətmir. Bu Dəyirman hələ yaşayır və ondan istifadəyə rəvac vermək mümkündür. Yarayacaq, bəs nəyə. «Hələ çox şeyləri üyütmək olar», - deyir. – Necə ki bu yaşadığımız Dünya çox özünəgüvənənləri də udacaqdır! Şair bədii həqiqətə sığınır, reallıqdan uzaqlaşır, bu isə ümumən sənətdə məqbuldur, çün, bədii həqiqət – bədii yaradıcılığın, o cümlədən, poeziyanın mühüm estetik qanunauyğunluğudur. O da bəllidir ki, əsər – poeziya nümunəsi belə, həyatın həqiqətəbənzər obrazını yaratmır, «həqiqətən də doğru bir şeyi, müəyyən hallarda isə doğrunun özündən də doğru olan bir şeyi» (E.Heminque) yaradır. Və Musa Yaqub artıq dünyagörmüş Dəyirmanla özü arasında assosiativ proqnoz verir. Axı, şairlər dünyada kədərə, həzinliyə daha çox həyan dururlar, bəlkə də bilərəkdən özləri yaxınlaşır onlara. Belə ki, şair yer axtarmaq istəmir, «elə bu daşları versinlər ona», - deyir.
Burda tapşırsınlar məni torpağa,

Burda – kəndimizdə – o qəbristanda,

O çinar altında uyuyum onda.

Qoy elə bu yerdə bitim, cücərim,

Burda da bədxahım qan qaraltmasın…
Şair ölümündən sonra da əzəmətini düşünür – unudulmuş Dəyirman təkin yox.
İki daş nədi ki, mənə çatmasın.

Orda başım üstə – deyirəm sizə,

Bu ağır daşları qoyun üz-üzə.

Daşlar da bir qaya parçası kimi –



Qap-qara, mamırlı, üzü göytəhər,

Daşlarım, yox, sizi rəngləməsinlər.

Alt daşım, üst daşım bir dəyirman ol!

Fırlan başım üstə mənə həyan ol.

Ömrümə, günümə bir imtahan ol,

Bura duman çöksə dumanı üyüt,

Üyüt payız çağı o xəzəlləri.
Musa Yaqub estetik idealını utiltarlıqdan çıxarır, bəşəri ovqat verir – bunlar şairlərin taleyidir – Dəyirman abidələrə nə qədər Zaman qəddarlıq eləsə də əsrlərə, qərinələrə ömrü çatacaqdır. Əlbəttə, o şairlər ki:
Eldə izim yoxsa, izimi üyüt,

Dildə sözüm yoxsa, sözümü üyüt.
Musa Yaqubsa o şairlərdəndir ki:
Sən başım üstündə dözüm ol, dözüm,

Getmə arxasınca hər cür avazın

Boğazından diri çıxsa bir sözüm,

Burax o sözümü gedib yaşasın.

Deyirəm bu qədər yaxşılığınla

Yaddan çıxmısansa, ay dəyirmanım,

Məni unutmağa nə var ki, canım.
Və Dəyirman şarin əbədiyyət keşikçisi kimi simvollaşır. Artıq bu, metoforik təfəkkürün məhsuludur. Qədim əsatirlərdən üzü bizə – bədii təfəkkürün, poetik fantaziyanın buna meyli labüddür. Məsələn, skif sənətkarlarının yaratdığı məmulatlarda (bunlar da əsərdir) bunu görürük. Mifoloji varlıqların təsviri (tərənnümü) bədii obraz modelidir. İnsan başqa canlının ekvivalentidir və qavranılan ola bilsin ikinci subyektdir, yaxud pedmetdir və «insanlığı» təmsil edir. Poemadakı Dəyirman da eləcə; cansızdır, lakin onunla oxucu – İnsan özünü də, təbəti də dərk edir; burada da insanın mənəvi hökmranlığı aparıcıdır. M.Yaqub Dəyirman obrazı ilə məntiqi təfəkkürü ilə ölümünün – əbədiyyətinin ierarxiyasını yaradır; bu ob­raz bərabərhüquqlu pedmetin proqnozunu verir:
Məni unutmağa nə var ki, canım,

Dünya çox bənd olmur yaxşı-yamana,

Baxma yalvarışa, baxma amana

Gördün ki, dost-tanış heç mənə baxmır,

Gördün ki, vələslər bir bahar dəmi,

Daha pıçıldamır nəğmələrimi… -
artıq biz şairin öz obrazını görürük, daha kənarda durub Dəyirmana baxmır. Dünyanın «ölüm» kabusuna aydınlıq gətirir, lakin ölüm əzablarından uzaqda dayanır. Yuxarıda dediyim kimi, şairin bədii idrakı assosiativdirsə, paradoksallıq yaratmır. Amma şairi nigaran qoyan unudulmaqdır:
Gördün ki, el-oba unudub tamam,

Heç məni yadına salmır bir adam,

Salamsız-kəlamsız keçir yanımdan,

Gördün ki, gələnə-gedənə yadam,

Gördün, bir cığır da gəlmir üstümə,

Onda, dəyirmanım, sən dur qəsdimə…
Onda Dəyirmana nə qalar şairdən? Və bu ricanı edərmi? Axı, onun özü belə halı yaşayır.
Onda, fırlancağım, məni də üyüt,

Sən o unudulmuş dəni də üyüt,

Üyüt ünvanımı, üyüt adımı,

Üyüt torpaq adlı son həyatımı.
Şair Dəyirmana simvolik məna kimi baxır və ona şeir – sənətdə, söz-kəlam savaşında güzəştə getməməyi tövsiyə edir.
Onda, fırlancağım, sən dur qəsdimə

Elə cür amansız, sərt dəyirman ol.

Zamanın tozunu ələ üstümə,

Mən də korun-korun yanım tüstünə.
Burada, məncə, nöqtə qoymaq mümkündü, lakin belə olsaydı, poema bədbin notla bitərdi və Dəyirman obrazı bədii-simvolik dəyərindən real fakta – fiziki parçaya çevrilərdi; bu isə inandırıcı görünməzdi. Poema emosionallığından, psixoloji tipindən ritorik nağıla bənzərdi, əksinə, əsər intellektual təfəkkür tərzini müəyyənləşdirir, şairin(lərin) sənətkar ölməzliyinə zəmanət verir.
Hələ ki, ömürlə qalıb savaşım,

İndi mən bir qonaq, daim yaşar sən.

Var ol, salamat qal, dəyirman daşım,

O təzə mənzildə görüşənəcən.
Mən Musa Yaqubun üç poemasını elə də dərinliyilə təhlil etmədim. Bu, böyük təhqiqat işidir. Çün, şair poemalarında həyatın, zamanın insanlarla bəzən xoş, ahəngli, bəzən də paradoksal, xalis ziddiyyətli hadisələrini təsvir etmişdir. Və üstün cəhəti ondadır. «İki qəlb, iki dünya» poemasından sonra neçə-neçə poemalar yazılmış, hər biri üslubca müəllifinə «sığınmış», oxunmuşdur. Biz bunu etiraf etməyə borcluyuq. M.Yaqub poetik ləngərini saxlamaqla, müvazinətini itirməməklə, ruhi yaşantısına xəyanət etməməklə bu epik-lirik janrda uğurunu təsdiqləmişdir.

Musa Yaqubun barəsində yazmadığım fikirlər o demək deyil, nöqtənin yerin gördüm və ədəbi intizamdan kənara çıxmadım – bu cür düşünmürəm; «unudulmuş poemalar»a qayıtmaq israrımda qalıram. Bir də Musa Yaqubun poeziyasından yazıram – danışıramsa – yaradıcılıq diqtəsindən çıxmaq istədim – qorxdum monotonluqdan. Ehtiyat elədim ki, şeir duyumum təslim olar poemaların motivlərinə, öncə elmin məxsusi motivlərinə. Tənqidi fikrin də «yolları» var: yağışlı, qarlı, küləkli və tufanlı. Hər bir hadisənin təsiri olur, təkanı yazarı silkələyir. Mən Musa Yaqubun şeirlərindən danışıramsa və yazıya alıramsa ovqatıma sadiq qalıram, kövrəlirəm, axı, əlimi uzatsam şeirin son misrasına əlim çatar.


Yollar,

Yenə yollar aldı qəlbimi,

Qulaq ver yağışın qərib səsinə.

Damcılar qaranquş dimdiyi kimi

Çırpılır vaqonun pəncərəsinə.

Harda qırılacaq ömrün yolları…

Yağış döyəcləyir cığırı, izi.

Bu ağcaqayınlar əsgər qolları

Uzanıb qatara salamlar bizi…
Və Musa Yaqubun tamamlamadığı «Dünyanın Lələ dərdi» - hələlik son poemasını oxudumsa – əlim sona çatmadı, axı, tamamlanmamış bir əsərdən söz demək mənim israrımda olmamışdır…


7.

RUHİ TƏZAHÜR:

ŞEİRİN HƏQİQƏT AXTARIŞI51



Vədələşdik və görüşdük. Oğlu Şəhriyarla gəlmişdi. Xudmani kafedə oturduq. Torbaya bütün kitablarını yığmışdı. Bir-bir çıxarır, barəsində (təbii ki, çapı ilə bağlı) nəsə deyirdi və mənə sarı uzadırdı. Bəzilərilə tanışdım – kitabxanamda vardı – alıb qarşıma qoyurdum. Hiss eləyirdim, hər bir kitab Musa Yaqubu uzaq illərə aparır, xatirələrini oyadır. Düzgün nəticədir; əsər müəllifin övladıdır; pisi yoxdur, yaxşısı vardır. Mən torbaya yığdım hamısını, ortada şairin bütün 12-ci və axırıncı kitabının birgə toplusunu – «Bu dünyanın qara daşı göyərməz»i qaldı. – Təzə çıxıbdır, - dilləndi. – Ağırdır, amma yazanda əziyyət çəkməyəcəksən. – Stəkanda buğu burula-burula əyilən çayından bir-iki qurtum aldı.

- Musa, sənin şeirlərin də ağırdır, birini güclə qaldırırsan, - dedim. «Babadağ», «Bu dünyanın qara daşı göyərməz», «Mənim ürəyimdə bir nəğmə yatır», «Anamın məzarına laylay». Eh, sayımmı?

- Yox, Allahverdi, az təriflə, mənim yaradıcılığımı izləyən, sevənsən. – Musa Yaqub mövzunu dəyişmək istədi. – Gəlib çatdıq texnikaya. – Diktofonu əlinə aldı, - Başım çıxmır bundan.

- Mən də sən dərdliyəm, işlətməmişəm. – Əl dəyməmiş qara rəngli diktofonu o tərəf-bu tərəfə çevirdim. Susmuşdu, bir azdan iki nəfərin söhbətini canına hopduracaqdı.

Bu ara xidmət edən cavan oğlan bizə yaxınlaşdı:

- Verin qurum, - dedi və bəzi «göstərişlərini» verdi. – Prob eləyək. Hə, bu yeri diqqətdə saxlayın.

Qaldıq üzbəüz.

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə