MÜNDƏRİcat giRİŞ FƏSİl dünya iQTİsadiyyatinda tmk




Yüklə 243.84 Kb.
səhifə1/4
tarix22.04.2016
ölçüsü243.84 Kb.
  1   2   3   4



MÜNDƏRİCAT

GİRİŞ
FƏSİL 1. DÜNYA İQTİSADİYYATINDA TMK-IN ROLU VƏ

YERİ

1.1. Transmilli korporasiyaların strukturu və təşkilatlanması təmayülləri

1.2. TMK-lar dünya iqtisadiyyatında yeni güc kimi

1.3. TMK-ın fəaliyyətinin xüsusiyyətləri



FƏSİL 2. TMK-IN DÜNYA İQTİSADİYYATINA TƏSİRİ

2.1. TMK-ın iqtisadi qloballaşmaya təsiri

2.2. TMK-ın maliyyə strategiyası

2.3. Azərbaycan iqtisadiyyatında TMK-ın rolu



NƏTİCƏ

ƏDƏBİYYAT
GİRİŞ

Bizim yaşadığımız dövr çox mürəkkəb bir dövrdür. Bu dövr üçün dəyişikliklərin daimiliyi ən xarakterik hala çevrilmişdir. Əvvəllər ağlımıza belə gətirə bilmədiyimiz hallar indiki dövrümüzün acı reallığına çevrilmişdir. Daxili və xarici siyasət arasındakı sərhəd getdikcə zəifləyir. Son on il ərzində dünyanın yeni istehsal gücləri görünməmiş bir dəyişikliklərə məruz qalması hazırda yaradılmış olan qlobal dünya cəmiyyəti dünyanı əvvəlki əsrlərdə baş vermiş elmi nailiyyətlər,kəşflər,yeniliklər,ixtiralar və ixtiraların dəyişdirildiyindən də, daha radikal və tez olaraq dəyişdirməkdədir. Bu dəyişikliklərin malik olduğu sürət və miqyas bəşəriyyəti ətraf aləmdə düzgün istiqamətlənməyə və yaşanan dəyişikliklərin kordinatlarını müəyyən etməyə sövq edir. Biz bu fikri daha dəqiq ifadə etsək belə alınacaqdır: dəyişməkdə olan bu dünyanın izaha ehtiyacı vardır. Bu izahlardan birincisini P.Kennedi(tarixçi-alim) vermişdir. “Böyük dövlətlərin qalxımı və tənəzzülü” adlanan əsərində P.Kennedi göstərirdi ki, bütün dövlətlər əvvəlcə qalxım dövrlərini yaşayırlar, sonra isə sabitlik dövrü gəlir. Sonra isə bu dövlətlər qaçılmaz gərginlik yaşayırlar və nəhayət süquta uğrayırlar. Həmçinin P.Kennedi bu əsərdə göstərir ki, “soyuq müharibənin” triumfatorları da bu cür aqibətlə üzləşəcəklər. Bu aqibət qaçılmazdır. Çünki bunu tarixin məntiqi tələb edir.

Qlobal qarşıdurma qurtardıqdan sonra, dünyada baş verən bu dəyişikliklərin ikinci dəfə izahını Harvard universitetinin professoru S.Xantinqton vermişdir. O, dünyaya bir neçə sivilizasiyanın qarşıdurması prizmasından baxmış və mədəni qüvvələrin öz xüsusi dünyalarını (nəhəng sivil cəmiyyətləri) yaratdığını qeyd etmişdir. Dövlət loyallığının etikası mədəni eyniliyin daha geniş pafosu ilə əvəz olunur, sivilizasiya milləti-əsas tarixi amil kimi əvəz edir. Xantinqtona görə yeni qlobal iqtisadi siyasi sistemin yaradılması qeyri-mümkündür.

Yeni dünyanın izahını verməyin üçüncü cəhdini amerikan sosioloqu F.Fukuyama məhz bu cür etməyə çalışmışdır: “İqtisadi qüvvələr sinfi milli məhdudiyyətlərlə əvəz etməklə mərkəzləşmiş, hegemon cəmiyyət yaradaraq əvvəlcə millətçiliyi əmələ gətirmişlər”. Həmin bu iqtisadi qüvvələr indi vahid inteqrasiya olunmuş dünya bazarı yaratmaq vasitəsi ilə milli əngəlləri sıradan çıxardırlar. Millətçiliyin süqutu isə yalnız vaxt məsələsidir.

Başqa bir izah isə, texnologiya yeniliklərinin tətbiq olunma sürəti ilə bağlı olan izahdır ki, burada da sönbət qloballaşmadan gedir. Müasir dövrümüzdə, qloballaşmanın güclü təsirlərinin müşayiət olunduğu bir zamanda ölkələr arasında istehsal amillərinin sərbəst hərəkətinin tədqiqi, burada TMK-ların iştirakı və onların bu prosesə təsiri xüsusi bir əhəmiyyətə malikdir. Bu baximdan da, TMK-ların tədqiq çox vacibdir. Təqdim olunan yazı da məhz bu mövzudadır. Burada TMK-lar ətraflı şəkildə araşdırılmışdır.

FƏSİL 1. DÜNYA İQTİSADİYYATINDA TMK-IN ROLU VƏ

YERİ


    1. TRANSMİLLİ KORPORASİYALARIN STRUKTURU

VƏ TƏŞKİLATLANMASI TƏMAYÜLLƏRİ
Bu gün dünya yeni bir düzəliş, yeni bir bölüşdürmə qarşısında durmuşdur. Bütün bunlara düzəliş deyil, iqtisadi dəyişiklikdlər desək daha düzgün olar. Bu dəyişikliklər fonunda meydana yeni oyunçular, yeni qüvvələr çıxmışdır. Bunlar nə dövlətlər, nə də ölkə birlikləridir. Bu yeni qüvvələr oyun qaydalarını müəyyən edən oyunçular yəni, transmilli korporasiyalardır. Bu oyunlarda mübarızə isə yeni bazarlar, texnologiyalar və burdan əldə olunan gəlilər uğrunda gedir. Məhz transmilli korporasiyalar bir çox ölkələrin iqtisadi inkişafının səmərəliliyinin yüksəldilməsinin əsas qüvvəsidirlər. İstehsalın və kapitalın beynəlmiləlləşməsinin qlobal tendensiyaları xarici ticarətin beynəlmiləlləşməsi, strateji alyansların transmilli korporasiyaları dünya iqtisadiyyatının inkişafının əsas mərkəzinə çevirdi.

Firmaların beynəlxalq failiyyətinin təşkilati formalarında və metodlarında keyfiyyət dəyişiklikləri hakim pozisiyaların transmilli korporasiyalara məxsus olduğu bir vaxtda istehsal sferasında baş verən dəyişikliklərin nəticəsidir. Bu dəyişikliklər o faktı təsdiqləyir ki, hazırda istehsal problemi daha çox bazar probleminə çevrilir və istehsalı geniş əsaslarla həyata keçirmək üçün transmilli korporasiyalar öz xarici şəbəkələrini yaratmaq yolu ilə beynəlxalq mübadilə sferasına daha dərindən müdaxilə edirlər. Bu müdaxilə bununla yanaşı, firmaların beynəlxalq fəaliyyətinin xarakterinin və məzmununun özü ciddi dəyişikliklərə məruz qalır. Belə ki, bu daha çox həm istehsal kooperasiyası və iri transmilli korporasiyaların bir-birilə, həm də onların daxilində istehsal əlaqələrinin nəticəsinin ifadə edir.

Beynəlxalq əmtəə mübadiləsinin əksər hissəsinin transmilli korporasiyalarda cəmləşməsi və onların iqtisadi təbiətinə xas olan forma və metodlarla həyata keçirilməsi müasir şəraitdə beynəlxalq iqtisadi əlaqələrin xarakterini müəyyən edir. İstehsalın və kapitalın transmilliləşməsi transmilli korporasiyaların nəinki bilavasitə fəaliyyət göstərməsinin və inkişafının şərti olmuş, həm də bütün dünya təsərrüfatı sisteminin inkişaf templəri və proporsiyalarını məlum dərəcədə müəyyən edən bir faktora çevrilir. Transmilli korporasiyaların fəaliyyətinda xarici iqtisadi sferanın rolu artdiqca, o, onların iqtisadi artımında daha böyük təsir faktoruna çevrilir.

Transmilli korporasiyaların beynəlxalq fəaliyyətinin məzmununda mühüm dəyişikliklər hər şeydən əvvəl onda özünü biruzə verir ki, ticarətin ənənvi növlərilə yanaşı istehsal əməkdaşlığı, elmi-texniki biliklərlə və təcrübə ilə, digər xidmətlərlə mübadilə kimi, yeni mübadilə formaları daha böyük əhəmiyyət kəsb edir.

60-cı illərdən başkayaraq inkişaf edən istehsal əməkdaşlığı və onunla sıx əlaqədar olan elmi-texniki biliklərlə ticarət ğlkələr arasında beynəlxalq iqtisadi əlaqələrin daha intensiv inkişaf edən sferasına çevrilmiş və bu əlaqələrin strukturunda ciddi dğyişikliklərə səbəb olmuşdur.

BMT-nin hesablamalarına görə indiki dünyada 65 min transmilli korporasiya fəaliyyət göstərir. Bu 65 min transmilli korporasiyanın ümumilikdə 850 xarici filialları mövcuddur və bu transmilli korporasiyalar 75 milyona yaxın insanı işlə təmin etmişir. Transmilli korporasiyaların filiallarının və ana kampaniyalarının ölkələr üzrə yerləşməsinə diqqət yetirsək görə bilərik ki, ana kampaniyaların əksəriyyəti, yəni 80% sənayecə İEÖ-də yerləşmişdir. Yalnız 19,5% ana kampaniyanın yerləşdiyi ərazi İEOÖ-dir. 0,5% ana kampaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kampaniyaların (yəni xarici filialların) 33%-i İEÖ-də yerləşmişdir. 50% qiz kampaniya iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrin (yəni İEOÖ-in) payına düşmüşdür. Yerdə qalan 17% qiz kampaniya isə post-sovet məkanında yerləşmişdir. XIX əsrin sonundan başlayaraq transmilli korporasiyalar üçün uzun sürən iqtisadi təkamül dövrünü yaşamışdırlar. Bu iqtisadi tarixi təkamül dövründə transmilli korporasiyalar müəyyən struktur və təşkilati forçalar əldə etmişlər. Korporasiyaların firmadaxili siyasətləri və eləcə da, beynəlxalq biznesdə apardıqları siyasət konkret bazar konyukturlarına və transmilli korporasiyaların fəaliyyət göstərdiyi ölkələrdəki durumlara (iqtisadi vəziyyətə, siyasi vəziyyətə, etmik-psixoloji-mənəvi xüsusiyyətlərinə və sairələrə) uyğun olaraq həyata keçirilir. XX əsrin ikinci yarısının asas iqtisadi elementi olan transmilli korporasiyaların xüsusi biznes struktur olduğunun dərk etmiş oluruq. Ümumiyyətlə bu cür biznes strukturların təşkil olunması və idarə olunması “menecment” adlanan elm sahəsi tərəfindən tədqiq olunur və öyrənilir. Müasir mərhələsi XİX əsrdə F.Teylor tərəfindən qoyulmuş bu elm sahəsi zəngin bir inkişaf yolu keçmişdir. Bunun əsasında istehsal prosesinin hər bir əməliyyatına görə fəhlə əməyinin normalaşdırılması durur. O. əməyin ciddi intizamına əsaslanan “qamçı” və “çörək” anlayışlarının uyğunluğunu nəzərdə tuturdu. Menecment elmi sonralar daha da inkişaf etməyə başladı və teylorizmdən işçi potensialının daha da, müəyyən ediulməsinə doğru gəlib çatdı, işçi potensialının müəyyən edilməsinda xüsusi olaraq seçilən qabiliyyətinin işçinin yaradıcı potensialının yaradıcılıq qabiliyyətinin müəyyən edilməsi dururdu.

Müasir menecment elmi davamli olaraq öncül firmaların səviyyələrini və təcrübələrini tədqiq edərək firmalar üçün daha səmərəli ola biləcək təşkilati strukturları haqqında söhbət gedən bu təşkilati strukturlar firmanın işçilərinin və bölmələrini idarə etməyə, onlara nəzarət etməyə və onların koordinasiyasına xidmət edirlər. Təşkilati struktur firmanın bölmələri və işçiləri arasında mövcud olan qarşılıqlı əlaqələrin sistemidir. Menecment elminin inkişafı onun bir sahəsi olan beynəlxalq menecmentin yaranmasından sonra firmaların təşkilati strukturları üçün baza yarandı ki, hazırda mövcud olan istənilən bir firmanın təşkilati quruluşu bunlardan törəmədir. Onlar aşağıdakılardır:


  1. Xətti quruluş

  2. Xətti funksional quruluş

  3. Divizional quruluş

  4. Funksional-divizional quruluş

  5. Matrizə bınzır quruluş

  6. Proqram məqsədli quruluş

İdarəetmənin xətti quruluşu

Bunu urarxik quruluş da adlandırırlar. İdarəetmənin bu tip quruluşunda rəhbər vəzifə tutan şəxsin təsiri şaquli şəkildə keçərli ola bilər, yəni bu tip quruluşda əmrlər böyükdən kiçiyə doğru yuxarıdan aşağıya keçir. İdarəetmənin yuxarı orqanlarının rəhbərlərinin verdiyi qərar nisbətən aşağıda yerləşən orqanların rəhbərlərinin davranışlarını nizamlayan, sistem əsaslı, reqlamentləşdirici təsir göstərir və aşağı səlahiyyətli rəhbərlər yalnız təsərrüfat qərarlarının qəbulu zamanı təmamilə sərbəst ola bilirlər. İnformasiyaların ötürülməsi bu prosesin təmamilə əksinə olaraq baş verir. İnformasiyaların ötürülməsi zamanı aşağıdan yuxarıya doğru bütün urarxik səviyyələrdən keçəcək yüksək səlahiyyətli rəhbərlərə çatır. Lakin, bu zaman informasiya hər bir urarxik səviyyəni keçərək dəyişikliklərə və müxtəlif təsirlərə məruz qalır. Adi şəraitda rənbərlərin əmrlərinin (eləcə də informasiyanın) bu cür hərəkəti təşkilati strukturunun operativliyini, səmərəliliyini və çevikliyini şübhə altında qoyur. Əvvəllər öyrəşdiyimiz və hamının tabe olduğu komanda quruluşu üçün xarakterik olan idarəetmənin modeli müasir transmilli korporasiyalar tərəfindən istifadə edilməyir.



Xətti funksional quruluş

Transmilli korporasiyalar tərəfindən ən erkın çağlarda istifadə edilmiş idarəetmə quruluşudur. Bu quruluşa daha çox üstünlük verən şirkət ABŞ-a məxsus olan “Ford” şirkəti idi.

İdarəetmənin daha tez-tez işlədilən quruluşdur. Bu cür quruluşda istehsalın əsas təşkilati vahidləri arasında olan xətti idarəetmə funksioanl idarəetmə ilə tamamlanır. Ən yüksək səviyyədə xarivi filialların analoji hissələrinin idarə edilməsi üçün funksional bölmələr yaradılır. Misal üçün deyə bilərik ki, ana kampaniyanın maliyyə xidməti, bütün qiz kampaniyaların (yəni, xarici filialların) bütün maliyyə xidmətlərini idarə edir.

Beləliklə, bizə aydın oldu ki, texnoloji prosesin keçirilməsi ilə məşğul olon bölmələr xətti əlaqədə olur, bəlmələrə xidmət edən hissələr isə funksiyalarına görə əlaqada olurlar. Funksional əlaqədarlığa malik olan bölmələr mühasibat uçotunu, maliyyə fəaliyyətinin planlaşdırılmasını, kadr siyasətini hüquqi xidmətləri, təhlükəsizliyi, investisiyaları, istehsalın koordinasiyasını və digər buna bənzər sahələri özündə cəmləşdirir və onları idarə edir. Bunlara bəzən maddi-texniki təchizatın da fəaliyyət göstərməsinə aid edirlər.

Bu zaman vitse-prezidentlər (qeyd edək ki, onlar xətti xidmətlərin rəhbərləridirlər) bir qayda olaraq funksional xidmət bölmələrinin rəhbərlərindən böyük nəzarət səlahiyyətlərinə malik olurlar. Bəzən bu cür quruluşa malik olan iri firmalarda bu firmanın maliyyə qurumuna xüsusi bir özəllik, xüsusi bir status verirlər (məsələn, banklara, investisiya kampaniyalarına, pensiyon fondlara və başqalarına).

Qeyd edək ki, indiyə qədər tamam mükəmməl olan idarəetmə sistemi mövcud olmamış və ola da bilməz; sözügedən bu idarəetmə modelində də, çatışmamazlıqlar mövcuddur. Bu quruluş üçün ayrı-ayrı xidmətlərin tam razıla.dırılmasını təmin etmək mümkün deyil. Məhz bu cəhət xətti funksional idarəetmə qururluşunun ən başlıca mənfi cəhəti kimi dəyərləndirilə bilər. Digər bir çatışmamazlıq isə xidmətlərin müəssisəsinin ümumi məqsədlərini anlamasının itirilməsi ola bilər. Lakin, bütün bunlarla yanaşı müsbət xüsusiyyət və cəhətləri də mövcuddur. Vahid mərkəzdən idarəetmə zamanı korporasiyanın fəaliyyətinin ayrı-ayrı aspektlərini operativ tənzimləmək imkanı da bu cür müsbət xüsusiyyətlərə aid edilir.



Divizional model

İdarəetmənin divizional modeli Birinci Dünya müharibəzindən sonra yaranıb inkişaf etməyə başladi və 40-cı illərin sonu 50-ci illərin əvvəlində geniş yayıldı. Bu cür udarəetmə sistemində transmilli korporasiyaların müxtəlif xarici ölkələrdə yerləşən ayrı-ayrı filialları muxtar bir kampaniya kimi fəaliyyət göstərirlər. Onlar öz müştəriləri üçün lazım olan məhsullar istehsal edirlər. Ana kampaniyalar isə yeni bazarları müəyyən edə bir orqan investor kimi fəaliyyət göstərir. Haqqında söhbət gedən idarəetmə sistemi çərçivəsində idarəetmə sahələr üzrə, yəni məhsulun nomenklaturasına uyğun olaraq və yaxud da, regionlar üzrə, yəni satışın coğrafiyasına uyğun təşkil edilir. Bu zaman hər bir sahədə transmilli korporasiyaların bir neçə qız fəaliyyət göstərir. Bu tip idarəetmə sistemi maliyyə holdinqləri tərəfindən çox istifadə olunan bir idarəetmə sistemidir. Bu holdinqlərin tərkibinə müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələrin daxil olması nadir tapıntı deyil, adı bir hal hesab edilir.

Ana kampaniya qız firmaları ilə qarşılıqlı əlaqəni onların rəhbərlikləri səviyyəsində münasibət saxlamaqla qurur. Ana kampaniyanın ayrı-ayrı xidmət sahələri qız kampaniyalarının ayrı-ayrı xidmət sahələri arasında birbaşa olaraq əlaqə mövcud olmur. Bu cür idarəetmə sistemləri filallarl bütün ölkələr üzrə səpələnmiş iri transmilli korporasiyalar da sərf edən bir sistem hesab edilir.

Bu tip idarəetmə quruluşunun mənfiliyi və çatışmaz bir cəhəti kimi ayrı-ayrı təşkilati vahidlarin mərkəzdən ayrı düşməsi hesab edilə bilər. Bu ayrı düşmə kooperasiyanın vahid siyasətinin irəli sürülməsi üçün stimul yaratmır.



Funksional divizional model

Funksional divizional quruluşu təşkilati sistemdə divizional modeldən fərqli olaraq transmilli korporasiyalarin tərkibində özündə bir neçə firmanı birləşdirən qruplar mövcud olur. Bu qrupların tərkibindəki qız kampaniyalar bir-birilə qarşılıqlı asılılığa və qarşılıqlı əlaqəyə malik olub yaxın sahələrin ya da eyni sahələrin kampaniyalarından ibarət olurlar. Bu qruplar müxtəlif cür olurlar. Məsələn istehsal qrupu, maliyyə qrupu və sairə. Hər bir qrupun mırkızindı subholdinq durur. Bu qrupların hər birini holdinq strukturunun elementar bir hissəsi hesab etmək olar.

Təşkilati vahidlərin yerini qruplar tutan və çox səviyyəli bir struktura malik olan funksional divizional idarəetmə sistemində qız firmaların funksional xidmət sahələri ikili tabeliyə malik olurlar. Belə ki, onlar həm ilk növbədə ana kampaniyanın xidmət sahələrinə, həm də qız filiallarının rəhbərliyinə tabe olurlar.

Fəaliyyət sahəsi həddindən artıq geniş olan transmilli korporasiyalarda istifadə edilən funksional divizional struktura malik olan idarəetmə sistemindən ilk dəfə olaraq ABŞ-ın “General Electric” şirkəti istifadə etmişdir. Onu da qeyd edək ki, “General Electric” 200-ə yaxın fəaliyyət və 43 dənə strateji qrupu mövcuddur.



Matrisə bənzər model

İdarəetmənin matrisə bənzər modeli XX əsrin 60-cı illərin sonu 70-cı illərin əvvəllərində yaranmış, formalaşmış və transmilli korporasiyalar arasında yayılmağa başlamışdır. İdarəetmənin bu tipi özündə funksional və divizional idarəetmə formalarının bəzi elementlərini cəmləşdirmişdir. Matrisə bənzər idarəetmənin modelinin yaradılmasına səbəb kimi isə transmilli korporasiyaların mütəxəssislərin, mühəndislərin, peşəkar kadrların və alimlərin bilik və bacarıqlarından səmərəli istifadə edərək istehsalı bzarın tələblərinə uyğun olaraq adaptasiya eləmək istəkləri göstərilə bilər.

Bu model üçün texniki və ixtisaslaşmış personalların öz yerlərini (funksional bölmələrdən proyekt qrupların) dəyişməsi xarakterik bir xüsusiyyətdir. İxtisaslaşmış personal yalnız tələb olunduğu yerdə fəaliyyət göstərir. Matrisə bənzər idarəetmə modelinin daha bir xüsusiyyəti isə birdən çox idarəetmə kanalının mövcud olması hesab edilir.

Hər hansı bir transmilli korporasiya öz strukturundan matrizə bənzər struktura keçərkən iki ölçülü matris yaradılır və bu matris sahələr üzrə idarəetməyə və funksional xidmətlər üzro idarəetməyə əsaslanan iki prinsipdən ibarət olur.



Proqram məqsədli model

İdarəetmənin proqram məqsədli modelinin əsasında “Məqsədlər ağacı”-nın qurulması durmuşdur. Bu “ağac” aşağıdan yuxarıya doğru qurulur və həmin bu “ağac”-ın budaqlarının hərəsi təşkilatın və ya qurumun bir məqsədilə bağlı olur. Təşkilatın əsas məqsədindən başlayaraq bu “ağac” qurulur. Bu zaman nəzərdə tutulan əsas prinsip ondan ibarət olur: hər bir məqsəd (yəni, “budaq”) özündən əvvəlki məqsədin həyata keçməsinə xidmət etməlidir. Beləliklə də, ierarxik bir struktur olan “Məqsəd ağacı” qurulur. Bu “ağac”-ın qurulması ilə də həmin təşkilatın verilən proqramı yerinə yetirilən strukturu yaranın və məqsədlər ierarxiyası öz əksini tapır. Təçkilati struktura aid olan hər bir qurum müəyyən qrup məqsədləri yerinə yetirməyə cavabdeh olur. Proqramın yerinə yetirilməsi üzrə məqsədli bir təşkilati vahid olur. Həmçinin proqramlarının yerinə yetirilməsi bunun üçün xüsusi olaraq yaradılmış daxili firmalarda həyata keçirilir. Əvvəlki idarəetmə quruluşlarında fərqli olaraq həm matrisə bənzər idarəetmə modelində, həm da proqram məqsədli modelində transmilli korporasiyaların müxtəlif idarələri hüquqi cəhətdən azad olan qız müəssisələridir.

Korporasiyaların strategiyasına gəldikdə isə ilk növbədə bunu deyə bilərik ki, strategiya dəyişkən bazar şəraitində firmanın məqsədlərinin həyata keçirilməsi üsuludur.

Hər bir çay öz başlanğıcını kiçicik bir bulaqdan götürdüyü kimi qlobal dünyamızın ən aparıcı qüvvələri hesab edilən transmilli korporasiyalar da öz başlanğıclarını yerli bazarlardan götürmüşlər və fəaliyyətə başladıqları ilk dövrlərdə (yəni hələ transmilli korporasiyalar olmadöqları vaxtda) yalnız öz ölkələrində və bir sahədə mövcud olurlar. Bu dövrdə onlar hələ sahədaxili strategiyalardan istifadı edirlər. Müəyyən qədər inkişaf etdikdən sonra rəqabət və iqtisadi hakimiyyətin genişlənməsi istəyi hmin firmaları digər sahələrdə fəaliyyət göstərməyə sövq etdi.

Korporasiyalar diversifikasiya olunurdular və konqlomerat xarakteri daşımağa başlayırdılar. Lakin onun bütün bölmələri və filialları hələ də öz ölkələrində, yerli bazarlarda fəaliyyət göstərməkdə idilər.

Bundan sonra isə, firmaların inkişafı və beynəlxalq səviyyə alıb, dövlət sərhədlərini keçməsi firmalar tərəfindən transmilliləşmə prosesinin üstünlüklərindən istifadə edilməsi ilə baş verir. Bu mərhələdə firma transmilli xarakter alır və onun istifadə etdiyi fəaliyyət strategiyaları transmilliləşmə strategiyaları olur.



Korporasiyaların istifadə etdiyi strategiyalar

Transmilliləşmə strategiyaları isə aşağıdakılardır:

-Resurs axtaran strategiya;

-Xərclərlə yönəlmiş strategiya;

-Bazar axtaran strategiya;
Resurs axtaran strategiya

Bu cür strategiya faydalı qazıntıların hasilatı ilə və emalı ilə məşğul olan, metallurgiya, metal emalı və qida məhsulları istehsalı ilə məşğul olan transmilli korporasiyalar üçün xarakterik olan fəaliyyət strategiyasıdır.

Xammalı yarımfabrikatlar və hazır məhsula çevrilən hasilat transmilli korporasiyalarının satış həcmi artdıqca onlar öz istehsal güclərini bilavasitə xammal bazasının yaxınlığında yerləşdirilməsində maraqlı olacaqlar. Bu da transmilli korporasiyaların əmtəənin çatdırılma riskinin azaldılmasının və qiymət tərəddüdlərindən asılılığını aşağı salır. Bu hal xüsusən də nəqliyyat xərclərinin müəyyənedici amil olduğu zaman daha da doğru olur.

Xərclərə yönəlmiş strategiya

Transmilli korporasiyalar işçi qüvvəsi kimi yerli faktorlarda istifadə etməklə ana kampaniyaları üçün komponentləri istehsal etmək və məhsul yiğmaq məqsədilə öz fəaliyyətlərini qururlar. Misal üçün Yaponiya və qərb ölkələrinə məxsus olan bir sıra korporasiyalardan danışa bilərik. Onlar asiya ölkələrinə və Meksikaya daha çox investisiya yatırmışlar çünki, məhz orada daha ucuz işçi qüvvəsi mövcuddur. İşçi qüvvəsinin qiyməti artdıqca isə, onlar öz istehsallarını daha ucuz işçi qüvvəsi olan ölkələrə doğru hərəkət etdirirlər. Misal üçün, ayrı-ayrı elektron komponentlər Sinqapur və Tayvandan daha ucuz işçi qüvvəsi mövcud olan Çində və Vyetnamda yerləşdirilir.

Digər bir misal: hər cür iqtisadi prosesin məğzində duran xərclərin minimumlaşdırılması prinsipini əsas götürərək bəzi alman firmaları və digər qərb ölkələrinə məxsus firmalar bir vaxt ucuz işçi qüvvəsinin mövcud olduğu mərkəzi Avropa ölkələrindən MDB ölkələrinə keçdilər. Çexiya, Polşa, Macarıstan kimi ölkələrdən Rusiya, Ukrayna və Qazaxıstan bazarlarına istehsalın hərəkətinin səbəbi birincilərdə əməyin ödəniçinin artması idi.

Birbaşa xarici investisiyaların qoyuluşu zamanı iri transmilli korporasiyalar yalnız ucuz işçi qüvvəsi amilinə əsaslanmırlar. Onlar həmçinin digər amillərin durumunu təhlil edir və bunu nəzərə alırlar. Həmin amillərə aşağıdakılar aid ola bilər:

-birbaşa və dolayı amillər;

-müxtəlif xidmətlərin və resursların qiyməti;

-yükdaşıma və nəqliyyat xərcləri;

-təhsil müəssisələrinin mövcudluğu;

-əhalinin həyat səviyyəsi;

-əhalinin sosial-psixoloji-mədəni-etnik xüsusiyyətləri;

-qanunun aliliyinin təmin olunma dərəcəsi;

Bazar axtaran strategiya

Hazırki dövrümüzdə qloballaşmanı və iqtisadi inteqrasiyanı inkişaf etdirən ən başlıca qüvvə olan transmilli korporasiyalar özləri üçün yüksək səviyyəli inkişaf və artım təmin etmək məqsədi ilə inkişaf etmiş ölkələrin bazarlarında müəyyən yerləri tutub öz payını artırmağa səy göstərirlər. Bununla da, bazar motivləri transmilliləşmə strategiyaları üçün zəmin kimi çıxış etməyə başlayırlar.

Bazar axtaran strategiyalar yüksək rəqabətli hesab edilirlər. Onlar mövcud yaxud da yeni bazarlardan rəqiblərini sıxışdırmaq məqsədi güdürlər, bununla da onlar birbaşa xarici investisiyalar ilə çox sıx şəkildə əlaqədə olurlar. Orta səviyyəli firmalar əsasən bazar məqsədləri güddüyü halda, iri transmilli korporasiyalar problemli bazarlarda öz istehsallarını yaratmaq, bazarın daha böyük payını əldə etmək və uzun müddət ərzində bazara nəzarət etmək məqsədilə birinci olaraq bazara daxil olmaq üçün müxtəlif vasitələrə malik olurlar.

İri transmilli korporasiyalar çox riskli bazarlara investisiya qoya bilirlər. Bu investisiyaların qoyuluşunda əsas məqsəd həmin bazara digər iri bir transmilli korporasiyanın daxil olmasının qarşısını almaqdan ibarət olur. Bu tip investisiyalar strateji investisiyalar hesab edilir. Çünki onlar özlərində satışın həcminin təcili olaraq artırılması məqsədini güdmürlər. Bunula belə, kompaniyaların mövqelərinin müdafiəsinə yönəldilmiş strategiyalarda gəlirlərinin artırılmasına olan səylər üstünlük təşkil edir. Lakin müəyyən vaxt kəsiyindən sonra bazar amilləri yenidən üstünlükdə olurlar.

İnvestisiyalaşdırmağa gəldikdə isə, transmilliləşmə strategiyalarının həyata keçirilməsi üçün istifadə olunan investisiyalaşdırmanın bu üsulları mövcuddur:

-“sıfırdan” investisiyalaşdırma;

-transplantasiya;

-strateji alyanslar;

-udulma və qovuşma;

“Sıfırdan” investisiyalaşdırmada xarici bazarda təmamilə yeni bir müəssisənin yaradılmasını nəzərdə tutur. Burada birbaşa xarici investisiyaların çox əhəmiyyətli bir rolu vardır.

Transplantasiyada isə, iri transmilli korporasiyaların ayrı-ayrı hissələrinin resipient ölkələrə ötürülməsi nəzərdə tutulur. Çox vaxt bu yığıma əsaslanan istehsal sahələri üçün həyata keçirilir.

İnkişaf etmiş ölkənin iri transmilli korporasiyasının resipient ölkəyə təsirinin birgə müəssisələr və uzunmüddətli razılaşmalar əsasında həyata keçirilməsini nəzərdə tutur.

Udulma prosesi bir transmilli korporasiya tərəfindən investisiya qəbul edən ölkədə yerləşən digər transmilli korporasiyanın nəzarət səhm paketinin əldə edilməsi yolu ilə baş verir. Qovuşma prosesində isə, yerli və xarici bazarda güclənmiş rəqabətlə rastlaşdığı zaman xərclərin azaldılması və könüllü surətdə səylərin birləşdirilməsi nəzərdə tutulur.

İri transmilli korporasiyalar tərəfindən tətbiq edilən strategiyalar sahələrin və bazarların xüsusiyyətlərindən asılı olur. Transmilli korporasiyalar üçün xüsusi bir əhəmiyyət kəsb edən strategiyalar donor ölkə ilə investisiya qəbul edən ölkələr arasındaki qarşılıqlı təsir strategiyalarıdır.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə