MÜNDƏRİcat 1 qisaltmalar 3




Yüklə 309.07 Kb.
səhifə1/9
tarix11.03.2016
ölçüsü309.07 Kb.
  1   2   3   4   5   6   7   8   9

MÜNDƏRİCAT


MÜNDƏRİCAT 1

QISALTMALAR 3

GİRİŞ 4

I FƏSİL 6



MÜLKİ HÜQUQDA ƏQDLƏRİN ANLAYIŞI VƏ NÖVLƏRİ 6

1.1. Əqdin anlayışı 6

1.2. Əqdin qurucu ünsürləri 8

1.2.1. İradə ifadəsi anlayışı 8

1.2.2. Hüquqi nəticə 11

1.2.3. Digər qurucu ünsürlər 12

1.3. Əqdin növləri 13

1.3.1. Əqddə iştirak edən tərəflərin sayına görə: birtərəfli, ikitərəfli və çoxtərəfli əqdlər. 13

1.3.2. Əqddə bir tərəfin müəyyən hərəkət etmək vəzifəsinin digər tərəfin maddi və ya başqa nemət verilməsi üzrə qarşılıqlı vəzifəsinə uyğun gəlib-gəlməməsinə görə əqdlər: əvəzli və əvəzsiz əqdlər. 16

1.3.3. Əqdin yaranması üçün nəzərdə tutulmuş vaxta görə əqdlər: Real və konsensual əqdlər. 17

13.4. Əqdin etibarlılığının əqdin məqsədindən asılılıq dərəcəsinə görə kauzal və mücərrəd əqdlər. 18

1.3.5. Əqdin hüquqi nəticəsinin müəyyən haldan asılı olaraq əmələ gəlməsi kimi əlamətə görə adi (şərtsiz) və şərti bağlanan əqdlər. 19

1.3.6. Müddət kimi əlamətə görə müddətli və müddətsiz əqdlər. 21

1.4. Əqdin digər növləri 22

1.4.1. Birja əqdləri: birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir. 22

1.4.3. Məişət əqdi 23

II FƏSİL 25

ƏQDLƏRİN FORMALARI 25

2.1. Əqdin formasının anlayışı 25

2.2. Əqdin şifahi forması. 25

2.3. Əqdin yazılı forması. 26

2.3.1. Əqdlərin sadə yazılı forması. 27

2.3.2. Əqdlərin notariat qaydasında təsdiqlənməsi. 29

III Fəsil 31

ƏQDLƏRİN ETİBARSIZLIĞI 31

3.1. Əqdin etibarsızlığının anlayışı və əhəmiyyəti 31

3.2. Subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər 34

3.2.1. Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 34

3.2.2. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (qismən fəaliyyət qabiliyyətli şəxs) və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların bağladığı əqdlərin etibarsızlığı 35

3.2.3. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 36

3.2.4. Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (şərh) 37

3.3. İradəsi qüsurlu olan əqdlər 38

3.3.1. Daxili iradə olmadan bağlanan əqdlər. 39

3.3.2. Daxili iradəsi düzgün formalaşmayan əqdlər. 42

3.4. Forması qüsurlu olan əqdlər. 47

Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı. 47

3.5. Məzmunu qüsurlu olan əqdlər. 49

NƏTİCƏ 54

Bildiyimiz kimi, insanlar bir çox ehtiyaclarını əqdlər vasitəsilə həyata keçirirlər. Buna baxmayaraq, şəxslər əqd bağlayarkən bir sıra nöqsanlara yol verirlər. Həmin nöqsanlar da onların bağladıqları əqdin etibarsızlığına səbəb olur. 54

Gündəlik həyatımızda insanların ən çox gördükləri işlərdən biridə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı işlərdir. Buna baxmayaraq tərəflər əqd bağlayarkən əqdin forma şərtlərinə riayət etmirlər. Son nəticədə bu cür nöqsanlar əqdin etibarsılığına səbəb olur.. 54

Bundan əlavə, hüquqpozuntusu törədərək gəlir əldə edən şəxslər əqd bağlayarkən qarşı tərəfi hədə təsiri nəticəsində, zorakılıqla və ya aldadaraq əqd bağlayırlar. Lakin onlar bilməlidirlər ki, həmin əqdlər etibarsız əqd sayılır və heç bir hüquqi nəticə yaratmır. 54

Yuxarıda qeyd olunan hallar baş versədə, tərəflər həmin halların baş verdiyi müddətdən xeyli müddət keçdikdən sonra əqdin etibarsızlığını mübahisələndirirlər. Buna yuxarıda qeyd etdiyimiz məhkəmə qərarlarında da rast gəlirik. Tərəflər əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianı onun icrasına başlanıldığı gündən bir il ərzində, əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində, habelə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edə bilərlər. 54

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 55

QISALTMALAR

AR- Azərbaycan Respublikası;

AR MM- Azərbaycan Respublikası Mülki Məcəlləsi;

s.-səhifə;

ss.-səhifələr;

və s.- və sair;


GİRİŞ


Kurs işində həm xüsusi (mülki) hüquqda, həm də ümumi hüquqda mühüm yerə malik olan əqdlər mövzusu təhlil edilmişdir.

Bildiyimiz kimi, yaşadığımız həyatda hər gün minlərlə hadisələr baş verir. Bu hadisələrin bir qismi təbiət hadisələridir. Məsələn, yağışın yağması, ağacın böyüməsi, göy guruldaması və s. Bəzi hadisələr isə insanın hərəkəti (hərəkətsizliyi) nəticəsində meydana gəlir. Məsələn, A şəxsinin müvafiq hərəkəti nəticəsində B şəxsinin yaralanması və ya əmlakına zərər vurulması və s.

Yuxarıda qeyd edilən mövzunu misallarla əlaqələndirək. Məsələn, ağacın böyüməsi faktı təbiət hadisəsi olduğundan hüquqla əlaqəsi yoxdur, amma ağacın budaqları qonşunun həyətinə keçərsə və zərər verməyə başlayarsa, artıq bu mübahisə hüquqi məsələyə çevrilə bilər. Ona görə də belə qənaətə gəlmək olar ki, insanların iradəsindən asılı olmayaraq baş verən hüquqi faktlar hadisələrdir. Hərəkətlər elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən və şüurundan asılı olur. Hərəkətlər öz növbəsində iki yerə ayrılır:


Hüquqa uyğun hərəkətlər şəxslərin hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrinin əmələ gəlməsinə səbəb olur. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridir. Hüquqa uyğun hərəkətlərin içərisində mülki hüquq və vəzifələrin yaranmasında, dəyişməsində və xitam olunmasında ən əhəmiyyətlisi əqdlərdir. Yaşadığımız həyatda bir çox ehtiyaclarımızı əqdlər vasitəsilə həyata keçiririk.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Tərifdən göründüyü kimi, əqddən bəhs edə bilmək üçün hər şeydən əvvəl ən az bir və ya daha çox şəxsin iradə ifadəsini bəyan etməsinə ehtiyac vardır. İradə ifadəsi əqdin təməl qurucu ünsürüdür. Lakin tək başına iradə ifadəsi əqdin bağlanması üçün yetərli ola bilməz. Eyni zamanda, iradə ifadəsi hüquqi nəticənin əmələ gəlməsinə yönəlmiş olmalıdır.

Kurs işi giriş, üç fəsil və nəticədən ibarətdir.

Birinci fəsildə əqdin anlayışı, əqdin qurucu ünsürləri və əqdin növləri təhlil edilmişdir.

İkinci fəsildə əqdin formasından (şifahi və yazılı) bəhs edilmişdir.

Üçüncü fəsil kurs işinin əqdlər baxımından ən əhəmiyyətli mövzusudur. Həmin fəsildə izah edilən mövzular praktikamızda da çox mühüm rola malikdir. Bu fəsildə əqdin etibarsızlığının anlayışı və əhəmiyyəti, etibarsızlıq şərtləri, nisbi və mütləq etibarsızlıq geniş və müqayisəli şəkildə təhlil edilmişdir.



  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə