Mühazirəçi : b/m Bağıyeva Ruhiyyə M. FƏNnin proqrami kursun məzmunu




Yüklə 1.3 Mb.
səhifə4/16
tarix28.04.2016
ölçüsü1.3 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

MÖVZU 4.2

Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydaları. Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı

Plan:


  1. Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydaları

  2. Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı

Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydalarını nəzərdən keçirək. İstənilən qurğuda yeni qovluğun yaradılması üçün «Мой компьютер» -də qurğunu seçib, «Файл» menyusunu açırıq. Həmin menyunun «Создать» əmrini verərək, ekranda yeni yaranan qovluq işarəsinin altındakı «Новая папка» sözünü silərək həmin yerə qovluğun adını yazırıq Enter düyməsini basmaqla yeni qovluğu yaratmış oluruq. Hər hansı faylı və ya qovluğu bir qurğudan digərinə köçürmək üçün MOUSE-un sol düyməsindən istifadə etməklə həmin fayl və ya qovluğu seçib, sağ düyməni basaraq kontekst menyusunu açırıq. Həmin menyuda olan «Отправить» düyməsini əmrini verdikdə kompüterdə olan qurğuların siyahısı əks olunur. Lazımi qurğunu seçərək MOUSE-un sol düyməni sıxırıq və beləliklə, fayl və ya qovluğu həmin qurğuya göndərmiş oluruq. Əgər faylı eyni qurğu daxilində bir yerdən digərinə köçürmək lazımdırsa, yaxşı olar ki, işçi stolun «Мой компьютер» elementinin «Проводник» bəndindən istifadə edərək ikitərəfli pəncərənin açılmasını təmin edərək, sağ tərəfdə köçürüləcək fayl və ya qovluğu seçib, MOUS-un sol düyməsini basılı saxlamaqla onu köcürüləcək və solda yerləşən qurğunun və ya qovluğun üzərinə gətirdikdən sonra düyməni buraxırıq. Əgər ekranda ardıcıl yerləşən bir neçə ardıcıl fayl və ya qovluğu köcürmək lazımdırsa onda ilk faylı seçirik, daha sonra sonuncu faylı SHİFT düyməsini sıxılı saxlamaqla seçərək yuxarıdakı prosesi yerinə yetiririk. Əgər pəncərədə fayllar müxtəlif mövqelərdə yerləşibsə, onları CTRL düyməsini sıxılı saxlamaqla seçib, lazımi əməliyyatı yerinə yetiririk.

Fayl və qovluqları ləğv etmək üçün onu seçdikdən sonra kontekst menyusunun «Удалить» əmrini veririk. Kontekst menyusunun «Переименовать» əmrindən istifadə edərək isə seçilmiş fayl və ya qovluğun adını dəyişmək mümkündür.

Ümumiyyətlə fayl və qovluqlar üzərində müxtəlif təyinatlı əməliyyatların yerinə yetirilməsini pəncərənin menyularının əmrləri və ya kontekst menyusunun əmrləri ilə həyata keçirmək mümkündür.

Windows əməliyyatlar sisteminin özünə məxsus olan əlavələri-proqramları mövcuddur. Bu əlavələr sistemin yüklənməsi ilə artıq kompüterdə işləmə qabliyyətinə malik olur. həmin əlavələrdən istifadə üçün «Пуск» düyməsini basdıqdan sonra açılan pəncərədən «Стандартные» bəndini seçirik. Yeni açılmış pəncərədə Windows sisteminin əlavələrinin siyahısı bəndlərlə verilir. Bu əlavələrin hər birinin təyinatı ilə tanış olaq.

1.«Развлечение»-əyləncə üçün qurğuların parametrlərinin müəyyənləşdirilməsi və onlardan istifadə imkanlarının əldə olunması.

«Громкость» səs qurğularında səsin nizamlanması (artırılıb, azaldılması) imkanınını verir.

«Звукозапись» kompüterə qoşulmuş qurğular vasitəsilə (mikrofonla) müxtəlif mənbəələrdən səsin yazılması parametrlərini müəyyənləşdirməyə imkan verir.

«Проигрыватель Windows Media Player» Windows-un proiqrıvatelinin işçi pəncərəsinin ekrana çağrılmasını və ondan istifadə imkanını verir.



  1. «Связь»- kompüterlə əlaqədar müxtəlif təyinatlı əlaqələrin qurulması və nizamlanması.

-Hyper Terminal- digər kompüterlərə, Telnet və İnternet qovşaqlarına, habelə modemlər və kabellər vasitəsilə digər interaktiv xidmətlərə qoşulma üçün istifadə edilir.

- Мастер беспроводной сети- Ev və ofis üçün simsiz şəbəkənin sazlanması;

- Мастер настройки сети- Ev və kiçik şəbəkənin qurulması;

- Мастер новых подключений- İnternetə, şəxsi şəbəkəyə ev və ya ofis şəbəkəsinə yeni qoşulmanı təmin edir.

- Подключение к удаленному рабочему столу- digər kompüterdə olan uzaqlaşdı­rılmış işçi stola qoşulmanı və həmin kompüterdəki proqramın işə salınmasını təmin edir;

- Сетевые подключение- Digər kompüterə, şəbəkəyə, İnternetə qoşulmanı təmin edir.



3. Служебные- sistemlə əlaqədar xidməti proqramlar.

- Активация Windows- Windows-un kompüterdə olan surətinin aktivləş­dirilməsi və əgər onun şəbəkə əlaqəsi varsa, bu surətin piratçılıqdan qorunması:

- Архивация данных- Kompüterdə olan verilənlərin təsadüfi itirilməsinin qarşısının alınması məqsədilə onların arxivləşdirilməsini təmin edir. Əmr verildikdən sonra yeni aşılan pəncərədə iki imkan təklif edilir. Bunlardan birincisi verilənlərin arxivləşdirilməsini, ikincisi isə artıq mövcud olan arxivdən verilənlərin çıxarılaraq lazımi yerə bərpasını təmin etmək imkanıdır. Lazımi imkan seçildikdən sonra hansı verilənlərin arxivləşdiriləcəyi müəyyən­ləşdirilir. Bu verilənlər “Мои документы» qovluğundakı fayllar və kompüterin sazlama parametrləri, kompüterdə olan və bütün istifadəçilərin verilənləri və sazlama parametrləri, kompüterdə olan bütün verilənlər, ya da istifadəçi istəyinə uyğun seçilmiş verilənlər ola bilər. Sonuncu variantda növbəti pəncərəyə kompüter qurğuları və həmin qurğulardakı fayllar və qovluqların siyahısı verilir. İstifadəçi tərəfindən lazım olanlar seçilir. Arxivləşdiriləcək ob­yekt­­lər müəyyənləşdirildikdən sonra növbəti mərhələdə arxivin saxlanacağı qurğu və arxivə veriləcək ad daxil edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses haqqında məlumat verilir. Daha geniş hesabat almaq üçün sonuncu pəncərədəki «Отчет» əmrindən istifadə etmək olar. Əgər arxivləşdirilmiş verilənləri bərpa etmək lazım gələrsə prosesi analoji ardıcıllıqla lakin ilkin pəncərədəki ikinci imkanı seçməklə həyata keçirmək lazımdır.

- Восстановление системы- Sistemin əvvəlki vəziyyətinə bərpası. Bu əmr verildikdən sonra yeni açılan pəncərənin sağ hissəsində iki rejim verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş və hansısa dəyişikliyə və ya proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. İkinci isə istifadəçinin özü tərəfindən bərpa nöqtəsinin yaradılması imkanını yaradır. Birinci imkan seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə xüsusi rənglənmiş xanada olan tarix bərpa tarixləridir. Təqvim pəncərəsinin başlığında verilən hərəkət etdiricilərlə daha əvvəlki bərpa nöqtələrinə keçmək mümkündür. Bu nöqtə seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə qaytarır.

- Дефрагментация диска- Diskin defraqmentləşdirilməsi. Adətən faylları diskə yazdıqda kompüter fayl verilənlərini diskin sektorlarında qalan boş yerlərə hissələr-fraqmentlər şəklində yazmaqla disk həcminə qənaət edir. lakin iri həcmli fayllarla işlədikdə bu cür fraqmentlərlə yazılış işin sürətini aşağı salır. Bunu aradan qaldırmaq məqsədilə disklərin defraqmentləşməsini aparmaq olar. Yəni fayllar bütöv şəkildə disk hissəsində yerləşdirilir. Qeyd edək ki, bu halda diskin tutumundan optimal istifadə edilməsə də disklə işin sürəti artır. Əmrin yerinə yetirilməsi zamanı açılmış pəncərədə yerinə yetirilən proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında, prosesin nəticəsi haqqında məlumat verilir.

- Мастер переноса файлов и параметров- Mənbə rolunu oynayan kompüterin parametrlərini və onda yerləşmiş faylların digər kompüterə keçirilməsi təmin olunur;

- Назначенные задания- Seçilmiş tapşırığın kompüter tərəfindən avtomatik yerinə yetirilməsini təmin edir. Əmr verildikdən sonra açılan pəncərədən «Добавить задания» rejiminin üzərində düyməni sıxaraq yeni pəncərəyə keçirik və lazımi proqram seçilir. Növbəti addıma keçilir. Bu addımda tapşırığa ad verilir. Bu ad proqramın öz adı da ola bilər. Həmin pəncərədə tapşırığın yerinə yetirilməsi və ya proqramın işə salınması parametri seçilir (hər gün, hər həftə, kompüter yüklənən kimi və s.) sonra «Готова» düyməsi ilə prosesin başa çatdığı bildirilir. Sonrakı mərhələlərdə tapşırıqla əlaqədar parametrlər sorğulara cavab şəklində müəyyənləşdirilir.

- Очистка диска- Seçilmiş diskin təmizlənməsi. Bu rejim verildikdən sonra ekranda açılmış yeni pəncərədə təmizlənəcək disk seçilir. Növbəti addımda açılan pəncərədə adətən silinməsi lazım olan qovluqlar və onlardakı məlumatların həcmi göstərilir. Əgər təmizləmədə əlavə imkanlardan istifadə etmək istəyirsinizsə, onda pəncərənin yuxarısında olan «Дополнительно» əmrini verməklə yeni açılan pəncərədə, lazımi rejimi (az istifadə olunan komponenetlərin silinməsi, lazımsız proqramların silinməsi və s.) seçib yeni mərhələyə keşmək olar. Lakin ilkin variant seçilibsə istifadəçi təmizləyəcəyi qovluğu müəyyəmləşdirir, lazımdırsa onun məzmununa baxır və yalnız təmizləmək gərək olan faylları seçir. Əks halda seçilmiş qovluqda olan bütün fayllar silinir. Bu əməliyyatın vaxtaşırı aparılması kompüterdə əlavə, lazımsız fayl və qovluqların olmamasına və iş üçün daha münbit şəraitin yaranmasına kömək edir.

- Сведения о системе- Sistem haqqında məlumatları verir. Bu əmrin köməyi ilə kompüterin aparat resursları, müxtəlif komponentlər, qurğular, proqramlar haqqında məlumat və onların mövcud vəziyyətlərinin səciyyəsini əldə etmək olar.

- Таблица символов- Kompüterdə olan sistemin malik olduğu simvolların cədvəlini ekrana verir və klaviaturada olmayan simvolların əlavə edilməsinə imkan yaradır.

- Центр обеспечения безопасности- Kompüterin təhlükəsizliyinin təmin olunması məqsədilə üç parametrin Brandmauerin (kompüterə daxil olma imkanlarının istifadəçinin müəyyənləşdirdiyi qaydaya uyğunluğun), avtomatik yeniləmənin və viruslardan qorunma üçün antivirus proqramlarının fəallığının müəyyənləşdirilməsini təmin edir.

4. Специальные возможности- İstifadəçiyə xüsusi imkanlar verir.

- Диспетчер служебных программ- Xüsusi imkanları təmin edən proqramların işə salınması və sazlanmasını təmin edir;

- Мастер специальных возможностей- eşitmə, görmə və hərəkət qabiliyyətində çatışmamazlıqlar olanlar üçün imkanların sazlanmasını təmin edir.

- Экранная клавиатура- Ekrana klaviaturanın təsvirini çıxararaq MOUS-dan və ya digər düyməli qurğudan istifadə edərək klaviatura düymələri ilə işləməni təmin edir.

- Экранная лупа- Ekranın götürülmüş fraqmentinin böyüdülməsini təmin edir.

5. Paint- rəngli təsvirlərin və qrafiklərin hazırlanması proqramıdır. Burada hazırlanmış təsvirlər Windowsun digər proqramlarında da istifadə oluna bilər. Bu məqsədlə mübadilə buferindən istifadə etmək lazımdır.

6. WordPad-kiçik qeydlər və sənədlərin hazırlanması üçün nəzərdə tutlmuş proqramdır. Bu mətn proqramı Windows əməliyyatlar sistemində işləyə bilən digər mətn proqramlarının imkanlarından daha aşağı imkanlara malikdir. Lakin hər halda burada istənilən uzunluqda mürəkkəb obyektləri olmayan sənədi hazırlamaq olar.

7. Адресная книга-Kompüter vasitəsilə xidməti kataloqlardan istifadə etməklə, şəxsi əlaqədar olduğunuz tərəfdaşları və müxtəlif insanlarla əlaqələrin idarə olunmasını təmin edir.

8. Блокнот- Sadə formatlı mətn fayllarının yaradılması və redaktəsini təmin edir;

9. Знакомство с Windows- Windows əməliyyatlar sisteminin imkanları və onlarla işləmə qaydalar ilə tanış olmağa imkan verir;

10. Калькулятор- Adi kalkulyatoru əvəz edərək onun yerinə yetirə bildiyi əməliyyatları aparmağa imkan verir. Burada kalkulyatorun sadə və bir çox mürəkkəb hesablama funksiyalarına malik olan qismən mürəkkəb variantları mövcuddur;

11. Командная строка- Hazır proqramların yerinə yetirilməsi sətridir (MS DOS əməliyyatlar sistemində olduğu kimi);

12. Мастер совместимости программ- Köhnə proqramların Windows-da işləməsi üçün uyğunluq yaradır;

13. Проводник-Kompüterdə olan fayl və qovluqların siyahısını verir və onlarla işləyərkən bələdçi rolunu oynayır;

14. Синхронизация-Avtonom rejimdə yenilənən verilənlərin (sənədlərin, təqvimlərin, elektron poçt məlumatlarının şəbəkə surətlərini yeniləyir (kompüter şəbəkəyə qoşuludursa);

15. Мастер работы со сканером или цифровой камерой- Təsvirlərin ckaner və ya kamera vasitəsilə götürülməsini təmin edir.

Mühazirə 5.1

Alqoritmləşdirmə və proqramlaşdirma. Alqoritmik dillər. Turbo Paskal dilinin əlifbasi, sabitlər və dəyişənlərin tipləri

Plan:

1. Alqoritm,onun xassələri, verilmə üsulları, növləri

2. Proqramlaşdırma dilləri haqqında ümumi məlumat

3. Turbo Paskal dilinin əlifbası

4. Turbo Paskal dilinin standart funksiyalar

5. Turbo Paskal dilində sabitlər və dəyişənlərin tipləri
Alqoritm, xassələri, verilmə üsulları, növləri

Məsələnin həlli zamanı ilkin və aralıq verilənlərin emalı prosesini birqiymətli təyin edən yazılışların ardıcıllığına alqoritm deyilir.

Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var. Bunlardan birincisi müəyyənlik xas­səsidir. Müəyyənlik dedikdə alqoritm elə tərtib olunmalıdır ki, onun təsvir etdiyi pro­ses tamlığı ilə aydın olmalıdır.

İkinci xassə alqoritmin diskretlik xassəsidir. Yəni, hər bir alqoritm ayrı-ayrılıq­da yerinə yetirilə bilən addımlardan ibarət olmalıdır.

Alqoritmin üçüncü xassəsi onun nəticəvilik xassəsidir. Belə ki, hər bir alqoritm son nəticənin alınmasını təmin etməlidir.

Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni, tərtib olunan hər bir alqoritm eyni qəbildən olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olma­lıdır.

Alqoritmin üç verilmə üsulu mövcuddur. Bunlar nəqli, qrafik və proqram üsu­ludur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və yazılış qaydalarından istifadə olunur. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə blok-sxemlərdən istifadə olunur. Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə alqorit­mik dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur.

Blok-sxem əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıl­lığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:



    -prosesin başlanğıcı və sonu bloku;



  • hesablama bloku;



  • verilənlərin klaviaturadan daxil edilməsi bloku;



    -şərti və ya məntiqi blok;








  • Dövr bloku;




  • alt proqram bloku;



  • çap bloku.

Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla prosesin gedişatı istiqamətində birləşdirilir.

Alqoritmin üç əsas növü vardır. Bunlar xətti strukturalı, budaqlanan strukturalı və dövri strukturalı alqoritmlərdir. Xətti strukturalı alqoritm elə alqoritmə deyilir ki, ondakı yazılışların ardıcıllığı ilə yerinə yetirmə ardıcıllığı qarşılıqlı birqiymətli uyğun olur.

Əgər alqoritmin yerinə yetirilməsi hər hansı şərtdən asılı olaraq şaxələnirsə, onda belə alqoritm budaqlanan alqoritm adlanır.

Bir çox proseslərin yerinə yetirilməsində eyni parametrin müəyyən qaydada təyin edilmiş müxtəlif qiymətlərdə hesablanması tələb olunur. Buna görə də dövrü proses əmələ gəlir. Dövrlər sadə və ya mürəkkəb olur. Yəni, yalnız bir parametrdən ası­lı və bir neçə parametrlərdən asılı olan bir-birinə daxil olan dövrlər ola bilərlər. Belə proseslərə uyğun olan alqoritmlər dövri alqoritmlər adlanırlar.

Proqramlaşdırma dilləri

Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dilləri­nin köməyi ilə həyata keçirilir.

Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur.

Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərinin də adi dillərdə olduğu kimi əlifbası, lüğəti, tərkibi və sintaksisi var. Adi dillərdən fərqli olaraq proqram­laşdırma dilində ən çoxu bir neçə yüz söz olur, sözlərin çoxmənalı­lığına yol verilmir, yalnız bir məna daşıyır. Proqramlaşdırma dilləri çoxdur. Onlar aşağı və yüksək səviyyəli dillərə bölünür. Aşağı səviyyəli dillərə maşın dili və assembler dili aiddir. Bu dillər istifadə edildiyi maşının tipindən asılı olduğundan maşın yönümlü dillər adlanır. Maşın dillərindən istifadə hazırda geniş yayılma­mışdır. Belə ki, bu cür dillərdən istifadə edilməsi xüsusi hazırlıq və bacarıq tələb edir. Bu proqramlarla adətən peşəkar proqramçılar məşğul olurlar. Maşın dilində proqramın tərtibi olduqca çox zəhmət tələb edir, sonradan oxunması çətin olur. Başqa çatışmamazlığı ondan ibarətdir ki, eyni bir alqoritmin müxtəlif kompüter­lərdə yerinə yetirilməsi üçün müxtəlif proqramlar yaratmaq lazım gəlir.

Hal-hazırda maşın kodundan istifadə olunmur və kompüter üçün proqram hər hansı proqramlaşdırma dillərinin birində tərtib olunur. Proqramlaşdırma dilləri bir qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici vasitələr, informasi­yanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin çoxunun proqramın tərtibində oxşar prinsipdən istifadə etməsinə baxmayaraq, onların sintaksisi müxtəlifdir.

Yüksək səviyyəli proqramlaşdırma dilləri (alqoritmik dillər) isə müxtəlif tipli maşınlarda istifadə edilə bilər. Alqoritmik dillər maşın dillərinə nisbətən daha sadə olub, geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dillərində əmrlər operatorlar və ya təlimat adlanır. Hər hansı alqo­ritm üçün tərtib olunan bu cür əmrlər ardıcıllığı ilkin proqram və ya sadəcə ilkin mətn adlanır. Ilkin mətn çevirici proqram (translyator) vasitəsilə çevriləndən sonra icra olunur. Proqramlaşdırma dilləri də öz növbəsində interpretator və kompilyatorla işləyən dillərə bölünürlər. İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi zamanı həmin sətirdə səhvin olub-olmadığı yoxlanılır və əgər səhv olarsa yerinə yetirmə avtomatik olaraq dayandırılır. Kompilyatorla işləyən dillərdə isə proqram mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir. Səhvlərin göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır.

Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0 versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə Borland İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 7.0 variantı isə 1992-ci ildən istifadə edilir.

Turbo Paskal dilinin əlifbası:

İndi isə Turbo Paskal 7.0 dilinin əlifbası ilə tanış olaq. Turbo Paskal dilinin əlifbasına hərflər, onluq say sisteminin rəqəmləri, onaltılıq say sisteminin rəqəm­ləri, xüsusi simvollar, açar sözlər və s. daxildir.

Əlifbanın tərkib hissəsi aşağıdakı kimidir:


  1. 0-dan 9-a qədər ərəb rəqəmləri;

  2. 0...9, A, B, C, D, E, F –onaltılıq say sisteminin rəqəmləri və onlardan düzəldilmiş ədədlər;

  3. Xüsusi işarələr: +, -, *, /, =, ., ,, ;, :, <, >, [ ], ( ), { }, ^, @, $, #, &, (* *), (. .).

  4. Münasibət işarələri:

< - kiçikdir;

> - böyükdür;

<= - kiçikdir bərabərdir;

>= - böyükdür bərabərdir;

= - bərabərdir

: = - mənimsətmə operatoru.

  1. Hesabi əməllər:

+ - toplama;

- - çıxma;

*- vurma;

/ - bölmə;

div – tam bölmə

mod- bölmə əməlindən alınan qalıq


  1. Məntiqi əməllər:

and- iki tam ədədin bitləri üzrə məntiqi əməliyyatı;

or – iki tam ədədin bitləri üzrə məntiqi və ya əməliyyatı;

not – tam ədəin bütün bitləri üzrə unar inversiya əməliyyatı;

xor –iki tam ədədin bitləri üzrə istisnalı məntiqi və ya əməliyyatı.

Turbo Paskal dilində bir sıra açar sözlərdən istifadə edilir. Turbo Paskal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz. Buna görə də identi­fikatorların yazılışında açar sözlərdən istifadə edilə bilməz. Yəni, bu sözlərdən dəyişən və ya sabitlərin adlandırılmasında istifadə edilməməlidir. Bu sözlərdən bəzilərini qeyd edək: case, absolute, begin, const, div, do, downto, else, end, external, file, for, forward, function, goto, if, in, implemation, inline, interface, interrupt, label, mod, nil, not, of, packed, procedure, set, shl, shr, string, program, record, repeat, then, to, type, unit, until, uses, var, while, with, və s.

Turbo Paskal dilində sabit, dəyişən, nişan, tip, prosedur, funksiya, modul, proqram və yazı sahələrinin adlandırılması məqsədilə identfikatorlardan istifadə edilir. İdentifikator ixtiyari uzunluğa malik, ilk simvolu hərf olan simvollar ardıcıl­lığıdır. Proqram daxilində identifikatorun yalnız ilk 63 simvolu nəzərə alınır.



Turbo Paskal dilinin standart funksiyaları:

Turbo Paskal dilində digər alqoritmik dillərdə olduğu kimi standart funksiyalar da mövcuddur. Bu standart funksiyalar aşağıdakılardır:



Riyazi yazılış

Alqoritmik dildə yazılış

Vəzifəsi

x 

ABS(x)

x-in mütləq qiyməti



SQRT(x)

x-in hesabi kökü

x2

SQR(x)

x-in kvadratı

[x]

İNT(x)

x-in tam qiyməti

{x}

FRAC(x)

x-in kəsr hissəsi

ex

EXP(x)

x-in eksponensialı

Sin x

SİN(x)

x-in sinusu (x- radianla verilir)

Cos x

COS(x)

x-in kosinusu (x- radianla verilir)

Arctan x

ARCTAN(x)

x-in arktangensi (x- radianla verilir)

Ln x

LN(x)

x-in natural loqarifmi





 ədədi, =3,141592653...

verilmiş aralıqda təsadüfi ədədlər generatoru

RANDOM(x)

0  i < x aralığından təsadüfi ədədi seçib nəticə kimi verir

təsadüfi ədədlər generatoru

RANDOMİZE

təsadüfi seçilmiş ixtiyari ədədi seçib nəticə kimi verir




DEC(x,i)

x-in qiymətini i qədər azaldır (x və i tam ədədlər olmalıdırlar). Əgər i verilməyib­sə, onda x-in qiyməti 1 vahid azaldılır




İNC (x,i)

x-in qiymətini i qədər artırır (x və i tam ədədlər olmalıdırlar). Əgər i verilmə­yibsə onda x-in qiyməti 1 vahid artırılır.




ODD(x)

əgər x ədədi tək ədəddirsə TRUE, cütdürsə FALSE məntiqi qiymətini qaytarır ( X tam ədəd olmalıdır.




CHR(x)

x tam ədədinə uyğun simvolu verir.

Digər riyazi funksiyaların hesablanması məqsədilə riyazi çevirmələrdən istifadə edilir. Bunlardan bir neçəsini göstərək:



, , , Xn- exp(n*ln(x)),
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə