Mühazirə otağı/Cədvəl Məsləhət saatları Dərslərdən sonra 30 dəqiqə Prerekvizitlər




Yüklə 57.51 Kb.
tarix14.04.2016
ölçüsü57.51 Kb.

ç+Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Məntiq PSYC240, 3 kredit

Departament

Humanitar və sosial elmlər fakültəsi

Proqram (bakalavr, magistr)

bakalavr

Tədris semestri

Yaz 2016

Fənni tədris edən müəllim (lər)

Ruslan Xəlilov

E-mail:

ruslan.xalilov2014@yandex.ru

Telefon:




Mühazirə otağı/Cədvəl




Məsləhət saatları

Dərslərdən sonra 30 dəqiqə

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)



Məcburi

Dərsliklər və əlavə ədəbiyyat




Kursun vebsaytı




Tədris metodları

Mühazirə

+

Qrup müzakirəsi

+

Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




10

Tapşırıqlar

Quiz 1-3.03.16 (5bal)

Quiz 2-4.04.16 (5 bal)

Quiz 3-5.05.16 (5bal)


15

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Semestrin sonu

40

Davamiyyət




5

Yekun




100

Kursun təsviri

Məntiq dərslərində ilk başlanğıcda məntiqin predmeti,onun tarixinə qısa nəzər yetirilir.Məntiq kursunda məntiqdə istifadə olunan əsas anlayışlar haqqında,onların düzgün izahı və həlli yolları təsvir olunmalıdır. Hökmlər,sillogizmlər,onların üzərində aparılan əməliyyatlar,hökmlərdə modallıq anlayışı məntiqin əsas müzakirə obyektlərindəndir. Onların praktikada tətbiqi də bu mövzuların izahı üçün olduqca mühümdür. Həmçinin arqumentləşdirmə nəzəriyyəsi məntiqin əsas hissələrindən biri olaraq kursda öz əksini tapır.

Kursun məqsədləri

Məntiq dərsi tədris prosesində öz əsas məqsədlərini belə müəyyənləşdirir:

  1. Məntiqi təfəkkürün yaranması, inkişafı və onun əsas predmetinin müəyyən edilməsinin təhlil və müzakirə edilməsi.

  2. Elmi idrakın metodologiyasında məntiqin rolunun təhlil və müzakirə edilməsi

  3. Formal və dialektik məntiqin əsas prinsiplərinin təhlil və müzakirə edilməsi

  4. Təfəkkürün bir formasi olaraq anlayışların mahiyyəti və onların bölgüsünün,təsnifatının təhlil və müzakirə edilməsi

  5. Hökmlər və onların müxtəlif meyarlar əsasında bölgüsünün təhlil və müzakirə edilməsı.

  6. Əqli nəticə və onun praktikada rolunun təhlil və müzakirə edilməsi

  7. Arqumentləşdirmə nəzəriyyəsi ,onun əsaslarının təhlil və müzakirə edilməsi




*Tədrisin (öyrənmənin) nəticələri

Dərsin nəticələri

Məntiq dərsinin əsas məqsədləri aşağıdakılardır:

Keçirilən hər bir dərsdə fəal şəkildə iştirak edən və kursu müvəffəqiyyətlə başa vuran tələbə,


  1. Məntiqi təfəkkür haqqında geniş və zəruri biliklərə sahib olacaq (koqnitiv nəticə- biliklənmə, savadlanma).

  2. Müstəqil təfəkkür tərzinə malik olaraq öz subyektiv məntiqi təfəkkürünü formalaşdıracaq (mental nəticə- yeni bacarıq qazanma).

  3. Artıq formalaşmış məntiqi təfəkkürün təsiri altında öz potensialından daha səmərəli şəkildə çıxış edərək müstəqil fərd və şəxsiyyət kimi cəmiyyətdə gedən proseslərdə mütərəqqi şəkildə çıxış edəcək (mənəvi nəticə).




Qaydalar (Tədris siyasəti və davranış)

Dərsin işlənmə forması

  1. Dərslər müəllimin geniş şəkildə izahlarından və mövzu ətrafında qarşılıqlı müzakirələrindən ibarət olacaqdır.

  2. Keçirilən dərslərin tezisləri dərsdən sonra tələbələrə verilsə də, dərslərdə vacib qeydləri götürmək olduqca mühümdür.

  3. Tələbələrə veriləcək tezislər dərslər haqqında tam dolğun informasiya verməyəcəkdir.

  4. Dərslər azərbaycan dilində keçiriləcəkdir. Həmçinin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri ingilis dilində ifadə etmək olar

  5. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.

Dərsə hazırlaşma forması

Keçirilən dərslərə hazırlıq üsulu belə tövsiyə olunur.



  1. Hər bir dərsdən öncə növbəti dərsin mövzusuna uyğun oxumaq, bu haqda biliklərə yiyələnmək.

  2. Keçirilən hər bir dərsdə mühazirələri diqqətlə dinləmək, müzakirələrdə fəal surətdə iştirak etmək və lazımi qeydlər aparmaq.

  3. Hər bir dərsdən sonra dərsdə keçirilənləri yada salmaq, onları fərdi şəkildə düşünmək, dərsdə qeyd edilənləri geniş şəkildə tamamlamaq lazımdır.

  4. Bir mənbədən alınan məlumatlarla kifayətlənən, başqa mənbələrə müraciət etməyən əzbərçi və avtoritativ tələbələr dərsdə maksimum keçid balını yığa bilərlər. İki və daha çox mənbələrə müraciət edərək araşdırma aparan tədqiqatçı tələbələr isə dərsdə yüksək bal yığa bilərlər.

5. Yalnız dərsin mövzusuna uyğun, düşünülmüş və aydın şəkildə söylənilən fikirlər aktivlik balının yazılmasına kömək edə bilər.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)



Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



11.02-15.02.2016

Məntiq və onun predmeti.Məntiqin inkişaf tarixi

M.İsrafilov Məntiq

Səh.32-66





18.02-22.02.2016

Elmi idrakda məntiqin yeri və rolu.Rasional idrak və məntiq

M.İsrafilov Məntiq

Səh.66-70





25.02-29.02.2016

Formal məntiq nədir? Dialektik məntiq və onun əsas prinsipləri

M.İsrafilov Məntiq

Səh.70-88





03.03-07.03.2016

Anlayışlar təfəkkürün bir forması kimi.Anlayışların təsnifatı və bölgüsü

M.İsrafilov Məntiq

Səh.88-123





10.03-14.03.2016

Hökm və onun əsas xarakteristikası.Praktikada hökmlərin yeri və rolu

M.İsrafilov Məntiq

Səh.123-127





17.03-28.03.2016

Hökmlərin müxtəlif meyarlar əsasında bölgüsü

M.İsrafilov Məntiq

Səh.127-142





31.03-4.04.2016

Hökmlərdə modallıq anlayışı.Modallıq və forma

M.İsrafilov Məntiq

Səh.142-151





07.04-11.04.2016


Hökmlər üzərində aparılan məntiqi əməliyyatlar.Hökmün dəyişilməsi qaydaları

M.İsrafilov Məntiq

Səh.151-163









Aralıq imtahanı






14.04-18.04.2016

Təbii dilin tədqiqində məntiqin rolu.Suallar və onun növləri

M.İsrafilov Məntiq

Səh.163-175





21.04—25.04.2016

Məntiqdə sillogizmlərin yeri və rolu.Mürəkkəb və mürəkkəb ixtisari sillogizmlər

M.İsrafilov Məntiq

Səh.192-208





28.04-2.05.2016

Əqli nəticə və onun növləri.İnduktiv və deduktiv əqli nəticə

M.İsrafilov Məntiq

Səh.175-186

Səh.208-240




05.05-9.05.2016

Analogiya nədir?Hipotezin təbiəti və onun elmdə rolu

M.İsrafilov Məntiq

Səh.240-262

Səh.273-293




12.05-16.05.2016

Arqumentləşdirmə nəzəriyyəsi.Sübut və onun növləri

M.İsrafilov Məntiq

Səh.293-306





19.05-23.05.2016

Təkzib və onun mahiyyəti.Təkzibin strukturu və növləri

M.İsrafilov Məntiq

Səh.321-330





26.05-30.05.2016

Arqumentləşdirmə və sübut.Arqumentləşdirmə və sübutun taktikası

M.İsrafilov Məntiq

Səh.349








Final imtahan





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə