MÜƏLLİF: MƏHƏMMƏD ƏLİ sadat təRCÜMƏ edəN: M. ƏMİN




Yüklə 1.53 Mb.
səhifə1/13
tarix27.04.2016
ölçüsü1.53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13




MÜƏLLİF:

MƏHƏMMƏD ƏLİ SADAT
TƏRCÜMƏ EDƏN:

M. ƏMİN

Mündəricat




Ön söz 4

Kitabın yazılmasında məqsəd 7



I fəsil 8

İzdivac, evlənmə astanasında 8

Qur`ani-kərim nəzərindən ailə rabitəsinin əsası 9

Ailə təşkilində ilk addım 10

həyat yoldaşı seçimi 11

Həyat yoldaşı seçimində meyarlar 12

Həyat yoldaşının əxlaqi və şəxsiyyətlə bağlı keyfiyyətləri 13

Münasiblik və anlaşma 14

Qarşı tərəfi hansı yollarla tanımaq olar? 16

Ailə baxımından yanaşma 17

Araşdırma 18

Söhbət və şərtlərin bəyanı 18

Həyat yoldaşı seçimində tələsmək olmaz 20

Diqqət və ayıqlıq ictimai həyatın zərurətidir 21

İstixarə 22

İzdivac astanasında yersiz xərclər 23

Ər-arvadlıq vəzifələri ilə tanışlıq zərurəti 25

Ailə həyatına ciddi yanaşaq 26



II fəsil 29

Qadınla kişi arasındakı fərqlər 29

Qadın və kişinin vahid xilqəti 29

Qadınla müştərək həyatda ilk addım 30

Qadınla kişi arasında fərqlər 32

Qadın ruhiyyəsinin əsas mehvəri 34

Qadının hər şeylə maraqlanması 35

Qadınlar üçün söhbət hislərini bölüşmə vasitəsidir. 37

Ağıl və hisslər arasındakı daimi dartışma 38

Qadının mövqeyi 39

Qadının göstərməli olduğu hünər 40

Bir tənqid 41

Qadın və kişinin bir-birinə ikili münasibəti 43

Kişi sevmək, qadın isə sevilmək sorağındadır 45

Qadın ruhunda şadlıq və təravət 46

Ərin ən mühüm mə`nəvi vəzifəsi 47

Ərlərə xəbərdarlıq 49

Məhəbbət intizarında ifrata varmayaq 51



III fəsil 52

Ər-arvad rabitələri 52

Söz rabitəsi 52

Az danışmalı, yoxsa çox? 53

Sədaqət və açıq rabitə 54

Anlaşılmazlıq 55

Gileylərimizin bəyanında ifrata varmayaq 56

Danışıq tərzi 56

Dil yarası 57

Ədəb üçün yardım diləyək 58

Məhəbbətin izharından çəkinməyək 59

Sirsaxlama 60

Höcətləşmədən çəkinək 61

Tünd xasiyyətdən çəkinək 62

İbrətamiz bir əhvalat 64

Xoş rəftar iman nişanəsidir 65

Qəzəbdən, sərt rəftardan çəkinək! 65

Qadınlarla rəftarda islami nümunələr 67

Ərlə rəftarda İslam ölçüləri 69

Uyğunlaşma 70

Uyğunlaşma məfhumu 72

Həyat yoldaşının ailəsi ilə saziş 73

Güzəşt uyğunlaşma şərtidir. 74

Saziş həddi 75

Umacağımızı məhdudlaşdıraq 75

Öz istəklərimizdə bəsirətli olaq 76

Müqayisə aparmayaq 77

Ərdən maddi təmənna 78

Başqalarının yaxşı dolanışığını həyat yoldaşımıza nümunə göstərməyək 81

Ailədə kişinin müdiriyyətinin rolu 82

V. Dorantdan bir sitat 84

Ailədə iş bölgüsü 85

İşləyən qadınlarla bağlı bə`zi nöqtələr 86

Qadının iqtisadi müstəqilliyi 89

Sevincimizi həyat yoldaşımızla bölüşək 90

Cinsi ehtiyacların tə`min olunmasının əhəmiyyəti 93

Ev mühitində qadının bəzənməsi 94

Qadının başqaları üçün bəzənməsi 95

Qeyrət kişilik simvoludur 97

Çirkin baxışlar 97

Övladı olmayan zövcələr 98

İxtilaflara necə yanaşaq? 99

Ata-analara tövsiyə 100

Son söz 101





Ön söz


Rəhman və Rəhim Allahın adı ilə

Hazırda sənaye ölkələrinin böhrana ən çox mə`ruz qalmış ictimai dayağı ailədir. Başqa sözlə, son bir neçə əsrdə düşüncə, əxlaq, mədəniyyətlə bağlı dəyişikliklər daha geniş şəkildə ailə fəzasında müşahidə olunur. Müasir insanın ruhiyyəsini qərb ailəsinin timsalında əhatəli şəkildə görmək mümkündür.

Qərb dünyasındakı ictimai proseslərin incəlikləri ilə tanış olanlar gözəl bilirlər ki, həmin qitədəki ailə dağıntıları bir çox həllolunmaz problemlər yaratmışdır. Məşhur Amerika nəzəriyyəçisi Elvin Tafler mövcud böhranların yaranmasında ailə dağıntılarının rolu ilə bağlı belə deyir: "Bu gün bəşəriyyət növbəti dəfə hiss edir ki, onun şəxsiyyəti divara çırpılmış yumurtanın qabığı tək xırdalanmışdır. Amma keçmişdəkindən fərqli olaraq hazırkı günahı doğuran iqtisadi amillər yox, ailə dağıntılarıdır."1

Amma bizim cəmiyyətimizdə vəziyyət bir başqa cürdür. Nisbi də olsa, cəmiyyətimizdəki əxlaqi sağlamlıq ailə əsaslarının möhkəmliyinə və davamlılığına səbəb olmuşdur. Digər ölkələr, xüsusi ilə inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə boşanma faizi çox-çox aşağıdır. Bu rəqəm İslam hakimiyyəti dövründə əhəmiyyətli dərəcədə aşağı düşmüş, boşanma 20 faizdən 7 faizə enmişdir. Bu proses elə bir zamanda baş verir ki, sənaye ölkələrində boşanma sayı, eləcə də, ailənin davam müddəti heyrətamiz sür`ətlə dəyişir. Məsələn, İsveçdə ailənin orta davam müddəti cəmi altı aydır!ç1 Ümumiyyətlə ailə qurmayanlar bə`zi qərb ölkələrində əhalinin 48 faizindən çoxunu təşkil edir. Müsəlman ölkəsində vəziyyət necədir? Müsəlman qadınların 99 faizindən çoxu ailə qurmaq istəyindədir. Qalan bir faiz isə ailə qurmaq gücündə olmayan əlil, xəstə qadınlardan ibarətdir. Amma məsələn, İrlandiyada qadınların yalnız 54 faizi ərə getmək barədə düşünür. Uyğun sahədə rəqəmlər arasındakı nəzərəçarpan fərqin səbəbini öncə İslam cəmiyyəti ilə qərb cəmiyyətindəki e`tiqadi və əxlaqi durumda axtarmaq lazımdır. Qərb cəmiyyətində əxlaqi dəyərlərin aradan götürülməsi və bu ölkələrdə e`tiqadi şəxsiyyətin əldən çıxarılması bir çox problemlər yaratmış, o cümlədən, ailə əsaslarını sarsıtmışdır. Bütün bu çətinliklər, bə`zi qərb mütəfəkkirlərinin nəzərincə, müasir qərb mədəniyyətinin tənəzzülündən danışır.

Qadınla kişi arası münasibətlərin azad buraxıldığı, tənzimlənmədiyi cəmiyyətlərdə, şübhəsiz ki, ailə təşkili və izdivac məhvə məhkumdur. Eləcə də, ailə əsasları böhran keçirən bir cəmiyyət gec-tez süqut edəsidir.

Ailə qurmaq qərbli gənc üçün məhdudiyyətlərin başlanğıcıdır. Bu səbəbdən də o, ailə həyatından qaçır. Hətta ailə qurmuş qərbli də daim bu zindandan necə qurtulmaq barədə düşünür. Bizim cəmiyyətimizdə isə, xüsusilə sağlam əxlaqa malik əksəriyyət arasında evlənmə məhdudiyyətlərin başlanğıcı yox, sonu sayılır. Ailə təşkilini şirin bir arzu, qızıl yuxu bilən müsəlman bir gənc üçün izdivac-evlənmə intizar, həsrət dövrünün başa çatmasdır. O öz həyat yoldaşını zindanban, nəzarətçi yox, xoşbəxtlik qaynağı bilir.2 Bəli, ailə təməli cəmiyyətimizdə böyük dəyərə malikdir. Cəmiyyətimizi cilovunu qırmış qərb cəmiyyətindən fərqləndirən bu xüsusiyyət çox mühüm bir imtiyaz, üstünlükdür. Ona görə də bu müqəddəs təməlin möhkəmləndirilməsində əvvəlkindən də artıq çalışmalıyıq. Bir çox digər problemlərin əsas səbəblərindən olan ailə ocağındakı soyuqluğun qarşısı alınmalıdır.

İslamın ailə təməlinə xüsusi diqqəti müsəlmanlar arasında bu təmələ böyük bir dəyər vermişdir. İslamın fitri və təbii əsaslara malik ailə nizamı ərlə arvad arasındakı rabitənin bir çox incə nöqtələrini önə çəkmişdir. Eləcə də, ailə həyatının davamlı qanunlarının əsası qoyulmuşdur. İslamın daim diqqət mərkəzində olan əsas məsələlərindən biri ailəyə rövnəq vermək, bu ocağı isitmək və möhkəmləndirməkdir. Belə ki, ailə rabitələrini zəiflədə bilən hər bir amillə ciddi mübarizə aparılmışdır. Ər-arvadlıq vəzifələrinin yerinə yetirilməsi və ailədə əxlaqi dəyərlərə diqqət İslam tə`limlərində ən üstün ibadətlərdən sayılmışdır. Bu yolla ailə quran tərəflər Allaha yaxınlaşır, onların bəndəlik məqamı yüksəlir. Bu səbəbdən İslam dünyagörüşündə ailə müqəddəslik dairəsinə daxildir və ilahi bir məfhum daşıyır. Belə bir yanaşma ailə təməlini soyuqluq və süstlükdən qoruyan, onu daha da sarsılmaz edən ciddi amildir.

Cəmiyyətimizdə mədəniyyət baxımından qərb həyat tərzini seçən və öz həyatında əxlaqi dəyərlərə yer verməyən bir zümrə eynən qərb cəmiyyətindəki problemlərə düçar olmuşdur. Ailədə mehr-məhəbbətin azalması, ailə təməlinin süstləşməsi həmin problemlərdəndir. Statistik araşdırmalara əsasən, ərlə arvadın ali təhsilə malik olması ailə möhkəmliyində həlledici amil deyil. Ən mühüm məsələ ailədə yetərli həyat fəlsəfəsinin mövcudluğudur. Bu fəlsəfə mə`nəvi və insani amilləri gücləndirməklə həyatın mahiyyət baxımından dəyərini artırmalıdır. Qərb mədəniyyətinin şərq ölkələrində rəvac tapmasının mühüm nəticələrindən biri mə`nəvi amillərin tənəzzülüdür. Bu tə`sir həyatın bütün sahələrində, xüsusi ilə ailə rabitələrində özünü aşkar büruzə verir. Bununla belə, hələ də cəmiyyətimizdə güclü bir ailə bağlılığı var. Bu bağlılıq xalqın ailə haqları, xüsusi ilə ər-arvad vəzifələri ilə tanış edilməsi ilə düzgün cəhətə yönəldilməlidir. Bu yolla ailə üzvlərindəki mə`nəvi zəiflik amillərinin qarşısı alınmalıdır.


Kitabın yazılmasında məqsəd


Müəllif uzun illər tə`lim-tərbiyə fəaliyyəti və çoxsaylı ailələrlə təmasdan belə bir gerçəkliyi dərk etmişdir ki, bir çox ailə problemlərinin səbəbi ər-arvad münasibətləri ilə bağlı həqiqətlərdən mə`lumatsızlıqdır. Belə bir mə`lumatsızlıq səbəbindən bə`zi zövcələr ailə həyatından lazımınca bəhrələnə bilmirlər. Onlar sırf mə`lumatsızlıq səbəbindən ailəni xoşbəxt edəcək böyük ilahi bir ne`məti əldən buraxırlar. Amma insanlara vaxtında zəruri mə`lumatlar verilsə, onlar öz şər`i, əxlaqi və hüquqi vəzifələri ilə tanış olsalar, düzgün yola yönəldilsələr, ailəni öz inkişafları, xoşbəxtlikləri üçün münasib fəzaya çevirər və yetərincə bəhrələnərlər. Ailə münasibətlərində yanlış düşüncə tərzini, yersiz adət-ən`ənələrə bulaşmış e`tiqadları aradan qaldırmaq heç də asan iş olmur. Bu sayaq e`tiqadların əksəri həqiqətdən çox-çox uzaqdır və xurafat düşüncə ilə bağlı yanlış təsəvvür sayılır. İzdivacdan öncə ən zəruri işlərdən biri ailə quran tərəflərə düzgün ailə münasibətləri qaydalarının öyrədilməsidir.

"Ata-analara göstərişlər" adlı ikicildli məcmuənin nəşri gözlənildiyindən qat-qat artıq reaksiya doğurdu. Məcmuə körpələrin və yeniyetmələrin tərbiyəsinə həsr olunmuşdu. Bu məcmuə ilə diqqətlə tanış olanların təşviqi müəllifi məcbur etdi ki, adı çəkilən məcmuəni əlinizdəki kitab halında tərtib etsin. Hazırkı kitabda müəllif sə`y göstərmişdir ki, İslam tə`limlərinə və bu sahədəki şəxsi təcrübələrinə istinad edərək ailə həyatı ilə bağlı baxışını bildirsin. Zəruri mövzular imkan həddində sadə dillə, elmi terminlərsiz qələmə alınmışdır ki, bütün xalq ondan istifadə edə bilsin. Əlbəttə ki, müəllif möhtərəm oxucuların, xüsusi ilə mütəxəssislərin məsləhətlərini kitabın təkmilində nəzərə alacaqdır.

Müəllif, 1375, 1996 Oktyabr.

  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə