MÖvzu: FİZİologiyanin predmeti VƏ İNKİŞaf tariXİ. Plan




Yüklə 1 Mb.
səhifə1/14
tarix21.04.2016
ölçüsü1 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
MÖVZU: FİZİOLOGİYANIN PREDMETİ VƏ İNKİŞAF TARİXİ.
PLAN:

  1. Fiziologiyanın predmeti və inkişaf tarixi.

  2. İ.M.Seçenov və İ.P.Pavlovun fiziologiyanın inkişafında rolları.

  3. Azərbaycanda fiziologiyanın inkişaf tarixi.



ƏDƏBİYYAT

  1. A.Məmmədov –Yaş anatomiyası, fiziologiyası və gigiyenası. Bakı, 2008

  2. S.Qalperin – Fizioloqiçeski osovenno detey. Moskva, 1965.

  3. A.Qarayev – Mərkəzi sinir sisteminin fiziologiyası. 1964.

  4. O.V.İsmayılov, T.M.İsmayılov- Hormal fiziologiya. Bakı, 2002.

  5. Babskiy E.B – Hiriologiya çeloveka. 1972.

  6. Z.Cəfərov – İnsan fiziologiyası. 2001.

  7. H.H.Həsənov, İ.M.Hacıyev – Mərkəzi sinir sisteminin fiziologiyası. Maarif, 1998.

Fiziologiyanın predmeti və inkişaf tarixi.
Fiziologiya elmi bioloji elmlər sisteminə daxil olub, canlı orqanizmlərdən bəhs edir. Fiziologiya-tibbi bioloji elm olmaqla bütövlükdə orqanizmin və onun ayrı-ayrı hissələri-hüceyrə, toxuma, orqan və sistemlərin həyat fəaliyyətini, onların daşıdığı funksiyanı öyrənir.

Fiziologiya ona yaxın olan anatomiya, histologiya, embriologiya, bioloji fizika və bioloji kimya elmləri ilə sıx əlaqədardır. İnsan və heyvan fiziologiyası öz növbəsində bir-biri ilə sıx əlaqəsi olan ümumi, müqayisəli və xüsusi fiziologiyaya bölünür.



Ümumi fiziologiya – orqanizmdə, o cümlədən hüceyrə daxilində gedən prosesləri və bunlar arasındakı qarşılıqlı funksional dəyişikliklərin ümumi qanuna uyğunluqlarını öyrənir. Ümumi fiziologiyanın bir bölməsində hüceyrə fiziologiyasıdır.

Müqayisəli fiziologiya – öz fəaliyyətini müxtəlif növlərin və eyni növdən olan orqanizmilərin müxtəlif inkişaf mərhələlərindəki spesifik xüsusiyyətlərinə həsr edir. Təkamül fiziologiyası müqayisəli fiziologiyanın bir növüdür.

Xüsusi fiziologiya – müxtəlif orqan və sistemlərin funksiyalarını, onlar arasındakı qarşılıqlı əlaqəni, daxili və xarici amillərdən asılılığını, orqanizmin davranışını və s. öyrənir.

Fiziologiya anatomiya elmi ilə sıx əlaqədardır. Beləki, hər-hansı bir üzvün funksiyası, onun quruluşu məlum olduqda anlaşıla bilər, həmçinin hər hansı bir üzvün quruluşunu bilmək üçün onun daşıdığı funksiyası haqqında müəyyən məlumata malik olmaq lazımdır.

Fiziologiya təcrübi eksperimental elmdir. Təcrübədə iki yolla aparılır I kəskin təcrübə, II xroniki təcrübə. I üsulda heyvana narkoz verili rvə 1 dəfə heyvan üzərində təcrübə aparılır, sonra heyvan tələf olur. II üsulda isə qarşıya müəyyən məqsəd qoyulur, sonra heyvan üzərində cərrahiyə əməliyyatı aparılır (yəni qan damarına kanyla qoymaqmı, ya İtin orduna fistula qoymaqmı və s.). Ondan sonra heyvan üzərində bir deyil, bir neçə dəfə təcrübə aparılır, digər elm sahəsində olduğu kimi, fiziologiyanın inkişafı da qədimdir. Hal-hazırda xroniki üsulun özü də bir neçə istiqamətdə aparılır.

1. Viveksiya üsulu – hər hansı orqan və ya toxumanın üzəri açılır və onun fəaliyyəti gözlə müşahidə olunur.

2. Ekstirnosiya üsulu – orqanın funksiyasını və onun əhəmiyyətini aydınlaşdırmaq üçün, orqan və ya onun bir hissəsi bədəndən kənar edilir.

3. Transplantasiya üsulu – orqan və ya toxumanı köçürməklə orqanizmdə gedən dəyişiklikləri öyrənir.

4. Şərti refleks üsulu – ali sinir sistemi fəaliyyəti öyrənilir.

5. Elektrofizioloji üsul – orqan və ya toxumada meydana çıxan biocərəyan.

6. Qıcıqlandırma üsulu- müxtəlif amillərin təsiri ilə orqan və toxumanı qıcıqlandıraraq onda gedən dəyişikliklər öyrənilir.

7. Denervasiya üsulu – orqanı innervasiya edən sinirləri kəsərək onda gedən dəyişikliklər öyrənilir.

8. Perfuriya üsulu – təcrid edilmiş orqan və ya toxumanı müəyyən məhlullardan keçirməklə onun fəaliyyəti öyrənilir.

9. Radiotelemetik üsul – uzaq məsafədən fizioloji infarmasiyanın obyektlər arasında öütürülməsini öyrənir.

Fiziologiya başqa elmlər kimi fakt tonlamır. O, tonlanmış faktları doğuran səbəbləri və onların nə ilə nəticələnəcəyini təyin edir.

Fiziologiyanın inkişafı qədimdir. Lakin qədim dövrlərdə ayrı-ayrı sahələr diferensasiya etmədiyindən fiziologiya elmi də fəaliyyət göstərmirdi. O dövrün mütəfəkkirləri, xüsusilə təbibləri canlı orqanizmin fəaliyyətinə materialistcəsinə yanaşırdılar. Anatomiya və fiziologiyaya maraq ta qədim yunanıstanda yaranmışdır. Qədim yunanıstanın görkəmli almilərindən Hipokratın, Əflatunun, Ərəstunun və s. bu sahədə xüsusilə böyük xidmətləri olmuşdur. Təbabətin atası sayılan Hipokrat (e.ə. 460-377) insan orqanizminə tam bir vahid kimi baxmış, onun fikrincə, insan onu əhatə edən xarici aləmlə sıx əlaqədardır. Hərəkət bu əqalənin əsas formasıdır. Buradan da Hipokratın xəstəliklərin müalicəsinə kompleks yanaşma prinsipini irəli sürülmüşdür. İnsan orqanizminə tam bir vahid kimi yanaşma prinsipi qədim dövrün həkimlərinə xas olan prinsipdir. Məs: qədim Hindistan və Çin həkimləri insanların fiziki fəallığına (hərəkətinə) böyük diqqət yetirmiş, müxtəlif xəstəliklərdə sürətli fiziki hərəkətlər (qaçış və s.) məsləhət bilmişlər. Hipokratın fikrincə, insanın sağlamlığı dörd əsas mayenin – qan, selik-bəlğəm, sarı öd və qara öd-vena qanının vəziyyətindən asılıdır. Mayelərin miqdarına görə, Hipokrat insanları dörd tipə bölmüşdür- sanqviniklər-qanı çox olanlar, fleqmatiklər-seliyi çox olanlar, xoleriklər-sarı ödü çox olanlar, melanxoliklər-qara ödü çox olanlar. Bu təlim humoral nəzəriyyənin inkişafına təkan vermişdir. Ərəstun ensklopetik biliyə malik olub, cansızlardan canlılara keçid kimi mülahizəni irəli sürmüşdür.

Fizioloji təsəvvürlərin inkişafında məşhur roma həkimi və filosofu Klavdiy Qalenin (1131-1201) xüsusi xidməti olmuşdur. Qalen diri heyvanlar üzərində kəskin eksperiment qoyulmuşdur.

Başqa elm sahələrində olduğu kimi orta əsrlər fiziologiyasının inkişafında durğunluqla əlaqədardır. Orta əsrlər insan orqanizminin öyrənilməsinə az yenilik gətirdi. Fizioloji fəaliyyət haqqında mülahizələr ancaq anatomik məlumatlara əsaslanırdı. Kilsələr din xadimləri hakim mövqe tutur ki, bu da elmin inkişafına mane olurdu.

Fiziologiya bir elm kimi XVII əsrdə meydana gəlmişdir. Bu da ingilis həkimi Bilyam Harveyin adı ilə bağlıdır. Harvey fiziologiyada ilk dəfən qan-damar sisteminin düzgün sxemini vermişdir. XVIII əsrdə fiziologiya daha da formalaşdı. Bu dövrdə fiziologiyanın inkişafında xarakter cəhət başqa fənlərin inkişafı ilə əlaqədardır. Beləki, onun inkişafında fizika və kimyanın böyük təkanı oldu. Məs: onu qeyd etmək kifayətdir ki, oksigenin kəşfi və yanmanın mahiyyəti izah edildikdən sonra toxuma tənəffüsün mexanizmi haqqında fikir yürütmək mümkün oldu. Enerjinin saxlanması qanununun kəşfi, maddələr mübadiləsi haqqında təsəvvürü genişləndirdi.

Fiziologiyanın – qanın fiziologiyası, həzm, ifrazat, daxili sekresiya vəzləri kimi mühüm sahələri (XIX əsrdə) biokimyanın inkişafı sahəsində mümkün oldu. Biofizikanın inkişafı canlı toxumaların molekulyar quruluşu haqqında müasir təsəvvürlərin yaranmasına, oyanma prosesinin öyrənilməsinə təkan verdi. Orqanizmin müxtəlif sistemlərin tədqiqi sahəsində metodikaların inkişafı fizioloji proseslərin inkişafında mühüm rol oynayır. Bu dövrdə (XVI-XVII əsr) bir sıra mühüm kəşflər edildi.

XVII əsrdə mikroskopun (levinhuk) kəşfi, Malpigi tərəfindən mikroskopik tədqiqatlarla, böyrəklərin ağ ciyərlərin, qan dövranının funksiyasının öyrənilməsi və s. fiziologiyanın inkişafına təkan verdi. İtalyan fizioloqo Santorio ilk dəfə olaraq maddələr mübadiləsini tədqiq etdi. O, orqanizmə daxil olan maddələrlə, xaric olan maddələrin arasında eyni çəki olduğunu göstərdi. Fransa fizioloqu Dekart orqanizmin fəaliyyətinin reflektor prinsipi haqqında mülahizə irəli sürmüşdü. Məşhur ingilis fizioloqu Harvey öz tədqiqatları ilə ürəyin işini, böyük və kiçik qan dövranının sxemini vermişdir. Harveyin tədqiqatları orqanizmin fəaliyyətinin öyrənilməsində təcrübi metodun inkişafına təkan verdi. Fiziologiya xüsusi elm kimi meydana gəldi (XVII əsrdə). Qan dövranı haqqında yeni məlumatlara əsaslanaraq, ingilis cərrahı Layer 1660-cı illərdə demək olar ki, eyni vaxtda heyvandan insana, sonradan isə insandan insana qan köçürmüşdü. Qan köçürmə sahəsindəki müvəffəqiyyətsizliklər və buna ehtiyac qanın tərkibi və komponentlərinin öyrənilməsinə təkan verdi. Həmin illərdə alimlər hərəkət probleminə bununla əlaqədar əzələlərin yığılmasına diqqəti artırırdılar. İngilis həkimi Qlisson bu sahədə mühüm tədqiqatlar aparmış, hüceyrə və toxumalarda oyanıcılıq haqda təsəvvür yaratmışdır. 1771-ci ildə Qalvani bədəndə bioelektrik hadisəsini XVIII əsrdə izah etdi. Majandi onurğa beyninin ön köklərinin hərəki, arxa köklərinin isə hissi olduğunu sübut etdi. Basov itdə mədə fistulası qoymuş və mədə şirəsi almışdır. 1844-cü ildə Veber qardaşları azan siniri elektriklə qıcıqlandırdıqda ürəyin fəaliyyəti zəifləmişdir. Məşhur fransız alimi Klodvernar simpatik sinirin damarda bürücü təsirini öyrənmişdir. Fiziologiyanın bundan sonrakı inkişafı, digər elmlərin ümumi inkişafı, yeni cihazların meydana gəlməsilə əlaqədardır. Fiziologiya ən çox XIX-XX əsrlərdə inkişaf etmişdir. Beləki, Klodbernar, Helmhols, dyubua Peyman, xüsusən İ.M.Seçenov, İ.P.Pavlov, V.Vedenski və başqalarının elmi kəşfləri fiziologiyanı yeni məlumatlarla zənginləşdirdi. Fizioloji fikrin inkişafında rus və sovet fiziologiyasının rolu xüsusilə çox olmuşdur.

Göründüyü kimi XIX əsrin başlanğıcında tənəffüs, həzm sistemi haqqında dəyərli məlumatlar əldə edilməsinə baxmayaraq, fiziologiya elminin bir çox şöbələri haqqında hətta ümumi təsəvvürdə yox idi. XIX əsrin başlanğıcı İngiltərə və Fransa alimlərinin dəyərli tədqiqatları ilə fərqlənir. XIX-XX əsrlərdə təbabətin, həm də anatomiya, fiziologiyanın müxtəlif sahələrinin geniş inkişaf etməyə başlanması əsasən rus alimlərinin bu sahədəki tədqiqatları ilə əlaqədardır. Alman həkimi Myullerin (1801-1858) təcrübi fiziologiyasının inkişafında xidmətləri böyükdür. fiziologiyadan dərsliklər yazmışdır. Rusiyada ilk fiziologiya dərsliyinin müəllifi (1836) A.M.Filomafitski olmuşdur. O1 qan köçürmə sahəsində təcrübələr aparmışdır. Rus cərrahı V.A.Bosovla birlikdə O1 itlərin mədəsinə fistula qoyaraq, mədədə həzmi öyrənmişdi. XIX əsrin ortalarında fiziologiya sərbəst elm kimi inkişaf etməyə başladı. Bu dövrdə fiziologiyanın və biologiyanın tərəqqisinə üç mühüm kəşf təkan verdi.



    1. Mayer və Helmhols tərəfindən enerjinin saxlanması qanununun

    2. Darvinin (1809-1882) növlərin mənşəyi əsərinin

    3. Sleyden (1804-1891) və Şvann (1810-1882) tərəfindən orqanizmin hüceyrəvi quruluşunun əsaslandırılması kimi kəşflər təcrübi fiziologiyanın inkişafında alman fizioloqu Karl Lüdviqin (1816-1895) xidmətləri xüsusilə böyükdür. Onun tərəfindən qan təzyiqini yarmaq üçün 1847-ci ildə kimoqraf və civəli manometr təklif olundu. Bir çox təcrübələrin metodikası hazırlandı.

XIX əsrin ortaları fiziologiya sahəsində bir çox digər tədqiqatlarla da əlaqədardır. Dyubua-Reyman-fiziologiyada sinir-əzələ fiziologiyasının əsasını qoydu. Heydenhayn sorulmanın, ifrazatın, sekresiyanın mexanizmi barədə mühüm əsərlər yazdı. Porlyuqer (1829-1910) oyanmanın fiziologiyası və mərkəzi sinir sistemi fiziologiyasının öyrənilməsi sahəsində tədqiqatlar apardı. Bu dövrdə bir çox alimlər Mərkəzi sinir sisteminin öyrənilməsi sahəsində iş aparırdılar. Belə ki, Şerrinqton (1857-1954) sinir mərkəzlərinin funksiyasını, Danilevski (1852-1939) və. b. baş beyin yarımkürələri qabığının funksiyasının (beyin qabığının elektrik potensialını qeyd etməklə) öyrənilməsini davam etdirdilər. Kimya və fiziologiyanın inkişafı sahəsində yeni üsulların meydana çıxması vegetativ sinir sisteminin sinir impularının nəqli sahəsindəki məlumatları daha da inkişaf etdirdi. XIX əsrin sonlarında Rusiyanın bir çox sahələrində fiziologiya sürətlə inkişaf etməyə başladı.

F.Ovsyanikov-Kovalevski, Mislavski, Taraxanov, Samoylov, Danilevski və.b. fiziologiyanın inkişafında xidmətləri böyükdür. Bunlarla yanaşı, ləngimənin mexanizmi barədə yeni fikirlər irəli sürən və narobior nəzəriyyəsini əsaslandıran rus alimi V.Vedenskinin (1852-1922) bu istiqamətdə tədqiqatları davam etdirən Uxitomskinin (1875-1942) səmərəli işləri qeyd edilməlidir. Uxtomski dominant (mərkəzi sinir sistemi funksional fəaliyyətinin əsas prinsipi) nəzəriyyəsinin müəllifi kimi məşhurdur. Lakin öz tədqiqatları ilə Rusiyada və dünya fiziologiyasında yeni istiqamətin yaradıcıları kimi tanınan böyük rus alimi İ.M.Serenov və İ.P.Pavlovun və onların yetirmələrinin xidməti xüsusi qeyd edilməlidir.

-Rus fiziologiyasının atası Serenov (1829-1905) rus və dünya elminin inkişafında böyük xidməti olan alimlərdəndir. İ.M.Seçenovun elmi fəaliyyəti bir çox mərhələdən ibarətdir.

-İlk dəfə olaraq qanda həll olan qazların tərkibi əsaslandırılmış,

-Mərkəzi sinir sistemi-fiziologiyasını öz tədqiqatları ilə zənginləşdirmiş, mərkəzi ləngimənin mahiyyətini açmışdır.

-Baş leynin refleksləri əsəri ilə reflekslər haqqında nəzəriyyəni genişləndirmiş, ilk dəfə olaraq psixi fəaliyyətin fizioloji əsasını vermişdir.

-O, orqanizmin xarici mühitlə vəhdəti prinsipinin əsasını qoymuşdur.

-O, fiziologiyanın yeni sahəsi-əməyin fiziologiyasının yaradıcısı hesab olunur.

-Orqanizmin tamlığı prinsipi də onun adı ilə bağlıdır.

-O – fiziologiya sahəsində kadrlar yetişdirməsi ilə də fərqlənir.

İ.P.Pavlov (1849-1936) qan dövranı, həzm və baş beyin yarımkürələri fiziologiyasının öyrənilməsi sahəsində 60 ildən artıq tədqiqat işi aparmışdı.

-Qan dövranının tənzimi sahəsində mühüm tədqiqatlar, həzmin fiziologiyasının elmi əsasını qoymuşdur. Bu sahədə bir sıra xroniki təcrübələr aparmışdır. Həzmin fiziologiyası sahəsində tədqiqatına görə nobel (1904) mükafatı verilmişdir.

Fiziologiyanın yeni sahəsi –ali sinir fəaliyyəti fiziologiyasının əsasını qoymuşdur.

-Şərti reflekslər təliminin yaratmaqla ilk dəfə olaraq fizioloqlar tərəfindən baş beyin qabığında cərəyan edən hadisələri, xüsusilə psixi proseslərin öyrənilməsinə stimul vermişdir.

Beləliklə, Pavlovun rəhbərliyi ilə rus fizioloqları psixi proseslərin fizioloji əsaslarının öyrənilməsinin pionerii olmuşlar. Bu dövrdə fiziologiyanın inkişafında nəzərə çarpacaq cəhət alimlərin orqanizminin onu əhatə edən xarici mühitlə vədhətdə fəaliyyətinin öyrənilməsinə marağın artması ilə xarakterizə olunur.

-Seçenovun «orqanizm tam bir vəhdət kimi» nəzəri müddəalarına əsaslanan Pavlov reflektor fəaliyyətin uyğunlaşma qabiliyyəti haqqında anlayış irəli sürdü, şərti reflekslərin orqanizmin xarici mühitə uyğunlaşmasında əsas faktor olduğunu qeyd etdi. Pavlovun fikirləri elmi institutlar və laboratoriyalarda ardıcılları tərəfindən yaradıcılıqla davam etdirildi.

K.M.Bıkov-Beyin qabığının daxili fəaliyyətində rolu

-B.H.Çerniqovski-İNteroreseptorların fiziologiyasının öyrənilməsi

-Boronov-Beynin şərti reflektor mexanizmini

-Anoxin-funksiyaların və bir sıra psixi proseslərin tənzimi mexanizminin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışlar. Bu günlərin fiziologiyası tədqiqatlar aparmaq üçün yeni texniki imkanlara malik olmaqla daha mürəkkəb fizioloji mexanizmləri öyrənməyə imkanlıdır. Ayrı-ayrı sistemlərin fəaliyyəti, həm müxtəlif yaş dövrlərində, həm də təkamül aspektində öyrənilir.

Müasir fiziologiya hüceyrələrdə, membranda gedən prosesləri, həm də molekulyar prosesləri öyrənir.

-Kosmonavtikanın inişafı-çəkisizlik və aşağı atmosfer təzyiqinin şəraitinin insan orqanizminə təsirini öyrənməyi vacib etdi. Arktika və tropik ölkələrdə yaşamaq soyuq və isti şəraitdə işləmək, aşağı və yüksək temperaturun insan orqanizminin təsirini öyrənməyi də gündəliyə daxil etdi.

Müasir fiziologiya-insan orqanizminin müxtəlif şəraitlərdə uyğunlaşma mexanizmini öyrənməyi də qarşısına əsas məqsəd kimi qoymuşdur.

Görkəmli kəşflərinə görə 1901-1980-ci illər ərzində fiziologiya və təbabət sahəsində 129 alimə Nobel mükafatı verilmişdir. Fiziologiya sahəsində İ.M.Seçenova «Mərkəzi sinir sistemində ləngimə» 1862 İ.P.Pavlova (1903), «Həzm prosesinin fiziologiyası, Baraninə (1914), Vestibulyar aparatın fiziologiyası və patofiziologiyası, Şerrinqton və E.Edrian (1933) Heyronların funksiyalarının tədqiqi, Erlanger və Qasserə (1937) sinirdə fəaliyyət potensialınıntərkib xüsusiyyətləri» görə Nobel mükafatı verilmişdir.



MÖVZU: AZƏRBAYCANDA FİZİOLOGİYANIN İNKİŞAF TARİXİ.
Azərbaycanda fiziologiya elminin inkişafı respublikada birinci ali təhsil müəssisəsi olan Azərbaycan dövlət universitetinin tarixindən ayrılmazdır.

1919-cu ildə yaradılan həmin universitetdə, 1920-ci ildə təbabət fakültəsi nəzdində normal fiziologiya kafedrası yaradıldı. Bunlarda respublikada təcrübi təbabətin inkişafına təkan verdi. Həmin kafedraya ilkin olaraq, assistent Qarkovi-landau, 1921-ci ildə dos. Çernikov, 1925-ci ildən professor R.U.Rostovtsev rəhbərlik etdilər.

Tibbi fakültəsinin fiziologiya kafedrası ilkin əməkdaşları sırasında milli kadrlar yox idi.

1928-ci ildə məşhur rus fizioloqu İ.S.Litoviçin köməkliyi sayəsində kafedraya xeyli avadanlıqlar alındı ki, bununla da qısa müddətdə tədris və elmi-tədqiqat işlərinin keyfiyyətini yaxşılaşdırmaq mümkün oldu. Həmin illər uinversitetin normal fiziologiya kafedrası, respublikada fiziologiyanın nəzdində və elmi-tədqiqatların aparılmasında yeganə baza idi.

O dövrdə, kafedra əməkdaşlarının nümayiş etdirdikləri, heyvanlarda beyinciyin çıxarılması, böyük yarımkürələrin hərəki zonasının qıcıqlandırılması və s. təcrübələr böyük nailiyyət sayılırdı.

Laboratoriya məşğələlərində tələbələr assistentlərin köməkliyi ilə heyvanlar üzərində sərbəst təcrübələr apardılar. Bu dövrdə yüksək ixtisaslı elmi pedoqoji kadrların hazırladı, xüsusilə Azərbaycan şöbəsinin açılması ilə əlaqədar milli kadrların yetişdirilməsi əsas vəzifə kimi qarşıda dururdu.

-Fiziologiya kafedrasını yaradan elmi təşkilatçı, görkəmli tədqiqatçı prof. Rostovsevin respublikada ilk fizioloqların yetişdirilməsində mühüm xidməti olmuşdur. Tibbi elmləri doktoru, proffesor, əməkdar elm xadimi Pavel Urıveç Rostovçev 1877-ci ildə Moskvada anadan olmuş, hərbi-tibbi akademiyasının II kursunda oxuyarkən İ.P.Pavlovun laboratoriyasında fiziologiya ilə məşğul olmuşdur.

Akademiyanı bitirdikdən sonra elm sahəsində təkmilləşmək məqsədilə bir çox xarici ölkələrdə (London, Paris) olmuşdur. 1904-cü ildə doktorluq dissertasiyası müdafiə edərək, Pavlovun zəmanəti ilə akademik bexteryevin yanında beynin fiziologiyası laboratoriyasında elmi işlərin məsləhətçisi və rəhbəri olmuşdur, 1913-cü ildən ömrünün sonuna kimi (1951) respublikamızın müxtəlif ali məktəblərində işləmişdir.

Onun elmi tədqiqatları əsas etibarilə orqanizmin fəaliyyətinin sinir və humoral tənziminin mexanizmini öyrənməyə həsr olunmuşdur.

Azərbaycanda milli fizioloq kadrların hazırlanmasının təməli 1926-cı ildə fiziologiya kafedrasına Azad Əmirov, Qasım Qəmbəroğlu, 1928-ci ildə Savalan Ocaqverdizadənin laborant götürülməsindən başlanmışdır.

1930-cu ildə universitetin təbabət fakültəsi bazasında Azərbaycan tibb institutu təşkil edildi. Bu da respublikada tibb elminin eksperimental fiziologiyanın inkişafına təkan verdi.

Tibb institutunun fiziologiya kafedrasına 1932-ci ildə İsrafil Hacıyev, Məhərrəm Mustafayev və s. qəbul edildi. Azərbaycanda ilk milli fizioloq kadrlardan danışarkən, hər şeydən əvvəl Azad Əmirovun xidmətini qeyd etməliyik. İlk dəfə Azərbaycan dilində fiziologiyadan mühazirə oxunması, yüksək ixtisaslı-fizioloq müəllimlərin tərbiyə edilməsi, 1930-cu ildə fiziologiyadan birinci tələbə elmi dərnəklərinin təşkili onun adı ilə bağlıdır. O, şəkər mübadiləsi fiziologiyası sahəsində bir sıra orijinal tədqiqatların müəllifi olsada, onun müəllimləri yüksək səviyyədə idi.

Azad Əmirov 1889-cu ildə Şuşada anadan olmuşdur. 1904-cü ildə Qori seminariyasını bitirmiş, bir müddətdə Gəncədə müəllimlik etdikdən sonra Odessa universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Oqani bitirdikdən sonra təbabətə olan həvəsinə görə həmin universitetin tibb fakültəsinə daxil olmuşdur. Fevral inqilabından sonra Bakıya qayıdaraq 1936-cı ihəmin kafedrada professor seçilməklə eyni romanda Azərbaycan Dövlət Pedoqoji institunun insan və heyvan fiziologiyası kafedrasına rəhbərlik etmişdir. A.Əmirov bir sıra respublikalar arası ümumittifaq konfrans qurultaylarının iştirakçısı, XV Beynəlxalq fizioloqlar konqresinin nümayəndəsi olmuşdur. Onun böyük nəzəri və praktiki əhəmiyyətə malik olan «Qan və əzələlər arasında sulu karbonlar mübadiləsi» mövzusunda doktorluq dissertasiyası vaxtsız vəfat etdiyinə görə (1939) müdafiə olunmamışdır. A.Əmirovla birlikdə 1926-ci ildə universitetin fiziologiya kafedrasına Qasin Qəmbəroğlu da işə qəbul edilmişdir. Sözün həqiqi mənasında ensklopedik biliyə malik idi. 1934-cü ildən Azərbaycan KTU-nun, sonrası isə Gəncə pedoqoji institutunun fiziologiya kafedrasına rərbərlik etmiş, ömrünün sonuna kimi bizim institutda işləmişdir. Onun təbabətin tarixinə dair ümumittifaq və respublika mətbuatında çap olunan elmi məqalələri 1962-ci ildə yazdığı (M.Əfəndizadə ilə birlikdə) «Məktəb gigiyenası» kitabı dərslik şəklində indidə aktuallığını itirməmişdir. Sonra professor Azərbaycan respublikası Elmlər akademiyasının akademiki, akademiyanın fiziologiya institutunun ilk direktoru Abdulla İsmayıl oğlu Qarayev xüsusi yer tutur. Qarayev 1910-cu ildə Bakıda anadan olmuşdur. Universitetin təbiətşünaslıq fakültəsini 1930-cu ildə, tibb institutunun müalicə –profilaktika fakültəsini isə 1936-cı ildə bitirmişdir. Respublikanın müxtəlif ali məktəblərində işləmişdir. 1934-35-ci illərdə Moskvada elmi fəaliyyətdə olmuş, Moskva dövlət universitetinin ümumi və müqayisəli fiziologiya laboratoriyasında professor B.Kisilyovun və təcrübi təbabət institunda professor D.Rubinşteynin rəhbərliyi ilə həm biologiya, həm də təbabət elmləri üzrə namizədlik, 1942-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

Həmin ildən universitetin insan və heyvan fiziologiyası kafedrasına rəhbərlik etmişdir. 1941-1943-cü illərdə biologiya fakültəsinin dekanı, 1943-44-cü ildə elmi işlər üzrə prorektor, 1944-50-ci illərdə universitetin rektoru olmuşdur. Akademiyanın həqiqi üzvü seçilmiş (1949), 1952-56-cı ildə respublika ali və orta ixtisas təhsili komitəsinin sədri işləmişdir. Fizioloqların XV, XXII, beynəlxalq konqreslərinin nümayəndəsi, Pavlov adına ümumittifaq fizioloqlar cəmiyyəti, respublika komitəsinin sədri olmuşdur.

A.Qarayevin Azərbaycan dilində fiziologiyadan dərsliklər yazılması, elmi kadrların hazırlanması sahəsində xidmətləri mühümdür. Onun sinir-əzələ fiziologiyası, mərkəzi sinir-sisteminin fiziologiyası, Analizatorların fiziologiyası və s. dərslikləri ali məktəb tələbələrinin əsas dərs vəsaitlərindən biri olmuşdur. Onun rəhbərliyi ilə ondan çox doktorluq, 40-a kimi namizdlik dissertasiyası müdafiə edilmişdir. Qarayevin əsasını qoyduğu interoreseptorlar və maddələr mübadiləsi elmi istiqaməti, hazırda yetirmələri tərəfindən davam etdirilir. Əsasını qoyduğu akademiyanın fiziologiya institutu akademik Qarayevin adını daşıyır. 1968-ci ildə vəfat etmişdir. Akademik Qarayevin fəal davamçılarından biri olan akademik Tağıyev Azərbaycanda təkamülü fiziologiyanın əsasını qoymuşdur. Onun elmi-tədqiqat işləri təkamül prosesinin ayrı-ayrı mərhələlərində beyin qabığının analitik –sintetik fəaliyyətinin və analizatorların inteqrativ xüsusiyyətlərinin öyrənilməsinə həsr etmişdir. O, 200-dən artıq elmi əsərlərin bir neçə samballı monoqrafiyaların müəllifidir. Azərbaycanda milli fiziologiyaların yetişməsində xüsusi yer tutur. Uzun müddət Qarayev adına fiziologiya institutunda əmək fəaliyyətinin davam etdirməklə Azərbaycan EA-nın biologiya bölməsinə rəhbərlik etmişdir.

Akademik Qarayevin tələbəsi prof. T.D.Qaibov bütün həyatını elmi-pedoqoji fəaliyyətə həsr etmişdir. Öz elmi-tədqiqat işlərini qlikohomcostar, hemostar v radiobiologiya problemlərinə yönəldərək, fiziologiyanın inkişafında xüsusi rol oynamışdır. Qaibov Bakı Dövlət Universiteti biologiya fakültəsinin «İnsan və heyvan fiziologiyası» kafedrasına (1966-1992) başçılıq edərək, yüksək ixtisaslı elmi-pedaqoji kadların hazırlanmasında çox böyük əmək sərf etmişdir. Onun vəfatından sonra tələbəsi akademik H.Həsənov elmi-tədqiqat fiziologiya institutuna (1969-1995) rəhbərlik etmişdir. Onun elmi fəaliyyəti əsasən mərkəzi sinir sistemin vegetativ funksiyaların tənzimində və orqanizmin daxili mühitinin sabit saxlanmasındakı roluna həsr edilmişdir. O, 100-dən artıq elmi əsərin, 5 monoqrafiyanın, 1 dərsliyin, eləcə də 2 kitabçanın müəllifidir. Həsənovun elmi nailiyyətləri elm və texnika sahəsində «Azərbaycan dövlət mükafatına» (1972) layiq görülmüşdür. Hazırda AEA-nin fiziologiya institutunda 100-dən artıq elmi işçi fiziologiya elminin Azərbaycanda inkişafına böyük səy göstərmişdir.

Azərbaycanda fiziologiyanın inkişafında Əli Həsənoğlu Əliyevin də xidməti olmuşdur. O, 200-ə yaxın elmi əsərlərin, orta məktəblər üçün insan, biologiya fakütləsi üçün insan anatomiyası, insan və heyvan fiziologiyası kitablarının müəllifidir.

1991-ci ildən ATU-nun fiziologiya kafedrasına tibb elmləri doktoru F.İ.Cəfərov rəhbərlik edir. Hazırda kafedra əməkdaşlarının əsas elmi tədqiqatları emosiya və motivasiyaların formalaşması və realizə olunmasında opioid peptidlərin, meditorların fizioloji rolunun öyrənilməsinə həsr edilmişdir.

Faiq Cəfərov 160-dan çox elmi işin, bir monoqrafiyanın, azəri dilində 2 cildlik «İnsan fiziologiyası», orta məktəbin IX sinifləri üçün «Biologiya» insan dərsliyinin müəllifidir. O, həmçinin normal fiziologiyadan təcrübə dərsliyinin müəllifidir.

Respublikamızda yüksəkixtisaslı fizioloq mütəxəssislərin hazırlanmasında akademik H.H.Həsənovun xidməti xüsusilə böyükdür. Alimin rəhbərliyi ilə indiyə qədər 35 elmlər namizədi, 5 elmlər doktoru yetişmişdir.

Yüksək enerjiyə malik tədqiqatçı-fizioloq H.H.Həsənov Azərbaycan fizioloqlar cəmiyyətinin sədri, Azərbaycan EA-nın bioloji elmlər şöbəsinin akademik-katib müavini, EA-da Rəyasət heyətinin elmi kadrlar hazırlayan şuranın sədri, İ.P.Pavlov adına Ümumittifaq fizioloqlar cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət heyətinin, K.M.Bıkov adına Ekspert komissiyasının, «ASF» jurnalı redaksiyasının «SSRİ Fiziologiya jurnalının», Azərbaycan Ensiklopediyası redaksiyasının, SSRİ Lenin komsomolu mükafatı təltif edən Plenumun, beyinin tədqiqi üzrə Ümumdünya təşkilatının, Azərbaycan Dövlət mükafatı təltif edən komissiyanın üzvü və s. kimi yüksək nüfuzlu təşkilatlara seçilmişdir.

Görkəmli fizioloq H.H.Həsənovun əməyi nəticəsində respublikamızda fiziologiya elmi xeyli inkişaf etdirilmişdir. Təsadüfi deyildir ki, hazırda onun rəhbərlik etdiyi İnstitutun kollektivi ölkəmizin böyük şəhərlərində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq əlaqələri yaratmışlar.

Akademik H.H.Həsənov tərəfindən yazılmış «İnteroseptik qlikemik reflekslər, onların qabıq lokalizasiyası və sinir tənziminin mexanizmi», «Beyin labirintində» və s. işləri respublikada yetişməkdə olan fizioloqlar üçün olduqca dəyərli əsərlərdəndir.

Alimin məhsuldar əməyinə yüksək qiymət verilmişdir. Belə ki, onun müasir fiziologiya elmi sahəsindəki müvəffəqiyyətləri Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. O, həmçinin bir sıra medallarla təltif edilmişdir.


  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə