MÖvzu banklarin passiV ƏMƏLİyyatlari kommersiya banklarının passivə əməliyyatlarının mahiyyəti və resursların iqtisadi xarakteristikası




Yüklə 0.83 Mb.
tarix22.04.2016
ölçüsü0.83 Mb.
MÖVZU 5. BANKLARIN PASSİV ƏMƏLİYYATLARI
1. Kommersiya banklarının passivə əməliyyatlarının mahiyyəti və resursların iqtisadi xarakteristikası

2. Kommersiya banklarının xüsusi kapitalı

3. Bankların depozit əməliyyatları

4. Borc vəsaitləri

5. Bankların resurslarının idarə edilməsi

Passiv əməliyyatlar – bank kapitalının yaradılması, tamamlanması və resurs bazasının formalaşması əməliyyatıdır.

Hər bir bankın fəaliyyətində passiv əməliyyatlar çox mühüm əhəmiyyətə malikdir. Passiv əməliyyatlar nəticəsi kimi passiv hesablardakı pul vəsaiti qalığı artır, aktiv-passiv hesablardakı passiv hissə aktiv hissəni üstələyir. Passiv əməliyyatlar nəticəsində dövriyyədə olan pul vəsaitləri banka cəlb edilir. Yeni resursların yaradılması isə bankın aktiv əməliyyatları – xüsusən kreditləşdirmə əməliyyatları ilə əlaqədardır.

Bankların fəaliyyət miqyası onların sərəncamında olan resursların həcmi ilə müəyyən olunur. Bankın resursları dedikdə – bankın sərəncamında olub, aktiv və digər əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunan pul vəsaitlərinin məcmusu başa düşülür.

Passiv əməliyyatların aparılmasında əsas məqsəd ilkin dövriyyə vəsaitinin əsas mənbəyi sayılan xüsusi kapitalın formalaşdırılmasıdır. Xüsusi kapitalın həcmi nə qədər böyük olsa da, o bankın yalnız cüzi ehtiyacını ödəmək qabiliyyətindədir. Banklar resurslara olan ehtiyacını kənardan vəsait cəlb etməklə ödəyir. Bu istiqamətdə ən vacib əməliyyat istifadəsiz qalmış sərbəst vəsaitlərin bank qoyuluşları formasında banka cəlb olunmasıdır.

Kifayət qədər kredit resurslarına malik olmayan banklar bu resurslara tələbat yarandıqda öz ehtiyaclarını digər banklardan müəyyən faiz ödəməklə alınan borc vəsaiti hesabına ödəməli olurlar. Bu isə öz növbəsində bahalı mənbə hesab edilir və verilən kreditlərin də bahalaşmasına səbəb olur. Banklar daha səmərəli resurs mənbələri aşkar etmək üçün həyata keçirdikləri passiv əməliyyatları idarə etmək zəruriyyətində olurlar. Bu əməliyatların idarə edilməsi dedikdə əmanətçilərin və digər kreditorların vəsaitlərinin cəlb olunması, konkret bank üçün vəsait mənbələrinin müvafiq kombinasiyalarının müəyyən edilməsi başa düşülür.

Kommersiya banklarının passiv əməliyyatları əsasən dörd formada həyata keçirilir:


  1. bankın qiymətli kağızlarının ilkin emissiyası;

  2. yeni fondların yaradılması və mövcud fondların genişləndirilməsinə bank mənfəətindən ayırmalar;

  3. digər hüquqi şəxslərdən kreditlərin alınması;

  4. depozit əməliyatları.

Passiv əməliyyatların birinci iki forması vasitəsi ilə bankların xüsusi vəsaiti formalaşır. Sonrakı iki forması vasitəsi ilə kredit resurslarının cəlb olunmuş və borc vəsaiti hissəsi formalaşır. Bankın passiv əməliyyatlarının mahiyyəti ondadır ki, onların vasitəsi ilə banklar əmanət və depozit əməliyyatları çərçivəsində müxtəlif növ qoyuluşları cəlb edir, digər banklardan kreditlər alır, müxtəlif qiymətli kağızların emissiyasını həyata keçirir və kommersiya bankları balansının passivindəki pul vəsaitlərinin artırılması üçün tədbirləri həyata keçirir.

Bank resurslarının yaranma mənbələrini araşdırmaq üçün onları təsnifləşdirmək lazımdır.

Öz iqtisadi məzmununa görə kommersiya banklarının resursları cürbəcürdür. Kommersiya bankları nizamnamə fondu və bank fəaliyyəti prosesində yaradılan ehtiyat və digər fondlardan ibarət xüsusi vəsaitlərə malikdirlər. Bölüşdürülənədək kommersiya banklarının dövriyyəsində qalıb bank resursu kimi isitifadə olunan mənfəət də bankın xüsusi vəsaitlərinə bərabər tutulur.

Müştərilərin kommersiya bankındakı hesablardakı vəsaitləri və hesablaşmalarda olan vəsaitlər əsas bank resursları hesab edilir. Bura daxildir:

- bütün mülkiyyət formalı müəssisə, təşkilat və idarələrin hesablaşma və cari hesablarındakı vəsait qalığı;

- müştərilərin banklardakı ayrıca hesablarda saxladıqları iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondlardakı vəsait qılığı;

- akkreditiv, hesablaşma çekləri və digər hesablaşmalar üzrə təminatlı ödəniş üçün bronlaşdırılmış vəsait;

- kommersiya bankının idarələri arasındakı hesablaşmalardakı vəsait;

- büdcə və ictimai təşkilatların vəsaitləri;

- xüsusi maliyyə-kredit institutlarının vəsaitləri.

Əhalinin pul yığımları da bank resurslarının bir hissəsini təşkil edir. Cari şəxsi istehlakın ixtisar edilib gələcək ehtiyacların ödənilməsi məqsədi ilə yaradılan əhalinin pul yığımları bank resurslarının tərkib hissələrindən biridir.

Xarici banklar da daxil olmaqla digər banklar tərəfindən verilən kre­ditlər, eləcə də digər bankların kommersiya bankındakı müxbir hesablarında saxlanılan vəsaitlər də kommersiya banklarının resursları hesab edilirlər.

Kommersiya banklarıının digər passiv əməliyyatlarının həyata keçirilməsi nəticəsində əldə edilən sair pul vəsaitləri də kommersiya banklarında resurs kimi istifadə olunur.

Səfərbər edilmə mənbələrinə görə resurslar kommersiya banklarının özləri tərəfindən cəlb edilən və digər bankardan əldə edilən resurslara bölünür. Resursların böyük əksəriyyəti kommersiya banklarının özləri tərəfindən cəlb edilir ki, bunlar əhalinin əmanətləri, müəssisə və təşkilatların depozitləridir. Kommersiya bankları özünün pul vəsaitlərinə olan əlavə ehtiyaclarını ödə­mək üçün digər banklar tərəfindən cəlb olunan resurslardan istifadə edirlər.

Resursların həcminin proqnozlaşdırıla bilməsi baxımından birbaşa və dolayı proqnozlaşdırılan resurslar mövcuddur. Bankın fondları və bölüşdürülməmiş mənfəət birbaşa proqnozlaşdırılan resurslar hesab edilir. Hesablaşmalarda olan vəsait, müəssisələrin hesablaşma və cari hesablarındakı müvəqqəti sərbəst vəsait qalığı, bank resurslarının digər mənbələri dolayı yolla proqnozlaşdırılan resurslar qrupuna daxildirlər.

Təşkili mənbələri baxımından kommersiya banklarının resursları xüsusi və cəlb olunmuş resurslara bölünürlər. Xüsusi resursların tərkibinə kommersiya bankları fondlarının vəsaitləri, bölüşdürülməmiş mənfəətləri daxildir. Xüsusi vəsaitlər bank işinin təşkilinin yalnız başlanğıc nöqtəsidir və mənfəətliliyin kommersiya banklarının maliyyə möhkəmliliyinin təmin olunmasında böyük rol oynayır.

Kommersiya bankları müəssisələrin, təşkilatların, idarələrin, əhalinin pul vəsaitlərini cəlb etmək imkanına malikdirlər. Cəlb olunmuş vəsaitlərin bir hissəsini banklar öz təşəbbüsü ilə səfərbər edirlər və bu məqsədlə onlar pul bazarına çıxırlar. Kommersiya bankları özlərinin əlavə resurslara ehtiyacını ödəmək üçün onlar digər kommersiya banklarına, mərkəzi banka müraciət edirlər və ya müəyyən qiymətli kağızların emissiyasını həyata keçirirlər.

Cəlb olunmuş resursların bir hissəsini kommersiya bankları müştərilərin özlərinin təklifləri əsasında yaradırlar. Müştərilər pul vəsaitlərinin etibarlı sax­lanılması və gəlir əldə etmək üçün özlərinin sərbəst vəsaitlərini banka təklif edirlər.

Azərbaycan Respublikasının kommersiya bankları resursların yaradılmasında ənənəvi üsullarla yanaşı yeni növ üsullardan da istifadə edirlər. Ənənəvi üsul dedikdə müəssisə, birlik, idarələrin, əhalinin kommersiya banklarındakı hesablarında saxladığı vəsait, büdcə vəsaiti və s. başa düşülür.

İkinci üsul qiymətli kağızlarla əməliyyatlar, faktorinq, lizinq və s. əməliyyatlarla əlaqədardır.

Kommersiya bankları öz əməliyyatlarını əsasən cəlb olunmuş vəsaitlər hesabına aparsa da, o xüsusi vəsaitlərin rolunu azaltmır.
4.2. Kommersiya banklarının xüsusi kapitalı

Hər bir bankın maliyyə bazasının əsasını onun xüsusi kapitalı təşkil edir. Bankın xüsusi kapitalı– bankın əmlakı, öhdəlikdən azad olan xüsusi və­saitidir.

Bankın xüsusi kapitalı bank resurslarını özündə əks etdirir. O digər mənbələrdən fərqli olaraq daimi, həmişəlik xarakter daşıyır, dəqiq ifadə edilmiş hüquqi əsasa və funksional müəyyənliyə malikdir və kommersiya bankının əmələ gəlməsinin mütləq şərtidir. Kommersiya bankının bütün fəaliyyəti onun varlığı ilə bağlıdır.

Sahibkarlıqla məşğul olan digər sahələrlə müqayisədə kommersiya banklarının xüsusi kapitalı icmal kapitalda aşağı xüsusi çəkiyə malikdir. Bu hal bankların spesifik fəaliyyət xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, banklar iqtisadiyyatdakı sərbəst pul vəsaitlərini cəlb edərək onları borc vermək fəaliyyəti ilə məşğul olurlar. Bankların xüsusi kapitalı sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər qurumlara nisbətən başqa təyinata malikdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər qurumların xüsusi vəsaitləri onların ödəmə qabiliyyətini təmin etməklə yanaşı digər əməli funksiyalarını da təmin etməlidir. Bankın xüsusi kapitalı isə ilk növbədə əmanətçilərin mənafeyini müdafiə etməyə, daha sonra isə özünün əməli fəaliyyətini təmin etməyə xidmət edir.

Xüsusi kapital dedikdə kommersiya banklarının öz fəaliyyətini təmin etmək, əmanətçilərin və digər kreditorların etimadını qazanmaq üçün yaratdığı müxtəlif fondların məcmusu başa düşülür.


Bank təcrübəsində kapital məfhumu bank sahiblərinin nizamnamə kapitalı formasında qoyduqları vəsait başa düşülür. Bankın xüsusi kapitalının artımı əldə olunan mənfəət və onun sərəncamında qalan hissəsi hesabına təmin edilir.

Bankın xüsusi kapitalı əsasən üç funksiyanı yerinə yetirir:



  1. mühafizə;

  2. operativ;

  3. nizamlaşdırıcı.

Müdafiə funksiyası kommersiya bankının xüsusi kapitalının əsas, baş funksiyasıdır. Bu funksiya faktiki olaraq onun ümumi xassəsidir. Xüsusi kapitalın daimi xarakteri sayəsində bank aktivlərinin xeyli payını maliyyələşdirən vəsaitlərin hesabına əmanətçilərin və kreditorların «müdafiəsinin əsas vəsaiti» marağı sifətilə çıxış edir. Bu bir növ bankın təvsiyyə (ləğv) olunması hadisəsində ona itkilərin əvəzini almağa imkan verən təhlükəsizlik kəməridir. Bank praktikasında xüsusi kapitalı öz öhdəliklərinə bankın cavabdehliyinin zəmanəti sərhədlərində kəmiyyət kimi nəzərdən keçirilir. Eyni zamanda xüsusi kapital bankı müflisləşmədən müdafiəyə xidmət edir. daimi xarakteri ilə gözlənilməz böyük itkilərin yaranmasına baxmayaraq, bank rəhbərliyinin yaranmış problemi həll edənədək cari itkiləri kompenasiya edərək banka əməliyyatları həyata keçirməyə imkan verir.

Təsadüfu deyil ki, iqtisadi ədəbiyyatlarda onu "amortizatorla" müqaisə edirlər, "özünəməxsus yastıq", "qara gün üçün pullar" və nəhayyət "müdafiənin son xətti" adlandırırlar.

Operativ funksiya - bu bank fəaliyyətinin bütün dövrü ərzində onun xüsusi kapitalı bankın material bazasının formalaşması və inkişafının əsas mənbəyini təşkil edir. Beləliklə, yeni banka onun işinin başlanğıcı üçün bina əldə etməyə və ya icarəsinə, lazımı texnikaların alışına, avadanlıq və s. kimi ilkin xərclər üçün pul vəsasiti lazımdır. Oxşar xərclərin əvəzləşdirilməsi üçün ilkin vəsait rolunda kommersiya bankının yaradılması mərhələsində yaradılmış onun xüsusi kapitalı çıxış edir.

İstənilən bankın yüksəliş dövründə - bank öz müştərilərilə uzunmüddətli münasibətləri qurmaqda maraqlı olduğu kimi yeni ödəniş qabiliyyətli müştərilərin cəlbində də maraqlıdır. Bu bankı bank xidmətlərinin genişləndirilməsi spektrində işləməyə, onların keyfiyyətinin artırılmasına, təkmilləşdirmə səylərini artırmağa, qabaqcıl bank texnologiyasının, yeni proqram məhsullarının tətbiq edilməsinə, avadanlıqların yeniləşdirməsinə, o cümlədən struktur xarakterli tədbirləri aparmağa məcbur edir. Bankın xüsusi kapitalı onun maliyyə bazasına, o cümlədən təşkilatı artım və aparılan əməliyyatlarla əlaqədar risklərdən müdafiəsinə xidmət edir.

Tənzimləyici funksiya bir tərəfdən normal fəaliyyət göstərən kommersiya banklarında ictimiyyətin xüsusi maraqları ilə və bütün bank sisteminin stabilliyini saxlamaqla, digər tərəfdən bankın idarə edilməsinə imkan verən iqtisadi davranış normaları ilə əlaqədardır. Bu funksiyada da bankın xüsusi kapitalının müdafiə xassəsi təcəssüm olunub. Onun fəaliyyətnin tənzimləyicisi sifətilə çıxış edərək kommersiya banklarını maliyyə dayanıqsızlığından və kəskin risklərdən qorumağın axırıncı imkanıdır və məhz bank aktivlərinin qaydaya salınmış artımını müntəzəm saxlamağa və praktik olaraq bütün passiv əməliyyatların həcminin tənzimləməyə xidmət edir.

Bankın xüsusi kapitalı özündə təyinatca müxtəlif tamamilə ödənilmiş


iqtisadi sərbəstliyi, stabilliyi və bank işinin dayanıqlığını təmin edən elementlərin
məcmusunu özündə birləşdirir.

Xüsusi kapitala daxildir:

Nizamnamə kapitalı, emissiya gəliri, ehtiyat fondu, xüsusi təyinatlı fondlar, Yığım fondu, əmlakın yenidən qiymətləndirilməsindən gəlir, keçmiş illərin mənfəəti, cari ilin mənfəəti.

Nizamnamə kapitalı (fondu) – bankın mövcudluğunun iqtisadi əsasını təşkil etməklə bankın hüquqi şəxs kimi yaranmasının vacib şərtidir. Bankın nizamnamə kapitalı kredit təşkilatlarının təsisçilərinin payları əsasında formalaşdırılır. Nizamnamə kapitalının əsas təyinatı sabit fəaliyyəti üçün əsas yaratmaq və bankın gəlirini artırmaq, potensial zərəri ödəmək, ictimai inam yaratmaq və müştərilərin, əmanətçilərin etimadını doğrultmaqdır. Nizamnamə kapita­lının məbləği qanunçuluqla məhdudlaşdırılmır. Lakin kredit təşkilatının stabil fəaliyyətini təmin etmək məqsədi ilə Mərkəzi Bank Nizamnamə kapitalının minimum həddinə tələb qoyur. Onun ilkin həcmi Mərkəzi Bankın qanunçuluq aktları ilə müəyyən edilir.

Banklar haqqında AR Qanunun 21.4 maddəsinə əsasən bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan respublikasının milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaş­dırılmalıdır.

MB tərəfindən nizamnamə kapitalının minimum məbləği 1 yanvar 2015-ci ildən bütün banklar üçün 50 mln. manat müəyyənləşdiril­mişdir.

Ehtiyat fondu bankın xalis mənfəəti hesabına yaradılır. Onun həcmi səhmdarların ümumi yığıncağının qərarı ilə nizamnamə kapitalına nisbətdə müəyyənləşdirilir. Bu fondun yaradılmasında məqsəd nəzərdə tutulmayan itkilərin ödənilməsi, vəsait çatışmadıqda öz istiqrazlarının satın alınması və bankın stabil fəaliyyətini təmin etməkdir. Ehtiyat fondunun maksimal səviyyəsinə çatmaq üçün bank illik xalis mənfəətinin 5 %-ni bu fonda köçürür.

Emissiya gəliri nizamnamə kapitalının artırılması zamanı qiymətli kağızların dövriyyəsində qiymət fərqi nəticəsində yaranır.

Xüsusi təyinatlı fondlar və yığım fondları qanunçuluğa müvafiq təsis sə­nədləri ilə müəyyən olunan qaydada bankın xalis mənfəəti hesabına yaradılır.

Xüsusi təyinatlı fondlar bankın maddi həvəsləndirilməsi və sosial təminatına istifadə edildiyindən onlar bir qayda olaraq xüsusi kapitalın elementi hesab edilmirlər.

Yığım fondu bankın maddi texniki bazasının inkişafı, yeni bank məhslullarının yaradılması və tətbiqi mənbəyi kimi xalis mənfəətin bankın sərəncamında qalan hissəsidir.

Banklar ildə bir dəfə 1 yanvar vəziyyətinə əmlakı yenidən qiymətləndirirlər. Yenidən qiymətləndirmədən əldə edilən gəlirlər bankın xüsusi kapitalını artırır.

Keçmiş və cari ilin istifadə olunmamış mənfəəti bölüşdürülənə qədər xüsusi kapitalın elementi hesab edilir.

Mənfəət hesabına yaradılan fondların vəsaitləri və bölüşdürülməmiş mənfəət istifadə olunandək bankın xüsusi vəsaiti hesab edilr.

Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir.

Xüsusi kapitalın tərkibinə daxil olan bu və ya digər vəsait üçün mütləq şərt - bankın fəaliyyət prosesində meydana çıxan gözlənilməz itkilər üçün onların


meydana gəldiyi halda həmin banka cari əməliyyatları yerinə yetirməyə imkan
verən sığorta fondu rolunu oynamağı yerinə yetirməkdir. Lakin, xüsusi kapitalın
bütün elementləri eyni dərəcədə belə müdafiə xassəsinə malik deyillər.

Bu hal bankın xüsusi kapitalının strukturunda iki səviyyəli bölgünü vacib edir: əsas kapital və ya birinci dərəcəli kapital və əlavə kapital və ya ikincı dərəcəli kapital.



I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan "tutulmalardan" sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən az olmamalıdır.

Idərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:

1. dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi səhmlər çıxılmaqla)

2. dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;

3. kapital artıqlığı (səhmlərin emissiyasından əmlə gələn əlfvə vəsait)

4. keçmiş illərin bölüşdürülməmiş xalis tnənfəəti;

5. bankın konsolidasiya olunmuş törəmə cəmiyyətlərində azlıq təşkil edən səhmdarların (payçıların) kapitalı.

Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşarıdakılar daxil edilir:



  • cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüş­dü­rül­­məmiş mənfəəti;

  • kapital ehtiyatları, yəni əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar.

II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanınış məcmu kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğindən (aparılan "tutul­malardan" sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın hesablanması zamanı nəzərə alınmır.

II dərəcəli kapitala aşarıdakı komponenthr daxil edilir:

❖cari ilin mənfəəti;

❖ ümuıni ehtiyatlar (balans aktivlərinin və balansdankənar öhdəliklərin risk dərəcəsi üzrə ölçülmüş məbləğinin (aparılan «tutulmalar»dan sonra) 1,25 faizinədək, lakin "adi" ehtiyatların məbləğindən çox olmayan hissəsi);

❖ kapital in digər komponentləri:

❖ kumulyativ müddətsiz imtiyazlı səhmlər;

❖ ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri (ödəni­şinə qalan son 5 ildə II dərəcəli kapitala daxil edilmək üçün onların məbləği hər il 20 faiz azaldılır).

Bankın fəaliyyətini normal təmin edən əsas göstərici bankın xüsusi kapitalının dayanıqlığıdır. Bu göstərici hər şeydən əvvəl kapitalın adekvatlılığı (yetərliliyi) ilə müəyyən edilir. Kapitalın adekvatlılığı bankın etibarlılığını müəyyən edir. Bu zaman xüsusi kapital fövqəladə məsrəflərə qarşı qoyulur, onun adekvatlılıq səviyyəsini saxlayaraq əmanətçilərin kommersiya bankına inamının təmin olunmasına və kreditorların onun maliyyə dayanıqlığına inandırmağın əsas amili olur. Müəyyən müştərilərin dairəsinə və onların həcminə bələd olan kommersiya bankı elə həcmdə xüsusi kapitala malik olmalıdır ki, müştərilərin tələblərini və öz öhdəsinə götürdüyü öhdəlikləri qoyulmuş normativlərə riayət etməklə özünü yüksək risqə təhrik etmədən vaxtında yerinə yetirmək iqtidarında olsun. Ona görə də banklar Beynəlxalq hesablaşmalar Bankının (BHB) tövsiyələrinə əməl etməlidirlər.

BHB 1974-cü ildə İsveçrənin Bazel şəhərində Bazel Komitəsini bankların kapital çatışmazlıqları problemlərini və risq meyarlarını təsnif etmək üçün təsis etmişdir. Bazel Komitəsi 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlığını təmin etmək üçün bankların məcmu kapitalının risqli aktivlərə nisbətinin 8 %-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin ildə «Bazel-1» sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır.

2007-ci ilin əvvəlindən «Bazel-2» sazişinin icra edilməsinə başlanılmışdır.

Qlobal maliyyə böhranı ilə əlaqədar olaraq böhrandan sonra «Bazel-2» çərçivəsində gələn tələbləri daha da sərtləşdirərək «bazel-3» sazişi ilə minimum kapital adekvatlığı nisbətini 8 %-dən 10,5 %-ə qaldırmışdır. Bu yeni sazişin tətbiq olunması 2018-ci ilin mart ayına qədər istifadə olunması nəzərdə tutulmuşdur. Bazel-3 bank likvidliyini artıraraq və levereci azaldaraq bankların kapital tələbini gücləndirmək məqsədini daşıyır.

Kapitalın adekvatlıq əmsalları hesablanmazdan əvvəl kapitaldan aşağıda göstərilənlər çıxılır ("tutulmalar" aparılır):


  • I dərəcəli kapitaldan - bütün "qeyri-maddi" aktivlərin xalis dəyəri;

  • Məcmu kapitaldan - bankın investisiyalar üçün yaratdığı "məqsədli"
    ehtiyatlar çıxılmaqla konsolidasiya olunmamış törəmə cəmiyyətlərinə,
    habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.

Banklar məcmu kapitalın adekvatlıq əmsalını 12 %-dən birinci dərəcəli kapitalın adekvatlıq əmsalını 6 %-dən aşağı olmayan səviyyədə saxlamalıdır.

Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı aşağıdakı düsturla hesablanır.

I dərəcəli kapitalın I dərəcəli kapital – I dərəcəli kapitaldan tutulmalar

= ------------------------------------------------------------------- x 100 %

adekvatlıq əmsalı risq dərəcəsi üzrə ölçülmüş aktivlər
Məcmu kapital ahağıdakı qaydada hesablanır:

Məcmu kapital = I dərəcəli kapital – I dərəcəli kapitaldan tutulmalar + II dərəcəli kapital -– məcmu kapitaldan tutulmalar

Məcmu kapital

Məcmu kapitalın adekvatlıq əmsalı = --------------------------------------------- x 100

risq dərəcəsi üzrə ölçülmüş aktivlər

Bunlarla yanaşı banklarda leverec əmsalı da hesablanır. Banklar liveric əmsalını 8 %-dən az olmayan səviyyədə saxlamalıdırlar.

I dərəcəli kapital – I dərəcəli kapitaldan tutulmalar

Liverec əmsalı = ------------------------------------------------------------------------------------

(Balans aktivləri- ipoteka fondu tərəfindən yenidən

maliyyələşdirilmiş ipoteka kreditləri x0,5) + balansdan kənar

öhdəliklər

Bu o deməkdir ki, o zaman 8 %-li əmsal kapitalın yetərliliyini təmin edirdi.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank aktivlərinin risq səviyyəsi aşağıdakı kimi müəyyən edilmişdir: (İdarə Heyətinin 18 №li qərarı ilə təsdiq edilmşidir, 24 avqust 1996-cı il)

I qrup

- müxbir hesablardakı vəsait

- Mərkəzi Bankda ehtiyat hesabındakı vəsait

- kassa və ona bərabər tutulan vəsait

- hökumətin qiymətli kağızları

- Azərbaycan hökumətinin və Mərkəzi Bankın təminat verdiyi kreditlər



risq əmsalı %-

0

0



0

0
0


II qrup

- AR qiymətli kağızları girov qoyulmaqla alınan kreditlər

- külçə halında olan qiymətli metalları girov qoymaqla alınmış kreditlər


10
10



III qrup

- AR subyektlərinin və yerli hakimiyyət orqanlarının qiymətli kağızları girov qoymaqla alınmış kreditlər

- yerli hakimiyyət orqanlarının qiymətli kağızları

- xarici valyutada olan müxbir hesablardakı vəsait

- klirinq əməliyyatları üzrə hesablaşmalar

- rezident banklarda xarici valyutada olan məcburi ehtiyat fondundakı vəsait


20
20


25

25
30



IV qrup

- lizinq əməliyyatları

- torpaq, binalar, qurğular, digər əsas fondlar və təsərrüfat xərcləri

50
60



V qrup

- hesablanıb tutulmamış faizlərdən başqa kredit təşkilatının bütün digər aktivləri

- kredit təşkilatı tərəfindən verilmiş zəmanət və təminatlar


100
100



Azərbaycan Respublikası banklarında kapitalın yetərliliyi əmsalı 10 %-dən yuxarı müəyyən edilmişdir.

Düsturdan göründüyü kimi, kapitalın yetərlilik əmsalının artırılması üçün:


  • kapitalın artımına nail olunmalı;

  • aktiv əməliyyatların həcmi azaldılmalı;

  • yüksək risqli aktivlərin aktivlərdəki payı azaldılmalıdır.

Bütün bunlarla yanaşı banklar daima xüsusi kapitallarının artırılmasına çalışırlar.

Xüsusi kapitalın artırılmasının başlıca yolu nizamnamə kapitalına əlavə ödənişlərdir. Bu mənbə nisbətən cəlbedicidir. Belə ki, vergi ödəməklə əlaqədar olmadığından əlavə xərc tələb etmir. Lakin bu yol nisbətən mürəkkəbdir. Bank öz iştirakçılarını inandırmalıdır ki, onların vəsaitlərinin kapitalın artırılmasına yönəldilməsi öz bəhrəsini verəcəkdir və iştirakçılar mükafat formasında əlavə dividend alacaqlar.

Bu zaman bank kapitallaşmaya vəsait yönəldilməsi normativindən də istifadə edə bilər.

Xüsusi kapitalın artırılmasının digər yolu mənfəətdir. Mövcud qaydalara görə əsas kapitalın tərkibinə mənfəət auditor rəyi təsdiqləndikdən sonra daxil edilə bilər.

Mərkəzi Bank hesab edir ki, banklarda mənfəətin artımını tarazlaşdırılmış kredit siyasəti aparmaq və səmərəsiz xərclərin azaldılması hesabına təmin etmək olar. Bununla belə əldə olunmuş mənfəətin səmərəli bölgüsü problemi də nəzərə alınmalıdır. Mərkəzi Banklar dividendləri ödəməmək və ya minimum həcmdə ödəmək, mənfəətin iqtisadi həvəsləndirmə fondlarına yönəldilən hissəsini azaltmaq və mənfəətin əsas hissəsinin bankın kapitalının və ehtiyat fondunun formalaşmasına yönəldilməsini məqsədəuyğun hesab edirlər. Təbiidir ki, belə olduqda nə iştirakçıların, nə də bank rəhbərliyi və kollektivinin sevincinə səbəb olmayacaqdır. Lakin kapitalın artırılması tələb edildikdə bu variant qəbul ediləndir.

Bank kapitalının artırılmasının bir yolu da depozit yoludur. Bu yol öz vəsaitlərini səhmdar və payçılara deyil, uzun müddətə qoyuluş edən inves­torlara daha sərfəlidir. Kapitalın bu qaydada artırılması banklar üçün daha cəlbedicidir. Çünki bank bu zaman uzunmüddətli kredit əldə edir və mülkiyyətin quruluşunu dəyişmir.


4.3. Bankların depozit əməliyyatları

Kommersiya bankları öz müştərilərinə kredit xidməti göstərmək üçün müvafiq resurs bazasına malik olmalıdır ki, bunun da başlıca mənbəyini depozit və əmanətlər təşkil edir. Buna görə də depozit əməliyyatı bankın fəaliyyətinin bir növ bünövrəsini təşkil edən üç əməliyyatdan biri (kredit, depozit, hesablaşma) hesab olunur1.

Bir qayda olaraq bank praktikasında "depozit" anlayışı ilə "əmanət" anlayışı
eyni qəbul edilir. Mülki qanunvericilikdən fərqli olaraq Mərkəzi Bankın normativ
aktlarında bu iki anlayış daha geniş məzmuna malikdir. Belə ki, "depozit" yalnız pul şəklində qoyuluşları deyil, həm də qiymətli metalların etibarlı saxlanması ilə bağlı əməliyyatları özündə birləşdirir. Pul vəsaitlərinin əmanət formasında banklara cəlbi isə ayrıca bank əməliyyatı olub yalnız Mərkəzi Bank tərəfındən verilən lisenziya əsasında həyata keçirilir.

Depozit əməliyyatının iqtisadi mahiyyəti ondan ibarətdir ki, fıziki və hüquqi şəxslər öz sərbəst pul vəsaitlərini faiz şəklində əlavə gəlir əldə etmək məqsədilə banklara yatırırlar. Bu məqsədlə bankla əmanətçi arasında əmanət müqaviləsi bağlanır. Eyni zamanda əmanət qoyuluşunu rəsmiləşdirmək üçün müştəriyə əmanət kitabçası və ya depozit plastik kartı verilir, yaxud da əmanət və ya depozit sertifıkatı təqdim olunur. Bank praktikasında əmanət sertifıkatı fıziki şəxslərə, depozit sertifıkatı isə hüquqi şəxslərə verilir.



"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun III maddəsinin II bəndində deyilir ki, depozit əməliyyatları yalnız banklar tərəfındən həyata keçirilə bilər. Bununla yanaşı Qanunun banklara verdiyi pul vəsaitlərini depozitə cəlb etmək hüququndan yararlanmaq üçün Mərkəzi Bankdan xüsusi razılıq - lisenziya əldə etməlidir.

Depozit əməliyyatının subyekti banklar və pulun sahibləri olan kreditorlar, obyekti isə banka qoyulan pul vəsaiti hesab olunur. Banka qoyulmuş əmanətlər müxtəlif əlamətlərinə görə təsnifləndirilir. Bu təsnifat aşağıdakı cədvəldən də aydın görunur:




TƏSNIFATIN ƏLAMƏTLƏRI

ƏMANƏTLƏRIN NÖVLƏRI

Subyektlərinə görə

- fıziki şəxslərin

- hüquqi şəxslərin



Müddətinə görə

- tələb olunanadək

- müddətli



Maliyyə vasitələrinin tipinə görə

- əmanət kitabçalarındakı vəsaitlər

- depozit plastik kartlarındakı vəsaitlər



Faiz dərəcəsinin təyin olunmasına görə

- təsbit edilmiş faiz dərəcələri

- üzən faiz dərəcələri


Qaytarılma şərtlərinə görə depozitlər tələbolunanadək və müddətli depozitlərə bölünür. Tələbolunanadək depozitlər ilk tələb anında qaytarılmaq şərti ilə qəbul olunur. Müddətli depozitlər isə əmanət müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra geri qaytarıla bilər. Tələboluanandək depozitlərdən fərqli olaraq müddətli depozitlərdən hesablaşma üçün istifadə oluna bilməz, çünki bu hesablardakı vəsaitlər yavaş dövr edir.

Tələb olunanadək depozitlər bankların fəal resursu sayılır. Hesab sahibləri vəsaiti istədikləri vaxt götürə bilərlər. Bununla əlaqədar olaraq banklar hesab sahiblərinə ən aşağı və yaxud ümumiyyətlə heç bir faiz ödəmirlər. Lakin tələb olunanadək vəsaitlərin çevikliyinə (mobilliyinə) baxmayaraq onlar orta hesabla kommersiya banklarında stabil resurs kimi çıxış edirlər. Buradan da banklar, xüsusilə maliyyə cəhətdən dayanıqlı, davamlı olaraq hesablarında pul vəsaitinə malik olan müştərilərə maraqlıdırlar, əlavə xidmətləri hesab sahiblərinin öhdəsinə . buraxmaqla və xidmətin keyfıyyətini yüksəltmok yolu ilə müəssisələri cəlb etməyə can atırlar.

Müddətli depozitlər - bu hüquqi şəxslərin müəyyən olunmuş müqavilə müddətinə təqdim olunan pul vəsaitləridir. Bu təqdirdə müəyyən olunmuş müddət müxtəlif ola bilər: bank depoziti üzrə - bir gün və yuxarı digər depozitlər üzrə isə -otuz gün və yuxarı.

Baxmayaraq ki, müddətli depozitlər əlavə ödənişlə təcrübodən keçirilir
müddətli depozitlərin məbləği qabaqcadan qoyulmuş müddət ərzində dəyişilməz
qalmahdır.

Müdətli depozitlər üzrə tələb olunanadək depozitlərdən fərqli olaraq bank


tərəfındən daha yüksək %-lə ödənişlər edilir. Müddətli depozitlərin payının çevik
vəsaitlərin ümumi həcmində. artması faiz xərclərinin artımına səbəb olmasına baxmayaraq müsbət cəhət sayılır. Müdətli depozitlər cəlb olunmuş resursların daha çox stabil hissəsi hesab edilir. Çünki daha uzun müddətə kreditləşməni həyata keçirməyə imkan verir və nəticədə daha yüksək faiz qazandırır.

Fiziki şəxslərin depozitləri - milli və ya xarici valyutada pul vəsaitlərini saxlamaq və gəlir götürmək məqsədilə fıziki şəxslərin bank əmanətində müqavilə şərtlərilə yerləşdirilməsidir. Banklar əmanətləri ilk tələblə vermək şərtilə (tələb­oluna­nadək) ya da ki, müəyyən edilmiş müqavilə müddətinin qurtarması (müddətli) şərti ilə cəlb edirlər.

Qeyd olunduğu kimi banka əmanət (depozit) qoyuluşu əmanət (depozit) müqaviləsi ilə təsdiqlənir. Bank əmanəti (depozit) müqaviləsinə görə bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır və bank kitabçası ilə, bank və ya depozit sertifıkatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə təsdiqlənir. Əmanətçinin fiziki və ya hüquqi şəxs olmasından asılı olaraq əmanət müqaviləsi fərqlənir. Belə ki, fıziki şəxslərlə bağlanan əmanət müqaviləsi ictimai müqavilə hesab olunur, yəni bank, müəyyən növ əmanət üzrə müqavilə bağlanarkən bu və ya digər fıziki şəxsə üstünlük verə bilməz. Bu müqavilənin şərtləri bütün fiziki şəxslər üçün eyni olmalıdır. Hüquqi şəxslərlə bağlanan müqavilələr zamanı isə müqavilə şərtləri konkret bankın təcrübəsində individual qaydada tərtib olunur.

Əmanət banka müəyyən üçüncü şəxsin adına da qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fıziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafıq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fıziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsiz hesab olunur. Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər.

Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fıziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafıq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və yfa təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Hüquqi şəxslərin depozitləri içərisində əsas yeri müştərilərin cari hesablarındakı vəsait tutur və bu hesablar tələbedilənədək depozit adlanır. Tələbedilənədək depozitlərdən cari hesablaşmalarda istifadə olunur. Bu depozitlər bankda açılan cari və ya kontokorrent hesabda yerləşdirilir və istənilən vaxt tam və ya qismən tamamlana və geri tələb oluna (istifadə) bilər.

Vəsaitlər müştərilərin cari hesablarında yerləşdirilərsə, müştəri bu hesabdan vəsaiti faktiki qalıq daxilində götürə bilər. Kontokorrent hesabın həm debet, həm də kredit qalığı olduğundan müştəri bu hesabdan öz vəsaitini götürməklə yanaşı müəyyən müddətə kredit də ala bilər. Tələbedilənədək depozitdən vəsaitlər həm nağd qaydada, həm də müxtəlif nağdsız hesablaşma formaları vasitəsi ilə götürülə bilər.

Cari hesablarda və bankdakı digər hesağlarda saxlanılan vəsaitlərdən müntəzəm istifadə etdikdə belə əksər müştərilərin hesablarında istifadə olunmamış pul qalıbı qalır. Müştərinin hesabındakı vəsait qalığının yaranması müəyyən vaxt kəsiyində pul vəsaitlərinin kommersiya banklarındakı passiv və aktiv-passiv hesablarda yatıb qalması ilə əlaqədardır. Tərkibi baxımından onlar yekcins deyildirlər və aşağıdakılara bölünürlər:



  • fiziki və hüquqi şəxmlərin cari və büdcə hesablarındakı vəsaitlər;

  • müxtəlif məqsədli təyinatlı vəsait və fondların saxlandığı xüsusi hesablardakı vəsaitlər;

  • digər banklarla hesablaşmaq üçün açılan müxbir hesablarda olan vəsait;

  • bir sıra bank hesablarındakı vəsait.

Bank müştərilərə xidmət göstərərək onların hesablarındakı kredit qalığından aktiv əməliyyatların aparılması yolu ilə mənfəət əldə etmək məqsədi ilə istifadə edir. Tələbedilənədək depozitlər stabil olmadığından onlardan bankların istifadəsi məhdudlaşır. Ona görə də cari hesab sahiblərinə bu vəsaitlərdən istifadəyə görə aşağı faiz verilir və ya ümumiyyətlə faiz ödənilmir. Buna baxmayaraq, belə hesabların sahibləri banka bu hesablar üzrə əməliyyatların aparılması xidmətinə görə haqq ödəyirlər.

Tələbedilənədək depozitlər üzrə haqq ödənilmədiyi və depozit bazarında rəqabətin artdığı halda banklar xidmətin keyfiyyətinin yüksəl­dilməsi, hesab sahibinin ödənişlərinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və digər əlavə xidmətlər göstərməklə müştəri cəlb etməklə tələbedilənədək depozitlərin artırılmasına stimul yaradırlar.

Bir qayda olaraq hüquqi şəxslərin cari hesablarında: malların satışından, xidmətlərin göstərilməsindən, işlərin görülməsindən gəlirlər, banklardan alınan kredit məbləği, bu vəsaitlərdən satıcılara ödənişlər, büdcəyə müxtəlif növ vergi ödə­nişləri, müxtəlif büdcədən kənar fondlara köçürmələr, fəhlə və qulluq­çu­la­ra əmək haqqı ödənişləri, bank krediti və kreditə görə faizlərin ödənişi əks olunur.

Hüquqi şəxslərin cari hesablarında və müxtəlif bankların müxbir hesab­larındakı vəsait qalığı olduqca çevik olduğundan kommersiya bankları bu he­sab sahiblərinin tələblərini yerinə yetirərkən öz likvidliyini saxlamaq məq­sədi ilə özünün yüksək likvidli vəsaitlərini lazımi səviyyədə saxlamağa çalışırlar.

Tələbedilənədək depozit hesablardaküı vəsaitlərin yüksək səviyyədə çevik olmasına baxmayaoaq onların minimum azalmayan qalığını müəyyən edib ondan sabit kredit resursu kimi istifadə etmək imkanı mövcuddur.

Müddətli depozit mənfəət əldə etmək məqsədi ilə ciddi razılaşdırılmış müddətə saxlanılmaq üçün banka verilən pul vəsaitidir. Tələbedilənədək əmanətə nisbətən daha uzunmüddətli xarakter daşıyır.

Əhəmiyyətli pul vəsaitlərinin perspektivdə hər hansı bir məqsədə sanballı sərfiyyatı nəzərdə tutularsa, həmin məbləği aşağı faizlə və ya faizsiz qaydada cari hesabda saxlamaq sərfəli hesab edilmir.

Belə əmanətçi öz vəsaitini və faiz formasında əldə etdiyi mənfəəti nəzərdə tutduğu xərclərin həyata keçirilməsinə yönəldə bilər. Ümumiyyətldə, uzun­müd­dətli qoyuluşlar tələb edilənədək əmanətə nisbətən daha çox gəlir gətirir.

Bank da öz növbəsində müddətli əmanətlərə maraqlıdır. Bu əmanət stabil olduğundan banka uzun müddətə pul vəsaitlərinə malik olmaq imkanı yaradır ki, bununla da bank faizlərdən əməliyyat gəlirlərini artıra bilir.

Müddətli depozitlərə görə faiz səviyyəsi depozitin müddətindən asılı olaraq banklar tərəfindən differensiallaşdırılır. Müddətli depozitin xüsusiyyət­lərindən biri də odur ki, qoyuluş müddətində depozitə əlavələr etmək olmur. Eləcə də bankın müştərisi bu hesabdan saxlanılma müddəti başa çatanadək vəsait götürə bilməz.

Hüquqi şəxslərin depozitlərinin qaytarılması qaydaları tərəflər arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Müqavilədə depozitin məbləği, vəsaitlərin saxlanılma müddəti, tərəflərin hüquq və vəzifələri, faizlərin səviyyəsi, onların hesablanıb ödənilmə qaydaları və s. öz əksini tapmalıdır.

Bir qayda olaraq depozitlər üzrə faizlər depozit qoyanın tələbi ilə hər rüb başa çatdıqdan sonra ödənilir. Lakin depozit sahibi həmin məbləği tələb etməzsə, hesablanmış faiz depozit məbləğinə əlavə edilir.

Müddətli depozit müəssisə tərəfindən müqavilədə göstərilən vaxtdan əvvəl tələb edilərsə, onda həmin depozit üzrə faizlər tələb edilənədək depozitlər üzrə müəyyən edilən qaydada ödənilir. Əmanətçi əmanətin məbləğini və ya onun saxlanılma müddətini dəyişdirmək istərsə, o, əvvəl bağlanılmış müqaviləni ləğv edərək yeni şərtlərlə müqavilə bağlamalıdır.

Cədvəl 10.

Depozitlər və kredit qoyuluşu cədvəli

(mln.manat)



İllər

Cəmi depozit

Cəmi

kre­dit qoyuluşu



Fərq

Tələb

edi­lənə-

dək əma-nətlər


Qısamüd-li kredit qoy-şu

Fərq

Müd-dətli depo­zitlər

Uzun-müd-li kred. qoy-şu

Fərq

2007

4127,2

4681,8

-854,6

1717,0

1649,5

+67,5

2410

3032,3

-622,1

2009

6379,1

8407,5

-2028,4

2190,8

2359,9

-169,1

4188,3

6047,5

-1859,2

2011

9447,0

9850,3

-483,3

3428,5

2961,2

+467,3

+6018,5

6899,1

-880,6

2013

12475,8

15422,9

-2947,1

3786,3

3335,5

+452,8

8708,5

12087,5

-3380,0

2015

01.10


17477,4

19113,5

-1636,1

5522,1

4258,4

+1263,7

11955,3

14855,2

-2899,9

Gəlvəldən göründüyü kimi kredit qoyuluşu bütün dövrlərdə depozitlərdən çoxdur. 2007-ci ildə ümumi kredit qoyuluşunun 88,5 %-i depozitlərin hesabına olduğu halda 2015-ci ilin 9 ayında bu nisbət 91,4 % təşkil etmişdir.

Qısamüddətli kredit qoyuluşu ilə tələb edilənədək depozitlərin müqayisəsi göstərir ki, son illərdə qısamüddətli depozitlər kredit qoyuluşundan artıqdır. Uzunmüddətli kreditləşmədə bu dövrlərdə kredit qoyuluşu müddətli depozitləri üstələyir. 2007-ci ildə müddətli depozitlər qoyulan uzunmüddətli kreditin 79,5 %-ni təşkil etdiyi halda 2015-ci ilin oktyabrına bu nisbət 88,5 %-ni təşkil etmişdir. Deməli, uzunmüddətli kredit qoyuluşunda qısamüddətli depozitlərdən istifadə olunsa da ümumi kredit qoyuluşunun 11,5 %-i digər mənbələr, xüsusən də bankın xüsusi vəsaitləri hesabına həyata keçirilmişdir.


    1. Borc vəsaitləri

Kommersiya bankları əlavə zəruri pul vəsaitlərinin cəlb edilməsi üçün banklararası resurs bazarının imkanlarından istifadə edirlər. Bu bazarda kredit təşkilatları tərəfindən cəlb edilmiş resursların satışı həyata keçirilir.

Kommersiya banklarının resurslarının quruluşunda banklararası kreditin xüsusi yeri vardır. Əldə edilmə üsuluna görə banklararası kredit əməli xarakter daşıyır və qısamüddətli olur.

Kommersiya bankları öz fəaliyyətlərində artıq vəsaitə malik olduqları kimi əlavə vəsaitlərə də ehtiyac duyurlar. Bu münasibətlər banklararası bazarda həll edilir. Müddətli pul resurslarına malik olan banklar həmin vəsaitləri işlək vəziyyətə salmaq üçün bank bazarına çıxırlar. Onlarla yanaşı eyni zamanda əlavə resursa ehtiyacı olan banklar da öz ehtiyaclarını ödəmək üçün bank bazarının xidmətlərindən istifadə etməli olurlar. Hər iki tərəf bu bazarda öz problemlərini həll etmək imkanı əldə edirlər.

Sərbəst pul resurslarına malik olan banklar öz vəsaitlərini banklarda yerləşdirmək imkanını təsərrüfatlara yerləşdirməkdən daha etibarlı hesab edirlər.

Banklararası kredit müxbir münasibətləri çərçivəsində verilir. Bankların əlavə resurslara ehtiyacları əsasən bank likvidliyinin nizamlaşdırılması, özlərinin aktiv əməliyyatlarının genişləndirilməsi və s. ilə əlaqədar yaranır.

Banklararası kredit bazarının ən fəal iştirakçıları daima sərbəst resursa malik olan iri banklardır. Bu banklar öz vəsaitlərini boş saxlamaqdansa, borc verməyi daha üstün tuturlar. Banklararası bazarda iri banklarla yanaşı lazımi səviyyədə müştəriyə malik olmayan xırda banklar da iştirak edirlər. Xırda banklar müştəri çatışmamazlığı ilə əlaqədar yaranan sərbəst vəsaitləri yerləşdirmək və mənfəət əldə etmək məqsədilə banklararası bazarın iştirakçılarına çevrilirlər.

Banklararası kredit bazarının iştirakçıları kredit resurslarının yerləş­dirilməsi zamanı müxtəlif şərtləri tətbiq edirlər. Beynəlxalq təcrübədə bank­lararası kreditlər bir neçə saatdan bir neçə ilə qədər verilməsi qaydasından istifadə edirlər. Banklararası kredit birdəfəlik və daimi verilə bilər.

Birdəfəlik kredit kreditə ehtiyacın yaranması zamanında verilir. Belə kreditlər hər dəfə kreditə ehtiyac yaranan zaman ayrıca kredit müqaviləsi ilə rəsmiləşdirilir. Kredit müqaviləsində ssudanın həcmi, müddəti, faiz dərəcəsi, faizlərin hesablanıb ödənilmə qaydası, müqavilə şərtlərinə əməl edilmədikdə tərəflərin məsuliyyəti əks olunur. Birdəfəlik kreditlərin müddətləri tərəflər arasındakı razılaşma ilə müəyyən edilir. Bu müddət bir gündən doxsan günədək ola bilər. Banklar öz təcrübələrində 1-7 günlük kreditə daha üstünlük verirlər. Bu müddətə verilən kreditlər borcalanın tələblərinə daha münasib olmaqla kreditor üçün aşağı risqli hesab olunur. Daha uzun müddətə – xüsusən 30-90 günlük kreditlər banklararası kreditdə yüksək risqli kreditlər hesab edilir. Bu risq borc alan bankın həmin vəsaitdən hansı məqsədlərə istifadə edəcəyi ilə əlaqədardır. Eləcə də böhran vəziyyətində olan banklar bu vəziyyətdən çıxmaq üçün banklararası kreditdən istifadə etməklə bu vəziyyətdən çıxmağa çalışarlarsa, bu hal baş tutmadıqda bu hal kreditor üçün arzuolunmaz hal kimi qəbul edilir. Eyni zamanda borc alan bankın cəlb etdiyi vəsaitləri bu məqsədə istfadə etdiyini nəzərə alsaq, bank ilə bankın kreditorları arasında xoş olmayan münasibətlərin yaranacağını müəyyən etmək olar ki, bu da yuksək risqli hal kimi qəbul edilir.

Banklar arasında birbaşa müxbir münasibətlərinin mövcudluğu banklararası kreditin overdraft formasının yaranma qaydasını zəruri edir. Bu zaman müxbir bankda açılan respondent bank hesabı üzrə əməliyyatların aparılması üçün vəsait çatışmadıqda kreditin bu qaydasından istifadə edilir. Belə kreditin verilmə qaydası (overdraftın maksimal məbləği, müddəti və faiz dərəcəsi) birbaşa müxbir münasibətlərində olan banklr arasında bağlanan müqavilə ilə müəyyən edilir.

Mərkəzi Bank haqqında Azərbaycan Respublikası qanununun 49-cu maddəsinə əsasən Mərkəzi Bank sonuncu instansiya kreditorudur. Bank kreditorlarının və əmanətçilərinin maraqları baxımından Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində qısamüddətli likvidlik problemi ilə üzləşmiş kredit təşkilatlarına tam təminatlı kreditlər verə bilər. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilə bilər və zəruri hallarda 6 ayadək müddətə uzadıla bilər. Göründüyü kimi, kredit təşkilatları kredit almaq üçün Mərkəzi Banka müraciət edə bilərlər və Mərkəzi Bank bu zaman yenidənmaliyyələşmə sistemini tətbiq edir.

Mərkəzi Bankın kreditlərini məqsədli təyinat baxımından iki qrupa bölmək olar. Birinci qrupa bankların likvidliyinin təmin edilməsi ilə əlaqədar kreditlər daxildir. Bu kredit vasitəsi ilə kommersiya banklarının hesablaşmaların başa çatdırılması üçün, daha doğrusu, özlərinin müddətli öhdəliklərinin yerinə yetirilməsi üçün pul vəsaitlərinə olan ehtiyacı ödənilir.

İkinci qrupa kommersiya banklarının real sektora kredit qoyuluşunun genişləndirilməsi ilə əlaqədar kreditlər daxildir.

Göstərilən kreditləri əldə etmək üçün kommersiya bankları aşağıdakı tələblərə cavab verməlidir:


  • Mərkəzi Bankın müəyyən etdiyi metodikaya əsasən maliyyə möhkəmliyi baxımından I və ya II qrup banklara aid edilsinlər;

  • tam həcmdə məcburi ehtiyat yaratmaq tələbini yerinə yetirsin;

  • Mərkəzi Bankdan aldığı kredit və kreditə görə faizlər üzrə vaxtı keçmiş borcu olmasın;

  • Mərkəzi Bankın kreditləri üzrə yetərli təminata malik olsun.

I qrup kreditlərə: gündaxili kredit, bir günlük kredit (overnayt) və qısamüddətli lombard krediti daxildir.

Likvidliklə əlaqədar kredit almaq üçün kommersiya bankları Mərkəzi Bankla bir illik Baş kredit müqaviləsi imzalanmalıdır.

(Kreditlərin verilməsi və qaytarılması qaydası VII fəsildə daha ətraflı qeyd edilmişdir).
4.5. Bankların resurslarının idarə edilməsi

Bank resursları idarə olunur. Resursların idarə olunması dedikdə əmanətçilərin və digər kreditorların pul vəsaitlərinin cəlb olunması pul vəsaitləri mənbəyinin müvafiq quruluşunun və səviyyəsinin müəyyən edilib onların yerləşdirilməsi ilə əlaqədar bank fəaliyyəti başa düşülür.

Bank resursları şərti olaraq iki səviyyədə: dövlət və kommersiya bankının özünün səviyyəsində idarə olunur. Hər iki səviyyədə iqtisadi və təşkilati metodlardan istifadə olunur. Bu metodların özləri də bilavasitə və dolayısı ilə kommersiya banklarının resurslarının səviyyəsinə təsir göstərir. Dövlət səviyyəsində resurslar ayrı-ayrı idarələr və əsasən Mərkəzi Bank tərəfindən idarə edilir. İdarə edilmədə Mərkəzi Bank müxtəlif alətlərdən istifadə edir.

Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kreditlər bilavasitə onların passivlərinin səviyyəsinə təsir göstərir. Burada banklararası kreditləşmə zamanı Mərkəzi Bankın həyata keçirdiyi faiz siyasəti xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Mərkəzi Bank tərəfindən rəsmi elan edilmiş faiz stavkası banklararası kreditə tələbatın nizamlaşdırıcısı kimi çıxış edir.

Resursların idarə edilməsində Mərkəzi Bankın istifadə etdiyi alətlərdən biri də açıq bazarda apardığı əməliyyatlardır. Dövlətin qiymətli kağızlarının alınıb-satılması əməliyyatları kommersiya banklarının pavssivlərinin həcmini artırır və ya azaldır.

Açıq bazardakı əməliyyatlardan tələb və təklifn nizamlaşdırılması üçün istifadə olunsa da, Mərkəzi Bankın imkanları bir o qədər də geniş deyildir. Çünki bu proses respublikada qiymətli kağızlar bazarının inkişaf səviyyə­sindən, dövlət borcunun rəsmiləşdirilmə qaydasından asılıdır.

Kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi üçün müəyyən olunan normativlər də onların resurslarının səviyyəsinə bilavasitə təsir göstərir. Nizamnamə fondunun minimum həcmi nəinki birbaşa, həm də dolayısı ilə bankın xüsusi kapitalının səviyyəsinə təsir göstərir, çünki bankın digər fondları nizamnamə fondu ilə qarşılıqlı əlaqədə yaradılır.

Belə ki, mənfəətdən ayırmalar hesabına yaradılan ehtiyat fondunun həcmi və yaradılma qaydası nizamnamə fondunun səviyyəsindən asılıdır. Kommersiya bankının xüsusi vəsaitlərinin həcmi ilə aktivlərin məbləği arasındakı nisbətin son həddi aktiv əməliyyatların aparılma sərhədini müəyyənləşdirməklə bankın ödəmə qabiliyyətliliyini xarakterizə edir.

Kommersiya bankları öz resurslarının bir hissəsini Mərkəzi Bankın tələbi ilə faizsiz qaydada məcburi ehtiyatlar qismində Mərkəzi Bankdakı hesaba köçürürlər. Bu, kommersiya banklarının kreditləşmə və depozit emissiyası imkanlarını məhdudlaşdırır. Məcburi ehtiyatlar depozitlərin və qoyuluşların sığortalanması funksiyasını da yerinə yetirir. Bununla belə onlar mahiyyətcə kommersiya bankları resurslarının mütəşəkkil nizamlaşdırılması qaydası kimi çıxış edirlər.

Resursların nizamlaşdırılmasında kommersiya bankının likvidliyi və bir borcalana risqin minimum səviyyəsi götəricilərindən geniş istifadə olunur. Göstəricilərə riayət etmək üçün vəsaitlərin cəlb olunması ilə onların yerləşdirilməsi müddətləri arasında uyğunluğu gözləmək lazımdır. Kommersiya bankları öz resurslarını yerləşdirərkən ilk növbədə müştərilərin kredit qabiliyyəti səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı resursların bir və ya birneçə borcalan arasında bölgüsü və eləcə də bir və ya bir neçə müştərinin borcunun vaxtında ödəyə bilməməsi halları mövcuddur. Ona görə də belə halları aradan qaldırmaq üçün bir borcalana verilən kredtin həcminin məhdudlaşdırılması qaydasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Mərkəzi Bankın kommersiya banklarının resurslarının yuxarıda göstərilən və digər tənzimlənmə alətlərinin vergi siyasəti və mövcud qanunçuluqla sıx əlaqədə istifadə olunduqda daha yüksək səmərə verir. Məsələn, mənfəətdən yüksək vergitutulmaları, dividendlərin ödənilməsi, özünün inkişafı üçün bankın sərəncamında qalası pul vəsaitlərini azaldır ki, bu da nəinki bankın xüsusi kapitalının faormalaşmasına, həm də depozitə və qoyuluşa cəlb olunma əməliyyatlarının aparılmasına mənfi təsir göstərir.

Mərkəzi Bank tərəfindən resurslardan büdcə kəsirinin örtülməsinə istifadə olunma qaydası da kommeriya banklarının resurslarını azaldır. Əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb olunması əməliyyatlarının təkmilləşdirilməsində bankın marağını azaldır.

Resursların idarə olunmasında əsas rolu kommersiya banklarının özləri oynayırlar. Belə ki, kommersiya bankları ilk növbədə Mərkəzi Bankın müəyyən etdiyi iqtisadi normativlərin tələblərinə əməl etməli və balanslaşdırılmış passiv və aktiv siyasəti həyata keçirməlidirlər.

Müvəqqəti pul vəsaitlərinin cəlb olunub real kredit resurslarına çevrilməsi üçün kommersiya bankları qoyuluşların cəlb olunub onların qorunub saxlanılmasını təmin edən tədbirlər həyata keçirməlidirlər.

Müvəqqəti sərbəst pul vəsaitlərinin resursa cəlb olunma əməliyyatlarının inkişafında müştərilərə xidmət keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir. Vəsaitlərin qoyuluşa cəlb olunma şərtləri haqqında geniş məlumat, müştərilərə tez və keyfiyyətli xidmət, onlara xoş münasibət və s. xidmət keyfiyyətinin tərkib hissələrindəndir. Xidmət keyfiyyəti müəyyən dərəcədə bank aparatının peşəkarlığından asılıdır. Onlar həm öz mənafelərini, həm də müştərilərin mənafeyini, xüsusən də əmanətçilərə ödəniləsi gəlirin həcmini nəzərə almalıdırlar. Öz iqtisadi təyinatına görə faiz pul vəsaitlərinin kommersiya banklarında cəmlənməsinə maraq oyatmalıdır.

Faizin həvəsləndirmə gücü qoyuluşların növündən, müddətindən, alınma haqqında xəbərdarlıq müddətindən asılı olaraq onun səviyyəsindən və differensiallaşmasından asılıdır. Faiz stavkaları müəyyənləşdirilərkən inflya­siya tempi nəzərə alınarsa, pulun özünün də qiymətliliyi yüksələr, qoyuluşların artması isə istehlak bazarındakı tələbləri nizamlaşdıra bilər. Bundan əlavə pul yığımları və əmanətlərdən səmərəli istifadə üzrə dövlətin və kommersiya banklarının məsuliyyəti artar ki, bu da həm kommersiya banklarının, həm də ümumilikdə xalq təsərrüfatının inkişafına gətirib çıxara bilər.

Kommersiya bankları tərəfindən cəlb olunmuş resursların idarə olunmasının kəmiyyət tərəfi ilə keyfiyyət tərəfi də vardır. Resursların yerləşdirilməsi məsələsi həll edilmədən resurs cəlb etmək mənasızdır. Kommersiya bankları cəlb etdikləri resursları elə yerləşdirməlidirlər ki, o xərcləri ödəməklə yanaşı banka mənfəət gətirməli və bankın likvidliyinin təmin olunması üzrə Mərkəzi Bankın tələblərini yerinə yetirmiş olsun. Bunun üçün kommersiya bankları aktiv və passiv əməliyyatları sıx qarşılıqlı əlaqə şəraitində həyata keçirməlidirlər.

Kommersiya banklarının böyük əksəriyyəti aktivlərin idarə olunmasında pul vəsaitlərinin ümumi fondu göstəricisindən istifadə edirlər. Bu o deməkdir ki, banklar vəsaitləri cəlb edib həin anda meydana çıxan ehtiyacların ödənil­məsinə istifadə edirlər. Bu zaman resursların cəlb olunma mənbələri və müddətlərindən asılı olaraq yerləşdirilməsində mövcud olası qarşılıqlı əlaqə itir, risq səviyyəsi və gəlirliliyi səviyyəsinə diqqət yetirilir ki, bu da bankın likvidliyi və onun ödəmə qabiliyyətinə mənfi təsir göstərir. Ona görə də bəzi kommersiya bankları aktivlərin bölgüsündə vəsaitlərin onların yaranma mənbələrindən asılı olaraq yerləşdirilməsi metodundan istifadə edirlər.

Aktivlərin bölüşdürülməsi metodu konkret resurs mənbəyinin konkret qoyuluşla dəqiq əlaqələndirilməsini tələb edir ki, bu da bankın likvidliyinin və ödəmə qabiliyyətliliyinin yüksəldilməsinə kömək edir. Bununla belə bu metodun da çatışmamazlıqları vardır. Ən başlıcası odur ki, konversiya metodu mövcud vəziyyətdən asılı olaraq resurslarla manevr etməyə imkan vermir ki, bu da bəzən bankı əlavə mənfəət əldə etmək hüququndan məhrum edir. Məsələn, tələb edilənədək qoyuluşların ssudada istifadə olunub, ondan qiymətli kağızların əldə olunmasına istifadə oluna bilməməsi bankın əlavə mənfəət əldə etmək imkanından məhrum edir.

Kommersiya banklarının bəziləri öz fəaliyyətlərində idarəetmənin elmi metodundan istifadə edirlər. Bu metodun əsasına iqtisadi riyazi metodlar təşkil edir. Bu metod riyazi düsturların köməyi ilə vəsaitlərin yerləşdirilməsi istiqamətləri müəyyən edilir.

Yuxarıda göstərilənlər sübut edir ki, göstərilən metodlardan ayrılıqda deyil, onların vəhdəti qaydasında istifadə edilməlidir. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, bu metodların hər biri düzgün qərar qəbul etmək yolunu, bank əməliyyatlarının inkişafının bəzi tərəflərini göstərir. Ona görə də qərarların qəbul edilməsi prosesində insan amili vacib ünsür hesab edilməlidir. Mütəxəssislərin hazırlıq səviyyəsinə xüsusi fikir verilməlidir. Çünki konkret qərarların qəbul edilməsi üçün materialları onlar hazırlayırlar.

Kommersiya bankları resurslarının idarə edilmə prosesi yalnız pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi ilə bitmir. Burada konkret bank üçün resursların yaranması mənbələrinin optimal quruluşu da nəzərə alınmalıdır.

Kommersiya bankları xüsusi vəsaitlər ilə cəlb olunmuş vəsaitlər arasında müəyyən nisbəti gözləməlidirlər. Cəlb olunmuş vəsaitlərin çoxluğu risqi artırır və bankın ödəmə qabiliyyətinin aşağı düşməsi təhlükəsi yaranır ki, bu da son nəticədə bankın digər bankların təsiri altına düşməsinə gətirib çıxarır.

Resursların əsasən xüsusi kapitallar hesabına formalaşması da düzgün siyasət hesab edilmir. Belə ki, belə olan halda bir qrup səhmdar kommersiya bankı üzərində nəzarətini itirə bilər, ödəniləsi dividendlərin həcmi və səhmlərin bazar qiyməti aşağı düşə bilər. Kapitalın quruluşundakı qeyri-mütənasiblik kommersiya bankının fəaliyyətini xarakterizə edən göstəricilərin pisləşməsinə, pul resursları bazarında imicinin aşağı düşməsinə gətirə bilər.

Deməli, kommersiya bankı bank kapitalının elə quruluşunu seçməlidir ki, bu quruluş bank resurslarının formalaşmasına az xarclə dividendlərin və gəlirlərin stabil səviyyəsi təmin olunsun, bank sərfəli şərtlərlə resurs cəlb etmək qabiliyyətini saxlaya bilsin.

Beləliklə, bank resurslarının idarə olunması mürəkkəb və çoxcəhətli problemdir. Bu problemin həlli nəinki bakın aktivləri və passivlərinin gündəlik təhlilini, həmçinin ölkənin iqtisadiyyatının ümumilikdə vəziyyətinin təhlilini tələb edir.



Yoxlama suallar:

1. Bankın hansı əməliyyatları passiv əməliyyat hesab olunur?

2. Bank resursu nədir?

3. Kommersiya banklarının xüsusi kapitalı nəyin hesabına formalaşır?

4. Bankın xüsusi kapitalı hansı funksiyaları yerinə yetirir?

5. Ehtiyat fondu necə və zansı məqsədlə yaradılır?

6. Bankın birinci və ikinci dərəcəli kapitalı nə deməkdir?

7. Bank depoziti nədir və nə məqsədlə formalaşdırılır?

8. Hansı vəsaitlər bankın borc vəsaitləri adlanır?

9. Bank resurslarından necə səmərəli istifadə etmək olar?




1 Л.В.Тютюнник, А.В.Турбанов «Банковское дело» səh. 76



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə