Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati




Yüklə 498.83 Kb.
səhifə3/3
tarix20.04.2016
ölçüsü498.83 Kb.
1   2   3

N ö v ü n ə görə tariflər: ümumi, fərdi, güzəştli yerli tariflərə bölünür.

Ümumi tariflər fərdi, güzəştli və yerli tariflər istisna olmaqla dəmir yolu şəbəkələrində daşınan bütün yüklər üçün tətbiq edilir və əsas tarif adlanır.

Fərdi tariflərdən bir və ya bir neçə logistik yük vahidlərinin konkret məsafəyə və ya müəyyən məntəqələrarası istiqamətdə, habelə müəyyən zaman kəsiyində daşınması zamanı istifadə edilir. Bu tariflər azaldılmış (həvəsləndirici) və yüksəldilmiş (qadağanedici) ola bilər. Fərdi tariflər faiz formasında əlavə və güzəştlərə malik olur. Fərdi tariflərdən istifadə edilməsinin əsas məqsədi istehsalçıların yerli xammal, material və yanacaqdan istifadə görə həvəsləndirilməsi, qarışıq nəqliyyat vasitələrindən istifadə etməklə məhsulgöndərmələrin geniş­lən­diril­məsi, uzaq məsafələrə və qısa yürüşlü (avtomobil nəqliyyatı üçün əlverişlidir) məhsulgöndərmələrin məhdudlaşdırılmasından ibarətdir.

Güzəştli (ümumi tariflərə nisbətən azaldılmış) tariflər konkret müəssisə və ya firmaya məxsus, müəyyən bir istiqamətə daşınan və konkret məqsədin yerinə yetirilməsi üçün təyin olunan yüklərin daşın-ması zamanı tətbiq edilir. Bu tariflərdən dəmir yoluna məxsus olan yüklərin daşınması üçün də istifadə olunur və ümumi tariflərə nisbətdə faizlə müəyyənləşir.

Daha doğrusu, bu tariflər ayrı-ayrı növ yüklərin müəyyən istiqamətlərdə daşınmasında, konkret stansiya və dəmir yolları arası yükdaşımalarda tətbiq edilir. Ümumi tariflərdən yalnız faiz dərəcələrinə görə fərqlənir və sonuncunun əsasında tərtib olunur.



Yerli tariflər konkret dəmir yolunun (iş şəraitinə görə ümumi yol şəbəkəsinə daxil edilməyən) bölmə rəhbərləri tərəfindən müəyyənləşdirilir. Bu tariflər yalnız bir dəmir yolu bölməsi çərçivəsində fəaliyyət göstərir, özündə daşıma haqlarını və müxtəlif yığım dərəcələrini birləşdirir.

Göndərmələrin mənşəyinə görə yük tarifləri: vaqon (bütün vaqonla daşınan yüklərə qoyulur); az və kiçik tonnajlı yüklərin göndərilməsi tarifləri (faktiki göndərilən kütləyə görə hesablanır); konteyner (müxtəlif təyinatlı konteynerlərlə göndərilən yüklərə tətbiq edilir) və tonnajlı (sisternalara və bunkerlərə doldurulan yüklər üçün istifadə olunur) tariflərə bölünür. Bu göndərmələr üçün daşıma haqları daşıma sənədlərində – qaimələrdə göstərilən yüklərin həqiqi kütləsinə görə tutulur.

Quruluş formasına görə yük tarifləri cədvəl və sxem tariflərinə ayrılır. Cədvəl tarifləri cədvəl məlumatları əsasında bir vaqona, bir ton yükə və ya bir konteynerə görə yüklərin mövcud stansiyalar arasında nəql edilməsi üçün istifadə olunan daşıma haqlarıdır. Sxem tariflərində (differensiallaşdırılmış) yüklərin daşınması üçün tətbiq edilən haqlar daşıma məsafəsindən asılı olaraq müəyyənləşdirilir. Bu haqlar ikidərəcəli və çoxdərəcəli olur. Eyni zamanda sxem tarifləri bütün daşıma məsafəsi üçün ton - kilometr və ya vaqon - kilometr kimi vahid bir dərəcəli - diferensiallaşdırılmamış formaya malikdir. Yük tariflərinin sxem formasından praktikada geniş istifadə olunur.

Avtomobil nəqliyyatının yük tarifləri.

Avtomobil nəqliyyatı tariflərinə aşağıdakı faktorlar təsir göstərir:



  • daşıma məsafəsi;

  • yükün kütləsi;

  • avtomobilin yükgötürmə qabiliyyətindən istifadə olunması imkanlarını xarakterizə edən yükün həcmcə tutumu;

  • avtomobilin yükgötürmə qabiliyyəti;

  • ümumi yürüş;

  • avtomobildən istifadə müddəti;

  • avtomobilin tipi;

  • yükün daşındığı rayon (ərazi) və s.

Avtomobil nəqliyyatı ilə yüklərin daşınması tariflərindən hər biri sadalanan bu faktorların hamısını deyil, yalnız konkret daşımaların həyata keçirilməsi üçün bu və ya digər dərəcədə əhəmiyyətli olanları nəzərə alır. Məsələn, işəmuzd tariflər üzrə daşımaların dəyərini hesablamaq üçün ilk növbədə daşıma məsafəsinə, yükün kütləsinə və avtomobilin yükgötürmə qabiliyyətindən istifadə dərəcəsini xarakterizə edən siniflərə diqqət yönəldilir.

Daxili çay nəqliyyatlarında tariflərin səviyyəsi hər şeydən əvvəl göndə­rilən yük partiyalarının həcmi, daşıma prosesində iştirak edən vasitələrdən ra­sio­nal istifadə olunması, əlaqələrin növü və intensivlik dərəcəsi, seçilən marş­rutlar, məntəqələr arasında dəmir yolu əlaqələrinin mövcudluğu kimi fak­torlardan asılıdır.

Şəkil 10.14 -də verilən təsnifat əlamətlərindən başqa daxili çay nəqliyyatı tarifləri daxili formasına görə: differensial yekcins olur. Yekcins tariflər 1 ton/km gö­rə dəyişməyən vahid dərəcələrlə xarakterizə edilir. Differensial tariflər isə adından göründüyü kimi hər bir ton/kilometr hesabı ilə dəyişən dərəcələrə malikdir, yəni, hər bir ton/kilometr üçün differensiallaşdırılmış tarif dərəcələri mövcuddur.

Bundan əlavə daxili çay nəqliyyatı tarifləri özlərinin xarici görkəminə görə cədvəl sxem formasında da olur.

Dəniz nəqliyyatı tarifləri qurulma formasına görə daxili çay nəqliyyatı tarifləri ilə demək olar ki, eyniyyət təşkil edir. Belə ki, tətbiq sahəsinə görə dəniz nəqliyyatı tarifləri əsas, müstəsna, xüsusi və yerli tariflərə bölünür.

Əsas tariflər bütün yükdaşımalara tətbiq edilir və digər tariflərin təsirinə məruz qalmır.

Müstəsna tariflər bir qayda olaraq daşınacaq xüsusi yük növlərinə, daşınma vaxtına, daşınmanın həyata keçirildiyi yolun və rayonun müəyyən sahəsinə tətbiq edilir.

Yerli tariflər lokal xarakter daşıyır və müəyyən bir ərazinin hüdudları çərçivəsində istifadə olunur.

Xüsusi tariflər idxal – ixrac təyinatlı yüklərinin daşınması üçün xarici ticarət təşkilatları ilə gəmiçilik departamentlərinin hesablaşma aparması zamanı tətbiq edilir.

Dəniz nəqliyyatında fəaliyyətdə olan yük tarifləri ikidərəcəli sistemə əsaslanır: birinci dərəcə qeyri-dayanıqlı (stasional) olmaqla çəkilən məsrəflərin ödənilməsinə (ton/milə görə götürülür), ikinci - dayanıqlı əməliyyatlar üzrə çəkilən məsrəflərin ödənilməsinə (bir tona görə götürülür) xidmət edir.



Qeyri-dayanıqlı tarif dərəcələri yüklərin kiçik və böyük kabotajda da­şınması üçün hər bir gəmiçilik departamentləri üzrə ayrı - ayrılıqda tətbiq edilir. Bu tarif dərəcələri 14 sinif üzrə differensiallaşdırılmış və daşınması nəzərdə tutulan bütün logistik yük vahidləri bu siniflər arasında bölüşdürülmüşdür.

Yüklərin siniflər üzrə bölüşdürülməsi bir ton yükün tutduğu yük sahəsinin həcmi (kub.metr) əsasında aparılır (cədvəl 13.6).



Cədvəl 13.6

Dəniz nəqliyyatında yüklərin siniflər üzrə bölüşdürülməsi

1 ton yükün tutduğu xüsusi yük sahəsinin həcmi, kub metr/ton

Sinif

1 ton yükün tutduğu xüsusi yük sahəsinin həcmi, kub metr/ton

Sinif

1,5 qədər

XIV

4,51 – 5,5

VII

1,51 – 1,7

XIII

5,51 – 7,5

VI

1,71 – 2,0

XII

7,51 – 9,5

V

2,01 – 2,5

XI

9,52 – 11,0

IV

2,51 – 3,0

X

11,01 – 13,0

III

3,01 – 3,5

XI

13,1 – 15,0

II

3,51 – 4,%

VIII

15,01 və daha artıq

I

Cədvəl 10.6 -dan göründüyü kimi birinci sinifə aid edilən yüklər daha böyük həcmdə yük sahəsi tutduqlarından onlar üçün daha böyük tarif dərəcələri, 14 – cü sinifə aid edilən yüklər üçün isə aşağı tarif dərəcələri müəyyənləş­diril­mişdir.



Dayanıqlı (ciddi) tarif dərəcələri ayrı – ayrılıqda hər bir gəmiçilik departamentləri üzrə kiçik kabotajlı ixtiyari yük növünün daşınması üçün müxtəlif olduğu halda, iri kabotajlı yüklərin daşınması üçün isə bu tarif dərəcələri differensiallaşdırılır. Belə ki, birinci qrup yüklər üçün müəyyən edilən tarif dərəcələri ən yüksək, sonuncu - 16 - cı qrupa mənsub edilən yüklər üçün isə ən aşağı olur.
5. YÜKLƏRİN NƏQL EDİLMƏSİNİN TƏŞKİLİ

VƏ İDARƏ EDİLMƏSİ
Yüklərin nəql edilməsinin təşkili və idarə edilməsi hər bir ölkədə dövlət səviyyəsində qəbul edilən çoxlu sayda qanunvericilik aktları və normativ – hüquqi sənədlər, habelə beynəlxalq razılaşmalar və konvensiyalarla tənzimlənir.

Azərbaycan Respublikası daxilində yüklərin daşınması üçün əsas normativ sənədlər:



  • Mülki məcəllə;

  • Dəmir yolu nizamnaməsi;

  • Avtomobil nəqliyyatı nizamnaməsi;

  • Hava məcəlləsi;

  • Dəniz gəmiçilik ticarəti məcəlləsi;

  • Daxili çay nəqliyyatı nizamnaməsi;

  • «Yol hərəkətinin təhlükəsizliyi haqqında» qanun;

  • Yükdaşımalar haqqında tövsiyələr və qaydalar.

Müxtəlif nəqliyyat vasitələri və müxtəlif nəqletmə sxemləri (marşrutları) ilə idxal – ixrac məhsullarının beynəlxalq daşımaları isə əlavə olaraq aşağıdakı normativ sənədlərlə:

  • Azərbaycan Respublikasının «Gömrük məcəlləsi»;

  • «Gömrük tarifləri haqqında» Azərbaycan Respublikasının qanunu;

  • Beynəlxalq yük konvensiyası (KOTİF);

  • Yüklərin beynəlxalq yollarda daşınması müqaviləsi haqqında BMT – nin AİK - nın 1956 – cı il konvensiyası;

  • Təhlükəli yüklərin beynəlxalq daşınması haqqında Avropa razılaşması (1961 və 1968 – ci illər);

  • Beynəlxalq yol daşımaları (BYD ) kitabçasının tətbiqi ilə beynəlxalq yükdaşımalar haqqında gömrük konvensiyası (BYD – nin 1975 – ci il 14 noyabr konvensiyası);

  • Dəmir yolu nəqliyyatının beynəlxalq tranzit tarifləri (BTT);

  • Beynəlxalq dəmir yolu yükdaşımaları haqqında razılaşma;

  • Yüklərin dəniz nəqliyyatı ilə daşınması haqqında BMT - nin konvensiyası (Hamburq qaydası);

  • Yüklərin beynəlxalq multimodal daşınması haqqında BMT - nin konvensiyası (Cenevrə, 1980 – ci il );

  • Beynəlxalq ticarətdə nəqliyyat terminalları operatorlarının öhdəlikləri üzrə BMT - nin konvensiyası (Vena, 1991 - ci il);

  • Beynəlxalq yükdaşımalar haqqında gömrük konvensiyası və s. beynəlxalq razılaşmalarla tənzimlənir.

Hal-hazırda Azərbaycan Respublikasında nəqliyyat kompleksinin tənzimlən­məsi üçün normativ–hüquqi bazanın vəziyyəti bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrlə müqayisədə bazar münasibətlərinin tələblərindən çox geri qalır və respublikanın dünya iqtisadi məkanına inteqrasiya olunması yolunda maneələr yaradır. Bu respublikada logistika üzrə normativ - hüquqi bazanın olmaması ilə bir daha dərinləşir. Mövcud vəziyyətin aradan qaldırılması və bu sahədə irəliləyişlərə nail olmaq üçün Respublika Nəqliyyatı Nazirliyinin aparıcı mütəxəssisləri ilə birlikdə Milli Məclisin müvafiq komissiyaları nəqliyyat kompleksinin müasir tələblərə cavab verə bilən qanunvericilik layihələri üzərində konkret iş aparırlar.

Ümumiyyətlə, nəqletmənin təşkili əsasən aşağıdakıları:



  • məhsulların alqı – satqısı üzrə kontraktların (müqavilələrin) nəqliyyat üzrə şərtlərini;

  • məhsulgöndərmələrin bazis şərtlərini;

  • yüklərin daşınması haqqında müqavilələr və daşıma sənədlərini;

  • nəqletmə prosesinin sığortalaşdırılmasını;

  • nəqletmənin gömrük tənzimlənməsini;

  • nəqletmə prosesinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin təşkilini;

  • nəqletmə prosesi zamanı tərəflər və ya iştirakçılar arasında yaranan mübahisələrin həllini;

  • qablaşdırmanın standartlaşdırılması, yüklərin markalaşdırılması; yüklərin konteynerlərlə daşınması şərtlərini və s. nəzərdə tutur.

Məhsulların alqı – satqı müqavilələrində (əvvəlki fəsillərdə alqı-satqı müqavilələri şərh edilmişdir) yüklərin nəql edilməsi - daşınmasını nəzərdə tutan xüsusi bölmə vardır. Beynəlxalq yükdaşımalar (idxal – ixrac ticarət əməliyyatları) zamanı müqavilələrdə: yüklərin daşınması qaydası, yükləmə – boşaltma şərtləri və müddəti, ödəmələrin aparılması forması və qaydaları tərəflərlə razılaşdırılır. Qeyd olunan şərtlərin mahiyyəti hər şeydən əvvəl nəqliyyatın növündən, daşımaların həyata keçirilməsi üsullarından, yüklərin növündən, müqavilələrin tipindən, məhsulgöndərmənin bazis şərtlərindən, habelə aşağıdakıları özündə birləşdirən bir sıra faktorlardan:

  • məhsulların yüklənməsi müddətindən;

  • məhsulların istehlakçılara konkret məkanda satıcılar tərəfindən təhvil verilməsi qaydalarından;

  • yük daşıyanın adından;

  • limanların, dəmir yolu stansiyalarının, sərhəd keçid məntəqələrinin, yükləmə məntəqələrinin adından;

  • yükləmə – boşaltma işlərinə çəkilən məsrəfləri ödə­yə­cək tərəfin müəyyənləşdirilməsindən;

  • üçüncü ölkənin ərazisindən keçən tranzit yüklərinin daşınmasına görə hesablaşmaların qaydasından;

  • agent, broker, operator, ekspeditor və s. vasitəçilərin təyin edilməsi və onlarla hesablaşmanın aparılması qaydasından;

  • nəqliyyat risklərinin sığortalaşdırılması qaydasından;

  • yükü müşahidə edən sənədlərdən asılıdır.

Yüklərin nəqletmə prosesinin logistik iştirakçıları bir – biri ilə müqavilə münasibətlərinə girirlər. Bu müqavilələr bir – birindən nəqliyyatın növünə, daşınmanın üsullarına və digər amillərə görə fərqlənən çoxsaylı sənədlərlə rəsmiləşdirilir.
6. MƏHSULGÖNDƏRMƏNİN BAZİS ŞƏRTLƏRİ

Alqı-satqı müqavilələrində nəqletmə ilə əlaqədar lo­gistik xərclərə təsir edən əsas elementlərdən biri məhsulgöndərmənin bazis şərtləri hesab olunur. Beynəlxalq praktikada məhsulgöndərmənin bazis şərtləri beynəlxalq standart­lara uyğun «İnkoterms - 2000» məhsulgöndərmə şərtləri (yer, müddət, nəqlet­mə üsulları, riskin bölüşdürülməsi, sığortalaşdırma) əsasında müəyyənləşir və həyata keçirilir. «İnkoterms –2000»- də məhsulgöndərmələrin 13 bazis şərtləri verilmiş və onların kodlaşdırılan adları BMT - nin Avropa İqtisadi Komissiyası ilə razılaşdırılmışdır. Bu bazis şərtləri gəmilərin fraxtası, yüklərin sığorta-laş­dırılması, yükdaşımalar zamanı məhsulların verilməsi və ya itirilməsi ilə bağlı meydana çıxa biləcək risklərin alıcı və satıcı arasında bölüşdürülməsi, gömrük rəsmiləşdirmələrinin yerinə yetirilməsi və yüklərin nəql edilməsi ilə əlaqədar digər işlər üzrə tərəflərin öhdəliklərini müəyyənləşdirir. Bazis şərtləri tərəflər arasında yüklərin nəql edilməsi sahəsində mübahisələrin yaranmasına şərait yaratmır və logistik dövrənin ilkin mərhələsindən son mərhələsinə kimi yük daşımalarda tərəflərin yerinə yetirəcəyi vəzifə və funksiyaları əvvəlcədən müəyyənləşdirir. Çünki, bir çox hallarda müqavilədə iştirak edən tərəflər müvafiq ölkələrin ticarət qaydalarında mövcud olan fərqli cəhətlər haqqında tam məlumata malik olmurlar. Bu isə öz növbəsində anlaşılmazlıqların, müba­hi­sələrin yaranmasına, məhkəmə araşdırma-larının aparıl-ması ilə bağlı vaxt və maliyyə vəsaitləri sərfinə, işgüzar münasibətlərin pozulmasına gətirib çıxarır. Bu qəbildən olan problemlərin qarşısını almaq üçün Beynəlxalq Ticarət Palatası (International Chambers of Commerce) 1936-cı ildə Ticarət Terminlərinin Təfsirinin Beynəlxalq Qaydalarını işləyib hazırlamışdır. Bu qaydalar sonralar «İnkoterms - 1936» kimi məşhurlaşmışdır Beynəlxalq ticarətin müasir təcrübəyə uyğunlaşdırılması məqsədi ilə 1953-cü, 1967-ci, 1976-cı, 1980-cı, 1990-cı və 2000-ci illərdə «Inkoterms» - ə dəyişikliklər və əlavələr edilmişdir.

Vahid terminoloji aparatdan istifadə edilməsi sahəsində praktik təcrübənin toplanması nəticəsində onlar daha da təkmilləşdirilmişdir. Daha doğrusu, 1953; 1967; 1976; 1980; 1990 və 2000-ci illərdə bazis şərtlərində zəruri tələbdən irəli gələn əlavə və düzəlişlərin aparılması, onların vahid formaya salınması beynəlxalq praktikada müqavilələrin bağlanması proseduru ilə bağlı çətinlikləri aradan qaldırmışdır.

Qeyd olunmalıdır ki, «Inkoterms»-in imkanları alqı-satqı müqaviləsi bağ­lanmış tərəflərin satılan konkret məhsulların (məsələn, kompyüter proqram­ları kimi «duyulmayan» («intangiblec») deyil, «duyulan» («tangible» mənada) göndərilməsinə dair hüquq və vəzifələrin müəyyənləşdirilməsindən ibarət olan məsələlərlə məhdudlaşır.

Ümumiyyətlə, «Inkoterms» barədə xüsusi cəhətləri ilə seçilən iki yanlış təsəvvür mövcuddur:


  • alqı - satqı müqavilələrindən daha çox məhsulgöndərmə müqavilələrinə aid edilir;

  • bəzən alqı-satqı müqavilələri üzrə məhsulların dəyərinə daxil edilməsi nəzərdə tutulan rüsumla-rın hansı tərəfin ödəməsi düzgün müəyyənləşdirilmir.

Lakin tərəflərin «Inkoterms»-in spesifik şərtlərindən istifadə etmək barədə razılaşması, mütləq müqavilələrdə öz əksini tapmalıdır. Bundan əlavə «Inkoterms»-də tərəflərin bir sıra eyniləşdirilmiş öhdəlikləri, məsələn satıcının məhsulları alıcıya və ya sonradan daşınmaq üçün daşıyıcıya təhvil vermək, təyinatı üzrə çatdırmaqla bağlı öhdəlikləri, habelə bu cür hallarda risklərin tərəflər arasında bölüşdürülməsi əks olunmuşdur.

«Inkoterms» - də məhsulların ixracı və idxalı üzrə gömrük vergi və rüsumlarının ödənilməsi, məhsulların qablaşdırılması, göndərilmiş məhsulların qəbul edilməsi üzrə alıcıların öhdəlikləri, tərəflərin müqavilə öhdəliklərinin yerinə yetirilməsinin sübut edilməsi üsulları da göstərilmişdir. «Inkoterms» alqı - satqı müqavilələrinin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malik olsa da, bu müqavilələrlə bağlı bir sıra problemləri, məsələn, mülkiyyət və digər hüquqların keçməsini (ötürülməsini), eləcə də bəzi vəziyyətlərdə məsuliyyətdən azad olmanı özündə ehtiva etmir. Onu da qeyd etmək lazımdır ki, «Inkoterms» alqı - satqı sazişlərinin bütövlükdə yerinə yetirilməsini təmin edən şərtlərin standart şərtlərlə və ya danışıqlar yolu ilə müəyyənləşdirilmiş fərqli şərtlərlə əvəz edilməsini nəzərdə tutmur.

Ümumiyyətlə, «Inkoterms»-də müxtəlif səbəblərlə əlaqədar olaraq müqavilə şərtlərinin pozulması və məsuliyyətdən azad olma kimi məsələlərə baxılmır. Bu tip məsələlər alqı - satqı müqavilələrində nəzərə alınan şərtlərlə və ya müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

«Inkoterms», ilk növbədə məhsulların istehsal olunduğu ölkənin milli hüdudlarından kənarda beynəlxalq kommersiya müqavilələri üzrə satışı üçün nəzərdə tutulmuşdur. Lakin praktik təcrübəyə istinadən qeyd etmək olar ki, əksər hallarda ölkədaxili bazarlarda da məhsulların satışı üzrə müqavilə-lərdə də «Inkoterms» - dən istifadə olunur. Belə hallarda «Inkoterms» A və V bəndlərindən, habelə ixrac və idxal ilə bağlı olan digər bəndlərin müddəa­larından istifadə olunmur.

«Inkoterms» -ə mütəmadi olaraq yenidən baxılır. Bunun başlıca səbəbi onu müasir kommersiya təcrübəsinə uyğunlaşdırmaqdır. Belə ki, 1980 - ci ildə «Franko – daşıyıcı («FCA») termininə yenidən baxılarkən, dəniz ticarətində ənənəvi «FOB - məntəqəsindən (məhsulların gəminin tutacağından göyərtəsinə keçirilməsi) istifadə etmədən, məhsulların dəniz nəqliyyatı və ya müxtəlif nəqliyyat vasitələri ilə daşımaq (əlaqələndirilmiş və ya multimodal daşımalar) üçün konteynerlərə yığıldığı yerdə, gəmi göyərtəsinə yüklənmədən əvvəl qəbul edilməsinin mümkünlüyü nəzərə alınmışdır.

1990-cı ildə «Inkoterms»-ə yenidən baxılarkən, satıcıların məhsulların göndərildiyini sübuta yetirən sənədləri alıcıya göndərilməsi üzrə öhdəliklərini nəzərdə tutan bəndlərdə kağız sənədlərinin elektron məlumatları ilə əvəz edilməsinə icazə verilmişdir. Aydındır ki, praktik istifadəni asanlaşdırmaq üçün onun tərtibatının və müddətinin təkmilləşdirilməsi üzrə göstərilən cəhdlər və səylər bundan sonra da davam etdiriləcəkdir.

Dünyanın müxtəlif ölkələrində «Inkoterms»-dən istifadə olunması get – gedə daha çox qəbul edilir. Buna görə də Beynəlxalq Ticarət Palatası onu öz maraqlarına uyğun formada dəyişdirməyə o qədər səy göstərməsə də, istifadə olunan anlayışların ticarət sahəsində mövcud təcrübəsini daha dolğun və aydın əks etdirməsinə xüsusi diqqət yetirirdi. Bundan başqa, bir – birindən asılı olmayan iki sahədə dəyişik-liklər aparılaraq, «Franko – gəmi göyərtəsi boyunca» («FAS») və «Körpüdən çatdırılmışdır» («DEQ») terminlərində gömrük vergi və rüsumlarının ödənilməsi üzrə öhdəliklərə, «Franko – daşıyıcı» («FCA») terminində məhsulların yüklənməsi və boşaldılması ilə bağlı müddəalara yenidən baxılmışdır.

Aparılan bütün dəyişikliklər 1990-cı ildən «Inkoterms» istifadəçilərinə əlavə xidmət kimi fəaliyyət göstərən «İnkoterms Ekspertlər Qrupu (Panel of Incoterms Experts) tərəfindən keçirilmiş tədqiqatların nəticələrinə əsaslanır.

«İnkoterms - 2000» hazırlanarkən on üç terminin hər birində istifadə edilən müxtəlif ifadələrin mümkün qədər aydınlığına və ardıcıllığına nail olmaq üçün səylər göstərilmişdir. Beləliklə , eyni bir ifadənin müxtəlif mənalarda istifadə olunmasının mümkünlüyü aradan qaldırılmışdır. Bundan başqa, yol verilən bütün hallarda BMT- nin 1980-ci il «Malların Beynəlxalq Alqı - Satqısı Müqavilələri Haqqında Konvensiyasında («UN Convention on Contracts for the International Sale of Goods») əksini tapmış ifadələrdən istifadə olunmuşdur.

«Inkoterms 2000»-də istifadə olunan ticarət terminləri quruplaşdırılmış formada müvafiq işarələrlə göstərilmişdir.



Ticarət anlayışlarının belə işarələnməsi və yerləşdirilməsi logistik sistemin bütün iştirakçılarına bu anlayışların mahiyyətini başa düşməyə və onlardan asan istifadə olunmasına əlverişli şərait formalaşdırır. Bu məqsədlə verilən hər bir anlayışın qısa xarakteristikasını nəzərdən keçirmək lazımdır.



1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə