Mövzu : “torpaq göBƏLƏKLƏRİ




Yüklə 74.4 Kb.
tarix10.04.2016
ölçüsü74.4 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Kafedra: Torpaqşunaslıq,aqrokimya və Ekoloji

kənd təsərrüfatı


R E F E R A T



Mövzu : “TORPAQ GÖBƏLƏKLƏRİ
Işlədi: magistr .E.Ş.Namazov
Yoxladı : K.t.e.n.assisent.

A.M.Vəliyeva

GƏNCƏ – 2009

PLAN:
1.Miksomisetlər və ya selikli göbələklər şöbəsi.

2.Əsil göbələklər şöbəsi.

3.Ziqomisetlər sinfinin torpaqda yayılmış nümayəndələri.

4.Askomisetlər sinfi.

5.Çılpaq kisəlilər yarımsinfi,maya göbələkləri.

6.Mayayabənzər və ya sporsuz göbələklər.

7.Bazidomisetlər sinfi.

8.Deyteromisetlər və ya natamam göbələklər sinfi.

9.Yırtıcı göbələklər və bakteriyalar


Giriş

Göbələklər. – Funqi. Göbələklər də bakteriyalar kimi xlorofilsiz orqanizmlərə aiddir. Təbiətdə 130 mindən artıq nümayəndələri vardır.Bunları səciyyələndirən əsas xüsusiyyət yaxşı inkişaf etmiş, xitinli hüceyrə divarının olması ,qidanı sorması ,spor larla çoxalması ,vagetativ dövrdə hərəkətsizliyi,heterotrof-xemoorqanotrof qidalan maları və hüceyrədə ehtiyat qida maddəsi-qlikogenin olmasıdır.

Göbələklərin vegetativ cinsinin əsasını budaqlanan,incə saplardan və ya hiflərdən ibarət mitsellər təşkil edir.Mitseli hiflərinin bir-birinə dolaşması nəticəsində yalançı toxuma əmələ gəlir.Mitselinin qalınlığının 5 mkm olub bəzilərində, arakəsməli,bəzi göbələklərdə isə arakəsməsiz olur. Hiflər substrat üzərində sərilmiş halda və ya canlı hüceyrələrin daxilində yerləşir. Mitsellərin arakəsməsiz və arakəsməli olmalarına görə bunlar ibtidai (birhüceyrəlilərə) və ali göbələklərə (çoxhüceyrəlilərə) ayrılır.Cinsi çoxalma prosesində 3 faza nəzərə çarpır: Plazmaqamiya , karioqamiya, meyoz. Qametlər morfoloji fərqləndikdə erkək anteridi,dişi ooqoni,fərqlənmədikdə isə izoqametlər adlanır.

Göbələklər arasında həm mikroskopik ölçülü və həm də iri cisimli növlər vardır.Bunların nümayəndələri torpaqda,suda bitkilərə simbioz münasibətdə (mikorizə əmələ gətirənlər) ,bir çoxları isə parazitdir.Ona görə də ekoloji cəhətdən göbələkləri yaşayış mühitinə görə torpaq və su göbələklərinə bölürlər.Göbələklər aerobdurlar, saprofitlər özlərinə lazım olan enerjini üzvi və qeyri- üzvi maddələrin oksidləşməsin dən alırlar. Bunların möhkəm fermentativ sistemi olduğuna görə torpaqda ən mürək kəb üzvi qalıqların parçalanmasında böyük rol oynayırlar.Hazırda göbələklər aləmi 2 şöbəyə bölünür:

1.Miksomisetlər və ya selikli göbələklər

2.Əsil göbələklər.

Miksomisetlər və ya selikli göbələklər şöbəsi . Bu şöbəyə müxtəlif quruluşlu 170 cinsə aid olan 500 növ daxildir.Bunlar torpaqda ,peyində,bitki qalıqları,yosunlar,su göbələkləri və s.üzərində saprofit və ya parazit həyat sürürlər.Miksomisetlər vegetativ dövrdə çoxnüvəli çılpaq protoplazma yığımından ibarət plazmidi şəklində olurlar.Bu plazmidi çox vaxt fəal amöbvari hərəkət edə bilir.Sonradan belə plazmidilər üzərində kisəyəbənzər meyvə cisimcikləri və ya sporangilər əmələ gəlir. Qidalanmalarına görə miksomisetlər 2 sərbəst qrupa –saprotroflara və parazitlərə ayrılır.Saprotroflar bitki qalıqları üzərində ,parazitlər isə canlı sahib bitki və heyvani hüceyrələri üzərində yaşayır.

Əsil göbələklər şöbəsi.Əsil göbələklər çox geniş yayılmış mikroskopik vəmey və bədənli göbələkləri əhatə edir və 100mindən artıq növləri vardır.

Əsil göbələklər şöbəsi aşağıdakı siniflərə bölünür:



Xitridiomisetlər;

Oomisetlər;

Ziqomisetlər;

Kisəli göbələklər;

Bazidiomisetlər;

Natamam göbələklər

Yuxarıda qeyd olunan kisəli göbələklər, bazidiomisetlər və natamam göbələklərə arakəsməli mitseli olanlar aiddir.Lakin, torpaqda geniş yayılmış nümayəndələri Ziqomisetlər, Askomisetlər bəzi bazidili və natamam göbələklər kimi siniflərdə toplan mışlar.

Natamam göbələklərin cinsiyyətli çoxalması məlum olmadığı üçün bunları ayrıca bir sinifə toplamışlar.Cinsi çoxalmaları müəyyən edilən nümayəndələri öz yerini əsasən kisəli göbələklər sinfində tapır.

Ziqomisetlər sinfinin torpaqda yayılmış nümayəndələri

Nümayəndələri yaxşı inkişaf etmiş mitsellərə malik olub əksəriyyəti hüceyrə quruluşlu deyildir.Qeyri-cinsiyyətli çoxalmaları sporangiosporlarla, cinsi prosesləri isə ziqoqamiya yolu ilədir. Mitselinin hüceyrə divarında xitin və xitoza müşahidə olunur.Bu sinif əsasən kif göbələklərini əhatə edir və torpaqda əhəmiyyətli rolu olan sırası Mucoralesi göstərmək olar.

Mucorales sıraının çox geniş yayılmış Mucor,Rhizopus və s.cinslərə daxil olan növləri saprofit olub torpaqda ,bitki qalıqları və peyin üzərində təsadüf olunur. Bunların mitselləri budaqlanan rəngsiz hiflərdən ibarət olub arakəsməsiz və çox nüvəlidir.Sporları sporangidə yerləşir. Bir çox nümayəndələri müxtəlif fermentlər,turşular ifraz edir.Torpaqda nisbətən sadə, üzvi maddələrin parçalanmasında mühüm rol oynayır. Mucor cinsinin nümayəndəsi M. Mucedo çürüyən peyin və digər üzvi qalıqlarüzərində ağ pambıqvari örtük əmələ gətirir.Bunun sporangisi üst hissədən genişlənmiş ayrı-ayrı sporangiforda yerləşir. Çoxlu miqdarda toplanan sporangiforlar xüsusi qılafla əhatə olunur.Digər cinsin (Rhizopus) tipik nümayəndəsi olan R.Nigricans çörək üzərində adi qara kif əmələ gətirir. Bu göbələk ətrafa verdiyi xüsusi çıxıntılarla çoxaldığına görə tezliklə yayılıb arta bilir.Bu çıxıntılar isə rizoidlər vasitəsilə substrata yapışır.Hər iki cinsin müxtəlif növləri torpaqda geniş yayılan cinsinə bəzi patogen növlər də daxildir.

Askomisetlər sinfi.Mitselləri yaxşı inkişaf etmiş hüceyrə quruluşudur. Bu sinif 40000-ə qədər növü əhatə edir.Bunlarda arakəsməli mitsellər,konidisporlar və ya konidilər olur.Cinsiyyətli prosesləri qametanqioqamiya yolu ilə başa çatır.Əmələ gələn sporları endogen olub kisələrdə (ask)yerləşir ki, bunlara askosporlar deyilir. Bu kisələrdə karqamiya və meyoz kimi proseslər gedir.Kisələrin əmələ gəlməsi cinsi çoxalmanın son mərhələsidir. Askomisetlə rin çoxu qeyri-cinsiyyətli yolla- konidlərlə çoxalır.Kisələr meyvə cismində əmələ gəlir.(askokarpda). Demək askokarpda göbələyin cinsi orqanı yerləşir.Meyvə cisminin hiflərlə hörülməsi ona səciyyəvi forma verir. Askomisetlərdə meyvə cismi 3 formada olur: Qapalı kleystotetsilər, butulkaya bənzər-peritetsilər, açıq nəlbəki formalı –apotetsilər.Bunlardan əlavə bəzi növlərində kisələr mitsellər üzərində düzülür.(ibtidai kisəlılərdə ) Tryufellərdə (Tuberales) askokarplar təmamilə bağlı olur.İbtidai çılpaq kisəlilər yarımsinfi nə mayagöbələkləri də aiddir.Əsl maya göbələklərində (Sachoromyctaceae) mitsellər olmur.Tumurcuqlanan haploid hüceyrələr birləşib reduksion bölünmə ilə 4 askospor əmələ gətirir.(çörək və pivə mayasında olduğu kimi)Diploid hüceyrələr də tumurcuqlanma ilə arta bilir. Maya göbələklərinin sənayedə diploid və poliploid formalarından istifadə olunur. Yalnız qeyri -əlverişli şəraitdə diploid hüceyrələr kisələrə çevrilə bilir.Bunların hüceyrə divarında xitin və qlyukanlar olur.

Mikroskopik göbələklərdən olan Aspergillus və Penicillium cinsləri askomisetlərin Euascomycetodae yarım sinfinin Plektomisetlər qrupuna aid edirlər, çünki bunlarda hiflər yığımından ibarət meyvə cismciyi –kleystotetsi müşahidə olunur ki, bunun da içərisində kisələr nizamsız düzülmüşdür.Bu cinslərin bir çox nümayəndələri torpaqda müxtəlif üzvi qalıqlar üzərində konidial dövrdə yayılmışdır.Ona görə də belələri natamam göbələklər qrupuna daxildir.

Penicillium cinsinin göbələklərində konididaşıyan çoxhüceyrəli olub ,uc his səsində 2-3 dəfə budaqlanır. Bunların uc hissələri steriqmalar əmələ gətirir və uclarında da bazepetal konidi zənciri olur. Belə quruluşda göbələyin konididaşıyanı əl darağına bənzər forma alır.

Aspergillus cinsinin göbələklərinin konididaşıyanı budaqlanmır,uc hissəsi başlıq və ya qovcuq şəklində genişlənir. Üzərində bir və ya iki mərtəbəli steriqmalar düzülür ki, bunun da üzərində bazipetal konidi zənciri inkişaf edir.(şəkil 15) .



Bu cinslərin bir çox növlərindən müxtəlif antibiotik maddələr alınır ki, bunlardan da penicilini,notatini,aspergillini və s.göstərmək olar. Peniciliumun bəzi növlərindən pendir hazırlanmasında istifadə olunur.

Çılpaq kisəlilər yarımsinfi - Endomycetales sırası. Sacchoromycetacae və ya maya göbələkləri. İnsanın həyat fəaliyyətində mühüm əhəmiyyətə malik dir.Əsl maya göbələklərinin mitselləri yoxdur.Bunlar birhüceyrəli orqanizm lərdir. Hüceyrələrinin forması çox vaxt dairəvi ,oval–yumurta formalı və ya el lepsvari ,bəzən isə silindrik və ya limonvari olur. Bu göbələklər bakteriyalara nisbətən iriölçülü olub hüceyrələrin ölçüsü 5-8-10 mkm diametrindədir.

Maya göbvələklərinin hüceyrələri qılaf və ya protoplazmadan ibarətdir. Bunların qılafının elektron mikroskopiyası göstərir ki, bu iki və bəzən daha artıq təbəqədən ibarət olub ,tərkibində sellüloza vardır. Hüceyrə divarında xitinin miqdarı az olub əsasən dlyukanlar və mannanlardan təşkil olunmuşdur.Protoplastla qılafa yapışan hissə sitoplazmatik membran adlanır ki, bunun da daxilində sitoplazma və onun elementləri –ribosomlar, mitoxondrilər, ehtiyat qida maddələri-qlikogen,valyutin,yağ və s.olur.

Bakteriyalardan fərqli olaraq maya göbələklərində dairəvi və ya oval şəkilli,formalaşmış nüvə də vardır.Hüceyrə yaşlaşdıqca onun sitoplazmasında çoxlu vakuollar əmələ gəlir.

Maya göbələkləri əsasən tumurcuqlanma ,bəziləri isə ikiyə bölünmə yolu ilə çoxalır.Adi hüceyrələr üzərində əmələ gələn tumurcuq bir neçə müddət inkişaf edir, sonra isə ana hüceyrələrdən ayrılır.Bəzən tumurcuqlar ayrılan kimi öz üzərində ikinci tumurcuğu əmələ gətirir, beləliklə tumurcuqlanan hüceyrələrdən ibarət zəncir yaranır.Bu orqanizmlərdə sporlarla da çoxalma müşahidə olunur. Sporla həm qeyri-cinsiyyətli və həm də cinsiyyətli yolla əmələ gələ bilir.Sporların forması dairəvi və ya oval olur.Maya göbələklərini şəkərli mühitdən qidalı maddələr az,oksigen çox olan mühitə keçirdikdə , onlar

mayalanmadan çoxalır.Qeyri-cinsiyyətli sporlarla çoxaldıqda sporun nüvəsi göbələk növünün özünə məxsus sporların sayına uyğun hissələrə bölünür,hər

nüvə sitoplazma ilə əhatə olunub , qılafla örtülür və beləliklə də sərbəst spora çevrilir. Hüceyrələr daxilindəki sporların miqdarı 2-4, bəzən isə 8-12 ədəd ola bilir. Cinsiyyətli yolla sporlar hüceyrənin birinin digərinə axması-birləşməsi yolu ilə əmələ gəlir.

Maya göbələkləri kisəli göbələklər (Ascomycetes) sinfinin Hemiascomyceti dae yarımsinfinin Endomycetales sırasına aiddir.Bu sıraya birhüceyrəli, sadə bölünmə və ya tumurcuqlanma və ya sporlarla çoxalan orqanizmlər daxildir.

Endomycetales sırasının –Sacchormycetacae fəsiləsinin nümayəndələrində əsasən mitsellər olmur. Və ya bəzən yalançı mitsellərə təsadüf olunur(şəkil 16).

Bu fəsiləyə aşağıdakı cinslər daxildir:


  1. Shizosaccharomyces—sadə bölünmə və sporlama yolu ilə çoxalan növləri əhatə edir.Bunlardakı endosporlar 4-8 ədəd olub,kisələrdə əmələ gəlir.Məs. Sacch.pombe-də olduğu kimi.

  2. Zygosaccharomyces- sporları izo-və heteroqamiya yolu ilə əmələ gələn və üzərləri hamar qılafla əhatə olunan maya göbələklərinin yüksək qatılıqlı şəkər məhlulunda inkişaf edən növləri bu cinsə daxil edilir. Bunlar arı balını qıcqırtma qabiliyyətinə malikdir.

  3. Dübariomyces—buraya kisələrində 1-2 dairəvi və bəzən oval formalı endosporlar olan ,bu sporların üzəri çıxıntılı qılafla örtülən növləri aiddir.

  4. Nadsonia—Kopulyasiyasından sonra hüceyrənin sonunda yerləşən xüsusi çıxıntıda kisə sporları əmələ gələn nümayəndələr bu cinsə daxil edilir.Bunların vegetativ forması əsil maya göbələklərini xatırladır.,lakin mitselləri olmur.Bəzi növləri yeyinti məhsullarının xarab olmasında iştirak edir.

  5. Schvanniomyces- cinsinin növlərinin hüceyrələri oval formada olub, üzəri ziyillidir. Kisənin içərisində 1 və 2 endospor olur(bunlarda kopulyasiya kimi sona getmir).

  6. Torulospora- cinsində hüceyrələr dairəvi formalıdır.Kisə sporları dairəvi və hamar olur.Kisələrində 1-3 ədəd endospor yerləşir.

  7. Limon formalı hüceyrələri olan sadə bölünmə və tumurcuqlanma yolu ilə çoxalan növlər Saccharomycodes cinsinə aiddir.Bunlarda kisə sporları partenogenez yolu ilə əmələ gəlir. Forması dairəvi olub üzəri hamardır. Kisələrdə əsasən 4 endospor yerləşir və bu sporlar inkişaf etdikdə mitsel əmələ gətirir.

  8. Sporların üzəri iki qatlı qılafla örtülən növlər Saccharomycopsis cinsində toplanmışdir.

  9. Sənayedə geniş istifadə olunan növlər Saccharomyces cinsinə aiddir.Bunların hüceyrələri mitselsizdir.Çoxalmaları həm tumurcuqlama və həm də endosper əmələ gətirməkdədir. Bunların sporları dairəvi formaya malik olub ,üzərləri bir qatlı qılafla örtülüdür .Kisələrin içərisində 4-8 ədəd spor yerləşir.

  10. Kisələrində yalnız bir sporun olması Hansenia cinsi üçün səciyyəvidir.Kisə sporundan əlavə bu göbələklər sadə bölünmə və tumurcuqlanma yolu ilə də çoxalır.

  11. Digər cins Pichia-da hüceyrələr oval formadan silindrik formaya qədər dəyişə bilir. Bunlarda yalançı mitselllərə də təsadüf olunur.Kisə sporları limon formalı olub,ucları sivridir.

  12. Spirtə qıcqırma əmələ gətirməyən , sporları limonvari görünüşlü olan maya göbələkləri Villiopsis cinsinə daxildir.

Mayayabənzər və ya sporsuz göbələklər. Bu göbələklər də təbiətdə geniş yayılmışdir. Bunlıar endospor əmələ gətirmir,xarici görünüşləri ilə çox vaxt əsl maya göbələklərinə bənzəyir.Çox az növləri mitsellərə malik olur.Bu göbələklər az öyrənilmiş və təsnifləşdirilməsi yalnız morfoloji və fizioloji əlamətlərinəəsasən aparılır və natamam göbələklərə aid edilir.

Mayaya bənzər göbələklər iki fəsiləyə bölünür: I fəsilə Chormotrorulaceae-buraya müxtəlif rəngli piqment əmələ gətirən cinslər toplanmışdır. II fəsilə Torulopsoidaceae koloniyaları rəngsiz olub ,piqment əmələ gətirməyən cinslər buraya aid edilmişdir.

Birinci fəsiləyə (Chormotorulaceae) aid o0lan nümayəndələrin hüceyrələri maya göbələklərinə bənzəyir,lakin bəzən tumurcuqlayan mitsellər də verir.Əsasən tumircuqlanma yolu ilə çoxalır. Göbələyin kulturası çəhrayı ,narıncı, açıq qırmızı və qırmızı rənglərə bölünür.Bu fəsilənin iki cinsi məlumdur. Sporobolomyces və Rhodotorula-da mayayabənzər ,hüceyrələri oval,uzunsov və ya sapvari olub ,tək-tək və ya zəncir formada təsadüf olunur.Piqmentsizdir. Bir çox növlərinin inkişaf etmiş mitselləri olur. Sonradan saplar qısa maya göbələklərinə bənzər hüceyrələrə bölünür.

Bunlardan bəziləri öz maya göbələyinə bənzər görünüşünü saxlayır, digərləri isə mitsel formasında qalır. Buna əsasən həmin fəsilə iki yarımfəsiləyə ayrılır.:

1.Torulopsoideae-buraya torulopsis,Mucoderma,Selonitila və s. cinslər daxildir ki, bunlarda mitsellər müşahidə olunmur.

2. Mycotoriloideae-buraya mitsel əmələ gətirən cinslər-Mucotorula, Monilia, Oidium, Candida və s.cinslər toplanmışdır.

Bu göbələklərin növləri əsasən torpaqda saprofit halda üzvi maddələrin parçalanması kimi mühüm prosesdə iştirak edir. Bunların insan və heyvan orqanizmlərində yaşayan və xəstəlik əmələ gətirən növləri də məlumdur. Məs. Candida cinsinin növləri insanların kandidomikoz xəstəliyində mühüm rol oynayır.Mayayabənzər göbələklərin bəzi növlərindən zəif spirtli içkilər, südlü məhsullardan kefir,qımız hazırlanmasında, yem mayası istehsalında geniş istifa də olunur. Bunların arasında olan Mucoderma cinsinin növləri spirtli içkilərin,turşudulmuş meyvə tərəvəz məhsullarının xarab olmasına səbəbolur.

Bazidomisetlər sinfi. Ali göbələklərdən olub , yaxşı inkişaf etmiş mitsellərə malik çoxhüceyrəlidir. Bunların 30 minə qədər növləri məlumdur.Çoxalması qeyri-cinsiyyətli və cinsiyyətli yolladır. Qeyri-cinsiyyətli çoxalma prosesi konidilərlə, cinsiyyətli isə somatoqamiya tiplidir. Cinsiyyətli çoxalma zamanı bazidilər üzərində 2-4-ə qədər ekzogen formalaşan –sporlar-Bazidosporlar əmələ gəlir. İnkişaf tipi və bazidilərin quruluşuna görə bu göbələklər 3 yarımsinfə bölünür: Halobazidomisetlər Heterobazidomisetlər və teliobazidomisetlər. Göstərilən bu göbələklərin hüceyrə divarının tərkibində xitin və qlyukanlar vardır. Bazidili göbələklər arasında ağaclar üzərində yaşayanlar-kserofillər,torpaq saprofitləri, mikorizə göbələkləri,saprofit növlər(kömürləşən ağac üzərində) və mikofil növlər (digər himenomisetlər üzərində parazitlik edənlər) kimi ekoloji qruplara daxil edilirlər. Bunların arasında 40-a qədər ölkələrdə bitkilər kimi becərilən yeməli göbələklər (bitkilərlə simbioz həyat keçirənlər), zəhərli göbələklər, bitkilərdə pas və sürmə xəstəlikləri törədən göbələklər geniş yayılmışlar.

Deyteromisetlər və ya natamam göbələklər sinfi. Təbiətdə geniş yayılmış göbələklərdən olub ,30 minə qədər növü əhatə edir. Buraya arakəsməli mitselləri olan və bütün həyat tsikli nüvə fazasını dəyişmədən haploid stadiyada keçən göbələklər daxildir. Çoxalmaların vegetativ və qeyri cinsiyyətli yolla, vegetativ –mitsellər və ya konidilər vasitəsilədir. Qeyri-cinsiyyətli çoxalmada konidilər və sporlar iştirak edir. Konoidilər konididaşıyanlar üzərində yerləşir, sporlar isə xüsusi piknidi və ya yarım qapalı , nəlbəki formalı meyvə cisimciyində-yataqda toplanır.Cinsiyyətli çoxalmaları məlum deyil.

Natamam göbələkləri konodidşıyanların quruluşu və düzülüşünə görə P.A.Sakkardo bunları 3 sıraya bölür:



1.Hifomisetlər—Hyphomycetales-buraya mitsellər şəklində toplanıb, lif toxuması və ya yastıqcıq sporodoxilər əmələ gətirən nümayəndələr toplanmıdır.

2.Melankonilər-Melanconiales-bunların konididaşıyanları qısa olub qalın təbəqə şəklində hörülmüş hiflər üzərində himeniya təbəqəsini əmələ gətirir ki, buna yataq deyilir.

3.Sferopsidlər- Sphaeropsidales- bunlarda konidilər dairəvi və ya armudvari qapalıpiknidilərdə yerləşir və üst tərəfdən olan ağızcıqdan yetişmiş sporlar xaric olur.Piknidinin daxilində konididaşıyanlar radial istiqamətdə düzülmüşdür.

Yuxarıda adları çəkilən sıralardan mikroskopik göbələklərin torpaqda yayılmış saprofit nümayəndələri Hyphomycetales sırasının Mucedinaceae fəsiləsinə aiddir. Bu göbələklər torpaqda üzvi maddələrin parçalanması prosesində, onun strukturunda və s. mühüm rol oynayır. Bunların arasında bəzi xəstəlikəmələ gətirən növlər də az deyildir.Torpaqda genişyayılmış cinslərə aşağıdakılar aiddir:

Penicillium cinsi hifomisetlərin ən genişyayılmış növlərinə malikdir.Bunlar torpaq da müəyyən substratlar üzərində yaşayırlar.Quruluşca əldarağını xatırladır. Penisillin maddəsini ifraz edirlər.

Aspergillus cinsinin növləri də torpaqda geniş yayılmışdir.Bunlar birincidən fərqli olur ki, bunun da üzərində steriqmalar və konidilər yerləşir. Bunlardan üzvi turşular və fermentlər alınır.

Monilia- birhüceyrəli olub , konidiləri elleps ,yumurtavari və ya limonabənzər dir. Bu cins tumurcuqlayan və çoxhüceyrəlilərə keçid nümayəndələri əhatə edir. Bunlar bir çox meyvələr və təzə peyin üzərində ağ pambıqvari örtük əmələ gətirit. Bunlarda mitsellər dairəvi ,oval və armudvari konidilərə bölünür. Konidi əmələ gətirməyənlər isə oidilər əmələ gətirir.Şəkərli mühitdə bunun M.Candida növü yaxşı inkişaf edir.

İkinci növ—M.murmanica tərkibində heksoza və pentoza olan mühitdə oksigenli şəraitdə inkişaf edib çoxlu maya biokütləsi əmələ gətirir. Ona görədə bu göbələklərdən geniş zavod miqyasında heyvanlar üçün yem maya kütləsi almaqla istifadə olunur.(zülal yemi mayası)

Botrytis cinsinin göbələkləri şaxələnən konididaşiyanlar əmələ gətirir ki, bunların da ucunda birhüceyrəli konidilərdən ibarət topa olur. Əksər nümayəndələri saprofitdir. Lakin Bot.cinerea digər göbələklərlə birlikdə şəkər çuğundurunun çürüməsinə səbəb olur. Parazit nümayəndələri soğan, yonca və digər bitkilərdə xəstəlik törədir.

Verticillium-bunun nümayəndələrində bir neçə qat budaqlanmış konididaşıyanlar olur ki, bunların da üzərində birhüceyrəli konidi topası yerləşir.

Əsasən nümayəndələri saprofitdir. Bəzi parazit nümayəndələri bitkilərdə solma xəstəliyinə (vilt)səbəb olur. Belə halda göbələyin mitselləri bitkilərin qida borularını doldurur.

Trichoderma- bunların bir neçə dəfə budaqlanmış konididaşıyanları və üzərində konidi topasdı olur. Torpağın strukturlu olmasında bu cinsin nümayəndəsi T.Liqnorum iştirak edir. Bunlarla yanaşı Hyphomycetales sırasının tünd rəngli spor əmələ gətirən nümayəndələri də torpaqda geniş yayıl mışdır. Bunlara aşağıdakı cinslər aiddir.

Cladosporium-nümayəndələri zeytun rəngli konididaşıyanlar əmələ gətirir.Əsasən nümayəndələri saprofitdir.Bunun C.Herbarium növü samanda ,taxıl sünbülündə qara rəngli örtük əmələ gətirir.Bəzi növləri pambıq liflərini parçalayır.

Macrosporium---cinsinin növlərində şaxələnmiş konididaşıyanlar olur ki,bunların da üzərindəki konidilər çoxhüceyrəlidir.Əsas nümayəndələri saprofitdir.Lakin bəzi növləri bitkilərin yarpaqlarında ləkə xəstəliyinə səbəbolur.

Alternaria—cinsinin göbələkləri çoxhüceyrəli zəncir şəklində düzülmüş konidilərlə çoxalır.Əsasən saprofitdir.Bəzi parazit növləri kələmdə,tütündə və başqa bitkilərdə xəstəlik törədir.

Bu sıranın Tuberculariaceaefəsiləsinin fusarium cinsinin nümayəndələri də torpaqda geniş yayılmışdır.Bunlar substrat üzərində çox müxtəlif rəngdə örtük əmələ gətirir.Bunların qısa şaxələnmiş konididaşıyanları üzərində yarım ay və ya oraq formalı bir və ya çoxhüceyrəli konidilər yerləşir.Saprofit nümayəndələri üzvi maddələrin parçalanmasında iştirak edir.Parazit növləri isə bir çox bitkilərin kök boğazı xəstəliyinə, pambığın ,kətanın solma xəstəliyinə səbəb olur.Bəziləri kartofun quru çürüməsini də törədir.Bunların Septoria,Ascochya ,phoma və s.cinsləri var.

Natamam göbələklər arasında dəri və dırnaq xəstəliyi –Dermatomikoz əmələ gətirən parazit növlər də vardır.Bunlardan Achorion göbələyi keçəllik,Trychopyton trixofitiya və ya saçqıran dəmirov,Microsporon isə mikroskopiya kimi keçici xəstəlik ləri əmələ gətirir.

Torpaqda yaşayan natamam göbələklərin bəzi növləri bitkilərə ziyan verən mikroskopik nematodları da tutub məhv edə bilir.

Natamam göbələklərin bir çox növləri yavanisin,oksiyavanisin,viridin və digər antibiotik maddələr əmələ gətirir.

Bu maddələr müxtəlif bitki xəstəlikləri ilə mübarizədə məlum dozada və müəyyən qatılıqda işlədilə bilər.



Yırtıcı göbələklər və bakteriyalar.Müxtəlif tip torpaqlarda bir sıra saprofit göbələklərlə yanaşı mikroskopik nematodları,amöbləri məhv edən yırtıcı göbələklər də vardır.Belə göbələklər üzvi maddələrlə zəngin mikroorqanizmlər çox olan torpaqda ,bitki qalıqları üzərində və s.müşahidə olunurlar Bu göbələklər əsasən Funqi imperfecti və Zyqomycetes-lər arasında təsadüf olunur.Belə göbələklər canlı və ya yenicə öldürülmüş heyvanlarla –nematodlarla qidalandıqlarına görə « yırtıcı» göbələklər adlandırılmışlar

Natamam göbələklər arasında torpaqda yaşayan bəzi cinslərin növləri bitkilərə

ziyan verən mikroskopik nematodları tutub məhv edir.Bunlar əsasən Arthr

botrus,Dactyllella,Dactylasporium,Nematoctonus,Golovinia və s.cinslərə daxildirlər.Məlum olmuşdur ki,bu göbələklərin hiflərinin üzərində bir neçə arakəsməsi olan yapışqanlı və ya 3 hüceyrədən ibarət dairəvi sıxıcı ilgəyi vardır.Nematod ilgəyə keçdikdə sıxıcı ilgəyin hüceyrələri dərhal daralır və beləliklə nematodu sıxıb öldürür.Belə güman olunur ki,göbələklər öz zəhərli maddələri ilə əvvəlcə nematodu ölümcül hala salır və sonra sanlıqla onu ilgəyinə ilişdirə bilir.Sonra ilgəyin hüceyrələrindən heyvanın bədəninə xüsusi hiflər daxil olur. liflərin ifraz etdiyi fermentlər nematodun bədən hüceyrələrini həll edib əmələ gələn məhsullar hesabına özü qidalanır (şəkil 17).




Natamam göbələklərlə yanaşı torpaqda yaşayan göbələklər arasında amebofaq ziqomisetlərə də təsadüf olur.Tədqiqatçılar binları iki qrupa bölürlər:



  1. Endoparazitlər və ya talloidli parazitlər olub,Cochlonema,Endocochylus, Apletosovia kimi cinslər aid olunur.

  2. Ektoparazitlər və ya miseli parazitlər olub ,əsasən Acaulophaqa, Styophaqa, Zoophaqa, Cuctopaqa kimi cinsləri əhatə edir.

Hər iki qrup arasında keçid cinslərə də rast gəlmək olur ki, bunlara

Bdellospora və Amoebophillus aiddir.Endoparazitlər (Zoophaqales müstəs na olmaqla) əsasən torpaqda və az sulu mühitdə yayılmış sarkodinlərdə parazitlik edir. Bunların əksəriyyəti öz sahibini konidilər ilə yoluxdurur, konidilər bəzən daxilə sorulur,bəzən isə üst örtüyünə yapışır.Conradan bu cporlardan uc hissəsi getdikcə uzanaraq ucui genişlənir,xüsusi borucuq sıxır və bu sahibin endoplazmasına daxil olub ,orada spiral burulur. İlk dəfə Zoophaqales qrupuna aid belə göbələklər 1935-ci ildə Amerika alimi

Drecser tərəfindən müşahidəolunmuş və onlar nematodla qidalandıqlarına görə nematodlar adlandırılmışlar.

Ektoparazitlər substratın üzərini yaxşı inkişaf etmiş nadir halda budaqlanan , arakəsməsiz hiflərlə əhatə edir. Bu hiflərdən çıxan yapışqanvari maddələrə amöblər yapışır və hiflərdən çıxan borucuq amöbün protoplazmasna daxil olub haustoriyə çevrilir.

Beləliklə həm endoparazitlər və həm də ektoparazitlər bu ibtidailər hesabına öz qidalanmalarını təmin edirlər.

Azərbaycanın müxtəlif torpaqlarında amöbafaq göbələklərin miqdarı və növü dəyişkəndir,bunların ən zəngin növ tərkibinə boz qonur və boz –çəmən torpaqlarında rast gəlmək olur.

Son zamanlarda bitkilərə ziyan verən bəzi nematodlarla mübarizədə (torpaqdan ayrılmış göbələkləri çoxaldıb torpağa verməklə) istifadə edilməsi məsləhət görülür (Mehdiyeva).

Bakteriyalar arasında da yırtıcı formalar müəyyən olunmuş Q.Stolp (1963) yeni endoparazit bakteriya olan Bdellovibrio bacteriovorum, Oramov B.B.(1966) sonra Scenedesmus cinsli yosunu və ibtidairə bənzər digər endoparazit Amebophelidium-u kəşf edir.

Cəld hərəkətli olan Bellovibrio qrammmənfi bakteriyalarda parazitlik edir.O,öz rəqibinin hüceyrəsinə qamçısı vasitəsilə birləşib onun daxilinə keçib orada çoxalır.Hüceyrədə 20-50-yə kimi parazit əmələ gəlir və 3-5 saatdan sonra hüceyrə əriyib parazitlər sərbəstləşir.Belə bakteriyalar torpaqda,suda yayılmışdır.Sapvari bakteriyalar arasında da yırtıcı formalara təsadüf olunur.İlk dəfə onları B.V.Perfilev müşahidə etmiş və Cuclobakteriales sırasına aid etmişdir.Bu bakteriyaların sap formalı hüceyrələri plazmadesma ilə birləşir.

Yırtıcı bakteriyalardan Dictiobacter, Cuclobacter kimi cinslərin nümayəndələri nin hüceyrələri selikli örtüklə əhatə olunduğuna görə sürüşmə hərəkətinə malikdirlər və belə vəziyyətdə onlar digərmikroorqanizmlərlə qidalana bilirlər.Digər cins olan Cuclobacter-ə çöpvari çox hüceyrəli koloniya əmələ gətirən nümayəndələr daxildir. Onlar inkişaflarının müəyyən dövründə torvari sahə ilə öz ovunu yuvarlayıb ,sonra yeyir. Yırtıcı bakteriyaların Terabacter cinsininnövlərində tutucu ilgək formalı uyğunlaşma olduğundan onun köməyi ilə öz ovunu- sap formalı Beggiatoa növünü ovlayır.

Anaerob sporsuz sapvari bakteriyalar arasında belə xüsusiyyət aşkar olunmuşdur. (Duda ,1972).Bu bakteriyalar torpaq hissəcikləri üzərində aktinomiset koloniyasını xatırlayan ağ pambıqvari və ya rəngli hava koloniyası əmələ gətirir.Güman olunur ki, bu mikrokoloniyalarla su buxarını fəal adsorbsiya etmək üçün belə uyğunlaşma qazanmışlar.Göründüyü kimi yırtıcılıq qabiliyyəti həm mikroskopik göbələklər və həm də müxtəlif bakteriyalar arasında müşahidə olunur ki, bu da yaşayış uğrunda mübarizənin bir formasıdır.

ƏDƏBİYYAT SIYAHISI

1.Məmmədov Q.Ş.,Həsənova R.A. Torpaq göbələklərinin ekologiyası, Bakı, «Elm», 2000.

2. Məmədov Q.Ş. Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi,Bakı ,2005.

3.Qasımova H.S. Torpaq mikrobiologiyası, Bakı, BDU nəşri,2007,

4 .İ.P.Babyeva, Q.M.Zenova , Biologiya poçv. M. İzd-vo.Moskv. un-ta 1983,

5.Krasilnikov N.A.Aktinomitsetı-antaqonistı i antbiotiçeskie veşestva. M.izd. AN.SSSR,1958.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə