MÖvzu : loqiSTİk siSİtemlər və onlarin elementləRİ




Yüklə 161.22 Kb.
səhifə1/3
tarix27.04.2016
ölçüsü161.22 Kb.
  1   2   3
MÖVZU : LOQİSTİK SİSİTEMLƏR VƏ ONLARIN ELEMENTLƏRİ



  1. LOQİSTİK SİSTEMLƏR VƏ ONLARIN XASSƏLƏRİ

İqtisadi mexanizmin səmərəli fəaliyyətini təmin edə bilən müxtəlif sistemlər mövcuddur. İxtiyarı sistemin öyrənilməsi bu sistemlərin qurulması və fəaliyyət prinsiplərinin aşkar edilməsi, eləcədə sistemin ətraf aləmlə qarşılıqlı əlaqəsi kimi problemlərin həllini nəzərdə tutur.

Material axınlarının hərəkətini təmin edən obyektlərə sistem kimi yanaşma logistikanın əsas xüsusiyyətini təşkil edir. Məqsədi yalnız sintez, analiz və təkmilləşdirmədən ibarət logistik sistemləri aşkarlamaq və seçmək üçün «Logistik sistem» məfhumunu aydınlaşdırmaq lazımdır.

« Logistik sistem» anlayışı ümumi sistem anlayışı ilə müqayisədə xüsusiyyət təşkil etdiyi üçün ilk öncə ümumi sistem anlayışının təyinatı və bu əsasda hansı sistemin logistik sinifə aid olunduğu müəyyənləşdirilməlidir.

Ensiklopedik lüğətdə «sistem » anlayışı - hissələrdən təşkil olunmuş, müəyyən bütövlük, vahidlik yaradan və bir – biri ilə qarşılıqlı əlaqə və münasibətdə olan elementlər çoxluğu kimi göstərilmişdir. Qeyd edilən bu təyinat sistem haqqında intuitiv təsəvvürlər yaradır. Başqa sözlə sistemi bir mənalı anlamaq və onun haqqında mülahizələr irəli sürmək üçün təkcə onu təşkil edən elementlərin sayı və onların xarakterik xüsusiyyətləri kifayət etmir. Buna görə də sistemin elementlərinin sistem daxilində yerləşməsi ardıcıllığını, müxtəlif vəziyyətlərdə və anlarda bu elementlər arasında qarşılıqlı fəaliyyəti müəyyənləşdirən səbəb – nəticə asılılığını, elementlərin sabit inkişaf meyillərini və sistemin sərhədlərini də bilmək lazımdır. Odur ki, «sistem» anlayışının daha müfəssəl tərifini vermək üçün sistemin hansı xassələrə malik olmasını müəyyənləşdirmək lazımdır. Əgər ixtiyarı tədqiqat obyekti müəyyənləşdirilən xassələr məcmusuna : bütövlülük və ya hissələrə bölünmə; əlaqə; təşkil; birləşmiş keyfiyyətlərə malikdirsə, onda həmin obyekti sistem kimi qəbul etmək olar. Məhz buna görə də logistik sistem dedikdə – üzərlərində logistik əməliyatlar aparılan material, maliyyə və informasiya axınları kimi elementlərdən təşkil olunmuş və bu elementlər arasında ümumi məqsəd və effektivlik meyarı baxımından qarşılıqlı əlaqələr mövcud olan sistem başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, logistik sistemlər müxtəlif sistemlər çoxluğundan özünün tərkib elementləri ( tədarükat, anbar, nəqliyyat, ehtiyatlar, informasiya, istehsal, bölüşdürmə və satış, kadarlar və s. ) , onlar arasında mövcud olan əlaqələrin xarakteri (aktiv, passiv, mövsümü, daimi), təşkili (ardıcıl, intensiv operativ, dispozitiv) və inteqrativ xassələrinə görə seçilir. Logistik sistemlərin ən mühüm fərqləndirici əlamətlərinə isə:



































  • axın proseslərinin varlığı;











  • sistemin müəyyən bütövlüyü;

  • müxtəlif mülkiyyət formalarının və təşkilatı – hüquqi formaların mövcudluğu;

  • istehsal güclərinin müxtəlifliyi;

  • istehsalın təmərküzləşməsi səviyyəsi;

  • istifadə edilən texnoloji avadanlıqların və istehlak edilən material resurslarının müxtəlifliyi;

  • texniki vasitələrin və əmək resurslarının böyük ərazilərə toplanması;

  • nəqliyyat vasitələrinin yüksək mobilliyi və s. aid edilir. Obyektin sistem hesab edilməsi üçün onun yuxarıda müəyyənləşdirilən xassələrinə uyğun olaraq logistik sistemlər də məhz bu xassələr kondeksindən xarakterizə edilməlidir.

  1. Bütövlülük və hissələrə bölünmə. Sistem bir – biri ilə qarşılıqlı təsirdə olan elementlər məcmusundan ibarətdir. Nəzərə almaq lazımdır ki, elementlər yalnız sistem daxilində mövcuddurlar. Sistemdən kənarda onların hər birisi sistem yaratmaq qabiliyyətinə malik obyektlər kimi fəaliyyət göstərirlər. Daha doğrusu müxtəlif keyfiyyətlərə malik sistemin elementləri birgəlik təşkil etməklə bərabər istənilən an sistemin tələbi və ya obyektin tədqiqi baxımından hissələrə bölünərək sistem daxilində «alt sistem» , ondan kənarda isə « müstəqil sistem» yarada bilmək qabiliyyətinə malik olmalıdır. Əksər hallarda, o, cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi və ya idarə etmənin operativliyini təmin etmək məqsədi ilə « alt sistem « və ya « müstəqil sistemlərə» aid edilən elementlərdə ümumi sistemlə müqayisədə yenidən hissələr bölünən ola bilər. Bu baxımdan istehsal, tədarükat, nəqliyyat, anbar, ehtiyatlar, informasiya, bölüşdürmə və satış kimi elementlər bütöv şəkildə logistik sistemləri yaratdıqları üçün onlar arasında dialektik əlaqələr mövcuddur. Başa sözlə, bazar tələbinə uyğun məhsul istehsalının həyata keçirilməsi üçün ilk növbədə bu məhsulların istehsalına lazım olan xammal və materialların , eləcədə dəstləşdirici məmulatların nomenklaturası, tədarükat bazarı, onların ayrı –ayrı malgöndərənlərdən alınması üçün nəqliyyat vasitələri və nəql etmə marşurutları, əldə edilən yüklərin harada və necə saxlanılması, istehsalın fasiləsizliyinin təmin edilməsinə xidmət göstərən ayrı – ayrı ehtiyat növləri və onların səviyyəsi, istehsal edilmiş hazır məhsulun hansı məqsəd bazarı və ya hansı bazar seqmenti üçün nəzərdə tutulduğu, məhsulların fiziki bölüşdürülməsi üsulları və satış formaları müəyyənləşdirilməlidir. Aydındır ki, sadalanan elementlərin hər birisi logistik sistemdən kənarda sistem yarada bilmək qabiliyyətinə malik olmaqla bərabər yalnız logistik sistem daxilində (makro səviyyədə) fəaliyyət göstərir və bu sistem qarşısında duran strateji məqsədlərin yerinə –yetirilməsinə xidmət edirlər.

  2. Əlaqələr. Qanunauyğun şəkildə sistemin elementləri arasında onun inteqrativ keyfiyyətini müəyyənləşdirən zəruri əlaqələr mövcuddur. Bu əlaqələr xarakterinə görə maddi, informasiya, birbaşa , əks və s. ola bilər. Sistemin daxili elementləri arasında əlaqələr sistemdən kənar mühitdə mövcud olan əlaqələrə nisbətən o qədər möhkəm və intensiv olmalıdır ki, sistemin xarici mühitində hər an baş verə biləcək ixtiyari dəyişiliklər onun bir sistem kimi fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmasın. Əks tədqirdə sistem fəaliyyət göstərə bilməz.

Bu baxımdan logistik sistemin elementləri arasında da müəyyən həm təşkilati, həm də texnoloji və istehsal əlaqələri mövcuddur. Logistik sistemi yaradan elementlər arasında qeyd olunan bu əlaqələr bir tərəfdən, «bazar –məhsul satışı, satış–bölüşdürmə, bölüşdürmə – istehsal», ikinci tərəfdən « istehsal – ehtiyat, ehtiyat –anbar, anbar – nəqliyyat», üçüncü tərəfdən isə « nəqliyyat - tədarükat, tədarükat -- istehsal, istehsal- tələbat, tələbat - bazar » sxeması üzrə bir – birini tamamlayan birləşmiş keyfiyyətə malikdir.

3. Təşkil . Logistik sistemin elementlərinin potensial imkanı real sistem daxilində bir – biri ilə qarşılıqlı əlaqə yaramaq və təşkilatı baxımdan göstərilən müəyyən təsirlər hesabına vahid məqsədə nail olmaq üçün birləşməkdən ibarətdir. Bu təsir elementlər arasında əlaqələri təkmilləşdirmək, sadələşdirməklə yanaşı onların məqsəd strukturasını təşkil etməlidir.



Aydındır ki, logistik sistemin elementlər arasında ikinci xassədə qeyd olunan əlaqənin mövcudluğu hər bir elementin logistik sistemdə yeri və oynadığı roldan asılı olaraq müəyyən qaydada : ardıcıl və ya paralel təşilini nəzərdə tutur. Bunun üçün birincisi, logistik sistem elə elementlərdən təşkil olunmalıdır ki, bu elementlər ümumi formada logistik sistem qarşısında qoyulan vəzifələrin yerinə – yetirilməsini tam təmin etsin. İkincisi isə sistem yaradıcı elementlərin logistik sistemdə yeri dəqiq müəyyənləşdirilməlidir. Məsələn, logistik sistemi istehsal, anbar, nəqliyyat və ya servis xidmətsiz təsəvvür etmək qeyri - mümkündür. Lakin, logistik sistem daxilində nümunə üçün sadalanan bu elementlərin hər hansı birisinin olmamasının hansı iqtisadi nəticələr verəcəsini proqnozlaşdırmaq heç də çətin deyil. Eyni zamanda logistik sistemlər: tədarükat –nəqletmə – anbar ( xammal və material) – ehtiyat _ istehsal – anbar ( hazır məhsul) – ehtiyat – satış – servis xidməti şəkilində ardıcıl qaydada təşkil olunmalıdırlar. Başqa sözlə bazar üçün məhsul istehsalı bu məhsulun istehsalına lazım olan kompanetlərin nomenklaturasının, həcminin müəyyənləşdirilməsi ilə yanaşı onların hansı tədarükat bazarından əldə edilməsi ilə başlayır. Sonrakı mərhələlərdə isə tədarükat bazarından seçilmiş məhsulların istehlak yerlərinə çatdırılması üçün nəqliyyat vasitələrinin seçilməsi və daşınmış yüklərin anbarlarda ehtiyat formasında saxlanması kimi logistik əməliyyatlar yerinə – yetirilir. Bu prosesi sona qədər sadalamaq mümkündür. Burada başlıca məsələ göründüyü kimi ondan ibarətdir ki, sistemin hər bir elementi özündən həm əvvəl, həm də sonra tələb olunan elementin yaradılmasını zəruriyyətə çevirir, onu yaradır, təşkil edir və yerinə – yetirəcəyi funksiyanı müəyyənləşdirir.

  1. 4.İnteqrativ keyfiyyət. Logistik sistem elə bir b ü t ö v l ü l ü k keyfiyyətinə malikdir ki, onu təşkil edən elementlərin heç birisi sistemdən kənarda belə bir keyfiyyətə malik deyil. « Məbləğin effektivliyi ayrı -ayrı elementlərin effektivlik məbləğindən çoxdur» prinsipi əsasında qurulan logistik sistemin sonuncu xassəsi zəruri məhsulları tələb olunan yerə mininmum xərclərlə lazımı vaxtda çatdırmaq və dəyişən xarici mühitə tez uyğunlaşmaq vərdişlərini, qabiliyyətini xarakterizə edən ən mükəmməl keyfiyyətdir. Onu da nəzərə almaq lazımdır ki, logistik sistemlər də birləşən material və informasiya axınlarının ayrı –ayrılıqda hər bir elementi qeyd edilən vəzifələrin yerinə – yetirilməsini təmin edə bilmirlər. Başqa sözlə logistik sistemlərin inteqrativ keyfiyyəti sistemə hazır məhsul istehsalı üçün zəruri xammal, materiallar və dəstləşdirici məmulatların alınmasına, alınmış kompanentlərin xüsusi istehsal güclərindən keçməsinə və onları hazır məhsul formasında ətraf mühitə – satış bazarına çıxarılmasına və bu zaman nəzərdə tutulan bazar mənfəətinin əldə edilməsinə imkan verir.

  2. 5.Struktivlik.. Bu xassə logistik sistemlərin qarşıda duran vəzifələrin yerinə – yetirilməsi və məqsədlərə nail olunması üçün qarşılıqlı əlaqəli idarə etmə obyekti və subyektindən ibarət müəyyən qaydada təşkil olunmuş strukturanın mövcudluğunu nəzərdə tutur.

6. İerarxiyalıq. Sistem daxilində aşağı ranqda yerləşən bir elementin yuxarı ranqda yerləşən elementə tabeçilik əlamətini xarakterizə edir. Logistik sistem daxilində bu xassə bir qayda olaraq xətti və ya funksional idarəetmənin həyata keçirilməsi zamanı geniş istifadə olunur. Logistik sistem daxilində bazar tələbatına uyğun məhsul istehsalının həyata keçirilməsi üçün tədarükat bazarından alınmış zəruri xammal, material və dəstləşdirici məmulatlar istehsal yerlərinə çatdırılmalıdır. İstehsalın bu istiqamətdə yüklənməsi birinci - bazar tələbatı ranqından xətti asılı olduğundan aydındır ki, onun hökmü əsasında fəaliyyət göstərməlidir. Hazır məhsulun istehsalı üçün zəruri kompanetlərin nomenklaturasının və həcminin müəyyənləşdirilməsi, onlar üçün konkret tədarükat bazarının seçilməsi, onların istehsal yerlərinə tez çatdırılması üçün nəqliyyat vasitələri və onların seçilməsinə olan yüksək tələb isə növbəti logistik elementlərin hər birisini istehsal logistik elementinə tabe olduqlarından yalnız onun idarəçili altında fəaliyyət göstərə bilərlər. Başqa sözlə növbəti logistik əməliyyatların yerinə – yetirilməsi ardıcıllığı istehsaldan asılı vəziyyətdədir.

Bundan başqa, qeyd etmək lazımdır ki, logistik sistemin əksər elementlərinin təşkilatı – funksional strukturası və missiyası logistik sistemin qlobal məqsədi ilə üst – üstə düşmür. Buna görə də logistik sistemlərin optimal - lokal meyarlar baxımından idarəedilməsi üçün idarəetmənin subyekt və obyektləri hesab olunan elementlərin sintezinə nail olmaq lazımdır. Məhz belə bir yanaşma da çox zaman logistik sistemlərdə idarəetmə prosesini çətinləşdirir. Odur ki, logistik sistemin elementləri arasında koordinasiyaya malik olmaq və logistik sistemin bir sistem kimi inteqrativ keyfiyyətini yüksəltmək məqsədi ilə ali logistik menecment funksiyasını icra edən orqanın yaradılması zəruriyyət kəsb edir.

Ali logistik menecmentlər hər şeydən əvvəl logistik sistemlər üçün təşkil və idarə etmənin özünü doğrultmuş konsepsiyasından istifadəni şərtləndirən əsas amilə - xarici ( bazar) və daxili (istehsal) mühit də dəyişən vəziyyətlərə çevik reaksiya vermək və onu tez nəzərə almaq qabiliyyətinə daha çox üstünlük verirlər. Bu amilin nəzərə alınması və ona logistik sistem tərəfindən müvafiq reaksiyanın verilməsi xarici mühit də ( logistik sistemdən kənarda ) baş verən dəyişiliklərə :

a) bu və ya digər məhsullara və ya xidmətlərə istehlakçıların tələbinin dəyişməsi;

b) texnoloji avadanlıqların istismardan çıxarılması;

v) nəqliyyat tariflərinin dəyişməsi, yeni optimal nəqliyyat marşurutlarının tapılması və göhnə marşurutların ləğvi;

q) bazarda hazır məhsulların yüksək keyfiyyəti, aşağı qiyməti və istehlakçılara göstərilən müxtəlif servis xidmətlərinə görə seçilən məhsulgöndərənlərin meydana çıxması;

d) kreditləşmə şərtlərinin və kreditdən istifadəyə görə faizlərin dəyişməsi;

e) logistik sistemin daima hazır vəziyyətdə olmasını və orada operativ idarəçiliyin həyata keçirilməsini tələb edir.

Buna görə də logistik sistemlər üçün əhəmiyyət kəsb edən cəhət ondan ibarətdir ki, onlar əks əlaqəli istehsal sistemlərinə malik olmalıdırlar. Belə əks əlaqələrin mövcudluğu isə arzu edilən nəticələrin əldə edilməsi üçün logistik sistemlər qarşısında duran məqsəd və fəaliyyət spektirlərində məhz bu istiqamətdə müvafiq əlavə və düzəlişlərin aparılmasına imkan verir. Çox vaxtı əks əlaqəli sistemləri adaptasiya və ya uyğunlaşmış sistem adlandırırlar. Başqa sözlə logistik sistem daxilində yerinə –yetirilən əməliyyatların xarakteri xarici mühitdə baş verən dəyişiliklərə uyğun formada dəyişir. Yəni, əməliyyatların xarakteri xarici mühitdən birbaşa asılı olduğu üçün burada baş verən dəyişiliklər onun təbiətinə əsaslı təsir göstərir. Belə sistemlərin xarakterik xüsusiyyəti xarici mühitin vəziyyətini xarakterizə edən informasiyaların yığılması, emalı və ötürülməsinə imkan verən inkişaf etmiş əlaqələrin mövcudluğundan ibarətdir.


2. LOGİSTİK SİSTEMLƏRİN TƏSNİFATI


Müasir iqtisadi şəraitdə sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, mübadilə sferasında material axınlarının optimal təşkili ilə əlaqədar bir sıra problemlər mövcuddur. İlk növbədə belə problemlərə aşağıdakılar:

  • istehsalın həcmi, anbarlaşdırma və nəqletmə arasında optimal nisbətlərin yaradılması;

  • müxtəlif səbəblərdən istehsalda fasilələrin yaranması nəticəsində əmələ gələn itgilər hesabına firma və ya şirkətlərə dəyən iqtisadi ziyanların azaldılması;

  • xüsusi istehsal, anbarlaşdırma və nəqletmə sistemləri arasında kooperasiyanın məqsədəuyğun səviyyəsinin əldə edilməsi;

  • istehsalla müqayisədə nisbi ahəngdarlığa malik olan idarəetmə xarakterli informasiya axınlarını təşkil edilməsi;

  • logistik dövrənin istənilən mərhələsində belə informasiyaların əldə olunması üçün əlverişli şəraitin yaradılması aid edilir.

Sadalanan bu problemlərin həlli edilməsi üçün logistika tətbiq prinsipləri ayrı - ayrı sahələrə nisbətən iqtisadi səmərə gətirə bilən ərazilərə və iqtisadi regionlara daha çox üstünlük verir. Başqa sözlə bir elmi sahə kimi logistika ayrıca götürülmüş istehsal sahələrində material axınlarının optimal idarə edilməsi metodlarının axtarılıb tapılmasından daha çox makro səviyyədə logistik sistemlərin modelləşdirilməsi metodlarının işlənilməsinə istiqamətlənir.

Bu nöqteyi nəzərdən logistikanın obyekti təşkilatı – iqtisadi və texnoloji fəaliyyəti, təşkilati – iqtisadi və nəqliyyat – texniki əməliyyatları, istehsal- texniki, təşkilati –texniki, kommersiya – satış fəaliyyətlərini birləşdirə bilən mürəkkəb dinamik istehsal – kommersiya xarakterli kompleks sistemlər hesab olunur. Belə bir obyektin xarakterik xüsusiyyəti isə: texniki vasitələrin və çoxlu sayda əmək kollektivlərinin böyük ərazilərdə cəmləşdirilməsi, məhsulgöndərənlərin və yük qəbul edənlərin yerinə –yetirdikləri çoxlu sayda mürəkkəb əməliyyatların nəticələrindən asılı olaraq nəqliyyat vasitələri parkının mobilliyinin yüksəldilməsindən ibarətdir. Qeyd edilən bu xüsusiyyətlər logistik sistem daxilində informasiya axınlarının həcminə və axın istiqamətlərinə əsaslı təsir göstərir. Ona görə də bir iqtisadi sistem daxilində ayrı –ayrı firma və ya şirkətlərin iqtisadi maraqlarının və mənafelərinin harmoniyasına - uyğunluğuna nail olunması bütünlükdə çox cəhətli və mürəkkəb bir prosesdir. Məhz bu baxımdan logistika material – informasiya axınları ilə bağlı olan proseslərin öyrənilməsinə komples sistemli yanaşmaqla bu problemin həlli yollarının axtarılıb tapılmasına göməklik göstərir.

İctimai istehsal o vaxt səmərəli fəaliyyət göstərir ki, məqsəd bazarına çıxarılan material resursları içərisində mütləq çəkiyə malik olan əmək predmetləri və əmək vasitələrinin alqı – satqı prosesi optimallaşdırılmış olsun. İctimai istehsalda material resurslarının hərəkəti sistemi, daha doğrusu material axınlarının hərəkət istiqamətləri çoxşaxəli və mürəkkəb olduğundan aydındır ki, bu sistemin xüsusiyyəti material resurslarının alqı – satqı prosesini təşkilatı aspektdən xarkterizə edən faktorlarla:

a) sistem daxilində çoxlu sayda iştirakçılar mövcudluğu, onların iri ərazilərdə fəaliyyət göstərməsi;

b) vasitəçilərin çoxluq təşkil etməsi;

v) ayrı –ayrı istehlakçıların tələbatlarının zaman baxımından meydana çıxmasının qeyri bərabərliyi;

q) tələbat paketlərində əsaslı fərqlər;

d) alınan malların keyfiyyətinə müxtəlif ciddi tələblər və s. ilə səciyyələnir. Təbii ki, bu xüsusiyyətlər istehsal vasitələrinin mübadiləsi prosesinin təşkili zamanı da nəzərə alınmalıdır.

Bazar münasibətləri predmet və funksional əlamətlər üzrə ixtisaslaşma nəzərə alınmaqla vasitəçilik fəaliyyətinin hər tərəfli inkişafını tələb edir. Əksər istehsalçılar satış üzrə agentlərdən – istehsal edilmiş məhsulların reallaşdırılması üzrə eksklüziv hüquqlara malik olan dilerdən istifadə edirlər. İstehsal üçün lazım olan material resurslarının və eləcədə istehsalın nəticələrinin bir qisminin alqı- satqısı isə əmtəə birjalarında əvvəlcədən razılaşdırılmış müəyyən haqlar əsasında fəaliyyət göstərən müstəqil brokerlər vasitəsi ilə həyata keçirilir. Praktikada vasitəçilik missiyasını yerinə –yetirən digər vasitəçilər – topdan satış ticarətinin həcmini konsiqnasiya üzrə artıran və konsiqnasiya xidmətlərinin sayına təsir göstərən distribüyuterlərdən də intensiv istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində məhsulların fiziki bölüşdürülməsi prosesində vasitəçilərin sayı artır, müxtəlif kateqoriyalı vasitəçilik fəaliyyətinin yeni forma və metodları meydana çıxır və onların material resurslarının dövriyyəsi prosesində iştirakı daha çox müxtəliflik təşkil edir. Bütün bünlar isə heç də məhsul satışı siyasətinin, daha doğrusu mübadilə sferasının təşkili və idarə edilməsi prosesinin mürəkkəbliyini sadələşdirmir.

Odur ki, material resurslarının alqı –satqı prosesini həyata keçirən logistik sistemlər adı altında böyük və mürəkkəb super sistemlərə aid edilən istehsal sistemlərində bu resursların dövriyyəsi prosesi başa düşülür. Bu növ logistik sistemlər müxtəlif regionlarda yerləşdirilmiş çoxlu sayda təsərrüfat subyetlərini əhatə edirlər. Məhz qeyd edilən bu xüsusiyyət logistik sistemlərin ilk xüsusiyyəti hesab olunur.

Logistik sistemin ikinci xüsusiyyəti logistik proseslərin çox mərhələli olmasından ibarətdir. Burada logistik proseslər ayrıca götürülmüş və iqtisadi cəhətdən müstəqil olan bir müəssisə çərçivəsində deyil onun hüdudlardan kənarda, təşkilat strukturası ilə uyğunluq təşkil edən müxtəlif ölkələr və regionlara məxsus müəsisələr arasında baş verir. Bu baxımdan logistik proseslərin bu və ya digər mərhələsini ikili şəkildə xarakterizə etmək olar:



  • ayrı – ayrı firma və şirkətlər arasında baş verən makrologistik proseslərin mərhələlərini qiymətləndirmək;

  • mikrologistik sistemi təşkil edən bir firma və ya şirkət çərçivəsində mikrologistik proseslərin mərhələlərini qiymətləndirmək.

Makrologistik sistemlərin mərhələləri ictimai istehsalın fazaları ilə uyğunluq təşkil edir.

Bütün bunlar o deməkdir ki, müəssisələrdə baş verən mikrologistik proseslər makrologistik proseslərin tərkib hissəsidir. Ümumi formada götürdükdə isə onlar birlikdə makrologistik proseslərin həyata keçirildiyi ictimai istehsalın mərhələlərini yaradırlar.

Beləliklə, logistik sistemləri iki kateqoriyaya : fəaliyyət miqyasına və logistik dövrədə istifadənin növlərinə görə təsnifləşdirilir. Aşağıdakı cədvəldə logistik sistemlərin təsnifat xarakteristikası verilmişdir.

LOGİSTİK SİSTEMLƏRİN TƏSNİFATI

____________________________________________________________________________________

Logistik dövrədə istifadənin növlərinə görə

Fəaliyyət miqyasına görə ____________________________________________

birbaşa çevik eşolanlaşdırılmış

Makrologistik sistemlər 1 2 3

Mikrologistik sistemlər

birinci səviyyəli 4 5 6

ikinci səviyyəli 7 8 9


Logistik dövrədə istifadənin növlərinə görə üç mühüm logistik sistemləri fərqləndirirlər:



  1. Birbaşa əlaqəli makrologistik sistem. Belə logistik sistemlərdə material axınları məhsul istehsalçılarından və ya malgöndərənlərdən istehlakçılara heç bir aralıq vasitəçilərin iştirakı olmadan xətti qaydada hərəkət edir:

MƏHSULGÖNDƏRƏN İSTEHLAKÇI İSTEHLAKÇI


2. Eşolanlaşdırılmış makrologistik sistem. Makrologistikanın bu variantı bir qayda olaraq material axınlarının istehsalçı və ya malgöndərənlərdən istehlakçılara hərəkəti yolunda özünün və ya başqasının adından və yaxud özünün və ya başqasının hesabına fəaliyyət göstərən, topdansatış vasitəçilik missiyasını həyata keçirən firmaların çoxluğu ilə xarakterizə olunur. Başqa sözlə bazar üçün nəzərdə tutulmuş məhsulları istehsalçılardan və ya malgöndərənlərdən qəbul edən bu növ vasitəçi firmalar müxtəlif istehlakçıların ayrı- ayrı məhsullar üzrə çeşid tələbatlarının ödənilməsini öz öhdəsinə götürür və bu işi müvafiq qaydada həyata keçirir:
MƏHSULGÖNDƏRƏN vasitəçi istehsalçı vasitəçi İSTEHLAKÇI

3.Çevik əlaqəli makrologistik sistemlər. İstehlakçıların anbar sahələrinin mövcud olub - olmamasından, hazır məhsulların hazırlanması tezliyindən, istehsalçı və malgöndərənlər arasında uzunmüddətli təsərrüfat əlaqələrinin xarakterindən asılı olaraq material axınlarının hərəkət istiqamətləri həm birinci, həm də ikinci variantda qeyd edilmiş üsullarla tənzimlənir:

VASİTƏÇİLƏR VASİTƏÇİLƏR
MƏHSULGÖNDƏRƏN İSTEHSALÇI İSTEHLAKÇI
Belə sistemlərə nümunə kimi istehsal yerlərinin ehtiyat hissələri ilə təchizatını göstərmək olar. İstehsal yerlərinin nadir tələb olunan ehtiyat hissələri ilə təchizatı bilavasitə mərkəzi anbarlar hesabına ödənilirsə, istehlakçıların tez – tez istifadə etdikləri standar hissələrlə təchizatı isə vasitəçilərin anbarları hesabına həyata keçirilir.

İqtisadi ədəbiyyatlarda material axınlarının təyinatına və xarakterinə görə biri – birindən fərqli təsnifat əlamətinə malik digər bölgü kanallarından da istifadə edilir. Vasitəçilərin sayından asılı olaraq ( yalnız pərakəndə ticarət üzrə vasitəçi, pərakəndə və topdan satış üzrə vasitəçi, topdan satış ticarəti üzrə vasitəçi,kiçik partiyalarla topdan satış vasitəçiləri,və s. vasitəçilər) belə bölgü kanallarını bir, iki , üç, eləcədə sıfr səviyyəli olurlar.

Fəaliyyət miqyasına görə isə logistik sistemlər aşağıdakı şəkildə verilmiş formada təsnifləşdirilir.

________________________________

LOGİSTİK SİSTEMLƏR

________________________________

__________________ _________________

Makrologistik Mikrologistik

___________________ _________________

________________ ______________________ ___________________ _____________________

Qlobal inzibati – ərazi funksional biznesin təşkili

bölgüsü əlaməti üzrə əlaməti üzrə

________________ ______________________ ___________________ ____________________

__________ ____________

* dövlət) * rayon * müəssisələr qrupu istehsal istehsaldan

( transmilli) * rayonlar arası * idarə və təşkilatlar daxili kənar

*dövlətlər arası * şəhər * sahələr _________ ___________

*transkontinental * regional * sahələr arası * struktur * fiziki

* muxtar vilayət * ticarət bölmələri böl-mə

respublika * hərbi

* regionlar arası * institusional * iş yeri *distribüt.

* respublika * nəqliyyat və s. * təcxhizat

* respublikalar arası ______________

inteqrativ

______________
Şəkil. Fəaliyyət miqyasına görə logistik sistemlərin təsnifatı
Verilən təsnifata uyğun olaraq logistik sistemlər iki böyük: makrologistik və mikrologistik qruplara bölünür. Mikrologistik sistemlər – məhsul istehsalı, təchizat və satış proseslərində material və onunla əlaqədar digər axınların ( maliyyə və informasiya) idarə edilməsi və optimallaşdırılmasını həyata keçirən biznesin təşkil formasıdır. Mikrologistik sistemlər firmaların strateji məqsədləri baxımından qurulur və əsas operativ proseslərin optimallaşdırılmasını nəzərdə tutur. Bu nöqteyi – nəzərdən mikrologistik sistemlər ayrıca götürülmüş bir müəssisənin fəaliyyət sferasını əhatə etməklə logistik sistemin ayrıca funksional elementi çərçivəsində lokal məsələlərin həllini təmin edir. Buna uyğun olaraq mikrologistik sistemləri funksional təyinatına görə birinci ( istehsal daxili və xarici) və ikinci

( inteqrativ ) səviyyələrə ayırırlar.



İstehsaldaxili mikrologistik sistemlər texnoloji dövr və ya mərhələlər çərçivəsində məhsul istehsalı zamanı material axınlarının idarə edilməsini optimallaşdırır. Hər bir təsərrüfat subyekti hazır məhsul istehsalı proqrammasına ( istehsal cədvəllərinə ) malikdirsə bu zaman istehsaldaxili mirologistik sistemin əsas vəzifəsi:

a) material resurslarından səmərəli istifadə etmək;

b) istehsal resurslarının zəruri səviyyədə ehtiyatını yaratmaq;

v) bitməmiş istehsalın həcmini azaltmaq;

q) firmanın dövriyyə kapitalının dövr sürətini artırmaq;

d) istehsal dövrünü qısaltmaq;

e) material resursları üzrə ehtiyatların səviyyəsinə nəzarət və ehtiyatları idarə etmək; j) bitməmiş istehsal və hazır məhsulların istehsalçı firmaların anbar sisteminin tələbləri baxımından idarə etmək;

k) texnoloji ( sənaye ) nəqliyyatının işinin optimallaşdırılmaqdan ibarətdir. İstehsaldaxili logistik sistemlərin fəaliyyət mexanizmini sadələşdirən və ya optimallaşdıran zaman istehsal olunan məhsulların minimum maya dəyəri və hazır məhsulun tələb olunan keyfiyyətini təmin etməklə istehsal dövrünün qısaldılması əsas meyar kimi götürülür. Mikrologistik istehsaldaxili sistemlər müəssisələrin istehsal ( struktur) bölmələri ( sex, sahə və ya ayrıca iş yeri ) səviyyəsinə qədər detallaşdırılır. Gələcəkdə istehsaldaxili logistik sistemlərə yalnız məhsul istehsal edən müəssisə səviyyəsində baxılacaq.



Xarici logistik sistemlər istehsal – texnoloji dövrdən kənarda material və onlara uyğun gələn axınların yaranma mənbəyindən təyinat məntəqəsinə (son - şəxsi və istehsal istehlakına) qədər optiamallaşdırılması və idarəedilməsi ilə əlaqədar vəzifələri yerinə –yetirir. Beləliklə xarici logistik sistemin əsas həlledici həlqələrinə material resurslarının məhsulgöndərənlərdən istehsalçı firmalara və hazır məhsulların istehlakçı firmalardan son istehlakçılara qədər hərəkətini təmin edilməsi üzrə bu və ya digər logistik əməliyyatları yerinə - yetirən təchizat və bölüşdürücü şəbəkələrin elementləri aid edilir. Xarici logistik sistemin tipik vəzifəsi malötürücü sistemlərdə material resursları və hazır məhsulların rasional hərəkət marşurutlarını müəyyənləşdirmək və onu təşkil etmək, logistik sistemin ayrı – ayrı mərhələlərində logistik əməliyyatların yerinə – yetirilməsi ilə əlaqədar olaraq çəkilən məsrəfləri azaltmaq, onları optimal minimuma yaxınlaşdırmaq, material resursları və hazır məhsulların istehlakçılara çatdırılması müddətini , eləcədə istehlakçıların sifarişlərinin icra müddətlərini qısaltmaq, material resursları və hazır məhsul ehtiyatlarını idarə etmək, yüksək keyfiyyətli servis xidmətini təmin etməkdən ibarətdir.

Xarici logistik sistemlərin vəzifələrini şərh edən zaman nəzərə almaq lazımdır ki, istehsalçıların material resursları ilə təchiz edilməsi ( tədarükat) sistemi məhsulların malgöndərənlərə satılması sistemini tam və ya hissəvi şəkildə özündə birləşdirir. Daha doğrusu hazır məhsulların tədarükat bazarında ayrı – ayrı istehlakçılara və ya malgöndərənlərə satılması ilk növbədə onların istehsal resurslarına olan təlabatını ödəməklə istehsalçıya imkan verir ki, reallaşdırılan məhsullar hesabına növbəti məhsul istehsalına lazım olan material resurslarını əldə edə bilsinlər. Burada prinsipial məsələ satılan məhsular ( material resursları ) üzərində mülkiyyət hüququnun malgöndərənlərdən son istehlakçılar üçün malgöndərən hesab olunan istehsalçılara ötürülməsindən ibarətdir. Adətən mülkiyyətin ötürülməsi şərtləri material resurslarının alqı – satqı müqavilələrində qeyd edilir. Bu zaman ənənəvi olaraq praktikada məhsulgöndərənlərin logistik strategiyaları və vəzifələri ilə istehsalçı firmanın logistik strategiyaları və vəzifələri arasında uyğunsuzluqla bağlı müəyyən mübahisəli vəziyyətlər də yaranır. Belə vəziyyətlərin yaranmasına yol verməmək üçün istehsalçı firmalar məhsulgöndərənlərin bölgü şəbəkəsindən fərqli olan material resurslarının tədarükatı üzrə xüsusi logistik strukturlar yaradırlar. Nəqletmə, anbarlaşdırma, saxlama, emal və yenidən emal üzrə müxtəlif logistik əməliyyatlar və funksiyaları yerinə - yetirən logistik sistemlərdən ibarət belə strukturlar malgöndərənlərin məhsul ötürən şəbəkələri ilə birlikdə tez – tez istehsalçı firmaların təchizat ( tədarükat) logistik sistemi adı altında xarici logistik sistemləri təşkil edirlər. Belə logistik sistemlərdə menecerlərin əsas vəzifəsi logistik funksiyaları malgöndərənlərin və vasitəçilərin məqsədləri ilə əlaqələndirməkdən ibarətdir.

Logistikada açar və bazis funksiyalarının mövcudluğu fiziki bölüşdürmə və təchizatı ( tədarükatı) həyata keçirən xarici logistik sistemlərin meydana gəlməsinə səbəb oldu. Yaxın və uzaq xarici iqtisadi ədəbiyyatlarda belə sistemlərin və onların tədarükat, bölüşdürücü və satış logistikası çərçivəsində vəzifələrinin müəyyənləşdirilməsinə çoxlu cəhdlər olmuşdur. Lakin, sözün tam mənasında biznes – logistik konsepsiya yalnız logistikanın inteqral paradiqmasına əsaslanan inteqrativ logistik sistemlər meydana çıxdıqdan sonra tətbiq olunmağa başlandı. Qeyd olunan paradiqma baxımından inteqrativ mikrologistik sistemlər və onların sərhədləri istehsal – bölüşdürücü dövrə görə müəyyənləşdirilir. İstehsal – bölüşdürücü dövr isə özünə material resurslarının tədarükatını, təchizatın təşkilini, istehsal daxili logistik funksiyaları, istehlakçılara hazır məhsulun satışı və satışdan sonrakı servis xidmətlərinin göstərilməsi zamanı bölüşdürmə sistemlərində yerinə - yetirilən logistik əməliyyatları birləşdirir. Ümumi halda bu proseslər uyğun maliyyə və informasiya axınları ilə birlikdə əməli - funksional logistik mühiti əmələ gətirirlər. Bu mühitdə isə çox sayda logistik sistemlərin firma daxili bölmələri və logistik vasitəçilər inteqrativ şəkildə fəaliyyət göstərirlər.

Buna görə də inteqrativ logistik sistem daxilində fəaliyyət göstərən menecmentlər firmalara və onların iqtisadi tərəfdaşlarına ( vasitəçilərə) işin təşkili və idarə edilməsi baxımından çoxlu tələblər irəli sürürlər. Bunlar əsasən bazarda firmaların strateji və taktiki məqsədlərinə nail olmaq üçün material, maliyyə və informasiya axınlarının idarə edilməsi proseslərində zaman və məkan amillərinin , eləcədə logistik xərclərin uçota alınmasından ibarətdir. Odur ki, istehsal bölüşdürücü dövrənin bütün mərhələlərində ümumi logistik xərclərin minimumlaşdırılması və keyfiyyətin idarə edilməsi konsepsiyaları inteqrativ logistik sistemlərin meydana gəlməsini şərtləndirdi və onu formalaşdırdı.

Praktikada çox zaman istehsaldaxili və xarici logistik sistemlərə inteqrativ logistik sistemlərin alt sistemi kimi baxırlar. Aşağıdakı şəkildə iriləşdirilmiş formada mikrologistik sistemlərin sxeması verilmişdir.
_____________________________________

LOGİSTİK MENECMENT

______________________________________

KOORDİNASİYA, İNTEQRASİYA

______________________________________
----------------------------------- ------------------------------- -- ------------------------------------------

TƏCHİZAT İSTEHSAL SATIŞ


_________________ _______ ______________________ ________ ______________

malgöndərənlər LSH isteh- çı firma LSH son istehlakçı

_________________ _______ ______________________ _________ ______________

istehsal - texnoloji

mərhələ MR, Bİ, HM

------------------------------------------ ------------------------------------ ------------------------------------------

_ tədarükat _ istehsal prosedurasının _ sifariş prosedurasının

idarəedilməsi idarəedilməsi

_ nəqletmə _ istehsal daxili nəqletmə _ nəqletmə

_ ehtiyatla _ ehtiyatların idarəedilməsi _ mühafizə edici qablaş-ma

rın idarə

_ anbarlaşdır _ HM-un keyfiyyət standartla _ yüklərin emalı

ma rının təmin edilməsi _ anbarlaşdırma

_ yüklərin _ mühafizə edici qablaşdır- _ ehtiyat-ın idarəedil-si

emalı ma _ ehtiyat hissələri və

_ geri _ yüklərin emalı servis xidməti ilə təm-at

qaytarılan _ anbarlaşdırma _ HM geri qaytarılmasına

tullantıla _qiymət əmələ gəlməsi zəmanət

rın yığıl _ geri qaytarılan tullantı

ması ların və taraların yığ-sı

_ qiymət əmələ gəlməsi

_____________________________________________________________

LOGİSTİK ƏMƏLİYYATLAR VƏ FUNKSİYALAR

_____________________________________________________________

İNFORMASİYA – KOMPYÜTER TƏMİNATI

______________________________________________________________


Şəkil. Mikrologistik sistemlərin iriləşdirilmiş sxeması: LSH -logistik sistemin həlqələri, MR –material resursları, Bİ- bitməmiş istehsal, HM- hazır məhsul, GQMA – geri qaytarılan material axınları.
Burada qeyd olunan bazis logistik funksiyalar ( təchizat, istehsal, satış) ümumi logistik sistem qarşısında duran məqsəd və optimallaşdırma meyarlarından asılı olaraq material , informasiya və maliyyə axınlarının idarəedilməsini əlaqələndirən bilən xüsusi təşkilatı – funksional strukturların, eləcədə çox həlqəli, çox hissəli logistik sistemlərin yaradılmasını nəzərdə tutur. Həm firmanın daxili bölmələri ( nəqliyyat, istehsal, anbar, yüklərin emalı), həm də bu və ya digər xarakterli logistik əməliyyat və funksiyaları yerinə – yetirən müəssisə və təşkilatlar ( cəlb edilmiş ) çox həlqəli logistik sistemləri təşkil edirlər. Mikrologistik sistemlərin yuxarıda qeyd olunan iriləşdirilmiş sxemasında təchizat, istehsal və satış zamanı logistik sistemin həlqələrinin yerinə – yetirdiyi funksiyalar göstərilmişdir. Material resurslarının və hazır məhsulların birbaşa axınlarından əlavə bu sxemada geri qaytarılan material axınları ( GQMA), geri qaytarılan tullantı və taralarında axın prosesləri xarakterizə olunmuşdur.

Yuxarıdakı şəkildə verilən mikrologistik sistemlərin ümumi quruluşu bazis logistik funksiyaları əhatə etmə dərəcəsindən asılı olaraq istehsaldaxili, xarici və inteqrativ logistik sistemlər kimi də fəaliyyət göstərə bilərlər. Bunun üçün isə firma səviyyəsin də müvafiq qərarlar qəbul edən və sistemin bütün elementlərinin fəaliyyətini əlaqələndirən xüsusi logistika şöbəsi və ya inteqral menecerlər tərəfindən mikrologistik sistemə uyğun idarə etmə təsirləri göstərilməlidir.



Makrologistik sistemlər - təyinatı mənfəətin əldə edilməsi və ixtiyarı korporativ məqsədə nail olunması olmayan ərazi və ya inzibati ərazi səviyyəsində sosial – iqtisadi, ekoloji hərbi və digər məsələrin həlli üçün yaradılan biznesin təşkil formasıdır.

Şəkildə göstərildiyi kimi makrologistik sistemlər bir neçə əlamətə görə təsnifləşdirilir. Ölkənin inzibati - ərazi bölgüsünə görə təsnifləşdirilməsi aşağıdakı növ logistik sistemlərin fərqləndirir:



  • rayon və rayonlar arası;

  • şəhər;

  • vilayət və ya diyar;

  • region və regionlar arası;

  • respublika və respublikalar arası.

Obyekt – funksional əlamət üzrə makrologistik sistemlər bir sahə və bir neçə sahəyə məxsus müəssisələr qrupu üçün, sahə, sahələr arası, ticarət, hərbi, institusional və s. ayrılır. Qərb ölkələrinin praktikasında qlobal makrologistik sistemlərdən geniş istifadə olunur. Bura bir qayda olaraq dövlət səviyyəsində formalaşan dövlət- transmilli sistemlər, bir neçə ölkəni əhatə edən dövlətlər arası sistemlər və bir sıra kontinentalın çərçivəsində yaradılan transkontinental sistemlər aid edilir.

Makrologistik sistemlərin yaradılması forması və bu sistem qarşısında duran məqsəd və vəzifələr mikrologistik sistemlərin qurulması meyarları və məqsədindən əsaslı surətdə fərqlənir. Makrologistik sistemlərin qurulması və onların idarə edilməsi aşağıdakı vəzifələrin yerinə – yetirilməsinə imkan verir:



  • məhsulların fiziki bölüşdürülməsinin ümumi konsepsiyasını hazırlamaq;

  • nəqliyyat növlərini seçmək, nəqliyyat vasitələri arasında qarşılıqlı fəaliyyətin xarakterini müəyyənləşdirmək, nəqletmə proseslərini texnoloji baxımdan təşkil etmək;

  • material axınlarının hərəkəti üçün optimal marşurutlar müəyyənləşdirmək;

  • məhsulgöndərmə məntəqələrini və xammal, material və yarımfabrikat göndərənləri seçmək;

  • « dəqiq vaxtında» prinsipi üzrə məhsulgöndərmələri təmin edən xidmət zonalarının sərhədlərini müəyyənləşdirmək;

  • mərkəzi və regional anbar şəbəkələrini layihələşdirmək və təşkil etmək;

  • verilmiş ərazilərdə ümumi istifadə təyinatlı anbar komplekslərini, yük terminallarını və dispetçer məntəqələrini yerləşdirmək;

  • sahələr arası material balanslarını formalaşdırmaq;

  • müəyyən qrup istehsalçı və istehlakçılara istiqamətlənmiş təchizat və satış formalarını müəyyənləşdirmək;

  • çox çeşidli məhsul partiyaları üçün inzibati – ərazi bölüşdürmə sistemləri yaratmaq;

Sadalanan vəzifələrin yerinə – yetirilməsi zamanı makrologistik sistemin ali məqsədi rəqabət şəraitində fəaliyyət göstərən firmalar üçün ümumi logistik xərclərin azaldılması, hazır məhsul satışı həcminin artırılması, çoxlu bazar seqmentlərinin əldə edilməsi və satış bazarında mövqelərin möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir. Bu zaman istehlakçı sifarişlərinə vaxtında çevik reaksiya verməklə onun dolğun ödənilməsi, istehlakçıların keyfiyyətli məhsullarla təmin olunması işinin yaxşılaşdırılması və logistik servis xidmətinin səviyyəsinin yüksəldilməsi məsələləri ən mühüm müəyyənedici şərt hesab olunur.

Lakin, makrologistik sistemlərin qurulması ümumən logistik xərclərin azaldılması meyarına əsaslanır. Eyni zamanda makrologistik sistemlərin formalaşmasına isə ekoloji, sosial, hərbi, siyasi və digər amillər təsir göstərir. Məsələn, regionda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bu ərazidə yük axınlarının optimal nəql edilməsini nəzərdə tutan makrologistik sistemlər yaradılmalıdır. Belə sistemlər material axınlarının optimal nəqli marşurutlarının seçilməsi, ayrı – ayrı nəqliyat növlərindən səmərəli istifadə olunması , nəqliyyat vasitələrinin biri –birini tez əvəzləməsi kimi məsələləri həll etməlidir. Daha doğrusu bir regionda və ya ölkədə material axınlarının normal hərəkətini təmin edən nəqliyyat vasitələrindən nə qədər səmərəli istifadə olunarsa aydındır ki, regionun və ölkənin ekoloji tarazlığı bir o qədər gözlənilər.

Başqa sözlə makrologistik sistemlərin formalaşması dövlətlər arası iqtisadi əməkdaşlıq proqrammalarının tərtibi vaxtı vahid iqtisadi məkanın, daxili sərhədsiz bazarların nəzərdə tutulmasını və eləcədə məhsulların, kapitalın, informasiya və əmək resurslarının nəql edilməsini məhdudlaşdıran kömrük maneələrinin aradan qaldırılmasını tələb edir. Bunun üçün isə beynəlxalq iqtisadi münasibətlərin subyektlərində mövcud fərqli hüquqi və iqtisadi xüsusiyyətlər, məhsulgöndərmə şərtlərindəki müxtəliflik, nəqliyyat məcəlləsi və digər normativ hüquqi sənədlərdəki uyğunsuzluqlarla əlaqədar çətinliklər aradan qaldırılmalıdır.

Ümumiyyətlə logistik sistemlər R. Robertsonun təklif etdiyi prinsiplər əsasında qurulmalıdır:



  • məhsul istehsalı və onun maddi – texniki təminatı üzrə həyata keçirilən bütün texnoloji əməliyyatlar firmanın inkişaf strategiyası ilə bilavasitə əlaqələndirilməlidir;

  • hər bir firma və ya şirkətdə təchizat, nəqletmə, ehtiyatların idarə edilməsi, anbarlaşdırma, tədarükat əməliyyatlarını yerinə –yetirən ixtisaslaşdırılmış logistik struktura yaradılmalı və bu zaman mövcud strukturanın işinin nəticələrinə bir şəxs məsuliyyət daşımalıdır;

  • firma və şirkətlər yüksək informasiya təminatına malik olmalı və bu informasiyalardan məqsədəuyğun və peşəkarlıqla istifadə olunmalıdır;

  • firma və şirkətin maddi – texniki təchizat xidməti logistika sahəsində nəzəri hazırlığa və onların praktiki tətbiqi üzrə vərdişlərə malik mütəxəssislərdən təşkil olunmalıdır;

  • firma və şirkətlər həm özünü firma daxili bölmələri , həm də ətraf aləmi ilə ( xüsusən iqtisadi tərəfdaşları ilə ) ehtibarlı əlaqələr yaratmalıdır;

  • firmanın istehsal bölmələrinin işi əldə edilən son nəticələrə görə (satışın həcmi, mənfəət məbləğinin artımı, və s.) qiymətləndirilməlidir;

  • firmanın fəaliyyətinin ali məqsədi istehlakçılara göstərilən xidmətin optimal səviyyəsinin əldə edilməsindən ibarət olmalıdır;

  • firma və şirkətlər maddi – texniki təminatın ehtibarlığını yüksəldən çoxlu sayda kiçik sahibkarlıq struktrları ilə əlaqələr yaratmalıdır;

  • mənfəət artımını təmin edən məhsul istehsalı həcminin çoxaldılması imkanlarını mütəmadi axtarmalıdır;

Qeyd olunun logistik konsepsiyaya uyğun olaraq istənilən firmanın logistik strukturası ölçüsündən asılı olmayaraq firma daxilində və ya onun hüdudlarından kənarda material axınlarının planlaşdırılması, idarəedilməsi və nəzarətinə cavabdehlik məsuliyyəti daşımalıdır.



  1. 3. «
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə