MİNGƏÇEVİr bəLƏDİYYƏSİNİN 2013-CÜ İLDƏKİ FƏALİYYƏTİ barəDƏ hesabat «Bələdiyyələrin statusu haqqında»




Yüklə 125.4 Kb.
tarix29.02.2016
ölçüsü125.4 Kb.
MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2013-CÜ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABAT
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsinin 2013-cü ildə gördüyü işlərin hesabatı ictimaiyyətə təqdim edilir.

2013-cü ildə bələdiyyə 14 iclas keçirib. İclaslarda 95 məsələ müzakirə olunub. Məsələlərdən 56-sı torpaq sahəsinin verilməsi ilə, 10-u tikinti-abadlıq işlərinə və məhəllələrdə görülən işlərə maliyyə vəsaitlərinin ayrılması ilə, 4-ü maddi yardımla, 25-i təşkilati məsələlərlə bağlı olmuşdur.

Hesabat dövründə bələdiyyəyə 712 ərizə və müraciət daxil olub. Bunlardan 104-ü maddi yardımla, 205-i fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 71-i sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaq və ya icarəyə götürməklə, 29-u tikinti və təmir işləri ilə bağlıdır. 303 müraciət isə müxtəlif xahiş, şikayət və məlumatlardır. Müraciət edənlərdən 9-u köçkün, 10-u müxtəlif qrup əlil, 12-si şəhid ailəsi, 17-si Əfqanıstan və Qarabağ Müharibəsi əlili, 3-ü ehtiyatda olan zabit, 3-ü Qarabağ və II Dünya Müharibəsi veteranıdır. İmtiyazlı şəxslərin müraciətləri, ilk növbədə, həllini tapmışdır.

2013-cü ildə bələdiyyənin gəlirləri 357970,90 manat olub. Həmin vəsait icarəyə verilmiş torpaq sahələrinin icarə haqqından (72228,30 manat), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışından (52405,00 manat), yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən (34084,00 manat), fiziki şəxslərdən toplanan torpaq vergisindən (3841,80 manat), bələdiyyənin qərarı ilə müəyyən edilmiş dayanacaqlar üçün ödənişdən (1830,00 manat), mehmanxana xidməti göstərən şəxslərdən alınan ödənişdən (953,80 manat), icarəyə verilmiş əmlakdan icarə haqqından (360,00 manat), səyyari ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişdən (620,00 manat), bələdiyyələrin digər fəaliyyətindən daxil olan gəlirlərdən (11648,00 manat) və dövlət büdcəsindən verilən dotasiyadan (180000,00 manat) formalaşıb.

Hesabat dövründə bələdiyyə büdcəsindən 353887,29 manat vəsait xərclənib. Əmək haqqı və onunla bağlı ödəmələrə 139838,47 manat, Dövlət Sosial Müdafiə Fonduna 30764,46 manat ödəniş edilib ki, bu da ümumi xərclərin 48%-ni təşkil edir.

İl ərzində tikinti və abadlaşdırma işlərinə 86925,27 manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 13815,00 manat, inventar və avadanlığın alınmasına 12167,40 manat, bələdiyyənin inzabati binasının və bələdiyyənin icarəsində olan İstehsalat sexinin təmirinə 11839,28 manat, maddi yardımlara 9588,25 manat, abunə və KİV-lərin inkişafına 7246,60 manat, dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 4446,02 manat, ezamiyyə xərclərinə 3551,00 manat, bank xidmətlərinə 3188,66 manat, dəfn və mərasim xidmətlərinin təşkilinə 2005,00 manat, nəqliyyat xidmətlərinə 2520,00 manat, kommunal, elektrik enerjisi, su-kanalizasiya və rabitə xidmətlərinə 3381,88 manat, əsas vəsaitlərin alınmasına 650,00 manat və sair xərclərə 21874,70 manat vəsait ayrılıb.

İl ərzində şəhər ərazisində bir sıra abadlıq-quruculuq işləri aparılıb. Şəhər çimərliyindəki abadlıq işlərinə 79963,00 manat, S.Vurğun adına parkdakı abadlıq-təmir işlərinə 2053,50 manat, Az.İES ərazisində yeni salınacaq yaşayış massivində torpaq işlərinə 2129,00 manat, Az.İES qəsəbəsindən bağlar təsərrüfatına su xəttinin çəkilişinə 2251,56 manat, Bələdiyyə parkındakı istinad divarı və meydandakı səki daşlarının rənglənməsinə 528,51 manat, 47 saylı Mingəçevir Dairə Seçki Komissiyasının iş otaqlarının təmirinə 2590,55 manat vəsait xərclənib.

2013-cü ildə məhəllə komitələrinin və sakinlərin müraciətləri əsasında 16 ünvanda xeyir-şər mağarlarının təmiri üçün tikinti materiallarının alınmasına 6880,00 manat, 20 məhəlləyə 100 ədəd oturacağın düzəldilib qoyulmasına 2937,00 manat, 4 məhəlləyə 4 ədəd söhbətgah (kölgəlik) yerləşdirilməsinə 3998,00 manat vəsait ayrılıb.

Əhalinin sosial yardıma ehtiyacı olanların müraciətləri də müsbət həllini tapıb. Belə ki, hesabat dövründə 105 ailəyə 7111,00 manat pul yardımı, 18 imkansız ailəyə 2477,25 manatlıq material yardımı edilib. 30 nəfər kimsəsizin dəfnini bələdiyyə təşkil edib ki, bunun üçün büdcədən 2005,00 manat xərclənib.

Bələdiyyə büdcəsindən 2013-cü ildə qəbirstanlıqların saxlanılmasına 6220,00 manat, təhsil sahəsinə 3375,00 manat və məişət xidmətlərinə 1862,00 manat ayrılıb.

İl ərzində bələdiyyə bir sıra tədbirlər keçirib və bəzi tədbirlərin keçirilməsinə yardımçı olub. Belə tədbirlər sırasında Kars Bələdiyyəsindən gələn qonaqların qarşılanması və gəzintisinin təşkili, Qurban Bayramı, Beynəlxalq Qadınlar günü, Silahlı Qüvvələr günü, Yeni il şənliyi, ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə ehsan məclisi, «Mingəçevir leysanı» jurnalının yubileyi, Mətbuat günü, portret və kitabların alınması və digərlərini göstərmək olar. Bu tədbirlərin keçirilməsinə 5036,50 manat sərf olunub.

Ötən ilin aprel ayında Türkiyə Cümhuriyyətinin Kars Bələdiyyəsi ilə «Qardaşlaşma Protokolu» imzalanıb. Kars Bələdiyyəsinin başkanı və bir qrup üzvü 3 gün qonağımız olub. Protokolda bələdiyyələrin qarşılıqlı olaraq təcrübə mübadiləsi aparması, mədəni, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Bələdiyyənin «Dəfn mərasimi xidmətləri» sahəsi tərəfindən 2013-cü ildə 218 dəfn təşkil edilib. 64 nəfər imkansız ailə qohumlarının dəfni üçün ödəniləcək xidmət haqqından azad olunub. 15 nəfər kimsəsiz şəxs bələdiyyə hesabına dəfn edilib.

Bələdiyyənin «Peşəyönümlü Maraq Kursları»nda il ərzində kompüter və ingilis dili üzrə 106 nəfər təhsil alıb.

2013-cü ilin noyabr ayının 25-dən dekabr ayının 1-dək «Azərbaycanda Yerli Demokratiya Həftəsi» keçirilib. Mingəçevir Bələdiyyəsi də bu tədbirə qoşularaq həftə ərzində bir sıra işlər görüb: bələdiyyədə əhali üçün «açıq qapı» günləri elan edilib, «qaynar xətt» fəaliyyət göstərib, bələdiyyə binasının giriş hissəsində «poçt qutusu» yerləşdirilib, bələdiyyə üzvləri haqqında «informasiya guşəsi» yaradılıb. Bir neçə məhəllə komitəsində sakinlərlə görüşlər təşkil edilib, məhəllə komitələrinin hesabatları dinlənilib. Məhəllə komitələrinin fəalları ilə bələdiyyənin 2014-cü il üçün proqnoz büdcəsinin ictimai müzakirəsi keçirilib. Gənclərlə «Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi» mövzusunda yığıncaq təşkil edilib, orta məktəblərdə şagird və müəllimlərlə görüşlər keçirilib. «Həftə» ərzində vətəndaşlarla 16 görüş keçirilib, görüşlərdə 820 nəfər iştirak edib. Bələdiyyədə 95 vətəndaş qəbul edilib, onların müraciət, təklif və şikayətləri dinlənilib və müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vətəndaşların müraciətləri əsasında bələdiyyə iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün 27226 kv.metr torpaq sahəsi mülkiyyətə, sahibkarlıq fəaliyyəti üçün 3900 kv.metr torpaq sahəsi mülkiyyətə, 719 kv.metr torpaq sahəsi icarəyə ayrılıb. Bunlardan 14 nəfər Qarabağ müharibəsi əlilinə fərdi mənzil tikintisi üçün 5620 kv.metr torpaq sahəsi, 3 nəfər Qarabağ müharibəsi veteranına 1200 kv.metr torpaq sahəsi, 11 nəfər şəhid ailəsinə 4400 kv.metr torpaq sahəsi, 4 nəfər hərbiçiyə 1600 kv.metr torpaq sahəsi, 1 nəfər I qrup əlilinə 400 kv.metr torpaq sahəsi və 1 nəfər Milli Qəhrəman ailəsinə 400 kv.metr torpaq sahəsi verilib.

Sözsüz ki, bələdiyyə il ərzində nəzərdə tutduğu işlərin hamısını reallaşdıra bilməyib. Bələdiyyə büdcəsinin gəlirləri sırasında ən iri mənbə olan fiziki şəxslərdən əmlak vergisi yığılmayıb. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin toplanmasında problem vardır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsumlar, reklamdan daxil olan ödəniş nəzərdə tutulduğundan az olub. Bu və digər səbəblərdən bir sıra layihələrin reallaşdırılmasında çətinliklər yarandı.

Mingəçevir Bələdiyyəsi 2014-cü ildə fəaliyyətini gücləndirmək məqsədi ilə qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün bütün potensialını səfərbər edəcək, yerli əhəmiyyətli məsələlərin həllində sakinlərin yardımçısı olacaqdır.



Ъаванширясинин сядри





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə