Microsoft Excel – elektron cədvəllər redaktorudur. Excel




Yüklə 134.05 Kb.
tarix10.04.2016
ölçüsü134.05 Kb.
Microsoft Excel

Microsoft Excel – elektron cədvəllər redaktorudur. Excel müxtəlif növ verilənləri nizamlamağa, analiz etməyə, qrafiki təsvir etməyə və hesabatları effektiv yerinə yetirməyə imkan verir.

Microsoft Excel proqramının açılması üçün sistemin əsas menyusundan Start(Пуск)/Programs(Программы)/Microsoft Office/Microsoft Excel əmrini yerimək lazımdır.

Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir:



  1. Pəncərənin başlığı (sərlövhə sətri)

  2. Menyu sətri (Menu bar, Строка меню)

  3. Alətlər paneli (Standard, Стандартные)

  4. Formatlaşdırma paneli (Formatting, Форматирование)

  5. Düstur sətri (Formula bar, Строка формул)

  6. İşçi sahə – sənəd pəncərəsi

  7. İşçi vərəqlərin yarlıkları (Sheet tabs, Ярлычки листов)

  8. Cari vəziyyət sətri (Status bar, Строка состояния)

E
xcel
-də yaradılmış hər bir sənəd kitab (book, книга) adlanır. Bu sənədin genişlənməsi .xls olan fayl şəklində yadda saxlanılır. Hər bir kitab işçi vərəqlərdən (worksheet, рабочий лист) ibarətdir ki, bu vərəqlər cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə tutulub. MS Excel sənədində işçi vərəqlərin sayı 255-ə qədər ola bilər.

Hər bir işçi vərəq sətir və sütunlardan ibarətdir. Excel-də sətirlərin maksimal sayı 65536, sütunların maksimal sayı isə 256-dır. Sətirlər ədədlərlə nömrələnmişdir, sütunlar isə latın əlifbasının hərfləri ilə işarələnmişdir. Latın əlifbasında 26 hərf olduğundan, digər sütunlar bu hərflərin kombinasiyası ilə işarə olunur. Məsələn, AV, BC və s. Sonuncu sətrə və sonuncu sütuna baxmaq üçün klaviaturadan uyğun olaraq Ctrl+ və Ctrl+ düymələrini basmaq lazımdır. Sonuncu sütunun adı IV-dir.

S
ətir və sütunların kəsişməsində cədvəlin əsas struktur elementi olan xana (cell, ячейка) yerləşir. Xana – özündə müəyyən informasiyanı saxlayan sahədir. Hər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma elementləri şəklində saxlayır. Göstəricinin köməyi ilə seçilən xana cari və ya aktiv xana adlanır.

İnformasiya klaviaturadan xanalara və ya düstur sətrinə daxil olunur. İnformasiyanı xanaya yazdıqdan sonra klaviaturadan Enter-i, yaxud düstur sətrində düyməsini basmaq lazımdır. Bu zaman aşağıdakı sətrin xanası aktivləşir.



Verilənlərin daxil edilməsi ilə Excel verilənin tipini müəyyən edir. Ədəd tipli informasiya daxil olduqda ədəd xananın sağ tərəfində yazılır. Mətn tipli informasiya isə xananın sol tərəfinə yazılır. Ədəd yazdıqda onunla yanaşı heç bir başqa işarə qoymaq olmaz. Kəmiyyətin tam və onluq hissəsini ayırmaq üçün adətən vergüldən istifadə edilir. Lakin bəzi hallarda nöqtədən də istifadə edilə bilər. Ədədi daxil etdikdən sonra (məsələn, Enter-i basdıqdan sonra) onun sağ tərəfə yazılması ədədin düz yazıldığını bildirir.



Daxil olmuş informasiyanı redaktə etmək üçün kursoru informasiya olan xananın üzərinə qoyub mausun sol düyməsini iki dəfə vurmaq, sonra düzəliş aparmaq lazımdır. Düzəlişdən imtina etmək isə klaviaturadan Esc, ya da düstur sətrində düyməsi vasitəsilə mümkündür. Müəyyən xananın yerləşdiyi sütun və sətrin adı birlikdə xananın ünvanı adlanır. Məs, 3-cü sətirlə B sütununun kəsişməsində yerləşən xananın ünvanı B3 olacaq. Bu ünvan düstur sətrinin sol tərəfindəki ad sahəsində əks olunur.





Xanalar diapazonu

Excel-də bildiyimiz kimi, ən azından bir cari xana seçilmiş olur ki, bu da aktiv xana adlanır. Diapazon dedikdə xanalar qrupu başa düşülür. Diapazonun seçilməsi üçün göstəricisi şəkildəki kimi olduqda mausun düyməsini basılı saxlayaraq lazım olan hissəyə qədər çəkmək lazımdır.

Diapazonun seçilməsinin başqa üsulu Shift-i basılı saxlayaraq diapazonun 1-ci və sonuncu xanasını mausun sol düyməsi ilə seçməkdir. Qonşu olmayan xanaları, sətir və sütunları seçmək üçün isə Ctrl düyməsi basılı saxlanır. İşçi vərəqdəki bütün xanaları seçmək üçün A sütunundan soldakı, 1-ci sətrin üstündəki boş düyməni vurmaq lazımdır. Bu halda bütün vərəq seçilir.




Düsturların yaradılması


Düstur – xanaya daxil edilən riyazi əməliyyatlar ardıcıllığıdır. Düsturlar sadə və qısa, ya da mürəkkəb və uzun ola bilərlər. Hər bir düstur "=" işarəsindən başlanır. Əgər bu işarə yazılmasa, hesablama yerinə yetirilməyəcək və Excel bu veriləni sadəcə mətn kimi qəbul edəcək. Məsələn, əgər xanaya 9+2 yazıb, Enter-i vursaq, aşağıdakı nəticəni alarıq:

- səhv - düz

Göründüyü kimi, düstur mətn kimi nəzərə alındı və xananın sol tərəfində qaldı.

Hesablamada ən çox istifadə edilən əməliyyatlar "+" toplama, "–" çıxma, "/" bölmə, "*" vurma, "^" qüvvətə yüksəltmə, "%" faizdir.

Məsələn, tutaq ki, A3 xanasında A1 və A2 xanalarındakı ədədlərin cəmini tapmaq lazımdır. Bunun üçün lazım olan yerdə A3-ü qeyd edib, hesablamaya başlayırıq. “=” yazıb, mausla A1 xanasının üzərində bir dəfə vururuq, “+” işarəsini yazıb, eyni qaydada A2-ni seçirik. Nəticədə A3 xanasında aşağıdakı =A1+A2 düsturu görünəcək:



Hesablamanı bitirmək üçün Enter düyməsi vurulur və aşağıdakı nəticə alınır:



Göründüyü kimi, A3 xanasındakı düstur, düstur sətrində əks olunur.


Sadə əməliyyatları Excel-də aşağıdakı işarələr əvəz edir:


Əməliyyat

Riyaziyyatda

Excel-də

Vurma

X

*

Toplama

+

+

Bölmə

:

/

Çıxma





Qüvvətə yüksəltmə

32

^

Tutaq ki, 9 ədədinin 3-cü qüvvətini, yəni -ü tapmaq lazımdır. Bu halda ^ (Shift+6) işarəsindən istifadə etmək lazımdır:


Faizin hesablanması


Tutaq ki, 10 ədədinin 50%-ni tapmaq lazımdır. Bunun üçün xanada bu düsturu yazmaq lazımdır:


Digər işçi vərəqlərə və sənədlərə müraciət


Tutaq ki düstur digər işçi vərəqin və ya sənədin xanalarına müraciət etmək lazımdır. Bu halda adi qayda ilə işçi vərəqin və ya sənədin xanalarını mausla seçmək lazımdır. Məsələn, tutaq ki, A1 xanasındakı düsturda “Book2” Excel faylının “List” işçi vərəqindəki C1 xanasının verilənindən istifadə etmək tələb olunur. Bu halda A1 xanasında “=” işarəsini vurub, açıq olan “Book2” Excel faylının “List” işçi vərəqini seçib, C1 xanasının üzərində mausla vurmaq lazımdır. A1 xanasında aşağıdakı düstur görünəcək:

Göründüyü kimi, düsturda kitabın adı kvadrat mötərizələrin içində, işçi vərəqin adı isə “!” – nida işarəsi ilə göstərilir.


Xanaların adları


Excel-də xanaların ünvanların 2 növü var: nisbi, mütləq.

Tutaq ki, B3 xanasındakı düstur bu şəkildədir:



=A3

Əgər bu düsturu B4 xanasına köçürsək, B4 xanasına aşağıdakı düstur daxil edilmiş olacaqdır:



=A4

Düsturun yerləşdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər düsturu aşağıdakı xanaya köçürərsinizsə, bütün ünvanlar bir sətir artar (yuxarıdakı misalda olduğu kimi – A3 ünvanı A4 olur), üstdəki xanaya köçürərsinizsə, bütün ünvanlar bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Tutaq ki, C3 xanasındakı düstur bu şəkildədir:

=B3

Bu düsturu onun sağındakı xanaya (B3) köçürsəniz, B3 xanasındakı düstur



=A3 şəklində olacaq.

Uyğun olaraq düsturu sağdakı xanaya köçürtsəniz, bütün ünvanlar bir sütun artacaq.

Bu şəkildə göstərilən xana ünvanları nisbi ünvanlardır, yəni düsturun olduğu və ya köçürüləcəyi xananın yerindən asılıdır. Əgər düsturu başqa bir yerə köçürərsinizsə, bu ünvanlar da köçürüldüyü yerə uyğun şəkildə avtomatik olaraq dəyişəcəkdir.

Hesablamada bəzən elə hallar olur ki, xanadakı ünvanın başqa bir xanaya köçürülməsi zamanı dəyişilməsi məqsədəuyğun olmur. Bu halda mütləq ünvan anlayışından istifadə olunur. Xananın mütləq ünvanında sətir və sütunun adının qarşısında “$” işarəsi yazılır. Məsələn, əgər B3 xanasındakı “=A3” düsturunu başqa xanaya köçürən zaman dəyişməsini istəmiriksə, “=$A$3” yazmalıyıq.



Bu düsturu B4 xanasına köçürsək, ünvanda “$” işarəsi olduğundan, düstur dəyişmədən, yəni olduğu kimi köçürüləcək.



Yalnız sətrin və ya sütunun adının qarşısında “$” işarəsi yazılan xana ünvanları isə mütləq ünvanlara aid olub qarışıq ünvanlar adlanır. Bu halda əgər “$” işarəsi sətrin adının qarşısındadırsa, deməli köçürmə zamanı sətrin adı, əgər sütunun adının qarşısındadırsa, sütunun adı dəyişməz olaraq qalacaqdır.

Nisbi ünvanlara misal: A1, J4, BD12 və s.

Mütləq ünvanlara misal: $A$1, $J$4, $BD$12 və s.

Qarışıq ünvanlara misal: A$1, $J4, $BD12 və s.

Excel-də düsturların yazılmasını sadələşdirmək üçün xananın mütləq ünvanının yerinə xana adlarından istifadə edilir. Xana adları əmsallar, sabitlər və s. ola bilər. Məsələn, belə bir misala baxaq: Tutaq ki, malların dollarla qiymətləri verilmişdir. Bu qiymətləri manatla ifadə etmək lazımdır. Dolların kursu dəyişdiyindən, onun qiymətini başqa bir xanaya yazıb, bu qiyməti dəyişməklə cədvəlin bütün verilənlərini avtomatik dəyişdirmək olar.

Bunun üçün qiymətin olduğu xananı (C2) seçib, Insert/Name/Define (Вставка/Имя/Присвоить) əmri seçilir və açılan pəncərədə xanaya ad verilib (məsələn, kurs) OK düyməsi vurulur. Bundan sonra hesablama zamanı C2 xanasını seçdikdə, xanada onun ünvanı – C2 yox, “kurs” sözü yazılacaq və beləliklə, bu ünvan başqa xanalara köçürüldükdə dəyişməyəcək.



İşçi kitabın bir vərəqindən digərinə keçid işçi sahənin sol aşağı küncündə yerləşən vərəq yarlıkları vasitəsilə həyata keçirilir. Klaviaturadan bu əməliyyat Ctrl+PgDn (bir vərəq sola) və Ctrl+PgUp (bir vərəq sağa) düymələri ilə yerinə yetirilir.


İşçi vərəq, sətir və sütunlar ilə əməliyyatlar


Yeni işçi vərəq aşağıdakı üsullarla əlavə edilə bilər:

  • İşçi vərəqlərin üzərində kontekst menyunu açıb, Insert (Добавить) əmri seçilir. Açılan dialoq pəncərəsindən Worksheet (Лист) seçilib, OK düyməsi vurulur:



  • Əsas menyudan Insert/Worksheet (Вставка/Лист) əmrini seçməklə;

  • Klaviaturadan Shift+F11 düymələrini vurmaqla.

Yeni sətir əlavə etmək üçün aşağıdakı əməliyyatlardan birini yerinə yetirmək olar:



  • Əsas menyudan Insert/Rows (Вставка/Строки) əmrini seçməklə.

Yeni sütun əlavə etmək üçün aşağıdakı əməliyyatlardan birini yerinə yetirmək olar:

  • Başlığının üzərində mausun sağ düyməsini vurub, açılan menyudan Insert (Добавить) əmri seçilir;



  • Insert/Columns (Вставка/Столбцы) əmri yerinə yetirilir.

Bir sətir (sütun) deyil bir neçə sətir (sütun) seçdikdə yeni sətirlərin (sütunların) sayı da dəyişir (məsələn, iki sətir seçib, kontekst menyudan Insert seçdikdə iki yeni sətir daxil ediləcək).

Qeyd edək ki, yeni daxil edilmiş xanalar aktiv olan sətir və ya sütundan əvvələ düşür.

Cədvələ yeni xana əlavə etmək üçün əsas menyudan Insert/Cells (Вставка/Ячейки) əmrini seçmək lazımdır.

İşçi vərəqin adı aşağıdakı yollarla dəyişdirilə bilər:



  • Kontekst menyudan Rename (Переименовать) əmri ilə;



  • Əsas menyudan Format/Sheet/Rename (Формат/Лист/Переименовать) əmri ilə;

  • İşçi vərəqin adının üzərində mausun sol düyməsini iki dəfə vurmaqla.

İşçi vərəqi silmək üçün üsullar:

  • Kontekst menyudan Delete (Удалить) əmri ilə;



  • Əsas menyudan Edit/Delete sheet (Правка/Удалить лист) əmri.

Sətir, sütun və ya xananı silmək üçün üsullar:

  • Başlığında mausun sağ düyməsini vurub, açılan menyudan Delete (Удалить) əmri ilə;

  • Əsas menyudan Edit/Delete əmri.

Bir neçə işçi vərəqin seçilməsi onların qruplaşdırılması adlanır. İşçi vərəqlərin qruplaşdırılması üçün aşağıdakı üsullar var:

  • Ardıcıl vərəqlər – Shift-i, ardıcıl olmayan vərəqlər isə Ctrl-u basılı saxlayaraq lazım olanların üzərində mausun sol düyməsini vuraraq seçilir;

  • Bütün vərəqləri seçmək üçün kontekst menyudan Select All Sheets (Выделить все листы) əmri yerinə yetirilir. Bu halda şəkildən də göründüyü kimi, bütün vərəqlərin rəngi ağa çevriləcək. Vərəqləri qrupdan çıxarmaq üçün Ungroup Sheets (Разгруппировать листы) seçilir.

Sətir və sütunları seçməyin üsulları aşağıdakılardır:

  • Adının üzərində mausla bir dəfə vurmaq;

  • Sətirləri – klaviaturadan Shift+Probel, sütunları – Ctrl+Probel-lə seçmək mümkündür.

Bir neçə ardıcıl olmayan xananı seçmək üçün Ctrl düyməsindən istifadə etmək lazımdır.

İşçi vərəqlərin köçürülməsi üçün (məsələn, Sheet 1 vərəqini axıra keçirmək üçün) onun üzərində mausun sol düyməsini basılı saxlayaraq lazım olan yerə çəkib aparmaq lazımdır. Bu əməliyyatı Ctrl düyməsini basılı saxlayaraq yerinə yetirsək, həmin işçi vərəqin ikinci nüsxəsini ala bilərik.



İşçi vərəqi köçürmək üçün kontekst menyudan və əsas menyudan da istifadə etmək olar. Kontekst menyudan Move or Copy (Переместить/Скопировать), əsas menyudan isə Edit/Move or Copy Sheet (Правка/Переместить/Скопировать лист) əmrini yerinə yetirmək lazımdır. Açılan pəncərədən Create a Copy (Создать копию) sahəsi qeyd edildikdə, işçi vərəqin ikinci nüsxəsi alınır.

Vərəqlərin sayı çox olduqda onların hamısının adını ekranda görmək olmur. Bunu etmək üçün vərəq adlarından solda yerləşən kiçik düymələrdən istifadə etmək olur.


Verilənlərin formatı


Xanaya daxil edilən ədədlər müxtəlif formatda ola bilər. Formatlaşdırma panelinin düymələri ilə tanış olaq. Məsələn, cədvələ daxil edilən əmək haqlarını pul (məsələn, manat) formatına keçirə bilərik. Bunu etmək üçün həmin ədədləri seçib, formatlaşdırma panelində düyməsini basmaq lazımdır.

Xanadakı ədədə faiz formatı düyməsinin köməyi ilə tətbiq olunur.



düyməsi xanadakı ədədi vergüllü formata çevirir.

Ədəd, pul, faiz tipli verilənlərdə vergüldən sonra duran (kəsr hissədəki) rəqəmlərin sayını artırıb, azaltmaq üçün – Increase Decimal (Увеличить разрядность) Decrease Decimal (Уменьшить разрядность) düymələrindən istifadə etmək lazımdır. Decrease Decimal (Уменьшить разрядность) düyməsindən kəmiyyəti yuvarlaqlaşdırmaq üçün də istifadə edilə bilər.

Vergüldən sonrakı rəqəmlərin sayını dəqiq təyin etmək üçün isə Format/Cells (Формат/Ячейки) əmrini yerinə yetirməklə açılan dialoq pəncərəsindən istifadə olunur.

Mətn ilə əməliyyatlar


Mətni cədvəldə bir neçə variantlarla yerləşdirmək olar

Sol tərəfdə

Ortada

Sağ tərəfdə

Gördüyünüz bu cədvəl hissəsində mətn 3 müxtəlif vəziyyətdə yerləşdirilib. Bunu müvafiq olaraq düymələri ilə etmək olar. Bu düymələrdən heç biri basılmayıbsa mətn avtomatik olaraq solda yerləşir.

Mətnin xanada şaquli şəkildə yerləşməsini də dəyişmək olar. Bunun üçün Format/Cells (Формат/Ячейки) əmrini yerinə yetirməklə açılan pəncərədə Alignment (Выравнивание) tab-vərəqini aktivləşdirilib, buradan Vertical (По вертикали) siyahısından bir variant seçilir.



Mətni bir neçə sətirdə yazmaq üçün bu pəncərədə Wrap Text (Переносить по словам) qarşısında işarə qoymaq lazımdır. Bu əməliyyatı klaviaturadan yerinə yetirmək üçün Alt+Enter basılır.

Mətnin yazılma istiqamətinin Orientation (Ориентация) ilə müəyyən etmək olar, burada mətni -900 ilə 900 bucaq altında yerləşdirmək mümkündür.

Bir neçə qeyd edilmiş xananı birləşdirmək üçün Merge cells (Объединение ячеек) qeyd edilməlidir. Bu əmri formatlaşdırma panelindən düyməsi ilə də yerinə yetirmək olar.


Verilənlərin köçürülməsi


Bir və ya bir neçə xanadakı veriləni köçürmək üçün xanaları qeyd edib mausun göstəricisini qeyd edilmiş hissəsinin kənarına gətirmək lazımdır. Bu zaman göstərici oxa çevrildikdə mausun düyməsini basılı saxlayaraq onun yeri dəyişilir. Bu əməliyyatı yerinə yetirdikdə Ctrl düyməsi basılı saxlasaq, qeyd edilmiş verilənlərin ikinci nüsxəsini yaratmaq olar. Verilənləri başqa işçi vərəqə keçirmək üçün Alt düyməsini basılı saxlamaq lazımdır.



Cut, Copy Paste əmrlərindən istifadə edərək yuxarıdakı əməliyyatları yerinə yetirmək üçün:

  1. Köçürülməsi lazım olan xananın üzərində Edit/Copy (Правка/Копировать) (alətlər panelindən ); Yerinin dəyişdirilməsi lazım olan xananın üzərində Edit/Cut (Правка/Вырезать) (alətlər panelindən ) əmri seçilir.

  2. Lazım olan yer təyin edilir.

  3. Edit/Paste (Правка/ Вставить) (alətlər panelindən ) və ya Enter basılır.

Verilənləri ardıcıl köçürmək üçün:


  1. Hər hansı bir xana (və ya diapazon) qeyd edilir

  2. Mausun göstəricisi qeyd edilmiş hissənin sağ aşağı küncündəki nöqtənin (doldurma markerinin) üzərinə gətirilir



  1. Göstərici qara “üstəgəl” işarəsinə çevrildikdə mausun düyməsi basılı saxlanaraq lazım olan hissəyə qədər çəkilir.

Əgər xanada mətn varsa, onlar köçürülür:



Bir neçə qeyd edilmiş xanaya eyni veriləni daxil etmək üçün məlumatı daxil edib Ctrl+Enter düymələrini basmaq lazımdır.

Əgər xanada düstur varsa, bu zaman düsturdakı nisbi ünvanlar xanalara görə dəyişirlər. Məsələn, əgər düstur =A3 şəklindədirsə və aşağıya köçürülürsə, aşağıdakı xanalarda düsturda sətirlərin nömrələri dəyişəcək: düstur =A4, =A5 və s. olacaq.


Silsilələrin yaradılması


Bəzən hesablamada xanalara müəyyən addımla artan ədədlərin ardıcıllığını yazmaq tələb olunur. Bu əməliyyatın yerinə yetirilməsini avtomatlaşdırılmaq üçün aşağıdakı üsullar var:

  1. Tutaq ki, xanalarda 1-dən 10-a qədər 1 addımla artan ədədlərin siyahını yaratmaq lazımdır. Bunun üçün 1 və 2 ədədlərini yazıb, hər iki xananı seçib, seçilmiş hissənin sağ aşağı küncündəki nöqtədən mausla 10 qiymətinə qədər çəkmək lazımdır.

Əgər 1 və 4 ədədlərini yazıb çəksək, siyahı 3 addımla artar.



  1. Ədədi və həndəsi silsiləni yaratmaq üçün silsilənin ilk həddini yazıb, Edit/Fill/Series (Правка/Заполнить/Прогрессия) – əmrini yerinə yetirib, Step value (Шаг) sahəsində addımı qeyd edirik və ədədi silsilə üçün Linear (арифметическая) və həndəsi silsilə üçün Growth (Геометрическая) seçib, OK düyməsini basırıq.


Xanadakı verilənlərin rəngini dəyişmək üçün Font Color (Цвет текста) düyməsindən istifadə edilir .

Xananın fonunun rəngini dəyişmək üçün Fill Color (Цвет заливки) düyməsindən istifadə edilir.



 Bir xananın formatını başqasına köçürmək üçün Format Painter (Копировать формат) düyməsindən istifadə olunur:



  • Formatını başqasına köçürmək lazım olan xana seçilir;

  • düyməsi basılır;

  • Formatlaşdırılacaq xana (xanalar) seçilir.

Adətən cədvəl çapa verildikdə onun çərçivələri çapda görünmür. Əgər cədvəlin xanalarını çərçivəyə almaq tələb edilirsə, xanaları qeyd edib, Borders (Границы) düyməsindən istifadə etmək lazımdır.


Xanalara düsturların daxil edilməsi zamanı yarana biləcək problemlər
Xanadakı düstur səhv daxil edilibsə Microsoft Excel xanada səhv olduğunu göstərir. Səhv düsturda ünvanı göstərilən xananın pozulması nəticəsində də yarana bilər.


Səhvlər aşağıdakılardır:

Bu səhv o zamana yaranır ki, daxil edilən ədədi qiymətin xanaya yerləşməsi üçün sütunun eni kifayət etmir. Bu halda sütunun başlığının kənarında mausun sol düyməsini iki dəfə basmaq lazımdır.

#ЗНАЧ! (#VALUE!)
Əgər düsturda ədəd tipli əvəzinə mətn tipli qiymət yazılıbsa, bu səhv yaranır.



#ДЕЛ/0!

Bu səhv düsturda sıfıra bölmə olduqda çıxır.


#ИМЯ? (#NAME?)
Bu səhv Excel-in düsturdakı funksiya və ya arqumentin adını başa düşməməsi nəticəsində yaranır.


#Н/Д
#Н/Д (Неопределенные Данные–Qeyri-müəyyən verilənlər") – boş xanalara müraciətin qarşısını alır. Əgər xanalarda qiymətlər hələ yoxdursa, lakin düsturdakı funksiyada bu qiymətlərin verilməsi vacibdirsə, ünvan əvəzinə #Н/Д yazmaq lazımdır.

#ССЫЛКА!
Əgər düsturda ünvanına müraciət olunan xana pozulubsa, bu səhv görünəcək -
#ЧИСЛО!
Düsturda və ya funksiyada ədədlərin düzgün istifadə olunmaması nəticəsində yaranır. Məsələn, bu səhv SQRT (kökaltı) funksiyasının arqumenti mənfi ədəd olduqda çıxır.



#ПУСТО!
Ümumi xanaları olmayan iki oblastın kəsişməsi verildikdə yaranır. Məsələn,


Menyu sətri proqramın işini təmin edən 9 ədəd menyudan ibarətdir.

Fayl menyusu


  • Создать (New) şablonlar əsasında yeni sənəd yaradır. Əgər boş sənəd yaratmaq istəyiriksə, alətlər panelindən düyməsini və ya klaviaturadan Ctrl+N düymələrini basmaq lazımdır.

  • Открыть (Open) mövcud sənədi yaddaşdan proqram pəncərəsinə çağırır. Bu əməliyyatı alətlər panelindən düyməsini və ya klaviaturadan Ctrl+O düymələrini basmaqla da yerinə yetirmək mümkündür.

  • Закрыть (Close) proqramdan çıxmadan cari sənədi bağlamaq üçün istifadə olunur. Bu əməliyyatı pəncərənin yuxarı sağ küncündə yerləşən Закрыть окно (Close Window) düyməsi ilə də yerinə yetirmək olar. Bu zaman sənəddə dəyişikliklər olmuşdursa, onda bu dəyişikliklərin yadda saxlanılmasını təklif edən dialoq pəncərəsi açılır.

  • Сохранить (Save) – əmr cari sənədi yadda saxlayır. Bu zaman açılan pəncərədə faylın adını verib, lazım olan əməliyyatları yerinə yetirib, Сохранить (Save) düyməsini basmaq lazımdır. Bu əməliyyatı alətlər panelindən düyməsini və ya klaviaturadan Ctrl+S düymələrini basmaqla da yerinə yetirmək mümkündür.

  • Сохранить как (Save As) – əmr mövcud sənədi başqa adla, başqa yerdə, ümumiyyətlə, başqa parametrlərlə yadda saxlamağa imkan verir. Adətən Excel-də yaradılan sənədlərin genişlənməsi .xls olur. Əgər faylın tipini dəyişdirmək lazımdırsa, onda dialoq pəncərəsinin Тип файла (File type) siyahısından lazım olan formatı seçmək lazımdır. Bu əməliyyatı klaviaturadan F12 düyməsini basmaqla da yerinə yetirmək mümkündür.

  • Сохранить как Веб-страницу (Save As Web Page) əmri ilə cari sənəd veb-səhifə kimi html formatı ilə (genişlənməsi ilə) yadda saxlanır.

  • Параметры страницы (Page Setup) əmri ilə açılan eyniadlı dialoq pəncərəsində sənədin səhifələrinin lazım olan parametrləri təyin edilir.

Bu parametrlər aşağıdakılardır:



  • Page, Страница – vərəqin çap istiqaməti (Orientation, Ориентация), çapın miqyası (Scaling, Масштаб), vərəqin ölçüləri (Paper size, Размер бумаги) və s.

  • Margins, Поля – səhifənin ölçüləri, cədvəlin səhifədə yerləşməsi və s.

  • Header/Footer (Колонтитулы) – sənədin bütün səhifələrində təkrar olunan məlumatların – kolontitulların yaradılmasına imkan verir. Bu əmrlə sənədə cari vaxtı, tarixi, işçi vərəqlərin nömrəsini, vərəqlərin ümumi sayını, kitabın adını və s. məlumatları daxil etmək mümkündür. Kolontitullar səhifənin yuxarısında və aşağısında yerləşməsinə görə yuxarı və aşağı kolontitullara bölünür.

  • Sheet (Лист)çap parametrlərini təyin edir.

  • Область печати (Print Area) – əvvəlcədən çap olunacaq hissəni qeyd etmək və seçilmiş sahəni ləğv etmək üçün istifadə edilir.

  • Предварительный просмотр (Print Preview) əmri çap edilməzdən əvvəl sənədə baxışı təmin edir. Bu əməliyyatı alətlər panelində düyməsini basmaqla da yerinə yetirmək olar.

  • Печать (Print) əmri ilə cari sənədi çapa göndərmək olur. Bu zaman açılan dialoq pəncərədə çapın parametrlərini təyin etmək mümkündür. İşçi vərəqləri çap etmək üçün Pages (Листы) aktivləşdirilir. Bu əməliyyatı alətlər panelində düyməsi vasitəsilə və ya Ctrl+P düyməsini basmaqla da yerinə yetirmək mümkündür.

  • Отправить (Send) əmri cari sənədi elektron məktub və ya faks məlumat kimi göndərməyə imkan verir. Bu əməliyyatı alətlər panelində düyməsi vasitəsilə yerinə yetirmək mümkündür.

  • Свойства (Properties) əmri cari sənəd haqqında əlavə məlumatlar almağa imkan verir.

Правка (Edit) menyusu


  • Отменить (Undo) (Ctrl+Z) – yerinə yetirilmiş əməliyyatı ləğv etmək üçündür. düyməsindən də istifadə etmək olar.

  • Вернуть (Redo) (Ctrl+Y) – ləğv olunmuş əməliyyatı geri qaytarmaq üçün istifadə olunur. düyməsindən də istifadə etmək olar.

  • Вырезать(Cut) (Ctrl+X) – seçilmiş xanaların və qrafik obyektlərin yerini dəyişmək üçün istifadə olunur. düyməsindən də istifadə etmək olar.

  • Копировать(Copy) (Ctrl+C) – seçilmiş xanaların və qrafik obyektlərin köçürülməsini təmin edir. düyməsindən də istifadə etmək olar.

  • Буфер обмена Office (Office Clipboard) – mübadilə buferini açmaq üçün istifadə olunur.

  • Вставить (Paste) (Ctrl+V) – mübadilə buferindəki informasiyanın cədvələ daxil edilməsinə imkan verir. düyməsindən də istifadə etmək olar.

  • Специальная вставка (Paste Special) – mübadilə buferindəki obyektləri cədvələ xüsusi format əsasında daxil etməyə imkan verir.

  • Вставить как гиперссылку (Paste as Hyperlink) – mübadilə buferinə köçürülmüş informasiyanı hiperistinad şəklində cədvələ daxil etməyə imkan verir.

  • Очистить (Clear)

  • Все (All) – qeyd edilmiş xanalardakı bütün verilənləri, obyektləri silir.

  • Форматы(Formats) – qeyd edilmiş xanaların formatını silir.

  • Содержимое(Contents) – qeyd edilmiş xanaların sadəcə verilənlərini silir.

  • Примечание(Comments) qeyd edilmiş xanadakı şərhi silir.

  • Выделить все (Select All) (Ctrl+A) işçi vərəqin bütün xanalarını qeyd edir.

  • Найти (Find) (Ctrl+F) – cədvəldəki veriləni nümunə əsasında axtarıb tapmaq üçün istifadə edilir.

  • Заменить (Replace) (Ctrl+H) – cədvəldəki verilənin nümunə əsasında axtarılıb başqa verilənlə əvəz edilməsi üçün istifadə edilir.

  • Перейти (Go) (Ctrl+G, F5) – sənədin müəyyən xanasına, vərəqinə, yaxud digər sənədə keçidi təmin edir.

Вид (View) menyusu


  • Обычный (Normal) – işçi görünüşü müəyyən edir. Sənəd üzərində iş əsasən bu görünüşdə həyata keçirilir.

  • Разметка страницы (Page Break Preview) – vərəqin çap zamanı necə olacağına nəzarət etməyə imkan verən işçi sahənin görünüşünü müəyyən edir.

  • Панель инструментов (Toolbars) proqram pəncərəsinə lazım olan alətlərin çıxarılmasını və lazım olmayanların gizlədilməsini təmin edir.

  • Колонтитулы (Header and Footer) – sənədin bütün səhifələrində təkrar olunan məlumatların – kolontitulların yaradılmasına imkan verir.

  • Formula bar (Строка формулы) – düstur sətrini ekrana çıxarmaq və ya gizlətmək üçün istifadə edilir.

  • Status bar (Строка состояния) – vəziyyət sətrini ekrana çıxarmaq və ya gizlətmək üçün istifadə edilir.

  • Во весь экран (Full Screen) – ekranda ancaq sənədin görünməsini təmin edir.

  • Масштаб (Zoom) – sənədin miqyasını təyin edir.

Вставка (Insert) menyusu


  • Ячейки (Cells) – cədvələ əlavə xanaların daxil edilməsi üçündür.

  • Строки (Rows) – cədvələ əlavə sətirlərin daxil edilməsi üçündür.

  • Столбцы (Columns) – cədvələ əlavə sütunların daxil edilməsi üçündür.

  • Лист (Worksheet) – cədvələ əlavə işçi vərəqlərin daxil edilməsi üçündür.

  • Диаграмма (Chart) – cədvələ müxtəlif informasiyalar əsasında diaqram, qrafik, histoqramların qurulmasını təmin edir. Bu əmri yerinə yetirməzdən əvvəl verilənlər qeyd edilməlidir.

Bu əməliyyatı alətlər panelindən düyməsi ilə də yerinə yetirmək mümkündür.



  • Разрыв страницы (Page Break) – cədvəli kursorun durduğu yerdən məcburi səhifələrə bölür. İşçi vərəqin görünüşünə fikir versək görərik ki, vərəqin sərhədi qırıq xətlərlə göstərilmişdir.

  • Символ (Symbol) – sənədə klaviaturada olmayan simvolları daxil etməyə imkan verir.

  • Примечание (Comment) (Shift+F2) – xanaya şərhlərin daxil edilməsi üçün istifadə edilir.



  • Функция (Function) (Shift+F3) – bu əmr əsasən müəyyən hesablamalar aparmaq üçün nəzərdə tutulmuş bir sıra funksiyalardan istifadə etməyə xidmət edir.

Funksiyalar aşağıdakı kateqoriyalara bölünür:



  • All (Все) – bütün funksiyaların siyahısı

  • Financial (Финансовые) – Maliyyə məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur.

  • Date & Time (Дата и время) – Tarix və zamanla bağlı əməliyyatların yerinə yetirilməsi.

  • Math & Trig (Математические) – Riyazi məsələlərin həlli üçün istifadə edilir.

  • Statistical (Статистические) – Statistik məsələlərin həlli üçün nəzərdə tutulmuşdur.

  • Lookup and Reference (Ссылки и массивы) – Massivlər üzərində aparılan əməliyyatlar üçündür.

  • Database (Работа с базой данных) – Verilənlər bazası üzərində aparılan əməliyyatlar üçün istifadə edilir.

  • Text (Текстовый) – Mətn tipli verilənlər üzərində aparılan əməliyyatlar.

  • Logical (Логические) – Məntiqi funksiyalar. Şərtdən asılı olan əməliyyatların yerinə yetirilməsi üçün istifadə edilir.

  • Information (Проверка свойств и значений) – xanalardakı səhvləri tapmaq və s. üçün istifadə edilir.

Xanaya funksiya daxil etmək üçün düyməsindən də istifadə edilir.

Funksiya yazılışının ümumi qaydaları belədir:



=funksiyanın adı (iş diapazonu)

Funksiyalara misal göstərək:



Əməliyyat

Funksiyanın adı

Nümunə

Cəmin hesablanması

SUM

=SUM(C1:C2)

Ədədi ortanın hesablanması

AVERAGE

=AVERAGE(C1:C2)

Maksimum rəqəmin tapılması

MAX

=MAX(C1:D5)

Minimum rəqəmin tapılması

MIN

=MIN(C1:D5)

Diapazonda olan rəqəmlərin sayı

COUNT

=COUNT(C1:D5)

Bu funksiyaları avtocəm düyməsinin sağındakı ox işarəsini vurub, açılan siyahıdan seçmək olar.

Məsələn, C1 xanasında A1,A2,A3,A4,B1,B2,B3,B4 xanalarındakı ədədlərinin cəmini hesablamaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməliyik:



  1. Insert (Вставка)/Функция (Function) əmri yerinə yetirilir;

  2. Açılan pəncərədən kateqoriyaların siyahısından Math & Trig (Математические) – riyazi funksiyalar seçilir və SUM funksiyası seçilib, OK düyməsi vurulur:



  1. Diapazonun göstərilməsi üçün növbəti pəncərə açılır. Xanaların diapazonunu qeyd etmək üçün mausu A1 xanası üzərində basılı saxlayıb, B4 xanasına qədər çəkib, OK düyməsini vurmaq lazımdır:



  1. Göründüyü kimi, düstur sətrində =SUM(A1:B4) əks olunur. Buradakı “:” (iki nöqtə) qonşu xanaların ardıcıllığını (A1-dən A4-ə və B1-dən B4-ə) bildirir. Əgər düstur =SUM(A1;B4) olsaydı, yəni burada “:” əvəzinə “;” (nöqtə vergül) iştirak etsəydi, bu düstur yalnız A1 və B4 xanalarındakı ədədlərin cəmini hesablayardı.

Ən sadə cəbri əməliyyatlar vəziyyət sətrinin kontekst menyusundan yerinə yetirilə bilər. Bu menyudan lazım olan funksiya seçilir.



  • Имя (Name) – xanaya ad verilməsini təmin edir.

  • Рисунок (Picture) əmri sənədə müxtəlif şəkillərin, diaqramların, avtofiqurların və s. daxil edilməsini təmin edir.

  • Картинки (ClipArt) – Microsoft Office paketinə aid olan şəkillərin daxil edilməsi;

  • Из файла (From File) – digər fayllarda olan şəkillərin daxil edilməsi;

  • Автофигуры (AutoShapes) – hazır fiqurların köməyi ilə sxemlərin, şəkillərin çəkilməsi;

  • Объект WordArt (WordArt Object) – hazır yazı stillərindən istifadə etməklə müxtəlif formalı yazıların daxil edilməsi;

  • Организационная диаграмма (Organization chart) – təşkilati diaqramların sənədə daxil edilməsi.

  • Объект (Object) sənəddən çıxmadan müxtəlif proqramlarda yaradılmış obyektlərin daxil edilməsinə və əlaqələndirilməsinə imkan verir.

  • Гиперссылка (Hyperlink) cari sənəddən müxtəlif fayllara istinadı (əlaqəni) təmin edir. Bu zaman açılan pəncərədən bələdçi vasitəsilə əlaqə yaradılacaq faylın yolunu təyin etmək lazımdır. Alətlər panelindəki uyğun düymə budur:

Формат (Format) menyusu

  • Format/Cells (Формат/Ячейки) – xanadakı verilənlərin formatlaşdırılması üçün istifadə olunur.



  • Number (Число) – buradan ədəd formatlarından birini seçmək olar:

  • General (Общий) – Ümumi format.

  • Number (Числовой) – Ədəd formatı. Burada ədədin ümumi təsviri verilir. Məs, 4; 54; 32,05 və s.

  • Currency (Денежный), Accounting (Финансовый) – pul formatları. Xanaya yazılmış ədədin yanına pul vahidini əlavə edir. Məsələn, 1200 man., $ 12, 78,50 р. və s.

  • Date (Дата) – verilənlərə tarix formatını tətbiq edir. Məsələn, 31.04.2009, 31/04/2009, 31 Apr 2009 və s.

  • Time (Время) – verilənlərə zaman formatını tətbiq edir. Məsələn, 11:25, 1:30:55 PM və s.

  • Percentage (Процентный) – faiz formatı. Xanadakı ədədi 100-ə vurub, yanına % işarəsi əlavə edir. Məs, 100%, 55,6%

  • Fraction (Дробный) – xanadakı ədədə siyahıdakı kəsr formalarından birini tətbiq edir. Məs., 2/5, 1 1/50 və s.

  • Scientific (Экспоненциальный) – ədədi eksponensial şəkildə təsvir edir. Məsələn, 2E+003 (), 3E–004 ()

  • Text (Текстовый). Xanadakı informasiyanı mətn formatına çevirir. Yəni bu verilənlər hesablama üçün nəzərdə tutulmur. Məsələn, malların kodu – 0031255, telefon nömrələri – 1234567 və s.

  • Special (Дополнительный) – əlavə formatları tətbiq etmək üçün istifadə edilir. Məs., poçt indeksləri, təhlükəsizlik kodları və s.

  • Custom (Все форматы) – əlavə formatları yaratmaq üçün istifadə olunur. Məsələn, əgər “man.” formatı siyahıda yoxdursa, burada onu yaratmaq olar.

  • Alignment (Выравнивание) – informasiyanın xanada yerləşməsini, istiqamətini və s. təyin edir.

  • Font (Шрифт) – şriftin formatını dəyişdirmək üçün istifadə edilir.

  • Border (Граница) – seçilmiş xanaları çərçivəyə almaq üçün istifadə edilir.

  • Patterns (Вид) – xananın fonunu dəyişir.

  • Строки (Rows) – qeyd edilmiş sətirlərin hündürlüyünü dəyişmək (Высота, Height), sətrin ölçüsünü xanadakı informasiyaya görə avtomatik nizamlamaq (Autofit, Автоподбор), sətri gizlətmək (Скрыть, Hide) üçün istifadə edilir.

  • Столбцы (Columns) – qeyd edilmiş sütunların enini dəyişmək (Ширина, Width), sütunun ölçüsünü xanadakı informasiyaya görə avtomatik nizamlamaq (Autofit, Автоподбор), sütunu gizlətmək (Скрыть, Hide) üçün istifadə edilir. Standart Width (Стандартная ширина) əmri sütunun standart eninin (8,43) dəyişdirilməsi üçündür.

Автоподбор (Autofit) əməliyyatını yerinə yetirmək üçün maus müvafiq sətirlərin (sütunların) sərhədində (bu zaman kursor ikitərəfli oxa çevrilir) 2 dəfə basılır. Bəzən ədəd sütuna yerləşmədikdə sütuna ###### şəklində simvollar düşür. Bu halda Автоподбор (Autofit) əməliyyatını yerinə yetirmək məqsədəuyğundur.

  • Лист (Worksheet) – işçi vərəqin adının dəyişdirilməsi, gizlədilməsi, fonunun dəyişdirilməsi və s. üçün istifadə edilir.

  • Autoformat (Автоформат) cədvəlin qeyd edilmiş xanalarını hazır şablonlar əsasında formatlaşdırmağa imkan verir.



  • Conditional formatting (Условное форматирование) – bu əmr yuxarıdakı formatlaşdırma üsullarından fərqli olaraq verilmiş şərt ödəndikdə qeyd edilmiş xanaların cari formatının yenisi ilə əvəz edir. Bu əmri yerinə yetirdikdə açılan pəncərədə Format düyməsini vurub, növbəti pəncərədə yeni formatı təyin edirlər.



  • Style (Стиль) – cədvəlin verilənlərinə müxtəlif stillərin tətbiqi üçündür.

Сервис (Tools) menyusu

  • Правописание (Spelling and Grammar) – sənəddəki mətn tipli informasiyanın orfoqrafik və qrammatik yazılışını yoxlayıb, aradan qaldırılmasını təmin edir.

  • Параметры автозамены (AutoCorrect) – mətnin daxil edilməsi zamanı mətdə avtomatik düzəlişlərin aparılması (məs., nöqtədən sonra növbəti sözün böyük hərflə başlaması və s.) və bir sıra simvolların başqaları ilə əvəz edilməsini təmin edir.

  • Исправления – sənəddəki düzəlişləri ekranda əks etdirir, onları qəbul etmək və ya imtina etmək imkanı verir.

  • Макрос (Macro) –ardıcıl yerinə yetirilən əməliyyatları bir əməliyyat vasitəsilə təkrar yerinə yetirməyə imkan verir.

  • Защита (Protection) – əmr cari vərəqi, kitabı və ümumi kitabı icazəsiz düzəlişlərdən müdafiə edir.

  • Подбор параметра (Goal seek) – Əmr düsturlar iştirak edən xanalardakı ədədi qiyməti bizim istədiyimiz nəticəyə uyğun nizamlayır.

  • Зависимости (Formula auditing) – Əmr düsturda yaranan səhvlərin mənbəyini, asılı xanaları və təsiredici xanaları göstərir.

  • Настройка (Customize) əmri ilə ekranda alətlər lövhəsinin verilməsi, bu lövhəyə yeni düymələrin əlavə edilməsi və ya çıxarılması və s. əməliyyatları yerinə yetirmək olar.

  • Параметры (Options) əmri ilə proqramda çap parametrlərinin dəyişdirilməsi, avtomatik orfoqrafiyanın yoxlanılmasını təmin etmək, görünüşlə bağlı əlavə parametrləri təyin etmək və s. mümkündür.

Məs., tez-tez işçi vərəqdə müəyyən ardıcıllığı təkrar etmək lazım gəlir. Belə tip verilənlərin daxil edilməsini asanlaşdırmaq üçün istifadəçi siyahıları istifadə edilir. Belə siyahını yaratmaq üçün Parametrlər (Options) pəncərəsində Списки (Custom Lists) tab-vərəqində mövcud siyahılar göstərilmişdir. Şəxsi siyahınızı yaratmaq üçün Yeni siyahını (Новый список, New List) seçin və ardıcıl olaraq siyahınızın sözlərini daxil edin və Добавить (Add) düyməsini sıxmaqla yeni siyahını mövcud siyahılar sırasına əlavə edin. Beləliklə siyahı yarandı. Bu siyahıdan istifadə etmək üçün xanaya yeni siyahının elementlərindən hər hansı birini daxil edib doldurma markerini çəkmək lazımdır. Göründüyü kimi qalan xanalara siyahının elementləri köçürülür.



Данные (Data) menyusu

  • Сортировка (Sort) – cədvəldəki informasiyanı sütun boyu əlifba sırasına görə, artma və azalmaya görə çeşidləməyə imkan verir. Alətlər panelindən düymələrindən də istifadə etmək olar.



  • Фильтр (Filter) – ekranda yalnız müəyyən şərtləri ödəyən informasiyanın görünməsinə xidmət edir. Автофильтр (AutoFilter) – bu əmri yerinə yetirdikdə birinci sətirdə yaranan açılan siyahıdan filtrin növünü seçmək olar.



Genişlənmiş filtr (Advandced Filter, Расширенный фильтр) – bu əmri yerinə yetirməzdən əvvəl şərtlər diapazonunu müəyyən etmək lazımdır. Bu filtr vasitəsilə şərtlərə görə əks olunan cədvəlin başqa yerə köçürülməsi mümkündür.

  • Форма (Form) – bu əmr informasiyanın daxil olunması və axtarılması üçün əlverişli imkan yaradır.

  • Итоги (Subtotals) – Əmr aralıq, yekun və ümumi yekun nəticəni hesablamağa imkan verir. İlk növbədə informasiya nizamlanmış olmalıdır.

  • Проверка (Validation) – əmr informasiya daxil olunan zaman səhv baş verməsinin qarşısını almağa xidmət edir.

  • Таблицы подстановки (Table) – əmr verilmiş verilənlər və düstur əsasında yeni cədvəl yaradır.

  • Текст по столбцам (Text to Columns) – əmr cari xanadakı mətni bölərək bir neçə sütunda yazılışını təmin edir.

  • Консолидация (Сonsolidate) – əmr ayrı-ayrı diapazonlarda verilmiş ədədi informasiyalarla əməliyyatlar aparmağa imkan verir.

Сводные таблицы (Pivot table) – əmr cari informasiyanı və ya digər proqram əlavələrində yaradılmış informasiyaları analiz edərək yekun cədvəl hazırlayır.

Окно (Window) menyusu

Window menyusu eyni zamanda bir neçə kitabla işləməyə imkan verir.



Справка (Help) menyusu

Справка (Help) menyusu proqram haqqında, mövzulara, terminlərə görə proqramla işləmək qaydası haqqında məlumat almağa imkan verir.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə