MƏtbuat üÇÜn açiqlama 17 İyun, 2014-cü IL, Bakı ş. "İnsan Hüquqları Aylığı"çərçivəsində




Yüklə 11.94 Kb.
tarix17.04.2016
ölçüsü11.94 Kb.





MƏTBUAT ÜÇÜN AÇIQLAMA

17 İyun, 2014-cü il, Bakı ş.
"İnsan Hüquqları Aylığı"çərçivəsində

Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatın 5-ci təqdim etmə mərasimi


Azərbaycanda uşaq problemlərinə bütövlükdə cəmiyyətin, aidiyyatı dövlət qurumları, qeyri-hökumət təşkilatlarının və biznesin diqqətini cəlb etmək, bu problemlərin həllində dövlət-QHT-biznes əməkdaşlığının qurulması və inkişaf etdirilməsini stimullaşdırmaq və uşaq problemlərinin həllinə xüsusi töhvə vermiş təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək məqsədilə 2003-cü ildə özündə 85 təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İnsan Hüquqları üzrə Müvəkkil, UNİCEF və Avropa Birliyinin dəstəyilə “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatı təsis etmişdir.
Əvvəlki illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanı, İnsan Hüquqları üzrə Müvəkkil professor Elmira Süleymanovanı, Səbayıl rayon İcra Hakimiyyəti başçısının müavini xanım Xalidə Bayramovanı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Təhsil Nazirliyini, Zerkalo-Ayna qəzetini, Exo qəzetini, UNİCEF-i, “Müşfiq” Əlilliyi olan uşaqlara yardım İB, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası, İctimai TV, Xəzər TV və digərləri “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatın laureatları olmuşdur.
Bu il də uşaq hüquqlarının təbliği və müdafiəsi işinə xüsusi töhvə vermiş qurumlar və şəxslərin mükafatlandırılması üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə əməkdaşlıqda və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, ChildPact Regional Koalisiyanın, “World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin və P&G şirkətinin dəstəyilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may-18 iyun tarixlərində elan edilmiş “İnsan Hüquqları Aylığı" çərçivəsində “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatın 5–ci təqdim etmə mərasimini təşkil edəcəkdir.
2014-cü il üzrə “Heç bir uşağı nəzərdən qaçırmayaq" Milli İctimai Mükafat 8 nominasiya üzrə veriləcəkdir.
Mükafatın təqdim etmə mərasimi 17 iyun 2014-cü il tarixində saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

Mətbuat xidməti:

Əhmədova Ruhanə

Tel: (012) 425 68 70, Mobil: (050) 592 92 33

e-poçt:ruhaneahmadova@yahoo.com

internet: www.ngoalliance.net





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə