MƏnaziLÜs-saliKİn azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu axund haci ağAMİRZƏ ƏBDÜLKƏRİm ağa badikubi




Yüklə 2.79 Mb.
səhifə2/17
tarix11.03.2016
ölçüsü2.79 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

AXUND HACI AĞAMİRZƏ

ƏBDÜLKƏRİM AĞA BADİKUBİ


MƏNAZİLÜS-SALİKİN

Haza kitabu-mənazilis-salikin
Sizi ondan yaratdıq və sizi ona qaytaracağıq. Sizi bir daha ondan çıxaracağıq.
Bu Mənazilüs-Salikin kitabıdır.

Şükür olsun sənə, ey məxluqatı ən yaxşı tərtib və nizam ilə, onlara ustalıqla bəzək vuraraq və ehkamla əhatə edərək ya­ra­­­dan. Salat və salam olsun doğru yol göstərmək üçün gön­dər­di­yinə, bütləri sındırmaq üçün günəştək qalxan Yədullaha, əh­li-beytinə və sair kəramətli və itaətkar övliyalarına. On­la­rın bütün kafir düşmənlərinə daim lənət olsun.



Bə’d. Sahibani-əql və fərasət nəzərində vazeh və ərbabi- fəhm və kəyasət rəyində müssəlləm və layehdir. İnsan sər­həd­di ədəmdən iqlimi-vücuda qədəm qoyduğu saatdan müsafirdir. Hər nəfəsdə bir qədəm və hər saatda bir fərsəx və hər gündə bir mənzil məqsəd tərəfinə teyyi-məsafət etməkdədir. Və bu mə­­safət iki cəhətdəndir. Biri bədən və cismaniyyət cəhətdən, di­­gəri idrak və ruhaniyyət cəhətindən. Əmma cismaniyyət cə­hə­tindən pəs budur ki, həmin ki, bətni-ümmidə ona ruh dəmidə ol­du mənzili-cəniniyyəyə nazil oldu. Vəqti ki, bu dari-dünyaya gəldi, mənzil raziyyətə nazil oldu. Və bə’d mənzili-tufuliyyətə, bə’d mənzili-subuvvətə, bə’d mənzili-murahaqata, bə’d mən­zi­li-ruculiyyətə, va hakəza ta müntahayi-ömrinə kimi. Bu məz­kur mənazilün ibtidasında bu insan acizi-sərf, nəhayətdə zəif, bir cüzi hərarətdən, ya bürudətdən mütəəssir. Əgər həvazin bir saat ondan qafil olalar, həmən saatda həlak olacaqdır. Pəs anan fə-anan bu mənazildə bədən qüvvət peyda qılıb, hər mənzil sa­biq­dən mənzili-lahaqqa müntəqil olanda bədən qəviləşib ta mün­təhi dərəcəyə, nümüvvə yetişir. Təqribən otuz sinninə ye­ti­şəndə, ta qırx sinninə kimi hali-nümüvvdə məkc edib, bə’d əz an mənzili-zubula yetişib, ta axır ömrünə kimi zubulda teyyi-mə­nazil edib ta ki dünyanı vida qılar. Bu məzkur musafirəti-cis­maniyyədə bizim göfti-gumuz yoxdur. Bəlkə, bu məsələ el­mi-tibbə mokuldur. Və əmmə müsafirat cismaniyyə və ru­ha­niy­yə, pəs onun bəyanı bundadır ki, insan halı cəniniyyədə əs­lən və qətən bir şeyə alim deyil. Vəqti ki, dünya mənzilinə qə­dəm qoydu, fəqət bir qüvveyi-lamisa və basirə vardır. Cəmi mə­lumata cahildir. Necə ki, buyurublar:

قائل و الله اخرجكم من يطون امهاتلم لاتعلمون شئاً و جعل لكم السمع و الابصار فالافئدة لعاكم تشكرون



Deyilir: Allah sizi ananızın bətnindən çıxartdı. Siz heç nə edə bilməyirdiniz. Sizə eşitmək üçün qulaq, görmək üçün göz verdi. Buna görə siz ona şükr etməlisiniz.

Pəs anan-fəanan, saat besaat əqləniyyət mənzillərində tey­yi-məsafət qılıb mərifət kəsb etməkdədir. Pəs bir neçə gün ət­ra­fında olan kimsələrə mümarisət etməklə anasıyla qeyrilərə fərq qoyur. Ta ki, həddi-təməyyüzə yetişib neykü-bədə təmyiz ve­rir. Ta ki, qabili-təlimi-ülum olur. Bu məqamda məsələ iki qi­simdir. Zira ki, elm iki qisimdir. Birisi elmü-məaş, digəri el­mü-məad. Amma elmü-məaş pəs o elmdir ki, insanın gü­zə­ra­nı və yaşayışı ona mövqüfdir. Məsələn, elmü-ziraat və hay­ya­kat, xəyyatat, ticarət və ğeyruhə. Bu məzkur ulumdan bi­qə­də­ri-hacət və zərurət təlim və təəllüm etmək rifahiyyətlə məaş ke­çirmək üçün zəruridir. Ondan ziyadəsi bica və əbəs zəlalət və bətalətdir. Amma elmü məad pəs o elmdir ki, səadət və ni­cat əbədiyyə ona mövqufdur. Ona elmü-din, elmü-şəriət və el­mü-ilahi də deyirlər. O ibarətdir məbdə’u məada, nübüvvət və ima­mətə, təkalifə və keyfiyyəti-təkalifə arif olmaqdan. Bu elm üçün nəhayət yoxdur. Zira ki, hər mərtəbəyə ki, nail oldun on­dan fövq mərtəbə vardır. Bu elmə arif olmayan kimsələr şə­qa­vət əbədiyyəyə giriftar və müxəllid dər nar olacaqdır. Heyf səd heyf. Bu cüzi-zəmanədə ki, biz vaqe olmuşuq, əhli ruzigar el­mi-dindən eraz külli qılıb, tamam var olan qüvvələrini elmi-məaş təhsilində sərf edib minhəmək dər əkl, şirb, novm, mü­va­qiə həramən və həlalən, ləhvu-ləab olub kə ənnəhu nə məbdə var, nə məad, nə təbliğ var, nə irşad. Bəlkə bir qədər onlar ilə mü­kalimə edərsən, görərsən ki, əsil əqidələri fəlasifə, bəlkə tə­biiyyun əqidəsidir ki, bu aləmin nə xaliqi var, nə müdəbbiri. Bəl­kə bu aləm olub və olacaqdır. Və bu aləmdə olan həvadis, tə­valüd və tənasül, fəqir və ğəni, sihhət və mərəz, həyat və mü­mat və ğeyrü zalikə təmamən əz ruye bəxt və ittifaqdır. Nə az ruye tədbir və hikmət. Mətləb bu məqama yetişəndə lazım və vacibdir ki, imkanı olanlar haqqı izhar və ğafil olanları xa­bi-qəflətdən bidar qılsınlar. Ta ki, hidayətə gələnlərə mucaə, səa­dət, gəlməyənlərə qəti-üzr və itmami hüccət olsun. Pəs la­zım­dır ki, əvvələn, bu aləmə bir sane həkim sabit etmək. Sonra bu aləmdə olan məzkur həvadis təmamən əz rəvi hikmət və it­ti­qan olduğunu mubərhən qılmaq. Amma isbati-sane’ pəs ulə­ma və mütəkəllimin çox kitablar bu barədə təsnif və təlif et­miş­lər. Gözəl və cəhilə ədillə və bərahin bu mətləbə iqamə et­miş­lər ki, əhli-insaf olanlar onlarda təşkil etməgib, inqiyad mə­qamına gələllər. Və amma bu aləmdə olan məzkur həvadis əz ruye-hikmət və ittiqandır, nə əz ruye-ehmal. Əgərçi bu xü­sus­da ədillə və bərahini-üləmayi-e’lam şükrüllah səyihim zikr et­mişlər. Lakin məvarid cü’ziyyeyi-mütəfərriqədə mütəarriz olublar. Belə kalamı ki bu mətləbdə kafi və qulubi-əliləyə şafi ola. Fəqət kəlami-həzrət Sadiq Ali-Məhəmməd salavatullahi əleyhim əcməindir ki, bu mətləbi bir nəhv ilə bəyan buyurub ki, qeyri əz imam mə’sum heç bir əhəd ona qadir ola bilməz. Ne­cə ki, ənqərib bu kəlamın sidqi məlum olacaqdır ki, o həzrət Müfəzzəlün rəvayətində bu mətləbi məşruhan bəyan buyurub, o rəvayət “Tohidi Müfəzzəl” ilə məşhurdur. Çün o xəbər ərəb lü­ğə­ti ilə olduğuna, ərəbi savadı olmayanlar onun feyzindən məh­rumdurlar. Lihaza bu xaksar onun tərcüməsinə türk lüğə­ti­lə iqdam qıldım. Ta ki, nəf’i-əamm və fayidəsi ola. Vəli mə­qa­mi tərcümədə hər kəlməni fərdən-fərdən tərcümə etmək kəm­sa­vad kəslərin halına münasib deyil. Lihaza hər cümlənin hasil mə­nasını tərcüməyə aldım. Və mültəzəm oldum ki, xəbərin ey­ni ibarətini nəql edib, sümmə cümləbəcümlə tərcümə edəm. Və müsəmmə qıldım bu risaləni Mənazilüs-Salikin ismilə والله ولى التوفيق و هو حسبى و نعم الوكيل Allah nəaliyyətlərin və­li­si­dir. Odur qəyyum və ən gözəl vəkil.

Əgər deyəsən ki, isbati-əqa­yidi-üsuliyyə hədis vasitəsilə sə­hih deyil. Deyirük: bizim bu hədisə təməssük etməgimiz hə­dis olmaq cəhətinə degil, bəl­kə o hədisdə olan mətalib tə­ma­mən bərahini-əqliyyə olduğuna gö­rədir. Moizə: Ey bəradər, huş­yar ol məbadə zəmanə əhlinün biar və la əbalı olanlarının mür­xürafatına fəriftə olasan ki, tə­mam hümmətləri, nəfspə­rəst­lik və təhsil etdikləri elmlər küfr və zəndiqa olmaqla belə, öz­lə­rini mədəniləşmiş bilirlər. Və hal an ki, kəsb etdikləri elmə mil­yonlarla nüfus qətlindən, abad olan şəhərlərin xarab və bər­bad olmaqından və anaların ba­la­lar­dan təfərrüqə düş­mək­lə­rin­dən və xərvarlarla mə’kulatın ya­nıb fənaya getməgindən siva bir əsər mütərtib degil. Nə gözəl ca­vab verib bir nəfər islam pa­şalarından, bir nəfər təbiilərin sua­lına. Sual budur. Elm ol­du­ğu yerdə olamaz dinlə məzhəb. Din məsələsi cəhl təqazası de­gilmi? Cavab budur. Dinsizliklə kəsb olunan bir mə­də­niy­yət, vəhşiliyin ən qorxulu səhrası de­gil­mi? Bəhri-hal öz mət­lə­bi­mizə rucu edək ki, insan mü­sa­fi­rə­ti-ruhaniyyədə ananfəanan mən­zili-teyy etməkdədir. Hər mən­zil sabiqdə kəsb etdiyi elm mən­zil la haqda mühəqqərdir. Odur ki, salikani-məslək məarif və xüsusiyyət zümarəsinə meydani-ta­qət və übudiyyət ما عرفناك حق معرفتك وما عبدناك حق عبوديتك Səni yaxşı öyrət­mə­səy­dik, itaətkarlığının yolunu da bilməzdin – demişlər.

Bəli, qablə əz şurui bemaqsud bir müqəd­di­mə­nin təqdimi la­zımdır. Zira ki, müqəddimədə zikr olan mətalib əsil məq­sud­da olan məsailin tozihinə səbəbdir.

Müqəddimə. Birinci mətləb. İnsan hər bilmədiyi şeyi bil­di­yi şeyin vasitəsilə bilir. Necə ki, elmi-məntiqdə deyiblər ki, o tə­­səvvurat məluma ki, müvəssil ola təsavvurati-məchuləyə, ona müar­rif və qövli-şərih deyəllər. Və o məlumat təsdiqiyyə ki, mü­vəssul olar, məchulat təsdiqiyyəyə, ona dəlilü-hüccət de­­yəl­lər. Məsələn: Bir şəxsə deyərsən ki, Cavad sənə salam gön­­də­rir. O şəxs deyər: “Mən Cavadı tanımıram”. Sən de­yər­sən: “Zi­ya­dı tanıyırsan? Deyər: “Bəli”. Sən deyərsən: “Cavad Zi­yadın oğ­ludur”. Pəs Ziyadı tapmaq vasitəsilə Cavadı tanıdı. Həm­çi­nin məsələn, bir şəxs bilmirdi ki, əfiyun insanı öldürür. Ona de­yir­sən ki, insan zəhər yesə ölər. Deyir: “Bəli”. Sən de­yir­sən ki, əf­iyun da zəhərdir. Pəs zəhərin qatil olmaqını təsdiq et­mək va­si­təsilə əfiyunun qatil olmaqını təsdiq etdi. Pəs insan daima bil­mə­diyini bildiyinin vasitəsilə bilir.

İkinci mətləb. “Vücud” ərəb lüğətidir. Farsca “həsti”, türk­cə “varlıq” deməkdir. Ədəm ərəb lüğətidir. Farsca nisti, tür­k­cə “yoxluq” deməkdir. Habelə, “mövcud” farsca “həst şode”, türk­­cə “var olmuş”, eləcə də “mədum nist şode”, “yox olmuş” de­­məkdir.

Üçüncü mətləb ehmal və iqtanın bəyanındadır. “Ehmal” – bir şeyin icad etməginə deyirlər ki, onun vücuda gəlməyi təd­bir və məsləhət üzündən olmaya. Məsələn, bir divar uçub daş­la­rı yolun içinə ayaqlar altına tökülməyi kimi ki, onun daş­la­rı­nın beşi bir yana uçub, üçü bir yana, biri bir yana, bəzisi biri-bi­­ri­nin üstə düşməyin nəhvilə hər görən bilir ki, bu divar özü bir sadəmə ilə yıxılıb və onun daşlarının bu keyfiyyətlə da­ğıl­ma­ğı əz ruye şüur olmayıb. Amma ittiqan ki, ehkamda de­yir­lər, ibarətdir şüur və tədbir üzrə iş görməkdən. Məsələn, hə­mən yıxılmış divarı görən şəxs neçə gün keçmiş də gəlib hə­mən divarın daşlarını görə ki, yolun içindən, ayaqlar altından yı­ğılıb bir tərəfdə nizam ilə biri-birinin üstə düzülüb, nəhvi ki, heç biri-birindən müqəddəm və müəxxir deyil. Yəqin edər ki, bu­nu bir şüur sahibi fikir və əql üzrə bu şəklə salıbdır. Bu dəxi cayi-inkar və şübhə degil, bəlkə bədihiyyət qəlibindəndir. Əzi­zi­yəm bu ehmal və ittiqan məsələsini yaxşı düşünüb hifzində saxlagilən ki, mətalibi-atiyədə çox lazim olacaqdır. Dördüncü mətləb budur ki, hər bir şey ki, bir qeyri şey vasitəsilə vücuda gəldi, onun mənşəyi və məbdəi gərək bilavasitə qeyri-olmuş da. Məsələn, hər bir şey ki, şor ola, labüd gərək ki, duz vasitəsi ilə olacaqdır. Amma duzun şor olmaqı qeyri vasitəsilə deyil öz za­tının iqtidasıyladır. Və həmçinin hər bir şey ki, yağlıdır, la­büd yağ vasitəsilə olubdur. Amma yağın yağlı olmaqı qeyri va­­sitəsilə deyil, bəlkə öz zatının fəqət iqtidasıyladır. Və həm­çi­­nin, məsələn, Zeyd kitabət etməgi Ömərdən təlim alıbdır. Ömər də Bəkrdən, o da bir başqasından. Labüd gərək bir kəsə müntəha ola ki, o heç kəsdən təəllüm etməmiş ola. Bəlkə elmi-kitabəti özü ixtira etmiş olunca ki, ruzigar üzrə görürük ki, fi­lan karxanada məsələn, yer şəxm edən makinası qayırılır. Onu kim kimdən öyrənib? Labüd gedib o kəsə müntəhi olar ki, o heç kəsdən öyrənməyib. Bəlkə özü ixtira edibdir. Bu mətləbi-vü­cud məsələsində də cari qılgilən. Bu nəhv ilə ki, məsələn, Zey­din vücudu atasındandır və onun da vücudu atasındandır. Və haəaza ta müntəha olsun həzrət Adəm əleyhissalama. Pəs onun vücudi kimdəndir. Çünki, o bir zamanda yoxdu, ola bil­məz ki, onun vücudu öz zatının iqtidasıyla ola.

Pəs labüd onun vücudu da bir qeyridən gərək naşi ola. Pəs gə­­rək bir yerə müntəhi ola ki, onun vücudu qeyridən əxz olun­ma­mış ola. Bəlkə öz zatının iqtidasıyla olmuş ola. Belə şeyə va­­cibül-vücud deyirlər. Necə ki, min bəəd təfsilən məlum ola­caq­dır. İnşa Allah təala.

Beşinci mətləb. Dövrün batil və məhal olmaqının bəya­nın­dan­dır. Əvvələn, dövr odur ki, bir şey vücuda gəlməkdə möv­quf­dur həmən əvvəlki şeyə. Məsələn, Zeydin vücudu möv­quf­dur, atası Ömərin vücuduna və Ömərin də vücudu moqufdur hə­min Zeydin vücuduna. Bu dövr məhal və mümtəni’dir. Zira ki, bundan lazım gəlir ki, bir zaman müəyyəndə şey həm var ola və həm yox ola. Məsələn, Zeyd gərək tarix 1360/1941 da yox olmuş ola ki, atasından vücuda gələ. Və gərək var ola ki, ta atası ondan vücuda gələ. Bunun batlanı bədihidir, dəlilə möh­­tac degil.



Altıncı mətləb. Təsəlsəl məhal və batildir. Təsəlsəl odur ki, bir şey bir şeyi-digərə mövquf ola. O digər də bir ayrı digərə. Ha­belə, əşya bir-birinə mövquf olub getsin ilə ğeyri-nihaya. Heç bir yerdə dayanacağı olmasın. Buna təsəlsəl deyərlər. Zira ki, silsilə zəncirə deyəllər. Necə ki, zəncirin halqaları biri-bi­rin­­dən asılıdır, kəzalik, məzkur məsələdə əşya məzkurə vü­cu­da gəlməkdə biri-birindən asılıdır. Bunun batlanına neçə dəlil iqa­mə ediblər. O cümlədən, biri bürhani-səlləm, biri bürhani-zayifdir. Onları kəmsavad kimsələrə bildirmək müşküldür. Bi­ri də bürhani-tətbiqdir. Onun bəyanı bu nəhvilədir: məsələn, iki zəncir asimandan yerə avizan olub biri gəlib axırıncı hal­qa­sı yerə çatıb o biri də gəlib on halqa qədəri yerdən yuxarı qa­lıb. Pəs bu iki zəncirin biri o birindən on halqa ziyaddır. İndi hə­mən zəncir naqisi tutub aşağa çəkib o zəncirilən ki yerə çat­mışdı, bərabər qıldıq. İndi bu zəncirlər biri-birilən musəvi odu. Ya ki, beəzm həmən on həlqə qədəri təfavütləri vardır. Əgər de­yirsən ki, musəvi oldular. O surətdə lazım gəlir ki, zayid na­qislə musəvi ola. Bu məhaldır. Və əgər deyirsən ki, həmən on həl­qə qədəri təfavütləri baqidir, lazım gəlir ki, mütənahi olsun­lar. Pəs namütənahi olmaq məhal oldu. Yeddinci mətləb mə­vadd səlasin bəyanındadır. Onun bəyanı budur ki, hər bir şey ki, bizim təsəvvürümüzə və zehnimizə gələ, üç qisimdən xaric de­yil, ya budur ki, ədəm qəbul edər, vücud qəbul etməz. Ya bu­dur ki, vücud qəbul edər, ədəm qəbul etməz. Ya budur ki, bun­ların hər ikisini qəbul edər. Biibarə uxra: ya budur ki, yox ola bilər, var ola bilməz buna mümtəniül vücud və məhal de­yəl­lər. Oğulun atadan böyük olmaqı kimi. Kor şəxsin gözü gör­məyi kimi. Səğir şey kəbir şeyi əhatə etmək kimi. Və dəvə öz cüssəsində qalmış halda iynə gözündən keçmək kimi ki, iy­nə də öz halında qalmış ola. Və ya budur ki, var ola bilər və həm yox ola bilər. Zira ki, öz zatı nə vücud iqtidası edər, nə ədə­mi-vücud. Ya ədəm ona qeyridən əta olmalıdır, bixilaf müm­tənəl-vücud ki, onun zati ədəm iqtidası edib vücud qəbul edə bilməz. Və bixilaf vacibəl-vücud ki, onun zatı vücud iqti­da­sı edib ədəm qəbul etməz. Amma bu məzkur, hər ikisini qə­bul edə bilər ona mümkünəl-vücud deyillər. Pəs cəmi nəzərə gələn şeylər ya mümtəni’dir, ya vacibdir, ya mümkün. Bunu ki bildin. Pəs bil və agah olgilən ki, bu aləmdə mövcud olan şey­lər ya gərək vacibəl-vücud ola, ya mumkünəl-vücud. Zira ki, müm­təniəl-vücud mövcud ola bilməyəcəkdir. Pəs mövcudat mün­həsir olacaqdır vacibəl-vücud ilə mümkünəl-vücuda. Pəs əgər təbiilər bunu qəbul edəllər, hər ayinə Allahın vücuduna iq­­rar edəllər. Zira ki, vacibəl-vücud degil, məgər Allah-təala və əgər qəbul etməzlər, bəlkə bu mövcudat təmamən müm­kü­nəl-vücuddur, deyəllər. Pəs o surətdə biz deyərik ki, müm­kü­nəl-vücud çünki zati iqtida vücud etməyib, vücudu qeyrdən əxz olunacaq. O deyir əgər mümkünəl-vücud olmış ola, onun da ehtiyacı bir qeyrə olacaq. Və həmin bu qeyr əgər əvvəlki qeyrd­ən vücud əxz edə, bunda dövr lazım gələr. Və dövr necə ki, sabiqdə bildin və əgər var qeyri də bir ayrı qeyrə möhtac ola vücudunda. Və hakəza, bu təsəlsəl olar. O da batildir. Pəs müm­kinatın vücudu dəlil qati’dir vacibin vücuduna. Əgər de­yə­sən ki, təbii’lər deyəllər bu xaricdə mövcud olan şeylər asi­man­lar, kəvakib, gün və ay həmçinin yerlər və yerdə olan şey­lər, cəmadat, nəbatat və heyvanat məxluq deyildirlər, bəlkə qə­dim­dirlər. Xaliqə ehtiyac yoxlarıdır. Bunlar tamam var imimş və olacaqlar iləl-əbəd. Cavab deyərik ki, bu aləm və bu məz­kur mövcudat qədim ola bilməzlər. Zira ki, bunlar cisimdirlər. Və cisim olan şey qədim ola bilməz əgər desələr nə dəlililən, de­yərik bu dəlililən ki, cisim olan şey həvadisdən xali ola bil­məz. Və həvadisdən xali ola bilməyən şey labüd gərək hadis ola. Zira ki, cisim labüd gərək bir məkanda ola. Pəs əgər an sa­ni­yədə də həmən məkanda baqidir. O surətdə ona sakin de­yil­lər. Və əgər an saniyədə o məkanı buraxıb ikinci məkana mün­tə­qil olub ona mütəhərrik deyəllər. Pəs asim olan şey ya mü­tə­hər­rikdir, ya sakin. Üçüncü şəqq mümkün degil və bu hərəkət və sükun hadisdir. Necə ki, məlum oldu, pəs əgər cisim olan şey qədim ola, gərək qədim də hərəkət və sükundan xali ola. Çünki qədimdə hərəkət və sükun yox idi. Və cismin hərəkət və sü­kundan xali olmaqi məhaldır. Pəs qədim olmaqı məhaldır və hadis olmaqı sabitdir. Pəs xaliqə möhtac olmaqı yəqindir.

İs­ba­tü-vacibəl-vücud etməkdə. Burada bu miqdara iktifa qıldım. Bu məsələni bu bəndə “İrşadül-mütəhəyyirin” kita­bın­da mü­fəs­silən bəyan qılmışam. Talib olanlar o kitaba rücu et­sin­lər. Və min bəəd həm bu risalədə, “Tərcümeyi-tohidi-Mü­fəz­zəl”də məz­kur olacaqdır, inşa-Allah.



İmdi şüru’ edək ruhani müşafiratın bir-bir mənzillərində bə­­­yan olan mətləbə.
المجلس الاول

المنزل الاول من منازل السفر الروحانى فى حدوث العالم و اثبات الصانع
اخبر المشتهر بتوحيد المضل بى عمر روى محمد بن سنان قال حدثنا المفضل بن عمر قال كنت ذات يوم بعد العصر جالساً فى الوضة بين القبر و المنبر و انا مفكر فيما خص لله به سيدنا محمد صلى الله عليه و اله من الشرف و الفضايل و ما منحه و اعطاه و شرفه به وحباه ممالا يعرفه الجمهور من الامة و ما جهلوه من فضله و عظيم منزلته و خطر مرتبته فانى لكذالك اذ اقبل ابن ابى العوجاء فجلس بحيث اسمع كلامه فلما استقربه المجلس اذا رجل من اصحابه قدجاء فجلس اليه فتكلم ابن ابى العوجاء فقال لقد بلع صاحب هذا القبر العز بكماله وحان الشرف بجميع خصاله و نال الخطوة فى كل احواله فقال له صاحبه انه كان فيلوسوفاً ادعى المرتبة العظمى و المنزله الكبرى واتى على ذلك بمعجزات بهرت العقول و ضلت فيها الاحلام و غاصت الالباب على طلب علمها فى بحار الفكر فرجعت خاسئات و هى حسير فلما استجاب لدعوته العقلاء و الفصحاء و الخطباء دخل الناس فى دينه افواجاً فقرن اسمه باسم ناموسه فصار يهتف به على رؤوس الصوامع فى جميع البلدان و المواضع التى انتهت اليها دعوته و علت بها كلمته و ظهرت فيها حجته برا و بحراً و سهلا و جبلا فى كل يوم و ليلة خمس مرات مرد دًا فى الاذان و الاقامة ليتجدد فى كل ساعة ذكره ليلا يخمل امره فقال ابن ابى العوجاء دع ذكر محمد الذى يمشى به تم ذكر ابتداء الاشياء وزعم ان ذلك باهمال لا صنعه فيه ولا تقدير و لاصانع له ولامدبر بل الاشياء تتكون من ذاتها بلا مدبر و على هذا كانت الدنيا لم تزل ولاتزال.

Birinci məclis

Ruhani səfər mənzillərindən birinci mənzil

Kainatın yaranması və sane’nin isbatı

Tərcümey-hədisi-şərif
Rəvayət edir Məhəmməd bin Sinan, deyir: Nəql ey­lə­di bi­zim üçün Müfəzzəl bin Ömər. Dedi: “Bir gün əsrdən sonr­a əy­ləş­mişdim Rövzada, minbəri-şərifilə qəbri-mübarək ara­sında. Mən fikir edirdim o şeydə ki, Allah-təala bizim ağa­mız Mə­həm­mədi (s) ona məxsus qılıb şərafətdən və fəzayildən və cə­la­lətdən ki cumhur ümmət ona cahildirlər və onun əzim olan mər­­təbəsinə arif degildirlər. Mənim bu halımda nagah ibn Əbil-Övcə’ gəlib Rövzədə əyləşdi. Belə ki, təkəllüm edəndə sə­­si­ni eşidirdim. Bu halda bir kişi onun əshabından gəlib onun bə­ra­bərində əyləşdi. Pəs ibn Əbil-Övcə’ dedi ki, bu qəbrin sa­hi­bi iz­zətin və şərafətin və fəzayilin cəmi mərtəbələrinə ye­tiş­di. Rə­­fiqi dedi: “O feylusuf, çox böyük mərtəbə iddia eylədi. Və bu müddəasına möcüzələr gətirdi ki, əqllər ondan məbhyt qal­­dı və fikirlər onun dəryasında qərq oldu. Taki, fikirlər onu id­­rak etməkdən mə’yus oldu. Zaman ki aqillər və fasihlər və xə­­tib­lər onun dəvətinə icabət qıldılar, insanlar fövcə-fövcə onun di­ni­nə daxil oldular. Və müttəsil eylədi öz ismini al­la­hı­nın is­mi­­nə. Nida olunur. Onun ismilə sövmələrin üstündə cəmi o şə­hər­­lərdə və o yerlərdə ki onun dəvəti o yerlərə müntəha olub, dər­­yada və quruda, dağda, ya səhrada, hər gündə, gecədə beş də­­fə azanda və iqamədə, ta ki onun əmri tazələnib, yaddan çıx­ma­sın. İbn Əbil-Övcə’yə dedi: “Qoy, Məhəmmədin zikri qal­sın. Mə­nim əqlim onun barəsində mütəhəyyir qalıb və fik­ri­ni azıb. Və danış o əsldən ki, onun şəbəbinə gedəllər onun di­ni­nə tərəf. Pəs İbn Əbil-Övcə’ başladı əşyanın ibtidasından. De­di bu möv­cudat ehmal üzrə olub. Nə bunların xaliqi var, nə tədbir və hik­mət üzrə olub. Bəlkə əşya özü-özünə mutakavvin olub be­du­ni mü­dəbbir sane’ belə olub, belə də olacaqdır əbə­dən.

بقية حديث شريف
قال المفضل فلم املك نفسى غضباً و غيظا و حنقاً فقلت يا عدو الله الحدت فى دين الله و انكرت البارى جلّ قدسه الذى خلقك فى احسن تقويم و صورك فى اتم صورة و نقلك فى احوالك حتى بلغ بك الى حيت انتهيت فلو تفكرت فى نفسك و صدقك لطيف حسنك وجدت دلائل الربوبية و اثار الصنعة فيك قائمة و شواهده جل و تقدس فى خلقك واضحة و برا هنيه لك لائحة فقال يا هذا ان كنت من اهل الكلام كلمناك فان ثبت لك حجة تبعناك وان لم تكن منهم فلا كلام لك وان كنت من اصحاب جعفر بن محمد الصادق فما هكذا – يخاطبنا و لا بمثل دليلك يجادلنا و لقد سمع من كلامنا اكثر مما سمعنك فما افحش فى خطابنا و لا تعدى فى جوابنا فانه للحليم الرزين العاقل الرصين لايعتربه خرق ولا طيش ولانزق و يسمع كلامنا و يصغى الينا و يستعرف حجتنا حتى اذا استفرغنا ما عندنا وظننا انا قد قطعناه ارخص حجتنا بكلام يسير خطاب قصير يلزمنا به الحجة و يقطع العذر ولانستطيع جوابه ردا فانكنت من اصحابه فخاطبنا بمثل خطابه.

Tərcümeyi-bəqiyyəti-hədisi-şərif
Müfəzzəl deyir. Bu sözləri İbn Əbil-Övcə’dən eşidəndə dəxi qeyzdən qəzəbdən özümü saxlaya bilməyib dedim: “Ey Allahın düşməni, dindən çıxıb Allah-təalanı inkar eylədin. Be­lə Allah ki, səni xəlq edib və müsəvvir qılıb, əhsən və ətməm olan surətdə və nəql edib səni haldan-hala. Ta müntəha ol­mu­san bu hala. Pəs əgər fikir edəsən və qəlbin sənə təsdiq edə ha­ra­­yı­na dəlayili-rububiyyəti və asari sane’ öz nəfəsində qaim və şə­­va­hidil-vahiyyəni vazeh və layih görürsən. Pəs İbn Əbil-Öv­cə’ de­di: “Ey şəxs, əgər sən əhli kəlam olasan, səninlə mü­ka­li­mə edə­rik. Əgər sənin dəlilin sabit ola, sənə tabe olarıq. Və əgər əh­­li-kəlamdan olmasan, səninlə sözümüz yoxdur. Və əgər Cə­fər bin Məhəmməd əs-Sadiqin əshabından, sən bizimlə tə­kəl­lüm et­mir və sənin kəlamın kimi bizimlə mücadilə etmir. Və o bi­­zim kəlamımızdan səndən çox eşidib. Heç fəhş mə­qa­mı­na gəl­­mə­yib. Harayına o həlim bavüqar, aqil və səngindir. Tünd­­xu və bədxülq degil. Bizimlə danışanda qulaq verirsiz bi­zə ta ki, mət­ləbimizi deyib təmam edərik. Güman edərik ki, ona qa­lib ol­duq. Axırda bir müxtəsər kəlmə ilə bizim də­li­li­mi­zi rədd edib hüccəti bizə tamam edər. Belə ki, onun cavabında aciz qa­­larıq. Və pəs əgər sən onun əshabından sən bizimlə onun ki­­mi müxatibə qılgilən.
بقية حديث شريف
قال المفضل فخرجت من المسجد محزونا مفكراً فيما بلى به الاسلام و اهله من كفر هذه العصابة و لعطيلها فدخلت على مولاى صلوات الله عليه فرانى منكسرا فقال: مالك فاخبرته بما سمعت من الدهريين و بما رددت عليهما فقال: لألقين اليك من حكمة البارى جل و علا و تقدس اسمه فى خلق العالم و السباع و البهايم و الطبير و الهوام و كل ذى روح من الانعام و النبات و الشجرة المثمرة و غير ذات الثمر و الحبوب و البقول الماكوك من ذلك و غير المأكول ما يعتبربه المعتبون وسكن الى معرفته المؤمنون و يتحير فيه الملحدون فبكر على غدا.
Tərcümeyi-bəqiyyəti-hədisi-şərif
Dedi Müfəzzəl: Pəs çıxdım məsciddən məh­zun və mütə­fək­kərən o şeydən ötrü ki, mübtəla olub ona is­lam və əhli-is­lam o tayifənin küfründən və tətilindən. Pəs da­xil oldum ağa­mın hüzuruna (salavatullah aleyhi). Pəs məni qəm­gin görüb bu­yurdu: Nə olub sənə? Əhvalatı ərz eylədim ona dəhrilərdən eşit­diyimi və onlara verdiyim cavabları. Pəs bu­yurdu: Əlbəttə, tö­kərəm sənə tərəf Allah cüll və cəlala hik­mə­tindən bu aləmin xil­qətində və siba’ və bəhayimin və quş­la­rın və zira hey­van­la­rın və hər ruh sahibinin heyvanatdan və nə­batatdan, meyvəli və meyvəsiz ağaclardan və mə’kul və qey­ri-mə’kul səb­zi­yat­dan. O miqdar bəyan edərəm ki, ibrət gö­türənlər ondan ibrət gö­türsünlər və möminlərin qəlbi aram olsun və dəhrilər mü­tə­həy­yir olsunlar. Sabah gəl mənim ya­nı­ma.
بقية حديث شريف
قال المفضل: فانصرفت من عنده فرحاً مسروراً و طالت على تلك الليلة انتظاراً لما وعدنى به فلما اصبحت غروت فاستوذن لى فدخلت و قمت بين يديه فامرنى بالجلوس فخلست ثم نهض الى حجرة كان يخلو فيها فنهضت بنهوضه فقال فاتبعنى فتعتبه فدخل فدخلت خلفه فجلس و جلست بين يديه فقال: يا مفضل كانى بك و قد طالت عليك هذه الليلة انتظاراً لما و عدتك فغلت اجل يا مولاى فقال: يا المفضل ان الله كان ولاشئ قبله و هو باق ولانهاية له فله الحمد على ما الهمنا وله الشكر على ما منحنا وقد خصنا من العلموم باعلاها و من المعالى باسناها و اصطفانا على جميع الخلق بعلمه و جعلنا مهيمنين عليهم بحكمه فقلت: يا مولاى اتأذن لى ان اكتب ما شرحه و كنت و كنت اعددت معى ما اكتب فيه فقال لى: افعل.
Tərcümeyi-bəqiyyəti-hədisi-şərif
Müfəzzəl deyir: Qayıtdım həzrətin xidmətindən şad və xür­­rəm. Pəs o gecə mənə çox tulani oldu. Həzrətin verdiyi və’­də­­si­nə intizar çəkmək üçün. Vəqti ki, sabaha çıxdım getdim. İzn ver­di mənə daxil oldum. Durdum ayaq üstdə. Əmr eylədi mə­­nə cülusa. Pəs əyləşdim. Pəs həzrət durdu ayağa. Mən də dur­­dum. Getdi bir hücrəyə ki, orada xəlvət edərdi. Buyurdu: “Gəl da­lımca”. Pəs daxil oldu. Mən də daxil oldum. Pəs əg­ləş­di. Mən də əgləşdim. Buyurdu: “Yə Müfəzzəl, belə bilirəm, bu ge­­cə sənə çox tulani olub. Verdiyim vədəyə intizar çəkməyə gö­­­rə. Dedim: “Bəli, ya Mövlaya”. Buyurdu: “Yə Müfəzzəl, be­­­dürüsti ki, Allah-təala var idi, heç bir şey ondan sabiqdə yox idi. Və baqi olacaq və heç nəhayəti olmayacaq. Pəs onun üçün­­­dür həmd o nemətə görə ki, bizə ilham edib. Və onun üçün­­­dür şükür o şeyə görə ki, bizə əta qılıb. Betəhqiq ki, bizi məx­sus qılıb elmlərin əlasına və mərtəbələrin ucasına. Və bö­yü­­­tüb bizi cəmi xülqdən öz elmi ilə və əmin qərar verib bizi on­­­lara öz hökmü ilə”. Dedim: “Ya Mövlaya, aya, izn versən ki, şərh etdiyin mətalibi yazım. Mən amedə qılmışdım qələm, ka­­­ğız. Buyurdu: “Yaz”.
بقية حديث شريف
يا مفضل، ان الشكاك جهلوا الاسباب و المعانى فى الخلقة و قصرت افهامهم عن تامل الصواب و الحكمة فيما ذرا البارى جل قدسه و برأ من صنوف خلقه فى البر و البحر و السهل و الوعر فخرجوا بقصر علومهم الى الجحود و بضعف بصائر هم الى التكذيب و العنود حتى انكروا خلق الاشياء و ادعوا ان كونها بالاهمال لا صنعة فيها ولا تقدير ولا حكمة من مدبر ولاصانع تعالى الله عما يصفون و قاطلهم الله انى يؤفكون فهم فى ضلالتهم و عماهم و تتحيرهم بمنزلة عميان دخلوا دار اقد بنيت اتقى بناء واحسنه و فرشت باحسن الفرش و افخره و اعد فيها ضروب الاطعمة و الاشربة و الملابس و المآرب التى يحتاج اليها لايستغنى عنها و وضع كل شئ من ذلك موضعه على صواب من التقدير و حكمة من التدبير فجعلوا يترد دون فيها يميناً و شمالاً و يطوفون بيوتها ادبارا و اقبالا محجوبة ابصارهم عنها لا يبصرون بنية الدار و ما اعد فيها و ربما عثر بغضهم بالشئ الذي قد وضع موضعه و اعد للحاجه اليه و هو جاهل بالمعنى فيه و لما اعد ولماذا جعل كذلك فتذهم و تسخط و ذم الدار و بأنيها فهذه حال هذا الصنف فى انكارهم ما انكروا من امر الخلقة و ثباب الصنعة فانهم لما غربت افهامهم اذهانهم عن معرفة الاسباب و العلل فى الاشياء صاروا يجولون فى هذا العالم حيارى ولا يفهمون ما هو عليه من اتقان خلقته و حسن صنعته و صواب تهيئته و ربما وقف بعضهم و على الشئ لجهل سببه و الادب فيه فيسرع الى ذمه و وصفه بلا حالة و الخطأ كالذى اقدمت عليه الماويه الكفرة و جاهرت به الملحدة المارقة الفجرة و اشباههم من اهل الضلال المعللين انفسهم بالمحال فيحق على من انعم الله عليه بمعرفته و هداه لدنيه و وفقه لتأمل التدبير فى صنعة الخلايق و الوقوف على ما خلقوا له من لطيف التدبير و وصواب التعبير بالدلالة القاتمة الدالة على صانعها ان يكثر حمد الله مولاه على ذلك ويرغب اليه فى الثبات عليه و الزيارة منه فانه جل اسمه يقول: لئن شكرتم لأزيدنكم و لئن كفرتم ان عذابى لشديد.
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə