Mək mühafizəsi, Təhlükəsizlik texnikası və Yanğından mühafizə qaydalarının testləRİ Dövlət səviyyəsində ƏM-i hansı orqana həvalə olunmuşdur? «Azərenerji asc»




Yüklə 145.27 Kb.
tarix10.04.2016
ölçüsü145.27 Kb.
Elektrik stansiyalarının avtomatika qurğularıkursunun “Əmək mühafizəsi, Təhlükəsizlik texnikası və Yanğından mühafizə qaydalarının

TESTLƏRİ


  1. Dövlət səviyyəsində ƏM-i hansı orqana həvalə olunmuşdur?

  1. «Azərenerji ASC»-nin rəhbərliyinə

  2. Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinə

  3. Ədliyyə nazirliyinə

  4. Müəssisə rəhbərliyinə

  5. Heç kəsə həvalə olunmur

  1. ƏM-i normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsinə bilavasitə Kim cavabdehdir?

  1. Sex və ya şəbəkə rayonunun rəisi

  2. Baş mühəndis

  3. Müəssisənin direktoru

  4. «Azərenerji» ASC-nin rəhbərliyi

  5. ƏM-şöbəsinin rəisi

  1. ƏM kabinetini yaratmaqda məqsəd nədir?

  1. İşçilərə təhlükəsiz əmək üsullarını öyrətmək

  2. Tematik kurslar, seminarlar keçirmək

  3. İşçilərə istismar təlimatlarını öyrətmək

  4. 1,2 – göstərilənlər

  5. 1,3 – göstərilənlər

  1. TİQ hansı sənədlərə aiddir?

  1. Təşkilati sənədlərə

  2. Normativ sənədlərə

  3. Metodik sənədlərə

  4. Operativ sənədlərə

  5. İnzibati sənədlər

  1. «Əks-qəza məşqlərinin aparılması qaydaları» hansı sənədlərə aiddir?

  1. Təşkilati sənədlərə

  2. Normativ sənədlərə

  3. Metodik sənədlərə

  4. Operativ sənədlərə

  5. İnzibati sənədlərə.

  1. Operativ heyətlə neçə müddətdən bir əks-qəza məşqləri keçirilməlidir?

  1. İldə 2 dəfədən az olmayaraq

  2. Kvartalda 1 dəfədən az olmayaraq

  3. İldə 3 dəfədən az olmayaraq

  4. 4 ayda 1 dəfədən az olmayaraq

  5. Baş mühəndis təyin edir.

  1. Məşq iştirakçısı «qeyri-kafi» qiymət alarsa nə etməli?

  1. Onunla fərdi əks-qəza məşqi keçirilir

  2. Başqa vəzifəyə keçirilir

  3. Onun biliyi təkrar yoxlanılır

  4. İşə buraxılmır, onunla əlavə təlimat və plandan kənar məşq keçirilir və biliyi yenidən yoxlanılır

  5. İşdən azad edilir.

  1. Növbətçi heyət əks-qəza məşqlərinin proqrammı ilə tanış edilməlidirmt?

  1. Yox

  2. Edilməlidirlər, əks-qəza məşqlərindən əvvəl

  3. Əks-qəza məşqinin rəhbəri icazə verərsə

  4. Edilməlidirlər, əks-qəza məşqlərindən sonra

  5. Direktor və ya baş mühəndis təyin edir.




  1. Hansı hallarda gərginlik altında olan el/ qurğusunu köpük və ya su ilə söndürmək olar?

  1. Rezin əlcək və botuları geydikdən sonra

  2. Yalnız dielektrik-rezin xalçacıq üzərində durduqdan sonra

  3. Lülələri torpaqladıqdan sonra

  4. İnsanlar qurğudan uzaqlaşdırıldıqdan sonra

  5. Lüləni (su, köpük) torpaqladıqdan, rezin əlcək və botu geyildikdən sonra.

  1. Aşağıda göstərilən hansı işdə pozuntular qəza sayılır?

  1. İşdə pozuntu nəticəsində istehlakçılara 50000 kVt saat və daha artıq elektrik enerjisi verilməmişsə

  2. İşdə pozuntu nəticəsində istehlakçılara 20000 kVt saat və daha artıq elektrik enerjisi verilməmişsə

  3. İşdə pozuntu nəticəsində istehlakçılara 40000 kVt saat və daha artıq elektrik enerjisi verilməmişsə

  4. İşdə pozuntu nəticəsində istehlakçılara 30000 kVt saat və daha artıq elektrik enerjisi verilməmişsə

  5. İşdə pozuntu nəticəsində istehlakçılara 70000 kVt saat və daha artıq elektrik enerjisi verilməmişsə.

  1. Qəzaların və işdə imtinaların araşdırılması neçə günə qurtarmalıdır?

  1. 10 gündən artıq olmayaraq

  2. 7 gündən artıq olmayaraq

  3. 15 gündən artıq olmayaraq

  4. Bunu komissiyanın sədri təyin edir

  5. Bunu komissiyanın təşkili barədə əmr verən şəxs təyin edir.

  1. Hansı xəsarət növləri var?

  1. mexaniki

  2. termiki

  3. kimyəvi

  4. elektriki

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Fərdi mühafizə vasitələri hansılardır?

  1. Xüsusi geyimlər, ayaqqabılar

  2. Qoruyucu kəmərlər, montyor caynaqları

  3. Dəbilqələr, şlemlər

  4. Əleyhiqazlar, respiratorlar

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Kollektiv mühafizə vasitələri hansılardır?

  1. Blokirovkalar, çəpərləmələr

  2. Torpaqlamalar, sıfırlamalar

  3. Təhlükəsizlik plakatları

  4. İstilik izolyasiyası

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Əsas mühafizə vasitələri hansılardır?

  1. Onlar elektrik qurğusunun işçi gərginliyinə hesablanırlar

  2. Onlarla gərginlik altında olan cərəyan daşıyan hissələrə toxunmaq olar

  3. Onlar işçi gərginliyə uzun müddət davam gətirirlər

  4. 1,2,3 – də göstərilənlər

  5. 1,2 – də göstərilənlər

  1. Köməkçi mühafizə vasitələri hansılardır?

  1. Onlar sınaqdan keçmirlər

  2. Onlar əsas mühafizə vasitələrini tamamlayırlar

  3. Onlarla gərginlik altında olan hissələrə qısa müddətə toxunmaq olar

  4. Əsas mühafizə vasitələrindən istifadə edərkən onlarsız keçinmək olar

  5. 1000 V-a qədər gərginlikdə cərəyan daşıyan hissələrə toxunmaq olar.

  1. 1000 V-dan yuxarı gərginlikdə əsas mühafizə vasitələri hansılardır?

  1. Gərginlik göstəriciləri

  2. Ştanqlar

  3. Ölçü kəlbətinləri

  4. Dielektrik əlcəklər

  5. 1,2,3 – də göstərilənlər

  1. 1000 V-dan yuxarı gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır?

  1. Dielektrik əlcəklər

  2. Montyor alətləri

  3. Əriyən qoruyucuları qoyub-çıxaran kəlbətinlər

  4. Gərginlik göstəriciləri

  5. Ştanqlar

  1. 1000 V-a qədər gərginlikdə əsas mühafizə vasitələri hansılardır?

  1. Gərginlik göstəriciləri

  2. Montyor alətləri

  3. Dielektrik əlcəklər

  4. Ölçü kəlbətinləri

  5. 1,2,3,4 – də göstərilənlər

  1. 1000 V-a qədər gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır?

  1. Rezin əlcəklər

  2. Mühafizə eynəkləri

  3. Dielektrik ayaqaltıları

  4. 2,3-də göstərilənlər

  5. 1, 3-də göstərilənlər.

  1. Dielektrik botular necə sınaqdan keçməlidirlər?

  1. 3 ildə 1 dəfə 15 kV gərginliyə

  2. 2 ildə 1 dəfə 9 kV gərginliyə

  3. 3 ildə 1 dəfə 9 kV gərginliyə

  4. 2 ildə 1 dəfə 15 kV gərginliyə

  5. 5 ildə 1 dəfə 9 kV gərginliyə

  1. Rezin qaloşlar necə sınaqdan keçməlidirlər?

  1. İldə 1 dəfə, 3,5 kV gərginliyə

  2. İldə 1 dəfə, 2,5 kV gərginliyə

  3. 2 ildə 1 dəfə 3,5 kV gərginliyə

  4. 2 ildə 1 dəfə 2,5 kV gərginliyə

  5. 3 ildə 1 dəfə 3,5 kV gərginliyə.

  1. Aşağıdakılardan hansılar «xüsusi işlərə» aiddir?

  1. 5 metrdən yüksəklikdə görülən işlər

  2. Yüksək gərginliklə sınaq işləri

  3. Təzyiq altındakı avadanlığa xidmət işləri

  4. Gərginlik altında görülən işlər

  5. 1,2,3,4-də göstərilənlər

  1. Xüsusi işlərə «buraxma» icazəsi hansı sənədlərdə qeyd olunur?

  1. Biliklərin yoxlanması jurnalında, komissiyanın rəyində

  2. Biliyi yoxlananın vəsiqəsində

  3. Müəssisə üzrə verilən əmrdə

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. Gərginlik altında olan avadanlıqlara buraxıla bilən məsafə nə qədərdir?

  1. 6-10 -35 kV-1 metr; 110 kV- 1 metr

  2. 6-10 -35 kV-0,6 metr; 110 kV- 1 metr

  3. 6-10 kV-0,6 metr; 35 kV-1 metr 110 kV- 2,5 metr

  4. 6-10 kV -0,6 metr; 35-110 kV- 1 metr

  5. 6-kV -0,6 metr; 10-35 kV- 1 metr; 110 kV- 1,5 metr.

  1. Addım gərginliyindən işçini hansı mühafizə vasitələri qoruyur?

  1. Dielektrik ayaqaltılar

  2. Rezin qaloşlar

  3. Dielektrik botular

  4. Rezin ayaqaltılar

  5. Xüsusi ayaqqabılar




  1. İşə buraxan kimlər ola bilər?

  1. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər III qr;

  2. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər IV qr;

  3. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;

  4. Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər IV qr;

  5. Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;

  1. Neçə müddət enerjisistem 49,5 hs tezliklə işlədikdə qəza sistem qəzası sayılır?

  1. 30 dəqiqə

  2. 1 saat

  3. 1,5 saat

  4. 2 saat

  5. 3 saat.

  1. Rəhbərliyin yazılı göstərişi ilə işçilərə hansı hüquqlar verilir?

  1. Avadanlığa təkbaşına baxış keçirmək

  2. İş yerini hazırlamağa və işə buraxmağa icazə vermək

  3. Nəzarətçi olmaq

  4. 1,2-də göstərilənlər

  5. 1,2,3-də göstərilənlər

  1. Briqada üzvlərinin qrupu neçə olmalıdır?

  1. II qrup

  2. Gərginlik altında işləyərkən III qrup

  3. Potensial altında işləyərkən IV qrup

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Briqadanın tərkibində I qrup neçə nəfər ola bilər?

  1. Hər bir I qrupa, bir nəfər III qr. olmalıdır

  2. I qrup işçilərin sayı 3 nəfəri keçməməlidir

  3. 5 nəfəri keçməməlidir

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Briqada üzvülərini kim təlimatlandırmalıdır?

  1. İşə buraxan

  2. İş icraçısı

  3. İş rəhbəri əlavə edə bilər

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Hansı hallarda iş rəhbəri mütləq təyin olunmalıdır ?

  1. Dayaqlar quraşdırılarkən və sökülərkən

  2. Yükqaldırma maşınları və mexanizmlərdən istifadə edilərkən

  3. HX-nin kəsişmə yerlərində iş görülərkən

  4. Gərginlik və potensial altında iş görülərkən

  5. 1,2,3,4-də göstərilənlər

  1. Gərginliyin olmamasını kim yoxlaya bilər?

  1. Y/st-da: 1000 V-dan yuxarı qurğularda IV qr, 1000 V-dan aşağı III qr.

  2. Hx-də 1000 V-dan yuxarı qurğularda IV və III qr, 1000 V-dan aşağı III qr.

  3. Y/st-da 1000 V-dan yuxarı qurğularda IV və III qr,1000 V-dan aşağı III qr

  4. Hx-də 1000 V-dan yuxarı qurğularda IVqr. 1000 V-dan aşağı III qr

  5. 1,2-də göstərilənlər

  1. Ezamiyyə edilən heyətin mütəxəsislərinə, əsasən, hansı hüquqlar verilir?

  1. İş rəhbəri

  2. İş icraçısı

  3. Briqada üzvləri

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Ezamiyyəyə gələn işçilərlə hansı təlimatlar keçirilir?

  1. Giriş təlimatı

  2. İlkin təlimat

  3. Keçirilmir

  4. Növbəti və ya növbədənkənar təlimat

  5. 1,2-də göstərilənlər

  1. Hansı hallarda naryad yenidən yazılmalıdır?

  1. İşin rəhbəri dəyişərsə

  2. İş icraçısı dəyişərsə

  3. Briqadanın tərkibi 50%-dən çox dəyişərsə

  4. İşin yerinə yetirilmə şəraiti dəyişərsə və ya iş yeri genişləndirilərsə

  5. 1,2,3,4-də göstərilənlər

  1. İnsan həyatı üçün qorxulu gərginlik neçə voltdur?

  1. Quru yerlərdə 42 volt, nəmli yerlərdə 36 volt

  2. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  3. Quru yerlərdə 42 volt , nəmli yerlərdə 12 volt

  4. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  5. İş şəraitindən asılı olmayaraq 12 voltdan yuxarı

  1. Energetika obyektlərində işə başlayan işçilərinə olan tələblər hansılardır?

1) Tibbi müayindən keçməlidirlər

2) Vəzifəsinə müvafiq TTQ-ni bilməlidirlər və qrupları olmalıdır.

3) Onlara vəsiqə verilməli və həmişə vəsiqəni özlərində saxlamalıdırlar.

4) 1,2,3-də göstərilənlər

5) 1,2-də göstərilənlər


  1. İşində 6 aydan çox fasilə olan işçinin yenidən işə buraxılma qaydası necədir?

  1. Biliyi yenidən yoxlanmalıdır

  2. İş yerində əvəzetmə kimi işləməlidir

  3. Müvafiq təlimatlar keçməlidir

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. İstismar təlimatlarının və texnoloji sxemlərin siyahısı kim tərəfindən təsdiq olunur?

  1. Direktor

  2. Baş mühəndis

  3. Direktor müavini

  4. ƏM şöbəsinin rəisi

  5. TİŞ-nin rəisi

  1. Akkumulyator qurğularına xidmət edən heyət nələrlə təchiz edilməlidir?

  1. Xüsusi paltarla

  2. Gərginliyə nəzarət etmək üçün voltmetrlə

  3. Elektrik sıxlığını ölçmək üçün aerometrlə

  4. Termometrlə

  5. 1,2,3,4-də göstərilənlər

  1. Operativ heyətə blokirovkanı işdən çıxarmağa icazə verilirmi?

  1. Verilmir

  2. Yuxarı operativ heyətin icazəsi ilə verilir

  3. Direktor təyin edir

  4. Sadə sxemlərdə icazə verilir

  5. Əməliyyatdə 3 nəfər iştirak edirsə, icazə verilir

  1. Elektrik sahəsinin gərginliyi 25 kV/m-sə, orada neçə dəqiqə dayanmaq olar?

  1. 5 dəqiqə

  2. Olmaz

  3. 10 dəqiqə

  4. 3 dəqiqə

  5. 15 dəqiqə

  1. Elektrik sahəsinin gərginliyinin son həddi nə qədərdir?

  1. 25 kV/m

  2. 20 kV/m

  3. 15 kV/m

  4. 30 kV/m

  5. 10 kV/m

  1. Elektrik sahəsinin gərginliyi 5 kV/m-isə, orada neçə dəqiqə dayanmaq olar?

  1. 10 dəqiqə

  2. 8 saat

  3. 1 dəqiqə

  4. 1 saat

  5. 30 dəqiqə

  1. APQ-də maşın və mexanizmlər hansı sürətlə hərəkət etməlidirlər?

1) 15 km/saat

2) 10 km/saat

3) 20 km/saat

4) Baş mühəndis təyin edir



5) İş rəhbəri təyin edir

  1. Elektrik qaynaqçısının qrupu neçə olmalıdır?

  1. Baş mühəndis təyin edir

  2. IV qrup

  3. III qrup

  4. II qrup

  5. Tələb olunmur

  1. Hansı hallarda dielektrik əlcəklərdən istifadə etmək qadağandır?

  1. Əgər sınaqdan keçməyibsə

  2. Sınaqdan keçmək barədə üstündə ştamp yoxdursa

  3. Əgər əlcəkdə deşik varsa, cırılıbsa

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2 -də göstərilənlər

  1. 1000 V-a qədər elektrik qurğularında səyyar torpaqlamalara olan tələblər hansılardır?

  1. Minimal en kəsiyi 16 mm2 olmalıdır

  2. Elastik mis məftillərdən hazırlanmalıdır

  3. Üzərində onun nömrəsini və en kəsiyini göstərən birkalar asılmalıdır

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?

  1. Olmaz

  2. Baş mühəndisin icazəsi ilə, olar

  3. İş rəhbərinin icazəsi ilə, olar

  4. Qəza hallarında, olar

  5. Xarici görkəmi normal isə olar

  1. Dielektrik botular nə üçündür?

  1. 1000 V-dan yuxarı elektrik qurğularında köməkçi mühafizə vasitəsi kimi işlədilir?

  2. 1000 V-dan yuxarı elektrik qurğularında əsas mühafizə vasitəsi kimi işlədilir?

  3. «Addım gərginliyi»ndən mühafizə edir

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. İşlərin təhlükəsiz icra olunması üçün təşkilati tədbirlər hansılardır?

  1. Hava şəraitinin müəyyən edilməsi

  2. Alətlərin sazlığının yoxlanması

  3. İş yerinin hazırlanması və işə buraxma

  4. Mühafizə vasitələrinin yoxlanması

  5. Təlimatın verilməsi.

  1. İşin təhlükəsiz aparılması üçün hansı şəxslər məsuliyyət daşıyır?

  1. Sex rəisi

  2. Operativ personal

  3. Usta

  4. Naryad üzrə məsul şəxslər

  5. TT üzrə mühəndis.

  1. Aşağıdakılardan hansı təşkilati tədbirlərə aiddir?

  1. Gərginliyin açılması

  2. Torpaqlanmanın qoyulması

  3. Kommutasiya aparatlar ilə gərginliyin çıxarılması

  4. İşin qurtarmasının rəsmiləşdirilməsi

  5. Gərginliyin olub-olmamasının yoxlanılması.

  1. Əməyin mühafizəsi və TTQ üzrə təlimatlar hansılardır?

  1. Giriş, ilkin (iş yerində), təkrar, növbədənkənar, cari

  2. Giriş, ilkin, təkrar, növbəli, cari

  3. Giriş, ilkin, təkrar, növbədənkənar, əlavə

  4. Gündəlik, ilkin, təkrar, növbədənkənar, əlavə

  5. Giriş, ilkin, gündəlik, növbəli, cari

  1. Giriş təlimatı kim tərəfindən aparılır?

  1. Kadrlar şöbəsinin rəisi tərəfindən

  2. Əməyin mühafizəsi və TT-üzrə mühəndis tərəfindən

  3. Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən

  4. Naryad və sərəncam vermək hüququ olan şəxs tərəfindən

  5. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs tərəfindən

  1. İlkin, təkrar və növbədənkənar təlimatları kimlər aparır?

  1. Kadrlar şöbəsinin rəisi

  2. Həmkarlar İttifaqı Komitəsinin sədri

  3. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs

  4. İnzibati-texniki rəhbər işçi (sex rəisi, sahə rəisi, laboratoriya rəhbəri, onların müavinləri)

  5. Əməyin mühafizəsi və TT mühəndisi

  1. Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000 V-a qədər qurğularda əsas mühafizə vasitələrinə aiddir?

  1. Dielektrik əlcək, dielektrik botu, dielektrik kəlbətin, ştanqa

  2. Dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin, ştanqa

  3. Dielektrik əlcək, dielektrik kəlbətin, montyor alətləri

  4. Dielektrik əlcək, dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin

  5. Dielektrik botu, dielektrik xalça, dielektrik kəlbətin

  1. Dielektrik əlcəklər neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. İldə bir dəfə, 6 kV gərginlikdə

  2. 6 ayda bir dəfə, 9 kV gərginlikdə

  3. İldə bir dəfə, 9 kV gərginlikdə

  4. 6 ayda bir dəfə, 6 kV gərginlikdə

  5. 6 ayda bir dəfə, 2,5 kV gərginlikdə

  1. Dielektrik botular neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. 3 ildə bir dəfə 9 kV gərginlikdə

  2. 2 ildə bir dəfə 12 kV gərginlikdə

  3. 3 ildə bir dəfə 15 kV gərginlikdə

  4. 3 ildə bir dəfə 12 kV gərginlikdə

  5. 2 ildə bir dəfə 9 kV gərginlikdə

  1. Montyor alətləri neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. 6 ayda bir dəfə, 3 kV gərginlikdə

  2. İldə bir dəfə, 2,0 kV gərginlikdə

  3. 6 ayda bir dəfə, 6 kV gərginlikdə

  4. İldə bir dəfə, 3 kV gərginlikdə

  5. 2 ildə bir dəfə, 2,5 kV gərginlikdə

  1. Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000 V-a qədər qurğularda əsas, 1000 V-da artıq qurğularda isə köməkçi mühafizə vasitələri sayılır?

  1. Dielektrik xalça

  2. Ştanqa

  3. Dielektrik botu

  4. Dielektrik əlcək

  5. Dielektrik kəlbətin

  1. Zərər çəkmiş adama süni nəfəsvermə zamanı dəqiqədə neçə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 12 dəfə

  3. 15 dəfə

  4. 17 dəfə

  5. 20 dəfə

  1. Ürəyin xaricdən masaj edilməsi zamanı döş qəfəsini dəqiqədə neçə dəfə sıxmaq lazımdır?

  1. 50-55 dəfə

  2. 60-70 dəfə

  3. 75-80 dəfə

  4. 85-90 dəfə

  5. 95-100 dəfə

  1. Zərər çəkən şəxsə iki nəfər tərəfindən kömək göstərilərsə, süni nəfəsvermə ilə ürəyin masaj edilməsinin nisbəti neçə olmalıdır?

  1. 1:3

  2. 1:4

  3. 1:5

  4. 1:7

  5. 1:10




  1. İşçinin əlindən, qolundan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaraya möhkəm sarğı bağlayıb, həkimə çatdırılmalı

  2. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Dirsəkdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  4. Qoltuq hissədə damarı barmaqlar sıxıb, həkimə çatdırılmalı

  5. Təcili həkimə çatdırılmalı

  1. İşçinin ayağında pəncədən yuxarı topuqdan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  2. Dizdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Yaraya möhkəm sarğı bağlayıb, həkimə çatdırılmalı

  4. Təcili həkimə çatdırılmalı

  5. Bud hissədə damarı barmaqla sıxıb, həkimə çatdırılmalı

  1. Bir iş rəhbərinə neçə naryad yazıla bilər?

  1. – 1

  2. – 2

  3. – 3

  4. Baş mühəndis təyin edir

  5. Naryad verən şəxs tərəfindən təyin olunur

  1. Naryad neçə günlük verilə bilər?

  1. 10

  2. 15

  3. 20

  4. 1 ay

  5. Təmir müddətinə

  1. Naryad neçə dəfə və neçə günlük uzadıla bilər?

  1. 1 dəfə – 1 aylıq

  2. 2 dəfə – 15 günlük

  3. 1 dəfə – 20 günlük

  4. 1 dəfə – 15 günlük

  5. Neçə dəfə lazımdırsa, ümumi müddəti 3 aydan çox olmayaraq.

  1. İş yerini genişləndirmək olarmı?

  1. Naryad verən şəxsdən icazə almalı

  2. Baş mühəndisdən icazə almalı

  3. Yeni naryad yazmalı

  4. İş rəhbərindən icazə almalı

  5. Operativ heyətdən icazə almalı

  1. Biliyin yoxlanılması komissiyasının tərkibi necə olmalıdır?

  1. 3 nəfər, onlardan biri orta təhsilli

  2. 3 nəfər, onlardan biri qeyri-ixtisas sahibi

  3. 3 nəfərdən az olmayaraq

  4. 4 nəfərə kimi

  5. Komissiyanın sədri və 1 üzvü

  1. Əks-qəza məşqlərindən «qeyri-kafi» qiymət alanlara qarşı hansı cəza tədbirləri görülür?

  1. Aşağı vəzifəyə keçirilir

  2. Vəzifədən çıxarılır

  3. Onlarla fərdi məşqlər keçirilir

  4. Onların bilikləri növbədənkənar yoxlanır

  5. Onlarla növbədənkənar təlimat keçirilir

  1. Naşatır spirtinin təyinatı və qəbuletmə üsulları necədir?

  1. Huşunu itirdikdə 2-3 damcı ilə pambığı yaş etməklə burnuna iylətmək

  2. Gözləri 2%-li məhlulla yumaq

  3. Qanaxmanın qarşısını almaq üçün yara üzərinə 2-3 damcı isladılmış tənzifi bağlamaq

  4. Yoluxmanın qarşısını almaq üçün yaranın yuyulması məhlülunun hazırlanmasında istifadə etmək

  5. Donmuş (şaxta vuran) yerlərə sürtmək.

  1. İçməli soda məhlulundan necə istifadə edilir?

  1. Əsəb sistemini sakitləşdirmək üçün bir xörək qaşığı içmək

  2. Elektrik qövsü yanığı zamanı gözləri yumaq

  3. Kiçik, açıq yarada yoluxmanın qarşısını almaq

  4. Turşu yanığı zamanı ağız və gözü yumaq

  5. Qələvi yanığı zamanı ağız və gözü yumaq

  1. Zərərçəkənin azad olması üçün gərginliyin çıxarılması necə həyata keçirilir?

  1. Gecikmədən, istənilən kommutasiya aparatı ilə

  2. Rəhbər əməliyyat heyətinin icazəsi ilə

  3. İş rəhbərinin icazəsi (göstərişi) ilə

  4. Əməliyyat heyətinin icazəsi (göstərişi) ilə

  5. Gecikmədən, yük cərəyanlarını ayıran açarı açmaqla

  1. Bor turşusu məhlulundan harada və necə istifadə edilir?

  1. Dəridə I dərəcəli yanığın üstünə çəkilməsi üçün

  2. Dəridə donmuş yerlərə çəkilməsi üçün

  3. Elektrik qövsü zamanı gözün yuyulması üçün

  4. Turşu yanığı zamanı ağızın içinin və gözün yuyulması üçün

  5. Ürəkkeçmə vaxtı 2-3 damcı nəmlədilmiş pambıqla iyləmək üçün

  1. Qısa müddətli fasilələrlə özünə gəlmə tədbirlərini (süni nəfəs vermə, ürəyin masajı), dayandırmaq olarmı?

  1. Olar, hər 15 dəqiqədən bir fasilə 3 dəqiqədən çox olmamaq şərtilə

  2. Olar, kömək edənlər növbəli işlədikdə fasilə 2 dəqiqədən çox olmamaq şərtilə

  3. Olar, hər 30 dəqiqədən bir fasilə 1 dəqiqə olduqda

  4. V qrupdan az olmayan administrativ-texniki rəhbərin direktor və ya baş mühəndisin göstərişi olduqda

  5. Olmaz

  1. Nə vaxt elektrik cərəyanından zərərçəkənə ilk yardımı dayandırırlar?

  1. Əgər nəfəs və döyünmə yoxdursa, ilk yardımdan 2 saat sonra bərpa olmursa, onda dayandırırlar

  2. Əgər nəfəs, ürək döyünməsi və nəbzin döyünmə ritmliyi yoxdursa və V ixtisas qrupunda olan 2 nəfər bunu təsdiq edirsə, onda dayandırılır

  3. Müəssisənin rəhbərliyinin rəyi ilə dayandırılır

  4. Həkimin rəyi ilə dayandırılır

  5. Dayandırılmır

  1. Elektrik cərəyanı vuran şəxs üçün bütün hallarda həkimi çağırmaq lazımdırmı?

  1. Lazımdır, əgər zərərçəkən 15 dəqiqə ərzində özünə gəlməzsə

  2. Həmişə lazımdır

  3. Tələb olunmur, o halda ki, zərərçəkən bihuş olmayıb

  4. Lazımdır, əgər göstərilən ilk yardımın nəticəsi yoxdursa

  5. İxtisas qrupu V olan rəhbər-texniki işçinin qərarına görə.

  1. Validolun təyinatı və qəbulu üsulları necədir?

  1. Baş ağrısı zamanı bir həb atmaq

  2. Mədədə ağrı və qıcqırma zamanı dilin altında bir ədəd həbi tam əriyənədək saxlamaq

  3. Şəxsi yeməklərdən zəhərlənmə zamanı dilin altında bir ədəd tam əriyənədək saxlamaq

  4. Güclü başgicəllənmə zamanı bir-iki həb qəbul etmək

  5. Ürək nahiyəsindəki güclü ağrılar zamanı dilin altında bir həbi tam əriyənədək

saxlamaq

  1. Briqada işə buraxıldıqdan sonra ona kim nəzarət edir?

  1. İş icraçısı

  2. İş rəhbəri

  3. Əməliyyatçı heyət

  4. Nəzarət edilmir

  5. İşə buraxan




  1. III dərəcəli yanığın üzərinə ilk yardım zamanı nə çəkilir (və ya sürtülür)?

  1. vazelin

  2. bor mazı

  3. bitki yağları

  4. duzsuz heyvan piyi

  5. Steril bint qoyulur

  1. Valerian damcıları nə üçündür və necə qəbul edilir?

  1. Özündən getmə vaxtı 2-3 damcı ilə isladılmış pambığı iyləmək

  2. Donmuş yerə tökmək üçün

  3. Ürək nahiyəsindəki xoşagəlməyən hiss zamanı və əsəb sistemini sakitləşdirmək üçün 20-25 damcı suya töküb içmək

  4. Baş ağrıları olduqda

  5. Qələvi yanığını neytrallaşdırmaq üçün

  1. Qanaxmanı saxlamaq üçün hansı maksimal vaxta burqac (jqut) bağlanılır?

  1. Həkimin gəldiyi vaxta kimi

  2. Qanaxmanın dayandığı vaxta kimi

  3. 3-4 saat ərzində

  4. 1,5 saat ərzində

  5. 0,5-1 saat ərzində

  1. Ürəyin xaricdən masajı nə vaxt edilir?

  1. Nəbz olmadığı halda

  2. Özündən getmə vaxtı

  3. Ağızdan-ağıza süni nəfəsvermə metodu tətbiq edildiyi halda

  4. Zərərçəkəni cərəyanın təsirindən azad etdikdən sonra

  5. Süni nəfəsvermə metodlarından istənilən birinin tətbiqi zamanı.

  1. Turşu buxarının gözə düşməsi vaxtı ilk yardım hansıdır?

  1. Soyuq marqansovkanın 5%-li məhlulu ilə yuyulması

  2. Naşatır spirtinin 2% məhlulu ilə yuyulması

  3. İçməli sodanın 5%-li məhlulu ilə yuyulması

  4. Bor turşusunun 5%-li məhlulu ilə yuyulması

  5. Zəif marqansovka məhlulu ilə gözün vanna edilməsi.

  1. 3%-li uksus turşusu məhlulu nə üçün istifadə edilir?

  1. Qələvi yanığını yumaq üçün

  2. Turşu yanığını yumaq üçün

  3. Arterial qanaxmanı dayandırmaq üçün

  4. Venadan qanaxmanı dayandırmaq üçün

  5. Mədənin civə ilə zəhərlənməsində

  1. Ürəyin masajının effektliyinin nişanələri (döyünmədən başqa) hansıdır?

  1. Dəridə göyərmənin azalması və selikli qişanın azalması

  2. Bəbəyin böyüməsi və dərinin üstündə göylüyün azalması

  3. Bəbəyin böyüməsi və müstəqil nəfəsalmanın yaranması

  4. Bəbəyin yığılması, müstəqil nəfəsalmanın yaranması, dəri qatında göyərmənin və selikli qişanın azalması

  5. Bəbəyin yığılması və müstəqil nəfəsalmanın əmələ gəlməsi.

  1. Yuxu arteriyası harada yerləşir?

  1. Sol qulağın altında

  2. Sağ qulağın altında

  3. Boğazın hər iki tərəfində

  4. Sol körpücük sümüyündə

  5. Sağ körpücük sümüyündə

  1. Ağızın içərisində qələvidən yanıq zamanı ilk yardım hansıdır?

  1. Marqansovka məhlulu ilə yaxalamaq

  2. Bor turşusunun 2%-li məhlulu ilə yaxalamaq

  3. Validolun 2%-li məhlulu ilə yaxalamaq

  4. Uksus turşusunun 5%-li məhlulu ilə yaxalamaq

  5. İçməli sodanın 2%-li məhlulu ilə yaxalamaq

  1. Əgər kömək göstərən təkdirsə, süni nəfəsvermə ilə ürəyin masaj edilməsinin nisbəti necə olmalıdır?

  1. 1:5

  2. 1:10

  3. 2:10

  4. 2:5

  5. 2:15

  1. Gərginlik altına düşənə necə yardım etməli?

  1. Yaş torpaqda bastırmaqla

  2. Süni nəfəs verməklə və ürəyin masajı ilə

  3. Üzünə soyuq su səpməklə

  4. Havaya çıxarmaqla

  5. Su içirtməklə

  1. Elektrik qövsünün təsirindən gözlər zədə alıbsa nə etməli?

  1. 1 stəkan suya 1 qaşıq bor turşusu töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  2. 1 stəkan suya 1/2 qaşıq bor turşusu töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  3. 1 stəkan suya 1/2 qaşıq sulfat turşusu töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  4. 1 stəkan suya 1 qaşıq qələvi töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  5. 1 stəkan suya 1/2 qaşıq qələvi töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  1. Giriş təlimatı neçə müddətdən bir keçirilməlidir?

  1. Ayda 1 dəfə

  2. Rübdə 1 dəfə

  3. İldə 1 dəfə

  4. İşə qəbul olunan zaman

  5. 3 ildə 1 dəfə.

  1. Növbəti təlimatlar kimin tərəfindən keçirilməlidir?

  1. Struktur bölmənin rəhbərliyi tərəfindən və ya onun təyinatı ilə müvafiq səlahiyyətlərə malik olan mühəndis-texniki işçi tərəfindən

  2. Struktur bölmənin rəhbəri tərəfindən

  3. ƏM və TT mühəndisi tərəfindən

  4. Usta tərəfindən

  5. Baş mühəndis tərəfindən.

  1. Növbədənkənar təlimat hansı müddətdə keçirilməlidir?

  1. Rübdə 1 dəfə

  2. Ayda 1 dəfə

  3. Struktur bölmənin rəhbərinin göstərişi ilə

  4. Baş mühəndis təyin edir

  5. İşdə qəza, bədbəxt hadisə, yanğın və s. baş verərsə, işçi uzun müddət öz iş yerindən kənarlaşarsa, kobud surətdə ƏM və TT qaydalarını pozarsa.

  1. İş vaxtı istehsalat zədələnmələrinin və bədbəxt hadisələrin qarşısının alınması üçün əsas tədbirlər hansılardır?

  1. İşin təhlükəsiz görülməsi üçün təşkilati və texniki tədbirlər

  2. İş yerlərində profilaktik yoxlamalar

  3. Təhlükəsizlik texnikası gününün keçirilməsi

  4. Əks-qəza məşqlərinin keçirilməsi

  5. Daimi nazarətin olması

  1. İşçi işə daxil olarkən ilk növbədə hansı təlimatla təlimatlandırılır?

  1. Cari

  2. Təkrar

  3. Növbədənkənar

  4. Giriş

  5. İş yerində ilkin.

  1. Giriş təlimatından sonra iş yerində hansı növbəti təlimat keçirilir?

  1. Təkrar

  2. Cari

  3. İlkin

  4. Giriş

  5. Növbədənkənar

  1. Qaydalara uyğun kimə naryadın uzadılması hüququ verilir ?

  1. Naryad verən şəxsə

  2. Baş mühəndisə

  3. İşin rəhbərinə

  4. İş icraçısına

  5. Naryad vermək hüququ olan şəxsə.

  1. Gərginlik altında qalmış cərəyan daşıyıcı hissələrin müvəqqəti çəpərləmələrində hansı lövhələr asılır?

  1. «Keçid Qadağandır»

  2. «Qalxma! Öldürər»

  3. «Qoşma! Adamlar İşləyir»

  4. «Burada İşləməli»

  5. «Dayan! Gərginlik»

  1. İlkin təlimat kim tərəfindən keçirilir?

  1. Baş mühəndis tərəfindən

  2. ƏM və TT üzrə mühəndis tərəfindən

  3. Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən

  4. Usta tərəfindən

  5. Növbətçi tərəfindən.

  1. Süni nəfəs verdikdə 1 dəqiqədə neçə dəfə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 15 dəfə

  3. 9 dəfə

  4. 12 dəfə

  5. 11 dəfə

  1. Hər 2 üfürmədən sonra neçə dəfə ürək nahiyəsinə əl ilə masaj göstərilməlidir?

  1. 10 dəfə

  2. 9 dəfə

  3. 11 dəfə

  4. 14 dəfə

  5. (12 – 15) dəfə

  1. 1 dəqiqə müddətində neçə dəfə ürəyə masaj və üfürülmə edilməlidir?

  1. 50 masaj, 10 üfürmə

  2. 55 masaj, 9 üfürmə

  3. 60 masaj, 12 üfürmə

  4. 65 masaj, 15 üfürmə

  5. 70 masaj, 16 üfürmə

  1. Elektrik qurğularının hansı hissələri torpaqlanmalı yaxud sıfırlanmalıdır?

  1. Elektrik qurğularının bütün hissələri;

  2. Ancaq dayaqlar torpaqlanmalıdır;

  3. Torpaqlanmamalıdır;

  4. Elektrik qurğularının normal rejimdə gərginlik altında olan bütün metallik hissələri;

  5. Elektrik qurğularının izolyasiyası zədələndikdə gərginlik altına düşə bilən bütün metal hissələri.

  1. Hansı işlərə 18 yaşına çatmamış şəxsləri cəlb etmək qadağan deyil?

  1. Elektrik avadanlığının təmiri işlərinə;

  2. Hündürlükdə görülən işlərə;

  3. Y/stansiya ərazisində abadlıq işlərinə;

  4. Yük qaldırma maşınlarının idarə etməsinə;

  5. Gərginlik altında görülən işlər.

  1. Briqada üzvlərini işə buraxmazdan əvvəl texniki tədbirlərin yerinə yetirilməsini ən əsas kim yoxlayır?

  1. İşin rəhbəri;

  2. İş yerini hazırlayan şəxs;

  3. İşə buraxan;

  4. İş icraçısı;

  5. Nəzarətçi.




  1. Qısa müddətli işlər hansılardır?

  1. 1 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  2. 3 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  3. 1 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  4. 3 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  5. 2 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər.

  1. Naryadla işləyərkən briqadanın tərkibi ən azı neçə nəfərdən ibarət olmalıdır?

  1. İş icraçısı da daxil olmaqla 2 nəfərdən

  2. İş icraçısı da daxil olmaqla 1 nəfərdən

  3. İş icraçısı da daxil olmaqla 3 nəfərdən

  4. İş icraçısı tək başına işləyə bilər

  5. Briqada üzvü III qrup təkbaşına işləyə bilər.

  1. Yanğınların törənməsinin əsas səbəbləri hansılardır?

  1. İstehsalatın texnologiyasının pozulması və artıq yüklənmələr

  2. Qurğu və avadanlığın nasaz olması

  3. Avadanlığın və ərazinin çirkli olması

  4. Yanğına qarşı rejimin pozulması

  5. 1,2,3,4-də göstərilənlər

  1. Hansı hallarda elektrik qaynağı işləri aparmaq qadağandır?

  1. Qaynaq aparatı nasazdırsa, elektrik məftilində çılpaq yerlər varsa

  2. Qaynaq işi aparan işçinin biliyi yoxlanmayıbsa və vəsiqəsi yoxdursa

  3. Elektrod düzgün seçilməyibsə

  4. 1,2-də göstərilən hallarda

  5. 1,3-də göstərilən hallarda

  1. Qaynaq işləri apararkən hansı təhlükəsizlik tədbirlərini görmək lazımdır?

  1. Qaynaq işləri qaz və digər təhlükəli yerlərdən buraxıla bilən məsafədə aparılmalıdır

  2. İşə başlamazdan qabaq iş yeri tələb olunan yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır

  3. İş rəhbərinin daimi nəzarəti olmalıdır

  4. 1,2-də göstərilən tədbirlər yerinə yetirilməlidir

  5. 2,3-də göstərilən tədbirlər yerinə yetirilməlidir

  1. Energetika obyektlərində kimlərin yanğın təhlükəsizliyindən bilikləri yoxlanmalıdır?

  1. Bütün operativ heyətin

  2. Bütün işçi heyətin

  3. Bütün operativ və işçi heyətin

  4. Bütün mühəndis-texniki işçilərin

  5. Bütün fəhlə heyətinin

  1. Hansı hallarda odtəhlükəli işlərin görülməsi qadağandır?

  1. Əgər yanğın əleyhinə tədbirlər görülməyibsə

  2. Əgər aparatlar nasazdırsa

  3. Əgər paltarlara yağ hopubsa

  4. Əgər bu işi aparanın biliyi yoxlanmayıbsa

  5. 1,2,3,4-də göstərilənlər

  1. Hansı hallarda qaynaq aparatından istifadə etmək olmaz?

  1. Əgər məftillərin en kəsiyi qaynaq cərəyanını təmin etmirsə

  2. Əgər məftillərin izolyasiyası pisdirsə, izoləedilməmiş yerləri varsa

  3. Əgər işçi öyrənilməyibsə və onun bu işi görməyə icazəsi yoxdursa

  4. 1,2,3-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Energetika müəssisələrində yanğın təhlükəsizliyi üzrə giriş təlimatını kim və nə vaxt keçir?

  1. Yanğın təhlükəsizliyi üzrə inspektor, işə qəbul edilərkən

  2. Şəbəkə rayonunun və ya y/st-nın rəisi, işə qəbul edilərkən

  3. Sex rəisi, işə qəbul edilərkən



  1. Baş mühəndis, işə qəbul edilərkən

  2. KYD-nın sədri

  1. Energetika müəssisələrində yanğın təhlükəsizliyindən ilkin təlimatları kim və nə vaxt keçməlidir?

  1. Sex rəisi, işçi iş yerinə ilkin gələrkən

  2. Şəbəkə rayonunun (və ya y/st-nın) rəisi, işçi iş yerinə ilkin gələrkən

  3. Baş mühəndis

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Sex, laboratoriya, anbar, emalatxana və s.-də yanğın təhlükəsizliyi təlimatını kim hazırlayır və kim təsdiq edir?

  1. Müvafiq bölmənin rəhbəri tərəfindən hazırlanır

  2. Baş mühəndis tərəfindən təsdiq edilir

  3. Yanğın mühafizəsi ilə razılaşdırılır

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Kabel kanallarının üzərindəki plitələr nə üçündür, hansı materialdandır və onlara olan tələblər hansılardır?

  1. Kabelləri mexaniki zədələnmədən qoruyur və kənar əşyaları kanala düşməsinin qarşısını alır

  2. Plitələr yanmayan materialdan olmalıdır

  3. İşçi heyətin onun üzəri ilə təhlükəsiz hərəkət etməsini təmin etməlidir

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Sex, laboratoriya, anbar, emalatxana və s. iş yerlərində yanğın təhlükəsizliyi üzrə məsuliyyət kimə həvalə olunur?

  1. Müvafiq bölmələrin rəhbərlərinə;

  2. Könüllü yanğın dəstəsinin (KYD) rəisinə;

  3. ƏM, Tİ və TT üzrə ararıcı mühəndisə;

  4. Baş mühəndisə (yanğın-texniki komissiyanın sədri);

  5. Bilavasitə müəssisənin direktoruna.

  1. Gərginlik altında olan elektrik qurğularını hansı növ odsöndürücü vasitələrlə söndürmək olar?




  1. Dövrədən açmadan karbon dioksidlə;

  2. Köpüklə;

  3. Olmaz;

  4. Su ilə;

  5. Köpükəmələgətirici ilə

125.Yanğın təhlükəsizliyindən giriş təlimatı keçməyən şəxslər işə buraxıla bilərlərmi?



  1. Yox

  2. Müstəsna hallarda rəhbərliyin xüsusi sərəncamı ilə

  3. Əgər TT-dən təlimatlanıbsa, buraxıla bilər

  4. «Azərenerji» ASC-nin göstərişilə

126.Yanğın baş verdikdə hansı nömrə ilə yanğından mühafizə dəstəsinə zəng etmək lazımdır?

  1. »

  2. «101»

  3. «111»

  4. «201»

  5. «911»

127.Hava köpük yanğınsöndürənlərlə hansı yanğınları söndürmək olar?

  1. Elektrik mühərriklərində baş verən yanğınları

  2. Panellərdə baş verən yanğınları

  3. Elektrik avadanlıqlarda, kabel və məftillərdə baş verən yanğınları

  4. Yağda dolu avadanlıqlarda və neft məhsullarında (mazut, transformator yağı, turbin yağı

və s.) baş verən yanğınları

  1. Kabellərdə baş verən yanğınları

128. Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdə qoruyucu membran hansı təzyiqdə dağılmalıdır?

  1. 80÷100 atm

  2. 100÷120 atm

  3. 120÷160 atm

  4. 160÷190 atm

  5. 190÷220 atm

129.Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdən istifadə edərkən karbon qazı çıxan boruda temperatur neçə dərəcəyə düşür?

  1. -20єS ÷ -30єS

  2. -30єS ÷ -40єS

  3. -40єS ÷ -50єS

  4. -50ºS ÷ -60ºS

  5. -60єS ÷ -70єS

130.Giriş təlimatı neçə müddətdən bir keçirilməlidir?

  1. Ayda 1 dəfə

  2. Rübdə 1 dəfə

  3. İldə 1 dəfə

  4. İşə qəbul olunan zaman

  5. 3 ildə 1 dəfə.

131.Növbəti təlimatlar kimin tərəfindən keçirilməlidir?

  1. Struktur bölmənin rəhbərliyi tərəfindən və onun təyinatı ilə müvafiq səlahiyyətlərə malik olan mühəndis-texniki işçi tərəfindən

  2. Struktur bölmənin rəhbəri tərəfindən

  3. ƏM və TT mühəndisi tərəfindən

  4. Usta tərəfindən

  5. Baş mühəndis tərəfindən.

132.Növbədənkənar təlimat hansı müddətdə keçirilməlidir?

  1. Rübdə 1 dəfə

  2. Ayda 1 dəfə

  3. Struktur bölmənin rəhbərinin göstərişi ilə

  4. Baş mühəndis təyin edir

  5. İşdə qəza, bədbəxt hadisə, yanğın və s. baş verərsə, işçi uzun müddət öz iş yerindən kənarlaşarsa, kobud surətdə ƏM və TT qaydalarını pozarsa.

133.Bədbəxt hadisə kim tərəfindən uçota alınır?

  1. Baş idarənin ƏM xidməti tərəfindən

  2. Mənsub olduğu təşkilat tərəfindən

  3. DƏM-tərəfindən

  4. Həmkarlar ittifaqi tərəfindən

  5. Baş idarə tərəfindən

134.Yüksəklikdə işləyən işçilər tibbi müayinədən hansı müddətdə keçməlidir?

  1. 3 aydan bir

  2. 6 aydan bir

  3. 9 aydan bir

  4. 12 aydan bir

  5. 24 aydan bir

135.TT-sı günü müəssisə və təşkilatlarda nə vaxt keçirilir?

  1. Hər ayın əvvəli

  2. Ayın axırıncı günü

  3. Hər ayın 2-ci həftəsinin II günü

  4. Hər ayın ortası

  5. Hər ayın birinci həftəsi

136.ƏM və TT-sı üzrə təlimatlara neçə ildə 1 dəfə baxılmalıdır?

  1. İldə bir dəfə

  2. 2 ildə bir dəfə

  3. 3 ildə bir dəfə

  4. 4 ildə bir dəfə

  5. 5 ildə bir dəfə

137.Müəssisədə və təşkilatlarda işləyən ƏM-si üzrə mühəndislər ixtisasartırma kurslarında neçə ildən bir dəfə biliklərini artırmalıdır?

  1. İldə bir dəfə

  2. 3 ildə bir dəfə

  3. 4 ildə bir dəfə

  4. 5 ildə bir dəfə

  5. 2 ildə bir dəfə

138.İşçi işə daxil olarkən ilk növbədə hansı təlimatla təlimatlandırılır?

  1. Cari

  2. Təkrar

  3. Növbədənkənar

  4. Giriş

  5. İş yerində ilkin.

139.Giriş təlimatından sonra iş yerində hansı növbəti təlimat keçirilir?

  1. Təkrar

  2. Cari

  3. İlkin

  4. Giriş

  5. Növbədənkənar .

140.İşin təhlükəsiz aparılması üçün hansı şəxslər məsuliyyət daşıyır?

  1. Sex rəisi

  2. Operativ personal

  3. Usta

  4. Naryad üzrə məsul şəxslər

  5. TT üzrə mühəndis.

141.Qaydalara uyğun kimə naryadın uzadılması hüququ verilir ?

  1. Mühəndisə

  2. Baş mühəndisə

  3. İşin rəhbərinə

  4. İş icraçısına

  5. Naryad verən şəxsə.

142.İşin icra layihələrini kim tərtib edir?

  1. Baş mühəndis

  2. ƏM mühəndisi

  3. Elmi-Tədqiqat İnstitutu

  4. Texniki şöbə

  5. Xidmət rəisi.

143.İşin icra layihəsində nələr göstərilir?

  1. Əməliyyat blankı

  2. Naryadın nömrəsi

  3. Qeydiyyat jurnalının adı

  4. Görüləcək işlərin ardıcıllığı

  5. Operativ jurnalın qeydiyyatı.

144.İlkin təlimat kim tərəfindən keçirilir?

  1. Baş mühəndis tərəfindən

  2. ƏM və TT üzrə mühəndis tərəfindən

  3. Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən

  4. Usta tərəfindən

  5. Növbətçi tərəfindən.

145.Açıq çəkilmiş torpaqlayıcı naqillər hansı rənglə rənglənməlidir?

  1. Sarı



  2. Qırmızı

  3. Qara

  4. Rənglənmirlər.

146.Gərginliyi 1000 V-dan yüksək elektrik qurğularında gərginlik göstəricisi ilə işlədikdə hansı mühafizə vasitələrin istifadəsi tələb olunur?

  1. Dielektrik əlcəklər ;

  2. Dielektrik əlcəklər və xalça;

  3. Tələb olunmur ;

  4. Dielektrik botular;

  5. Rezin qaloşlar.

147.Qoşduqda iş yerinə gərginlik verilməsi ehtimalı olan ayırıcıların, ayıranların və açarlarının intiqalında hansı lövhələr asılmalıdır?

  1. «Dayan! Gərginlik”»

  2. «Qoşma! Adamlar işləyir»”

  3. «Açma! Adamlar işləyir»”

  4. «Keçid qadağandır”»

  5. «Qalxma! Öldürər”».

148.Gərginliyi 1000V-dan yüksək olan qurğularında səyyar torpaqlanmanın qoyulduğu və çıxarıldığı zaman heyət hansı mühafizə vasitələrindən istifadə etməlidir?

  1. İzolə edilmiş əltutanlı alətlərdən;

  2. Mühafizə vasitələrindən istifadə etməyərək;

  3. Dielektrik çəkmə;

  4. Dielektrik xalça;

  5. Dielektrik əlcəklərdən.

149.Qüvvədə olan texniki təhlükəsizlik qaydalarına dəişiklik etməyə kimə icazə verilir?

  1. Enerjisistemin baş mühəndisinə;

  2. Müəssisənin baş mühəndisinə;

  3. Layihə institutuna;

  4. Həmin qaydaları təsdiq edənə;

  5. İş rəhbərinə.

150.Briqada üzvlərini işə buraxmazdan əvvəl texniki tədbirlərin yerinə yetirilməsini ən əsas kim yoxlayır?

  1. İşin rəhbəri;

  2. İş yerini hazırlayan şəxs;

  3. İşə buraxan;

  4. İş icraçısı;

  5. Nəzarətçi.

151.Qısa müddətli işlər hansılardır?

  1. 1 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  2. 3 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  3. 1 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  4. 3 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  5. 2 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər.

152.Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında işlərin aparılması üçün işə buraxan şəxsin elektrik təhlükəsizliyi üzrə neçənci qrupu olmalıdır?

  1. I

  2. II

  3. III

  4. IV

  5. V

153. İşçi briqada fasiləyə çıxanda naryad kimdə qalmalıdır?

  1. Naryad verəndə;

  2. İş rəhbərində;

  3. İş icraçısında;

  4. İşə buraxanda;

  5. Briqada üzvlərində.

154.İş günü qurtaranda naryad kimə təhvil verilmişdir?

  1. Naryad verəndə;

  2. İş rəhbərinə;

  3. İş icraçısına;

  4. İşə buraxana;

  5. Baş mühəndisə.

155.Qanunvericiliklə müəssisənin (idarə , təşkilat və s.) yanğın təhlükəsizliyinə görə kim məsuliyyət daşıyır?

  1. FHN-nin yanğından mühafizə xidmətinin ərazi üzrə orqanı;

  2. Müəssisənin yanğın-texniki komissiyasının sədri;

  3. ƏM, Tİ və TT üzrə aparıcı mühəndis;

  4. Könüllü yanğın dəstəsinin rəisi;

  5. Bilavasitə müəssisənin rəhbəri.

156. MTİ, fəhlə və qulluqçularla yanğın təhlükəsizli üzrə hazırlığa nələr daxildir?

  1. Yanğına qarşı təlimatın (giriş, ilkin dövri, plandankənar və cari) keçirilməsi;

  2. Yanğın-texniki minimum üzrə məşğələlər;

  3. Yanğın təndükəsizlik qaydalarının öyrədilməsi;

  4. Yanğınlarla mübarizə üzrə məşqlərin(təlimlərin) keçirilməsi;

  5. 1, 2, 3 və 4 bəndlərindəki bütün tədbirlər.

157.Müəssisənin yanğına qarşı məşqləri neçə müddətdən bir keçirilməlidir ?

  1. Rübdə 1 dəfə;

  2. İldə 1 dəfə;

  3. İldə 2 dəfə;

  4. İldə 3 dəfə;

  5. Xüsusi tərtib olunmuş cədvəllə YTK-nın nəzarəti altında ayda 1 dəfə.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə