Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir




Yüklə 325.53 Kb.
səhifə1/5
tarix21.04.2016
ölçüsü325.53 Kb.
  1   2   3   4   5
GİRİŞ
Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir. Ölkələr arasında mübadilə əməliyyatlarının həyata keçirilməsinin labüdlüyü beynəlxalq iqtisadi münasibətlərin ayrıca bir iqtisadi kateqoriya kimi formalaşmasını gücləndirdi, həmçinin beynəlxalq əmək bölgüsünün intensiv inkişafına və ticarət, kapitalın, elmi-texniki biliklərin, işçi qüvvəsinin, informasiyanın hərəkəti sahəsində qarşılıqlı əlaqələrin möhləmlənməsinə gətirib çıxardı. Əminliklə söyləmək olar ki, beynəlxalq əmək bölgüsü və beynəlxalq iqtisadi münasibətlərdən düzgün və rasional istifadə iştirakçı ölkələrin hər birinə böyük fayda verə bilər.

Açıq iqtisadiyyatın reallaşdırılması prinsipləri içərisində ən vaciblərdən biri də azad iqtisadi zonaların yaradılması hesab olunur. Onların fəaliyyət göstərməsi xarici iqtisadi fəaliyyətin liberallaşması və fəallaşdırılması ilə sıx əlaqədardır. Azad iqtisadi zonaların təsərrüfat həyatı xarici dünyaya yüksək formada açıqlığı ilə seçilir, buradakı gömrük, vergi və investisiya rejimi isə daxili və xarici investisiyalar üçün əlverişlidir.

Son bir neçə onilliklərdə azad iqtisadi zonaların inkişafı dünya iqtisadiyyatında baş verən yeni hadisələrdən biridir. Onlar dünyanın bir çox ölkələrində geniş yayılmışlar. Bu baxımdan azad iqtisadi zonaların mahiyyətinin və onların xarici iqtisadi əlaqələrdə tutduğu rolunun öyrənilməsi mühüm aktuallıq kəsb edir.

Tədqiqatın əsas məqsədi azad iqtisadi zonaların mahiyyətinin və formaları-nın araşdırılması, onların dünyanın müxtəlif ölkələrində yaradılması təcrübələrinin tədqiqi, həmçinin bu cür zonaların Azərbaycanda da təşkil edilməsi zəruriyyətinin və perspektivlərinin təhlil edilməsidir.

İnformasiya mənbəyi kimi mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici alimlərin və mütəxəssislərin araşdırmala-

rından, bu sahədə qəbul edilmiş yerli və beynəlxalq qanunvericilik aktlarından, həmçinin müxtəlif internet saytlardan istifadə edilmişdir.

Xarici iqtisadi əlaqələrdə azad iqtisadi zonaların rolu öyrənilərkən analiz və sintez metodundan istifadə olunmuşdur.

Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdı-rılmışdır. Buraxılış işi girişdən, iki fəsildən və nəticədən ibarətdir. Buraxılış işində 4 cədvəl və 29 mənbədən istifadə edilmişdir.

Buraxılış işinin birinci fəsli “Azad iqtisadi zonalar iqtisadiyyatın strukturunun yenidən qurulmasının aləti kimi” adlanır. Bu fəsildə azad iqtisadi zonaların mahiyyəti, onların yaranma səbəbləri və məqsədləri, azad iqtisadi zonaların dünyada geniş yayılmış növləri və onların xarakterik cəhətləri, həmçinin azad iqtisadi zonaların yaradılmasında müxtəlif dünya ölkələrinin təcrübəsindən söhbət açılır.

Son zamanlar Azad iqtisadi zonaların Azərbaycanda da yaradılması aktual məsələlərdən biri olduğundan II fəsli tamamilə buna həsr etmişik. “Azad iqtisadi zonalar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya üsulu kimi” adlanan bu fəsildə isə Azərbaycanda azad iqtisadi zonaların yaradılmasının zəruriliyi, bu cür zonaların ölkəmizdə formalaşdırılması zamanı meydana çıxan sosial-iqtisadi və hüquqi problemlər, bundan başqa Azərbaycana xarici investisiyaların cəlb edilməsi baxımından azad iqtisadi zonaların inkişaf perspektivləri və s. bu kimi məsələlərə toxunulur. Buraxılış işi nəticə ilə tamamlanır.

Tədqiqat işinin genişliyi baxımından buraxılış işində bəzi məsələlərin dərin-dən təhlil olunmaması mümkün hal kimi qəbul edilir. Fikrimizcə, bu istiqamətdə araşdırılmalı olan xeyli problemlər qalmışdır.


I FƏSİL. Azad iqtisadi zonalar iqtisadiyyatın strukturunun yenidən qurulmasının aləti kimi


    1. Azad iqtisadi zonaların mahiyyəti və yaradılması məqsədləri

-

1973-cü il mayın 18-də Kiotoda keçirilən gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq konvensiyada göstərilir ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, Azad İqtisadi Zona – xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər və onların bu fəaliyyəti tənzimlənir. Bu da özündə aşağıdakı vacib məsələləri əhatə edir: gömrük tənzimlənməsi; vergiyə cəlbetmə; lisenziyalaşdırma; viza rəsmiləşdirilməsi; bank fəaliyyəti; mülkiyyət və girov münasibətləri (o cümlədən, torpağa sahiblik hüququna dair məsələlər); konsessiyanın (imtiyazın) verilməsi; azad zonanın idarə edilməsi. Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlərindən biri də əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə tətbiq olunmasıdır.

Azad zonaların problemlərinə həsr edilmiş müasir nəzəri işlərdə onların mahiyyəti daha geniş izah olunur: onlar, dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin azaldılması aləti kimi göstərilir. “Azad zona” anlayışına bu cür izahat verilməsi, onun təsərrüfatlaşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar bütün prosesləri əhatə etməsi deməkdir. Bu cür yanaşmaya görə “azad zona – təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, milli iqtisadi məkanın bir hissəsi olmaqla, burada ölkənin digər yerlərində istifadə olunmayan müəyyən güzəşt və stimullar sistemi tətbiq edilir".

Azad iqtisadi zonaların aşağıdakı xarakterik cəhətlərinə baxaq:

а) müxtəlif növ güzəşt və stimulların tətbiqi, o cümlədən:

• xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi);

• fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əmək haqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər;

• maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilə bilər.

• administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

Azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha çox olur: misal üçün, Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər orta hesabla ildə 40% mənfəət əldə edirlər. Qoyulan sərmayələrin özünü ödəməsi müddəti isə əhəmiyyətli dərəcədə qısalır (2-3 dəfəyədək). Azad iqtisadi zonalar üçün bu müddət 3-3,5 ili keçməyənədək normal hal kimi sayılır.

b) zonada geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sisteminin mövcudluğu;

c) mərkəzi dövlət orqanları tərəfindən hərtərəfli dəstəyin göstərilməsi.

Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq – ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar ki heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir.

Azad iqtisadi zonaların yaradılmasında iki yanaşma mövcuddur. Azad iqtisadi zonaların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəaliyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman təsərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiyyət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı “Makiladoras” ərazisini göstərmək olar. Bu konsepsiya firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədikləri optimal rayonu seçməyə imkan yaradır.

Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir. Bu məntiq tam başadüşüləndir. Əgər ölkə hər hansı səbəblər üzündən birbaşa xarici kapital üçün açıq iqtisadiyyatı təmin edə bilmirsə, onda bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə bilər.

Azad iqtisadi zonalar həmçinin bunda maraqlı olan ölkənin daxili bazarının yüksək keyfiyyətli məhsullarla, ilk növbədə isə idxaləvəzedici məhsullarla doldurulması üçün çox vacibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici kapitalın iştirakı ilə idxaləvəzedici istehsal yaradılır.

Azad iqtisadi zonaların təşkili ölkənin xarici iqtisadi əlaqələrə təkcə istehsal yönümündən deyil, həm də turizm, mədəniyyət kimi sahələrdən qoşulmasını təmin edir ki, bütün bunlar da valyuta daxilolmalarının həcmini artırır.

Azad iqtisadi zonalar istehsalata milli və xarici elmi-texniki layihələrin sürətlə tətbiqini təmin edir və bunun da nəticələri gələcəkdə ölkənin milli iqtisadiy-

yatının bütün sahələrində istifadə edilir.

İnkişaf etməkdə olan ölkələrdə azad iqtisadi zonaların yaradılmasının əsas məqsədlərindən biri də ixtisaslı fəhlələrin, mühəndislərin, idarəedici kadrların hazırlanmasıdır. Və nəhayət, zonaların yaradılması iqtisadiyyatın inzibati idarəetmə üsulundan bazar prinsiplərinə keçid metodu kimi qiymətləndirilir.

Azad iqtisadi zonaların yaradılması məqsədləri bu və ya digər ölkənin iqtisadi, sosial, hətta siyasi mühitlərindən asılı olaraq müxtəlif cür olur. İnkişaf etmiş kapitalist ölkələrində azad iqtisadi zonalar bir qayda olaraq, işsizlikdən əziyyət çəkən və zəif infrastruktura malik geridə qalmış regionlarda yaradılır. Bu cür regionlara zona statusu verən ölkələrin hökumət orqanları bu cür ərazilərə xarici investisiyaların cəlb edilməsindən daha çox mövcud istehsalın inkişafını daha da stimullaşdırmaq və əlavə iş yerlərinin təmin edilməsi kimi məqsədlər güdürlər. Asiyanın Yeni Sənaye ölkələrində zona siyasəti sənayenin əsas elementi kimi çıxış edir və iqtisadi artımın sahəvi anklavlarının yaradılmasına yönəldilir (əsasən ixrac və elmi-texniki zonalar). İnkişaf etməkdə olan ölkələrdə isə əsas məqsəd kimi xarici kapitalın, qabaqcıl texnologiyanın və idarəetmə təcrübəsinin ölkəyə cəlb edilməsi, ixracın stimullaşdırılması, onun strukturunun yaxşılaşdırılması, məşğulluğun artırılması və yüksək ixtisaslı kadrların hazırlanması, torpaq sahələrinin və digər obyektlərin icarəyə verilməsi ilə əlavə mənfəətin əldə edilməsi, kommersiya və s. xidmətlərin göstərilməsi götürülür.

Öz ərazisində AİZ yaratmağa çalışan ölkələr bir sıra problemlərlə qarşılaşırlar. Bəzi ölkələr bunu iqtisadi mexanizmlərin inteqrasiyası məqsədilə, bəziləri isə xarici texnologiyaları cəlb etmək məqsədilə yaradırlar.Məsələn: 1981-ci ildən başlayaraq Böyük Britaniyada məşğulluq səviyyəsinin artırılması və bazar konyukturasının inkişafı məqsədilə azad aeroportların yaradılmasına başlandı (Liverpul, Belfast, Birmingem, Kardiff, Sauthempton, Prestris). Post sosialist ölkələri isə azad iqtisadi zonaları bazar iqtisadiyyatı mexanizmlərinin ölkədə bərqarar olunması üçün yaradırlar. ABŞ-da isə 1934-cu ildə qəbul olunmuş qanuna əsasən azad iqtisadi zonalar xarici məhsulları idxala olan vergilərdən azad etməklə xarici ticarətə yardım və əlverişli mühitin yaradılması məqsədinə yönəlmişdir.

Göründüyü kimi AİZ-in yaradılmasında müxtəlif məqsədlərin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək mümkündür. Bütün bunlara baxmayaraq, bu məqsədlərin hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır. Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla aşağıdakı kimi izah etmək olar:

İqtisadi məqsədlər:



  • Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması;

  • Yüksək rentabelliyə malik istehsalın inkişafı üçün xarici və daxili investisiyaların cəlb edilməsi;

  • İxrac məhsullarının genişləndirilməsi üçün BƏB-in üstünlüklərindən istifadə edilməsi;

  • Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması

Sosial məqsədlər:

  • İqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;

  • İş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilmə-si;

  • Yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə personalının təhsil və peşə təcrübələrinin artırılması;

  • Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması.

Elmi-texniki məqsədlər:

  • Ən yeni xarici və yerli texnologiyadan istifadə;

  • İdarəetmənin yeni formalarının həyata keçirilməsi;

  • Mühəndis-texniki mərkəzlərin təcrübi və elmi nailiyyətlərinin cəlb edilməsi;

  • İstehsal gücünün, infrastrukturun keyfiyyətinin artırılması

Bütün bu məqsədlərə nail olmaq üçün bunda maraqlı olan ölkələr xarici investorlar üçün əlverişli mühit yaratmalıdır. İndi isə AİZ-in normal fəaliyyət göstərməsi üçün ən vacib bir neçe şərtləri nəzərdən keçirək:

  • Siyasi stabillik ölkə daxilində əlverişli investisiya iqlimini yaratmağa kömək edir. Təcrübə dəfələrlə göstərmişdir ki, bu, xarici investisiyaların cəlb edilməsində həlledici rol oynayır;

  • Xarici və daxili investorların fəaliyyətini stimullaşdıran və hüquqlarını qoruyan yüksək qanunvericilik bazasının yaradılması;

  • İnkişaf etmiş infrastrukturun yaradılması ( həm istehsal həm də kommersiya məqsədli);

  • Təbii coğrafi mühit də vacib şərtlərdəndir;

  • Əlverişli iqtisadi konyuktura istənilən investor üçün cəlbedicidir.


1.2. Azad iqtisadi zonaların təsnifatı və əsas inkişaf xüsusiyyətləri
Dünya praktikasında AİZ-in müxtəlif formaları mövcuddur. Lakin hazırda azad zonaların hamı tərəfindən qəbul edilən ümumi tipologiyası mövcud deyil. İndi isə onların mümkün təsnifatına, tipik ölçülərinə, tətbiq edilən güzəştlər sisteminə və yayılma regionlarına nəzər salaq.

Adətən AİZ-in bu və ya digər növünü birmənalı şəkildə təsnifləşdirmək çox çətin olur. Belə ki, o, özündə bir çox zonaların xüsusiyyətlərini birləşdirir. Dünyada daha geniş yayılmış AİZ-ə aşağıdakıları misal göstərmək olar:



Azad ticarət zonaları

Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.



Xüsusi gömrük zonaları

İqtisadi zonaların sadə formalarından biri olmaqla, xüsusi gömrük zonaları özlərində ixrac üçün nəzərdə tutulmuş xarici malların qorunması, qablaşdırılması və emalı üçün yaradılmış tranzit və ya konsiqnasiya anbarlarını əks etdirir. Belə zonaları tez-tez azad gömrük əraziləri kimi də adlandırırlar. Xüsusi gömrük zonalarında malların idxalı və ixracına gömrük rüsumları tətbiq edilmir. Belə zonalar dünyanın bir çox ölkələrində mövcud olur.



Xüsusi ticarət-sənaye zonaları

Güzəştli ticarət rejiminə malik əraziləri özündə əks etdirir. Belə zonalarda sərmayə qoyuluşu, sənaye istehsalının inkişafı, məhsulların ixracı üçün çoxsaylı güzəştlər tətbiq edilir. Xüsusi ticarət-sənaye zonalarının istehsal və ticarət fəaliyyəti zonalar içərisində daha geniş yayılmış formalardan biridir.



İxracın həvəsləndirilməsi xüsusi zonaları və ya ixarcyönümlü sənaye zonaları

UNCTAD-ın materiallarına görə, belə zonalar milli gömrük ərazisi çərçivəsində anklav kimi xarakterizə edilir və adətən beynəlxalq limanların yaxınlığında yerləşir ki, buraya quraşdırılmaq üçün gətirilən avadanlıq və komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir. İxracyönümlü sənaye zonalarında idxal edilən məhsullar emala məruz qalaraq, sonradan qəbul edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç bir gömrük rüsumları ödənilmir. Lakin bu hal, həmin məhsullara, onların qəbul edən ölkənin milli gömrük ərazisinə daxil olduğu zaman şamil edilmir.

Bu cür zonalara daha çox sənayeləşmənin idxaləvəzedici tipindən ixracyönümlü tipinə keçid strategiyasını həyata keçirən inkişaf etməkdə olan ölkələrdə rast gəlmək olar. Belə zonaların müsbət effektlərinə əksər hallarda Yeni Sənaye Ölkələrində nail olunur. Hazırda dünyada belə zonaların sayı 350-ni ötmüşdür. İxracyönümlü sənaye zonaları əsasən valyuta sərvətləri qazanmaq məqsədilə xarici bazara çıxış yönümündə yaradılır.

Texniki-iqtisadi inkişaf zonaları

Texniki-iqtisadi inkişaf zonaları milli iqtisadiyyatda effektli, yüksək texnologiyaya malik istehsalın təşkili məqsədilə yaradılır. Texniki-iqtisadi inkişaf zonalarında yerləşən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından, təşkilatçılığın və marketinqin proqressiv metodlarından geniş istifadə olunur və qabaqcıl sənaye texnologiyası işlənib hazırlanır, tətbiq edilir. Texniki-iqtisadi inkişaf zonaları da daha çox inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Təşkilati və fəaliyyət göstərmə xüsusiyyətlərinə görə texniki-iqtisadi inkişaf zonalarına yaxın olan AİZ formalarından biri də Yeni və Yüksək Texnologiyanın İnkişafı Zonalarıdır.



Yeni və yüksək texnologiyanın inkişafı zonaları.

Belə zonalar əsasən ABŞ, Yaponiya və Çin kimi ölkələrdə geniş yayılmışdır. ABŞ-da onları “texnoparklar”, Yaponiyada – “texnopolislər”, digər ölkələrdə isə - biznes-innovasiya mərkəzləri və “inkubatorlar” kimi adlandırırlar. Texniki-iqtisadi inkişaf zonalarından fərqli olaraq, texnoparkların fəaliyyəti yeni və yüksək texnologiyanın inkişafı, elmtutumlu məhsullar istehsalına yönəlir. Belə zonalarda cari və perspektiv elmi-təcrübi məsələlərin həlli ilə, yeni növ məhsul və material istehsalı ilə məşğul olan güclü kadr və mühəndis potensialı cəmləşmişdir.

ABŞ-da yerləşən ən böyük və dünyaca məşhur olan texnoparklardan “Sellikon Velli” dünyada hesablayıcı texnika və kompüter istehsalının 20%-ni verir. Ümumiyyətlə isə ABŞ-da belə zonaların sayı 80-dən çoxdur. Yaponiyada qabaqcıl elmi nailiyyətlərdən və texnologiyadan istifadə edən 20-dən çox texnopolis vardır. Çində isə 50-dən çox yeni və yüksək texnologiyanın inkişafı zonaları qeydiyyatdan keçmişdir.

Kompleks, çoxsahəli inkişaf təyinatlı iqtisadi zonalar

Belə zonalar sadaladığımız digər zonalara məxsus bütün xüsusiyyətləri özündə əks etdirir. Misal üçün, Şenjzen (Çin) Azad İqtisadi Zonasının tərkibinə azad ticarət zonaları və texnoparklar daxildir.



Açıq rayonlar

Belə zonalar əsasən xarici kapitalın cəlb edilməsi məqsədilə güzəştli investisiya rejiminin yaradıldığı əraziləri əhatə edir. “Açıq rayonlar” daha çox Çində inkişaf etmişdir və demək olar ki, ölkənin bütün sahilboyu ərazilərini əhatə etməklə, ölkənin daxilinə doğru genişlənirlər. Belə rayonlarda texniki-iqtisadi inkişaf zonaları, ixracyönümlü istehsalı həyata keçirən texnoparklar yerləşir.



Offşor zonaları

Bəzən “vergi limanları” kimi də adlandırılan offşor zonalar 70-ci illərdən etibarən yaranmağa başlanmışdır. Offşor zonaları səmərəli valyuta-maliyyə rejiminə, yüksək səviyyəli bank və kommersiya sirrinin təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb edir. Onlar daha çox Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan Birlik ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zonalar vardır. Panama, Norman adaları, İrlandiya, İsveçrə və s. kimi ölkələrdə offşor zonalarının fəaliyyəti daha əvvələ gedib çıxır. Son onilliklərdə offşor zonaları İsrail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır. Offşor zonalarında yerləşən sənaye, ticarət və bank şirkətləri ya ümumiyyətlə vergiyə cəlb olunmur (İrlandiya, Liberiya kimi), ya da onlar çox aşağı vergi dərəcələrilə vergilər ödəyirlər. İsveçrədə vergilər çox aşağı həcmdə olur, lakin bu, müəyyən hallarda dəyişdirilə də bilər. Offşor zonalarında güzəştli rejim həmçinin valyuta məhdudiyyətlərinin, xarici investorlar üçün gömrük rüsumlarının və yığımlarının olmaması, eksteritoriallıq, mənfəətin və müəyyən həcmdə kapitalın ölkədən sərbəst çıxarılması və s. formalarda tətbiq olunur. Offşor zonalarını öz ərazilərində yaradan ölkələrə bunun xeyri, əlavə xarici investisiyaların cəlb edilməsi, gəlirlərin artması, əlavə iş yerlərinin açılmasındadır ki, bütün bunların nəticəsində də milli iqtisadiyyatın inkişafı təmin edilir.

Offşor biznes bir qayda olaraq daha çox, bank, sığorta işində, dəniz gəmiçiliyində, trast fəaliyyətindəki daşınmaz əmlakla bağlı əməliyyatlarda, konsaltinq sahəsindəki ixrac-idxal əməliyyatlarında cəmləşmişdir.

Offşor zonaların fəaliyyəti mütəxəssislər tərəfindən heç də birmənalı qarşılanmır. Bir çoxları belə qənaətə gəlirlər ki, offşor zonaları “çirkli pulların” yuyulması və müxtəlif cür bank fırıldaqlıqlarının baş verdiyi ərazilərdən başqa bir şey deyildir.

Misal üçün, bir çox rus sahibkarları offşor zonalarında öz şirkətlərini yaratmaqla öz gəlirlərini offşor hesablarındakı möhkəm valyutalarda saxlamaqla bunu gizlədirlər. Bununla yalnız Rusiyada güzəştli investisiya rejimini yatmaq və valyutaların qorunmasını təşkil etməklə mübarizə aparmaq olar. Əks təqdirdə isə, xarici iqtisadi əlaqələrin liberallaşdığı bir şəraitdə onsuz da dayanmadan artan valyuta sərvətləri ölkədən xaricə axmağa başlayacaqdır.

İstehsalın beynəlmiləlləşməsinin, beynəlxalq əmək bölgüsünün müasir inkişaf səviyyəsi nəticəsində yaranan AİZ sırasına misal olaraq Tumaqan xüsusi iqtisadi zonasını göstərmək olar. “Tumaqan” Azad İqtisadi Zonası Rusiya, Çin, KXDR sərhədlərinin qovuşduğu yerdə yaranmışdır. Layihə 25-30 il müddətinə hesablanmışdır. Bu Azad İqtisadi Zonada limanlar tikilmişdir. Gələcəkdə isə çin və koreyalı işçi qüvvəsindən istifadə etməklə çoxsaylı sənaye müəssisələri tikiləcəkdir. Rusiya isə bu müəssisələrə emal üçün xammal göndərəcəkdir. Azad iqtisadi zonada öz müəssisələrini yaradacaq sahibkarlar çoxlu güzəştlərdən yararlanacaqlar. Bu azad iqtisadi zonanın yaradılmasında nəzərdə tutulan layihələrdən biri də Avropaya gedən yolun qısaldılması məqsədilə Çin, Mərkəzi Asiya və Avropa ölkələri ərazisindən keçəcək dəmiryol xəttinin çəkilişidir.



Azad iqtisadi zonaların müxtəlif formalarını və onların müəyyən edilmiş təsnifatını aşağıdakı cədvəldən görmək olar:

Cədvəl 1.

Azad iqtisadi zonaların müxtəlif növlərinin təsnifatı

I.Ticarət üzrə

II.Sənaye istehsal

III.Texniki

IV.Servis

zonalar

zonaları

zonalar

zonaları

1.Azad gömrük

1.İdxaləvəzedici

1.Texnopolis

1.Offşor zonalar

2.Bağlama anbarlar

zonalar

2.Texnopark

2.Maliyyə mərkəzləri

3.Azad liman

2.İxrac istehsalının

3.Yeni və yüksək

3.Bank xidmətləri

4.Azad ticarət zonası

inkişafı zonaları

texnologiyanın

4.Turist xidmətləri

 

3.Sənaye parkları

inkişafı zonaları

5.Ekoloji parklar

 

4.Elmi-texniki parklar

 

 

Kompleks AİZ

Beynəlxalq AİZ

1.Azad sahibkarlıq zonaları

1.Tumaqan AİZ

(Qərbi Avropa,Kanada)

2.Sərhədyanı AİZ

2.ÇXR xüsusi iqtisadi zonaları

3.Avropa regionları

3.Xüsusi rejim zonaları

 

(Braziliya,Argentina)

 

 

Ərazi üzrə AİZ

Funksiyalarına görə AİZ

1.İnzibati-ərazi vahidləri

1.Ticarət anbarları

2.Sənaye-elmi parklar

2.Offşor mərkəzlər

 

 

3.Nöqtə müəssisələr

Göründüyü kimi, azad iqtisadi zonaların müxtəlif növləri vardır. Onlar əsasən ticarət, sənaye istehsalı, elmi-texniki və servis zonaları şəklində yaradılırlar. Ticarət üzrə formalaşdırılan zonalarda əsas məqsəd güzəştlər: gömrük rüsumlarının tam və ya qismən azaldılması, gömrük prosedurlarının maksimum dərəcədə sadələşdirilməsi, ticarət sahəsində lisenziyaların qısa müddətdə verilməsi və s. tətbiq etməklə idxal-ixrac əməliyyatlarını stimullaşdırmaqdır. Sənaye istehsalı zonalarında isə güzəştlər daha çox idxaləvəzedici və ya ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə nail olmaq məqsədilə tətbiq edilir. Elmi-texniki zonalarda əsasən elmtutumlu məhsulların istehsalı həyata keçirilir, müasir texnoloji biliklər tətbiq edilir, elmi işçilərin peşə və ixtisasları artırılır və s. müsbət istiqamətli proseslər baş verir. Servis zonalarına gəldikdə isə, belə zonalarda adətən iqtisadiyyatın hər hansı bir sahələri üçün xüsusi güzəştlər ayrılır. Məsələn, turistik zonalarda turist industriyasının inkişafı sahəsində fəaliyyət göstərən müəs-sisələr müəyyən güzəştlər əldə edirlər (vergilərdən tam və ya qismən azadolma, inzibati və digər güzəştlər). Offşor zonalar adətən keçmiş koloniyaların ərazisində, kiçik adalarda yaradılır. Burada fəaliyyət göstərən şirkətlər demək olar ki, vergi ödəmirlər. Xarici valyutadan istifadəyə isə məhdudiyyət qoyulmur. Belə zonalar müasir dövrdə daha çox “çirkli pullar”ın yuyulması məkanı kimi çıxış edirlər. Fiskal və maliyyə güzəştlərinin tətbiqi, ucuz işçi qüvvəsindən istifadə buraya TMK-ın axınını gücləndirir.

Azad iqtisadi zonalar öz ölçülərinə, orada tətbiq edilən güzəştlərin növlərinə, gömrük sərhəddinin olub-olmamasına görə müxtəlif cür olurlar. Azad iqtisadi zonaların müxtəlif modellərinin ölçüləri, orada tətbiq edilən güzəştlər, bu zonaların daha geniş yayıldığı coğrafi məkanları (regionlar, ölkələr) və s.-ni Cədvəl 2-dən aydın

Cədvəl 2.

Azad zonaların əsas modelləri: tipik ölçüləri və güzəştlər sistemi


Azad zonanın növü

Ölçüsü (кv. кm)

Gömrük sərhəddinin mövcudluğu

Baza güzəştləri

Əsas regionlar/yayılma ölkələri

Azad ticarət zonası

3-5-ə qədər

Mütləqdir

gömrük

İEÖ və İEOÖ-də nəhəng nəqliyyat şəbəkələri

Sənaye-istehsal zonaları:













а) nöqtəvi zonalar

1-2-ə qədər

yoxdur

gömrük

Braziliya,Meksika,Puerto-Riko,Filippin, Karib hövzəsi

b) sənaye parkları

0,1-0,5

1-20


Mütləq deyil

gömrük

CŞA ölkələri,Meksika

Ticarət-istehsal zonaları

1-4

Mütləqdir

gömrük

ABŞ

Kiçik biznes zonaları

0,01-3

yoxdur

Maliyyə, vergi

Hindistan,Yaxın Şərq,Argentina,Fransa

Elmi-texniki zonalar

2-20

Mütləq deyil

vergi

Cənub Şərqi Asiyanın Yeni Sənaye Ölkələri

Offşor maliyyə mərkəzləri

0,05-0,1

yoxdur

vergi

Karib hövzəsi, Honqkonq,Sinqapur

Kompleks zonalar:













а) xüsusi iqtisadi zonalar

16-330

Mütləqdir

Gömrük, maliyyə, vergi

ÇXR

b) “Manaus” zonası tipində xüsusi rejimli zonalar

2 200 000 (güzəştlər 10 000-ə qədər tətbiq edilir)

Zonanın müəyyən bir hissəsi üçün mütləqdir

Gömrük, maliyyə, vergi

Braziliya ("Маnаus"), Argentina ("Odlu torpaq")

c) xüsusi iqtisadi zonalar

Inzibati-ərazi vahidləri çərçivəsində (şəhər, rayon)

Xüsusi zona ərazisində yerləşən ayrı-ayrı lokal zonalar üçün mütləqdir

Gömrük, maliyyə, vergi

Rusiya (Kalininqrad vilayəti, digər ərazilər)


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə