Leyli VƏ MƏcnun




Yüklə 12.04 Kb.
tarix24.04.2016
ölçüsü12.04 Kb.

www.cafarcabbarli.org


LEYLİ VƏ MƏCNUN"
İki gün əvvəl Dövlət tiatro heyəti aktyorlarından Məhəmmədtağı Bağırov ilə administrator Rza Zəki əfəndinin şərəfinə olaraq "Leyli və Məcnun" operası mövqeyi-tamaşaya qoyulmuşdur. Şərəf sahibi Məhəmmədtağı - Məcnun rolunu oynayordu.

Artist öz roluna artıq əhəmiyyət verdiyindən olmalıdır ki, Məcnunu yaxşı deyiləcək dərəcədə layiqli oynadı.

Məhəmmədtağı əfəndinin pəsxanhğı üçxanlığından daha yaxşıdır. Xüsusilə səhnədə bir opera aktyoruna lazım olacaq məziyyətləri havidir. Lakin nədənsə bizim ümum aktyorlar səslərinin tərəqqi etməsinə əta etməyirlər. Onu tərbiyələndirməyorlər. Halbuki musiqimizin xüsusiyyəti bunu tələb ediyor. Ona görə bu işə əhəmiyyət vermək lazımdir.

Aktyorların şərəfinə oynanan tamaşalarda nəzər-diqqəti cəlb edən bir fəqərə varsa, o da şərəf sahibinin təbrik edilməsi haqqında aktyorlar tərəfindən bir taqım uzun və lüzumsuz nitqlər söylənməsidir.

Bir aktyor hər zaman təqdir edilib alqışlanmalıdır. O, yalnız şərəf günlərində deyil, müvəffəqiyyətlə oynadığı hər teatroda, bəlkə hər məclisin sonunda tamaşaçılar tərəfindən səmimiyyətlə alqışlanar. Habelə şərəf günlərində də alqışlanacaq, fəqət burada zaid bir fəqərə varsa, o da tamaşanın ortasında səmimiyyətdən ari söylənən bəzi duzsuz və mənasız nitqlərdir.

Bizim akyorlarımızda ümumiyyətlə bir yanlışlıq var. O, yanlışlıq onları kəndi sənətlərində tərəqqi etməkdən saxlamaqdadır. Bu səhv nisyan bir kərə təshih edilməlidir. Yeri gəldiyi üçün bu xüsusda bir neçə söz söyləmək münasibdir.

Bir zamanlar vardı ki, tiatro və səhnəyə məktəb nəzərilə baxılardı. Bəlkə də tiatro bir məktəbdir. Bu xüsusda bəhs etməyi başqa münasib bir vaxta buraxıyoram. Fəqət bir aktyor kəndisinə heç bir zaman məktəb müəllimi nəzərilə baxmamalıdır. Əgər aktyor bu zehniyyətdə olarsa, ondan hüsni-nəticə çıxmaz. Aktyorun məziyyəti bambaşqadir. Aktyor - sənətkardır. Həm də sənət üçün sənət nəzəriyyəsini qəbul etməlidir. Bu gün bir aktyor əgər bu fikirdə olarsa ki, mən müəllimə müəllimlik etmək istiyoram - o, müvəffəq olmaz. Bununla mən burasını danmıyoram ki, bizim müəllimimizin müəllimlərə ehtiyacı yoxdur. Hər halda aktyor müəllimliyini səhnədən xaricdə etməlidir.

Bu gün tiatroya gələnlər içərisində bir aktyorun verəcəyi tərbiyədən faidəmənd olanlar bəlkə də vardır. Hər halda tamaşaçıların əksəri tiatroya aktyordan dərs almağa gəlməyorlar. Vəqta ki böylədir, aktyor da özünün müəllimliyini unutmalıdır.

Aktyor - sənətkardır. Sənət hər şeydən ucadır. Aktyor sənətdə söylədiyi sözlərinin ifadə etdiyi mənalarından dolayı alqışlanmayor. Əgər alqışlanırsa, o alqış əsərin müəllifinə racedir. Aktyor yalnız girdiyi rollardan və ifa etdiyi tiplərdən dolayı alqışlanıyor ki, onların da məharət və dühalan həp bundadır.

Hələ bir tamaşaçı heç bir zaman bir aktyorun xüsusi həyatından, onun tərcümeyi-halından maraqlanmaz. Bunun üçün də səhnədə söylənən nitqlər nəinki tamaşaçıları məşğul edəmiyor, bəlkə onların zövqlərini təxriş ediyor. Bunun üçün də münasib olardı ki, əvvəla aktyorlar özlərini müəllim deyil, sənətkar tanıyaydılar. Saniyən səhnədə zövqləri təxriş edəcək ani nitqlər söylənməməlidir.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə