Kurs iŞİ Mövzu: “İdarəetmə peşəkar və ictimai fəaliyyət növü kimi”




Yüklə 242.87 Kb.
səhifə4/4
tarix24.04.2016
ölçüsü242.87 Kb.
1   2   3   4

YENİ DÖVLƏT YARADILMASI VƏ MÜTƏRƏQQI

FƏALİYYƏT
Müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi

1991-ci il oktyabrın 18-də qəbul edilmiş və dekabrın 29-da referendumla təsdiq edilmiş, 6 bölmə və 32 maddədən ibarət olan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”ında qeyd olunduğu kimi, Azərbaycan müstəqil, dünyəvi və unitar dövlətdir.Bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız suveren hakimiyyətin daşıyıcısı olan Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan Respublikasının Parlamentinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.Konstitusiya Aktına əsasən, Azərbaycan idarəetmə formasına görə prezidentli respublikadır.Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanır.Qanunvericilik hakimiyyəti parlamentə, icra hakimiyyəti prezidentə, məhkəmə hakimiyyəti isə Azərbaycan Respublikasının məhkəmələrinə məxsusdur.Azərbaycan ərazisində yalnız respublikanın Konstitusiyasının və qanunlarının qüvvədə olması göstərilirdi.Konstitusiya parlamentin qərarı ilə respublikanın bütün əhalisi arasında ümumxalq səsverməsi yolu ilə qəbul edilməli idi.Hakimiyyət orqanlarının formalaşdırılması üçün ( məhkəmələr istisna olmaqla ) mövcud olsa da, 2003-cü il mayın 27-də qəbul edilmiş Seçki Məcəlləsi həm referendumun keçirilməsi, həm də Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, bələdiyyə üzvlərinin seçkiləri üçün vahid normativ akt qismində çıxış etdi.

Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş imperiyapərəst qüvvələr və onların əlaltıları iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə çalışırdılar.Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə QURTULUŞ hərəkatı başlandı.Hərəkatın carçıları Heydər Əliyevin ətrafında sıx birləşərək onu ümumxalq mübarizəsi səviyyəsinə qaldırdılar.Ölkənin mütərəqqe şəxsiyyətləri, ziyalıları, qabaqcıl, sadə əmək adamları dəfələrlə Naxçıvana, Heydər Əliyevin yanına gedib Vətənin xilası naminə ondan yenidən böyük siyasətə qayıtmasını xahiş etdilər.Heydər Əliyevin qayıdışı, Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi demək idi.H.Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi.O, xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün 1993-cü il iyunun 9-da hökümətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi.

Həmin dövrdə Azərbaycan iqtisadiyyatında vəziyyət qənaətbəxş deyildi.Belə ki, nizamsızlıqdan faydalanan, mənfəət götürən məmurlar köklü islahatların həyata keçirilməsinə müxtəlif vasitələrlə müqavimət göstərdiklərinə görə iqtisadi böhranı aradan qaldırmaq demək olar ki, mümkün olmamışdı.Ölkənin maliyyə sistemi də bərbad vəziyyətdə idi.Milli Bank krediti təminatsız və olduqca aşağı faizlə verirdi.Kommersiya bankları Milli Bankdan vəsait alıb kredit əməliyyatlarına başlamışdılar.ÜDM hər il orta hesabla 18-20, sənaye məhsulu 20-25, kənd təsərrüfatı məhsulu isə 7-10 faiz azalırdı.Dövlət büdcəsi böyük kəsrlə icra olunurdu.Respublika köhnə texnologiya və standartlarla istehsal olunan malları xarici bazara çıxara bilmirdi.Xarici ticarətdə barter əməliyyatlarına geniş yer verilir, bundan ayrı-ayrı dairələr külli miqdarda mənfəət götürürdü.İstehsal zəif olduğundan daxili bazar əsasən (70-80 faiz ) idxal hesabına formalaşırdı.1993-cü ildə Azərbaycan dünyanın 30, 1996-cı ildə 70 ölkəsinin 2500 şirkət və müəssisə ilə ticarət-iqtisadi əlaqələri saxlayırdı.

Prezident Heydər Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitliyin yaranmasına nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı.Prezidentimizin rəhbərliyi altında həyata keçirilən tədbirlər mövcud iqtisadi böhranı aradan qaldırmağa, iqtisadi sabitlik yaratmağa və tərəqqiyə yol açmağa imkan verdi.Bazar iqtisadiyyatının formalaşmasına münasib şərait yaratmaq məqsədilə qanun, fərman və qərarlar qəbul edildi.Prezident 1994-cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında Fərman verdi.Xarici iqtisadi əlaqələr liberallaşdırıldı, həm fiziki, həm də hüquqi şəxslərə azad surətdə xarici ticarət hüququ verildi.1997-ci ilin yanvarında respublikada ixrac vergisi ləğv olundu.1994-cü ilin may ayında respublikanın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün qəti addımlar atıldı.1994-cü ilin əvvəllərindən milli valyuta-manat respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu.Prezidentin 14 may 1994-cü il Fərmanı ilə kredit siyasəti ciddiləşdirildi.Banklararası valyuta birjasının işi nizama salındı.1995-ci ilin fevral ayında Prezident ilk radikal addım atıb valyuta bazarının təşkili haqqında Fərman verdi, bundan sonra valyuta ehtiyatları bazar vasitəsilə tənzimlənməyə başlandı.Beynəlxalq valyuta fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı.Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu.Büdcə kəsirinin artmasına yol verilmədi.Nəticədə 1995-ci ildə inflyasiya 85% endi.1996-cı ildə inflyasiya cəmi 6,7% oldu.Onun səviyyəsi 2000-ci ildə cəmi 2%, 2001-ci ildə isə 1,5% idi.Manatın dollara nisbətən dəyəri möhkəmləndi, istehlak mallarının qiymətləri artmadı, əksinə, azalması müşahidə olundu.

1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında ADNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsersum ( sonralar bu konsersuma Yaponiya şirkəti də qoşuldu ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli yatağının” bir hissəsinin birgə işlədilməsi və hasil olunana neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı.Bu müqavilə dünyada “Əsrin müqaviləsi” adı ilə məşhurlaşdı.Atılan mühüm addımlardan biri də iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi idi.Bu məqsədlə, dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi üçün bir çox tədbirlər görüldü.1995-ci il sentyabrın 29-da Qanunla təsdiqlənmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyətləri”, “Auditor xidməti haqqında” qanunlar, “Dövlət müəssisələrinin Səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında Əsasnamə” və başqa mühüm hüquqi aktlar qəbul edilmişdi.Sahibkarlığın inkişafı üçün Milli Fond təsis olundu.Bundan başqa, 1995-ci ilin fevral ayında “Aqrar islahatların əsasları” və “Kolxoz və sovxozların islahatı haqqında” qanun qəbul edildi.Bu mühüm qanunların həyata keçirilməsi ilk növbədə torpağa mülkiyyət münasibətlərinin yenidən müəyyənləşdirilməsindən çox asılı idi.1995-ci ilin mart ayında “Dövlət Aqrar İslahatı Komissiyası” yaradıldı.1996-cı il iyulun 16-da ölkənin aqrar sektorunda radikal bir addım atıldı.Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün və siyasi iradəsinin məhsulu olan “Torpaq islahatı haqqında” Qanun qəbul edildi.Bu qanuna görə, bütün postsovet respublikalarından fərqli olaraq, torpaq sosial ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi.

Əhalinin sosial müdafiəsi tədbirləri və islahatların sosial yönümü 90-cı illərin ortalarından başlayaraq həyata keçirilən iqtisadi siyasətdə mərkəzi yer tuturdu.İnsanları kasıbçılıqdan qurtarmaq, onların rifah halını yaxşılaşdırmaq üçün Prezidentin təşəbbüsü ilə ölkədə “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə dövlət Proqramı” hazırlandı.Proqramda makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı şəkildə, investisiyaların daha geniş inkişaf etdirilməsi, iqtisadiyyatda struktur islahatlarının, o cümlədən özəlləşdirmənin sürətləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi tədbirləri müəyyən edilmişdi.
MÜTƏRƏQQI FƏALİYYƏT

Ümumiyyətlə qeyd etmək lazımdır ki, mütərəqqi fəaliyyət özündə bir sıra ünsürləri birləşdirir ki, onlardan da ən başlıcası demokratiyadır.Demokratik dövlət rejimi cəmiyyətin maddi rifahının əsasını təşkil edən iqtisadi fəaliyyət sahəsində şəxsiyyətə azadlıq verən rejim kimi xaraterizə olunur.Vətəndaşların şəxsi hüquq və azadlıqlarının real təmini dövlətin siyasi həyatında öz fikrini ifadə etmək, müxtəlif mədəni-elmi peşə və s. ictimai təşkilatlarda fəal iştirakına imkan verir.Şəxsiyyətin özbaşınalıqdan, qanunsuzluqdan müdafiəsi, onun hüquqları, ədalət mühakiməsində öz əksini tapır.Demokratik hakimiyyət çoxluğun və azlığın mənafelərinin, əhalinin fərdi və milli xüsusiyyətlərini eyni ölçüdə nəzərə alır.Dövlət hakimiyyətinin demokratik metodları ortaya çıxan sosial ziddiyyətlərin qarşısını almağa imkan verir.Dövlət orqanları ilə vətəndaşlar arasında, əhalinin müxtəlif qrupları arasında qarşılıqlı güzəşt əsasında razılaşmaları təmin edir.Demokratik rejim şəraitində müxtəlif partiyalar digər ictimai təşkilatlar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.Dövlətin siyasətini dəstəkləyir, və onlar bütün fərdlərin və ictimai birliklərin mənafeyini nəzərə alırlar.Demokratik dövlət rejimi cəmiyyət və şəxsiyyətin obyektiv tələbatını əks etdirən qanunlara əsaslanan sabit hüquq qaydası olub dövlət və şəxsiyyət arasında, müxtəlif sosial və milli insan qrupları arasında münaqişələrin daha təmkinli həllinə imkan yaradır.

Mütərəqqi fəaliyyətin digər ünsürü olan hüquqi dövlətin əsas əlamətlərinə daxildir:

1)ictimai həyatın bütün sahələrində qanunun aliliyi: Hüquqi dəyərlər sistemində insan azadlığının təşkili və müdafiəsinin ali ifadə forması qanunudur.Qanunlarda dövlət bərabərlik və ədalətlilik əsasında ictimai inkişafın obyektiv tələblərini maksimal dərəcədə nəzərə almalı olan ümumməcburi davranış qaydaları müəyyən edir.Qanunlar həyatın mühüm sahələrində azadlıq ölçüsünü müəyyən edir, cəmiyyətin əxlaqi dəyərlərini mühafizə edir.Hüquqi dövlətin əsas qanunu konstitusiyadır.

2)Şəxsiyyət hüquqlarının reallığı onun azad inkişafının təmin edilməsidir.Sosial həyatda insan azadlığı onun hüququ kimi çıxış edir.Hüquqi dövlət fərd üçün müəyyən azadlıq sahəsi təsdiq edir, onun hüququnun pozulması zamanı məhkəmə müdafiəsi ilə təmin edir.Müasir demokratik dövlətdə obyektiv azadlıq öz konkret məzmununa görə müxtəlif olan subyektiv şəxsiyyət hüquqlarında həyata keçirilir.Şəxsiyyətin toxunulmaz hüququ təhsil hüququ, sosial-təminat hüququ, məhkəmə müdafiəsi, dövlət ərazisində sərbəst hərəkət və s. hesab olunur.

3)Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti.Siyasi hakimiyyətin daşıyıcısı kimi dövlət və onun formalaşması və həyata keçirilməsinin iştirakçısı kimi vətəndaş arasında qarşılıqlı münasibətlər bərabərədalətli əsaslarla qurulmalıdır.Şəxsiyyət azadlığı həddini qanunlarda müəyyən edərək dövlət elə həmin həddə də öz qərar və hərəkətlərində üzünü məhdudlaşdırır.Dövlət hər bir vətəndaşa münasibətdə ədaləti təmin etmək öhdəliyini götürür.Dövlət orqanları hüquqa tabe olaraq onun göstərişlərini poza bilmir və bu vəzifələrin pozulmasına, yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.Həmin hüquqi əsaslarla da şəxsiyyətin dövlət qarşısında məsuliyyəti müəyyən edilir.Dövlət məcburetmənin tətbiqi hüquqi xarakter daşımalı, şəxsiyyət azadlığının həddini pozmamalı, baş vermiş hüquq pozuntusunun ağırlığına müvafiq olmalıdır.Hüquqi dövlətin təşkili və fəaliyyətinin əsas prinsipi hakimiyyətin bölgüsüdür.Bu prinsip bir tərəfdən qanunverici hakimiyyətin aliliyini, digər tərəfdən isə icra və məhkəmə hakimiyyətinin qanuna tabe olmasını müəyyən edir.Hakimiyyətin üç nisbətən sərbəst və müstəqil sahələrə ayrılması hakimiyyətdən sui-istifadəni və dövlət tərəfindən hüquqla əlaqəsi olmayan totalitar idarəçiliyin yaranmasının qarşısını alır.Hakimiyyətin tarazlığı xüsusi təşkilati, hüquqi vasitələrlə saxlanılır ki, bu həm qarşılıqlı fəaliyyəti, həm də müəyyən edilmiş həddə səlahiyyətlərin qarşılıqlı məhdudlaşdırılmasını təmin edir.



Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir.Bunların hamısının bir məqsədi, bir məqamı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi.XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır.Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq mürəqqi fəaliyyətin əsas ünsürləri olan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur.Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.Bütün bunlara baxmayaraq bu mübarizə mürəqqe fəaliyyətə gətirib çıxartmışdır ki, onun da əsasını H.Əliyev qoymuşdur.Azərbaycanın siyasi gerçəkliyini, dünənində, bugünkü həyatında və gələcək taleyində bu böyük şəxsiyyətin oynamış olduğu, hazırda və bundan sonra oynaya biləcəyi rolunu təhlil etdək, aydın olar ki, bu dövlət xadiminin, siyasətinin, müdrik insanın xalqın rəsmi siyasi lideri kimi hakimiyyətə ikinci dəfə qayıdışı, sözün əsa mənasında Azərbaycanın tarixi müqəddaratının reallıqdan doğan obyektiv zərurət idi.Bu zərurət əhalinin əksəriyyətinin, onun doğma vətəninin düşmüş olduğu bəladan xilas etməyə qadir olan siyasətinə və tükənməz enerjisinə, dərin inamına əsaslanırdı.H.Əliyevə xalqın inamı, etibarı həqiqət üstündə yaranıb.Ona görə də bu gün hamı millət naminə, çalışan, onun mənəviyyatında, iqtisadiyyatında intibah çırağı yandıran, dövlətimizin müstəqilliyini qoruyan ideya sahiblərinə güvənir, onların ardınca gedir.H.Əliyevin layiqli davamçısı olan Prezidentimiz İ.Əliyevin yorulmaz fəaliyyəti nəticəsində son illərdə Azərbaycan beynəlxalq aləmdə özünə layiq mövqe qazanmışdır.On illik dövr ərzində ölkəmizdə dünya dövlətləri arasında sıx iqtisadi əlaqələr yaradılmış, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına geniş imkan açılmışdır.Əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də odur ki, Azərbaycanın xarici ticarət dövriyyəsində ilk dəfə olaraq 200-ci ildə ixrac idxalı üstələmişdir.Ölkəmizə qoyulan sərmayelərin miqdarı xeyi artmış, torpaq islahatı haqqında, sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, əhalinin sosial müdafiəsini təmin etmək üçün 900-ə qədər qanun qəbul edilmişdir.Neft və qaz, neft kimyası, metallurgiya, maşınqayırma, tikinti materialları, yüngül sənaye və s. sahələrdəki irəliləyişlər xalqımızın gələcəyə olan ümidini, nikbinliyini daha da artırmış, yüksək göstəricilər qazanmağa ruhlandırmışdır.Əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirərək müstəqil Azərbaycanın bugünü və sabahı üçün böyük tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsi gələcək nəsillər üçün xoş güzəranın təməlini qoydu.Bütün bunlar qeyd etdiyim kimi əsası H.Əliyev tərəfindən qoyulan “mütərəqqi fəaliyyət”in nəticəsidir.


NƏTİCƏ
Ötən əsrin 90-ci illərindən bəri Azərbaycan yeni inkişaf yoluna qədəm qoymuşdur.Bu proses istər ölkədaxili, istərsə də xarici siyasətdə özünü biruzə vermişdir.İqtisadiyyatın strukturunda bir çox dəyişikliklər müsbət nəticələr vermişdir.Dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığa dair dövlət proqramlarının qəbul edilməsi nəticəsində respublikada ümumi daxili məhsulun 60%-dən çoxu özəl müəssisələrdə istehsal olunmuşdur.

İqtisadi struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri olan aqrar islahatın həyata keçirilməsi bütün postsovet ölkələrindən fərqli olaraq ölkəmizdə torpaqların kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz şəkildə verilməsinə şərait yaratdı.

Beynəlxalq iqtisadi əlaqələr yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin həllinə nail olunması bu mərhələdə dövlətimizin xarici siyasətinin ana xətti olmuşdur.

“Regionların sosial-iqtisadi inkişafı haqqında” dövlət proqramının həyata keçirilməsi ilə bağlı görülən tədbirlər bir çox regionlarımızın nəzərə çarpacaq dərəcədə inkişafına səbəb olmuşdur.

Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünü yaşadığına görə yuxarıda göstərilən inkişafla bərabər bir sıra problem və ziddiyyətlərlə də üzləşir.İlk növbədə, keçid dövründə əmtəə qıtlığı, inflyasiyanın artması və əhalinin alıclıq qabiliyyətinin kəskin aşağı düşməsi müşahidə olunur.Keçid dövründə inflyasiyanın güclənməsi sahəsində qiymətin artmasına inhisarçılıq və şok terapiyası prinsipləri güclü təsir edir.Keçid dövrünü müvəfəqiyyətlə başa çatdırmaq üçün respublikamızda iqtisadi islahatları həyata keçirərkən dünya təcrübəsi əsas götürülməlidir.Bununla yanaşı, respublikamızın inkişafının start vəziyyəti, iqtisadi potensialı, iqtisadi müstəqillik problemi və nəhayət xalqımızın milli mentaliteti nəzərə alınaraq uzunmüddətli işlənib hazırlanmış sistemli iqtisadi siyasət əsasında islahatlar mərhələ-mərhələ həyata keçirilməlidir.

Bundan əlavə qiymətlərin liberallaşdırılması, onların tələb və təklif əsasında formalaşdırılması, həmçinin qiymət indekslərinin əhalinin gəlir indekslərinə uyğunlaşdırılması, azad sahibkarlığın inkişafına dövlət tərəfindən daha geniş şərait yaradılması, xüsusi bölmənin xüsusi çəkisinin artması, bir çox sferalarda dövlət müdaxiləsinin məhdudlaşdırılması, maliyyə sabitliyinin təmin olunması və s. tədbirlərin həyata keçirilməsi zəruri və məqsədəuyğundur.Həmçinin ölkəmizin iqtisadiyyatının əsasını təşkil edən neft sektoru ilə bərabər qeyri-neft sektorunun da inkişafı labüddür.

Fikrimcə, yaxın gələcəkdə dövlətimiz belə sürətlə inkişaf etsə, beynəlxalq iqtisadi aləmə inteqrasiya edəcək, dünya arenasında öz mövqeyini daha da möhkəmləndirəcək, lazım gəldikdə öz sözünü deyəcək, Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qarabağımızı yağı düşməndən geri alacaqdır.


ƏDƏBİYYAT
1)”Siyasi elmin əsasları” M.Əfəndiyev Bakı 2004

2)”Dövlət və hüquq nəzəriyyəsi” M.Məlikova Bakı 1989

3)”Keçid iqtisadiyyatı və dövlət” A.Şəkərəliyev Bakı 2000

4)”Azərbaycanın dövlət və hüquq tarixi” X.İsmayılov Bakı 2006

5)”Azərbaycan demokratik inkişaf yolunda” E.Abdullayev Bakı 2004

6)”İqtisadiyyat və iqtisadi siyasət” A.Abdullayev Bakı 2003



7)”Теория управления” А.Л.Гапоненко, А.П.Панкрухина Москва 2003

8)”Теория управления” B.Д.Граждан Москва 2007
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə