Kurs iŞİ Mövzu: “İdarəetmə peşəkar və ictimai fəaliyyət növü kimi”




Yüklə 242.87 Kb.
səhifə2/4
tarix24.04.2016
ölçüsü242.87 Kb.
1   2   3   4

IV (müasir) Mərhələ. Bu mərhələ dövlətin təkamül mərhələsi olmaqla federativ və konfederativ proseslərin genişlənməsi ilə səciyyələnir.(Almaniya, İsveçrə və ABŞ, keçmiş Yuqoslaviya və SSRİ).Bu mərhələdə yeni dövlətlərin yaranması prosesi daha da sürətlənir. Məsələn, 1900-cü ildə dünyada 160, 1992-ci ildə 175, 1996-cı ildə isə 185 dövlət var idi.BMT-yə üzv olmaq üçün hər bir dövlət beynəlxalq hüququn subyekti kimi etiraf edilməli, müstəqil hökümətə, əraziyə və əhaliyə malik olmalıdır.Dövlətçiliyin müasir forması məhz, suverenlik anlayışı ilə bağlıdır.Müasir. dövlətçiliyin formasının genezisi və mövcudluğu sosial birliyin millət adlanan növü ilə sıx əlaqədardır.Qeyd edək ki, dövlətlər arasında arasında “təbii sərhəd yoxdur”.Sərhədlərin mövcudluğu tarixi inkişafın məsuludur, qüvvələr nisbətinin nəticəsidir, elə buna görə də “böyük Ermənistan xülyası ilə yaşayan “fağır” ermənilər nədənsə başa düşmür.Bütün millətlər çox etnik birliklərdən ibarətdir və onların hamısı siyasi sosiaalaşma prosesində formalaşır və mükəmməlləşir.Bir sözlə, dövlət insanların birliyinin siyasi təşkilinin universal formasıdır.Elə buna görə də o, beynəlxalq hüququn başlıca subyektidir.

Ümumiyyətlə, dövlətin bütün inkişaf mərhələləri və tipləri bir sıra sabit, ümumtarixi əlamətlər və funksiyalarla səciyyələnir.Aşağıdakılar bu qəbildəndir:Bu və ya digər sosial və sinfi zəmində idarəedici qüvvələrin formalaşmasının labüdlüyü.Həmin zəmində müasir dövlətlərdə siyasi partiyaların, ictimai hərəkatların, hakimiyyətin seçkili subyektlərinin hesabına cəmiyyətin demokratikləşməsi meyli genişlənir; siyasi tə.kilin xarakterik mövcudluğu-siyasi sistemlər, mərkəzi və periferiya hakimiyyətinin strukturu və onların arasındakı münasibət; dövlətin yeritdiyi xarici siyasətlə əlaqədar onun ərazisindən kənarda siyasi məkanın genişlənməsi zəruriliyi; ölkə və xalq qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməsi.Başqa sözlə, daxildə əmin-amalıq və qaydaların qorunması, hakimiyyətə mənsub olan ərazinin müdafiəsi, sosial, milli, iqtisadi münasibətləri tənzimləmək, ümumi rifah məqsədlərini və vəzifələrini nəzərdən qaçırmamaq; hamı üçün mütləq xarakter daşıyan qanunlar qəbul etmək, büdcə siyasətini həyata keçirmək, müxtəlif təyinatlı silahlı qüvvələr yaratmaq, saxlamaq və bundan istifadə etmək, xarici siyasəti həyata keçirmək və dövləti xarici ölkələrdə təmsil etmək hüququ və s.Beləliklə, dövlət milli və çoxmillətli durumun yaratdığı və müəyyən ərazidə möhkəmlənən siyasi təsisatdır.

Dövlətin mexanizmi sivilizasiyalı cəmiyyətin müxtəlif inkişaf dövrlərdə müxtəlif struktur və funksiyalara malik olmuşdur.Dövlət mexanizmi cəmiyyətdə dövlət idarəçiliyini həyata keçirilməsi vasitəsi olan xüsusi orqan və təsisatların sistemidir.Dövlət mexanizminin ən ümumi xarakterik əlamətləri aşağıdakılarda ifadə olunur.

1)dövlət mexanizmi idarəetmə ilə məşğul olan adamlardan ibarətdir.

2)dövlət mexanizmi orqan və təsisatların mürəkkəb sistemidir.

3)dövlət aparatının maliyyə vəsaitləri ilə təmin edilir.

4)dövlət mexanizmi və vətəndaşlarının hüquq və mənafelərini etibarlı təmin edilir.

Cəmiyyətin müxtəlif inkişaf mərhələlərində dövlət mexanizminin öz xüsusiyyətləri, özünəməxsus strukturu olmuşdur.Bu iqtisadi, sosial səbəblərlə, dövlət əhalisinin milli tərkibilə, onun ərazisinin sahəsi ilə, coğrafi mövqeyi və digər amillərlə izah edilir.Dövlət mexanizmi obyektiv xarakter daşıyan müəyyən prinsiplər əsasında təşkil olnur və fəaliyyət göstərir.Dövlət həyatı dövlət mexanizminin daha səmərəli fəaliyyətini təmin edən yeni prinsiplər üzərində qurulmuşdur.Həmin prinsiplərə aiddir:

1)vətəndaşlarının mənafelərinin təmsil edilməsi

2)hakimiyyət orqanları və vəzifəli şəxslər tərəfindən özbaşınalığı istisna edən hakimiyyət bölgüsü prinsipi

3)Aşkarlıq və açıqlıq prinsipi

4)dövlət orqanlarının peşəkarlığı və səriştəliyi

5)vətəndaşların müxtəlif mənafelərinin, dini əqidələrinin, milli mədəniyyətinin, adətlərinin azadlığı

Ümumiyyətlə, dövlət mexanizmi dövlət hakimiyyətinin həyata keçirilməsinin əsas subyektidir.O, dövlət aparatı, orqanları vəzifələri həyata keçirir, əhalinin firavan yaşamasına şərait yaradır.


DÖVLƏTİN ƏSAS ƏLAMƏTLƏRİ VƏ FUNKSİYALARI

Dövlət ictimai inkişafın məhsulu olub, əsasən üç tərkib elementdən ibarətdir:



Ərazi, əhali və dövlət hakimiyyəti

Dövlət anlayışına sosioloji tərif verənlər onun əsas üç əlamətini ayırırlar.

1)İnsanlar birliyi- xalq

2)onların üzərində hökmranlıq edən hakimiyyət

3)bu hakimiyyətin fəaliyyət həddi kimi ərazi

Beləliklə, dövlət bütün ölkə miqyasında siyasi hakimiyyətin vahid ərazi təşkilatıdır.Dövlət hakimiyyəti müəyyən ərazi hüdudunda bütün əhaliyə şamil edilir.Əhalinin ərazi cəhətdən bölünməsi, cəmiyyətin üzvləri arasında qan qohumluğu əlaqələrindən fərqli olaraq yeni sosial institutlar yaradır:Vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir.Tarix şahiddir ki, bir dövlətin digərinə ərazi iddiaları sərt mübahisələrə, münaqişələrə və hətta hərbi toqquşmalara gətirib çıxarmışdır.Xalqımız tarixi inkişafın müəyyən mərhələlərində bəzi dövlətlərin ədalətsiz ərazi iddialarına məruz qalmışdır.Ermənilərin tarixi riyakarlığı və siyasi həyasızlığı o dərəcədə çatdıı ki, XX əsrin son onilliyinin əvvəllərində Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisinin 20%-ni Dağlıq Qarabağdan əlavə 7 rayonumuzu işğal etdilər.Zəbt olunmuş ərazidə artıq Azərbaycan dövləti, yəni əhalimiz və hakimiyyətimiz mövcud deyildir.Dövlətin mənsub olduğu ərazi onun sosial-siyasi məkanına çevrilir.Sosial dedikdə mövcud siyasi birliyin (dövlətin) həyat fəaliyyəti üçün mühitin mövcudluğu başa düşülürsə, siyasi məvhumu dövlət hakimiyyətinin fəaliyyətinin məkan sərhəddini səciyyələnir.Dövlətin məzmununa ölkənin konkret şəraiti, onun ərazisi ilə səciyyələnən təbiəti ciddi təsir göstərir.Maddi-təbii amillər dövlətin varlığının ən vacib şərtlərindəndir.Dövlətlərin təşəkkülü və aradan qalxması ilk növbədə ərazi ilə şərtlənir.

Dövlətin ərazisinə torpaq, faydalı qazıntılar, hava məkanı və mövcud ərazidəki sular daxildir.Ərazi yalnız quru torpaqla məhdudlaşmır.Bu o deməkdir ki, dövlət öz suveren hakimiyyətini qeyd etdiyimiz məkanların hamısına müncər edir, onları xarici dövlətlərin və xüsusi şəxslərin müdaxiləsindən qorumaq hüququna malik olur.

Ərazi əlaməti məkan bölgüsü nəzərə alınmaqla dövlət aparatının fəaliyyətini və formalaşma xarakterini şərtləndirir.Dövlətin mərkəzi və yerli orqanları yaranır.Hakimiyyətin ərazi prinsipi üzrə həyata keçirilməsi onun məkan hədlərini-bir dövləti başqa dövlətdən ayıran dövlət sərhədlərinin müəyyən edilməsinə gətirib çıxarır.Ərazi prinsipi, sərhədləri daxilində müxtəlif millət və xalqlara məxsus olan əhalinin yaşadığı dövlətin federativ quruluşu ilə də bilavasitə əlaqəlidir.Dövlət ərazi anlayışı təkcə daxili quruluş bölgəsi üçün deyil, həm də onun bir çox vəzifə və funksiyalarını anlamaq üçün vacibdir.Dövlət öz sərhədləri hüdudlarında ərazi aliliyinə malikdir.Bu xarici hakimiyyətin müdaxiləsini istisna edən dövlətin əhali üzərində qanunverici, icra və məhkəmə hakimiyyətinin vahidliyi və tamlığı deməkdir.Ərazi dövlətin mövcudluğunu, ictimai deyil təbii şərtidir.Özlüyündə ərazi dövlətçiliyi yaratmır, məkan əmələ gətirir ki, həmin məkan hüdudlarında dövlət öz hakimiyyətinə tətbiq edir.Dövlət siyasi hakimiyyətin elə xüsusi təşkilatıdır ki, cəmiyyətin normal həyat fəaliyyətini təmin etmək üçün onun xüsusi idarəetmə mexanizmi vardır.Dövlət mexanizmi dövlət hakimiyyətinin maddi ifadəsidir.Özünün orqanları və idarələrini bütün sistemi vasitəsilə dövlət cəmiyyətə bilavasitə rəhbərliyi həyata keçirir.Siyasi hakimiyyətin müəyyən rejimini təsbiq və realizə edir, öz sərhədlərinin toxunulmazlığını mühafizə edir.Dövlətin bütün tarixi tiplərinə və növlərinə qanunvericilik, icra və məhkəmə orqanları kimi orqanlar, bu və ya digər dərəcədə xas olmuşdur.Dövlətin mexanizmində həmişə məcburetmə, o cümlədən, cəza funksiyalarını həyata keçirən orqanlar-ordu, polis, həbsxana və islah əmək müəssisələri ayrıca yer tutmuşlar.Dövlətin mexanizmi daimi kəmiyyət deyil, ictimai inkişafın müxtəlif mərhələlərində dövlətin orqanları quruluşca dəyişir və konkret məzmununa görə müxtəlif olan vəzifələr yerinə yetirir.Lakin bu dəyişmələr və müxtəliflik hər bir dövlətin mexanizminə xas olan ümumi elementləri istisna etmir.Dövlət ictimai həyatı hüquqi əsaslarla təşkil edir.Cəmiyyət həyatının təşkilinin hüquqi formaları məhz dövlətə məxsusdur.Hüquq, qanunvericilik olmadan dövlət cəmiyyətə səmərəli rəhbərlik etmək, qəbul etdiyi qərarların içində yalnız dövlət öz səlahiyyətli orqanlarının simasında bütün ölkə əhalisi üçün məcburi qüvvəyə malik olan göstərişlər vermək imkanından məhrum olur.Bütün cəmiyyətin rəsmi nümayəndəsi olmaqla dövlət zəruri hallarda hüquq normalarını öz xüsusi orqanlarının köməyilə həyata keçirir.

Dövlətin ikinci mühüm ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir.Bir dövlətin ərazisində yaşayan müxtəlif millətlər eyni siyasi hakimiyyətin daşıyıcısı olsalar da onların arasında ziddiyyətlər və münaqişə ehtimalı aradan qalxmır.

Dövlətin üçüncü ünsürü müəyyən ərazidə müvafiq orqanlar tərəfindən həyata keçirilən dövlət hakimiyyətidir.Dövlətin formalaşması üçün dövlət hakimiyyəti tarixi zərurətdir.Hakimiyyət siyasi elita ilə əhalinin qalan hissəsi arasında ağalıq və tabeçilik münasibətləridir.

Qeyd etdiyim kimi, bəzi elmi ədəbiyyatlarda “dövlət” anlayışına bir tərəfli, məhdud nöqteyi-nəzərdən yanaşılır.Elə müəlliflərə də rast gəlmək olur ki, onlar dövləti həddən artıq təsisatlı ünsürlər çərçivəsində nəzərdən keçirirlər.Başqa sözlə desək, dövlətin məzmununu üç başlıca əlamətlə-ərazi, əhali və hakimiyyətlə məhdudlaşdırırlar.(yuxarıda qeyd etdiyim kimi)Məsələn, N.N.Sedıx yazır: “Beynəlxalq hüquq və siyasi aspekt nöqteyi-nəzərdən dövlətin xarakteristikası üçün onu təşkil edən üç başlıca ünsür- ərazi, əhali və hakimiyyət böyük əhəmiyyətə malikdir.”Digər mənbələrlə tanış olduqda isə belə qənaətə gəlmək olur ki, əvvəla müasir dövləti digər insan birliklərindən təcrid etmək təsəvvürə sığan deyil.Axı, bütün insan birlikləri vahid iqtisadi, ümumi, mədəni məkanda və hətta informasiya mühitində mövcuddur.Məlum olduğu kimi, hər bir dövlət özidarəedici elitasını formalaşdırır, siyasi idarəetmə sistemini yaradır.İkincisi, dövlətin ünsürləri sırasında onun hüququ və iqtisadi əsası xüsusi yer tutur.

Qeyd edim ki, müvafiq normativ qaydalara və iqtisadi kompleksə malik olmadan müstəqil suveren dövlət ola bilməz.Şübhəsiz, ərazi, əhali və hakimiyyət dövlətin ümumi və xüsusi əhəmiyyət daşıyan əlamətləridir.Dövlət konkret məkan, zaman çərçivəsində mövcud olan kollektiv fenomendir.Dövlətin strukturuna həmçinin, inzibati dövlət təsisatı (idarəetmə aparatı, hakimiyyət aparatı ilə tam eynilik təşkil etmir), hakimiyyət və idarəetmə orqanlarının istifadə etdiyi kommunikasiya sistemi daxildir.Dövlətin tərkib hissəsini təşkil edən ünsürlərin çoxcəhətliliyi spesifik siyasi təsisat olması ilə bağlıdır.Bir sözlə, dövlətin ünsürləri olmadan adamların sosial həyatının fenomeni kimi siyasi sistem mövcud ola bilməz.

Dövlətin başlıca səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

-Suverenlik, başqa sözlə, xarici asılılığa malik olmamaq və ölkənin daxili işlərinə münasibətdə onun aliliyi.Suverenlik məhz siyasi hakimiyyətin aliliyini ifadə edir.Bütün hakimiyyət qərarları ölkədə yalnız ali siyasi hakimiyyət adından qəbul olunur və cəmiyyət üzvləri tərəfindən hökmən yerinə yetirilməlidir.

-Dövlət ayrıca siyasi qüvvələrin deyil, bütün cəmiyyətin mənafeyini ifadə edir.

-Dövlət hakimiyyətin funksiyalarını reallaşdıran xüsusi orqanlar və idarəetmə sisteminin mövcudluğu

-Hakimiyyətdə olanların zorakılıqdan istifadə olunmasını öz inhisarına alması.Bu o deməkdir ki, öz vətəndaşlarına qarşı yalnız dövlətin güc tətbiq etmək hüququ vardır.Cəmiyyət üzvlərinə qarşı məcburetmə inhisarı hökmranlıq edən azlığın və ya ölkə əhalisinin əksəriyyətinin mənafeyinə xidmət edə bilər.Bu məqsəd təşkilati imkanlara (məcburetmə aparatına) malikdir.

-Dövlət müəyyən hüquqi qaydalarla səciyyələnir.O, öz ərazisində hüquqi qaydaların yaradıcısı və qoruyub saxlayanı kimi çıxış edir.Hüquq dövlətin müəyyən norma və münasibətlər sistemini möhkəmləndirir.

-Hakimiyyətin aliliyini həyata keçirən müəyyən adamlar qrupunun mövcudluğu.Bu qrup bəzi sinifləri və ya cəmiyyətin əksəriyyətinin təmsil etməklə ümumi işlərin idarə olunması funksiyalarını yerinə yetirir.

-Cəmiyyət adından daxili və xarici siyasətin həyata keçirilməsi

-Qanun və qayda yaratmaq üçün dövlətin müstəsna hüquqa malik olması.Həmin qanun və qaydalar mövcud ərazi daxilində bütün əhali üçün məcburidir.Xüsusi məqsədlər və digər ictimai ehtiyaclar üçün vergilər yığılması da dövlətin səciyyəvi xüsusiyyətləridir.

-Nisbi daimilik.Yəni dövlətin məkan-zaman xarakteri, hüquqi qaydaların konkret ərazidə və konkret vaxtda fəaliyyəti.

-Ümumilik.Dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün adamlara aiddir.

-Zor tətbiq etmək hüququ.Dövlətin xüsusi zor orqanları vardır və qanunun nəzərdə tutduğu hallarda o onlara əl atır.

-Məcburetmə.Heç kim dövlətdən kənar olması və dövlət hakimiyyətinə tabe olmaması haqqında özbaşına qərar qəbul edə bilməz, çünki dövlət mənsubiyyəti ictimai zərurətdir, o, məcburidir və dövlət hüququ, habelə beynəlxalq hüquqla tənzim olunur.

-Hüquq.Dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün adamlara aiddir.

-Əhalidən vergi və mükəlləfiyyətlər yığmaq hüququ
Dövlətin funksiyaları

Dövlətin mahiyyəti daha çox onun funksiyalarında təzahür edir.Dövlətin funksiyaları cəmiyyətin dövlət idarəetməsinin mahiyyəti və sosial məzmununu ifadə edən onun fəaliyyətinin əsas istiqamətləridir.Dövlətin ənənəvi iki başlıca funksiyası vardır: Daxili və xarici funksiyalar.Daxili funksiyalar dövlət fəaliyyətinin, cəmiyyətin daxili həyatının idarə olunması üzrə əsas istiqamətləridir.Bəzi mənbələrdə dövlətin daxili funksiyalarını ümumi şəkildə aşağıdakı kimi təsnifləşdirilər:1)mövcud siyasi quruluşu, cəmiyyətin sosial-siyasi strukturunu qoruyub saxlamaq; 2)təsərrüfat-təşkilatçılıq və ictimai-iqtisadi vəzifələr (iqtisadiyyatın tənzimlənməsi, iqtisadi sabitliyə nail olmaq); 3)sosial vəzifələr, yəni sosial proqramın yerinə yetirilməsi; 4)mədəni-tərbiyəvi vəzifələri.Buraya təhsilin, mədəniyyətin, elmin inkişaf etdirilməsi, tərbiyə məsələlərinin tənzimlənməsi, bir sözlə, cəmiyyətin mənəvi həyatının daim təkmilləşdirilməsi daxildir.Lakin, dövlətin daxili funksiyalarını ayrı-ayrı sahələr üzrə təsnifləşdirsək (bəzi ədəbiyyatlarda belə göstərilir) aşağıdakılar özünü göstərir.

Dövlətin daxili funksiyaları iqtisadi, sosial, maliyyə nəzarəti, hüquq qaydasının mühafizəsi və ekoloji qaydalara bölünürlər.

İqtisadi funksiya ölkə iqtisadiyyatının inkişafının strateji istiqamətlərinin dövlət tərəfindən işlənib hazırlanması və əlaqələndirilməsində ifadə olunur.Ümumiyyətlə, iqtisadiyyatın dövlət tənzimlənməsinin iki metodu vardır:

1)sərt vergi siyasəti.Bu dövlətə, onun sosial vəzifələrini həll etməyə məhsuldar qüvvələrin daha tarazlaşdırılmış inkişafı məqsədilə milli gəlirin bir hissəsini uyğunlaşdırmağa imkan verir.



2)iqtisadiyyatın bütövlükdə cəmiyyətə ən çox xeyir verən sahələrində daha əlverişli təsərrüfatçılıq şəraitinin yerləşdirilməsi

Sosial funksiya cəmiyyətin sosial müdafiəsini, cəmiyyət üzvlərinin nemət istehsalında bilavasitə iştirakından asılı olmayaraq normal həyat şəraiti ilə təmin olunmasına xidmət edir.Sosial siyasət müxtəlif obyektiv səbəblərdən tam qüvvəsiylə çalışa bilməyənlərin lazımi həyat şəraitinin təmini üçün səhiyyəyə, mədəni istirahətə, maarifə, mənzil tikintisinə, nəqliyyat və rabitənin müntəzəm işləməsinə zəruri vəsait ayrılmasını nəzərdə tutur.Qeyd etmək lazımdır ki, müasir dövlətin sosial funksiyalarının əhatə dairəsi getdikcə genişlənir.Məsələn, indiki ETT dövründə informasiya sahəsində dövlətin rolu olduqca böyükdür.İnformasiya funksiyası hazırda dövlətin funksiyaları içərisində ən aparıcılarından sayılır.Bu funksiyanın məzmunu çoxplanlıdır.Buraya informasiya-təbliğat, informasiya-idarəetmə, informasiya-istehsal və informasiya-mədəniyyət sahəsindəki fəaliyyət aiddir.İnformasiya sənayesi və onun təşkili dünyanın əksər ölkələrində dövlətin ən mühüm fəaliyyət sferasına çevrilib, bəzi ölkələrdə isə dövlətin inhisarına keçib.İdeoloji aparat dövlət təsisatlarının ayrılmaz ünsürünü təşkil edir.İctima-siyasi informasiyasının idarə olunması məhz, dövlət təsisatlarının fəaliyyəti ilə bağlıdır.İnformasiyanın cəmiyyətdə oynadığı böyük rol zamanın ən başlıca tələblərindən biri olan aşkarlığa doğurdu.Adamların siyasi, iqtisadi, sosial və mədəni həyatı haqqında, onların mənafeləri barədə informasiya cəmiyyətin sərvəti olmalıdır.Sivilizasiyalı cəmiyyətin prinsipi məhz, bundan ibarətdir.

Maliyyə nəzarəti funksiyası istehsalçıların gəlirlərinin dövlət tərəfindən aşkar edilməsində və qeydiyyatında ifadə olunur.Bu gəlirlərin bir hissəsi vergilər şəklində sosial və digər ümumidövlət ehtiyatlarının ödənilməsi üçün dövlət büdcəsinə yönəlir.Müxtəlif yerlərdə bu funksiyaları yerli dövlət hakimiyyəti orqanları həyata keçirir.Ümumiyyətlə, maliyyə nəzarəti üzrə geniş hüquqlara Maliyyə Nazirliyi malikdir.Dövlət gömrüyü dövlət sərhəddi vasitəsilə maddi nemətlərin aparılmasına nəzarət edir, gömrük və vergi rüsumları yığır.

Hüquq qaydasının mühafizə funksiyası dövlətin qanunvericilik göstərişlərinin ictimai münasibətlərin bütün iştirakçıları tərəfindən dürüst və tam həyata keçirilməsinin təmin edilməsinə yönələn dövlət fəaliyyətidir.Ölkədə sabit hüquq qaydasının saxlanması bütün dövlətin və onun orqanları sisteminin vəzifəsidir.

Təbiəti mühafizə funksiyası bütövlükdə dünya birliyinin həyati əhəmiyyətli fəaliyyətidir.Müasir dövrlərdə ətraf mühitdən istifadə sahəsində insan və müxtəlif təşkilatların fəaliyyətini dəqiq nizamlayan geniş “Təbiəti mühafizə qanunu” işlənib hazırlanmışdır.

Dövlətin xarici funksiyalarına ölkənin müdafiəsi, beynəlxalq aləmdə onun mənafeyinin qorunması və suverenliyinin təmin olunması aiddir.Bu funksiyalar başqa dövlətlərlə normal münasibətlərin müəyyən edilməsinə və saxlanmasına, mümkün xarici təcavüzdən ölkənin müdafiəsinin təmin olunmasına xidmət edir.Başqa dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq həmin dövlətin mənafelərini, bütün dövlətlərin konkret və ümumi mənafelərinə ahəngdar uzlaşdıran bərabərhüquqlu iqtisadi, siyasi, mədəni və s. münasibətlərin müəyyən edilməsinə və inkişafına yönələn müxtəlif cəhətli dövlət fəaliyyətidir.Cəmiyyətin inkişafının müasir səviyyəsi bütün sivilizasiyalı dövlətlərin təsərrüfat, siyasi və mədəni həyatının inteqrasiyasını təklikdə hər bir dövlətin və bütövlükdə dünya birliyinin daxili problemlərinin səmərəli həlli üçün onların ümumi səylərinin birləşməsini obyektiv olaraq təmin edir.Dövlətlərarası iqtisadi əməkdaşlıqda beynəlxalq əmək bölgüsü, istehsalın birləşməsi, ən yeni texnikalarla mübadilə, əmtəə dövriyyəsinin əlaqələndirilməsi, maliyyə-kredit əlaqələrinin inkişafı mühüm yer tutur.Siyasi sahədə əməkdaşlıq sülh və müharibə məsələlərində təzahür edir.Dünya birliyi inkişafının müasir səviyyəsi qlobal silahlı münaqişələrdən qaçmağa imkan verir.Dövlətlər arasında siyasi əməkdaşlıq dövlət hakimiyyətinin bütün səviyyələrində-parlamentlərarası, hökümətlərarası, yerli özünüidarəetmə orqanları səviyyəsində həyata keçirilir.Ölkənin müdafiəsi funksiyası dövlət fəaliyyətinin mühüm istiqamətlərindəndir.Bu funksiya iqtisadi, siyasi, diplomatik və hərbi vasitələrlə həyata keçirilir.Dövlətin müdafiə fəaliyyəti onun hərbi doktrinasına əsaslanır və beş əsas istiqamətdən ibarətdir.

1)ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi.

2)silahlı qüvvələrin gündəlik təkmilləşdirilməsi, onların döyüş qabiliyyətinin və döyüşə hazırlığının daimi yüksəldilməsi.

3)dövlət sərhədlərinin mühafizəsi.

4)mülki müdafiənin təşkili.

5)silahlı qüvvələrin ehtiyatının hərbi təlimi.

Beləliklə, siyasi təsisat olmaq etibarilə dövlət bir sıra mühüm funksiyaları yerinə yetirir və vəzifələri həll edir.Bunlara ilk növbədə, cəmiyyətdə siyasi sabitliyin təmin edilməsi, müxtəlif mənafelərə malik olan ayrı-ayrı sosial qruplar arasındakı münaqişələrin, ziddiyyətlərin üzə çıxarılması və aradan qaldırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi, hüquq qaydalarının gözlənilməsinə nail olmaq daxildir.Dövlət hakimiyyəti daxili ziddiyyətlərlə yanaşı, xarici ziddiyyətləri, başqa sözlə, digər ölkələrlə münasibətlərdə meydana çıxan münaqişəli vəziyyəti aradan qaldırmağa, ortaya çıxan dövlətlərarası ziddiyyətləri tənzimləməyə çalışır.

DÖVLƏTLƏRİN TƏSNİFATI

Tarixi dövrün xarakterik xüsusiyyətləri, cəmiyyətin inkişafının tarixi xüsusiyyətləri cəmiyyətin inkişafının vəziyyəti və səviyyəsi ilə müəyyən edilir.Formal əlamətləri dəyişmədiyi halda dövlət ictimai ciddi dəyişikliklərə uğrayır.Məzmun və idarəetmə metodu məqsəd, vəzifələr və sosial meyl dəyişir.

Ümumiyyətlə, müasir dünyanın hər bir dövləti başqalarından çoxlu spesifik cəhətləri və səciyyəvi xüsusiyyətləri ilə fərqlənir.Bu cəhətlər və xüsusiyyətlər müasir dövlətlərin özünəməxsus tarixi təkamülü gedişində dini-mədəni ənənələrinin, sosial və etnik münaqişələrin xarakterinin, xarici siyasi və təbii amillərin təsiri altında təşəkkül tapmışdır.

Dövlətçiliyin və dövlət quruluşunun xarakterinə əhalinin milli tərkibi, onun özünəməxsus mədəniyyəti, ərazi ölşüsü, coğrafi vəziyyəti, xalqın kök salmış adət və ənənələri, dini baxışlar və başqa amillər təsir göstərir.Bir ictimai iqtisadi formasiyadan başqsına keçid köhnəlmiş istehsal münasibətlərinin formalarını dəyişməsi və onların iqtisadi quruluşla əvəz olunması nəticəsində baş verir.iqtisadi bazisin keyfiyyət dəyişmələri qanuna uyğun olaraq üst qurumda köklü dəyişikliklərə gətirib çıxarır.Dövlətin tipi onun əsasında müəyyən edilir ki, bu dövlət hansı iqtisadi bazsisi müdafiə edir, hansı sinfin mənafeyinə xidmət edir.



1)Quldarlıq dövlət tipi-Cəmiyyətin ilk tarixi dövləti, sinifli təşkilatıdır.Mahiyyətinə görə quldarlıq dövləti quldarlıq ictimai-iqtisadi formasiyasında hakim sinfin siyasi hakimiyyət təşkilatıdır.Bu dövlətlərin mühüm funksiyası quldarların istehsal vasitələrinə, o cümlədən, qullara olan mülkiyyətin müdafiəsidir.

2)Feodal dövlət tipi-Quldarlıq quruluşunun dağılmasının və feodal ictimai-iqtisadi formasiyasının yaranmasının nəticəsidir.Bu cür dövlət təhkimçi feodal sinfinin hökmranlıq aləti, feodalların sinfi üstünlüyünün müdafiə vasitəsi, asılı kəndliləri əzmək və istisna etmək vasitəsidir.Dövlət hakim sinfin torpağa təhkimli kəndlilərə və onların əməyinin əsas hissəsini mənimsəmək hüququnu təmin edir.

3)Burjua dövlət tipi-Feodal dövlətini əvəz edir.Dövlətin bu tipi istehsal vasitələri üzərində kapitalist xüsusi mülkiyyətinə və fəhlələrin istismarçılardan hüquqi müstəqilliyinə əsaslanan istehsal münasibətlərin bazasında fəaliyyət göstəriri.

4)Sosialist dövlət tipi-xüsusi mülkiyyət münasibətləri və həmin münasibətlərə əsaslanan dövlət maşınını çevirən sosialist inqilabı nəticəsində yaranır.Marksist leninşi təsəvvürə görə bu dövlət əməkçi xalqın maraqlarını ifadə edir, sosialist cəmiyyətinin müdafiəsini və inkişafını təmin edir.Keçid dövləti formasiya tipologiyası çərçivəsinə daxil olmur.O, asılı xalqların münasibətlərinin milli azadlıq mübarizəsi nəticəsində yaranan və istehsal münasibətlərinin müxtəlif tiplərinə əsaslanan dövlətdir.Dövlətin tipologiyası dövlətin forması anlayışı ilə sıx əlaqədardır.Hər bir konkret dövlət tipinin xüsusiyyətləri onun təşkilati quruluşunu dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarının təhlili əsasında müəyyən edilir.Dövlətin forması özündə qarşılıqlı əlaqədə olan üç ünsürü idarəçilik formasını, dövlət quruluşu formasını və dövlət rejimi formasını birləşdirən mürəkkəb ictimai hadisədir.İdarəçilik forması ali dövlət hakimiyyəti formalarının strukturunu, onların təşkili və onlar arasında səlahiyyətlər bölgüsü qaydasını özündə təcəssüm etdirir.Dövlətin idarəçilik formasının əlamətlərinə aiddir:

1)Ali dövlət orqanlarının yaranması qaydası və malik olduğu quruluş

2)Ali dövlət orqanları arasında qarşılıqlı münasibətlərin əsas prinsipi

3)Ali dövlət hakimiyyəti və ölkənin əhalisi arasında qarşılıqlı münasibətlər

4)Ali dövlət orqanlarının təşkili, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi

Göstərilən əlamətlərə görə dövlətin idarəçilik formaları: monarxiya və respublikaya bölünür.

Monarxiya-ali dövlət hakimiyyətinin bir qayda olaraq təkbaşına keçirildiyi və irsən keçdiyi idarəçilik formasıdır.Monarxiyada hakimiyyətin mınbəyi monarx və onun sülaləsidir.Onun hakimiyyəti isə nəsildən-nəslə keçir.Klassik monarxiya idarəetmə formasının xüsusiyyətləri:

-öz hakimiyyətindən ömürlük istifadə edən təkbaşına dövlət başçısının mövcudluğu;

-ali hakimiyyətin varisliyinin irsi qaydası;

-monarx tərəfindən dövlətə öz mülahizəsinə görə təsir edilməsi;

-monarxın hüquqi məsuliyyətsizliyi;

Monarxiya quldarlıq cəmiyyəti şəraitində yaranmışdır.Feodal dövründə o, dövlət idarəçiliyinin əsas forması olur, burjuaziya cəmiyyətində isə monarxiya idarəçiliyinin yalnız ənənəvi formal cəhətləri saxlanılır.Bəşəriyyət tarixində ilk dövlət, idarəçilik forması kimi yalnız ona xas olan cəhətlərə malik idi.Şərq dövlətlərinin ictimai həyatında icma quruluşu, patriarxal məişət münasibətləri mühüm rol oynamışdır.Burada quldarlıq, kollektiv və ya ailəvi xarakter daşımışdır və dövlət qulları bütünlüklə monarxa məxsus idi.Qədim Roma monarxiyası imperiya formasında mövcud olmuşdur.Feodal monarxiyası öz inkişafında ardıcıl olaraq bu dövrləri keçmişdir:İlk feodal nümayəndəliyi və mütləq monarxiya.İlk fodal monarxiyasında feodal öz təsisatlarının həm torpaq sahibi kimi, həm də öz ərazisində ali hakimiyyətin daşıyıcısı kimi idarə edirdi.Feodal idarəsinin konkret icraçıları onun mülahizəsinə görə təyin edilən və dəyişdirilən xidmətçilər idi.Feodalın öz məhkəməsi, polisi, qoşunu, vergi toplayanları var idi və onların vasitəsilə o, öz ərazisində şəxsi hakimiyyətini həyata keçirir və xarici hücumlardan müdafiə olunurdu.Nümayəndəli monarxiyada monarxın hakimiyyəti nümayəndəli orqanla məhdud edilirdi.Nümayəndəli orqan (məclis) ruhanilərdən, zadəganlardan və üçüncü dərəcəli tacirlərin, sənətkarların, orta torpaq sahiblərinin nümayəndələrindən ibarət idi.Bu orqanlar qanunvericilik fəaliyyəti ilə, maliyyə nəzarəti ilə məşğul olan məşğərətçi orqanlar idi.Nümayəndəli orqanlarla yanaşı ciddi mərkəzləşmiş, geniş şaxələnmiş və bütünlükdə monarxa tabe olan mərkəzi və yerli icra hakimiyyəti aparatı fəaliyyət göstərirdiəndli çıxışları və başqa feodal dövlətləri ilə tez-tez baş verən müharibələr şəraitində təhkimli kəndlilərin çıxışlarını əzmək və xarici hücumlardan ölkənin müdafiə məsələsini həll etmək üçün monarxın sərəncamında daimi ordu var idi.Dövlət mütləq monarxiyada ali dövlət hakimiyyəti qanuna görə bütünlükdə bir şəxsə-çara, krala, imperatora məxsusdur.Mütləqiyyət zamanı hakimiyyət mərkəzi yerlərdə monarx tərəfindən təyin edilən məmurlara məxsus olur.

Konstitusiyalı monarxiya idarəçilik forması kimi burjua cəmiyyətinin təşəkkül tapdığı dövrdə yaranıb.Konstitusiyalı monarxiyada monarx hakimiyyətinin nümayəndəli orqanlarla əhəmiyyətli dərəcədə məhdud edildiyi idarəçilik formasıdır.

Parlamentli monarxiyanın əsas əlamətləri:

-hökümət seçkilərdə səslərin əksəriyyətini toplayan müəyyən partiyanın nümayəndələrindən təşkil olunur.

-daha çox deputat yerinə malik partiyanın lideri dövlət başçısı olur.

-qanunvericilik icra və məhkəmə sahələrində monarxın hakimiyyəti, faktiki surətdə olur, rəmzi xarakter daşıyır.

-qanunvericilik aktları parlament tərəfindən qəbul edilir və formal olaraq monarx tərəfindən imzalanır.

-hökümət konstitusiyaya uyğun olaraq monarx qarşısında deyil, parlament qarşısında məsuliyyət daşıyır.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə