Kurs iŞİ MÖvzu: ƏMƏk haqqi sistemləRİ qrup




Yüklə 181.26 Kb.
səhifə1/2
tarix27.02.2016
ölçüsü181.26 Kb.
  1   2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

FAKÜLTƏ: ÜMUMİ İQTİSADİYYAT

İXTİSAS: İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ


KURS İŞİ

MÖVZU: ƏMƏK HAQQI SİSTEMLƏRİ
QRUP: 74

TƏLƏBƏ: Mirzəyev Fərid Nizami oğlu

Bakı-2011

Mündəricat
Giriş...........................................................................................................................3

§ 1.Əmək haqqının ümumi xarakteristikası və onun iqtisadi məzmunu..................4

§ 2.Əməyin ödənişi sistemi və onun formaları .......................................................7

§ 3.Azərbaycan Respublikasında əməyin ödənilməsi formalarının normativ

hüquqi təminatı.......................................................................................................23

§4.Əmək haqqı sistemlərinin təkmilləşdirilməsi istiqamətləri.................................29

Nəticə........................................................................................................................33

GİRİŞ

Əmək haqqı sistemlərini araşdırmazdan əvvəl əmək haqqı barədə elmi-nəzəri biliklərlə tanış olaq.Əmək haqqı termini işçilərə onların əməklərinə görə verilən mükafat deməkdir. Hər bir işçi qarşısına qoyulan işləri vaxtında və düzgün yerinə yetirdiyi halda əmək haqqı tələb etmək hüququ vardır. Minimal əmək haqqında periodik olaraq həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq dəyişkliklər edilə bilər.

Əmək haqqının iqtisadi və hüquqi aspektləri vardır:

Əmək haqqı termininə iqtisadi aspektdən baxanda mütəxəsislər onun pul xüsusiyyətinə diqqət yetirirlər. Hüquqi tərəfdən isə hər bir orqan və ya sahibkar işçinin onun əməyi müqabilində əmək haqqı ilə mükafatlandırılmasını nəzərdə tutur.

Əmək haqqı termini bölüşdürmə kateqoriyasına aiddir və ən ideal bölüşdürmə əməyin keyfiyyət və kəmiyyətinə görə aparılmalıdır. Amma bazar belə bölgünü təmin etmir və bu da əmək haqqının mahiyyətinə bir daha nəzər yetirməyə vadar edir və əmək haqqı sistemini düzgün seçməyə məcbur edir.

Əmək haqqının ödənilməsi prosesi və periodu kateqoriyalarına görə dəyişilir.



İşin obyekti – əmək haqqı sistemləri.

İşin predmeti – əmək haqqı sisteminin mahiyyəti və formaları.

İşin məqsədi. Bu kurs işinin məqsədi əmək haqqı terminini aydınlaşdırmaq, əmək haqqının forma, sistem və mahiyyətini öyrənməkdir.

İşin metodu. Bu mövzuda olan ədəbiyyatın öyrənilməsi və analizi.

Mövzunun aktuallığı. Əmək haqqı problemi iqtisadi nəzəriyyədə həmişə əsas mövzular sırasında olmuşdur. Bu baxımdan əmək haqqı terminini aydınlaşdırmaq, forma, mahiyyətini və sistemini araşdırmaq böyük əhəmiyyət kəsb edir.

Kurs işi giriş, əsas hissə,nəzəri hissə,praktik hissə,nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.



§ 1.Əmək haqqının ümumi xarakteristikası və onun iqtisadi məzmunu
İstehsal amillərindən biri də əmək amilidir. Əmək digər cansız amilləri hərəkətə gətirərək insanların tələbatını ödəmək üçün lazım olan məhsul və ya xidmətlər istehsal edir. Əməyin bu xidmətindən istifadə edən istehsal vasitələri sahibləri və ya sərəncam verənlər əmək sərf edənə, yəni işçiyə müəyyən haqq ödəyirlər. İşləyənə ödənilən bu haqq əmək haqqı hesab olunur.

Əmək haqqının mahiyyəti müxtəlif nəzəriyyəçilər tərəfindən müxtəlif cür izah olunur. Klassiklər və onların davamçıları əmək haqqı dedikdə, əmək məhsulunun qiyməti və ya əmək xidmətinin qiyməti hesab edirlər. Devid Rekardo əməyin iki növünü fərqləndirmişdir:

1. Əməyin təbii qiyməti

2. Əməyin bazar qiyməti

Əməyin ″təbii″ qiyməti dedikdə, fəhlənin mövcud olması və sadə təkrar istehsalı üçün lazım olan yaşayış vasitələrinin qiymətini nəzərdə tuturdu.

Əməyin ″bazar″ qiyməti dedikdə isə bazarda tələb və təklifdən asılı olaraq əməyə verilən qiymət nəzərdə tuturdu.

İş verənlə işə qəbul edilən, yəni sahibkarla muzdlu işçi arasındakı münasibətlər yalnız bazar sferasi ilə məhdudlaşmır. İş qüvvəsinin dəyəri və yaxud bəzi iqtisadçıların ifadəsi ilə desək əmək xidmətinin qiyməti həm əmək bazarı və həm də müəssisə daxilində müəyyən edilir, reallaşır. Burada işçinin əmək fəaliyyəti, konkret əmək töhfələri müvafiq əmək haqqı, əməyin ödənilməsi qaydasında qarşılıqlı şəklidə ölçülür, həm əmək ölçüsü, həm də əməyin ödənilməsi ölçüsü bir-birinə uyğunlaşdırılır.

Əmək haqqına dair D.Rikardonun baxışı və T.Maltusun əhali artıqlığı nəzəriyyəsi F.Lassalın əmək haqqının ″Dəmir qanunu″ nun əsasını təşkil edir. Bu qanunda o, əmək haqqını yaşayış minimumuna bağlayır, işçilərin yoxsulluğunu ictimai hadisə deyil, təbii hadisə hesab edir.

Karl Marksa görə isə əmək haqqı mahiyyətcə əməyin haqqı, qiyməti deməkdir. Çünki istehsal vasitələri sahibi ilə işçi arasındakı alqı – satqı prosesində əmək deyil, iş qüvvəsi, işçinin əməyə qabiliyyəti iştirak edir. Bu qabiliyyətin əmək prosesinə çevrilməsi isə xeyli gec baş verir. Buna görə də əmək haqqı əməyin haqqı, qiyməti deyil, iş qüvvəsinin qiymətidir. İş qüvvəsi qiymətinin əməyin qiyməti kimi görünməsi isə iki şərtlə əlaqədardır: əvvəla, sahibkar, işçi işləyəndən, yəni əmək sərf edəndən sonra haqq ödəyir, ikinci tərəfdən ödənilən haqqın miqdarı işçinin müəssisədə olduğu vaxtdan və ya istehsal etdiyi məhsulun miqdarından asılı olur.

Əmək haqqı dedikdə, işləyən, çalışan, fəaliyyət göstərən hər bir adamın öz fiziki, əqli, intellektual səviyyəsinə görə aldığı müəyyən məbləğdə puldur. İstisna hallarda insanların əmək haqqı pulla deyil, məhsul – xidmətlər ilə ödənilə bilər ki, buna iqtisadi nəzəriyyədə "natural şəkildə ödəniş" deyilir. "Əmək haqqı" anlayışına aşağıdakı müxtəlif təriflər verilir.

Müasir dövrdə K.Makkonnel və S.Bryu tərəfindən yazılmış ″Ekonomiks″ dərsliyində "əmək haqqı və ya əmək haqqı dərəcəsi əməyin istifadəsi üçün ödənilən qiymət" hesab edilir. Başqa sözlə desək, əmək – haqqı vaxt ərzində (saat, gün, həftə, ay və s.) başqasının əməyindən istifadə üçün ödənilən qiymətdir.

Sosial-əmək münasibətləri sistemində əmək haqqı mühüm yer tutur.Əmək haqqı eyni zamanda ailə təsərrüfatlarında pul yığımı , əhalinin alıcılıq qabiliyyəti onun ümumi daxili məhsul, milli gəlir, istehsal funksiyası , dövriyyədə olan pul kütləsinin həcmi ilə əlaqələndirilməsi, əhalinin investisiya imkanlılığı, əhali xərclərinin sturukturu, vergi ödəmə qabiliyyəti , potensialı ilə əlaqədardır. Lakin müasir şəraitdə əmək haqqının aşağı səviyyədə olması onun yuxarıda göstərilən makro və mikro göstəricilərlə zəif halda əlaqələndirilməsinə gətirib çıxarır.

Əmək haqqının zahirən əməyin qiyməti formasında təzahür etməsindən istifadə edən bəzi iqtisadçılar istər əvvəllər və istərsə də indi onun əsil mahiyyətini pərdələməyə çalışmağa , yəni onun iş qüvvəsinin deyil , əməyin haqqı , həm də tam haqqı kimi qələmə verməyə çalışmışlar.

İş qüvvəsindən fərqli olaraq əməyin əmtəə olmaması və onun dəyərinin olmaması aşağıdakı səbəblərlə əlaqədardır:

1.Əməyin əmtəə kimi satılması onun müstəqil halda mövcud olmasını tələb edərdi,bu isə mümkün deyildir.Bu,əmtəənin dəyərinin əməyin dəyəri ilə,əməyin dəyərinin isə əmtəənin dəyəri ilə müəyyən edilməsi barədə səhv və məna kəsb etməyən texnokratik fikri müdafiə etmək demək olardı;

2.Əgər fəhlə iş qüvvəsini deyil,əməyin dəyərini almış olsaydı onda fəhlə izafi dəyər istehsal etməmiş olardı ki,bu halda geniş miqyaslı istehsalın özü də olmazdı;

3.Kapitalla muzdlu əmək bir-birilə vəhdətlik təşkil edirlər,belə ki,kapital muzdlu əməyi,muzdlu əmək isə kapitalı nəzərdə tutur,onlar bir-birilərini əmələ gətirirlər;

4.Əgər işçi əmyinin tam dəyərinin almış olsaydı o zaman sosial müdafiə və digər fondlar mümkün olmazdı.Halbuki istehsalın genişləndirilməsi obyektiv olaraq izafi məhsulun bir hissəsindən yığım və həm də digər fondlar kimi istifadə etməyi tələb edir.

İş qüvvəsi dəyərinin aşağı və yuxarı hədləri vardır.İş qüvvəsi dəyərinin aşağı həddi işçinin fiziki təlabatı ilə,yəni onun gündəlik əmək qabiliyyətini saxlamaq,bərpa etmək üçün son dərəcə zəruri olan yaşayış vasitələrinin dəyəri ilə müəyyən edilir.İş qüvvəsinin yuxarı həddi işçi və onun ailəsinin minimum fizioloji təlabatından başqa,konkret ictimai və tarixi şəraitdən irəli gələn təlabatla əlaqədar maddi və mənəvi vasitələrin dəyərini də özünə daxil edir.Adətən,bir çox ölkələrdə xüsusilə iqtisadi və mədəni cəhətdən geridə qalmış ölkələrdə zəhmətkeşlər bir çox hallarda iş qüvvəsinin aşağı həddi həcmində belə yaşayış vasitələri ilə təmin oluna bilmirlər.

İndi əmək haqqı yeni mahiyyət kəsb edir,muzdlu əmək,əmtəə istehsalı qalmaqdadır.Əmtəə istehsalı ilə əlaqədar olaraq onun qanun və kateqoriyaları da fəaliyyət göstərməkdədir.Belə qanun sırasına dəyər qanunu,kateqoriyaya isə əmək haqqını aid etmək olar.İş qüvvəsi alqı-satqı obyektinə çevrildiyinə görə əmək haqqı istismar münasibətlərini ifadə edir.

Əmək haqqının səviyyəsi iş qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olaraq müəyyən edilməlidir.Əmək haqqı yalnız iş qüvvəsinin dəyəriu ilə deyil,məhsuldar qüvvələrin inkişaf səviyyəsi,milli gəlirin yığım və istehlak fondlarına ayrılması nisbəti ilə tənzim edilən bir sıra konkret amillər və şərtlərlə də müəyyən edilir.Bundan başqa əhali gəliri yalnız əmək haqqı hesabına deyil,dövlət və müəssisələrin sosial fondları hesabına da artır.İşçilərin əməyinə görə onların iş qüvvəsinin geniş təkrar istehsalını təmin etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq üçün milli gəlirdən zəruri məhsulun dəyəri formasında ayrılan fərdi istehlak fondu bir növ əmək haqqı kimi təzahür edir.Əmək haqqı nəinki işçilərlə sahibkar habelə işçilərlə cəmiyyət arasındakı iqtisadi münasibətləri bilavasitə ifadə edir.Cəmiyyət müəssisənin əldə etdiyi gəlirdən bilavasitə asılı olmayaraq da işçi üçün minimum əmək haqqı təmin edir.

Qeyd etmək lazımdır ki əmək haqqı cəmiyyət üçün gəlirdirsə, müəssisə üçün çəkilmiş xərcdir. İşçilərin pul formasında aldıqları nominal əmək haqları real əmək haqqı ilə üzvi surətdə bağlıdır. Real əmək haqqı hər hansı məbləğdə olan nominal əmək haqqına alına biləcək istehlak mallarının həcmi ilə müəyyən edilr. Ona görə də real əmək haqqı manatın alıcılıq qabiliyyəti ilə əlaqədardır. Ümumi halda real əmək haqqının indeksi belə müəyyən edilir:



Burada İn.ə.h- nominal əmək haqqı ( vergilər çıxılandan sonra); İə.q - əmtəə və xidmətlərin qiyməti.

Əmək haqqı elə təşkil olunmalıdır ki,o əməkçilərin şəxsi maddi marağını təmin edə bilsin.Bu o deməkdir ki,əmək ödənilərkən əməyin şəraitindən,mürəkkəbliyin-

dən,məhsuldarlığından və s. asılı olaraq işçilər arasında müəyyən fərqlər qoyulmalıdır.


§ 2.Əməyin ödənişi sistemi və onun formaları
Bildiyimiz kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Əmək haqqının ödənilməsi müxtəlif formalarda həyata keçirilir. Müəssisələrdə əmək haqqının təşkilini əsas ünsürləri tarif sistemi,əməyin normalaşdırılması və əmək haqqının forma və sistemlərindən ibarətdir.

Əmək haqqının təşkilinin ünsürləri aşağıdakı kimi təsnifata ayrılır:



Əmək haqqı təşkil olunarkən konkret istehsal şəraiti nəzərə alınmadan əmək haqqının istənilən forma və sisteminin tətbiq edilməsi onun səmərəsinin xeyli aşağı düşməsinə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki,əmək haqqının təşkili istehsalın konkret texnoloji-təşkilati və digər şəraitinə uyğun olaraq əmək haqqının bu və ya digət forma və sistemlərinin seçilməsini tələb edir.Çünki istehsalın bütün sahələrində əmək haqqının bütün forma və sistemlərinin tətbiq etmək mümkün və yaxud məqsədəuyğun deyildir.

Əmək norması və tarif sistemi əməyin üdənilməsinin əsas ünsürləri olsada əmək haqqının təşkili üçün kifayət deyildir.Ona görə də müxtəlif istehsal şəraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi,sərf edilmiş əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq əmək haqqının hesablama və tətbiqi qaydası əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsidir.

Əmək haqqının forma və sistemlərinin tətbiqi işçilərin maddi marağı və həyat səviyyəsinin artırılması,habelə işin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması vasitəsidir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinadən fəhlələrin əməyinin ödənilməsi təşkil edilərkən əmək haqqının vaxtamuzd və işəmuzd formasından istifadə olunur.Vaxtamuzd əmək haqqı formasında müəyyən olunmuş tarif maaşları əsasında faktiki işlənilmiş iş vaxtının miqdarına görə fəhlələr üçün əmək haqqı hesablanılır.İşəmuzd əmək haqqı formasında isə,fəhlələrə əmək haqqı ədəd,kiloqram,kubmetr və sair ölçü vahidlərində ifadə olunan məhsul istehsalının miqdarından asılı olaraq verilir.

Vaxtamuzd əmək haqqı sadə vaxtamuzd və vaxtamuzd mükafatlı əmək haqqı sistemlərinə ayrılır.

Hal-hazırda sənaye müəssisələrində işəmuzd əmək haqqı forması əsas əmək haqqı forması kimi geniş tətbiq edilməkdədir.

İşəmuzd əmək haqqı sistemləri aşağıdakılardır:

1.Müstəqim işəmuzd əmək haqqı sistemi;

2.Mükafatlı işəmuzd əmək haqqı sistemi.

Əmək haqqının bu sistemləri də istehsaldan və əmək bölgüsundən asılı olaraq fərdi və briqada (kollektiv) əmək haqqı sistemlərinə bölünür.Əmək haqqının bu və ya digər forma və sistemlərinin seçilməsi,tətbiq edilməsi məqsədəuyğun olmalıdır.

Çünki əmək haqqının forma və sisteminin əsassız seçilməsi istehsalata fayda gətirmək əvəzinə böyük zərər vurar,əməyin ödənilməsində bərabərliyə yol verər və işçi qüvvəsininj axıcılığına səbəb ola bilər .

Əmək haqqının forma və sistemləri seçilərkən aşağıdakı ümumi tələblərə əməl etmək lazımdır:

a) əmək haqqı sistemi hər bir işçidə öz işini daima yaxşılaşdırmaq, işdə təşəbbüs göstərmək üçün maddi maraq yaratmalıdır;

b) əmək haqqı sistemi sərf olunan əməklə onun nəticəsi arasında obyektiv nəzarətin qoyulmasına imkan verməlidir;

v) əmək haqqı ilə əmək sərfi arasındakı əlaqənin hər bir fəhlə üçün bilavasitə aydın olması üçün əmək haqqı sistemi sadə qurulmalıdır.

Bundan başqa , əmək haqqının hər bir formasının tətbiq olunma şərtləri , tələbləri vardır.

İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardır:

1)əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi və hasilatın uçota alına bilməsi;

2) iş yerlərində əmək məhsuldarlığını, istehsalın həcmini sürətlə artırmaq zəruriyyəti;

3) istehsal olunan məhsul həcminə fəhlənin fəal təsir edə bilmə imkanlığı;

4) məhsul istehsalında həmin fəhlənin son əmək nəticələrində əks oluna bilməsi;

5) iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən müvafiq əmək təşkili səviyyəsinin təmin olunması.

Vaxtamuzd əmək haqqının isə tətbiq olunmasının əsas şərtləri bunlardır:

1) vaxtamuzdçu fəhlə tərəfindən işlənilmiş iş vaxtının ciddi uçota alınması və ona nəzarət;

2) icra edilən işin məzmunu , habelə mükafatlandırılan fəhlələrin hüquq və vəzifələri dəqiq müəyyən edilməsi;

3) mükafatlandırılan fəhlələr üçün xidmət normalarının və işçilərin sayı normativlərinin düzgün müəyyən edilməsi;

4) fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi;

5) mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi .

Əmək haqqının forma və sistemləri seçilərkən yuxarıda göstərilən tələb və şərtlərə əməl olunması əmək haqqının bilavasitə sərf olunan əməyin miqdar və nəticəsindən asılı olmasını təmin edir ki, bu da işçilərdə əmək məhsuldarlığını yüksəltmək, xammal və materiallara qənaət etmək üçün maraq oyadır.

Əmək haqqı sistemləri içərisində ən geniş yayılanı müstəqim işəmuzd əmək haqqıdır. İşəmuzd əmək haqqının , o cümlədən müstəqim işəmuzd əmək haqqı sisteminin üstün cəhətləri aşağıdakılarla müəyyən edilir:

1) texniki normalara əsaslandığı şəraitdə əməyin kəmiyyətini onun nəticələri ilə düzgün ölçməyə , əmək məhsuldarlığını yüksəltmək üçün şəxsi maddi marağı artırmağa imkan verir;

2) fəhlələrin mədəni- texniki səviyyələrini yüksəltməyə , əmək üsulları və əmək fəndlərini təkmilləşdirməyə səbəb olur;

3) iş vaxtından , xammal , material və avadanlıqlardan səmərəli istifadə etməyə stimul yaradır.

Müstəqim işəmuzd əmək haqqının tətbiqində ən başlıca şərt normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün tarifləndirilməsidir. Çünki iş qiymətləri iki amildən , yəni istehsal , yaxud vaxt normasından və müvafiq dərəcənin tarif maaşından asılıdır. İş qiyməti əslində məhsul vahidi (əməliyyat) üçün əmək haqqının həcmidir. Ona görə də fəhlənin əmək haqqısı iş qiymətini istehsal olunan məhsulun miqdarına vurmaqla müəyyən edilir.

Müstəqim işəmuzd əmək haqqı sistemi işəmuzd əmək haqqının ən çox yayılma formasıdır. Müstəqim işəmuzd əmək haqqı tətbiq edildikdə hazırlanmış bütün məhsul üçün fəhlələrə əmək haqqı sabit iş qiymətləri üzrə verilir.

İşəmuzd əmək haqqı formasında işçinin qazancı onun gördüyü iş və ya hazırladığı məhsulun miqdarı ilə müəyyən edilir , başqa sözlə , fəhlənin əmək haqqı istehsal olunan məhsulun miqdarına və məhsul vahidinin iş qiymətlərinə əsasən təyin edilir. Deməli fəhlənin aldığı əmək haqqı onun hazırladığı məhsulun miqdar və keyfiyyətindən asılıdır. Məhsul vahidinin iş qiyməti dərəcənin tarif maaşının müvafiq istehsal normasına bölməklə və ya dərəcənin tarif maaşını vaxt normasına vurmaqla müəyyən edilir. Deyilənləri düsturla ifadə edək :

və ya Uq=Tm x Vn ;

Burada , Uq- məhsul vahidinin iş qiyməti;

Tm - müvafiq dərəcənin işəmuzd saatlıq maaşı;

Un-istehsal norması;

Vn- saatla ifadə edilmiş vaxt normasıdır.

Fərz edək ki, zərərli işlərdə işləyən 1-ci dərəcəliu fəhlənin saatlıq tarif maaşı 44 qəpik, istehsal norması isə saatda 4 detaldır. O zaman iş qiyməti:



qəpik olacaqdır.

İş qiyməti ikinci düsturla hesablandıqda bir detalın hazırlanması üçün vaxt norması 15 dəqiqə, yəni 0.25 saat olur. Onda iş qiyməti :

Uq=Tm x Vn=44x 0.25=11 qəpik olacaqdır. Hər iki halda göründüyü kimi, iş qiyməti eyni olur. Növbəlik istehsal norması tətbiq edildiyi hallarda iş qiyməti aşa-

ğıdakı düsturla hesablanır:



Burada, Uq – görülən iş vahidinin işəmuzd qiymətidir;

Tm- 1-ci dərəcədən olan işçinin tarif əmsalıdır;

Nu- işçinin uyğun dərəcəsinin tarif əmsalıdır;

Un- növbəlik istehsal normasıdır.

İş qiymətlərinin əvvəlcədən müəyyən edilib fəhlələrə çatdırılmasının böyük əhəmiyyəti vardır. Bu halda fəhlə gördüyü iş üçün nə qədər əmək haqqı alacağını əvvəlcədən bilir və çox məhsul istehsal ediməsində maraqlı olur. Bununla əlaqədar olaraq bir çox sənaye müəssisələrində kütləvi surətdə təkrar olunan işlər üçün iş qiymətləri divarlarda , iş yerlərində asılmalıdır.

Müstəqim işəmuzd əmək haqqı sistemində istehsalın artması ilə fəhlənin faktiki qazancı arasında birbaşa əlaqə vardır. Fəhlə üçün bu sistemdə əmək haqqının verilməsi sadə və aydındır.

Bu sistemdə fəhlə və yaxud fəhlələr qrupu (briqada) öz işlərinin nəticələrinə görə haqq alırlar. Onların əmək haqları istehsal etdikləri məhsulun kəmiyyət və keyfiy- yətindən bilavasitə asılıdır.

Müstəqim işəmuzd əmək haqqı hesablanılan zaman normaların yerinə yetirilməsi dərəcəsi nəzərə alınır. Çünki işəmuzd əmək haqqı ilə normalar arasında müstəqim əlaqə vardır.

İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzdçu fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə planın yerinə yetirilməsi və artıqlaması ilə ödənilməsi üçün müəyyən məbləğ mükafat alır.Bu,işəmuzd-mükafatlı əmək haqqının əsas mahiyyətini təşkil edir.Fəhlələrin mükafatlandırılması ayrı-ayrılıqda kəmiyyət və keyfiyyət göstəricisi və eyni zamanda hər iki göstəricilər üzrə birlikdə aparıla bilər.Adətən,mükafatlandırma göstəricisi iki-üçdən çox olmur.

Əmək qanunverciliyinə nəzərən mükafatlandırma zamanı aşağıdakılar nəzərə alınır:

1) Mükafatlandırma göstəricisi və amilləri;

2) mükafatlandırmanın şərtləri;

3) mükafatın sex,sahə,peşə və ayrı-ayrı işlər üzrə konkret həcmi;

4) mükafatların verilmə qaydası və müddəti.

Keyfiyyət göstəriciləri böyük əhəmiyyət kəsb edən bir çox müəssisələrdə bu sistemin tətbiqi daha çox effektli olur.Belə keyfiyyət göstəricilərinə misal olaraq:növlülüyün yüksəlməsi,buraxılan məhsulun etibarlılığı və davamlılığı,zay məhsulun azaldılması,yararlı məhsul buraxılışının artırılması,qiymətli materiallara qənaət və sair misal göstərmək olar.

Kəmiyyət göstəricilərinin artması həlledici əhəmiyyət kəsb edən istehsal sahələrində belə göstəricilər aşağıdakılar ola bilər:məhsul tapşırığı üzrə planın yerinə yetirilməsi,texniki cəhətdən əsaslandırılmış normaların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi,işin yerinə yetirilməsi müddətinin ixtisar edilməsi və s.

İşəmuzd-mükafatlı əmək haqqı sisteminin düzgün tətbiq edilməsinin əsas şərtləri aşağıdakılardır:

a) mükafatlandırmanın göstəricilərinin çox olmasına yol verməmək və istehsal vəzifələrini əks etdirən göstəriciləri müəyyən etmək;

b) hər mükafatlandırma göstəricisi üzrə mütərəqqi norma və normativlərin olması;

v)əmək haqqı fondunun artıq xərclənməsinə və məhsulun maya dəyərinin artmasına yol verməmək üçün əməyin ödənilməsi üçün tətbiq edilən mükafatlı sistemin iqtisadi cəhətdən əsaslandırılmış olması.

İşəmuzd-mükafatlı əmək haqqı sistemində fəhlələr yalnız fərdi iş göstəricilərinə görə deyil,həmdə kollektiv göstərici əsasında da mükafatlanırlar.Məsələn,kimya sənayesi müəssisələrində işəmuzdçu fəhlələr aqreqatın sahənin,növbənin və ya sexin aylıq planlarının yerinə yetirilməsi və artıqlaması ilə ödənilməsi,habelə plandan əlavə birinci növ məhsul istehsalı,normativə nisbətən xammal və materiallara qənaət,qrafik və texnoloji parametrlərə əməl etmək,yeni növ xammal və material növlərini mənimsəmək üçün mükafat alırlar.

İşəmuzd-mütərəqqi əmək haqqı sistemində fəhlə müəyyən edilmiş çıxış (baza) norması daxilində müstəqim dəyişilməz iş qimətləri,baza normasından əlavə istehsal edilmiş məhsullar üçün isə artırılmış iş qiymətləri uzrə əmək haqqı alır.Bu o deməkdir ki,işəmuzd mütərəqqi əmək haqqı sistemində diferensiallaşdırılmış iki cür iş qiymətləri-sabit və mütərəqqi artan iş qiymətləri tətbiq edilir.

Son vaxtlara qədər işəmuzd – mütərəqqi əmək haqqı sisteminin tətbiqində olan nöqsanlar özünü aşağıdakı halarda təzahür etdirmişdi:



  1. Azaldılmış normaların tətbiqi ilə əlaqədar olaraq əmək məhsuldarlığının aşağı səviyyədə olduğu bir şəraitdə bu sistem tətbiq edilmişdir;

  2. Hasilat və normaların yerinə yetirilməsi düzgün hesablanmamışdır. Belə ki , faktiki işlənilmiş vaxt normasına əlavə işlənilən saatlar daxil edilmiş və növbədaxili boş dayanma saaatları isə əksinə, çıxılmışdır;

  3. İşəmuzd -mütərəqqi əmək haqqı sistemi təcrübə-statistika normaların mövcudluğu şəraitində tətbiq edilmişdir;

  4. Bu sistem əmək haqqı fondu üzrə müəyyən olunmuş limiti nəzərə almadan aparılmışdır;

  5. Həmin sistemin iqtisadi səmərəsinə az fikir verilmişdir. Belə ki bir sıra hallarda bu sistemin tətbiqindən sonra maya dəyərinə qənaətin, əmək məhsuldarlığının yüksəldilməsinin dinamikası əsaslı şəkildə təhlil edilməmişdir. İşəmuzd- mütərəqqi əmək haqqı sistemi əmək haqqının kütləvi və daimi forması ola bilməz, çünki bu, bəzi hallarda əmək məhsuldarlığına nisbətən əmək haqqının daha sürətlə artmasına səbəb olardı. İşəmuzd -mütərəqqi əmək haqqı sistemi bir qayda olaraq əmək üsulları tətbiq edilən və “dar” iş sahələrində tətbiq olunur. Burada normaların artıqlaması ilə yerinə yetirilməsi səviyyəsindən asılı olaraq iş qiymətlərinin artırılması dərəcəsi hər bir konkret halda xüsusi şkalalar vasitəsilə müəyyən edilir. İş qiymətlərinin sənayenin hər bir sahəsində artma dərəcəsini təyin etmək üçün müəyyən artma qiymət şkalası tətbiq olunur. Məsələn, yeddi saatlıq iş gününə keçməzdən əvvəl dəzgahqayırma və cihazqayırma sənayesinin müəsssisələrində iş qiymətlərinin aşağıdakı artma şkalası müəyyən edilmişdi:




Əsas (baza) normanın artıqlaması ilə yerinə yetirilmə dərəcəsi

İş qiymətinin artması, %-lə

1 dən 10-a qədər

30

10-dan 25-ə qədər

50

25-dən 40-a qədər

75

40-dan yuxarı

100

Bu sistemdə normalar üçün ilk baza mütərəqqi əmək haqqı üçün mühüm əhəmiyyətə malikdir. İlk və yaxud əsas norma bazası faktiki yerinə yetirilmə səviyyəsinə görə son üç ayda müəyyən edilir. İlk norma bazasını müəyyən edərkən, bu sistemin əmək məhsuldarlığının artmasında nə kimi rol oynadığını və məhsulun maya dəyərinin aşağı salınmasına necə təsir göstərməsini müəyyən etmək lazımdır. Aylıq istehsal norması hesablanılarkən həmin ayda olan iş günləri nəzərə alınır. Lakin aylıq vaxt fondundan aşağıdakılar çıxılır:

Növbəti və əlavə məzuniyyət, istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar məzuniyyət, əmək haqqı saxlanılmadan verilən məzuniyyət, hamiləlik və doğumla əlaqədar məzuniyyət, müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar vaxt, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi, fəhlələrin təqsiri olmadan bütün növbə boyu boş dayanmalar, plan qrafikində nəzərdə tutulan avadanlıqların plan xəbərdarlıq təmir vaxtı.

İşəmuzd- mütərəqqi əmək haqqı sistemi, adətən, texniki cəhətdən əsaslandırılmış normalarla işləyən işəmuzdçu fəhlələr üçün tətbiq edilir. Bu sistemdən istifadə edilməsi işə əlavə maddi maraq yaradılmasına səbəb olur. Lakin bu sistemdə göstərildiyi kimi, əmək haqqının əmək məhsuldarlığından daha yüksək sürətlə artması ehtimalı vardır.

Bəzi müəssisələrdə iş qiymətinin artma dərəcəsi istehsal normasının xarakterindən və müxtəlif iş şəraitindən asılı olaraq fərqlənir.

Göründüyü kimi, sənəyenin ayrı- ayrı sahələrində iş qiymətinin artma faizi müxtəlif prinsiplərdən meydana gəlir. Burada əsasən qabaqcıl peşə fəhlələrinə və daha ağır şəraitdə işləyənlərə üstünlük verilir. İşəmuzd- mütərəqqi qiymətin artma şkalasının düzəldilməsi qabaqcıl peşə fəhlələrin və ağır şəraitdə işləyənlərin faktiki əmək haqqının artmasına imkan verir.

İş qiymətinin yüksəlməsi faizi habelə işin xarakterindən, maşın və avadanlığın xidmət normasından və hasilat normasından asılı olaraq dəyişilir. Məsələn, pambıq parça sənayesində iş qiymətinin yüksəlməsi şkalası xidmət edilən avadanlıqların sayından asılı olaraq tətbiq edilir. Bunun üçün müəyyən edilmiş avadanlıqların (maşın və dəzgahlar) sayı xidmət norması kimi qəbul edilir.

İşəmuzd-mütərəqqi əmək haqqı, fəhlənin müstəqim iş qiyməti ilə aldığı aylıq əmək haqına görə hesablanılır.

İşəmuzd- mütərəqqi əmək haqqı üzrə əlavə haqqı hesablamaq üçün fəhlənin müəyyən olunmuş ilk çıxış normadan artıq istehsal normasının yerinə yetirilmə faizini, faktiki işləmə vaxtını və qüvvədə olan şkalaya əsasən iş qiymətinin artma faizini bilmək lazımdır.

Əgər fəhlə ay ərzində müxtəlif istehsal norması ilə müxtəlif iş görübsə, faktiki işləmə vaxtı bütün bu işlər üzrə hesabalanır. Faktiki işləmə vaxtını və ümumi işlənmiş norma -saatı təyin təyin etdikdən sonra fəhlənin istehsal normasını yerinə yetirmə faizi müəyyən edilir.

İşəmuzd- mütərəqqi əmək haqqı sistemində bütövlükdə işin hamısı və qismən bir hissəsi mütərəqqi artan iş qiymətləri ilə ödənilə bilər.

Bütün işlər mütərəqqi iş qiymətləri üzrə ödənildikdə və şkalada normanın çıxış bazası 100 faiz götürülmüş olarsa, fəhlənin əmək haqqısı aşağıdakı düsturla hesabalanır:


Burada, Yə- ümumi əmək haqqı

Uə- aylıq müstəqim işəmuzd əmək haqqı;

N- normaların yerinə yetirilmə faizi;

Çb- mütərəqqi əmək haqqı üçün çıxış bazası;

Qə - iş qiymətlərinin artma əmsalı

İşəmuzd- mütərəqqi əmək haqının səmərəliliyinin artırılması aşağıdakılarla əlaqədardır:

1) Sistemin iqtisadi cəhətdən əsaslandırılması;

2) Mütərəqqi şkalanın seçilməsi və qurulması;

3) Çıxış normalarının dəqiq müəyyən edilməsi;

4) Bu sistem üzrə əmək haqqının hesabalnması qaydasının təkmilləşməsi.

Vaxtamuzd əmək haqqı forması sadə və vaxtamuzd-mükafatlı əmək haqqı sisteminə ayrılır.

Vaxtamuzd əmək haqqı forması işin miqdar cəhətini normalaşdırmağın mümükün olmadığı və məhsulun keyfiyyət cəhətinə görə bir qrup fəhlələrin(nəzarətçi fəhlələr, xırda təmir üzrə çilingərlər və.s) işəmuzd əmək haqqı sisteminə keçirilməsinin məqsədəuyğun olmadığı hallarda tətbiq edilir.

Maşınqayırma sənayesində əməyi vaxtamuzd sistemlə ödənilən fəhlələrə əsasən krançılar, elektrik montyorları, növbətçi çilingərlər, təmirçi çilingərlər, nəzarətçilər, məhsul qəbul edənlər aididrlər. Göründüyü kimi, bu sistem üzrə əsasən köməkçi fəhlələr əmək haqqı alırlar. Bundan başqa, bir sıra vaxtamuzdçu peşədən olan fəhlələrə maaş qaydasında əmək haqqı verilir. Belə fəhlələrə anbardar, baş anbardar, alət verən(paylayan) yük liftlərinin liftçiləri, sex süpürənləri, qapançı və s. aiddir.

Əməyin ödənilməsinin sadə vaxtamuzd sistemində fəhlənin əmək haqqının miqdarı onun sərf etdiyi faktiki vaxt miqdarından və tarif maaşından asıldır.

Əmək haqqının hesablanması üsuluna görə bu sistem üç növə bölünür: saatlıq, günlük və aylıq

Məsələn, aylıq sadə vaxtamuzd əmək haqqının hesablanması fəhlənin saatlıq tarif maaşına və həmin ayda faktiki işlədiyi saatların miqdarına əsasən aşağıdakı düsturla hesablanır:

İşi buraxdıqda və proqul etdikdə fəhlə qismən və ya tamamilə mükafatdan məhrum edilir. İqtisadi cəhətdən əsaslandırılmış və düzgün tətbiq olunan hallarda mükafatlı sistem, sadə vaxtamuzd sistemdən xeyli üstünlüklərə malikdir. Belə ki vaxtamuzdçu fəhlənin əmək haqqısı bu sistem üzrə yalnız işlənilən vaxtın miqdarından və ixtisasından deyil, həm də onun işinin göstəricilərindən asılıdır.

Vaxtamuzd- mükafatlanma üzrə əmək haqqı sistemində sadə vaxtamuzd sistemə nisbətən əməyin ödənilməsi prinsipinə daha tam əməl olunur və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında şəxsi maddi marağı artırır.

Vaxtamuzd-mükafatlı əmək haqqı sistemində mükafatlandırma göstəriciləri konkret, əsaslandırılmış halda və birbirilə qarşılıqlı əlaqə halında olmalıdır. Bu sistemdə mükafatlanma göstəricilərinə avadanlığın boş dayanamsının qısaldılması, yanacağa, elektrik enerjisinə qənaət, zay məhsulun azalması, iş yerinə yaxşı qulluq etmə, işi keyfiyyətli icra etmə və s. daxildir. Məsələn, krançı iş yerlərinə fasiləsiz xidmət etdikdə və onun xidmət etdiyi növbə, sahə və ya sex planı yerinə yetirdikdə tarif maaşının 20%-i, növbətçi çilingər, onun günahı üzündən avadanlığın boş dayanması halları olmadıqda və işi keyfiyyətli icta etdikdə tarif maaşının 20%-i, təmirlə əlaqədar çilingər və elektrik çilingəri isə işi vaxtında və keyfiyyətlə gördüyünə görə tarif maaşınıın 25%-i həcmində mükafat alırlar.

Vaxtamuzd-mükafatlı əmək haqqının tətbiqinin başlıca məsələlərdən biri onun iqtisadi səmərəsinin artırılmasıdır. Ona görə də əməyin ödənilməsinin bu sisteminin tətbiqiilə əlaqədar olaraq yancağa, xammala, materiala olan qənaət, zay məhsulun azalması və s. sahədə olan səmərə konkret müəyyən edilir.

Sənaye müəssisələrində bəzi hallarda işəmuzd əmək haqqı formasıının qeyri-müstəqim sistemindən də istifadə edilir.

İşəmuzd əmək haqqının qeyri-müstəqim sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından asılıdır. Bu sistem çox hallarda əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqının təşkilində tətbiq olunur. Bir sıra maşınqayşrma müəssisələrində avadanlığı sazlaşdırıcılar qeyri-müstəqim işəmuzd sistemi üzrə əmək haqqı alırlar.

Qeyri-müstəqim əmək haqqının iki variantı vardır. Birinci variantda hər hansı iş yerinə xidmət edən fəhlənin əmək haqqı əsas işəmuzdçu fəhlənin hasilatından asılı olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə ayrı-ayrı iş yerləri və ya iş sahələrinə fasiləsiz və keyfiyyətli xidmət etməyə maddi cəhətdən maraqlı olur. Əsas fəhlə bir işi icra etdikdə köməkçi fəhlə də bir işə görə əmək haqqı alır. Lakin adətən, köməkçi fəhlənin xidmət etdiyi əsas fəhlə çox iş görür və ona görə də müxtəlif istehsal norması olduğuna görə həmin fəhlələr bir çox işlər üzrə əəmk haqqı alırlar. Qeyri-müstəqim əmək haqqı bu halda aşağıdakı kimi hesablanır:

Yəh=Uqi x Fqi

Burada, İq- hər bir iş vahidinin qiyməti; Fn – hər iş növü üzrə faktiki istehsal və yaxud işlənilmiş norma-saatlar. Məsələn,əgər köməkçi xidmət etdiyi briqada 3415 ədəd məh-

sul istehsal etmiş və əsas fəhlələr 198 norma-saat işləmişlərsə, onda köməkçi fəhlənin

hər iki xidmət obyekti üzrə qazancı aşağıdakı miqdarda olacaqdır:



1,14 x 3415 + 3,77 x 198=39,93+7,46=47,4 manat

İkinci variantda isə köməkçi fəhlələr əsas fəhlələrin iş yerlərinə yaxşı xidmət etdikləri üçün əsas fəhlələrin normaları artıqlaması ilə yerinə yetirdiyinə görə mükafat alırlar. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, burada işin ödənişi hər bir istehsal əməliyyatı üçün deyil, bütünlükdə götürülən iş kompleksinə görə müəyyən edilir . Bu halda konkret işə görə akkor ödənişinin ümumi miqdarı yalnız mövcud vaxt normalarının və ümumi akkord tapşırığının daxilində olan əməliyyatların hər birinin cəmlənməsi əsasında müəyyən edlir. Bu mənada akkord sistemi müstəqim işəmuzd sistemindən az fərqlənir.

Fəhləyə yerinə yetirməli olduğu işə görə verilmiş naryadda işin həcmi və təsviri verilir. Bundan əlavə naryadda ayrı –ayrı əməliyyatların qiyməti və hər məmulatın qiyməti göstərilir.

Hal-hazırda akkord sistemi sənayedə qəzaların ləğv edilməsi, çox mühüm təmir işlərinin sürətləndirilməsi və təxirə salınması mümkün olmayan təcili işlərin yerinə yetirilməsi hallarında tətbiq olunur.

Akkord əmək haqı sistemi tikinti və nəqliyyat müəssisələrində, daha geniş tətbiq edilir. Məsələn, tikintidə akkord əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə müəyyən edilir. Akkord iş qiymətləri müəyyən edilərkən kompleks akkord işlərinə daxil olan mövcud normalar və ayrı-ayrı iş qiymətləri əsas götürülür. Bu zaman “Vahid norma və iş qiymətləri” sorğu kitabçasından istifadə edilir. Həmin sorğu kitabçasında hər kubmetr quraşdırma, nəqliyyat, tikinti və.s işləri üzrə iş qiymətləri göstərilir. Ayrı- ayrı işlər üzrə kubmetrlərlə işin həcmini hər kubmetrin iş qiymətinə vurub toplamaqla bütün briqada üzrə akkord qazanc hesablanır. Əməyin akkord sistemi üzrə ödənilməsində akkord tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsi və vaxtından tez yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir. Mükafat, əmək haqqına akkord naryadı üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatvermə qaydası üzrə verilir.

Müasir elmi-texniki tərəqqi şəraitində istehsal proseslərinin geniş miqyasda kompleks mexanikləşməsi həyata keçirilir, axın xətləri, konveyerlər yaradılır. Bu təmayül istehsalda ayrı- ayrı işçilərin əlaqəsini, habelə işin ümumi nəticələrinin hər bir işçidən asılılığını gücləndirir. Bununla əlaqədar olaraq sənayedə, tikintidə və digər sahələrdə kollektiv işəmuzd əmək haqqı sistemi, növbə, sahə və briqada üzrə planların yerinə yetirilməsi və artıqlaması ilə ödənilməsinə görə mükafatların verilməsi, məhsulun son çıxışına görə əməyin ödənilməsi kimi və s. kollektiv maddi maraqlandırma formaları inkişaf etməyə başlamışdır.

Kollektiv işəmuzd əmək haqqı sistemi əsasən briqada formasında əməyin təşkili ilə əlaqədardır. Müəssisələrdə təşkil olunan kompleks və ixtisaslaşdırılmış briqadalar aşağıdakı başlıca prinsiplər üzrə işləyirlər:

1) Bütün fəhlələrin briqada üzrə işin nəticələrinə maddi marağı;

2) Bütün briqada üzvlərinin ümumi işin kəmiyyət və keyfiyyət göstəricilərinə görə maddi məsuliyyəti;

3) Əmək prosesində qarşılıqlı yardım, qarşılıqlı əvəzetmə və peşələrin qovuşması;

4) Ümumi işdə briqadanın hər bir üzvünün iştirak etmə və əmıyinin ödənilmə dərəcəsinin müəyyən edilməsi.

İstehsalın və əməyin şəraitində görə hər bir fəhlənin fərdi hasilatının ayrı-ayrılıqda müəyyən edilməsi mümkün olmayan hallarda qrup və ya briqada işəmuzd sisteminin tətbiqi zəruridir.

Əməyin ödənilməsinin kollektiv(briqada) sistemnidə fəhlənin qazancı bütünlükdə fəhlə kollektivi əməyinin nəticəsinə görə verilir. İşəmuzd kollektiv əmək haqqı sistemi iri maşın və mexanizmlərin yığılmasında, onların təmirində və quraşdırılmasında, kömür kombaynına, domna və marten peçlərinə xidmət edilməsində və bu kimi iri həcmli işlərdə həyata keçirilir.

Bu halda isthsal norması hər fəhə üçün deyil, bütün briqada üçün və ya fəhlə qrupu üçün müəyyən edilir. Bu sistem üzrə işəmuzd qiymətlərin müəyyən edilməsində və hər bir briqada üzvü üçün fərdi qazancın hesablanmasında bir neçə üsullardan istifadə edilir. Burada iş qiymətləri mövcud norma yerinə yetirilən, işlərin uyğun dərəcəsinin tarif maaşına əsasən müəyyən edilir:



Burada ,Bq- məhsul vahidinin briqada iş qiyməti

Tm- briqada üzvlərinin tarif maaşının məbləği

Bn- briqadanın hasilat normasıdır.

Briqadanın ümumi qazancı briqada üzvləri arasında paylanarkən aşağıdakı məsələlərə diqqət yetirilir:

a) Briqada üzvlərinin dərəcəsi öyrənilir;

b) Bu dərəcələrə münasib tarif əmsalı təyin edilir;

v) Hər bir işçinin verilmiş işə sərf etdiyi həqiqi vaxt müəyyəen edlir;

q) Tarif əmsalları həqiqi iş vaxtına vurularaq, əmsallı iş vaxtı saatları tapılır və bunlar cəmlənərək briqada üzrə qazancın məbləği müəyyyən edlir;

ğ) Briqadanın qazancını əmsallı iş saatlarının yekununa bölməklə əmsallı bir iş saatının qiyməti müəyyən edilir.

Kollektiv əmək haqqı briqada üzvləri arasında hər bir fəhlənin ixtisasına və onun işlədiyi vaxta uyğun surətdə bölünür. Əlbəətə, briqadanın hər bir üzvü fərdi iş norması müəyyən etmək, onun şəxsi əməyinin nəticələrini hesablamaq mümkün olsaydı, kollektiv əmək haqqı tətbiq etmək bir o qədər də əlverişli olmazdı. Belə halda fərdi əmək haqqını kollektiv həvəsləmdirmə ilə əlaqələndirmək daha yaxşıdır. Məsələn bir sıra müəssisələrin konveyner xətlərində əmək haqqı son əməliyyatdan çıxmış yararlı məhsulun miqdarına görə hesablanır. Bu, bir tərəfdən fəhlələrin əmək haqqını konveyerdə kollektiv istehsaldan asılı edir və eyni zamanda hər bir işçinin fərdi marağını təmikn edir. Briqada üzrə əmək haqqının hesablanmasına dair aşağıdakı məsələni həll edək:

Maşının təmiri üçün norma üzrə 100 saat V dərəcəli, 100 saat isə II dərəcəli fəhlənin işi müəyyən edilmişdir. Aşağıdakı şərtlər əsasında hər bir maşının təmiri üçün briqadalıq iş qiymətini və hər bir fəhlənin əmək haqqını hesablayaq: təmir edilmiş maşının miqdarı 3, işlənilmiş saatlar- III dərəcə üzrə 250 saat, IV dərəcə üzrə 100 saat, V dərəcə üzrə 150 saat.

Burada bir maşının təmiri üçün iş qiyməti aşağıdakı kimi olacaqdır: (32 x1,72x100) + (32 x1,13 x100)= 91 manat 20 qəpik. Bir maşının təmirində hər bir

fəhlənin əmək sərfini müəyyənlişdirmək üçün bütün briqada və ayrı- ayrı fəhlələr üz-

rə I dərəcədə gətirilən əmsal saatları yəni şərti müəyyən edək:

III dərəcə- 250 x1,29=322,50

IV dərəcə- 100 x 1,48=148,0

V dərəcə- 150 x 1,72=258,0
Bunun əsasında briqada üzrə iş qiymətini müəyyən edək:

Nəhayət, hər bir fəhlənin əmək haqqını müəyyən edək:



III dərəcəli fəhlə 0- 3756 x 322,5=121-10 manat

IV dərəcəli fəhlə 0- 3756 x 148,0=55-59 manat

V dərəcəli fəhlə 0- 3756 x 258,0=96-90 manat.

Kollektiv işəmuzd əmək haqqı təşkilinin ən başlıca şərtləri briqadanın hər bir üzvünün işlənilmiş vaxtının düzgün uçotunun aparılmasından, onların ixtisas səviyyəsi və peşələrinin qovuşmasından, briqadanın ixtisas tərkibinin dəqiq müəyyən edilməsindən ibarətdir.

Sənaye müəssisələrində kollektiv marağın inkişafı yalnız briqada işəmuzd əmək haqqı ilə məhdudlaşmır. Təsərrüfat islahatının həyata keçirilməsi maddi maraq prinsipinin daha da möhkəmlənməsini tələb etmişdir.

Sənaye müəssisələrində ilin nəticələrinə görə maddi maraqlandırma fondundan mükafatlar verilərkən bir sıra müvafiq göstəricilərlə yanaşı iş stajı və əmək intizamı səviyyəsi də nəzərə alınır. Məsələn, bəzi müəssisələrdə stajdan asılı olaraq mükafatın həcmi aşağıdakı nisbətdə müəyyən edilir:



Staj

Əmsal

Staj

Əmsal

1ildən 3 ilə kimi

1

5 ildən 10 ili kimi

2,0

3ildən 5ilə kimi

1,5

10 ildən yuxarı

2,5

Məhsulun keyfiyyətinin daha mühüm əhəmiyyət kəsb etdiyi müəssisələrdə xüsusilə sexlərdə zay məhsulun azalması ilə verilən mükafatlar da artırılır. Sexlərdə bu təxminən aşağıdakı şkala üzrə həyata keçirilir.



Zay məhsulun azalması, %-lə

Tarif maaşına görə mükafatın həcmi,

%-lə


Zay məhsulun azalması, %-lə

Tarif maaşına görə mükafatın həcmi,

%-lə


3-4

4,5

11-12

8,3

5-6

5,4

13-14

9,5

7-8

7,3

15-16

10,8

9-10

7,6

17-18

11,5







19 və yuxarı

15,5

Ayrı –ayrı sexlərin maddi marğının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq sexlərdə mükafatların düzgün hesablanması mühüm rol oynayır. Məsələn, məlumdur ki adətən ayrı – ayrı sexlərdə realizasiya və rentabellik planı müxtəlif səviyyədə yerinə yetirilir. Ona görə də maddi maraqlandırma fondu sexlər üzrə fərqli halda müəyyən edilməlidir. Bu, ələvə mənfəətin əldə edilməsi üçün hər bir sexin öz istehsal daxili ehtiyatlarını aşkara çıxarmağa və istifadə etməyə stimul yaradır.

Beləliklə əmək haqqı sistemi – dedikdə , əmək ölçüsü ilə sərf olunan əməyə görə verilən haqqın məbləği arasındakı nisbətin müəyyən olunmasının üsulu başa düşülür. Başqa sözlə desək , əmək haqqı sistemi dedikdə , işçinin əməyinin ödənilməsinin müəyyən edilməsinin üsulu başa düşülür.


  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə