Kompüter qrafikasi




Yüklə 225.89 Kb.
səhifə1/3
tarix22.04.2016
ölçüsü225.89 Kb.
  1   2   3

"KOMPÜTER QRAFİKASI" FƏNNİNİN PREDMETİ
İnformatikanın kompüterdən istifadə ilə təsvirlərin yaradılması və redaktə edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır. Müxtəlif peşə sahibləri:

•müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar; •rəssamlar;

• konstruktorlar;

•kompüter dizaynı ilə məşğul olan mütəxəssislər; •dizaynerlər;



  • reklam məhsulları hazırlayanlar; •Web-səhifələrin hazırlanması ilə məşğul olanlar; •multimedia təqdimatı hazırlayan müəliiflər; •səhiyyə işçiləri;

  • parça və geyim modelyerləri; •fotoqraflar;

•tele-video montajla məşğul olan mütəxəssislər və digərləri öz işlərini sahmana salmaq üçüp kompüter qrafikasından istifadə edirlər.

Adətən kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən proqramlar (məsələn, 3 ds MAX proqramı), avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir.

Avtomatlaşdırılmış sistemlər çox maraqlidır, lakin nəzərə almaq lazımdır ki, onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar memarlar binaların layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər. Golden Software firmasının Grapher elmi qrafika proqramı cədvəl və ya analitik formada verilən bir dəyişənlə şərh edilən məlumatların işlənməsi üçün nəzərdə tutulmuşdur.

Kompüter qrafikası fənninin əsas məqsədi təsvirlərin yaradılması və saxlanması prinsipləri barədə ətraflı məlumat verməklə yanaşı daha populyar qrafik redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir.

Fənnin tədrisi prosesində tələbələrə aşılanan biliklər gələcək mütəxəssislərin kompüter qrafikası sahəsində daha da püxtələşməsi və ustalığının təkmilləşməsi üçün əsas (fundament) olacaqdır.

"Kompüter qrafikası" kursu informatika fənninin baza kursunun öyrənilməsi prosesində formalaşan bilik və vərdişlərə əsaslanır.

"Kompüter qrafikası" fənninin təyinatı kompüterin yaddaşında təsvirlərin kodlaşdırılması, yaradılması, redaktə edilməsi və saxlanması üsullarını hərtərəfli öyrətməkdən ibarətdir,

Fənnin öyrənilməsi ilə əldə edilən biliklər fizika, kimya, biologiya, eləcə də digər elm sahələrinə aid olan elmi və yaradıldığını bilməyin özü bir çox problemləri həll etməyə kömək edir. Bu məsələlər haqqında təsəvvür olandan sonra rahatca anlamaq olur ki, kağızda çap edilən təsvir, niyə ekranda göründüyü kimi dəqiq alınmır.

Üçüncü əsas məsələ grafik faylların formatlarıdır. Sonrakı mərhələlərdə emal ediləcək təsvirlərin saxlanması problemi olduqca böyük əhəmiyyət kəsb edir. Qrafik redaktorların hamısı üçün qrafik faylları saxlamaqdan ötrü vahid format yoxdur və ola da bilməz. Lakin elə formatlar da var ki, onlar bir sira predmet oblastları üçün standart formatlar hesab edilir. Qrafik formatların xüsusiyyətlərini bilmək təsvirlərin səmərəli saxlanması və müxtəlif əlavələr arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçun böyük əhəmiyyət kəsb edir.

Kursun ikinci hissəsinin məqsədi daha cox istifadə edilən grafik redaktorların əsas imkanlarını öyrənməkdən ibarətdir.



QRAFİK TƏSVİR ÜSULLARI

RASTR QRAFİKA

Rastr təsvir çox kiçik elementlərdən-piksellerdən ibarət olan mozaika kimi təsəvvür edilə bilər. Belə təsvir xırda xanaları olan kağıza bənzəyir. Xanaların (piksellərin) hər biri müəyyən rənglə rənglənir və nəticədə təsvir formalaşmış olur . Rastr qrafikada prinsip olduqca sadədir, çünki prinsip kompüter kəşf ediləndən çox-çox əvvəl (onlarla əsr) mövcud idi.

İncəsənətin mozaika, tikmə, vitraj (qapıya, pəncərəyə və s. yerlərə salınan rəngli şüşələrdən düzəldilən şəkil və ya naxış) formasi kimi inkişaf edən sahələrində təsvirlər həmişə diskret elementlərdən istifadə edilməklə yaradılmışdı.

Başqa bir misal, freskanı (divar naxışını) divara köçürmək üçün ən səmərəli üsul xanalardan istifadə etməkdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, həm təsvir çəkilmiş kağız, həm də təsvir köçürülməli olan divar eyni sayda xanalara bölunür. Sonra isə təsvirin fraqmenti oldugu kimi kağızdan divardakı xanalara köçürülür.

Rastr qrafikada təsviri formalaşdiran yüzlərlə və minlərlə pikseldən istifadə edilir.

Kompüter qrafikasında piksel termini müxtəlif anlayışlarla şərh edilə bilər:

•Piksel-kompüter ekranında ən kiçik təsvir elementidir. •Piksel-rastr təsvirin ayrıca elementidir. •Piksel-printerdə çap edilən təsvir nöqtəsidir.Ona görə də çaşqınlığı aradan qaldırmaq üçün aşağıdakı terminalogiyadan istifadə etmək daha məqsədəuyğundur: •Videopiksel-ekrandakı təsvirin ən kiçik hissəsi;


  • Piksel-rastr təsvirin ən kiçik hissəsi;

  • Nöqtə-printerlə yaradılan ən kiçik element.

Nəzərə almaq lazımdır ki, bir piksel üçün bir və ya bir neçə videopiksel və ya nöqtə istifadə edilə bilər.

Displeyin ekranı verilmiş sayda sətirlərə və sütunlara bölünmüş qrafik tordan (rastrdan) ibarətdir. Odur ki, displeyin ekranı məlum sayda videopiksellərdən ibarət olur. Qrafik torun ölçüsü N*M düsturu ilə müəyyən edilir. Burada

N-üfqi istiqamət üzrə, M-şaquli istiqamət üzrə videopiksellərin sayıdır. Müasir displeylərdə 640x480, 800x600, 1024x768, 1240x1024 və s. ölçülərdə qrafik tordan isrifadə edilir. Videopikselin ölçüsü 0,3 mm-dən də kiçikdir və bir birinə çox yaxın yerləşir. Təcvirin gözlə görünə bilməsi üçün hər birinin öz rəng çaları olan yüzlərlə və minlərlə videopikseldən ibarət olmalıdır. Böyüdülmüş videopiksel kvadrat formasında görünür

RASTR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ

l.Hər bir videopikselə mümkün olan milyonlarla rəng çalarından birini vermək olar. Pikselin ölçüsü videopikselin ölçüsünə yaxın olanda təsvir fotoqrafik keyfiyyətə malik olur. Beləliklə, rastr qrafikada fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkündür.

2.Nöqtələrin ayrı-ayrı piksellərlə təsvir edilməsi üçün nəzərdə tutulan çıxış qurğularını kompüter çox asan idarə edir. Odur ki, rastr təsvir printerdə çox asan çap edilə bilir.

RASTR QRAFİKANIN ÇATIŞMAZLIQLARI

l.Rastr təsvir faylında hər bir videopikselin rəngi haqqında informasiya bitlərin kombinasiyası formasında saxlanır. Daha sadə təsvirlər ağ və qara rənglərdən ibarət olur. Bu halda hər bir videopikselin rəngini kodlaşdırmaq üçün qiyməti "sıfır"dan və ya "bir"dən ibarət olan bir bit kifayət edir. Videopikselin rəngi iki bitlə kodlaşdırılanda kombinasiyaların nümkün sayı dördə (22) bərabər olur (00, 01, 10, 11) yəni, iki bitlə dörd rəng kodlaşdırıla bilər. Dörd bit (24) 16 pəngi, 8 bit (28) 256 rəngi, 24 bit (224) isə 16 777 216 rəng çalarını kodlaşdırmağa imkan verir.

Sadə rastr təsvirlər çox da böyük yaddaş sahəsi tələb etmir. Fotoqrafiya keyfıyyətinə malik olan təsvirlər isə əksər hallarda bir neçə meqabayt (Mbayt) həcmində yaddaş sahəsi tələb edir. Əgər qrafık torun ölçüləri 1240x1024, istifadə edilən rənglərin sayı 16 777 216-ya bərabər olarsa, rastr faylın həcmi «4Mbayta bərabər olacaqdır:

1240x1024x24 = 30 474 240 (bit) və ya

30 474 240 : 8 = 3 809 280 (bayt) və ya

3 809 280 : 1024 = 3720 (Kb) və ya

3 720 : 1024 = 3,63 (Mb).

Göründüyü kimi rastr təsvirləri saxlamaq üçün böyük həcmdə yaddaş tələb edilir. Bu problemin ən sadə həlli kompüterin yaddaş qurğularının həcmini artırmaqdır. Müasir sərt və optik disklər məlumatları saxlamaq üçün böyük həcmdə yaddaş sahəsinə malikdir. Son vaxtlar böyük həcmli yaddaş qurğularının çoxlu sayda istehsalının artması nəticəsində onların qiyməti xeyli ucuzlaşıb.

Problemin digər həlli qrafik informasiyanın sıxılmasıdır. Bu məqsədlə qrafik fayllarda məlumatların təşkil üsulunun dəyişdirilməsi hesabına rastr faylların ölçüsünü azaldan proqramlardan istifadə edilir. Qrafik məlumatları sıxmaq üçün bir neçə üsuldan istifadə edilir. Bu üsullardan ən sadəsi təkrarlanan kəmiyyətlər ardıcıllığıdır. Bu üsulla iki kəmiyyətdən istifadə edilir.

Birinq kəmiyyət təkrarlanan kəmiyyəti, yəni videopiksellərin göstərilməsi üçün bitlər toplumunu, ikinci kəmiyyət isə təkrarlanmaların sayını göstərir.Aşağıda, ağ-qara təsvir məlumatlarının bir sətrinin ardıcıl piksellərinin sıxılması qaydası göstərilmişdir


DDDBDDDD D

D3İD4İ2Ü1

Bu cür sıxma üsulu RLE (Run-Length-Encoding) adlanır. RLE üsulu eyni çalarla rənglənmiş böyük sahələrə malik olan təsvirlərlə daha yaxşı işləyir. Fotoqrafiya fayllarında eyni rəngə malik olan uzun piksellər sətri demək olar ki, olmadığına görə bu üsulla fotoqrafiya fayllarını yaxşı sıxmaq mümkün olmur.

Çoxsaylı naxışlara malik olan təsvirləri sıxmagdan ötrü ən yaxşı üsul LZW üsuludur. Bu üsulun adı onu hazıirlayanların soy adının birinci hərflərindən götürülmüşdür (Lempel, Ziv və Welch).

Fotoqrafiya üzrə birləşmiş ekspertlər grupu (Joint Photograpic Experts Group) tərəfindən fotoqrafiya keyfiyyətinə malik təsvirləri sıxmag üçün JPEG üsulu tövsiyyə edilmişdir.

2.Rastr təsvirlər miqyaslaşdırılandan və fırladılandan sonra öz keyfiyyətini itirir, çünki eyni çalarla rənglənmiş sahələr standart naxışa (və ya təsvirdə olan səlist duz və əyri xətlər gözlənilmədən girintili-çıxıntılı xətlərə) çevrilə bilər. Rastr təsviri əvvəlcə kiçildib sonra əvvəlki ölçüsünə qədər böyüdəndə təsvirin görünüşü pisləşir, pilləvari formaya düşür (pilləvari effekt yaranır), rənglənmiş sahələr təhrif edilir. Bu baxımdan da rastr təsvirin ölçüsünün dəyişdirilməsi aşağıdakı iki üsuldan biri ilə həyata keçirilməlidir:


  • təsvirdəki bütün piksellərin ölçüsü dəyişir (böyüyür və ya kiçilir);

  • piksellər təsvirə əlavə edilir və ya ləğv edilir (buna piksellərin seçilməsi də deyilir).

Miqyaslaşdırmanın birinci üsulundan istifadə ediləndə təsviri təşkil edən piksellərin sayı dəyişmir, təkcə ayrıca pikselin yaradılmasi üçün istifadə edilən elementlərin (videopiksellərin və ya nöqtələrin) sayı dəyişir. Təsvir böyüdüldükcə pilləvari effekt də artır və hər bir nöqtə kiçik kvadrata çevrilir.

Təsvirdə piksel seçimi iki üsulla yerinə yetirilə bilər. Ya zəruri sayda pikselləri sadəcə təkrarlamaq və ya təsvirdən ləğv etmək olar, ya da müəyyən hesablamaların köməyi ilə proqram iki pikselin və onun ətrafındakı piksellərin əvəzinə başqa rəngə malik olan piksellər yarada bilər. Bu halda təsvirdəki xırda detallar, nazik xətlər itə bilir və təsvirdəki kəskinlik azalanda yuyulma effekti alına bilər.Paint rastr qrafik redaktor olduğuna görə bu redaktorda təsvirləri miqyaslaşdırmaq və bu zaman baş verən nəticənin səbəblərini izah etmək daha asandır.

Rastr təsvirlər üzərində miqyaslaşdırma, firlatma və digər əməliyyatları yerinə yetirmək üçün az sayda imkanlar mövcuddur.


VEKTOR QRAFİKA

Vektor qrafikada təsvirlər düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan qurulur. Bunları primitivlər adlandırmaq qəbul edilmişdir. Sadə vektor obyektlərin köməyi ilə müxtəlif təsvirlər yaradilır. Vektor-primitivlərin kombinasiyasından və müxtəlif rənglərdən istifadə etməklə maraqlı təsvirlər almaq olur. Üçölçülü kompüter qrafikasında kub, kürə və s. kimi həcmli primitivlərdən istifadə edilir. Vektor primitivlər şərh vasitəsilə verilir. Məsələn:

•A nöqtəsindən B nöqtəsinə xətt çəkməli; •verilmiş düzbucaqlı daxilinə ellips çəkməli ifadələri sərh hesab edilir.

Kompüter üçün belə şərhlər əmrlərin köməyi ilə verilir. Əmrdə müəyyən funksiya və onun parametrləri verilir. WMF (Windows Metafile) vektor formatında yuxarıda qeyd edilən şərhlər üçün simvolik əmrlər aşağıdakı kimi yazılır:

MOVETOXl,X2 Cari mövqe XI, X2

koordinatları ilə müəyyən


edilən nöqtədir
LINETO X2, Y2 Cari mövqedən

koordinatları X2 ,Y2

koordinatları ilə müəyyən
edilən mövqeyə kimi xətt
çəkməli
ELLIPSE X3,Y3,X4,Y4 Sol kənar küncü X3,Y3

sağ aşağı küncü X4,Y4 koordinatlarında yerləşən düzbucaqli daxilinə ellips çəkməli Obyektin rəngi haqqında informasiya vektor əmr formasında şərhin tərkib hissəsi kimi, Rastr təsvirdə isə hər bir videopikselin rəngi haqda informasiya saxlanır.

Vektor əmrlər çıxış qurğusuna maksimal mumkun elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə etməklə obyekt qurmaq barədə məlumat verir. Obyektlərin qurulması üçün çıxış qurğusunda istifadə edilən elementlərin sayı nə qədər çox olarsa obyekt bir o qədər yaxşı görünər.

VEKTOR QRAFİKADA ƏMRLƏR ARDICILLIĞI

Vektop təsvirlər almaq üçün adətən vektor qrafikası redaktorlarindan (Adobe Illustrator, Macromedıa Freehand, CorelDRAW) istifadə edilir. Bu redaktorlar dizayn, texniki rəsm sahələrində, həmçinin qaydayasalma işlərinin yerinə yetirilməsində geniş tətbiq edilir. Vektor redaktorları istifadəçilərə təsvir yaratmaq üçün istifadə edilən əmrlər və alətlər təqdim edir. Təsvirin qurulması prosesində xüsusi proqram təminatı təsviri təşkil edən obyektlərə uyğun vektor əmrlər formalaşdırır. Əksər hallarda vektor redaktorı istifadəçiləri vektor əmrləri görmürlər. Lakin, vektor təsvirlərin şərhini bilmək vektor qrafikanın üstünlüklərini və nöqsanlarını anlamağa koməklik edir.

Vektor qrafikası faylına obyekt növlərindən biri kimi rastr təsvirlər də daxil ola bilər.Vektor qrafikası redaktorlarının əksəriyyəti rastr təsvirləri təkcə vektor illüstrasiyalara yerləşdirməyə, ölçüsünü və yerini dəyişdirməyə, döndərməyə, kəsməyə imkan versə də təsvirin ayrı-ayrı pikselləri ilə işləməyə imkan vermir. Məsələ ondadır ki, vektor təsvirlər ayrı-ayrı obyektlərdən ibarət olduğuna görə onlarla müxtəlif cür işiəmək mümkündür. Rastr təsvirlərlə belə rəftar etmək mümkün deyil. Ona görə ki, rastr grafikada bütövlükdə rastr fraqment obyekt hesab edilir. Lakin bir sıra vektor qrafikası redaktorlarında rastr təsvirlərə xüsusi effektlər (yuma, kəskinlik) tətbiq etmək olur. Belə effektlər qonşu piksellərin rənginin dəyişdirilməsi ilə alınır. Piksel təkcə rəng xassəsinə malik olur.

VEKTOR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ

l.Tərkibinə rastr obyektlər daxil olmayan vektor təsvirlər kompüterdə nisbətən çox da böyük olmayan yaddaş sahəsi tutur. Belə ki, min primitivdən ibarət olan vektor təsvir bir neçə yüz Kbayt-dan çox olmayan yaddaş sahəsinə yerləşir. Analoji rastr təsvir üçün isə 10 dəfədən 1000 dəfəyə qədər çox yaddaş sahəsi tələb edilir.

Aşağıdakı məsələni nəzərdən keçirək.

Tutaq ki, ekranın koordinat sistemində kvadratın şərhi aşağıdakı kimidir:

RECTANGLE 1, 1, 200, 200, Red, Green

Burada (1, 1) - kvadratın yuxarı sol küncünün, (200, 200) - aşağı sağ küncünün koordinatları, Red - rənglə doldurulan sahənin, Green - konturun rəngidir.

Bir simvolun ikilik kodu bir bayta bərabər olduğuna görə belə şərh 30 bayt yaddaş tələb edir. 256 rənglə, sıxılmamış təsvir formasında həmin kvadrat üşün

200x200x8 = 320 000 (bit) və ya

320 000 : 8 = 40 000 (bayt) və ya

40 000 : 1024 = 39.6(Kb) yaddaş sahəsi tələb edilir.

Buradan aydın görünür ki, sıxılmamış rastr kvadratın şərhi üçün həmin kvadratın vektor şərhindən təqribən 1333 dəfə artıq (40000 : 30 = 1333.33) yaddaş sahəsi tələb edilir.

Beləliklə, vektor təsvirləri yerləşdirmək üçün nisbətən az yaddaş sahəsi tələb edilir.

2.Vektor obyektlər şərh vasitəsi ilə verilir. Odur ki, vektor obyekti dəyişdirmək üçün onun şərhini dəyişdirmək lazımdır.Məsələn, ellipsi böyütmək və ya kiçiltmək üçün onu məhdudlaşdıran düzbucaqlının yuxarı sol və aşağı sağ kuncünün koordinatlarının qiymətini dəyişdirmək kifayətdir. Koordinatlarınn qiyməti dəyişdiriləndən sonra qurulan (dəyişdirilən) obyekt üçün də maksimal mümkün sayda elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə ediləcək. Beləliklə, vektor təsvirlər keyfiyyətinə xələl gəlmədən asan miqyaslaşdırıla bilir.

Bir sıra hallarda rastr təsviri vektor təsvirə çevirmək mümkün olur. Bu proses trassirovka adlanır. Trassirovka programı rastr təsvirdə yeni rəngə malik olan piksellər qrupunu tapır və ona uyğun gələn vektor obyekt yaradır. Əksər hallarda alınan nəticə üzərində işləmək lazım gəlir.


VEKTOR QRAFİKANIN ÇATIŞMAZLIQLARI

l.Vektor təsvirin əsas təşkilediciləri xətlər, çevrəiər, ellipslər və digər sadə fiqurlardır. Ona görə də son vaxtlara qədər vektor qrafikadan çertyojların, diaqramların, qrafiklərin qurulması və eləcə də texniki illüstrasiyaların yaradılması üçün istifadə edilirdi. Kompüter texnologiyasının inkişafı ilə vəziyyət xeyli dəyişdi. Bu günkü vektor təsvirlər reallığa daha çox yaxındır. Lakin, vektor qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkün deyil. Məsələ ondadır ki, fotoqrafiya rənglərin və parlaqlıqların çox mürəkkəb bölündüyü mozaikadır. Belə mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir.

2.Vektor təsvirlər onlarla, bəzən də minlərlə əmrlərin köməyi ilə şərh edilir. Çap prosesində bu əmrlər çıxış qurğusuna (məsələn, lazer printerə) verilir. Bu zaman elə ola bilər ki, təsvir kağızda istifadəçinin istədiyindən tamam fərqli formada çap edilsin və ya umumiyyətlə çap edilməsin. Belə ^əziyyət ona görə baş verir ki, printerin özünəməxsus Drosessoru ona verilən əmrləri interpretasiya edir. Ona görə jə hər hansı sadə vektor təsviri çap etməklə printerin yerilmiş standarta uyğun olan vektor əmrləri yerinə yetirə Dilib-bilmədiyini yoxlamaq lazımdır. Hər şey normal olarsa həmin printerlə mürəkkəb vektor təsvirləri çap etmək olar. Əgər printer hər hansı primitivi tanımasa, təsviri başqa printerdə çap etmək lazımdır. Beləliklə, vektor təsvirlər bəzən kağıza çap edilə bilmir (və ya istənilən kimi çap edilə bilmir).

RASTR VƏ VEKTOR QRAFİKALARIN MÜQAYİSƏSİ

Rastr və vektor qrafikaların müqayisəli xarakteristikası cədvəldə verilmişdir.




MÜQAYİSƏ KRİTERİYASI

RASTR QRAFİKA

VEKTOR QRAFİKA

Təsvirin verilmə üsulu

Təsvir piksellər çoxluğu ilə qurulur

Təsvir əmrlər ardı-cıllığı ilə şərh edilir

Real həyatda

obyektlərin

təsviri


Real obyektlərin təsvir edilməsi üçün səmərəli istifadə edilir

Fotoqrafiya keyfiyyətinə malik təsvirlər almağa im'kan vermır

Təsvirin redaktə keyfiyyəti

Miqyaslaşdırma və döndərmə zamanı təhrif baş verir

Təsvir keyfiyyətinə xələl gəlmədən dəyişdirilə bilir

Təsvirin çap xüsusiyyətləri

Təsvirlər printerdə rahat çap edilir

Təsvirlər bəzən çap edilə bilmir, bəzi hallarda isə istənilən kimi çap edilmir

RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ

Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların köməyi ilə istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı qrafik redaktorlar mövcuddur. Ona görə də konkret məsələ üçün hansı redaktorun münasib olduğunu bilmək çox vacibdir. Təsvirlərin keyfiyyətinin yaxşılaşdırılması və fotomontaj əməliyyatları rastr qrafik redaktorlarla aparılır. Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir.

İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üşün alətlərə malik olur. Əyri aləti (fırça və ya karandaş) düz və əyri xətlərin çəkilməsi üşün nəzərdə tutulmuşdur. Restangle (llpyiMoyronbHHK-Düzbucaqlı), Ellipse (Ənnnnc-Ellipis) və Polygon (MHoroyro/ibHMK-Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün, rəngləmədən ötrü isə Fill (3a/ınBKa-Doldurma) alətindən istifadə edilir. Mətnlərin və sərlövhələrin yaradılması üçün Text (TexT-Mətn) aləti tətbiq edilir. Təsvirlərlə işləyərkən çox vaxt təsvirdəki xırda detalları yaxşı görə bilmək üçün fraqmenti böyütmək lazım gəlir. Bu məqsədlə Zoom (MacujTa6-Miqyas) alətindən istifadə edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur.

Qrafik redaktorlarda təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini dəyişdirməyə, ləğv etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə imkan verən imkanlar reallaşdırılmışdır. Fraqment üzərində hər hansı əməliyyatı aparmazdan əvvəl onu ayırmaq lazımdır. Vektor qrafika redaktorlarında obyektlər (vektor primitivlər), rastr qrafika redaktorlarında isə oblastlar (piksellər toplusu)ayrılır. Obyekti ayirmaq üçün Mouse-un oxunu onun üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir qədər mürəkkəb məsələdir. Ona görə ki, oblastı ayıranda hansı qrup piksellərin oblast əmələ gətirdiyini muəyyənləşdirmək lazımdır. Məhz buna görə rastr qrafikası redaktorlarında müxtəlif ayırma alətlərindən istifadə edilir. Rastr redaktorlarda həm sadə formalı oblastları, həm də mürəkkəb (əyrixətli) oblastları ayırmaq üşün nəzərdə tutulan ayırma alətləri olur.

Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və rəng çalarını dəyişdirir. Bu da təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-ayrı fraqmentlərinin tünd və ya açıq görünməsini təmin etməyə, xırda qüsurları (qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir.

Vektor qrafikada əsas anlayış obyektdir. Ona görə də vektor grafikası redaktorlarında qaydayasalma, qarşılıqlı tənləşdirmə, obyektlərin kəsişməsi, bir obyekti digərindən istisna edən əmrlər olur. Odur ki, vektor grasfikası redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı obyektlərdən yaratmaq olur.

Adətən rastr və vektor grafikası redaktorlarında həcm effekti almaq üçün vasitələrdən istifadə etmək mümkündür. Lakin real obyektlərin (personajların, interyerlərin və s.) üçölçülü obrazını üçölçülü modelləşdirmə proqramları ilə yaratmaq daha məqsədəuyğundur.


ƏSAS NƏTICƏLƏR

l.Rastr təsvir çox xırda elementlərdən - piksellərdən ibarət olan mozaikadır. Rastr təsvir xırda damalara (xanalara və ya hücrələrə) bölünmüş, hər daması müəyyən rəngə malik olan və bu rənglərlə üzərində təsvir formalaşdırılan kağıza bənzəyir.



2. Videopiksel- ekrandakı təsvirin ən kiçik hissəsidir. Piksel- rastr təsvirin ayrıca elementidir. Nöqtə- printerlə yaradılan ən kiçik elementdir. 3.Rastr qrafikanın üstünlükləri:

•rastr qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər təqdim edilə bilər; • rastr təsvirlər printerdə rahat çap edilə bilir. 4.Rastr qrafikanın çatışmazlıqları: •rastr təsvirləri saxlamaq üçün böyük həcmdə yaddaş sahəsi tələb edilir;

•rastr təsvirlər üzərində miqyaslaşdırma, döndərilmə və

bu kimi digər dəyişdirmə əməliyyatlarının aparılması

üçün məhdud imkanlar mövcuddur.

5.Vektor grafikada təsvirlər primitiv adlanan sadə

obyektlərdən - düz xətlərdən, qövslərdən, çevrələrdən,

ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli

oblastlardan və s. qurulur.

6.Hər bir primitiv müəyyən funksiyanı və onun parametrlərini müəyyən edən əmrlə şərh edilir. 7.Vektor grafikanın üstünlükləri: •vektor təsvirlər nisbətən daha az yaddaş sahəsi tutur; •vektor təsvirlər keyfiyyətinə xələl gəlmədən asan miqyaslaşdırıla bilir. 8.Vektor grafikanın çatışmazlıqları:

•vektor qrafika fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almağa imkan vermir;

•vektor təsvirlər kağıza istənilən kimi çap edilə bilmir və ya kağızda istənilən kimi görünmür.

9.Qrafik redaktorlar təsvirləri yaratmaq və onları redaktə etmək üçün nəzərdə tutulan alətdir. Təsvirləri yaratmaq üçün adətən vektor redaktorlardan, təsvirlərin keyfiyyətini yaxşilaşdırmaq və fotoqrafiya materiallarının montaj edilməsi üçün rastr qrafikası redaktorlarından istifadə edilir.

lO.Təsvirin fraqmenti üzərində əməliyyat apara bilmək üçün əvvəlcə onu ayırmaq zəruridir. Vektor grafikası redaktorlarında obyektlər (vektor primitivlər), rastr qrafikası redaktorlarında oblastlar (piksellər yığımı) ayrılır.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə