Kitbın adı: Şəhid Nəvvab Səfəvi xatirələr güzgüsündə




Yüklə 154.12 Kb.
səhifə1/7
tarix12.03.2016
ölçüsü154.12 Kb.
  1   2   3   4   5   6   7

Kitbın adı: Şəhid Nəvvab Səfəvi xatirələr güzgüsündə


Müəllif: Əli Əkbər

Mütərcim: Əhməd Təqi


Seyid Müctəba Nəvvab Səfəvinin həyat xronologiyası


Hicri-şəmsi 1303 (miladi 1924): Tehranın Xaniabad məhəlləsində təvəllüd

1935-1936: Nəvvabın atası Seyid Cavad Mirlövhinin həbs olunması

1939-1940: Almanların Tehrandakı sənaye məktəbində təhsil

1941: Din təhsili üçün Nəcəfə səfər

1945: Bir neçə aylıq həbs

1947: Xanım Nəyyirətus-sadat Ehtişam Rəzəvi ilə nikah

1948: Universitetdə şaha qarşı terror və Nəvvabın gizlənməsi

1950: İslam Fədailərinin bəyanat kitabının nəşri

1951: Müsəddiqin baş nazir olmasından bir neçə ay sonra həbs

1952: Zindandan azadlıq

1953: Beytul-müqəddəsə, İraq və Misirə səfər

1956, 18 yanvar: dostları ilə birlikdə həbs olunub, şəhadətə qovuşmaları


Kərbəlaya doğru piyada


Əllamə Cəfəri

Şəhid Nəvvab ilə birlikdə Nəcəf Elm Hövzəsində Şeyx Mürtəza Taliqaniyə şagirdlik edir və Əllamə Əminidən dərs alırdıq.

Bir gün Şəhid Nəvvab mənə təklif etdi ki, İmam Hüseynin (ə) ziyarəti üçün piyada Nəcəfdən Kərbəlaya gedək. Mən qəbul etdim və həmin gün günortadan sonra yola düşdük.

Demək olar, hava qaralmışdı, şəhərdən hələ bir neçə kilometrdən artıq uzaqlaşmamışdıq ki, çöl ərəblərindən olan boylu-buxunlu bir kişi qarşımızı kəsdi və kobud səslə “dayan” deyə əmr etdi. Mən ərəbin kəmərinə bağladığı xəncəri görüb, çox qorxdum, Nəvvab isə sakit idi.

Ərəb bizə hədə-qorxu gəldi ki, pullarımızın hamısını ona verək. Mən ərəbin dediklərini yerinə yetirmək istəyirdim ki, qəfildən Şəhid Nəvvab olduqca çevik hərəkətlə ərəbin xəncərini kəmərindən çəkib, onun boğazına dayadı və dedi: “Allahla ol, Allahdan qorx və pisliklərdən əl çək.”

Nəvvabın çevikliyi və şücaəti məni heyrətləndirmişdi.

Ərəb bizi öz çadırına dəvət etdi. Nəvvab dərhal qəbul etdi. Mən bir daha təəccübləndim ki, Nəvvab bir neçə dəqiqə öncə bizi öldürmək istəyən birinin dəvətini nə üçün qəbul edir? Bunu onun özünə də dedim, mənə belə cavab verdi: “Bunlar ərəbdirlər, qonağa dəyər verirlər, bizimlə işləri olmaz.”

Nəvvabla birlikdə ərəbin çadırına getdik. Nəvvab rahat yatdı, mən isə ərəbin başımıza bir iş açacağından qorxub səhərədək oyaq qaldım . Nəvvab gecə yarı yataqdan qalxıb, namaza başladı. Mənəviyyat dolu avazla raz-niyaz edirdi. Biz ertəsi gün Kərbəlaya yola düşdük.


Biz varıq!


“Huvəl-Əziz”, O izzətlidir!

Biz diriyik və intiqam alan Allah hər an oyaqdır. Uzun illərdir, qara pərdələr arxasında, zülm, xəyanət, oğurluq səngərlərində müxtəlif ad və rənglərdə gizlənən xudbin şəhvətpərəstlərin barmaqlarından çarəsizlərin qanı axır...

Vay olsun! Ey həqiqəti gizlədən və haqqı tapdayan xainlər! Ey rəngə bürünmüş münafiqlər! Biz azadıq, ayıqıq, bilirik, Allaha imanımız var və qorxmuruq.

“Qəlbi eşq ilə dirilən heç zaman ölməz,

Bizim əbədiyyətimiz aləmə yazılıb.” (Şeirdən bir parça)

Din adıyla dinə və Qurana nizələr sancdılar, oğurluqlar pak, haramlar halal oldu, yoxsulların çarəsizliyinə mərhəmət göstərmədilər, Huseynin (ə) müqəddəs qanı üzərinə torpaq səpdilər...

Ey ləyaqətsiz canilər! Siz şübhəli pərdələr arxasında gizlənmiş özünüzü, şəxsiyyətinizi başqalarından daha yaxşı tanıyırsınız, öz cinayətlərinizdən tam dəqidliklə məlumatınız var. Biz canından keçmiş azad insanlarıq, qorxumuz yoxdur və köməyə ehtiyacsızıq.

Macal tapacağı zaman imanın gücündən qorxun... Candan keçmək bizim üçün şirindir. Lakin haqqımızı geri alacağıq.

İllərdir, qara zəncirlər İslam vilayətlərini bir-birindən ayırıb. Bu zəncirləri toxuyanlar müsəlmanların daxilində qardaşlıq və vəhdət bağını qırmaqla, fəsad, əxlaqsızlıq, cəhalət, imansızlıq və ixtilaf zəhəri səpməklə məşğuldurlar...

Ey dünya müsəlmanları! Ayağa qalxın, ayılın, dirilin ki, öz haqqlarınızı geri alasınız.

“Rəbbimiz Allahdır deyib, sonra qiyam edənlər, üçün nə bir qorxu var, nə də qəm-qüssə.” (Qurani-kərim)

Allah dözümlülərlədir, Allah intiqam alandır! “Vallahul-muntəqim”.

İslam Fədailəri tərəfindən

Nəvvab Səfəvi

Bu bəyanatın nəşr edilməsindən sonra İslam Fədailəri öz varlığını elan etdi və rəsmi olaraq siyasi mübarizəyə qoşuldu.

Nəyyirətüssadat Ehtişam Rəzəvi ilə nikah


Nəyyirətüssadat Ehtişam Rəzəvi

1948-cı ilin ilk ayları idi. Atam (Seyid Əli Nəvvab Ehtişam Rəzəvi) dedi: “Cənab Nəvvab səninlə söhbət etmək istəyir.” O vaxtadək mən heç bir naməhrəmlə söhbət etməmişdim. Bilirdim ki, gələcəkdə onunla ailə qurmalı olacam və belə bir şəxslə danışmaq mənim üçün çox çətin idi.

O ruhani geyimində gəldi. Mən salam verdim. Bir tərəfdən utanıb, xəcalət çəkirdim, digər tərəfdən də fikirləşirdim ki, danışmasam, ağa elə biləcək heç nə bilmirəm.

Cənad Nəvvab söhbətə başladı, dedi ki, mən məhərrəm və səfər aylarından sonra ağa Nəvvaba (atamı nəzərdə tuturdu) yaxın olmaq istəyirəm. Bu sözdə məqsədi mənimlə evlənmək idi.

O atamın kitablarının arasından bir kitab götürüb, qarşıma qoydu və dedi: “Oxuyun!” Oxumasaydım, savadsız olduğumu fikirləşəcəkdi. Xəcalət çəkə-çəkə oxumağa başladım. O məndən başqa məsələlər haqqında da soruşdu və cavablarıma təəccübləndi.

Üzümü çox örtmüşdüm. O soruşdu: “Siz nə üçün üzünüzü bu qədər örtmüsünüz?” Dedim: “Hər bir müsəlman qadının vəzifəsidir ki, özünü naməhrəm qarşısında örtsün.” Dedi: “Mən başqaları ilə fərqliyəm.”

Cavab verdim: “Mənim üçün fərqi yoxdur, siz də başqaları kimisiniz.” Düşündüm ki, bəlkə məni yoxlamaq istəyir.

Mənə bir çox sözlər dedi və belə buyurdu: “Mən çox təhlükəli yol seçmişəm. Fikirləşirəm ki, İran islam ölkəsi olduğu üçün şah və onun ətrafındakılar getməlidirlər və bu ölkədə İslam hökuməti qurulmalıdır. Mənim hədəfim İslam düşmənlərini məhv etmək, Allahın göstərişlərini və hökmlərini icra etməkdir. Bu yolda İslam düşmənlərinin məni şəhid etmələri mümkündür.”

Dedim: “Ağa, mənim atam da cavan yaşlarından mübarizə aparıb və onun mübarizəsinin nəticəsi yaralı bədən, həbsxana və sürgün olub. Mən belə bir atanın məktəbində böyümüşəm. Bu yolda sizinlə birgə olmağa çalışacağam.”

Aramızda bir çox söhbətlər oldu. Sonradan atam ondan mənim barəmdə fikrini soruşduqda belə demişdi: “O çox ağıllıdır və çox şeyləri dərk edir.”

Bir neçə dəfə görüşdükdən sonra ailə həyatı qurduq, toy mərasimimiz 1948-ci ildə Qumda keçirildi.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə