Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi




Yüklə 6.17 Kb.
tarix05.03.2016
ölçüsü6.17 Kb.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) ilə birgə maliyyələşdirilən

Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”

Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşliq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nə dair Kredit Sazişi 29 may 2009-cu il tarixdə imzalanmış və 30 iyun 2009-cu il tarixdə qüvvəyə minmişdir.

Layihə Azərbaycan Respublikasının 10 şəhər və rayon mərkəzinin (Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

Yaponiyanın “Tokyo Engineering Consultants Co.Ltd.” məsləhətçi şirkəti ilə İşçi layihənin hazırlanması, tikintiyə nəzarət və layihənin idarə edilməsi üzrə müqavilə 5 avqust 2010-cu il tarixdə imzalanmış və 2011-ci ilin yanvar ayından etibarən layihələndirmə işlərinə başlanmışdır.

İlkin olaraq Qusar, Xızı və Xaçmaz şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin (sugötürücü qurğu, magistral boru xətti və su anbarları) yenidən qurulması üzrə tikinti işlərinin 2011-ci ilin sonlarınadək başlanması nəzərdə tutulmuş və tikinti şirkətlərinin cəlb edilməsi məqsədilə ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru (prekvalifikasiya) həyata keçirilmişdir.

Paralel olaraq digər 7 şəhərdə də (Şirvan, Salyan, Neftçala, Qobustan, Yevlax, Bərdə, Naftalan) layihələndirmə işlərinə başlanılmışdır.

Ümumilikdə Layihə üzrə tikinti quraşdırma işlərinin 2012-ci ilin əvvəllərində başlanması və 2013-cü ilin sonlarınadək başa çatdırılması nəzərdə tutulur.



Layihə çərçivəsində həm də müasir standartlara cavab verən 4 Sutəmizləyici Qurğu və 10 ədəd Çirkab Sutəmizləyici Qurğunun tikintisi planlaşdırılır.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə