Kənd Ətraf Mühit Layihəsi Credit №4075 az qrant № gef-tf 054997 /phrd-tf054739 Peyk Təsvirlərinin satınalınması üzrə elan azrep/PP/icb/33




Yüklə 14.77 Kb.
tarix20.04.2016
ölçüsü14.77 Kb.
Təkliflər üçün dəvət.

Azərbaycan Respublikasi

Kənd Ətraf Mühit Layihəsi

Credit № 4075 AZ

Qrant № GEF-TF 054997 /PHRD-TF054739

Peyk Təsvirlərinin satınalınması üzrə

ELAN

AZREP/PP/ICB/33

  1. Tenderə dəvət barədə bu elan Development Business saytının 15 Mart, 2007-ci il tarixli 700 nömrəli sayında dərc edilmiş bu layihəyə aid ümumi satınalma bildirişinə əsaslanır.

  2. Azərbaycan Respublikası Hökuməti Kənd Ətraf Mühit Layihəsini həyata keçirmək üçün Beynəlxalq İnkişaf Assosiyasiyasından maliyyə vəsaiti almışdır və bu vəsaitin bir hissəsini Peyk Təsvirlərinin alınmasına dair AZREP/PP/ICB/33 saylı Müqavilə üzrə nəzərdə tutulmuş müvafiq ödənişlərin aparılmasına yönəltmək niyyətindədir.

  3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin İcra Qrupu Kənd Ətraf Mühit Layihəsi çərçivəsində biomüxtəliflik, meşə və yüksəklikdə yerləşən otlaq sahələrinin inventarizasiyasının həyata keçirilməsinə köməklik göstərilməsi üçün peyk təsvirləri və rəqəmsal xəritələrin əldə edilməsi məqsədilə uyğun gələn ixtisaslı iddiaçiların möhürlənmiş təkliflərinin qəbuluna başlayır.

        1. Şahdağ və Ordubad milli parklarinin Peyk Təsvirləri 5.095 + 3.831 Km2

        2. 1:25000 miqyaslı rastr formatında rəqəmsal topoqrafik xəritələr 8.926 Km2

        3. Şahdağ və Ordubad milli parkları ərazilərinə dair yüksəkliklər üzrə rəqəmsal model 8.926 Km2

        4. Şahdağ və Ordubad milli parkları əraziləri üçün ortofoto xəritələr 8.926 Km2

        5. Şahdağ və Ordubad milli parkları əraziləri üçün 1:25000 miqyaslı rəqəmsal xəritələr 8.926 Km2




  1. Tender Beynəlxalq Musabiqə Üsulu (İCB) ilə Dünya Bankının (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankinin və Beynəlxalq İnkişaf Assosiyyasınin Krediti çərçivəsində Satınalma) təlimatlarına əsasən həyata keçiriləcəkdir və təlimatlarda müəyyən edildiyi kimi, o, müvafiq ölkələri təmsil edən iddiaçılar üçün açıqdır.

  2. Maraqlı iddiaçılar əlavə məlumatı Layihələrin İcra Qrupunun, direktoru Ruslan Acalov, ruslan@ecology-piu.org və ya satinalmalar meneceri Hüseyin İsmayilovdan, huseyin@ecology-piu.org əldə edə bilərlər və tender sənədləri ilə aşağıda göstərilən ünvanda 9:00 – 18:00 -dək tanış ola bilərlər.

  3. Tələb olunan təcrübə: Bu təyinat üzrə tələb olunan iş təcrübəsi ən azı 3 ildir. İddiaçıların son 3 ildə əsas təchizatçı kimi bənzər xarakteristikaya və iş həcminə uyğun və hal-hazırda icra edilən və yaxud tamamlanmış işləri başa çatdırılma tarixləri daxil edilməklə təfsilatlı sadalanmalıdir. İşlərin dəyəri tenderdə müəyyən edilmiş valyuta ilə eyni göstərilməlidir. Yerli istehsalçılar üçün üstünlük tətbiq edilməyəcək.

  4. Maraqlı İddiaçılar ingilis dilində hazırlanmış tender sənədlərinin tam dəstini aşağıdakı ünvana yazılı ərizəni təqdim etmək və 200 AZN (və ya 250 USD) dəyərində olan geri ödənilməyən məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş metodu Kənd Ətraf Mühit Layihəsi, LİQ adına aşağidakı hesaba nəğd və ya bank köçürməsi yolu ilə olacaqdir. Tender sənədlərinin tam dəsti kuryer vasitəsi ilə çatdırılacaqdır.

Təşkilatın adı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Layihələrin İcra Qrupu

Hesab: 33110018401020207102

VÖEN: 1300032591
Bank: Kapital Bank ASC-nin Bakı filialı

SWIFT: AIIBAZ2X

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Fizuli 71

Correspondent bank: Citibank N.A/New York, USA, SWIFT Kod:CITIUS33, Hesab:36089289



və ya

American Express Bank/ New York, USA, SWIFT Kod:AEIBUS33, Hesab:00738625



  1. Təkliflər aşağıdaki göstərilmiş ünvana 29 May, 2009-cu il saat 11:00-da və ya ondan əvvəl təqdim olunmalıdır. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilməyəcəkdir. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir. Təkliflər aşağıdaki göstərilmiş ünvanda 29 May, 2009-cu il saat 11:45-da açılış mərasimində iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrinin iştirakı ilə açılacaqdır. Təkliflər 9000 ABŞ dolları dəyərində və ya həmin məbləğin sərbəst dönərli valyuta ekvivalentində zəmanət məktubu ilə müşayiət olunmalıdır.

Layihələrin İcra Qrupu

Azərbaycan Kənd Ətraf Mühit Layihəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

direktor Ruslan Acalov

İstiqlaliyyət küç. 31 AZ1001

Bakı, Azərbaycan Respublikası

Faks: 994 12 4926863, Tel: 994 12 4926023

E-ünvan: ruslan@ecology-piu.org, huseyin@ecology-piu.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə