Kəmalə Mahmudova тарих бойунъа мцсялманларын




Yüklə 30.86 Kb.
tarix11.03.2016
ölçüsü30.86 Kb.





Kəmalə Mahmudova

ТАРИХ БОЙУНЪА МЦСЯЛМАНЛАРЫН

ТЯНЯЗЗЦЛ АМИЛЛЯРИ

İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (s) apardığı təbliğ və uğurlu siyasət nəticəsində böyük İslam xilafəti yaranmışdı. O Həzrət hicrətin ilk illərində müsəlmanlar arasında qardaşlıq əqdi bağlamış, illərdən bəri düşmən olan iki böyük qəbilələri, Xəzrəc və Ovs qəbilələrini barışdıraraq onlar arasında sülh yaratmışdı. Hamı bir-biri ilə mehriban idi. İslam dini özünün tərəqqi dövrünü yaşayırdı. Güclü İslam ordusu yaranmış, İslami elmlər özünün inkişaf tempini tapmışdı.

Lakin Həzrətin vəfatından sonra İslamın tənəzzül dövrü başlayır. Bu özünü müsəlmanlar arasında birliyin pozul­masında göstərdi. Tənəzzülün ilkin amili xilafətə rəhbərlik məsələsi ilə bağlı baş verən hadisələrdir. Qətiyyətlə demək olar ki, Səqifədə baş verən rəhbərlik seçkisi müsəlman­la­rın bu gününədək ayrılığına səbəb olan əsas amildir. Baş verəcək sonrakı hadisələr məhz həmin gündən öz inkişafını tapmışdı. Fədək torpağı ilə bağlı hadisələr, Peyğəmbərin (s) qızı xanım Zəhra (s.ə.)-nın incidilməsi, gələcəkdə baş verəcək hadisələrin ilkin proqramı idi.

Üçüncü xəlifənin səriştəsiz rəhbərliyi nəticəsində onun bir qrup müsəlmanlar tərəfindən öldürülməsindən sonra Əlinin (ə) xilafətə gəlişi müəyyən qədər tənəzzülün qarşısını alsa da bu cox cəkmədi.

Cəməl müharibəsini törədən bir qrup müsəlmanın pozucu hərəkətləri və Şam vilayətinin hakimi Müaviyyənin üçüncü xəlifə Osmanın məzlumcasına öldürülməsini iddia edib və guya Əlinin (ə) bu qətldə iştirakı və mərhum xəlifənin intiqamını almaq arzusu yeni bir tənəzzülə təkan verdi.

Hiyləgər Müaviyyənin məkirli siyasəti nəticəsində mariqinlər xəvariclər adlı yeni bir dəstə təşkil edildi ki, onlar həm öz imamları Əlinin (ə), həm də Müaviyyənin əleyhinə mübarizəyə qalxdılar. Onların İslama, müsəlmanlara vuracağı zərbə daha ağır idi. Beş illik (4 il 9 ay) dövründə müsəlmanla­rın birliyi və İslamın inkişafı üçün çalışan imam Əli (ə) məhz onlar tərəfindən qətlə yetirildi. Ustad Cəfər Sübhaninin təbirincə desək, Əlinin (ə) şəhadəti ilə ədalət çırağı Mehdinin (ə.s) zühurunadək əbədi olaraq söndü.

Peyğəmbər balası Imam Həsəni (ə) hiylə ilə hakimiyyət­dən uzaqlaşdırılaraq Müaviyyədən başlayan Əməvi hökmdar­la­rı­nın hakimiyyətə gəlişi İslama dönə-dönə zərbələr vurdu.

Əziz peyğəmbərin sevimli nəvəsi İmam Hüseynin (ə) Kər­bə­la çölündə 72 nəfərlə amansızcasına şəhid edilməsi, peyğəmbər ailəsinin hörmətinin aradan aparılması, tarixin yeni səhifəsini yazdı. Məhz bu hadisədən sonra baş verən olaylar Mədinə şəhərində üç gün ərzində törədilən qətl-qırğınlar, Əməvi hökümətinin qanlı siyasətinə etiraz olaraq qalxan qiyamların yatırılması, haqq imamlar və onların şiələrinin ardıcıl şəhadəti tarixin səhifələrinə qanla yazılmışdı. Əməvi hokmdarları öz çirkin əməllərinə haqq qazandırmaq üçün yeni bir fikir "cəbriyyə"lik əqidəsini ortaya atmışdılar ki, bu fikir sonralar özünün inkişaf səviyyəsinə catmışdı. Peyğəmbərin adına saxta hədislərin düzəldilməsi, Əlinin (ə) xütbələrdə təhqir olunması müsəlmanların fikir və düşüncəsində çaşqınlıq yaratmışdı.

İmam Cəfəri Sadiqin (ə) yaşadığı dövrdə də İslam aləmində yeni bir mühit formalaşmağa başladı. Həmin dövr 90 illik hökmranlığının sonuna yaxın Əməvi höküməti ilə Abbasilər arasında baş verən qanlı çaxnaşmalar zamanına təsadüf edir. Bu qarışıqlıqdan istifadə edən imam Cəfəri Sadiq (ə) universitet yaradaraq 4000 tələbə yetişdirdi. İmam Cəfəri Sadiqin (ə) yaşadığı xüsusi bir dövr idi ki, tarixə İslami elmlərin inkişafı, fikir və əqidə azadlığı kimi düşdü. Məzhəb və təriqələrin meydana gəlməsi məhz bu dövrdə baş vermişdir. O zaman Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat və digər məzhəb­lər yaranmışdı ki, bunların hər biri öz əqidələrini yaymağa çalışmışdılar. Bundan da əlavə İslami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yarandı. Tez-tez qızğın müharibələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni dəstəkləyirdi.

Allahın hikmətindəndir ki, İmam Xomeyni (r.ə) tərəfindən Həzrət Rəsulullahın mövludu münasibəti ilə bağlı elan edilən vəhdət həftəsi İmam Cəfəri Sadiqin (ə) müvluduna da təsadüf edir.

Abbasilərin xilafət başına gəlişi müsəlmanların, İslamın tarixində daha bir qanlı-qadalı səhifə acdı. Abbasi xəlifələrinin zülmündən bezmiş müsəlmanlar tərəfindən törədilən qiyamlar xəlifənin qoşunları tərəfindən yatırılırdı. Haqq imamlar və onların şıələrinin xəlifə cəsusları tərəfindən izlənilməsi İslamı fəaliyyəti məhdudlaşdırırdı.

Abbasilərin süqutundan sonra ardıcıl olaraq müxtəlif müsəlman dövlətləri yaranmışdı ki, bunların arasında Monqol, Osmanlı imperatorluqlarını xüsusi qeyd etmək lazımdır. Bunlar isə sünnilik məzhəblərinə üstünlük verirdilər. Şiə-sünni dartışmaları da illər boyunca sönməmiş tarix səhifələrində iz salmışdır.

Tarixdə 1280 cı ildə anadan olmuş Hənbəli firqəsinin böyük alimlərindən biri Əbül- Əbbas Əhməd ibn Əbdül Həlim Hərrani (ibni Teymiyyə adı ilə məşhur olan) tərəfindən yeni bir fikir formalaşmağa başladı. O, Allahın sifəti barəsində görünməmiş, İslam əqidəsinə zidd fətva vermiş və bütün İslam məzhəblərinin narazılığına səbəb olmuşdu. O öz nəzəriyyəsini yaymaq üçün bir cox cəhdlər edirdi və hər dəfə bunun qarşısı alınırdı. Təxminən hicri-qəməri 728-ci ildə zindanda dünyasını dəyişir. 400 il sonra isə Şeyx Muhəmməd ibn Əbdülvəhhab tərəfindən ibn Teymiyyənin əqidəsini diriltmək üçün Vəhha­biyyət firqəsi əmələ gətirilir. Lakin dövrün alimləri vəhhabiləri qəbul etmədilər və onları müsəlmanların düşməni hesab etdilər. Vəhhabilər bir çox şəhərlərə Məkkə, Mədinə, Nəcəfül-əşrəf, Kərbəlaya hücumlar etmiş, qətl-qırğınlar törətmişlər. Onlar Quran səhifələrini, Buxarinin və Müslimin “səhih nüsxələrini” və sair fiqh kitabllarını məhv edib dağıtmışlar. Taifdə sünni qəbilələrini kütləvi şəkildə qətlə yetirmişlər. Həmin müharibələr dövründə 4 məzhəb alimləri (Maliki, Şafei, Hənəfi və Hənbəli) vəhhabilərin kafir olma hökmünü veriblər. Vəhhabilərin ilk mübarizə apardığı firqələrdən biri şiələr olmuşdur. Onlar Kərbalaya hücum zamanı 200000 nəfəri qətlə yetirmiş, şəhəri yerlə yeksan etmiş, İmam Hüseyn (ə)-ın hərəmini qarət etmişlər.

Vəhhabilərə qarşı əks hücum göstərilsə də onları tamamilə məğlub etmək mümkün olmamışdır. Möhkəmlənmiş vəhhabi höküməti indi də öz cəfəng vəhhabilik ideyasını müxtəlif müsəlman ölkələrində yaymaq üçün hər cür ciddi cəhd göstərirlər. Görkəmli şiə alimləri onların əsassız fikirlərini rədd edən bir çox dəlil-sübutlar gətirmiş, əsərlər yazmışlar.

Lakin qeyd etmək lazımdır ki, bu gün alaq otu kimi yayılan vəhhabiliyin əmələ gəlməsi müsəlmanların tənəzzülə uğramasında böyük rol oynamışdır. Bu qansız firqənin "Taliban" və "Səhabə" ordusu, terrorist "Əl-qaidə" təşkilatı İslami dünya xalqlarının nəzərində alçaltmış və İslama bərpaolunmaz zərbələr vurmuşdur. Müsəlmanları zəiflədib, İslam dininin tərəqqisinin qarşısını almaqda İslam müxalifətçiləri və hegemon qüvvələr də böyük rol oynamışlar. Onların əsas planları müsəlmanların birliyini pozub nifaq salmaqdır. Onlar şərqşünaslıq adı altında millət və tayfaları öyrəndikdən sonra öz təfriqə, kin–küdurət dolu bədxahlıq maşınlarını işə salmışlar.

XIX əsrdən bəri onlar qondarma dinlər düzəltməklə İranda "bəhayilik" və "babilər" Hindistanda "Əhmədiyyə", "Kəramətiyyə" və bu kimi firqələr yaratmağa nail olmuşlar.

Hegemon qüvvələrin tədbirlərindən biri də, nasionalizm-millətçilik məsələsidir. Böyük alim, ustad Əllamə Təbatəbai bu barədə belə buyurur: "İslam millətlərinin ayrılığını istəyənlər millətçiliyin mənfi yönlərindən bəhrələnmiş, onunla bir milyard əhalisi olan müsəlman ölkəsi bir-birindən ayrılmış və xalqlar arasında "panərəbizm", "pantürkizm" və "paniranizm" tayfaçılığını dirçəldərək bu yol ilə İslam və iman vasitəsilə birləşən müxtəlif tayfaları bir-birindən uzaqlaşdır­maq istədilər".

Ustad Cəfər Sübhani insanı öz kökləri sayılan ata-babalara və tayfalara mənsubluğunu nasionalizm ornəklərin­dən biri hesab edərək buyurur ki, əgər kimsə desə, mən filan tayfadanam bu heç də İslamda yasaq olunmamışdır. Lakin bu onun kimliyini tanımaq vasitəsidir.

Allah buyurur:

وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا

"Bir-birinizi tanıyasınız deyə sizi tayfalar və qəbilələr şəklində yaratdıq."1

Ustad Cəfər Subhani insanın ana torpağa və yurduna məhəbbətinin, xalqına qarşı sevgisi və bu kimi anlayışlarının nasionalizm ilə əlaqələndirilməsinə etiraz edərək, bu duyğula­rın insana fitri olaraq verildiyini qeyd edir. Dil, soy, qan və torpaq baxımından fərqli olan tayfalar vahid ümmətdirlər.

Allah buyurur:

إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ

"Bu sizin ümmətinizdir vahid bir ümmət, mən sizin rəbbinizəm elə mənə ibadət edin."2

Hegemon qüvvələr isə ərəb, türk, fars və digər müsəlman tayfaları arasında millətçilik toxumu səpərək, on dörd əsrlik tarixə malik vahid bir ümməti parçalamaq fikrinə düşdülər və müəyyən qədər buna nail oldular.

Müsəlmanların tənəzzülə uğrama səbəblərini öz bəyanat­larında dönə-dönə vurğulayan İmam Xomeyni Həzrətləri onları birliyə səsləmiş və ixtilaflardan çəkinməyi tövsiyə etmışdir.

Müsəlmanlar arasında birliyin olmaması bu gün də özünü göstərməkdədir. Livan, Fələstin, Qarabağda işğalçı qüvvələr tərəfindən aparılan müharibələr, İran-İraq savaşı, İraqda son illər baş verən, səngimək bilməyən döyüşlər, müxtəlif yerlərdə sünni-şiə dartışmaları buna parlaq misaldır. Hər nə qədər bu ayrılıq var, onunla bərabər tənəzzül də var.

Sual: Bəs nə qədər davam edəcək? Bunun sonu olacaqmı? Görəsən müsəlmanlar sakitliyə, qəlb rahatlığına nail ola­caq­larmı?



Nida: Müntəzirik!!!

1 Hucurat surəsi, ayə 13

2 Ənbiya surəsi, ayə92





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə