Keçilənlərin təkrarı Hansı bənddəki sözlərdə iki eyni sait var?




Yüklə 24.4 Kb.
tarix21.04.2016
ölçüsü24.4 Kb.
Azərbaycan dili

I sinif


Keçilənlərin təkrarı

1. Hansı bənddəki sözlərdə iki eyni sait var?

a) baba, Anar, bala b) kanal, kitab, nənə c) xala, xana, xırda
2. Hansı şəklin adında iki “y” səsi var?

a) b) c)


3. Hansı sözdə “x” səsi ikinci hecaya düşür?

a) taxta b) taxıl c) xiyaban


4. “d” hərfi ilə bitən söz hansıdır?

a) daş b) şad c) yoldaş


5. Hərəkət bildirən sözü seçin.

a) ailə b) ağıllı c) sındırmaq


6. “Plakat” sözündə neçə sait var?

a) 4 b) 2 c) 6


7. “Qarğıdalı sözünün düzgün hecasını göstərin.

a) qarğı-dalı b) qar-ğıda-lı c) qar-ğı-da-lı


8. “Xətt” sözü sətirdən-sətrə keçirilə bilərmi?

a) xeyr b) bəli c) ola bilər


9. Hansı söz düzgün yazılıb?

a) duyqu b) təbəssüm c) dosluq


10. Hansı sözlərdə “k” hərfi “ka” səsini bildirir?

a) külək, kəpək, ələk b) kərtənkələ, kitab, kənd c) tank, bank, klub


11. Hansı sözlər eyni hərflə başlayır və qurtarır?

a) qovaq, qonaq, qaçaq b) yarpaq, qəşəng, qəmgin c) qüllə, qüvvət, qutab


12. “Artıq tamah ..... yarar”. Atalar sözünü tamamlayın.
a) baş b) əl c) ayaq

13. Hansı sözlər hecalara düzgün ayrılmışdır?

a) qor-xu-lu, qəh-rə-man, cama-at

b) sə-a-dət, xə-ya-nət, şə-hid

c) Kəl-bəc-ər, Yev-lax, Min-gəç-ev-ir
14. “Balaca Çingiz gülürdü” cümləsində hərəkət bildirən söz hansıdır?

a) Çingiz b) gülürdü c) balaca


15. “Şiddətli külək əsirdi” cümləsində əlamət bildirən söz hansıdır?

a) külək b) əsirdi c) şiddətli


16. Sözlərin ümumi adı nədir? Pomidor, xiyar, kartof, soğan, kələm, kök, göbələk, bibər.

a) giləmeyvə b) meyvə c) tərəvəz

17. Hansı sözdə hecaların sayı daha çoxdur?

a) Xocalı b) Xocavənd c) Azərbaycan


18. Hansı söz həm böyük, həm də kiçik hərflə yazıla bilər?

a) Xədicə b) Cəbrayıl c) Cəsarət


19. Hansı atalar sözündə əlamət bildirən söz daha çoxdur?

a) Doğru söz acı olar b) Doğru yolla gedən yorulmaz c) Ac toyuq yuxusunda darı görər


20. Verilmiş sözləri necə sıralasan, düzgün cümlə alınar?


a) Başladı pişik cırmaqlamağa güzgünü.

b) Güzgünü pişik başladı cırmaqlamağa.

c) Pişik güzgünü cırmaqlamağa başladı.
21. böyük, nəhəng, yekə .....

Nöqtələrin yerinə hansı söz yazılmalıdır?

a) kiçik b) iri c) gözəl
22. Hansı sırada yalnız əlamət bildirən sözlər verilib?

a) bağ, acı, yazmaq

b) uzun, qırmızı, gözəl

c) uca, oxu, şəhər


23. Hansı söz mütləq böyük hərflə yazılmalıdır?

a) qalib b) kamran c) nərgiz


24. Sözlərdən birində “k” samiti fərqli səslənir.

a) konsert b) kitab c) klub


25. Sözlərdən biri hecalara düzgün bölünməyib.

a) şaf-ta-lı b) dəy-ir-man c) şə-kər-bu-ra

26. “Velosiped” sözü ilə hansı əlamət bildirən söz işlənə bilər?

a) maraqlı b) dadlı c) qırmızı

27. “Vaxt” sözünü hansı sözlə əvəz etmək olar?

a) zaman b) yer c) diqqət


28. Ev-eşikdə astayam,

Ovçuların dostuyam.

Yel kimi qaçışım var,

İy bilməkdə ustayam.

Tapmacanın cavabını tapın.

a) dovşan b) pişik c) it


29. Qaranquş uçub gələr,

Açar tər bənövşələr.

Yaşıllanar dağ-dərə,

Haray düşər çöllərə.

Tapmacanın cavabını tapın.

a) qış b) payız c) yaz


30. “Sağlam ol” etiketi nə zaman işlədilir?

a) kimsə öskürəndə

b) kimsə xəstələnəndə

c) kimsə asqıranda


31. “Uzun” sözü hansı sözə aid ola bilməz?

a) kəndir b) küçə c) dəniz


32. “Eynək” sözünə yaxınmənalı söz hansıdır?

a) köynək b) gözlük c) gözəl


33. Sıranı hansı söz davam etdirə bilər?

Məstan, Bozlar, Toplan .......

a) Tahir b) Alabaş c) Aydan
34. Əlamət bildirən sözlər hansı sırada verilib?

a) asmaq, dinləmək, baxmaq

b) isti, qaynar, soyuq

c) işıq, hasar, kötük


35. Sərin sözü bu sözlərdən hansının əlaməti ola bilməz?

a) hava b) su c) ağac

Kələm yarpağı

Dovşan əlində iri kələm _________ yuvasına gedirdi. Çox sevinirdi:

-Bax indi yaxşıca nahar edəcəyəm!

Birdən kolun dibində _________sərçə gördü. Quşcuğaz “Su, su”,- deyə yalvarırdı.

Dovşan çaya qaçdı. __________yarpağına su doldurub sərçəyə gətirdi. Sərçə suyu içib dirçəldi. Dovşana minnətdarlıq etdi və uçub getdi.

Dovşan bir az getmişdi ki, yağış __________ başladı. Bu vaxt bir kəpənək ona dedi:

-Dovşan, kömək et! Yağış qanadlarımı___________, uça bilməyəcəyəm.

___________kələm yarpağını onun başı üzərinə qaldırdı. Bir azdan __________kəsdi. Kəpənək təşəkkür etdi və yenə güldən-gülə qonmağa başladı.
Mətni aşağıdakı sözlərlə tamamla.

Yağmağa, yaralı, islatsa, kələm, yağış, yarpağı, dovşan.



Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?

a) balaca b) böyük c) uzun


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə