Kafedra: İqtisadi nəzəriyyə




Yüklə 151.21 Kb.
tarix26.04.2016
ölçüsü151.21 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



Fakultə: Uçot-iqtisad

Kafedra: İqtisadi nəzəriyyə
KURS İŞİ

Mövzu: Makroiqtisadi qeyri sabitlik: iqtisadi tsikl və işgüzarlıq.

Kurs: II (ikinci)

Qrup: 762

Tələbə: Piriyev Səbuhi Səfər oğlu

Rəhbər: i.e.n., dos. Muradov R.Ş.

Kafedra müdiri i.e.d., prof. Meybullayev M.X.

Bakı - 2001

P L A N:

Giriş



  1. İqtisadi inkişafın tərəddüdlüyü: iqtisadi tsiklin mahiyyəti və ümumi cəhətləri.

  2. İqtisadi inkişafın tərəddüdlüyü: iqtisadi tsiklin mahiyyəti və ümumi cəhətləri

  3. Tsikllər nəzəriyyəsi və tsiklə olan fərqli baxışlar.

  4. Dövlət antitsiklik tənzimlənmə siyasəti.

Nəticə və təkliflər.

Ədəbiyyət.

Giriş.

«Təkamül-- tsikllərlə hərəkət
edən prosesdir... Tsikl yalnız
öz-özlüyündə realdır»

(Y. Şumpeter)

Bildiyimiz kimi, təbiətdə baş verən bütün proseslər müəyyən tərəddüdlərlə inkişaf edir. Bunlara iqtisadi prosesləri də aid etmək olar. Verilmiş bu mövzunun məqsədi həm milli, həm də dünya bazar iqtisadiyyatında baş verən makroiqtisadi proseslərin dinamikasını araşdırıb aydınlaşdırmaqdır. Bu proseslər altında baş verən iqtisadi inkişaf, bir istiqamətli olmayıb, vaxtaşırı böhran və yüksəlişlərlə müşahidə olunur. Belə böhran və yüksəlişlərlə müşayət olunan inkişafın səbəbləri, onların hər birinin neqativ nəticələrini aradan qaldırmaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi, iqtisadiyyatın tez bir zamanda sabit inkişaf tempinə nail olunması mövzunun əsas məqsədlərindəndir.


Sabitlik amili iqtisadiyyatın ayrı-ayrı sahələrinə deyil, bütün sahələrə təsir etməklə, onun ümumi inkişaf dinamikasının formalaşmasında mühüm rol oynayır. Bu mövzunun aktuallığı və əhəmiyyəti ondan ibarətdir ki, iqtisadiyyatda baş verən böhran və enişləri öyrənib təhlil etməklə, onların təsir gücünü zəiflədəcək müəyyən tədbirlərin görülməsi mümkün hala çevrilir. Bu da iqtisadiyyatın nisbətən sabit inkişafına və iqtisadi artıma nail olmağa imkan verir. İqtisadi inkişaf və artım, ölkənin iqtisadi qüdrətinin yüksəlməsinə əsas verir.
İqtisadiyyatın böhrandan çıxarılması və sabit inkişaf etdirilməsi hər zaman iqtisadçıların diqqət mərkəzində olmuşdur. Bu araşdırmalar, əsasən, tarixdə «qara bazar ertəsi» kimi tanınan 1929-cu il 28 oktyabrda Uoll-Ctrit bircalarındakı katastrofik sarsıntıdan sonra başlanmış və bütün dünyanı bürümüş böhranın baş verməsindən sonra daha da intensiv xarakter almışdır. Bu zaman bir sıra iqtiasdi məktəblər iqtisadi tsikl nəzəriyyələrini irəli sürmüşlər. Bu mövzuda əsas diqqət C.M. Keynsin İqtisadi tsikl nəzəriyyəsinə yönəlmişdir. Bununda əsas səbəbi 1929-1933-cü illərdə baş verən böhran olmuşdur.
Bu mövzunun araşdırılması respublikamız üçün də əhəmiyyətlidir. Məlum olduğu kimi, son bir neçə ildə müstəqilliyini qazanıb yenicə addımlamağa başlayan respublikamız öz iqtisadiyyatında sarsıdıcı böhranlarla üzləşmişdir. Bu böhranın nəticələrini öz üzərində daşıyan ölkəmizin vəziyyətinin yaxşılaşdırılması üçün , baş vermiş prosselərin mahiyyətini, səbəblərini öyrənmək və çıxış yollarını göstərmək lazımdır. Bunun üçün də, ən əvvəl, ümumi nəzəriyyələrə əsaslanaraq, indiyə qədər dünyada baş verən iqttsadi tsikllərin öyrənilməsi məqsədə uyğundur.


1. İqtisadi inkişafın tərəddüdlüyü:iqtisadi tsiklinmahiyyəti və ümumi cəhətləri.

Cəmiyyətin iqtisadi inkişafının araşdırılması zamanı iqtisadçılar belə bir nəticəyə gəlmişlər ki,müəyyən tarixi dövrlərdə iqtisadi inkişaf yüksələn xətt üzrə getsə də bu inkişaf heç də hər zaman sabit olmur.İstənilən cəmiyyətin iqtisadi inkişafının xarakterik cəhətlərindən biri də qeyri-sabitlikdir. İqtisadiyyatın qeyri-sabitliyinin mənası ən qısa şəkildə tələb və təklifin müxtəlif formada uyğunsuzluğu nəticəsində iqtisadiyyatın inkişafına tə’sir edən proseslərdir. İqtisadi inkişafın qeyri-sabitliyi 19-cu əsrdən başlayaraq, ilk kapitalist ölkələri olan Qərbi Avropa ölkələrində və ABŞ iqtisadiyyatında müşahidə olunmuşdur. Bu dövrdən e’tibarən iqtisadi inkişafın qeyri-sabitliyi bir çox məhşur iqtisadsıların əsas tədqiqat obyekti olmuşdur.U. Mitsell, C. Klark, C. Keyns, Y. Şumpeter, N. Kondratyev, C. Kitç, K. Marks və başqaları bu qeyri-sabitliyi araşdırmağa və onun qanunauyğunluqlarını açıb göstərməyə çalışmışlar .


İqtisadi inkişafın qeyri-sabitliyi iqtisadi fəaliyyətin bütün sahələri ilə yanaşı istehsalın həcminə, məşğulluğun və qiymətlərin səviyyəsinə daha qabarıq şəkildə tə’sir göstərir. Belə ki, müəyyən dövr ərzində istehsalın həcmi iqtisadiyyatın qeyri-sabitliyi zamanı kəskin şəkildə aşağı düşür və bu zaman müəyyən dövr üçün əmtəə istehsalını artırmaq mümkün olmur. Bu da, bazarda məcmu tələb və məcmu təklif arasındakı tarazlığın pozulmasına səbəb olur. Bəzi iqtisadçılar göstərirlər ki, mühüm texniki yeniliklərin tətbiqi (dəmir yolunun çəkilişi, avtomobil,sintetik liflər istehsalı brobotlaşdırılmış istehsala keçmək ), investisiya qoyuluşlarını və istehsal xərclərinə əsaslı tə`sir göstərməklə yanaşı, onların vasitəsi ilə istehsala, məşğulluğa və qiymətlərin səviyyəsinə də tə`sir edir. Lakin bu cür yeniliklərin tətbiqi davamlı olmadığından iqtisadi fəallığın qeyri-sabitliyinə səbəb olur.
İqtisadi inkişafın qeyri – sabitliyi iki əsas formada : tsiklik və qeyri-tsiklik tərəddüdlər şəklində təzahür edir. İqtisadi inkişafın qeyri-sabitliyi vaxtaşırı, davamedici, proqnozlaşdırılmış xarakter alarsa, bu, iqtisadi tsikl adlanır.
Amerikan iqtisadçısı Artur Bernsom və Uesli Kler Mitçel tərəfindən verilən nümunədə iqtisadi tsiklin tsiklənmiş, əkstsiklik və atsiklik istiqamətləri qeyd olunmuş və onların hər biri aşağıdakı kimi səciyyələndirilmişdir. Onların nəzəriyyəsinə görə tsikllənmiş hallarda iqtisadiyyatda baş verən böhranlarla yanaşı iqtisadiyyatın ümumi göstəricilərinin də həcmində və miqyasında mühüm dəyişikliklər baş verir. Bu əsasən onlarda mənfi hallarla nəticələnir. Əks tsiklik halında isə böhrandan asılı olmayaraq istehsalın ümumi göstəriciləri azalmır, əksinə artır. Atsiklik istiqamətində isə ümumi istehsal böhrandan demək olar ki, asılı deyildir, o yalnız iqtisadiyyatda ixrac prosesini həyata keçirəndə müşahidə olunur.
Uzun tarixi dövrlər üçün iqtisadi inkişafın qeyri-sabitliyi zamanı baş vermiş iqtisadi tsikllər bir-birindən köklü surətdə fərqlənmişlər.Bu fərqlilik tsiklin baş vermə müddətində və intensivliyində özünü qabarıq şəkildə göstərir. Odur ki, iqtisadi inkişafın qeyri-sabitliyinin, tsiklin vaxtaşırılılığının, dövrülüyünün və proqnozlaşdırılmasının pozulduğu hallarda baş verməsi iqtisadi tərəddüdlər adlandırılır. İqtisadi inkişafın qeyri-sabitliyini xarakterizə edən iqtisadi tərəddüdlər işgüzar dəyişikliklərlə səciyyələnir. Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi fəallığın tərəddüdləri iqtisadiyyata müxtəlif yeniliklərin tətbiqi zamanı baş verir. Lakin bu heç də o demək deyil ki, işgüzar fəallığın bütün tərəddüdləri iqtisadi tsikllər şəkildə müşahidə olunur. İşgüzar fəallıqdakı tərəddüdlər mövsümi xarakter daşıya bilər. Misal üçün, müxtəlif bayramlar ərəfəsində əhalinin alıcılıq fəallığının nəzərə çarpacaq dərəcədə artması, pərakəndə satış vasitəsi ilə iqtisadi fəallıq tempində hər il əhəmiyyətli tərəddüdlərə səbəb olur. Lakin bu tərəddüdlərin iqtisadi tsikllə heç bir əlaqəsi yoxdur.
İqtisadi inkişafın qeyri-sabitliyi, hansı formada baş verməsindən asılı olmayaraq bir sıra xarici və daxili amillərin qarşılıqlı tə`siri altında baş verir. İqtisadi inkişafın qeyri-sabitliyinə tə`sir göstərən daxili və xarici amillər aşağıdakı kimi qruplaşdırılır :
1. Xarici amillər:

  • Müharibə,inqilab və müxtəlif siyasi sarsıntı;

  • Mühüm əhəmiyyətə malik qiymətli metalların və mineralların nəhəng yataqlarının kəşfi;

  • Yeni ərazilərin mənimsənilməsi və bununla əlaqədar əhalinin miqrasiyası,yer kürəsininəhalisinin sayında tərəddüdlər;

  • İctimai istehsalın strukturunu dəyişə biləcək texnoloci dəyişikliklər , ixtiralarb,innovasiya.


2. Daxili amillər:

  • Əsaslı kapitalın fiziki xidmət müddəti;

  • Şəxsi istehlakın artımı və azalması istehsalın həcminə və məşğulluğa tə`sir göstərir;

  • Əsaslı vəsait qoyuluşunun genişləndirilməsi,yaxud istehsalın genişləndirilməsinə, modernləşdirilməsinə, yeni iş yerlərininaçılmasına kapital qoyuluşu;

  • İstehsala,tələbata və istehlaka birbaşa və dolayısı ilə dövlətin iqtisadi siyasətinin tə`siri;

İqtisadi inkişafın qeyri-sabitliyi makroiqtisadi hadisə olub, qısamüddətdi və uzunmüddətli tərəddüdlər şəklində təzahür edir. Qısamüddətli və uzunmüddətli dövrlər üçün iqtisadi inkişafın tərəddüdlərində olan fərqlərin araşdırılmasının makroiqtisadi nəzəriyyədə xüsusi yeri var. Qısamüddətli və uzunmüddətli dövrlər üçün iqtisadiyyatın inkişafını fərqləndirən başlıca cəhət, həmin dövrlər üçün qiymətlərin dinamikasındakı dəyişikliklərdən ibarətdir. Uzunmüddətli dövrlər üçün qiymətlər daha çevik olduqları üçün tələb və təklifin dəyişməsini daha tez özlərində əks etdirirlər. Ancaq qısamüddətli dövrlər üçün əksər malların qiymətləri müəyyən səviyyədə «dondurulmuş» şəkildə olur. Qısamüddətli dövrdə qiymətlər özlərini uzunmüddətli dövrlərdəki kimi apara bilmədiklərindən,vaxt amillərindən asılı olaraq iqtisadi siyasətin nəticələri müxtəlif olur. Uzunmüddətli dövrdə iqtisadi fəaliyyəti ətraflı izah edən klassik modelə uyğun olaraq, pul təklifi həcmi real göstəricilərə deyil, nominal göstəricilərə tə`sir gösrərir. Buna görə də, uzunmüddətli dövrdə pulun azalma nisbətinə uyğun olaraq bütün əmtəə kütləsinin qiymətləri aşağı düşəcək. Lakin real əmək haqqı, işsizliyin səviyyəsi və istehsal həcmi bir o qədər də dəyişməyəcəkdir. Qısamüddətli dövrdə əksər malların qiymətləri pul siyasətinə o qədər də həssas deyildir. İqtisadi tərəddüdlər qısamüddətli dövrdə qiymətlərin qeyri-çevikliyini nəzərə almalıdır. Klassik modelə görə qiymətlərin çevik olmadığı hallarda istehsalın həcmində dəyişikliklər baş verə bilər və istehsal olunmuş məhsulun kəmiyyət miqdarı əmək məsrəfləri və kapitaldan,mövcud texnika və texnologiyadan asılıdır.
Beləliklə, müxtəlif amillərin, o cümlədən qiymətlərin tə`siri altında məcmu tələb və məcmu təklifdə baş verən dəyişikliklər, prinsipial olaraq qısamüddətli və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın qeyri-sabitliyini əks etdirir. Lakin nəzərə almaq lazımdır ki, iqtisadi inkişafın qeyri-sabitliyi ayrı-ayrı fərdlərə və istehsalın ayrı-ayrı sahələrinə müxtəlif cür tə`sir edir. Belə ki, iqtisadi inkişafın qeyri-sabitliyi ağır sənaye sahələrinə,qısamüddətli istifadə üçün istehlak malları istehsal edən sahələrə nisbətən daha çox tə`sir edir. Bunun da iki əsas səbəbi göstərilir :
--- Birincisi, uzunmüddətli istifadə üçün yeni əmtəələrin əldə edilməsii müəyyən müddətdə tə`xirə salmaq olar.Ona görə işgüzar fəallığın aşağı düşməsi zamanı bu əmtəələrə olan tələb də azalır. Xüsusi ilə, firma və ev təsərrüfatları müxtəlif yeniliyin əldə edilməsinə tələsmirlər və istehsalın tam gücü ilə işlədiyi dövrdən toplanmış ehtiyyatlardan istifadə etməyi üstün tuturlar.Buna görə bu sahələrdə məşğulluğun səviyyəsi aşağı düşür,istehsal azalır və işsizlik artır.
--- İkincisi,istehsalın bu sahəsi bir qayda olaraq yüksək səviyyədə ixtisaslaşmışdır və bazarda,bu sahədə fəaliyyət göstərən firmaların sayı çox deyil.Bazarın oliqopolik quruluşu firmalara qiyməti stabilləşdirmək üçün, işgüzar tsiklin tərəddüdləri zamanı,məşğulluğun səviyyəsini və istehsalın həcmini çox tez surətdə aşağı salmalarına imkan verir.Qısamüddətli istehlak malları istehsal olunan sahələrdə bazar nisbətən daha rəqabətlidir və buna görə də firmalar məşğulluğun səviyyəsini və istehsalın həcmini aşağı salmaqla qiymətin səviyyəsinə tə`sir edə bilmirlər.Bununla əlaqədar olaraq,bu sahələrdə qiymət məşğulluğa və istehsala nisbətən daha çox dəyişir.
İqtisadi siyasətin effektivliyi və iqtisadiyyatın vəziyyətinin ümumi qiymətləndirilməsi zamanı tez-tez «yoxsulluq əmsalı» adlanan xüsusi indeksdən istifadə edilir ki, bu makroiqtisadi qeyri-sabitliyin iki əsas göstəricisi olan işsizlik və inflyasiyanın gücünü göstərir.

2. İqtisadi tsikl anlayışı və onun müxtəlif iqtisadi göstəricilərə tə’siri.

İqtisadi inkişafın tsiklliyi dedikdə, iqtisadi artımının və işgüzarlığın aşağı yenməsi ilə nəticələnən, iqtisadiyyatın fasiləsiz tərəddüdü başa düşülür. Tsikllik, bazar konyukturasının dövrü olaraq yüksəlməsi və azalması ilə xarakterizə olunur. İqtisadi aktivliyin yüksəlməsi dövrü ekstensiv inkişafın, iqtisadi fəallığın azalması dövrü isə intensiv inkişafın üstünlüyü ilə xarakterizə olunur. Buna görə, tsikl bazar iqtisadiyyatının dinamikliyini tə’min edir.


İqtisadi tsikl - iqtisadiyyatın inkişaf və hərəkət forması olub, məşğulluğun, istehsalın və inflyasiyanın səviyyəsinin dövrü dəyişməsidir. İqtisadiyyatın tsiklliyinin səbəbləri içərisində, investisiyaların müəyyən dövrlərdə tükənməsini, pul kütləsi həcminin dəyişməsini, istehsal şərtləri ilə reallaşma şərtləri arasındakı uyğunsuzluqları göstərmək mümkündür. Makroiqtisadiyyatda iqtisadi tsiklin yaranma səbəblərinə müxtəlif yanaşmalar var. Bəzi iqtisadçıların araşdırmalarından sonra belə bir yanaşma geniş vüsət tapmışdır ki, iqtisadi tsikllər müxtəlif impulsların iqtisadi sistemə təsiri nəticəsində əmələ gələn və iqtisadi tarazlığın pozulmasına cavab olan tərəddüdləridir. Belə təcrübəni aparmış Norveç iqtisadçısı Ranq Fişer bu impulsların aşağıdakı formalarını ayırmışdır:

  • Təklif şoku; hansı ki, istehsala tə`sir edir. Bunlara texnoloci irəliləyişlər, iqlim dəyişikliyi, yeni xammal mənbələrinin kəşfi, xammala olan dünya qiymətlərin tez-tez dəyişməsini aid etmək olar.

  • Dövlət orqanlarının makroiqtisadi səviyyədə verdiyi və tələbə tə`sir edən qanunlarla bağlı şoklar. Bunlara fiskal və pul siyasəti, valyuta kursunun dalğalanması, borc faizinin həcmini aid etmək olar.

  • Şəxsi sektorda tələb şoku; hansı ki, iqtisadiyyatın bu sahəsinə investisiya qoyuluşu və istehlakçı xərclərinin dəyişməsi ilə əlaqədardır.

Sadalanan bu cəhətlər ölkə daxilində baş verir və iqtisadiyyatın inkişafına tə`sir etməklə, beynəlxalq ticarət və maliyyə əlaqələrini əhatə edir.
Tsikliliyin milli iqtisadiyyatın bir iqtisadi tarazlıqdan digərinə doğru hərəkəti kimi də aydınlaşdırmaq olar. İqtisadi tsikl, milli təsərrüfatın və bütövlükdə iqtisadiyyatın qeyri-taraz inkişafını əks etdirən iqtisadi fəallığın bir-birinin ardınca dəyişən fazalarını özündə birləşdirir. Son nəticədə, böhrandan sonra iqtisadi artım müşahidə olunur və bu artım çevrəvari deyil, spiralvari hərəkət edərək, özündə konyukturanın həm uzunmüddətli,həm də orta tezlikli dalğalarını əks etdirir. Bunlarla əlaqədar olaraq iqtisadi nəzəriyyədə iqtisadi tsikllərin aşağıdakı formalarını ayırırlar:


  1. Uzun dalğalı tsikllər—iqtisadi fəallığın uzunmüddətli tərəddüdləridir və bu, 50 ilə qədər olan müddətdə baş verir. Bu növ dalğalar «Kondratyev dalğaları» adını almışdır.

  2. Normal və ya böyük sənaye tsiklləridir ki, bunlar da 8-12 il ərzində baş verir.

  3. «Kitçin tsiklləri» adını almış kiçik tsikllərdir və 3-4 il müddətində davam edir.

Hal-hazırki dövrdə iqtisadiyyatda tsikllərin 1380 tipi məlumdur. Bu tsikllərin hər biri iqtisadiyyatın müxtəlif sahələrinə təsir etməklə, iqtisadi göstəricilərin ümumi həcmində tərəddüdlərə səbəb olur. Bu iqtisadi tsikllər arasında daha əhəmiyyətliləri aşağıdakı cədvəldə göstərilərək, onların xarakterik cəhətləri qeyd olunmuşdur :



Tip

Tsiklin davametmə müddəti (il)

Əsas xüsusiyyətləri

Kitçin

2-4

Ehtiyatların həcmi  ÜMM-un, iflyasiyanın, məşğulluğun dəyişməsi, kommersiya tsiklləri

Cuqlar

7-12

İnvestisiya tsiklləri  ÜMM-un, iflyasiyanın, məşğulluğun dəyişməsi.

Kuznetsa

16-25

Gəlir  immiqrasiya  yaşayış binalarının tikintisi  məcmu tələb  gəlir

Kondratyev

40-60

Texniki tərəqqi, struktur dəyişiklikləri

Forrestera

200

Enerci və materiallar

Тоффлера

1000-2000

Sivilizasiyaların inkişafı

İlk dəfə iqtisadi tsikllər XIX əsrin əvvəllərində müşahidə olunmuşdur və artıq 170 ildən bəridir ki, müxtəlif dövrlərdə baş verir. Bu tsikllər öz növlərinə və xarakterinə görə fərqlənirlər.



K. Marks iqtisadi tsikllərə öz nəzəri diqqətini yetirən ilk iqtisadçılardan olmuşdur. O, tsiklin bir-birinin ardıcıllıqla əvəz edən dörd fazasını ayırmışdır: böhran, durğunluq, canlanma, yüksəliş. Bu fazaların hər biri iqtisadiyyatın əsas göstəricilərinin səviyyələrində baş verən dəyişiklikləri əks etdirir. Qeyd etmək lazımdır ki, marksist cərəyan yalnız 7-12 il müddətli sənaye tsikllərini araşdırmış, digər növ tsikllərə isə burcua siyasi iqtisadının təsirindən yaranan tərəddüdlər kimi baxmışdır. Klassik işgüzar tsiklin fazaları aşağıdakı qrafik şəklində göstərilir. (qrafik 1)

İqtisadi tsiklin ilk fazası böhrandır. İlk böhranlar 1825-ci ildə İngiltərədə, daha sonra 1840-cı ildə Almaniyada baş vermişdir.Bundan sonra XIX əsrdə baş verən bütün böhranlar bir-birinə çox bənzər olmuşlar.Onlar ölkə sənayesinin bütün sahələrini eyni vaxtda əhatə etmişlər və onların davametmə müddəti 1-2 il , bu zaman ümumi istehsal həcminin azalması isə 5-10% olmuşdur.


1929-1933-cü illərdə baş verən böhran daha uzunmüddətli və dərin olmuşdur.Bir çox ölkələrdə istehsalın həcminin düşmə tempi 40%-ə qədər qalxmışdır.Bu dövrdə əsas kapitalın tükənməsi, xroniki işsizlik və istehsal güclərinin tam qüvvəsi ilə işləməsində tərəddüdlər baş vermişdir. Bu illər ərzində kapitalist dünyasında istehsalın həcmi 2/5 ,dünya ticarəti 3/5 dəfədən çox azalmışdır.
İqtisadi böhranlar xalq təsərrüfatının ayrı-ayrı sahələrinə deyilb bütövlükdə iqtisadiyyata tə`sir edir.İqtisadi böhranlar satışın çətinləşməsi, əmtəə kütləsinin yığılıb qalması ilə müşahidə olunur. İstehsal olunmuş məhsulların kütləsi, mal təklifi, tələbi üstələyir. İfrat istehsal böhranları yaranır. Bu zaman əhalinin işgüzarlığı, alıcılıq qabiliyyəti aşağı düşür. Sənaye və ticarət firmaları kütləvi şəkildə iflasa uğrayır. Süni surətdə qiymətin qaldırılması üçün istehsal olunmuş məhsulun bir hissəsinin məhv edilməsi məcburiyyəti yaranır. Bu isə maliyyə-kredit sistemini pozur, kapital qoyuluşunun aşağı düşməsinə səbəb olur. İstehsalın kəskin şəkildə aşağı düşməsi, işsizliyin kütləvi xarakter daşımasına şərait yaradır və əhalinin iqtisadi vəziyyəti həddən artıq pisləşir.
İqtisadi böhranların meydana gəlməsi hələ sadə əmtəə istehsalının yarandığı vaxtdan mümkündür. Alqı və satqı əməliyyatlarının zaman və məkan e`tibarı ilə üst-üstə düşməsi sadə əmtəə istehsalı şəraitində əmtəələrin satışında çətinlik yaranması böhranın baş verməsi çün potensial imkan kimi çıxış edir.Böhranın əmələ gəlməsində digər bir rol pulun tədiyyə vasitəsi funksiyasından irəli gəlir. Belə ki, istehsalçılardan bir çoxu öz əmtəələrini kreditə sata bilər. Alıcılar krediti vaxtında ödəmədikdə satıcılar kütləvi şəkildə müflisləşir. Lakin bu şərtlər sadə əmtəə istehsalı şəraitində iqtisali böhrana gətirib çıxartmır. Bu şərtlər əmtəə-pul münasibətlərinin inkişaf etdiyi dövrlərdə, maşınlı sənayenin aparıcı ölkələrdə ifrat istehsal böhranları şəklində baş vermişdir. Çünki, sadə əmtəə sadə əmtəə istehsalından fərqli olaraq, xüsusi mülkiyyətə, azad sahibkarlığa əsaslanan kapitalist əmtəə istehsalı şəraitində, azad sahibkarlar mənfəət ardınca qaçaraq, bazar tələbini nəzərə almadan məhsul istehsal edirlər. Bu zaman tələb, təklifdən xeyli az olur və bu ifrat istehsal böhranlarının yaranmasına səbəb olur. Böhranın baş verməsinə qədərki müddətdə isə, istehsal tam gücü iləişləyir, istehsal imkanları maksimum dərəcədə hərəkətə gətirilir, işsizlik minimum səviyyəyə qədər enir.
İfrat istehsal nəticəsində yığılmış əmtəələrin reallaşması, kapitalın yeni təsərrüfat proporsiyasına və bazar qiymətlərinə uyğunlaşması müəyyən vaxt tələb edir.Buna görə də iqtisadi böhranlardan sonra durğunluq fazası başlanır. Durğunluq fazası 6 aydan 3 ilə qədər davam edə bilər və bu müddət ərzində təsərrüfat həyatı yeni şərtlərə və tələblərə , yeni bir tarazlıq sisteminə uyğunlaşmağa başlayır. Əmtəələrə çox zəif tələb səciyyəvidir.Bundan ən sox ziyanı birca agentləri, menecerlər səkirlər.Bu dövrdə həm də istehsalçıların bazara olan inamı çox aşağı olduğundan onlar bazara çıxarmağa çox mal istehsal etməyə çalışmırlar. Belələliklə , istehsalın həcmi çox aşağı səviyyədə olsa da, sabit qalır. Qiymətlərin aşağı düşməsinin qarşısı alınır, borc faizi azalır, əmtəə ehtiyyatları sabitləşir.İşsizliyin yüksək səviyyəsi müşahidə edilir.
İqtisadi tsiklin üçüncü fazası canlanma adlanır. Bu fazada artıq, istehsalın səviyyəsində dirçəliş baş verir. Kapital qoyuluşu, qiymətlərin səviyyəsi , məşğulluq, istehsalın həcmi, borc faizi artmağa başlayır. Canlanma fazasında bazarda yeni sənaye avadanlıqlarına olan tələb artır.Canlanma fazfsı bir növ özündən sonra gələn yüksəliş fazası üçün potensial imkanlar toplayaraq , bu fazaya keçidə təkan verir.
İstehsal resurslarının tam cəlb olunması və bunun nəticəsində qısa müddətdə mənfəət əldə olunması iqtisadi tsiklin yüksəliş fazasına daxil olmasına imkan yaradır. Yüksəliş fazası əvvəlcə istehsalın böhranaqədərki səviyyəyə çatdırılması üçün fəallığı artırır.İşçi qüvvəsinə olan tələb işsizliyin aradan qaldırılmasına və əmək haqqının artmasına səbəb olur.Əmək haqqının, gəlirin artması istehlak mallarına tədiyyə qabiliyyətli tələbi yüksəldir. Bu isə ümumiyyətlə sənayenin inkişafı üçün zəruri olan maşın və avadanlıqların da istehsalının inkişafını stimullaşdırır.
Müasir qərb iqtisadçıları iqtisadi tsiklin quruluşunun ənənəvi formasına əks olaraq, iki fazanı: böhran və yüksəliş fazalarını göstərirlər. Burada yüksəlişin zirvəsi istehsalın zirvəsi, böhranın son nöqtəsi isə istehsalın həcminin aşağı nöqtəsidir.( qrafik 2).

Real ÜMM nominal ÜMM-dan aralanır--- bu yırğalanma, ÜMM deflyatoru tərəfindən qeyd olunur. Potensial ÜMM-un faktiki ÜMM həcmi ətrafında yırğalanması:



göstəricisi ilə xarakterizə olunur. Burada, Ü – faktiki ÜMM, Ü* - potensial ÜMM – dur. Potensial ÜMM dedikdə resursların tam məşğulluğu istehsalın həcmi başa düşülür. Resursların tam məşğlluğu istehsalın gücünün çatışmamazlığının onun ümumi həcmindən 10-20% və işsizliyin səviyyəsinin,ümumi işçi qüvvəsinin səviyyəsindən 5.5-6.5% həcmində saxlamağa xidmət edir.


Qeyd etdiyimiz kimi, məşğulluğun səviyyəsi, işsizlik, inflyasiya, faizin həcmi, valyuta kursu və pul kütləsi tsiklik dalğalanır.Ancaq iqtisadi tsiklin fazaları əsasən məşğulluğun səviyyəsinə, işsizliyə və istehsalın həcminə daha çox xidmət edir, inflyasiyanın səviyyəsi, borc faizinin həcmi və valyuta kursuna isə, böhranın yaranmasına tə’sir edən müxtəlif səbəblərdən asılı olaraq ayrı-ayrı istiqamətlərdə tə’sir edir.Məcmu xərclərin azalmasından doğan işsizliyin aşağı düşməsi və ixracın artması, çox zaman qiymətin orta səviyyəsinin və inflyasiyanın səviyyəsinin azalması ilə müşayət olunur.Əksinə məcmu təklifin azalmasından yaranan böhran qiymətin və inflyasiyanın səviyyəsinin artması ilə müşayət olunur.Hər iki halda borc faizinin dinamikası Mərkəzi Bank tərəfindən pul kütləsinin tənximlənməsi siyasəti ilə aydınlaşdırılır , hansı ki, bu da öz növbəsində valyuta kursunun həcminin dəyişməsinə səbəb olur.
XX əsrin 70-ci illərindən başlayaraq, iqtisadiyyatda yeni növ böhran, struktur böhranları müşahidə olunmağa başlanmışdır.Struktur böhranları ifrat istehsal böhranlarından fərqli olaraq bütövlükdə iqtisadiyyatı deyil, onun ayrı-ayrı sahələrini əhatə etməklə müəyyən bir əmtəənin ifrat istehsalına, yaxud qıtlığına səbəb olur.Struktur böhranları olan ərzaq, xammal, enerci böhranları inkişaf etmiş ölkələrin iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə iz qoyur. Hal-hazırda təbii ehtiyyatlardan istifadə ilə əlaqədar struktur böhranlarının bir forması olan ekoloci böhranlar geniş xarakter almışdır.
XX əsrin 2-ci yarısından başlayaraq sənayenin yüksək inkişafı ilə əlaqədar olaraq, yanacağa olan tələb, xüsusi ilə neftə olan tələb həddən artıq artmağa başlamışdır. Bu da, müəyyən dövrlərdə neft böhranlarının yaranmasına təkan vermişdir. Neft və neft məhsullarına olan tələbin artması ona olan qiymətin yüksəlməsinə səbəb olur. Neftə olan qiymətin yüksəlməsi 90-cı illərin əvvəllərində ABŞ və Qərbi Avropada, öz istehsal prosesində İEOÖ-dən ixrac etdiyi ucuz maye yanacaqdan istifadə edən orta və kiçik müəssələrin iflasa uğramasına səbəb olmuşdur.
Son dövrlərdə neft və neft məhsullarına dünya bazarında qiymətin aşağı düşməsi öz iqtisadiyyatını neft ixracı əsasında quran ölkələrin, eləcə də bizim Respublikamızın maliyyə-büdcə sistemində müəyyən uyğunsuzluqların yaranmasına səbəb olmuşdur. Belə ki, dövlət büdcəsinin gəlir mənbəyinin neftin ixracından asılı olması, dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqədar olarq, büdcə kəsirinin həllində müxtəlif cür problemlər yaranır.
Struktur böhranları iqtisadiyyatın ayrı-ayrı sahələri arasında uyğunsuzluqlar yaradır və uzunmüddətli xarakter daşıyır.struktur böhranlarının dərinləhməsi, kapitalın hissələrinin dəyər və qiyməti nisbətlərinin dəyişməsi,istehsal xərclərinin quruluşunun deformasiyası, əmək məhsullarının artım tempindəki nəzərə çarpacaq ləngimələr, dünya bazarındakı rəqabət mübarizəsinin kəskinləşməsi və digər amillər bütövlükdə iqtisadiyyatın, o cümlədən də sənayenin quruluşunun intensiv şəkildə yenidən qurulmasını zəruri edir.
Göstərilən bu struktur böhranlarından başqa son dövrlərdə qeyri-sabit inkişafa şərait yaradan maliyyə böhranları da geniş vüsət almışdır. Məsələn, 1997-1998-ci illərdə Asiyada baş verən maliyyə böhranları tək Asiya ölkələrini deyil,bir çox digər dünya ölkələrinin də pul-kredit sisteminə mənfi təsir göstərmişdir. 1998-ci ildə Rusiyada baş verən maliyyə böhranı, ölkənin pul-kedit sistemini sarsıtmaqla yanaşı, onun nüfuzunu da aşağı salaraq, beynəlxalq maliyyə orqanları tərəfindən yardım almasını dayandırmışdır. Bu zaman dövlət bir sıra maliyyə islahatları keçirmək məcburiyyətində qalmışdır.
İqtisadi tsikllərin tə’siri demək olar ki, iqtisadiyyatın bütün sahələrində müşahidə etmək mümkündür. İqtisadiyyatın ayrı-ayrı sahələrin müxtəlif xüsusiyyətləri və fəaliyyət dairələri olmasına baxmayaraq, onların bir-birəlri ilə əlaqədar olması onların heç birinin iqtisadi tsikl zamanı iqtisadi böhran və ya inflyasiyadan uzaq qalmasına kömək etmir. Lakin bu proseslər iqtisadiyyatın müxtəlif bölmələrinə fərqli tə’sir edir.
İqtisadiyyatın mühüm sahəsi olan istehsala gəldikdə, qısamüddətli və uzunmüddətli istehlak maları istehsal edən sahələrə iqtisvadi tikin tə’siri müxtəlifdir. Bir qayda olaraq, xidmət sferası və qısamüddətli istehlak malları istehsal edən sənaye sahələri iqtisadiyyatın böhranda olmasından bir o qədər də tə’sirə mə’ruz qalmır. Bu zaman öz fəaliyyətini əsasən müxtəlif formaların müflisləşmə işlərini aparmaq üzrə ixtisaslaşdırılmış ssuda firmaları və hüquq firmaları daha karlı çıxılır. İqtisadi tsikllərdən ən çox əziyyət çəkən isə, investisiya əsasında fəaliyyət göstərən və uzunmüddətli istehlak malları istehsal edən şirkətlər olurlar. Bunlardan əsası tikinti sənayesidir. Ağır zamanlarda yaşayış evləri, kommersiya binaları tikən, maşınqayırma, k/t vasitələri, avtomabilləri, məişət cihazları istehsal edən sahələrə və bu sahədə çalışan işçilərə bu daha qabarıq tə’sir edir. Əksinə, yüksəliş fazasında isə bu sahələr inkişaf etmək üçün maksimum imkana malik olurlar. Bu 2 sahənin belə dalğavari həroəkətlərini aşağıdakı kimi izah etmək olar.
Əvvəlcə müəyyən şərtlər daxilində uzunmüddətli istifadə üçün istehlak və istehsal mallarının alınmasını göstərmək olar. İqtisadiyyat ağır vəziyyətdə olduqda istehsalçılar yeni istehsal vasitələri almamağa üstünlük verirlər. İşgüzar mühit dövrdə investisiya mallarının yığılıb toplanmasına nəzarət edə bilmir. Sahibkarlıq sektorunda istehsal vasitələri və binalar hələ də istifadə etmək üçün əlverişlidir. Stabillik dövründə firmalar öz əmtəələrinin tamamilə alınmasını gözləmədən yenilərini istehsal edirlər. Ancaq böhran dövründə firmalar köhnə dəzgahları yenidən tə’mir edərək istehsal sferasına cəlb etməyi daha üstün tuturlar. Buna görə istehsal vasitələridə investisiyanın rolu aşağı düşür. Ola bilər ki, bu dövrdə öz istehsal vasitələrini və gücünü dəyişdirməyə və artırmağa imkanı olan firmalar mövcud ola bilər, lakin, onlar bunu etmirlər. Çünki, bu halda onqların xalis investisiyaları əks nəticə kimi formalşa bilər.
İkincisi, inhisar hakimiyyətidir ki, uzunmuddətli istehlak malları istehsal edən iri firmaların sayı bazara az olanda bu hal müşahidə edilir. Belə ki, bu firmalar yetəri qədər inhisarçılığa sahib ola və qiymətlərin aşağı düşməsinə, tələbin azalmasına cavab olaraq istehsalın həcminin azaldılması ilə əks tə’sir göstərə bilərlər. Bu zaman tələbin həcminin azalması ilk növbədə məşğulluğa və istehsalın həcminə tə’sir göstərir. Əks prosesi qısamüddətli istehlak malları istehsal edən sahələr üçün müşahidə etmək mümkündür. Belə sahələr öz işgüzar aləmlərində rəqabət dərəcəsinə görə çox aşağı paya malik olurlar. Burada fəaliyyət göstərən firmalar qiymətlərə tə’sir etmə gücünə malik deyillər və buna görə də tələbin aşağı düşməsi qiymətlərin də aşağı düşməsinə, istehsal həcminin isə çox az səviyyədə azalmasına şərait yaradır.
Yuxarıda qeyd etdiyimiz kimi iqtisadi tsikllərin baş verməsi zamanı istehsal həcmini dəyişməsi öz nösbəsində qiymətə də tə’sir edir. Belə ki, qiymətlərin formalaşmasında əsasən bazarda məcmu təkliflə məcmu tələbin qarşılıqlı uzlaşması əsas rol oynayır. Lakin, iqtisadi böhranlar zamanı müəyyən növ əmtəələrə olan tələbin artması digər növ əmtəələrə tələbin azalması öz növbəsində təklifin artan tələbi ödəmək qabiliyyətində olmaması qiymətlərin miqyasında kəskin tə’sir göstərir. 1929-1932-ci illərdə baş vermiş iqtisadi böhran zamana bu proseslər özünü daha qabarıq şəkildə göstərmidir. Bu dövrlərdə kənd təsərrüfatı və yüngül sənaye sahələrində məhsul istehsalının həcmi 60%-ə qədər aşağı düşsə də, onlara olan qiymət ilə cəmi 4-5% dəyişmidir. Əksinə, metallurgiya və maşınqayırma sahələrində istehsalın həcmi bir o qədər də dəyişməsə də bu əmtəələrə olan qiymətlər kəskin şəkildə artmışdır. Bu da onu göstərir ki, iqtisadi tskillər zamanı uzunmüddətli istehsal mallarına olan qiymətlər dəyişsə də, qısamüddətli istehlak mallarına olan qiymətlər bu dəyişikliklərdən bir qədər kənarda qalırlar.
İqtisadiyyatın mühüm qolu olan istehsal, iqtisadi tsikllər zamanı müxtəlif dəyişiklərə uğrayır. Bu əsasən iqtisadi tskillərin müxtəlif fazalarında müəyyən meyllər üzrə inkişaf edir. İqtisadiyyatda böhranların baş verməsi zamanı istehsalın həcmində müəyyən durğunluq baş verir. Belə ki, böhrandan əvvəlki dövrdə istehsal tam gücü ilə işləyir və bu zaman tələb təklifi ödəmədiyindən istehsal olunmuş əmtəələrin toplanması üçün şərait yaranır. Lakin böhranların baş verəmindən sonra istehsalın həcmi kəskin şəkildə aşağı düuşür. Bu dövrdə bazarda müəyyən əmtəələrə olan tələb yüksək olmadığından, bu əmtəələri istehsal etmək əlverişli və faydalı olmur. İstehsalın həcmini müəyyən inkişaf səviyyəsinə gətirmək üçün iqtisadi müxtəlif dəyişikliklərin baş verməsi lazımdır. Durğunluq və canlanma fazalıranda müxtəlif əmtəələr istehsal etmək üçün tələb cücərtiləri görünür. Bu istehsalı inkişaf etdirmək üçün siqnal rolunu oynayır. Yüksəliş fazasında isə artıq istehsalın həçmi getdikcə artan tələbi ödəmək artırılması müşahidə olunur. Müəyyən dbvrdən sonra artıq istehsal tam gücü ilə işləməyə müvəffəq olur. Buna əsasən 90-cı illərin əvvəllərində baş vermiş böhrandan sonra, 1995-ci ildə aparıcı sənaye ölkələrində istehsalın həcmi 2 faiz olduğu halda artıq 1998-ci ildə bu göstərici 2,6 faiz həcminə yüksəlmişdir. Lakin bu göstərici keçid iqtisadiyyatı dövründə olan dövlətlərdə inkişaf etmiş aparıcı sənaye ölkələrindən daha sür’ətlə gedərək, 1995-ci ildə - 0,8%-dən 1998-ci ildə 4,8%-ə çıxmışdır.
İstehsal həcminin artması və ya azaldılması öz növbəsində məşğulluğun səviyyəsinə də eyni templə tə’sir göstərir. İqtisadi tskillərin baş verməsi zamanı müxtəlif firmalarıfn müflisləşməsi və bağlanması işsizlərin sayının artması səbəb olur. Həmçinin, bu zaman istehsal həcminin aşağı düşməsi həm də əmək haqqının azalmasına də səbəb olur ki, bu, işçilrəin öz tələblərini bödəyə bilməyəcəyi əmək haqqını almaqdansa, işləməməyi üstün tutmasına gətirib çıxarır . Məşğulluğa həcminin faiz qoyuluşu da tə’sir edir. Belə ki, faiz qoyuluşu məcmu tələb və məcmu təklif arasında tarazlığın yaranmasında mühüm rol oynayır və bunun artması və ya azalması tələblə təklif arasındla tarazlığın pozulmasına səbəb olur ki, bu da məşğulluğa mənfi tə’sir göstərir.
İşsizlik iqtisadiyyatın geri qalmasına və tənəzzül etməsinə şərait yaradır.

3. Tsikllər nəzəriyyəsi və tsiklə olan fərqli baxışlar.
İqtisadi tskillərin araşdırılmasında mühüm xidmətlərdən biri ingilis iqtisadçısı Coн Meyyard Keyns tərəfindən olmuşdur. O, özünün “Məşğulluğun, pulun, faizin ümumi nəzəriyyəsi” əsərində iqtisadi tsiklləri araşdıraraq, onların yaranma səbəbləri və xüsusiyyətləri haqqında fikir yürütmüşdür. O, iqtisadi tskilləri digər iqtisadi göstəricilərlə qarşılıqlı əlaqələndirərək onları bu əsəridə səciyyələndirmişdir.
Keynsə görə iqtisad tskilin əsas cizgiləri və xüsusi ilə növbəliliyinin davam etməsi və onun müddəti kapitalın son həddi səmərəliliyinin dalğalanması mexanizmi ilə əlaqədardır. Ona görə iqtisadi tskilə ən yaxşı, kapitalın son hədd səmərəliliyinin dəyişməsi kimi baxmaq lazımdır. Tskilik
yırğalanmış altında o, iqtisadi sistemin elə bir inkişafını nəzərdə tutur ki, qalxan istiqamətdə onun gücü toplanır və qüvvətlənir. Lakin sonra vaxtaşırı olaraq zəifləməyə başlayır və müəyən dövrdən sonra əks istiqamətdə hərəkət edən qüvvələr baş qaldırır. Öz növbəsində əks istiqamətdə hərəkət edən qüvvələr də müəyyən dövr keçdikdən sonrat möhkəmlənməyə və aktivləşməyə başlayır, onlar öz maksitmum həddlərinə çatmamış, öz yerlərinidigər qüvvələrə verirlər. Keyns tsiklik yırğalanmış altında yalnız yüksələn və azalan meylləri deyil, həm də hər hansı bir prosesin başlanmasından sonra özünün əksi olan digəri ilə əvəz olunur. O,Ö həmçinin hesab edir ki, yükləmə və azalma yerləri davamedərliyə və növbəliyə malik olurlar. Keyns öz nəzəriyyəsinin həll etməli olduğu iqtisadi tskilin əsas cəhətlərindən biri kimi böranların yaranma səbəblərini qeyd etmişdir. O, diqqətini ona yönəltmişdir ki, iqtisadiyyatın yüksəliş meyli azalma ilə əvəz olunduqda böhran baş verdiyi halda əksinə, azalma meylindən yüksəlişə keçdikdə iqtisadi böhranlar baş vermir. İstehsalın sistemində dəyişikliər zamanı tə’min olunmayan investisiya dəyişiklikləri öz növbəsində məşğulluğa da tə’sir deir. İnvestisiyanın həcmi həddən çox tə’sirə mə’ruz qalır və çox az mümkündür ki, investisi və kapitalın son hədd səmərəliliyinin yırğalanmamının hamısı iqtisadi tsikl xarakteri daşıyır.
Keynsə görə yüksəlişin son mərhələsindən və “böhranın” əvvəlindən başlamaq daha asandır. Belə ki, kapitalın son hədd effektivliyi yalnız kapital ne’mətlərinin bolluğu və ya qıtlığında onların istehsal xərclərindən deyil, eyni zamanda onun gələcəkdə gətirəcəyi gəlirdən aslıdır. Ona görə də uzun müddətli kapita qoyuluşu zamanı perspektivlərin gözlənilməsi dominant rol oynayır ki, bu da yeni investisiyaların optimal həcminin müəyyən edilməsinə kömək edir. Lakin bizim gördüyümüz kimi belə hesabatlar üçün mə’lumatlar çox dəyişdirilmişdir. Göstərilənləri belə dəyişən və güvənilir olması, hesablamaların tez və gözlənilməz nəticələrinə gətirib çıxarır.
Artıq qeyd elədik ki,böhranı aydınlaşdırıarkən, əsas fikir, istehsal və alver məqsədi ilə, pula olan tələbin artımı zamanı faiz normasının artan meylinə yer verilir. Elə vaxtlar olur ki, bu faktor gücləndirici, elə vaxtlarda olur ki, ilkin təkan verən faktor rolunu oynayır. Ancaq Keynsə görə, böhranın əsas müəyyənedicisi kimi faiz artımını yox, kapitalın son hədd effektivliyinin gözlənilməz düşümünə baxmaq lazımdır. Yüksəlişin son mərhələsi üçün kapital əmtəələrinin gələcək gəlirlərinin optimal qiymətləndirilməsi xarakterikdir. Qiymətləndirmə o dərəcədə aydın olmalıdır ki, bu əmtəələrin çoxolan itgisi və istehsal xərclərinin artımını tarazlaşdırılsın və ola bilsin ki, faiz norması artsın. Faiz normasının artımı ilə əlaqədar olaraq, kapitalın son hədd effektivliyi investisiya həcminin aşağı düşməsini gücləndirir. Ancaq işin məğzi kapitalın effektivliyinin tez aşağı düşməsi ilə əlaqədardır, hansı ki, digər fazada onunqoyuluşu daha çox olur. Ticarətin artmasını istisna etməklə likvidliyin əsas götürül məsi, kapitalın effektivliyin böhrandan sonra artırır. Məhz bu səbəbböhrandan çıxmağı çətinləşdirir. Bir qədər sonrakı mərhələdə faiz normasının aşağı salınması, təsərrüfatın inkişafına şərait yaradır. Ancaq verilmiş anda kapitlanı son hədd effektivliyin o qədər güclü ola bilər ki, heç faiz normasının aşağı düşməsi belə ona kömək etməz. Əgər faiz normasının aaldılması özü-özlüyündə səmərəli həll olsa idi, onda maliyyə orqanları öz imkanları hesabına çox qısa müddətdə canlanmaya nail ola bilərdilər. Əslində isə, işgüzar aləmdə psixoloji idarəçilikdən çox asılı olan kapitalın son hədd effektivliyinin yüksəldilməsi çoxçətin prosesdir.
İqtisadi tsikldə zaman faktoru elə bir vəziyyətdədir ki, canlanma fazasının başlanmasına qədər elə bir müddət keçməlidir ki, bu müddət ərzində kapitalın son hədd effektivliyinin bərpa sı yolları və istiqamətləri aydınlaşdırılmalıdır. Bunun da səbəblri var, hansı ki, uzunmüddətli istehlak, kapital əmlakının xidmət müddəti və iqtisadi artımın normal tempi ilə bağlıdır. İkincisi, artıq ehtiyatların saxlanması məsrəflərin nəticəsində istehsalın aşağı düşmə meylinin uzun müddət davam etməsi bir ildən və ya hər hansı 10 ildən bir baş verən təsadüflər olmayıb, müəyyən olunmuş ardıcıllıqla 3-5 ildən bir baş verir.
İndi Keynis, böhran dövrü baş verən proseslərə nəzərinə diqqət yetirək. Keynsə görə yüksəlişin davam etmə müddətində bir çox yeni investisiyalar pis gəlir vermirlər. Gözlənilən gəlirə ani şübhələrin yaranması ardından ümidlərin puç olması baş verir ki, bu da ola bilsin gələn gəlir əmtəənin istehsalı zamanı onün yığılan ehtiyatlarının çoxalması ilə müşayiət olunması üzündən baş verir. Əgər istehsal xərclərinin qiymətləndirilməsi onların normal halda olduğundan çox qiymətləndirilərsə, bu da kapitalın son hədd səmərəliliyinin pisləşməsinə səbəb olur. Nə zaman ki, şübhələr yaranır, o çox sür’ətlə yayılır. Belə bir halda böhranın başlanğıc mərhələsində həddən artıq kapitalın yığılıb qalmasına, həmçinin onların səmərəliliyinin heçə enməsinə gətirib çıxarır. Bu dövrdə böhranın başlanmasından keçən müddət ərzində kapitalın istifadəsi zamanı onların xarab olması və mə’nəvi aşınması çox aydın şəkildə görünür və bu onun son hədd səmərəliliyinin, kapitalın orta davamlılıq xidmət müddətinin sabit funksiyasının artmasına səbəb olur.
İkincisi, daim fəaliyyət göstərən zaman faktoru, toplanmış ehtiyatların saxlanılması ilə bağlıdır və onlar çox da uzun və ya qısa olmayan dövr müddətində onlardan istifadənin gücləndirilməsidir. Böhranın baş verməsindən sonra yeni kapital investisiyalarının ani kəsilməsi, yarımfabrikatların artıq ehtiyatlarının 1 il saxlanılması onların dəyərindən çox nadir hallarda 10% az başa gəlir. Ona görə onların istehsalında azalma sür’ətlənir. (ən çox 3-5 il müddətində). Ehtiyatların sərf edilməsi kapital qoyuluşuna mənfi tə’sir edir və bu öz növbəsində işsizlik probleminin kəskinləşməsinə şərait yaradır.
Həmçinin, böhran fazasında istehsalın həcminin azalması ilə əlaqədar dövriyyə kapitalının aşağı düşməsi, böyük əhəmiyyətə malik ola biləcək və böhran anında koyukturanın aşağı düşməsinə güclü tə’sir qabiliyyətinə malik investisiyasızlaşdırmanı özündə canlandırır. Böhranın başlanğıcında dövriyyə kapitalının azaldılması, artan ehtiyatda investisiya istehsalı ilə müvazinətləşdirilir. Sonrakı faza zamanı çox qısa müddətdə həm ehtiyatlar, həm də dövriyyə kapitalı eyni zamanda azala bilər. Eninin ən aşağı nöqtəsinə keçdikdən sonra ehtiyatların azalması davam edir və bu cüz’i olaraq dövriyyə kapitalına yenidən qoyuluşları zəiflədəcək.
Kapitalın son hədd effektliyini ciddi şəkildə aşağı düşməsi istehlak istiqamətində də mənfi nəticələr verir. O fond birjalarında qiymətli kağızların bazar qiymətlərinin aşağı düşməsinə tə’sir edir. Bu əsasən borc vəsaitləri istifadə edərək, fond birjalarında investisiyalarda fəal iştirak edən müəyyən qrup adamlara daha ağır tə’sir edir. Bu zaman onların investisiyalarının baza dəyəri daha çox enib-qalxır, nəinki onların gəlirləri.
Keynsə görə yüksəlişinbaşlığı və mövcud cəhəti odur ki, tam məşğulluq anında 2% gəlir gətirən investisiyalar, gəlirin əldə olunmasından sonra 6% isteşsal olur. Lakin, yeni investisiylara ziyana işləyirlər. Bu halda yüksəlişin şərtlərində yüksək deyil, nisbətən aşağı faiz norması lazımdır ki, bu da yüksəlişin qourmasına kömək olur. Keyns təklif edir ki, iqtisadi tskillə mübarizənin ən effektli yolu yüksəlişlərin qarşısının alınmasıdır. Böhranla sona yetən yüksəliş ona görə yaranır ki, təsbit olunmuq faiz norması gələcəkdə yüksəlişlə əlaqədar olaraq, o, tam məşğulluğun səviyyəsinlən yuxarı ola bilir və bu, faiz normasının öz tə’sir gücünün itməsinə gətirib çıxarır.
4. Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan Respublikasında iqtisadi aktivlik problemi.
Mə’lum olduğu kimi respublikamız 70 ildən çox sosializm ideologiyası altında inkişaf edərək öz iqtisadiyyatını və dövlət quruluşunu bu ideologiya əsasında qurmuşdur. 1991-ci ildə Sovet imperiyasının süqutundan sonra müstəqilliyə qovuşmuş Azərbaycan bu müstəqilliyin tamını dadmağa macal tapmamış, iqtisadiyyatda baş vermiş iqtisadi böhranla üzləşmişdi. Buna əsil səbəb keçmiş SSRİ-də sənaye sahələrinin respublikalar arasında qarşılıqlı şəkildə bölüşdürülməsi ilə əlaqədar olması və hər bir respublikanın öz müstəqilliyini qazandıqdan sonra öz iqtisadiyyatını sərbəst şəkildə inkişaf etdirə bilməmələri olmuşdur. Digər səbəb isə respublikamızın sosializm kapitalist inkişaf yoluna keçmələri olmuşdur. Belə ani olaraq bir ictimai quruluşdan digərinə keçid zamanı konkret plan omadığındın, iqtisadi böhranın baş verməsi dağılmaz bir fakt olmuşdur. İqtisadi böhranların baş verməsi öz növbəsində iqtisadiyyata ağır zərbə vurmuşdur. Bu həmçinin iqtisadi aktivliyin səviyyəsinin azalmasına səbəb böhran zamanı sənaye sahələrinin fəaliyyətinin azalması, istehsalın həcminin aşağı düşməsi olmuşdur. İqtisadi aktivlik istehsalda baş verən proseslərə fal şəkildə iştirak etmək qabiliyyətində olduğundan, 1992-1993-cü ildə böhranla əlaqədar olaraq iqtisadi cəhətdən aktiv əhali iqtisaiyyatda fəal iştirak edə bilmədiyindən, iqtisadiyyatda aktivliyin səviyyəsi tədricən azalmağa başlamışdır. Nəzərə alsaq ki, iqtisadi cəhətdən fəal əhalinin sayı iqtisadyyatda məşğul olanlarla, işsizlərin sayından formalaşır, onda bu işsizlərin sayının işsizliyin səviyyəsinə bölünüb 100-ə vurulması yolu ilə tapılar. Buradan da görünür ki, böhran dövrü zavod, fabrik və müəssisələrin fəaliyyətinin dayanması, işsizlərin sayının xeyli artmasına səbəb olmuşdu və bu bilavasitə iqtisadi fəal əhaliyə də öz tə’sirini göstərmişdir.
Belə ki, iqtisadi fəallıq artdıqca ÜDM-lun həcmində artım müşahidə olunur. Bu həmçinin ölkənin digər iqtisadi göstəricilərinə də tə’sir edir. Belə ki, 1992-1993-cü illərdən başlayaraq gündəngünə dərinləşən böhran istehsalın azalması, əmtəə pul tarazlığının pozulması, müəssisələrin ödəmə qabiliyyətlərini itirməsi, ictimai texniki-iqtisadi göstəricilərinin kəskinləşməsi müşayət olunmuşdur. Bu dövrlərdə ÜDM 157,1 mlrd.manat, sənaye məhsulunun ümumi həcmi isə 123 mlrd.manat təşkil etmişdir. Bu göstərici ümumi istehsal imkanlarına nəzarət çox cüz’i bir görünüş verir. Həmçinin o dövr üçün iqtisadi aktivliyin səviyyəsinin aşağı olmasından irəli gəlmişdir. Artıq 1996-cı ildən başlayaraq, iqtisadiyyatımızda müəəyyən dirçəlişlər, irəliləyişlər müşahidə olunmağa başlanmışdır. Bu da əsasən sənaye sahələrinə qoyulan investisiyalarla olmuşdur. Bu nisbətən əhali məşğulluğun ümumi səviyyəsində bir o qədər də müsbət nəticə aşkarlanmamışdır. İqtisadi aktivlik bu dövrdən başlayaraq, getdikcə artmağa başlamışdır. Bu özünü ÜDM-un artımında göstərmişdir. Belə ki, 1996-cı ildə isə ÜDM 1995-ci ilə nəzərən 1,25%, 1998-ci ildə isə 17,8% olmuşdur. Lakin buna baxmayaraq, işsizliyin səviyyəsi hələ də artmaqda davam edir. Bu da əsasən dövlət müəssisələrində çalışmağın ticarətlə məşğul olmaqdan daha az səmərə gətirməsi ilə əlaqədar olaraq, əhalinin əksər hissəsinin ticarətlə məşğul olmasıdır. Mə’lumdur ki, daxili ticarətlə məşğul olmaq iqtisadi artım yarada bilmir. Buna görə belə fəaliyyət iqtisadi aktivliyə də tə’sir etmək imkanına qadir deyildir. Hal-hazırda iqtisadi fəal əhalinin yarıdan çoxu işsizdir. Bakının Respublikada demək olar ki, nisbətən inkişaf etmiş yeganə şəhər olduğunu və iqtisadi fəal əhalinin əsasən Bakıya miqrasiyası ölkə daxilində iqtisadi aktivliyin müxtəlif istiqamətlərdə inkişafına mənfi tə’sir göstərir. Həmçinin 20% torpaqlarımızın işğal ollunması, respublikanın müharibə vəziyyətində olması ölkənin iqtisadi gücünün bərqərar edilib, işsizliyin aradan qaldırılmasına və iqtisadi aktivliyin yüksəldilməsinə imkan vermir.
Bütün unlara baxmayaraq hal-hazırda iqtisadi aktivlik nisbətən yüksəlişə meyllidir. Belə ki, iqtisadi aktivliyin artımı həm ÜDM , həm də sənaye məhsulunun ümumi həcmi ilə əlaqədar və son dövrlərdə bu göstəricilərin həllində nəzərə çarpacaq artım müşahidə olunmuşdur. ÜDM 1996-cı ildəki 1720 mlrd. manat səviyyəsindən 2000-ci ildə 2193 mlrd.manat sənaye sahələrinin ümumi həcmi isə 1162 mlrd.manatdan 1595 mlrd. manata qədər yüksəlmişdir. Bu iss yalnız sənaye sahələrində əsas kapitala qoyulan investisiyaların həcmində düşmüş müşahidə edilmişdir. Belə ki, 1998-ci ildə əsas kapitala qoyulan investisiyalar 5512 mln.manat təşkil etdiyi halda 2000-ci ildə bu göstərici 4864 mln.manat həcmində olmuşdur. Bu da əsasən investisiyaların neft sənayesinə qoyulduğundan və artıq bu sahələrdə gəlirli sahələrin nisbətən azalması ilə əlaqələndirilir.
Respublikamızın iqtisadi imkanları çox genişdir. Həm təbii sərvətləri, həm ibtgi örtüyü, həm də coğrafi şəraiti respublikanın iqtisadiyyatını inkişaf etdirməyə potensial imkanlar verir. Gümapn ki, iqtisadi aktivliyin yüksəldilməsit istiqamətində göstəriləcək müəyyən tədbirlər son 5-10 il müddətində Azərbaycanda müəyyən iqtisadi inkişaf tempinə keçərək iqtisadiyyatı sür’ətlə yürsəltməyə səbəb olar.

5. AZƏRBAYCANDA İQTİSADİ TSİKLİN TƏNZİMLƏNMƏSİ VƏ İQTİSADİYYATIN İNKİŞAF ETDİRİLMƏSİNİN DÖVLƏT SİYASƏTİ.

Müstəqilliyin qazanılması ilə yanaşı baş verən böhranın son dərəcə təhlükəli cəhəti dövlətin iqtisadiyyatı idarə etmək qabiliyyətinin zəifləməsi olmuşdur. Bu zaman respublikanın iqtisadiyyatı inkişaf perspektivləri nəzərə alınmadan daha çox cari məsələlərin həllinə yönəldilmişdir. Bu da böhranla mübarizə üçün işlənib hazırlanmış proqram və tədbirləri sür’ətlə dəyərsizləşdirir. Ona görə də siyasətin cari məsələlərə yönəldilməsi iqtisadiyyatın inflyasiya və qıtlıqdan, qiymət, vergi və subsidiyalardan dolaşıq sistemdən, əsassız valyuta kursu və bank əməliyyatlarından xilas olmağa imkan vermir. Yarımçıq tədbirlər problemləri yalnız mürəkkəbləşdirir.


Mövcud şəraitdə iqtisadiyyatı inkişaf etdirmək üçün müvafinq konsepsiya olmalıdır. Çünki, dəqiq konsepsiya olmadıqda iqtisadi böhrandan çıxmaq və iqtisadi artıma yiyələnmək çox mürəkkəb bir prosesdir. İlk növbədə istehsalı dirçəltmək və təsərrüfat əlaqələrini normallaşdırmaq məqsədəuyğun bir prosesdir. Bu baxımdan kapital qoyuluşunun tezliklə iqtisadi səmərə verə biləcək sahələrinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilərək, aqrar bölmə, ərzaq istehsalı,alq istehlakı malları istehsal buna misaldır.
Əmtəə qıtlığını aradan qaldırmaq üçün hər bir mal və xidmət növünə ayrılıqda yanşmaq lazımdır. Böhranın aradan qaldırılması üçün mümkün mənbələri aşkara çıxarmaq lazımdır. Müəssisə və birliklərin işinin qiymətləndirərkən ümumi qəbul olunmuş göstəricilərdən istifadə ilə yanaşı, iqtisadiyyatın sabitliyinin saxlanması, istehsalın texnoloji cəhətdən rəqabət qabiliyyəti, dünya bazarında onun yeri və s. bu kimi göstəricilər nəzərə alınmalıdır. Belə müəssisələri ilk növbədə xammalvə materiallarla tə’min etmək lazımdır. Həmçinin iqtisadi artıma malik olmaq üçün iqtisadiyyatın sağlamlaşdırılmasında iştirak edən sahibkarların və biznesmenlərin ticarəti inkişaf etdirməsinə fəal kömək etmək, respublikanın bütün ərazisində və ondan kənarda təsərrüfat mallarının hərəkəti yolundakı maneələri aradan qaldırmaq əsas görülənişlərdən biridir. Bu istiqamətdə hər şeydən dövlət sifarişlərini bərpa etdirmək labüddür:

Əvvəla, dövlət sifarişi nisbətən məhsulların az miqdarını, hər şeydən əvvəl sosial baxımdan prioritet sənaye sahələrinin məhsulunu əhatə etməlidir.

İkinci, dövlət sifarişinin həcmi təkcə məhsul növləri üzrə yox, həm də zaman və məkan baxımdan çevik surətdə verər ki, istehsalçıların bu və ya digər səbəblərdən dövlət sifarişlərinə marağı olmadığını öyrənsin və şəraitə uyğun manevrlər etsin.

Üçüncü, dövlət onun yerinə yetirilməsinin bütün şərtləri və amilləri üzrə ixracı üçün sərfəli olmalıdır.

Hal-hazırda respublika iqtisadiyyatının inkişaf etdirilməsi üçün aşağıdakı şhərtlər işlənib hazırlanmışdır:


  • dinamik inkişaf edən və bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaşdırılmasının əsasən başa çatdırılması;

  • sənayenin aparıcı sahələrinin, o cümlədən yerli xammalıa işləyən və dünya bazarında xüsusi tələbə malik olan məhsullar istehsal edən böaza sahələrinin müasir texnoloji əsasda dinamik inkişafının tə’min olunması.

  • ölkdə azad rəqabət və mülkiyyət çoxnövlüyünün sərbəst fəaliyyətini tə’min edən və sahibkarlığı stimullaşdıran çevik təsərrüfat mexanizminin formalaşdırılmasının başa çatdırılması.

  • iqtisadiyyatın dövlətsizləşdirilməsi yolu ilə iqtisadiyyatda bilavasitə dövlətin rolunun azaldılması.

  • müasir və çevik iqtisadi idarəetmə sistemi və tənzimləmə vasitələri ilə dövlətin iqtisadi inkişafında istiqamətləndirici rolunun yüksəldilməsi.

  • respublikanın ayrı-ayrı bölgələrinin dinamik inkişafını tə’min edərək məqsədyönlü regional siyasətin həyata keçirilməsi.

  • əhalinin sosial müdafiə və sosial tə’minat sisteminin təkmilləşdirilməsi və iqtisadi yüksəliş hesabına əhalinin həyat səviyyəsinin daha yuxarı pillələrlə qaldırılmasının tə’min olunması.

Bu göstəricilər dövlətin iqtisadi inkişaf proqramıdır və bu proqrama nail olmaq üçün aşağıdakı proseduraları həyata keçirmək məqsədəuyğun haldır:

1. İqtisadi durğunluğun aradan qaldırılması üçün son illərdə müşahidə olunan iqtisadi artımın daha dasür’ətləndirilməsi, stabil inkişaf dinamikaçsına malik olunması və həmçinin;

- ÜDM istehsalının orta illik artım sür’ətinin 10%-dən çox olmasını tə’min etmək,

- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi yolu ilə əsas fəaliyyət sahələrinin ÜDM formasında mütənasibliyinin tə’min edilməsi.

- dövlət bülcəsinin formalaşdırımasında birbaşa və dolayı vergilərin nisbətəlrinin tə’min olunması vasitəsi ilə vergi yükünün optimal bölüşdürülməsi;

- dövlət büdcəsinin sosial yönümlüyünün güclənməsi;

- əhainin pul gəlirlərinin xərclərini üstələməsi üçün dövlət bölmələrində çalışanların orta əmək haqqının istehlak büdcəsini ötməsini tə’min etmək;

- manatın alıcılıq qabiliyyətinin qorunması və yüksəldilməsi ilə əhalinin pul gəlirlərinin artırılması.

- təsərrüfat mexanizminin şəffaflığının artırılmasında qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və ödəmə intizamının qeyri-şərtsiz qournmasının tə’min olunması.

- real iqtisadiyyatın, normal fəaliyyəti üçün pul-kredit siyasətinin iqtisadi şəraitə adekvatlığının tə’min olunması.


2. İslatahatların müasir mərhələsində iqtisadi inkişafın sür’ətləndirilməsi mövcüd təbii iqtisadi ehtiyatların aktiv təsərrüfat dövriyyəsinə cəlb olunmasının intensivləşdirilməsini tələb edir. Belə ki, mövcud filiz ehtiyatları sayəsində Respublikada metallurgiya sahəsində müəyyən yeniliklər apararaq, iqtisadiyyatın bu sahədə inkişafına təkan vermək olar.
3. Yaxın illərdə dövlətin iqtisadi siyasətindən biri, respublikanın geopolitik mövqeyinin yaratdığı tranzit potensialın genişləndirilməsi, onun iqtisadiyyatın əsas faktorlarından birinə çevrilməsi olmalıdır. Bu istiqamətdə aparılmış “TRACECA” Böyük İpək yolunun bərpası öz öəhrəsnin çox tez bir zaman da verməyə başlamışdır.
4. Azad rəqabət və mülkiyyət çoxnövlüyünün sərbəst fəaliyyətinin tə’min edilməsi üçün iqtisadiyyatın liberallaşdırılması davam etdirilməli, sahibkarlığın stimullaşdırılması gücləndirilməlidir.
5. Yaxın 5 ildə iqtisadiyyatın dövlətsizləşdirilməsi davam etdirilməlidir. Çünki şəxsi müəssisələrin çoxluğu nəticəsində bazarda rəqabət də yüksək olur və bu firmaların həm istehsalın həcminin artırmağı, həm də daha keyfiyyətli məhsullar istehsal etməyə imkan verir ki, bu da öz növbəsində iqtisadi artıma təkan verir.
6. Beynəlxalq inteqrasiyanın dərinləşdiyi müasir şəraitdə xarici iqtisadi fəaliyyətin əhəmiyyəti xeyli yüksəlir. Xarici iqtisadi fəaliyyətin əsas istiqamətləri düyna bazarında müasir qiymətlərin tətbiq edilməsi, beynəlxalq iqtisadi və maliyyə qurumları ilə əməkdaşlığın dərinləşməsi olmalıdır.
7. Dövlətin iqtisadi fəaliyyətidəki rolunun müəyyənləşdirilməsi. Bazar münasibətləri şəraitində idarəetmə orqanları, iqtisadi fəaliyyəti təşkil olunmadıqda, ümumi ictimai xidmçtlərin tə’minatçısına çevrilməlidir. Çevik və azsaylı dövlət idarəetmə orqanlarından ibarət olan bu sistemin əsaə vəzifəsi iqtisadi siyasətin formalaşdırılması, onun həyata keçirilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması, nəzarətedici və stimullaşdırıcı mexanizmi qurulmasıdır.
8. Son dövrdə investisiya prosesinin fəallaşması gələcəkdə bu prosesin sür’ətləndirilməsi üçün möhkəm əsassyaradır. Lakin, hal-hazırda investisiya paylarının əsas hissəsi neft və neft məhsullarına düşür. Bu isə ölkə iqtisadiyyatının bir istiqamətli inkişafına gətirib çıxarır ki, bunun nəticəsində iqtisadi artımıa yiyələnmək olmur. Buna görə də iqtisadiyyatın digər sahələrinə investisiya cəlb etmək üçün müxtəlif tədbirlər işlənibhazırlanmalı, genişləndirilməlidir. Bu istiqamətdə aparılan bir sıra tədbirlər öz bəhrəsini artıq vermişdir. Qaradağ sement zavodunun “Caspian Fish” özəlləşdirilməsi bu istiqamətdə aparılan tədbirlərdəndir.

Nəticə və təkliflər.

Gördüyümüz kimi, iqtisli tsikllər iqtisadiyyatın inkişaf xarakterinin əsas göstəricisi kimi səciyyələnir. Belə ki, iqtisadi tsiklin hər bir fazası iqtisdiyyatın müəyyən dövrlər üçün inkişaf dinamikasını əks etdirir. Bu da əsasən, ÜMM və ÜDM-un həğmində, inflyasiya və məşğulluğun səviyyəəində özünü biruzə verir. Bu hadisələrin hər birinin araşdırılıb öyrənilməsi və onlara qarşı müsbət tədbirlərin görülməsi əsas problemlərdən biri kimi çıxış edir və bu da iqtisadi tsikl anlayışının əsasını təşkil edir.


Öz müstəqilliyini qazanlıqdan sonra respublikamızı bürümüş böhran öz xarakterinə görə nə struktur, nə də digər klassik böhranlara heç də bənzəməyərək, xüsusi iqtisadi böhranlar-keçid böhranlar adlanır. Bu böhranın yaranmasına səbəb isə, bir ictimai quruluşdan digərinə keçid, yəni planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid mühüm rol oynamışdır. İqtisadiyyatımızın indiki vəziyyəti daha çox köhnə iqtisadi sistemin zorla dağılması, başqa sözlə, sistemin böhranı kimi xarakterizə oluni bilər. Bu böhranın nisbətən yumşaq ötməsi üçün keçid dövrün başlanğıcından etibarən düzgün pul-kredit, vergi, büdcə, qiymət siyasətlərinin yeridilməsi məqsədəuyğün şərt ola bilərdi. Bu dövrlər üçün əsasən Keynsçi tədbirlərə etibar etmək yerinə düşərdi. Belə ki, Keynsin böhranlar zamanı baş vermiş inflyasiyanın və digər xroniki halların qarşısının alınması üçün dövlət tərəfindən tələbi artırmaq üzrə tədbirlərin hazırlanması fikri müəyyən müddət üçün iqtisadiyyatda sabitlik yaratmaq iqtidarına malikdir. Dövlət tələbi artırmaq üçün xərcləri artırır, bu isə istehsal həcmini, eləcə də təklifin artmasına səbəb olur. Lakin bu müəyyən müddət üçün əlverişli olduğundan bunu uzun müddət tətbiq etmədən yeni səmərəli üsulların işlənib hazırlanması yaxşı olardı.
Həmçinin, iqtisadiyyatın stimullaşdırılması üçün əhəmiyyətli rola malik olan özəlləşdirmə və dövlətsizləşdirmə planının mövcüd olmasına baxmayaraq, bu proses nisbətən zəif səviyyədə gedir. Özəlləşdirmənin səviyyəsinii və sürətinin artması üçün və özəl sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən müəyyən güzəşt və tədbirlərin həyata keçirilməsi əhəmiyyətli olardı.

Ədəbiyyat.
1) T. A. Aqapova, S. F. Sereqina «Makrogkonomika» Moskva, 2000

2) Saks Dcefri D., Larren Filips B. «Makrogkonomika» Moskva, 1999

3) N.Q. Menkğö «Makrogkonomika» Moskva, 1994

4) A. S. Bulatov «Gkonomika» Moskva, 1999

5) Çepurina M. N. , Kiselevoy E. A. «Kurs gkonomiçeskiy teorii» Kirov, 1995

6) P.Samuelson «Gkonomiks» Moskva-1999

7) K. Makkonel, S. Brö «Gkonomiks» Moskva, 1999

8) D. M. Keyns «Obşaə teoriə zanətosti, proüenta i deneq» Moskva- 1999

9) M. K Bunkina, V. A. Semenov. «Makrogkonomika» Moskva,1997

10) «İqtisadi nəzəriyyə» dərslik. Bakı-1999

11) Pod obhey redaküiey V.İ.Vidəpina Q.P. Curavleva «Obhaə gkonomiçeskaə teoriə» (Politgkonomiə). Moskva-1999.

12) « Azərbaycanın statik göstəriciləri » Rəsmi nəşr, 2000

13) İ. H. Alıyev və S. A. İbadovun redaktəsilə « Azərbaycan iqtisadiyyatı» Bakı, 1998

14) Əhmədov Z. «Azərbaycan İqtisadiyyatının böhrandan çıxarılmasında xarici investisiyaların rolu» Azərbaycan qəzeti 1997-ci il 17 may.



15) R.Həsənov. «Azərbaycan iqtisadiyyatının 1999-2003-cü illərdə inkişaf strategiyası». İqtisadiyyat-xəbərlər (AEA). Bakı-1999.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə