Kafedra: " Bank işi". Fakültə: Maliyyə. Kurs iŞİ. Mövzu; " Bank sistemi "




Yüklə 175.9 Kb.
səhifə1/2
tarix26.04.2016
ölçüsü175.9 Kb.
  1   2



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Kafedra: “ Bank işi”.
Fakültə: Maliyyə.

KURS İŞİ.
Mövzu; “ Bank sistemi “
Kurs; II
Qrup; 602
Tələbə;
Elmi rəhbər; Əsgərova Tahirə

Bakı-2009

Plan:
Giriş



  1. Bank sisteminin yaranması və əhəmiyyət

  2. Mərkəzi Bankın funksiyaları və əhəmiyyəti

  3. Kommersiya bankları və qeyri – kredit təşkilatları

Nəticə

Ədəbiyyat siyahısı



Giriş
Cəmiyyətin inkişafının müasir mərhələsində bankların rolu çox böyükdür. Ümumiyyətlə, bank sistemi dedikdə, ayrı-ayrı bank və bank institutlarının məcmusu başa düşülür. Bank isə pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyasısiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurumlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Həqiqətən, banklar hər şeydən öncə kredit alış-verişinin əsası olan girovu saxlayan qurumlardır. Toplum içində pulu olub, borc verməyə hazır kimsələr və kredit axtaranların sayı sonsuzdur. Ancaq bunların arasında bir kredit alış-verişinin meydana gəlməsi üçün borc alana etibar əsas şərtdir. Bank kredit almaq istəyində olanın kreditlərini olçmək və verdiyi krediti zəmanət altına almaq üçün gərəkli texniki alətlərə malikdir. Banklar kiçik, orta, böyük borc verə bilən fondları toplayaraq, böyük fondların yığımına xidmət edərlər. Bununla müasir böyük şirkətlərin və dövlətin kredit tələblərini ödəmək imkanlarına sahibdirlər. əgər banklar olmasa idi, müasir iri şirkətlərin və dövlətin böyük həcmdəki kredit tələblərini ödəyə bilmək üçün yüzlərlə əmanət sahibinə müraciət edilməsi lazım gələrdi. Banklar bir qayda olaraq iqtisadiyyatda pulla bağlı əməliyyatları yerinə yetirirlər. Onlar fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəlb edir, kreditlər verir, müxtəlif məqsədlə nəğd və nəğdsiz hesablaşmalar aparırlar. Iqtisadi anlamda bank anlayışı, iqtisadiyyata ( banknot və qeydiyyatlı pul kimi ) ödəmə vasitələri saxlayan, nağd sərmayə və sərmayə təmsil edən xalqlarla ( daşınan dəyərlərlə bağlı ticarət əlaqələrini ) davamlı olaraq aparan qurumlardır. Buna görə də ölkə iqtiasdiyyatında əmtəə-pul münasibətlərinin, istehsal və ticarətin inkişaf səviyyəsi, pul döriyyəsinin vəziyyəti bank sisteminin fəaliyyətinə əsaslı surətdə təsir edir, onun mənasını müəyyənləşdirir. Bank sistemi bazar iqtisadiyyatının ən vacib və ayrılmaz tərkib hissəsidir. Bununla əlaqədar pul dövriyyəsində və onun hərəkətində hər hansı zəiflik və dayanma cəmiyyətin böhran vəziyyətinə düşməsinə gətirib çıxara bilər. Buna görə də bu sistem elə qurulmalıdır ki, iqtisadiyyatın bütün sahələrində maliyyə və natural məhsul axınını təmin etsin, onların tarazlığına şərait yaratsın.


  1. Bank sisteminin yaranması və əhəmiyyəti.

Qədim zamanlardan bank haqqında fikirlər insanları cox düşündürmüşdür, buna görə də tarixin müxtəlif inkişaf mərhələlərində bankın mahiyyəti haqda müxtəlif nəzəriyyələr, fikirlər mövcud olmuşdur. Lakin bununla yanaşı bankların nə zaman yarandığı, onların hansı əməliyyatlar yerinə yetirdiyi, onların təkamülündə hərəkətverici qüvvənin məhz nəyin olduğu haqda dolğun məlumat yoxdur. Müasir iqtisadi tarix qədim pul dövranı haqda yetərincə təsdiqi materiallar toplasa da, bu pul dövranında sadə kredit qurumlarının, yəni bankların rolunun nədən ibarət olmasına cavab tapa bilməmişdir. Hətta iqtisadi ədəbiyyatlarda da bankaların yaranma mərhələsi belə tam müəyyən olunmamışdır. Bu heç də o demək deyildir ki, bankların yaranması haqda heç bir məlumat yoxdur, var, sadəcə olaraq o qədər dolğun və geniş deyil. Iqtisadi elmində bankların yaranması və inkişafına dair bir çox alimlərin tədqiqatlarına rast gəlmək olar. Bu tədqiqatlarda hələ əqədim dövrlərdən, bizim eradan əvvəldən başlamış son dövrlərə kimi pulun, kreditin, emissiyanın, bankaların, bank sistemlərinin meydana gəlməsi şəraiti, onları doğuran tarixi, ictimai, iqtisadi zərurət, həmçinin onların inkişaf mərhələləri və bu kimi digər məsələlər öz əksini tapmışdır. Bu nəzəriyyələrə, alimlərin tədqiqatlarına, müxtəlif məlumatlara nəzər saldıqda bu qədər müxtəlif fikirlərin mövcudluğunun səbəbini bankın təsərrüfat fəaliyyəti ilə sıx bağlı olmasında görmək olar. Tədqiqatlar göstərir ki, bankların meydana gəlməsi və sistem kimi formalaşması çox uzun bir tarixi dövrü əhatə edir. Hələ qədim zamanlardan xalq dilində bank pul saxlanan bir anbar kimi təsəvvür edilirdi. Lakin bu cür yanaşma bankın tam mənasını, həmçinin təsərüfatçılıqda onun tam fəaliyyətini izah etməkdə çətinlik yaradır. Bir sıra alimlərin fikrincə ilk banklar XIV və XV əsrlərdə kapitalizmin manufaktura mərhələsində, ilk növbədə ayrı-ayrı italyan şəhərlərində ( Venesiya , Genuya ) yaranmışdır. Onların fikrincə bank, əmtəə təsərrüfatçılığının xüsusi institutu kimi deyil, məhz pul tədavülünü tənzimləyən və daha geniş həcmli kredit əməliyyatlarını yerinə yetirən təşkilatdır. Bank kreditin elə bir inkişaf mərhələsində yaranmışdır ki, onun köməyi olmadan kapitalist müəssisələrinin geniş fəaliyyətindən söhbət gedə bilməzdi. Məhz bu səbəbdən də bank kapitalist təsərrüfatçılığının yaranması ilə xarakterizə olunur.

Digər mütəxəsislər isə elə hesab edirlər ki, banklar daha erkən mərhələdə - feodalizm mərhələsində yaranmışdır. Onların fikrincə, hələ antik və feodal təsərrüfatı dövründə bankın ödəmələrdəki vasitəçilik funksiyasısiyasına ehtiyac var idi. Beləliklə, demək olar ki, bankların yaranması haqqınında mütəxəsislərin fikir ayrılığı bir deyil, təxminən iki minlik arasında oynayır. Deməli ilk banklar haqqında sualın istiqaməti, hər hansı bir dəqiq dövrün müəyyən olunmasından çox, hansı qurumun bütün kredit və pul münasibətlərini həyata keçirməsi və hansı formada və ardıcıllıqla yerinə yetirilməsinin müəyyən olunmasına yönəlir.

Bildiyimiz kimi bank sözü italyan sözü olan “ banko “ sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar orta əsrlərdə malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Məlumdur ki, həmin dövrdə vahid pul sistemi olmadığından alqi-satqı zamanı müxtəlif növ pullardan istifadə olunurdu. Və bu qarışıqlıqdan baş çıxarmaq üçün xüsusi peşəkarlara ehtiyac duyulurdu. Həmin şəxslərin öz vəzifələrini yerinə yetirmək üçün ticarət yerlərində xüsusi masaları olurdu. Əgər nəzərə aldsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu, o zaman ticarət əməliyyatlarında bankirlərin iştirakının vacibliyini və onların masa-banklarının daha geniş yayılmasının səbəbini başa düşmək o qədər də çətin olmaz.

Qədim Yunanıstanda isə belə ticarət məsləhətçilərinə trapezidlər deyilirdi. Onlar da İtaliyada olduğu kumi müxtəlif pul mübadiləsi əməliyyatlarını xüsusi masalarda həyata keçirirdilər. Yunan dilində trapeza “ masa “ deməkdir. Qədim Şərqdə isə pul mübadiləsinin yerinə yetirildiyi yer “ ticarət evləri “ adlanırdı. Ticarət evlərində müxtəlif pul əməliyyatları ilə yanaşı, həmçinin, pul sikkələrin kəsilməsi ilə də məşğul olunurdu. Belə çıxır ki, ilk banklar ticarət meydanlarında müxtəlif pulların mübadiləsi üçün nəzərdə tutulmuş mübadilə masaları əsasında yaranmıışlar.

Tarixçilərin fikrincə bank əməliyyatları həm ayrı-ayrı şəxslər tərəfindən, həm də müxtəlif kilsələr tərəfdən həyata keçirilirdi. Məbədlər müxtəlif qiymətli əşyaların saxlanılması üçün ideal yer hesab olunurdu. Hətta oğrular da məbədlərdən nəsə oğurlamağa curət etmirdilər. Dinə etimad kredit qoyuluşlarının toxunulmazlığı bir sıra yunan kilsələrini çox məşhur edərək, onları özünəməxsus bank təşkilatlarına çevirmiş oldu.

Çox keçmədi ki, ilk bankirlər başa düşdülər ki, hərəkətsiz qalan iri həcmli pul vəsaitlərinin yığımı səmərəli deyil. Belə ki, onları müvəqqəti olaraq istifadə etmək və ya başqasına borc şəklində verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. Bu zaman girov kimi müxtəlif qiymətli əşyalardan,əsasən, gəmilər, evlər, hətta insanlardan da istifadə edilirdi. Amma bütün bunlarla yanaşı normal bank sisteminin yaranması XVIII əsrə təsadüf edir. Dövlətdən banknot buraxmaq hüququnu alan ilk səhmdar bank ( Bank of English ) 1964-ci ildə İngiltərədə təsis edilmişdir.

Iqtisadiyyatın inkişafı və hesablaşmaların artması, həmçinin mürəkkəbləşməsi ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmış və təKommersiya bankinləşdirmişlər. Sənayenin inkişafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafına gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, universal fəaliyyətə gətirib çıxardı, bu da bankların daha çoxşaxəli əməliyyatlar aparmasına, ixtisaslaşmasına və nəhayət iqtisadiyyatı tənzimləyən və həmçinin ondan asılı olan bir quruma çevrilməsinə təkan verdi. Beləliklə , köləliyin inkişaf etməsi və ayrı-ayrı dövlətlər, məbədlər, ticarət evləri çərçivəsində pulların saxlanması, kassa, uçot, hesablaşma,mübadilə, kredit, depozit əməliyyatlarının kölələrə həvalə edilməsi tədiyyə əməliyyatlarında vasitəçiliyin təKommersiya bankinləşməsini təmin etmiş, pul yığımının artmasına və təmərküzləşməsinə stimul yaratmış, bankların yaranmasının təməlinə çevrilmişdir.

Əsrimizin 80-ci illərində amerika qanunvericiliyinə görə tələb olunanadək depozitlər qəbul edən və kommersiya, istehsalat müəssisələrinə kredit verən istənilən təsisat bank adlanırdı. Qeyri- bank bankları qanundan yan keçərək ya depozit, ya da kredit əməliyyatlarının aparılmasını bank anlayışından kənar saydılar . böyük mübarizələrdən sonra onlar bank sferasına daxil olmalarını məhdudlaşdırmaq istəyən FES-i məhkəmədə udaraq yeni bank xidmətlərini göstərməyə müvəffəq oldular . Beləliklə, ABŞ qanunvericiliyinə əsasən müəssisə göstərdiyi xidmətlərə görə deyil, depozitlərini hansı dövlət təşkilatı sığortalanmasından asılı olraq bank adlanır. Amma geniş kütlə bankı müştərilərə göstərdiyi xidmətlər prizmasından araşdırır. Bank ən əsas kredit əmanət və ödənişlərə aid geniş xidmətlər spektrini təklif edən və iqtisadiyyatda istənilən müəssisəyə müxtəlif maliyyə xidmətlərini göstərən maliyyə institudur.

1996-ci il 14 iyun tarixli növbəti qanunda “ bank – fiziki və hüquqi şəxsələrin pul vəsaitlərini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərtilə öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxlərin hesabını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır “.

Bütün bu fikirləri ümumləşdirsək deyə bilərik ki, bank –finans xidmətlərini göstərən cəmiyyətin pul resurslarını profesionallıqla idarə edən və cəmiyyətdə bir sıra funksiyasısiya daşıyan təşkilatdır. Çoxları bank fəaliyyətinin yalnız əmanət cəlb etmək və kredit verilməsi ilə məhdudlaşdığını fikirləşir. Lakin bu heç də belə deyil. Bugün inteqrasiya əlaqələrinin genişləndiyi,azad iqtisadiyyat prinsiplərinin həyata keçdiyi bir şəraitdə rəqabət qabiliyyətin saxlamaq və ictimai tələbatı ödəmək üçün banklar yeni rolları mənimsəməlidirlər.

Bazar iqtisadiyyatında iqtisadiyyatın idarə olunması mexanizmində bank sisteminin rolunun dəyişdirilməsinə ehtiyac var idi.Bu proseslər XX əsrin 80-90 illərindən həyata keçirilməyə başlanmışdır.Bu zaman bank sisteminin təşkilati strukturunun dəyişdirilməsi, bankların rolunun, onların iqtisadiyyatın inkişafında təsir gücünün artırılması,kreditin təsir edici ünsürə çevrilməsi başlıca məqsədlərdən idi.Bu zaman aşağıdakı 3 mexanizm irəli sürüldü :

1 İkipilləli bank sisteminin yaradılması (Mərkəzi emissiya bankı və iqtisadiyyata xidmət edən ixtisaslaşdırılmış dövlət bankları)

2 İxtisaslaşdırılmış bankların bütövlükdə təsərrüfat hesabına və özünümaliyyələşdirmə mexanizminə keçməsi

3 Təsərrüfatın ayrı –ayrı sahələri üzrə müəssisələrin kredit münasibətlərinin müxtəlif forma və metodlarının təkminlləşdirilməsi

Azərbaycan Respublikasında bank sisteminin formalaşması çox da uzaq dövrə təsadüf etmir, onun tarixi böyük deyil.

Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanda da bütün SSRİ-də olduğu kimi mərkəzləşdirilmiş və birpilləli sovet bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSRİ Dövlət Bankı və bank fəaliyyəti haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank sisteminə keçid reallaşdı. Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi tətbiq olunur.

Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və Respublikanın kredit təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Mərkəzi Bank respublikanın mərkəzi bankı statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir.

Kredit sistemində əsas mövqe mərkəzi bankındır.Onun əvvəllər yerinə yetirdiyi müəssisə və təşkilatların kreditləşdirilməsi və onlar arasındakı hesablaşmaların aparılması funksiyası müvafiq ixtisaslaşdırılmış banklara verildi.Burada əsas məqsəd emissiya fəaliyyətini yerinə yetirən bankı iqtisadiyyatın kreditləşdirilməsi fəaliyyətini yerinə yetirən banklardan ayırmaq idi.

Kredit sahəsində iqtisadi münasibətlər sisteminin kompleks şəkildə yenidən qurulması əsas məsələlərdən biri idi.Bu proses 1988-ci ildən ilk Kommersiya banklarının yaradıldığı dövrdən həyata keçirilməyə başlanmışdır ki, bu da öz növbəsində müasir kredit sistemində bazar münasibətlərinin formalaşması və strukturunun təməli hesab olunur.Ümumiyyətlə kredit sisteminin əsas hissəsi olan bank sistemində əhəmiyyətli dəyişiklik ikipilləli bank sisteminin yaradılması ilə nəticələndi.Onun birinci pilləsində Mərkəzi bank, ikinci pilləsində isə Kommersiya bankları və ayrı-ayrı bank əməliyyatlarını həyata keçirən digər maliyyə-kredit qurumları dururdu.Beləliklə bank sistemi özündə Dövlət bankını ,Kommersiya banklarını ,xarici bankların filialları və nümayəndəlikləri ,bank olmayan kredit təşkilatlarını ,kredit təşkilatları assosiasiyaları və ittifaqları ,bank qrupları və holdinqləri cəmləşdirir.

Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi banklar təşkil edir.Mərkəzi bank yuxarıda qeyd etdiyimiz kimi ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur.Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır.Kredit sisteminə daxil olan 2-ci qurum Kommersiya banklarıdır .Kommersiya bankları –bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol Kommersiya banklarına məxsusdur.Belə ki ,məhz Kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir.Bu gün Kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır.

Bankların fəaliyyəti o qədər çoxşaxəlidir ki, onun mahiyyətinin açılması və iqtisadi baxımdan tam izah edilməsi heç də asan məsələ deyildir. Banklar həm iqtisadi idarəetmə orqanı kimi, həm vasitəçi təşkilat kimi, həm də kredit təşkilatı kimi xarakterizə edilir. Tarixi inkişaf bankların tədricən kredit mərkəzlərinə çevrilməsinə şərait yaratdı. Lakin bu heç də bankın kreditlə qarışması, birləşməsi deyil. Çünki bank və kredit anlayışları eyni anlayış deyillər.

Kredit – borc kapitalının hərəkət formasıdır. Bu, kreditorla borcalan arasındakı borc dəyərinin qayıtması hərəkəti üzrə münasibətdir. Kredit münasibətlərində bir qayda olaraq tərəflərdən biri kreditor, digəri borcalan olur.

Kreditdən fərqli olaraq bank bu münasibətlərin bir tərəfidir. Bankı və krediti müqayisə edərkən həm də onların tarixi köklərinə də nəzər salınmalıdır. Bank pul yarandıqdan sonar meydana gəlmişdirsə, kredit isə pul yaranana qədər fəaliyyət göstərirdi. Bank kreditin inkişafının nəticəsidir. Kredit bankın yaranmasının təməlini təşkil edir.

Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərinə görə digər sistemlərdən fərqlənir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bank sistemi onun elementlərinin təsadüfi məcmusundan ibarət deyidir. Bu sistemin özünəməxsusluğu onun tərkibinə daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyyənləşdirilir. Bank sistemi bir məqsədə xidmət edən müxtəlif hissələrin, elementlərin vəhdəti kimi təsəvvür etmək lazımdır. əgər hər hansı səbəbdən banklardan biri bağlanarsa və ya ləğv edilərsə, sistem öz fəaliyyətini dayandırmır. Onun funksiyasısiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi yaranır. Beləliklə, sistemin bütövlüyü pozulmur.

Bank sistemi özünü təşkil edən və özünütənzimləyən bir sistemdir. Belə ki ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. əgər ölkədə qeyri-sabitlik yaranarsa, iqtisadi böhran baş verərsə, banklar istehsala uzunmüddətli investisiyaları məhdudlaşdırır, kreditləşmənin müddəti qısalır, bəzən də tam dayandırılır. Iqtisadi stabillik yaranan kimi banklar yenidən öz ənənəvi fəaliyyətlərini bərpa edirlər. Hadisələrin belə dəyişməsi anında düzgün qərar qəbul edən banklar öz fəaliyyətlərini davam etdirir, düzgün qərar qəbul edə bilməyənlər isə güclü maliyyə itkilərinə məruz qalaraq iflasa uğrayırlar.

Şərh olunanlar əsasında belə bir nəticəyə gəlmək olar ki, bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri var:


  • Bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur

  • Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir

  • Bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi iqtidarındadır

  • Bank sistemi dinamik sistemdir

  • Bank sistemi qapalı sistemdir

  • Bank sistemi idarəedilən sistemdir

  • Bank sistemi xarici şəraitə uyğun fəaliyyət göstərir.

Banklar pul vəsaitlərinin toplanılması, kreditin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyasısiyalarını yerinə yetirən xüsusi iqtisadi institiutlardır. Kredit idarələri sistemində əsas yer müəssisə və təşkilatların kreditləşməsi qaydalarını müəyyən edən banklara məxsusdur. Artıq məlumdur ki, iqtisadiyyatın maliyyə vəsaitlərinin çatışmazlığını hiss edən bütün subyektlərə kreditləşməni məhz banklar verir. Banklar kredit əməliyyatları həyata keçirmək üçün təkcə özünəməxsus kapitaldan deyil, eyni zamanda, cəlb edilmiş vəsaitlərdən də istifadə edir.

Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, koopertiv, bələdiyyə və qarışıq, fəaliyyət çərçivəsinə görə iri, orta, kiçik, xidmət göstərdikləri ərazilərə görə yerli, regional, Mərkəzi,beynəlxalq, xidmət göstərdikləri sahələrə görə universal və ixtisaslaşdırılmış banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir.

Bank sisteminə daxil olan digər qurumları nəzərdən keçirək:

Xarici bankın filialı - Azərbaycan Respublikasında Mərkəzi Bankın lisenziyası ilə ona icazə verilmiş bank əməliyyatlarını həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.

Kredit təşkilatı – Mərkəzi Bankın lisenziyası əsasında Qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını həyata keçirən qurumdur

Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan və fəaliyyəti Mərkəzi Banklar tərəfindən tənzimlənən şirkətdir.


Bankın filialı – bankın baş ofisinin yerləşdiyi yerdən kənarda yerləşən, öhdəlikləri üçün əsas bankın özü qədər məsuliyyət daşıdığı və banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
Bank olmayan kredit təşkilatı- öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Indi isə bank sisteminə aid olan bəzi terminlər ilə tanış olaq.


Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

Depozit –banka saxlamaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və müddəti çatdıqda qaytarılmalı olunan pul vəsaitləridir. Qaytarılmaya depozitin məbləği və qabaqcadan depozit müqaviləsinə əsasən müəyyən olunmuş faiz dərəcəsi aiddir.
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.
Prudensial- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir

Bankın uğurlu fəaliyyətinin təmin olunmasında aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi və həmçinin onların bəzilərinin gələcəkdə icrası üçün möhkəm zəmin yaradılması mühüm rol oynamışdır:

- müştərilərə və müxbir banklara bank xidmətlərinin yüksək səviyyədə və operativ şəkildə göstərilməsini təmin etmək və bu əsasda onların Beynəlxalq Banka olan inamını daha da möhkəmləndirmək. Bütün keyfiyyət və kəmiyyət göstəriciləri üzrə ölkə bankları arasında liderlik mövqeyini saxlamaq;

- kredit əməliyyatlarının həcmini genişləndirmək. Kredit portfelinin keyfiyyətinin artırılması və diversifikasiyasını təmin etmək. Kredit risklərinin minimuma endirilməsinə zəmin yaradan standartların tətbiqi və onlara əməl olunması;

- beynəlxalq maliyyə institutları və dünyanın tanınmış kredit təşkilatları ilə əlaqələri möhkəmlətmək və onların maliyyə resurslarını yeni yaranmış çoxsaylı özəl müəssisələrin fəaliyyətinin təşkili və inkişafı ilə bağlı layihələrə yönəltmək;

- yeni və səmərəli layihələrdə iştirak vasitəsilə, investisiya fəaliyyətini gücləndirmək, II Özəlləşdirmə Proqramı çərçivəsində ABB-nin özəlləşdirmə proseslərində iştirakının istiqamətlərini müəyyənləşdirmək;

- ABB-ni beynəlxalq prktikada qəbul olunmuş bütün bank xidmətlərinin yüksək keyfiyyətlə və geniş spektrdə göstərmək imkanına malik olan universal banka çevirmək;

- müştərilərə yeni bank xidmətlərinin, o cümlədən internet-bankinq üzrə xidmətlərin göstərilməsi;

- kredit kartları ilə əməliyyatların həcminin genişləndirilməsi.

- bank fəaliyyətinin nəticələrinə aid olan gəlirlərə görə vergi ödənilməsi;

Banklar-iqtisadiyyatın xüsusi sektoru olmaqla aşağıdakıları həyata keçirir:

- lisenziyalaşdırma;

- valyuta nəzarəti;

- təşkilatlararası hesabların təmin olunması;

- təşkilatlar və fiziki şəxslərin vəsaitlərinin cəlb olunması və hərəkəti;

Bunlar - maliyə-təsərrüfat münasibətlərinin əvəzedilməz subyektləridir.

Belə ki:

- Büdcənin xəzinə yerinə yetirilməsini həyata keçirirlər;

- Kapitalın konsentrasiya mərkəzi olduğu üçün kapital bazarında demək olar ki, yeganə real investor və əksər vaxtlarda «diktatorlardır».

- Başqa vergi ödəyiciləri ilə müqayisədə yüksək öhdəlikləri hesabına vergi agentlərinin funksiyasısiyalarını həyata keçirirlər (gəlir vergisinin, nəqd xarici valyuta alarkən verginin və başqa vergilərin, yığım və ödənişlərin tutulması və büdcəyə keçirilməsi).

Bank sisteminin inkişafına bir sıra makroiqtisadi və siyasi amilllər təsir edir. Bu amillərə aşağıdakıları aid etmək olar:


  • əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsi

  • ictimai-iqtisadi amillər

  • qanunvericilik bazası

  • iqtisadiyyatda bankların rolu və fəaliyyəti haqda ümmumi təsəvvürlər

  • siyasi amillər

  • ölkənin iqtisadi vəziyyətindəki dəyişikliklər, həmçinin iqtisadiyyatın inkişaf səviyyəsi

  • ölkədə mövcud bankların rəqabət səviyyəsi

  • mövcud vergi siyasəti




  1. Mərkəzi Bankın funksiyasısiyaları və əməliyyatları

Mərkəzi banklar kredit sisteminin mərkəzi olub, yalnız pul-kredit sisteminin tənzimlənməsi ilə məşğul olur. O, banklar arasında əsas yer tutur, « banklar bankı » adlanır. Mərkəzi bank banklar üçün koordinasiya rolu oynayır və onların işini yalnız iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi bank ölkənipn bank sistemi üzərində nəzarəti həyata keçirir. O, yalnız banklara və hökümətə xidmət edir. Buna görə də, mərkəzi bank dövlətin bankiri adlanır. Onlar dövlət büdcəsinin emissiya-kassa fəaliyyətinin həyata keçiirlməsində əsas rol oynayırlar. Mərkəzi bankların yeritdikləri pul-kredit siyasəti nəticəsində bir neçə gün ərzində qiymətləri həm sabit saxlamaq, həm də milli valyuta kurslarını əhəmiyyətli dərəcədə dəyişmək olar. Mərkəzi banklar istehsalı dayandırmaq, sürətlə artırmaq, həmçinin işsizliyi artırmaq və ya aradan qaldırmaq imkanına malikdir. Buna görə də, mərkəzi banklar hər bir ölkədə başlıca diqqət mərkəzindədir.

Sərmayə quruluşuna görə mərkəzi bankları 3 başlıq altında toplaya bilərik:


  • Sərmayenin hamısı dövlətə aid olan mərkəzi banklar

  • Sərmayeləri Kommersiya bankları tərəfindən qurulan mərkəzi banklar

  • Sərmayelərinin bir hissəsi dövlətə, bir hissəsi də özəl sektora aid olan mərkəzi banklar

Bütün ölkərin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar təşkil edir. Ayrı-ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Mərkəzi Bank, Xalq Bankı, Dövlət Bankı, Ehtiyat Bankı, Emissiya Bankı, Federal Ehtiyat Sistemi. Bəzi ölkələrdə isə sadəcə ölkələrin adı ilə bağlı olaraq , məsələn, İtalya Bankı, Yaponiya Bankı və.s. adlandırılır.

Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır. Ümumilikdə, onlardan ən birincisi təqribən üç əsr əvvəl İsveçrədə 1668-ci ildə yaranmışdır. Azərbaycan Mərkəzi Bankı 1992-ci ildə yaranmışdır. Yarandığı ildən 2009-cu ilə qədər mərkəzi bank Azərbaycan Mərkəzi Bankı adlanırdı. 2009-cu il 18 martda kecirilən referendumda azərbaycan xalqı Mərkəzi Bankın adının Mərkəzi Bankla əvəz olunmasını səs çoxluğu ilə qəbul etdi. Çünki dünya iqtisadiyyatında bir çox sınaqlardan keçmiş əksər İEÖ-də adlandırma məhz bu cürdür. Belə əvəzlənmə qloballaşan dünyamızda atılan düzgün addımlardan biridir.

Mərkəzi bankların hansı ölkədə fəaliyyət göstərməsindən aslı olmayaraq onlar üçün xarakterik və ümumi olan funksiyasısiya və vəzifələr mövcuddur. Eyni zamanda hər bir ölkənin bank sisteminin funksiyasısiya və vəzifələri vardır. Bu funksiyasısiya və vəzifələr öz əksini həmin ölkənin bank qanunvericiliyində tapır.

Əvvəlcə mərkəzi bankların ümumi xarakter daşıyan vəzifə və funksiyasısiyalarını nəzərdən keçirək:



  • ölkənin emissiya mərkəzidir, buna görə də banknotlar buraxmaq üçün inhisarçı hüququ vardır;

  • o ölkənin digər bankları ilə əməliyyat aparır, onlara kredit verir və onların fəaliyyətinə nəzarət edir;

  • kredit sistemində peşəkarlığın və standartlaşmanın səviyyəsini qoruyub saxlayır

  • hökümətin bankiridir, ehtiyac yarandıqda dövlətə kredit verir.

  • dövlətin qızıl-valyuta ehtiyatlarını saxlayır.

  • ölkənin baş hesablaşma mərkəzidir, ölkənin digər bankları arasında nağdsız hesablaşmaları yerinə yetirilməsində vasitəçi rolunu oynayır;

  • pul – kredit metodları vasitəsiylə iqtisadiyyatı tənzimləyən orqandır; və s.

Mərkəzi banklar yuxarıdakı vəzifələri icara edərkən aşağıdakı 3 funksiyasısiyanı yerinə yetirir:

  1. nəzarət

  2. tənzimlənmə

  3. məlumat – tədqiqat

Ölkə iqtisaidyyatının əsasını təşkil edən kommersiya və digər kredit təşkilatlarının işinə nəzarəti Mərkəzi Bank yerinə yetirir. Nəzarətin özü qanunvericilikdə nəzərdə tutulmuş çərçivədə aparılır və kənarlaşmalara yol verilmir. Banklara nəzarət edərkən onların tənzimlənməsi prosesi də həyata keçirilir. Bank sistemini tənzimləyərkən tənzimləmə aləti olaraq disknot və girov siyasəti, deposit siyasəti, valyuta siyasəti və s. kimi alətlərdən istifadə edilir. Həm nəzarət, həm də tənzimlənmə funksiyasısiyalarını yerinə yetirərkən bank sistemi haqqında məlumatların düzgünlüyü, təcrübəvi məlumatların vaxtında aparılması, düzgün statistik məlumatların toplanılması, bütün bunlar məlumat-tədqiqat funksiyasında cəmlənir

Indi isə bəzi İEÖ-in mərkezi bank sistemləri haqda qısa məlumat verək.



Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir.Məsələn, ABŞ da Federal Ehtiyat Bankları, B.Britaniyada İngiltərə bankı, Almanyada Almaniya Federal Bankı,Azərbaycanda isə Milli Bank.İEÖ-in çoxunda mərkəzi bankların əsas məqsədləri və fəaliyyət dairəsi öz əkzini ya konstitusiyalarda, ya da Mərkəzi Bank və bank fəaliyyəti haqda qanunda tapmışdır. Avopa ölkələrində Fransa və İtaliyanın Mərkəzi bankkları digərlərinə nisbətən pul-kredit siyasətini həyata keçirilməsində dövlət orqanlarından az bir səviyyədə asılıdırlar. Bu ölkələrdə Mərkəzi Bankın işinə müdaxilə hüququnun istiqamətləri qanunvericiliklə hökümətə həvalə edilib. Mərkəzi Bank məsləhətçi rolunda çıxış edir və fəaliyyətində hökümətin qərarlarını rəhbər tutmağa borcludur. Böyük Britaniyanın, Hollandiyanın, İsveçin və Yaponiyanın qanunvericiliyində dövlət orqanlarının Mərkəzi Bankın işinə müdaxilə, onu təlimatlandırmaq, onun qərarını ləğv etmək imkanları tam müəyyənləşdirilmişdir. Böyük Britaniyanın bank sisteminin özünəməxsus xüsusiyyətləri var. Bu ölkənin Mərkəzi Bankı ( İngiltərə Bankı ) bank sistemi ilə əlaqəni ixtisaslaşdırılmış kredit insitutları qrupu olan diskont evləri vasitəsilə həyata keçirir. Diskont evləri İngiltərə Bankı ilə bank sistemi arasında vasitəçi rolunda fəaliyyət göstərir və Mərkəzi Bank onlara birbaşa təsir edə bilmir. Disknot evləri İngiltərə bankının özünəməxsusluğudur və bu ölkədə pul-kredit siyasətinin həyata keçirilməsində əsaslı rol oynayır. Bu ölkədə Mərkəzi Bank mütəmadi olaraq pul-kredit siyasətinin əsas istiqamətlərini izah etmək və ölkədə həyata keçirilən antiinflyasiya, sabitləşdirmə tədbirlərini birgə işlənib hazırlanması üxrə kredit-maliyyə institutlarının nümayəndələri ilə kompleks iş aparmalıdır. Beləliklə İngiltərə bank sisteminin əsas xüsusiyyətlərinə aşağıdakıları əlavə etmək olar:

  • İngiltərə bankı kommersiyya banklarını birbaşa deyil, uçot və diskont evləri şəklində vasitəçilər tərəfindən kreditləşdirir

  • Digər ölkələrin bank sistemlərindən fərqli olaraq Böyük Britaniyada kommersiya və investisiya bankları ayrı-ayrılıqda fəaliyyət göstərir

  • İngiltərədə nizamnamə kapitalına pullar təsisçilər tərəfdən həmişəlik olaraq həmişəlik köçürülür, daha dəqiq desək bu pullar bankın pulları olur

Avstriya və Danimarkada Mərkəzi Banklar müstəqiliyyin daha yüksək səviyyəsindədirlər. Bu ölklərin qanunvericiliyində dövlət orqanlarının Mərkəzi Bankın pul-kredit siyasətinə müdaxiləsinin formal hüququ barədə heç nə əks olunmur. Sadəcə olaraq Mərkəzi Bank öz fəaliyyətini hökümətin siyasəti ilə uyğunlaşdırmalıdır. Almaniya ( Almaniya Federal Bankı) və İsveçrənin Mərkəzi Bankları daha müstəqildir. Bu ölkələrin qanunvericiliyində Məkəzi Bankın pul-kredit siyasətinə dövlətin müdaxiləsinə yol verən bir maddə belə yoxdur. Isveçrə bank sisteminin fərqləndirici cəhəti bank və investisiya kompaniyalarının fəaliyyətinə ciddi nəzarətdən ibarətdir. Burada banklara nəzarət üçpilləli sistemə malikdir və federalbank komissiyası, Mərkəzi bank və İsveçrə bank assosiasiyası tərəfindən həyata keçirilir. Isveçrə bank sistemini daha bir fərqləndirici cəhəti bank sirridir. Əmanətlərin sirri İsveçrədə çox etibarla cinayət kodeksi və mülkü hüququ vəziyyətə uyğun qorunur. Bank informasiyası hakimiyyət orqanı tərəfindən yalnız müştərinin cinayətlə əlaqədar olduğunun sübuta yetirilməsi zamanı açıla bilər. Onu da qeyd etmək lazımdır ki, İsveçrə qanunlarına görə vergilərdən yayınma və digər ölkələrin valyuta tənzimlənməsinin pozulması cinayət hesab olunmur.

ABŞ-da bankların fəaliyyətinə nəzarət edən merkəzi bank Federal Ehtiyat Sistemi adlanır. FES-ə yerləşdiyi ərazilərdə mərkəzi hesab olunan 12 Federal ehtiyat bankları daxildir. Bundan başqa 6000 yaxın Kommersiya bankları FES-in üzvləridir. Qeyd etmək lazimdır ki, bütün depozitlərin 70%-ə qədəri bu bankların payına düşür. FES-ə üzv banklar daha iri xüsusi banklar hesab olunur. Onlar eyni zamanda həm səhmdarlar, həm də FES-in müştəriləri hesab olunurlar və öz səhmdar kapitallarına görə 6% divident əldə edirlər. “ Banklar bankı “ hesab edilən FES ona üzv bankların hərtərəfli xidmətində durur. O, maliyyə baxımından sərbəstdir. FES-in bu sərbəstliyi onunla izah olunur ki, ABŞ-ın prezidenti FES-ə hər hansı bir əmr verə bilməz və ya onun idarəedicilərini dəyişdirə biməz. Öz strukturuna görə FES olduqca qəliz bir orqanizmdir. Burada vacib rol 3 əsas sahənin üzərinə düşür:



  • Vaşinqtondakı FES-in idarəedici şurası

  • Federal ehtiyat bankları

  • Üzv banklar

Bu sistemə üzv olmayan banklar kassalarının doldurulması üçün özlərinin müxbirlərinin, yəni FES-ə üzv bankların xidmətindən istifadə edirlər. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-da bank fəaliyyətinin tənzimlənməsinin vahid dövlət siyasəti yoxdur. Tənzimlənmə baxımından bütün amerikan banklarını 4 qrupa ayırmaq olar:

  1. Mərkəzi banklar

  2. Ştat bankları – FES-ə üzv banklar

  3. Depozitlərin sığortalanmasının federal koorporasiyasına daxil olan FES-ə üzv olmayan banklar

  4. Depozitlərin sığortalanmasının federal koorporasiyasında sığortalanmayan FES-ə üzv olmayan banklar

Buna görə də, mərkəzi banklar hər bir ölkədə başlıca diqqət mərkəzindədir. Onlar hər yerdə dövlətin göstərişi ilə idarə olunur və eyni zamanda nisbətən müstəqildirlər. Onların işində müdaxiləyə yol verilmir. Bütün ölkələrdə onlar eyni vəzifələri icra edir. Bununla bərabər, mərkəzi bankların qurulmasında, idarə edilməsində, sərbəstlik səviyyəsində və s. bəzi spesifik xüsusiyyətlər var.
Dünya miqyasında mərkəzi bankların işinin səmərəsi onların sərbəstliyindən çox asılıdır. Mərkəzi bankların bilavasitə hökümətin təsiri altında olması hökümətin borclarını ödəmək üçün emissiyanı artırmağı, bazarda pul təklifini çoxaltmağa və uyğun olaraq qiymətləri artırmağa, infilyasiyanı yüksəltməyə gətirib çıxarır. Ona görə də mərkəzi banklar və həmçinin kommersiya bankları tədricən nisbətən sərbəstləşdirilir və hökümətin buxovundan azad edilir.
Mərkəzi bankların sərbəstlik dərəcəsi adətən onların iqtisadiyyatlarının idarə olunmasına və tənzimlənməsinə müdaxiləsi ilə müəəyyən olunur. Belə müdaxilə ayrı-ayrı ölkələrdə müxtəlifdir.


Mərkəzi bankların sərbəstlik dərəcəsi.

Ölkələr


Valyuta faizini müəyyən edə bilərmi?

Valyuta bazarına müdaxilə edə bilərmi?

İnfilyasiya dərəcəsini və pul parametrlərini müəəyyən edə bilərmi?

İngiltərə Bankı

Yox


ABŞ Federal Ehtiyat Bankı

Fransa Bankı


Yeni Zellandiya Ehtiyat Bankı

Yox

İtaliya Bankı

İsveç Bankı

Yaponiya Bankı


Azərbaycan Milli Bankı

Yox

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə