İslam dünyasına hakim kəsilən şəraitə agah olanlar yaxşı bilirlər ki, bu gün islam dünyası müxtəlif ümmətlər, qruplar şəklinə düşmüşdür, hər ümmətin də özünəməxsus qayda-qanunları vardır




Yüklə 1.51 Mb.
səhifə3/37
tarix11.03.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   37

SƏNƏDSİZ nəqlLƏR


Malik “Əl-müvəttə” kitabında onu sənədsiz və mürsəl şəkildə nəql etmişdir. Hamının bildiyi kimi belə bir hədisin dəyəri yoxdur.15

Bu araşdırmalar gözəl şəkildə aydınlaşdırır ki, “və sünnəti” kəlməsi ilə olan hədis saxtadır, yalançı və əməvi sülaləsinə bağlı olan ravilər onu, “və itrəti” kəlməsi ilə olan səhih hədisin müqabilində özlərindən düzəltmişlər. Buna görə də məscidlərin xətiblərinə, imam camaatlara və təbliğatçılara vacibdir ki, Peyğəmbər (s.ə.v.v)-dən nəql olunmayan hədisləri tərk edib onun yerinə səhih hədisləri camaata bəyan etsinləræ o hədisi ki, Müslim öz “Səhih” kitabında “Əhlə-beyti” surətində, Tirmizi isə “itrəti və Əhlə-beyti” şəklində nəql etmişlər. Elm axtaranlara vacibdir ki, hədis elmini öyrənsinlər, səhih hədisi zəif hədisdən seçə bilsinlər.

Sonda bunu qeyd etməyi lazım görürük ki, “Əhlə-beyti” kəlməsində Peyğəmbər (s.ə.v.v)-in məqsədi onun nəslidir, o cümlədən Fatimeyi Zəhra (ə.s), İmam Həsən və Hüseyn (ə). Çünki Müslim öz “Səhih”ində (4-cü cild, səh.1883, 2424-cü hədis) və Tirmizi öz “Sünən” kitabında (5-ci cild, səh.663) Ayişənin belə dediyini nəql edirlər:

نَزَلَتْ هَذِهِ الآيَةُ عَلَي النَّبِيِّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِه˝ وَ سَلَّم اِنَّمَا يُرِيدُ اللّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا فِي بَيْتِ اُمِّ سَلمَةَ فَدَعَا النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ˚وَآلِهِ˝وَ سَلَّمَ فَاطِمَةَ وَ حَسَنًا وَ حُسَيْنًا فَجَلَّلَهُمْ بِكِسَاءٍ وَ عَلِيٌّ خَلْفَ ظَهْرِهِ فَجَلَّلَهُ بِكِسَاءٍ ثُمَّ قَالَK اَللّهُمَّ هؤُلَاءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا قَالَتْ اُمُّ سَلمَةَKوَ اَنَا مَعَهُمْ يَا نَبِيَّ اللّهِ؟ قَالَ اَنْتِ عَلَي مَكَانِكَ وَ اَنْتِ اِلَي الْخَيْرِ

Təthir” ayəsi Ümmü Sələmənin evində nazil oldu. Peyğəmbəri Əkrəm (s.ə.v.v) Fatimə, Həsən və Hüseyni öz əbasının altına aldı, Əli də onun arxasında dayandı. Onları öz əbası ilə örtdü, dedi: “Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir, hər növ çirkinliyi onlardan uzaq et, onları pak-pakizə qərar ver!” Ümmü Sələmə dedi: Ey Peyğəmbər! Mən də onlardanammı? (Ayədə qeyd olunan Əhli-beytdən hesab olunurammı?) Buyurdu: Sən öz yerində ol (əbanın altına girmə) sən yaxşı və xeyir yoldasan.”16

“SƏQƏLeYN” HƏDİSİNİN MƏFHUMU


Peyğəmbər (s.ə.v.v)-in öz itrət və Əhli-beytini Qur`anla yanaşı qərar verməsi və hər ikisini ümmət arasında Allahın höccəti kimi vəsf etməsindən iki nəticə almaq olar:

1-Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in itrətinin sözləri Qur`anın özü kimi höccətdir və dini işlərdə – istər əqidəvi, istərsə də hüquqi – onların sözünə istinad etmək lazımdır, onların tərəfindən bir dəlil mövcud olduqda başqa şeyə istinad etmək lazım deyil.

Müsəlmanların Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra xilafət və islam ümmətinin siyasi işlərinin idarə olunması kimi məsələlərdə iki qrupa ayrılmasına, hər birinin özünə məxsus məntiq və dəlillərinin olmasına baxmayaraq Əhli-beytin elmi müraciət yeri olmasında heç bir ixtilaf etməməlidirlər, çünki “Səqəleyn” hədisinin düz-günlüyündə hamı yekdil fikirdədir. Bu hədis əhkam və əqidə ilə əlaqədar məsələlərdə müraciət yerini Qur`an və Peyğəmbər (s.ə.v.v)-in itrəti hesab edir. Əgər islam ümməti bu hədisə əməl edərsə ixtilaf dairəsi azalar, vəhdətə böyük şərait yaranar.

2-Qur`an Allah kəlamı olmasına görə hər növ xəta və səhvdən uzaqdır. Onda necə xətaya necə ehtimal vermək olar, halbuki Allah onu vəsf edərək belə buyurur:

لاَ يَاْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَ لاَ مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ

Batil ona nə arxadan, nə də öndən yol tapa bilməz. (O,) hikmət sahibi və tə`rifə layiq olan Allah tərəfindən nazil olan bir kitabdır.”17

Əgər Qur`an xətadan amandadırsa, təbii olaraq onun tayı-bərabəri olan Əhli-beyt də xətadan uzaqdır. Çünki xətakar bir şəxsin, yaxud şəxslərin Qur`anın bərabəri ola bilməsi yalnış fikirdir.

Bu hədisdən Əhli-beytin hər növ xəta və günahdan uzaq (mə`sum) olmasını anlamaq olar. Diqqət yetirmək lazımdır ki, bir şəxsin ismətli olması onun peyğəmbər olmasını gərəkli etmir. Bir şəxsin günahdan mə`sum olması və eyni halda peyğəmbər olmaması mümkündür. Həzrəti Məryəm “Ali-İmran” surəsinin 42-ci ayəsinin

يَا مَرْيَمُ اِنَّ اللّهَ اصْطَفَاكِ وَ طَهَّرَكِ وَاصْطَفَاكِ عَلي نِسَاءِ الْعَالَمِينَ

(Mələklər Məryəmə dedilər:) Ey Məryəm, həqiqətən Allah səni seçmiş, paklamış və bütün dünya qadınlarından üstün etmişdir.” hök-münə görə hər bir günahdan uzaqdır, lakin peyğəmbər deyil.

SUAL:2

Şİə dedİKdə məqsəd Kİmdİr?


Cavab: “Şiə” ərəb lüğətində “ardıcıl” mə`nasını daşıyır. Qur`ani Kərim buyurur:

وَ اِنَّ مِنْ شِيعَتِهِ لَاِبْرَاهِيمَ

Nuhun ardıcıllarından biri İbrahimdir.”18

Müsəlmanların istilahında isə “şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə tə`yin etməsinə inanan şəxslərə aid edilir. Bu münasibətlərdən biri də “Qədir günü” adı ilə məşhur olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini rəhbəri kimi tə`yin etmişdir.

İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:

1-Bə`ziləri inanırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və özü üçün canişin tə`yin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.

Başlarında Bəni-Haşimin bütün böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə, o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu qrup elə həmin əqidədə qaldılar və “Əli şiələri” adlandırıldılar.

Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-mö`minin Əli (ə)-ın ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:

وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ

Canım əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət günündə nicat tapanlardır.”19

Deməli “şiə” islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən tə`yin olunmasının e`tiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.

Şiənin məqam və mövqeyi həmin yollarla müəyyən olunur. Bununla da bə`zi cahillərin və ya qərəzli şəxslərin şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün “Əsluş-şiə və üsuluha”, “Əl-müraciat, “Ə`yanuş-şiə” kitablarına müraciət edə bilərsiniz.

2-Digər bir qrup inanırdı ki, xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə bey`ət etdirlər və sonralar “Əhli-sünnət”, yaxud “Əhli-təsənnün” ləqəbi aldılar. Nəticə e`tibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini təşkil edənlər də mühacir və ənsar idi.
1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə