İslam dünyasına hakim kəsilən şəraitə agah olanlar yaxşı bilirlər ki, bu gün islam dünyası müxtəlif ümmətlər, qruplar şəklinə düşmüşdür, hər ümmətin də özünəməxsus qayda-qanunları vardır




Yüklə 1.51 Mb.
səhifə1/37
tarix11.03.2016
ölçüsü1.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   37

ÖN SÖZ


İslam dünyasına hakim kəsilən şəraitə agah olanlar yaxşı bilirlər ki, bu gün islam dünyası müxtəlif ümmətlər, qruplar şəklinə düşmüşdür, hər ümmətin də özünəməxsus qayda-qanunları vardır. Onlara elə adamlar rəhbərlik edir ki, özlərinin qalıb davam etməsini ümmətlər arasında ixtilaf yaratmaqda görürlər. Buna görə də bu kimi məsələlərdə müxtəlif cür sərmayə qoyur, mümkün olan hər bir vasitədən istifadə edirlər.

Şübhəsiz, islam məzhəbləri arasında müəyyən ixtilaflı məsələlər vardır, hərçənd onların əksəriyyəti islam mütəkəllimləri tərəfindən irəli sürülən kəlam məsələləri ilə əlaqədardır və əksər müsəlmanlar da bu kimi ixtilaflardan xəbərsizdirlər, lakin ixtilaflı məsələlər müqabilində müştərək cəhətlər vardır ki, onların arasında birliyin əsasını təşkil edir, hətta demək olar ki, müştərək cəhətlər ixtilaflı cəhətlərdən qat-qat artıqdır. Bununla belə ixtilaf yaradanlar məhz həmin ixtilaflı məsələlərə istinad edir, üsül və füruidin məsələlərindəki müştərək məsələləri xatırlatmaqdan çəkinirlər.

“İslam məzhəbləri arasında yaxınlaşdırma” ilə əlaqədar keçirilən konfransların birində nikah, təlaq, irs və s. kimi şəxsi məsələlərdə fiqhi məzhəblərin mövzusunu bəyan etmək mənə həvalə etmişdir. Bir yazıçı konfransa bu barədə elə bir məqalə təqdim etmişdi ki, iştirakçıların hamısını heyrətləndirmişdi. Həmin məqaləni əvvəlcədən oxumazdan qabaq bizim (yuxarıda qeyd edilən) üç məsələ ilə əlaqədar sünnülərin dörd məzhəbi ilə vahid nəzərdə olmağımız məsələsi onun üçün qəbul olunası deyildir.

Onlar həqiqətə uzaqdan tamaşa edərək şiəliyi islam tayfalarından ayrı düşmüş bir firqə hesab edir, gecə-gündüz kütləvi informasiya vasitələri ilə tarix boyu zülmə mə`ruz qalmış bu firqənin əleyhinə təbliğat aparırlar. Halbuki, onların islamın qatı və qansız düşmənlərinə xidmət etməkdən, düşmən dəyirmanına su tökməkdən başqa bir işləri yoxdur. Müəllif agah olmayan bu cür şəxslərə tövsiyə edir ki, şiələrlə yaxından əlaqə yaratsınlar, onların alim və mütəfəkkirləri ilə təmasda olsunlar ki, gözlərindən qəflət pərdələrini çəkə bilsinlər, şiələri özlərinin qardaşları hesab etsinlər və nəticədə aşağıdakı ayəni gerçəkləşməsinə şərait yaratsınlar: “Həqəqətən sizin ümmətiniz vahid bir ümmətdir, Mən də sizin Rəbbinizəm, (belə isə) Mənə ibadət edin.”

İstismarçı qüvvələrin islam millətləri arasında apardığı məkrli siyasətlərdən biri də əzəmətli islama zərbə vurmaq üçün müəyyən şübhələr yaratmaqdır. Bu, son əsrlərdə Şərq ölkələrində və dünyanın başqa yerlərində müxtəlif şəkillərdə irəli sürülən qədim bir üslubdur.

Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bə`zi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar. Bu ehtiyacları tə`min etmək üçün əksər hallarda dini və mədəni yönə malik olan sualların böyük qismini hörmətli mühəqqiq Seyyid Rza Hüseyninəsəb bir yerə yığmış və mənim nəzarətim altında tənzim edərək çapa hazırlamışdır. Cavab məqamında ixtisara riayət olunsun deyə zəruri miqdarla kifayətlənmiş və əlavə izahatlar digər məqamlara həvalə edilmişdir.

Ümidvarıq ki, bu kiçik xidmət İmam Zaman (ə)-ın razılığına səbəb olsun!

Qum, elmiyyə hövzəsi, Cəfər Sübhani, 1374

SUAL: 1

“İtrətİ” düzGündür, yoxsa “sünnətİ”?


İslam aləmində çox məhşur olan “Səqəleyn” hədisini nəql edənlər bunu iki cür rəvayət etmişlər. Onların hansının daha səhih olduğunu araşdırırıq.

a) “Kitabəllahi və itrəti Əhlə-beyti”æ

b) “Kitabəllahi və sünnəti”.

Cavab: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən nəql olunan səhih və sabit hədis məhz “Əhlə-beyti” kəlməsi olan hədisdir. “Əhlə-beyti” kəlməsinin yerinə “sünnəti” deyə qeyd olunan rəvayət sənəd baxımından batil və rədd olunur, amma Əhli-beyti hədisinin sənədi tam kamilliyə malikdir.

Və Əhlə-beyti” hədisinin sənədi

Bu mətni iki böyük şəxsiyyətli mühəddis nəql etmişdir. Müslim özünün “Səhih” kitabında Zeyd ibn Ərqəmdən nəql edir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) bir gün Məkkə-Mədinə arasında yerləşən “Xum” adlı bir suyun kənarında xütbə söylədi, Allaha həmd-səna etdikdən sonra camaata nəsihət edərək buyurdu:

اَلاَ اَيُّهَا النَّاسُ،فَاِنَّمَا اَنَا بَشَرٌ يُوشِكُ اَنْ يَاْتِيَ رَسُولُ رَبِّي فَاُجِيبَ،وَ اَنَا تاَرِكٌ فِيكُمْ ثَقَلَيْنِK اَوَّلُهُماَ كِتاَبُ اللّهِ، فِيهِ الْهُدَي وَ النُّورُ فَخُذُوا بِكِتَابِ اللّهِ وَاسْتَمْسِكُوا بِهِ - فَحَثَّ عَليَ كِتَابِ اللّهِ وَ رَغَّبَ فِيهِ ثُمَّ قَالَK وَ اَهْلُ بَيْتِي، اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي

Ey insanlar! Mən də sizin kimi bir bəşərəm. Pərvərdigarımın elçisinin (Əzrailin) gəlişi yaxındır, mən də onun də`vətini qəbul edəcəyəm. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Biri Allahın kitabıdır ki, onda hidayət və nur var. Allahın kitabından bərk-bərk yapışın və ona sarılın. (Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allahın kitabına əməl etməyi tə`kid etdikdən sonra buyurdu:) Və (ikincisi) mənim Əhli-beytimdir. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram.”1

Bu mətni Darəmi də özünün “Sünən” kitabında2 qeyd etmişdir, hər iki hədisin sənədi gün kimi aydındır və onda azacıq irada yol yoxdur.

2-Tirmizi bu mətni “və itrəti Əhlə-beyti” kəlməsi ilə nəql etmişdir. Onun mətni belədir:

اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي،اَحَدُهُمَا اَعْظَمُ مِنَ الآَخَرِK كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي، لَنْ يَفْتَرِقَا حَتّي يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهَا.

Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz!”3

“Sihah” və “Sünən” müəlliflərindən olan Müslim və Tirmizi hər ikisi “Əhlə-beyti” kəlməsinə tə`kid etmişlər, bu da bizim nəzəriyyəmizin sübuta yetməsində kifayətdir. Hər ikisinin də sənədi son dərəcə mö`təbər və xüsusi e`tibar dərəcəsinə malikdir.
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə