İranda Parlamentar sistemin məsələləri (4)




Yüklə 31.98 Kb.
tarix24.04.2016
ölçüsü31.98 Kb.
Sonuncu inqilab yoxdur, A.Yazdani

inqilablar sayı, sonsuzdur!
İranda Parlamentar sistemin məsələləri (4)*

1911-ci ildən Pəhləvi sülaləsinin meydana gəlməsinə qədər olan dövr
Muhamməd ali şahın köməyilə konstitusiyanı ləğv etmək üçün 1908/09-cu ildə mühafizəkar qüvvələrin xeyrinə irana artıq bir dəfə müdaxilə etmiş Rusiya, 1911-ci ildə yenidən şimalı iranın xeyli hissəsini işğal etdi. Bu hadisədən bir qədər qabaq, mühacirətdə yaşayan Muhamməd əli şahın tərəfdarları baş tutmayan bir çevriliş törətdilər.

Iran hökümətinin gördüyü siyasi tədbirlərin Rusiyanı güya təhqir etməsi, iranın Ruslar tərəfindən işğalı üçün bir bəhanə oldu.

1911-ci ilin Mayında iran parlamenti amerikalı Morqan Şusteri maliyyə nəzarətçisi kimi irana dəvət etdi. 29 Noyabr 1911-ci ildə Rusiya höküməti verdiyi ultimatumda iran hökümətindən Şusteri tutduğu vəzifədən azad etməyi və Rus və Britaniya səfarətxanasının əvvəlcədən razılığını almadan, iran hökümətinin gələcəkdə həç bir əcnəbini iranda qulluğa götürməyəcəyinə iltizamnamə vərməsini tələb etdi. Səsvermənin nəticələrinə görə parlament bu ultimatumu rədd etdi. Buna cavab olaraq, yuxarıda qeyd edildiyi kimi, Rusiya irana ordu göndərdi və 1911-ci ilin Dekabr ayının 24-də dövlət çevrilişi təşkil etdi və təzyiq göstərməklə parlamenti buraxdı. Rusların müdaxiləsi nəticəsində ikinci dəfə də ikinci iran parlamenti belə sona yetdi. (74) (İkinci iran parlamentinin bağlanması, Tehran şəhrində polis idarəsinə başçılıq edən və Daşnak partıyasının rəhbərlərindən olan Yeprim xanın əlilə icra olur)*.

Ikinci iran parlamenti vaxtından əvvəl buraxıldıqdan sonra, zəif hökümətlər dövrü başlandı ki, bunların da fəaliyyəti rus və ingilis ordusunun ölkədə olmasına görə çod məhdud idi. Morqan şusterin yerini rusiyaya sadiq, belcikalı Mornard tutdu. O, maliyyə işlərini rusiya hökümətinin nəfinə idarə edirdi. (75)

Nəhayət, 21 ijul 1914-cü ildə yenidən parlament çağrıldı, çünkü artıq həddi-buluğa çatmış şahın rəsmi tacqoyma mərasimi üçün anayasa bunu tələb edirdi.

Üçüncü parlament dövrü üçün seçgi qanunlarında bəzi dəyişiklər edilmişdi. Bundan belə, qadınlardan başqa, 20 yaşına çatmış bütün iranlılar da seçgi hüququna malik idilər. Zabitlərin, dövlət və konstitusiya əleyhidarlarınınseçmək hüququ yox idi. 30 yaşından 70 yaşına qədərbütün iranlı kişilər passiv seçgi hüququna malik idilər.

Seçgi hüququ, deməli, 1906 və 1909-cu illərdə olduğu kimi, müəyyən bir təbəqəyə mənsub olmazdan, gəlirdən və əmək vəziyyətindən asılı deyildi.

Belə məhdud ümumi seçgi hüququnun tətbiqi əvvəlki qanunlara münasibətdə ən vacib dəyişiklik idi. Yeni seçgi qanunun ilk növbədə nöqsan cəhəti bundan ibarət idi ki, bundan sonra iri mülkədarların təzyiqi altında olan kəndlilərin səsləri həlledici olduğu halda, şəhərlərdə yaşayan demokratik düşüncəli qüvvələrin səsləri, kəndilərin böyük sayı qarşısında praktik olaraq nəzərə alınmırdı.

Kəndilərin və şəhərlərdə yaşayan savadsızların səslərindən sui-istifadə etmək və həmçinin, bu qruplara təsir göstərmək və kələk gəlməklə, demokratik düşüncəli nümayəndələrin parlamentə gəlməsinə əvvəlki dövrdə olduğundan da güclü maneçilik törədilirdi. (76)

Birinci dünya müharibəsində ingiltərə və rusiyanın güclü təsir göstərməsi nəticəsində iran öz neytranlığını (bitərəfliyini) qüvvədə saxlaya bilmədi. Türkiyə və Almanya iranın milli qüvvələri ilə həmrəy olaraq, türkiyədən Hindistanadək ingiltərə və rusiya əleyhinə üsyan hərəkatı qaldırmağa çalışırdı. Ancaq ingiltərə və rusiya üstünlüyü öz əllərində saxladılar və ictimaiyyətə çox geniş məlum olmayan Fevral 1915-ci il “Konstantinopol razılaşması” (Constantinople Agreement) ilə iran iki nüfuz dairəsinə paylanandan sonra qalan neytral orta zonanı da öz aralarında böldülər. (77)

Rusiyada 1917-ci il Oktobr inqilabı nəticəsində iranda yeni bir vəziyyət meydana gəldi. 8-Mart 1918-ci il Brestdə bağlanmış Alman-Rus sülh müqaviləsində və atəşın dayandırılması haqqındakı əvvəlki müqavilədə Sovet höküməti iranın siyasi və iqtisadi müstəqilliyinə və ərazı bütövlüyünə hörmət edəcəyini və rus ordusunu irandan çıxarmağı öhdəsinə götürdü. Bünün nəticəsində iran ilk dəfə olaraq rus qonşusunun böyük sıxıcı təsirindən azad ola bildi. Həmçinin bundan sonrakı illərdə də Sovet ittifaqı sözünə əməl etdi, çünkü Oktobr inqilabından sonra ölkənin daxilində baş verən narahatlıqlar sovetlərə işğalçılıq xarici siyasəti yeritməyə mane olurdu. (78)

Ingiltərə bundan belə, iranda təkbaşına hökmranlıq etməyə can atırdı və 1918-ci ilin başlanğıçında iranın hər iki hissəsini tutdu. Həmin iliyin fevrial və mart aylarında cənub Azərbacanın strateji əhəmiyyətə malik olan Urmiyə, Salmas və Xoy şəhərlərində, ingiltərə, rus və fransız zabitləri tərəfindən təlim görmüş və silahlandırılmış Cilov (Asurilər) - Erməni dəstələri, yerli əhaliyə qarşı qarət və genosid əməliyyatı irəli sürdü. Dəhşətli faciə nəticəsində 130mindən artıq müsülman azərbaycanlı qətlə yetirildi. (79) Azərbaycanın qərb bölgəsini yerli əhalıdan boşaltmaq və burada kristiyan Erməni dövləti yaratmaq əsas hədəf sayılırdı. Bu da, 1890-ci ildə qurulmuş Daşnakistan partiyasının “böyük Ermənistan” yaradmaq arzusu uğrunda atılan ciddi bir təlaş idi. Plan,yerli əhalının müqaviməti və Osmanlı ordusunun yardımı ilə puça çıxır. (80)

1919-cu ilin 9 Avqustunda o vaxtki baş nazir Vusuq-ed-dövle ingiltərə ilə müqavilə imzaladı. Bu müqaviləyə görə İran ingilis protektoratına verildi və bunun nəticəsində də iran üzərində tam nəzarətə malik olmalı idi. Bu müqavilə parlamentin təsdiqinə verilmədi.

Iran əhalısı arasında müqavilənin əleyhinə güclü etiraz hərəkatı əmələ gəldi. Nümayişlərdə müqavilənin ləğv edilməsi və hökümətin istəfa verməsi tələb edilirdi. (81)

Etiraz hərəkatı şimalda sovet ordusu tərəfindən müdafiə edilirdi. Ölkənin bəzi əyalətlərində hətta muxtariyyət cəhdləri meydana çıxdı. Belə hərəkatlardan biri Gilanda Mirzə kuçek xanın rəhbərliyi altında “Çəngəl hərəkatı” idi. 5 jun 1920-ci ildə Mirzə kuçek xan“Gilan sovet cimhurusu” elan etdi. Bu hərəkət sovet ittifaqı və təxminən bu dövrdə yaranan İran kommunist partıyası tərəfindən müdafiə edilirdi. Cəngəllilər 1921-ci il Novambrin 3-də hökümət ordusu tərəfindən məğlub edildi.
Azərbaycanda, Şeyx məhəmməd xiyabanının rəhbərliyi altında 23- junu 1920-ci ildə, “Azərbaycan milli hüküməti” elan edildi. Milli hükümətin proqramında :
-padşahçılıq aradan qaldırılması

-cümhuriyyətin bərpa olması

-ölkənin istəmar pəncəsindən qurtuluşu

-azərbaycanın öz muxtariyyətini əldə etməsi (Azərbazcanı idarə etməyə özümüzdə layiq və qadirik)

-sovet ittifaqı ilə siyasi-iqtisadi əlaqələrin bərpa olması

tələb olurdu.


Xorasanda 1921-ci ilin April ayında, xorasan əyalətinin jandarma rəisiliyi vəzifəsində olan Azərbaycanlı kolonel, Məhəmməd təqi xan pusyan qiyam təşkil etdi. Muhəmməd təqi xan Pusyan iranın demokratikləşməsini, cümhuriyyətin bərpa olmasını və ingilis istemarçıların qovulmasını tələb edirdi.
Türkəmənsəhrada 1920-ci ildən başlanan azadlıq və muxtariyyət uğrunda kötləvi hərəkət, 20 Mai 1924-cü ildə Türkəmənistan cümhurusunun elan edilməsinə səbəb oldu. Osman axund Türkmənistan cümhurusu başçılığına təyin edilir.
Ərəbistan (xuzistan) bölgəsində Şeyx Xəzəlin rəhbərliyi altında 1925 ci ilə qədər davam edən xudmuxtar “Məhmərə” höküməti quruldu.
Muxtariyyət səylərin hamısı (sərhədlərdə məhdud qaldıqları və aralarında ümumi əlaqələrin olmaması üçün) ingiltərə dövlətinin himayəsi altında olan mərkəzi hökümət tərəfindən məğlubiyyətə uğradıldı. (82)

Özünü belə güclü nümayiş etdirən milli istiqlal hərəkatının təsiri altında, ingiltərə öz iran siyasətinə yenidən baxdı və bu qərara gəldi ki, ingilis meyilli “müstəqil iran”, sovetlərin Hindustan istiqamətində mümkün işğalçılıq cəhdlərinə qarşı məcburi protektorat altında olan irandan daha yaxşı dayaq ola bilər.

Bu səbəbdən də İngiltərə, ingilislərin nəzarəti altında olan iran ordusunun albayı (sərhəngi) Reza xanın hakimiyyəti ələ almasını müdafiə etdi. (83)

Demək olar ki, müxtəlif istiqamətli qruplaşmalar Reza xana böyük ümidlər bəsləmişdi. Liberal fikirli qüvvələr gözləyirdi ki, o, saray hökümətini məhdudlaşdıracaq və sola təmayüllü meyllərə yol verməyəcək. Cümhuriyyətçilər isə ondan respublika elan edilməsini gözləyirdilər, çünkü o, tacqoyma mərasimindən əvvəl, iranı respublikaya çevirmək və ona prezident kimi rəhbərlik etmək fikrində olduğunu bildirmişdi. Demokratik qüvvələr isə onu belə bir ümidlə müdafiə edirdilər ki, o, sosyal reformlara münasibətdə xeyrxah olacaqdır. (84)

19-fevriyə 1922-cü ildə parlament ilk növbədə Reza şahın bütün müdafiə və təhlükəsizlik hərbi qüvvələrinin komandanı təyin olunmasını qəbul etdi və bununla da Anayasa qanuna əlavənin 50-ci maddəsini pozdu.

Bu maddəyə əsasən şah quru və dəniz hərbi qüvvələrinin yeganə baş kamandanı idi. Bundan başqa, o, 1923-cü ildən baş nazir idi.

12-desamr 1925-ci ildə əsas qanun təsisat hüquqlu yığıncaq “əsas qanuna əlavə”-nin 36-38 və 40-ci maddələrinin yeni yazılmasına səs verdilər. Bunun nəticəsində Reza xana və onun kişi vərəsələrinə monarşıyaya vərəsəlik hüququ təyin edildi. (85)

Beləliklə, Qacar sülaləsi rəsmi olaraq hakimiyyətdən götürülmüş elan edildi. Reza xan “Reza şah” pəhləvi kimi 15 Desambr 1925-ci ildə anayasaya and içdi. 1926-ci ilin aprelinde o, taxta çıxdı.

Reza şah dövründə, demək olar ki, əsas qanun pratik olaraq, ləğv edildi. Parlament anayasanın tələblərini həyata keçirməkdə gücsüz idi. O daha çox dekorasiya karakteri daşıyırdı və qanunvericilikdə akklamasiya (bəyənmə) orqanı kimi formal bir funksiyon oynamalı idi. Qeyd etmək lazımdır ki, nazirlər də parlament qarşısında yox, şahın qarşısında məsul idilər.

Reza şah bəzi ictimai reformlar həyata keçirdi. Nəqliyyat yollarını təkmilləşdirdi və sənayenin inkişafını sürətləndirdi. Buna baxmayaraq, o, demokratik tənqidli düşüncəyə sahib olan aydınları həbsə alıb, bəzilərin hətta ölümünə səbəb oldu (Mirzəzadeye eşqi, Fərruxi yəzdi, Ali şərqi, Seyyed məhəmməd tənha, Anzabi, təqi arani....).

Reza şah dövründə panfarsizm və Aryapərəstlik ideolojusu cəmiyyətdə geniş şəkildə təbliğ oldu. Antitürkizm, Asimilasyon siyasəti, qeyri-fars xalqlarla düşmənçilik və iqtisadi ayri-seçkilik hakimiyyətin rəsmi siyasətinə çevrildi. Azərbaycan xalqı haqqında icra olunan Antitürkizm siyasəti işi o yerə çatdırdı ki, milli təhqirlərlə yanaşı (Türkə xər)Azərbaycan türkcəsi milli dil kimi qadağan elan edildi. Məktəblərdə cərimə sandıqları qoyulub, türkü dilində danışan məktəb şagirdləri cərimə verməyə məcbur edildi. Tehrandan Azərbaycana göndərilən müarif rəisi (rəise fərhəng) Mohseni, Azərbaycan məktəblərində Türk dilin qadağan olması haqqında dedi: “hər kəs kə Torki hərf miyzənəd əfsar olağ be səre u bebəndid və ura be axur bebendid”) (Türkü danışanın boynunu noxtalayıb, tövləyə bağlayın) (keyhan qəzəti, Tehran,1324/10/26).

Tehrandan azərbaycan valiliyinə (ustandar) mənsub olan Abdullah müstofi Təbriz sərşumarısına/əhalını siyahıya alma, (xərşumarı/eşşək sayma/eşşəkləri siyahıya alma) deyib, Azərbaycan Türkləri haqqında bu cümləni təkrar edərdi: “ Azərbaycanlılar Türkdülər, yonca yeyib məşrutə alıblar, indi də hərdənbir yonca yeyib, iranı abad edirlər”. (86)

Reza şah daxildə onun rejimini müdafiə edə bilən ordunun və polis aparatının yaradılmasına, xüsusi əhəmiyyət verirdi. O, ordunun vasitəsilə Qacarlar hakimiyyəti dövründə ölkənin geniş müstəqillik qazanmış ərazilərini Tehranın mərkəzi nəzarəti altına aldı. 17-Septambr 1941-ci ildə reza şah oğlu Mohamed reza pəhləvinin xeyrinə taxt-tacdan əl çəkdi və cənubi afrikaya, Johanisburqa mühacirət etdi. Müttəfiqlər onu Nasyonal-Sosyalist Almanyası ilə əməkdaşlıqda ittiham edirdilər. (87)
Gələcək bölümdə “ikinci dünya müharibəsindən Müsəddiq dövrünədək” mərhələ veriləcək.

74- Bausani, Alessandro, Die Perser von den Anfängen bis zur Gegenwart; Stuttgart 1965; S. 175-176

75- Spuler; B.; Geschichte der Islamischen Länder; Köln 1959; S. 142

76- Aram, Ali; …. S.19

77-Gehrke, Ulrich…. S. 155-156

78- Geier, Dietrich, Die Sowjetunion und der Iran, Tübingen 1955, S. 7-9

79- Ahmad Kəsrəvi, Tarixe 18 saleye iran, S. 760-763

80- Səməd Sərdari niya, Qətl-ame mosəlmanan dər do suye Ərəs, 1383, nəshre axtar, S. 13-14

81- Albrecht, Ulrich, Rüstung und Unterentwicklung, Hamburg, 1976, S. 75-76

82- Nollau, Günther, Iran, in: Kernig, C.D. Sowjetsystem und Demokratische Gesellschaft, Die Kommunistischen Parteien der Welt. Freiburg 1969, S. 242-243

83- Mostofi, Abdollah, Tarikhe Ejtemai ve edari dore Qacariha, Tehran 1945, S.70-72

84- Melzig, Herbert, Reza Schah, Der Aufstieg Irans und die Großmächte, Stuttgart 1936, S.61-63

85-„Əsas qanuna əlavənin” 36-ci maddəsi/1925-ci ildə dəyişdirilmişdir/. Əlahəzrət cənabları Pəhləvi Reza şah və ondan sonra onun varisləri İranda təsis yığıncağında xalq tərəfində ona verilmiş konstitusiyalı monarşını təcəssüm etdirir”.

37-ci maddə/22 Desambr 1925-ci ildə dəyişdirilmişdir/. Taxt-tac şahın böyük oğluna verilir: Onun anası mütləq iranlı olmalıdır. Əgər şahın kişi varisi yoxdursa, vəliəhdin təyin edilməsi təklifini şah özü verməlidir. Ancaq bu şərtdə ki, vəliəhd Qacar ailəsinin üzvü olmasın. əgər sonralar şahın oğlu olarsa, qanuna görə o “Vəliəhddir”.

Bu maddə dəyişdirilənə qədər ancaq Qacar sülaləsindən kişi varislər taxt-taca sahib ola bilərdilər. Bax: Məkki, Hossein, tarixe bistsaleye iran, Tehran 1945, S. 42-44

86- Qozəşteh çerağe rahe ayəndə əst, Cami nəşriyyatı 1357, S. 236



87- Avery, Peter, Modern İran, London 1965, S. 211-244

*Rus və ingiltərə hökümətlərinə arxalanan mühafizəkar tehran hakimiyyəti, Məşrutə inqilabının silahlı inqilabçılarını silahsızlandırmaq üçün, Səttarxan və Baqirxanı müxtəlif vədələrlə aldadıb, Təbriz şəhrindən Tehrana gətirir. Əvvəlcədən planlanmış sui-qəsd nəticəsində, Yeprim xanın başçılıq etdiyi neçə min nəfərdən ibarət olan silahlı dəstə, Səttarxanın yerləşdiyi Atabəy (Ətabək) parkına basqın edir. Səttarxan yaralanır və onun 18 silahdaşı həlak olur. Bu hadisə ilə yanaşı Yeprim xanın rəhbərliyi altında yuxarıda qeyd olan irticai çəvriliş baş verir. Parlament bağlanır, əncümənlər və mütərəqqi mətbuat qadağan olur və bir neçə mütərəqqi inqilabçı Tehran şəhrindən sürgün edilir. Ölkənin azadlıq yolunda mübarizə edən inqilabçılarını kökdən məhv etmək üçün, irtica hücuma keçir. Gilanda mücahid dəstələri darma-dağın olur. Təbrizdə isə, müqavimət alovu hələ sönməyib, dörd gün rus qoşunlarına qarşı silahlı döyüş gedir. Mərkəzi hökümət mücahidlərin xəli-silah olmalarını istəyir. Tezar zabitləri Təbriz şəhrində hərbi məhkəmələr təşkil verib, inqilabçıları, o cümlədən Əli Misyonun iki oğlunu, Seqqətul-islami, Səttarxanın kiçik qardaşını dar ağacına çəkir. Azərbaycan sosyal-demokratların rəhbərlərinin evi, Azərbaycan Əyalət əncüməni rus məmurları tərəfindən partladılır. Minlərlə insan irtica məngənəsindən qurtulmaq üçün dünyaya səpələnməyə məcbur qalır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə