İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ




Yüklə 0.76 Mb.
səhifə7/7
tarix24.04.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

ƏLAVƏ 3



Ekspertlərlə müsahibə
Sənədin hazırlanması çərçivəsində əmlak vergisinin yığılması sahəsindəki problemləri araşdırmaq və çıxış yolunu müəyyən etmək üçün bir sıra ekspertlərdən müsahibələr götürülüb. Müsahibələrin götürülməsi prosesində ekspertlərə 3 sual ünvanlanıb. Suallara verilən cavabları diqqətinizə çatdırırıq:

- Sizcə, bələdiyyələrin fiziki şəxslərdən əmlak vergisini yığa bilməməsinin səbəbi nə ilə bağlıdır? 

  • Tahir Rzayev, millət vəkili, Regional siyasət Komitəsinin üzvü: Birinci səbəb odur ki, bir çox əmlakların qiyməti dəqiqləşdirilməyib və köhnə qiymətlərdir. Qeydiyyatsız tikilən evlər var, onlar uçota alınmayıb, və ya uçotu dəqiq deyil. Əmlaklar qiymətləndiriləndə çox aşağı faizlə qiymətləndirilir. Normativ aktlara uyğun qiymətləndilmir. Buna görə bələdiyyələr çətinlik çəkirlər. Ölkə prezidenti bir neçə il əvvəl bu məsələni qaldırdı və dedi ki, bütün yeni tikilən evlər əgər qanunidirsə, mütləq qeydiyyata alınmaldır, ona hüquqi sənəd verilməlidir. Bu gün Bakı şəhərində, rayonlarda yüzminlərlə ev var ki, qeydiyyata düşməyib, sənədsizdir. Adamlar illərlə evlərdə yaşayırlar, ancaq qeydiyyata düşmürlər. Bələdiyyə də əmlak vergisini yığa bilmir. Həm də bir çox bələdiyyə özləri buna passiv yanaşırlar. Çünki onların özləri də müəyyən qaydada qiymətləndimə apara bilərlər. Əgər qiymətləndirmə yüksək səviyyədə olarsa, vətəndaş müraciət edə bilər. Qanuna görə, 5 min manat olanda əmlak vergisi tutulmur. 5 min manatdan yüksək olanda 0,1 faizi alınır. Bəzi adamlar evlərini aşağı qiymətləndirirlər. Çox bahalı villaya elə qiymət qoyurlar ki, bu, onun heç iki mərmər daşının qiyməti deyil. Bələdiyyə özü də təşəbbüs göstərməlidir, hüquqi cəhətdən əsaslandırmalıdr. Vətəndaş vergini ödədikdə məhkəmələrə, icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciət edə bilərlər. Onda vətəndaş da narahat olar və vergini ödəyər.

  • Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri: Bələdiyyələrin fiziki şəxslərdən əmlak vergisini yığa bilməməsinə başlıca səbəb əmlakların inventar dəyərinin olmamasıdır.

  • Aydın Aslanov, müstəqil ekspert: Səbəb bələdiyyələrin idarəetmə bacarığının olmamasıdır. İşlərini qura bilmirlər, idarəetmə vərdişləri zəifdir.

  • Mirəli Hüseynov, "Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri: Əhalinin vergi ödəmə qabiliyyətinin kifayət qədər aşağıdır. Vergilərin təyinatı üzrə xərclənməsinə inamın olmaması, ümumilikdə bələdiyyələrə inamın olmaması əmlak vergisinin yığılmamasına təsir göstərən əsas səbəblərdəndir.

  • Nürsət İbrahimov, “MBA Group” konsaltinq şirkətinin direktoru: Əhalidə bələdiyyələrə etibar hələ də tam formalaşmayıb. Bu baxımdan əhaliyə vergi üçün bələdiyyə nümayəndəsi müraciət edəndə etirazla qarşılanır. Digər səbəb bələdiyyələrin öz işlərini düzgün qura bilməməsidir. Əhali ilə işbirliyi onlarda alınmır. Əhali MİS və bələdiyyələr arasında qalıb və bir çox hallarda onların funksiyalarını dəyişik salırlar. Bundan başqa bələdiyyələrin təsir mexanizmlərinin olmaması, icra orqanlarının bu sahədə maraqlı olmaması, qanunlarda boşluqların olması və s. kimi səbəbləri göstərmək olar.

  • Altay Cəfərov, müstəqil auditor: Birincisi, bələdiyyələrin özləri əmlak vergisinin yığılmasında bir o qədər də maraqlı olmurlar. Bilirisiniz ki, fiziki şəxslərin əmlak vergisi onların mülkiyyətində olan evlərin inventar dəyərinin 0,1 faizinin miqdarında müəyyənləşdirilmişdir. Bəs inventar dəyər necə hesablanır? Bunun üçün müvafiq qaydalar var. Praktik olaraq binaların inventar dəyərinin hesablanması əsasən ixtisaslaşmış qiymətləndiricilər və auditorlar tərəfindən aparılır. Əlbətə ki, belə qiymətləndirmələrin aparılması xidmət haqqı hesabına həyata keçirilir. Yəni qiymətləndiricilərə xidmət haqqı ödənilir. Bələdiyyələrin belə bir vəsaiti demək olar ki, olmur. Ona görə də istənilən bələdiyyədə inventar dəyərinin hesablanılması ilə bağlı problemlər var. Bu isə əmlak vergisi yığımına mane olur. İkincisi, vətəndaşların özlərinin də bu sahədə ümumi anlayışları da demək olar ki yox dərəcəsindədir. Praktika göstərir ki, torpaq vergisi qismən də olsa yığılır. Yəni vətəndaşlar belə başa düşürlər ki, torpağı əkirlər, becərirlər, gəlir əldə edirlər və həmin torpağa görə az da olsa vergi vermək olar. Ona görə də bələdiyyə işçiləri vətəndaşlardan torpaq vergisi aldığı zaman vətəndaşlar bunu qəbul edirlər. Amma əmlak vergisi ilə bağlı bildirirlər ki, bu mənim əmlakımdır, ondan hər hansı bir gəlir əldə etməmişəm və heç bir vergi öhdəliyim yaranmalı deyil.

* * *
- Əmlak vergisinin yığılmasını təmin etmək üçün hansı addımların atılması zəruridir? 




  • Tahir Rzayev, millət vəkili, Regional siyasət Komitəsinin üzvü: Evlər qeydiyyata alınmaldır. Elə adam var ki, 20-30 ildir bir evdə yaşayır, amma təəssüf olsun ki, həmin evin sənədi yoxdur. Vətəndaşların say tərkibi və dəqiq yaşayış yeri haqqında məlumat yığmaq olmur. Müharibə şəraitindəyik, sabah müharibə başlasa, səfərbərlik olsa, bu adamları hərbiyə hardan çağıracaqlar. Minlərlə adam var ki, Bakıda yaşayır, amma başqa yerdə qeydiyyatdadır. Qeydiyyatsızlıq kriminal vəziyyət yaradır. Bəzi adamlar gəlir kirayə yaşayır, bilinmir ki, hardadır, müəyyən olmur. Təcili olaraq qeydiyyata alınmalıdırlar. Hazırda iş gedir, sənədlər toplanır ki, hüquqi sənədlər verilsin, amma təəssüf ki, bu proses ləng gedir.

  • Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri: İlk növbədə bu verginin tutulma qaydalarının mexanizmlərini işlək vəziyyətə gətirmək lazımdır. 

  • Aydın Aslanov, müstəqil ekspert: Qanunvericilik vergi məsələsini kifayət qədər əhatə edir. Ümumiyyətlə isə inventarlaşma aparılmalıdır. Bələdiyyə özü öz ərazisində olan obyektlərin invertarizasiyasını aparmalıdır. Əmlakların bazar dəyəri çıxarılmalı, vergiyə cəlb edilməlidir.

  • Mirəli Hüseynov, "Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri: Əhalinin maddi durumu yüksəlməlidir. Bələdiyyə əhalinin inamını qazanmalıdır. Bələdiyyələrdə şəffaflıq təmin edilməli, vergilərin yiğılması və xərclənməsinə ictimai nəzarət güclənməlidir.

  • Nürsət İbrahimov, “MBA Group” konsaltinq şirkətinin direktoru: Vergi Məcəlləsində vergi bazasını və hesablanma qaydasını birmənalı göstərmək lazımdır. Bələdiyyələr əhali arasında işi gücləndirməli, əhalinin etimadını qazanmalıdır. İcra strukturları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü yenidən aparılmalı və dəqiqləşdirilməlidir (bələdiyyələrə təsir mexanizmi verilməlidir). Bələdiyyələr icra orqanlarının təsiri altından çıxmalıdır. Yerlərdə yaşayış sahələrinin inventarlaşması aparılmalı, qeyri-qanuni sayılan yaşayış sahələrinin sənədləşməsində bələdiyyələr əhaliyə dəstək verməli və bu sahədə müqavilələrin başlanması mexanizmi işlənilib hazırlanmalıdır. Bələdiyyələrin büdcələrinin şəffaflığı artırılmalı, əhali arasında müzakirələrə çıxarılmalı, əhali büdcələrin tərtibinə, formalaşdırılmasına geniş cəlb edilməlidir. Yaşayış sahələrinin qiymətləndirilməsi aparılmalı onların reyestri tərtib olunmalı və elekton səhifələrdə yerləşdirilməlidir.  

  • Altay Cəfərov, müstəqil auditor: Belə hesab edirəm ki, əmlak vergisinin inventar dəyərinə əsasən hesablanması mexanizmi özünü doğrultmur. Təklif edərdim ki, əmlak vergisi fiziki şəxslərin mülkiyyətində olan binaların illər üzrə istismara verilməsinə görə hesablanılsın. Yəni binaların hər kvadrat metrinə görə konkret məbləğ təyin olunmalıdır və binaların istismara verilməsinə görə illər üzrə azalan formada hesablanmalıdır. Bu zamanı da artıq əmlak vergisinin hesablanılması üçün heç bir qiymətləndirici tələb olunmur. Hər bir bələdiyyə özü sərbəst formada vergini hesablayır və bildirişi vətəndaşlara təqdim edir.

* * *
- Fiziki şəxslərdən əmlak vergisinin əmlakın inventar dəyəri əsasında yox, bazar dəyəri əsasında hesablanması mexanizminə necə baxırsınız?




  • Tahir Rzayev, millət vəkili, Regional siyasət Komitəsinin üzvü: Bazar dəyəri mexanizminə normal baxıram. Bəzən görürsən ki, inventar dəyərini çox aşağı qoyurlar. Müəyyən səbəbə görə 20 min manat inventar dəyəri olan evi 10-15 min manat dəyərində göstərirlər. 10 il əvvəl Bakıda evin qiyməti 5 min manat idisə, indi 50-45 min manatdır. O cümlədən də 2-3 otaqlı evlər, ya da şəxsi evlər. 15 manata bir otaqlı 4 sot həyətlə alırdın, indi 100-150 min manatdır. Aşağı qoyublar evin qiymətini deyə bələdiyyələr vergi ala bilmirlər. Gərək indi bələdiyyə hüquqşünaslarından istifadə edib əmlakın qiyməti bazarla uyğunlaşdırsın.

  • Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri: Bazar dəyəri mexanizminə müsbət baxıram. Belə olduqda sosial ədalətlilik daha yaxşı şəkildə təmin edilə bilər. Belə ki, Bakının mərkəzində inşa edilmiş bir evin vergisi, hansısa ucqar yaşayış məskənində tikilmiş bir evin vergisi qədər hesablanması düzgün sayıla bilməz. Fikrimcə, əmlaklar bazar dəyəri əsasında hesablanarsa, bələdiyyə büdcələrinin maliyyə imkanlarının artmasına kömək edə bilər.

  • Aydın Aslanov, müstəqil ekspert: Əmlak vergisinin vergi bazası bazar dəyəri əsasında olmaldır, çünki inventar dəyəri olanda bələdiyyələr uduzur.

  • Mirəli Hüseynov, "Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri: Əmlak vergisinin hesablanması üçün bazar qiyməti əsas götürülməlidir.

  • Nürsət İbrahimov, “MBA Group” konsaltinq şirkətinin direktoru: Bir vergi bazası olmalıdır, bütün digər bazalar və yanaşmalar ləğv edilməlidir. Yerlərdə əmlakın bazar dəyəri müstəqil qiymətləndiricilər tərəfindən hesablanmalı, reyestrdə bazaya yerləşdirilməli və bu bazaya giriş açıq olmalıdır. Alqı-satqı prosesində notariuslar, vergi orqanları və digər bazar iştirakçıları öz yanaşmalarında bu bazaya istinad etməli və bununla da vergidən yayınmalar mümkün olmur, ictimai qınağa səbəb olur və s.

  • Altay Cəfərov, müstəqil auditor: Bu sualla bağlı bildirmək istərdim ki, əmlak vergisinin bazar dəyərinə əsasən hesablanmasını mən düzgün hesab etmirəm. Belə ki, bazar dəyəri əsasən istənilən əməliyyatdan mənfəətlik halları olan zamanı tətbiq olunur. Amma fiziki şəxslər binalardan gəlir götürmür, ona görə də burada bazar dəyərinə əsasən əmlak vergisinin hesablanılması ədalətli olmazdı.


ƏLAVƏ 4

Azərbaycan Respublikası Nazirlər Kabinetinin


1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 



Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydasından
Ç I X A R I Ş

 
I. Binaların inventar dəyərinin müəyyən edilməsi

 

1.1. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırılması əsasında müəyyənləşdirilir.



1.2. Binaların inventar dəyəri qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyəri çıxılmaqla, həqiqi dəyəri üzrə müəyyən edilir.

1.3. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri əmsallar və qüvvədə olan indeks (inflyasiya dərəcəsi) nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:



1.3.1. Fərdi yaşayış (təqdim olunmuş layihə-smeta sənədlərinə əsasən tikilmiş və sonradan özəlləşdirilmiş kommunal fərdi evlərdən başqa) və bağ evlərinin inventar dəyərinin müəyyən edilməsi.

1.3.1.1. Azərbaycan Respublikasının ayrı-ayrı zonalarında yerləşən fərdi yaşayış və bağ evlərinin inventar dəyərləri bu Qaydanın 1 nömrəli və 2 nömrəli əlavələrinə əsasən, binanın 1 kub metrinin baza qiyməti normalarına 42700 artım əmsalı tətbiq edilməklə hesablanır.

1.3.1.2. Üç və ya artıq mərtəbəli binaların inventar dəyəri hesablanarkən həmin binanın bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən 1 kub metrinin dəyəri ikinci mərtəbədən başlayaraq, hər mərtəbə üçün özündən əvvəlki mərtəbənin 1 kub metrinin dəyərindən 5 faiz miqdarında az qəbul olunur.

1.3.1.3. Binaların fasadına üzlük çəkilmişsə və ya suvanmışsa, onda həmin binanın hər qiymət toplusunda göstərilən 1 kub metrinin dəyəri 4,5 faiz artırılır.

1.3.1.4. Mərtəbə arası və çardağ örtüyü dəmir-beton olduğu halda 1,1 keçid əmsalı tətbiq olunur.

1.3.1.5. Zirzəmi və yarım zirzəmi qiymətləndirilərkən müvafiq olaraq, 0,60 və 0,85 keçid əmsalları tətbiq olunur.

1.3.1.6. Binanın həcmi bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş maksimum həcmdən 30 faiz çox olarsa 0,95 əmsalı qəbul olunur.

1.3.2. Özəlləşdirilmiş mənzillərin (təsdiq olunmuş layihə-smeta sənədlərinə əsasən tikilmiş və sonradan özəlləşdirilmiş kommunal fərdi evlər də daxil olmaqla) inventar dəyərinin müəyyən edilməsi.

1.3.2.1. Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzillərin inventar dəyəri texniki pasport tərtib edildikdən sonra aşağıdakı qaydada hesablanır:

1.3.2.2. Binanın ilkin balans dəyəri əsas götürülərək, aşınma ayırmaları çıxılır, vahid həcminin dəyəri təyin edilərək mənzilin həcminə vurulur.

1.3.2.3. «Tikildiyi vaxtdan asılı olaraq, əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 29 yanvar tarixli 57 nömrəli, 1994-cü il 16 iyun tarixli 238 nömrəli və 1996-cı il 2 avqust tarixli 99 nömrəli qərarlarında bina və qurğular üçün nəzərdə tutulmuş əmsallar analoji olaraq, yaşayış binaları üçün tətbiq edilməklə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq təyin edilir.

1.5. Fiziki şəxslərin mülkiyyətində olan, normativ xidmət müddətini başa çatdırmış, ilkin balans dəyəri olmayan, eləcə də balans dəyəri binanın həqiqi vəziyyətinə uyğun gəlməyən binaların (fərdi yaşayış fondundan başqa) həqiqi dəyərini müəyyənləşdirmək üçün, həmin binalar yerində xüsusi komissiyanın iştirakı ilə texniki cəhətdən inventarlaşdırılır, faktiki vəziyyəti müəyyənləşdirilir, hər bir konstruktiv elementin faktiki vəziyyətinə görə köhnəlmə faizi bu Qaydanın 4 nömrəli əlavəsinə müvafiq təyin olunur.

Yuxarıda qeyd olunmuş binaların inventar dəyəri Azərbaycan Respublikasında, axırıncı dəfə 1972-ci ildə aparılmış yenidənqiymətləndirmə zamanı tətbiq edilmiş qiymət toplusundan və bu Qaydanın 3 nömrəli əlavəsindən istifadə edərək, aşınması çıxılmaqla təyin olunur.

 

II. Qiymətləndirmənin nəticələrinin rəsmiləşdirilməsi

 

İşin nəticələrinə görə icraçı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri) sifarişçiyə (bələdiyyə vergi xidməti orqanına) binanın qiymətləndirilməsinin yekun icmal cədvəlini təqdim edir. Yekun icmal cədvəli işin icraçıları tərəfindən imzalanır və icraçı təşkilatın rəisi tərəfindən təsdiq edilir.



ƏLAVƏ 4

Azərbaycan Respublikasının Vergi Məcəlləsindən

ÇIXARIŞ

Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.



Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.

200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.

Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.

200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.



200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

ƏDƏBİYYATLAR

  1. «Yerli Özünüidarə haqqında» Avropa Xartiyası

  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 11.07.2000-ci il, № 905-IQ

  3. «Büdcə sistemi haqqında» 02.07.2002-ci il tarixli, № 358-IIQ saylı Azərbaycan Respublikası Qanunu

  4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu

  5. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 07.12.1999-cu il tarixli, № 772-IQ saylı Azərbaycan Respublikası Qanunu

  6. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu, 21.12.2001, № 244-IIQ

  7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə. 24.06.2004.

  8. “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”. Nazirlər Kabinetinin 110 saylı, 28 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq olunub

  9. Azərbaycanda yerli və regional demokratiya haqqında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin «Azərbaycanda yerli və regional demokratiyaya dair» 126 saylı Tövsiyəsi (2003)

  10. Müxtəlif ölkələrin Vergi məcəllələri

  11. Конгресс местных и региональных властей Совета Европы. Заключение 14 (2000) По проекту Рекомендации Комитета Министров, подготовленному cdlr, «Местные налоги, финансовое выравнивание и финансовые субсидии органам местного самоуправления»

  12. Конгресс местных и региональных властей Совета Европы. Рекомендация 79 (2000). О « Соразмерности финансовых ресурсов органов местного само­уп­рав­ления их полномочиям – проверка принципа субсидиарности на практике»

  13. Закон Литовской Республики о налоге на недвижимое имущество, от 7 июня 2005 г. № х-233

  14. Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy. Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı. Bakı, 2011

  15. Bələdiyyə büdcələrinin icra vəziyyətinə dair Dövlət Statistika Komitəsinin illik bülletenləri

  16. Rusiyadan Azərbaycana pul köçürmələri azalıb. “İqtisadi forum” jurnalı, 01 mart, 2010

  17. Налогообложение недвижимости, принадлежащей физическим лицам. "Налоговый вестник", 2004, N9

  18. С.Л. Бондарчук. Об информационном взаимодействии между Росреестром и ФНС России при исчислении и взимании имущественных налогов. Москва, 2010, Всероссийская конференция

  19. Методология моделирования оценки и функции расчета налога. Центр Анализа Рынков Недвижимости. www.crea.ru

  20. Налоговая реформа в России: проблемы и решения (Том II). Институт Экономики Переходного Периода. Москва, 2003

  21. «Основы фискальной децентрализации». Справочное руководство для стран с переходной экономикой. Павел Свяневич

  22. Березин М. Налогообложение недвижимости - М.: Финансы и статистика, 2003

  23. «Киевляне будут платить налог на недвижимость». Интернет-портал BUSINESS NEWS. Июль 1, 2011. www.businessnews.com.ua

  24. «Налог на недвижимость». Все о недвижимости в Чехии. Интернет-портал http://ceska-nedvizimost.com



1 Azərbaycanda yerli və regional demokratiya haqqında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin «Azərbaycanda yerli və regional demokratiyaya dair» 126 saylı Tövsiyəsi (2003)

2 Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy. Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı. Bakı, 2011. www.localdemocracy.az

3 Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy. Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı. Bakı, 2011. www.localdemocracy.az

4 Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 11.07.2000-ci il, № 905-IQ, Maddə 4

5 Bələdiyyələrin maliyyə əsasları haqqında AR Qanunu, 07.12.1994, № 772-İQ, Maddə 7.

6 Bələdiyyə orqanlarının büdcəsinin icrasına dair statistik bülleten, Bakı 2011, Dövlət Statistika Komitəsi

7 Rusiyadan Azərbaycana pul köçürmələri azalıb. “İqtisadi forum” jurnalı, 01 mart, 2010. www.sei.az

8 Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında AR Qanunu, 21.12.2001, № 244-IIQ, maddə 5

9 Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilib.

10 Bakı şəhərinin Xətai, Nizami, Yasamal və s. bələdiyyələri belə təşəbbüslər göstəriblər.

11 Bələdiyyə orqanlarının 2010-cu il üzrə büdcələrinin icrasına dair statistik bülleten, Bakı 2011, DSK

12 С.Л. Бондарчук. Об информационном взаимодействии между Росреестром и ФНС России при исчислении и взимании имущественных налогов. Москва, 2010, Всероссийская конференция

13 Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu, 4 aprel 2002-ci il, № 683, Maddə 5.

14 Qaydaya görə, binalar dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür

15 Bələdiyyə orqanlarının 2010-cu il üzrə büdcələrinin icrasına dair statistik bülleten, Bakı 2011, DSK

16 Закон Литовской Республики о налоге на недвижимое имущество, от 7 июня 2005 г. № х-233

17 Налогообложение недвижимости, принадлежащей физическим лицам. "Налоговый вестник", 2004, N9

18 Методология моделирования оценки и функции расчета налога. Центр Анализа Рынков Недвижимости. www.crea.ru

19 Налоговая реформа в России: проблемы и решения (Том II). Институт Экономики Переходного Периода. Москва, 2003.

20 «Основы фискальной децентрализации». Справочное руководство для стран с переходной экономикой. Павел Свяневич

21 «Киевляне будут платить налог на недвижимость». Интернет-портал BUSINESS NEWS. Июль 1, 2011. www.businessnews.com.ua


22 «Налог на недвижимость». Все о недвижимости в Чехии. http://ceska-nedvizimost.com

23 Березин М. Налогообложение недвижимости - М.: Финансы и статистика, 2003

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə