İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ




Yüklə 0.76 Mb.
səhifə6/7
tarix24.04.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7


Mənbə: Dövlət Statistika Komitəsi

ƏLAVƏ 2

S

ORĞUNUN ANALİZİ

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Sorğu Almaniya Beynəlxalq Əməkdaşlıq (GİZ) və Oxfam GB təşkilatlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Mərkəzi Regionunda yerli idarəçilik və inkişafa vətəndaşların cəlbi və bələdiyyələrin bacarıqlarının artırılması” layihəsi çərçivəsində sorğu keçirib.

Sorğunun keçirilməsində məqsədi yerli vergilərdən olan fiziki şəxslərdən əmlak vergisinin bazasını təkmilləşdirmək və onun yığım səviyyəsinin artmasını təmin etmək üçün hökumətə təkliflər hazırlamaqdır.

Sorğu Mərkəzi Aran regionunda fəaliyyət göstərən bələdiyyələr arasında aparılıb.

Respondentlər aşağıdakı bələdiyyələri əhatə edib:


Bərdə rayonu üzrə:


  1. Çələbilər bələdiyyəsi

  2. Dəymədağıldı bələdiyyəsi

  3. Əliyanlı bələdiyyəsi

  4. Alpout bələdiyyəsi

  5. Göyüşlü bələdiyyəsi

  6. II Hacallı bələdiyyəsi

  7. Həsənqaya bələdiyyəsi

  8. Şirvanlı bələdiyyəsi

  9. Kələntərli bələdiyyəsi

  10. Alaçadırlı bələdiyyəsi

  11. Mollagüllər bələdiyyəsi

  12. Divanlı bələdiyyəsi

  13. Kətəlparaq bələdiyyəsi

  14. Zümürxan bələdiyyəsi

  15. Körpüqıran bələdiyyəsi

  16. Samuxlu bələdiyyəsi

  17. Yeni Daşkənd bələdiyyəsi

  18. I Qaradəmirçi bələdiyyəsi

  19. Xanərəb bələdiyyəsi

  20. Piyadalar bələdiyyəsi



Agcabədi rayonu üzrə:


  1. Qaravəlli bələdiyyəsi

  2. Gələbədin bələdiyyəsi

  3. Hacıbədəlli bələdiyyəsi

  4. Təzəkənd bələdiyyəsi

  5. Qiyamadınlı bələdiyyəsi

  6. Taynaq bələdiyyəsi

  7. Hüsülü bələdiyyəsi



Tərtər rayonu üzrə:


  1. Azad Qaraqoyunlu bələdiyyəsi

  2. Qaynaq bələdiyyəsi

  3. Seydimli bələdiyyəsi

  4. Qaradağlı bələdiyyəsi

  5. Cəmilli bələdiyyəsi

  6. Mamirli bələdiyyəsi

  7. İrəvanlı bələdiyyəsi

  8. Hacıqərvənd bələdiyyəsi



Yevlax rayonu üzrə:


  1. Malbinəsi bələdiyyəsi

  2. Qaramanlı bələdiyyəsi

  3. Aşağı Qarxun bələdiyyəsi

  4. Balçılı bələdiyyəsi

  5. Qaraməmmədli bələdiyyəsi

Bələdiyyələrin təmsil edən respondentlər bələdiyyə sədrləri olub.

Sorğuya ümumilikdə Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarını əhatə edən 40 bələdiyyə cəlb edilib. Bərdə rayonundan 20, Tərtər rayonundan 8, Agcabədi rayonundan 7, Yevlax rayonundan isə 5 bələdiyyə iştirak edib. (Qrafik 1)

Qrafik 1. Respondentlərin tərkibi
Respondentlərin yarısını (50%) Bərdə rayonu bələdiyyələri təmsil edib. Tərtər rayonunun payı 17,5%, Agcabədi rayonunun payı 20%, Yevlax rayonunun payı isə 12,5% təşkil edib.

Sorğu aparılan bələdiyyələrin ərazisində yaşayan əhalinin sayı müxtəlifdir. Ən az əhali (967 nəfər) Ağcabədi rayonun Taynaq bələdiyyəsində, ən çox əhali isə (4500 nəfər) Tərtər rayonunun Qaradağlı bələdiyyəsində yaşayır. Orta hesabla bu bələdiyyələrin ərazisində 1880 nəfər yaşayır.




Qrafik 2. Əhalinin sayına görə qruplaşması

Sorğu iştirakçılarının 37,5%-nin ərazisində 1000-1500 nəfər yaşayır. 22,5%-də 2001-2500 nəfər, 20%-də 1501-2000 nəfər, 12,5%-də isə 2501-3000 nəfər yaşayır. (Cədvəl 1)



Cədvəl 1

Sorğuda iştirak edən bələdiyyələrin əhali sayı və illik büdcəsi
barədə bəzi məlumatlar



Bələdiyyənin adı

Əhalinin sayı

İllik büdcə, manatla

Əmlak vergisinin büdcə gəlirlərində payı, %-lə

Əmlak vergisi üzrə daxilolmalar

Həcmi, AZN-lə

Yığım səviyyəsi,
%-lə





Bərdə




  1. Çələbilər

1200

2500

-

-

-

  1. Dəymədağıldı

1828

9500

-

-

-

  1. Əliyanlı

1200

3500

4,3

150

20

  1. Alpout

1180

15300

-

-

-

  1. Göyüşlü

1492

10200

-

-

-

  1. II Hacallı

1390

10650

-

-

-

  1. Həsənqaya

2041

3000

-

-

-

  1. Şirvanlı

2019

4300

-

-

-

  1. Kələntərli

1855

12000

-

-

-

  1. Alaçadırlı

1840

9100

8,4

760

38

  1. Mollagüllər

1400

7000

-

-

-

  1. Divanlı

1050

9500

-

-

-

  1. Kətəlparaq

2400

9000

-

-

-

  1. Zümürxan

2130

16050

-

-

-

  1. Körpüqıran

2130

10131

9,5

960

52

  1. Samuxlu

1656

34330

1,7

584

25

  1. Yeni Daşkənd

2586

5000

-

-

-

  1. I Qaradəmirçi

1972

10000

3,5

350

75

  1. Xanərəb

2141

13100

-

-

-

  1. Piyadalar

1027

8620

-

-

-




Ağcabədi




  1. Qaravəlli

3000

8770

1,1

94

45

  1. Gələbədin

1281

4238.31

-

-

-

  1. Hacıbədəlli

1236

13000

-

-

-

  1. Təzəkənd

1263

9800

-

-

-

  1. Qiyamadınlı

1700

3888

-

-

-

  1. Taynaq

967

4000

-

-

-

  1. Hüsülü

1863

24000

-

-

-




Tərtər




  1. Azad Qaraqoyunlu

2700

7200

-

-

-

  1. Qaynaq

1730

6500

-

-

-

  1. Seydimli

1030

9000

2,9

260

12

  1. Qaradağlı

4500

9500

-

-

-

  1. Cəmilli

2470

8970

-

-

-

  1. Mamirli

2037

9500

-

-

-

  1. İrəvanlı

1035

9867

-

-

-

  1. Hacıqərvənd

2800

6300

3,3

210

30




Yevlax




  1. Malbinəsi

2243

9500

-

-

-

  1. Qaramanlı

3680

13000

-

-

-

  1. Aşağı Qarxun

1229

3900

4,4

170

25

  1. Balçılı

1117

11500

-

-

-

  1. Qaraməmmədli

2815

4800

-

-

-


Qeyd: Cədvəl sorğu məlumatları əsasında tərtib edilib
Bələdiyyələrin illik büdcəsi də bir-birindən kəskin fərqlənir. Məsələn, 2010-cu ildə ən az büdcə Bərdə rayonun Çələbilər bələdiyyəsində (2500 manat), ən çox büdcə isə həmin rayonun Samuxlu bələdiyyəsində (34330 manat) olub. (Cədvəl 1)
Sorğunun təhlili göstərir ki, yerli büdcənin əsas gəlir mənbələrindən olan fiziki şəxslərin əmlak vergisi sahəsində yığım səviyyəsi ürəkaçan deyil. Cavablardan məlum olur ki, respondentlərin 77,5%-ində (31 bələdiyyə) əhalidən əmlak vergisi tutulmur. (Qrafik 3)


Qrafik 3. Əmlak vergisi yığılan bələdiyyələrin sayı
Bərdə və Tərtər rayonunlarının bələdiyyələrində əmlak vergisinin yığım səviyyəsi 25% təşkil edir. Ağcabədi rayonunda vəziyyət bir qədər yaxşıdır. Bu rayonun bələdiyyələrinin 40%-i bu gəlir mənbələrindən yararlanırlar. Yevlax bələdiyyələrində isə ən aşağı səviyyədədir (20%). (Qrafik 4)



Qrafik 4. Əmlak vergisi yığılan bələdiyyələrin payı

Sorğuda iştirak edən bələdiyyələrin yalnız 22,5%-i (9 bələdiyyə) öz səlahiyyətlərində olan vergi yığımından yararlana bilirlər.

Yevlax bələdiyyələrinin 80%-i qanunla onlara verilən səlahiyyətləri yerinə yetirə bilmir. Bərdə və Tərtər bələdiyyələrinin 75%-i, Ağcabədi bələdiyyələrinin 60%-i əsas yerli gəlir mənbələrindən olan fiziki şəxslərdən əmlak vergisini tətbiq edə bilmir. (Qrafik 4)

Əmlak vergisi üzrə daxilolmaların yerli büdcələrin gəlirlərində payı aşağıdır. Respondent bələdiyyələr arasında ən yüksək göstərici Bərdə rayonunun Körpüqıran bələdiyyəsindədir. Büdcə gəlirlərinin 9,5%-i bu mənbədən daxil olan gəlirlər hesabına formalaşır. Ən aşağı göstərici (1,1%) isə Ağcabədi rayonunun Qaravəlli bələdiyyəsindədir (Cədvəl 1)

Əmlak vergisinin yığım icrasında da vəziyyət ürəkaçan deyil. Cavabların təhlili göstərir ki, 9 bələdiyyə üzrə yığım səviyyəsi orta hesabla 30%-dən çox deyil.

I Qaradəmirçi bələdiyyəsində yığım səviyyəsi vergi yığımı sahəsində digər bələdiyyələrdən üstündür. Bu bələdiyyə proqnoza 75% əməl edir. Halbuki Seydimli bələdiyyəsi proqnozu cəmisi 12% icra edə bilir. Əliyanlı bələdiyyəsində əmlak vergisi üzrə yığım 20%, Alaçadırlıda 38%, Körpüqıranda 52%, Samuxluda 25%, Qaravəllidə 45%, Hacıqərvənddə 30%, Aşağı Qarxunda 25% təşkil edir. (Qrafik 5)




Qrafik 5. Əmlak vergisinin yığım səviyyəsi

Əmlak vergisi yığan bələdiyyələrdə adambaşına düşən orta illik vergi ödənişi 22,4 qəpik olub. Ən yüksək göstərici Körpüqıran bələdiyyəsində olub. Bu bələdiyyənin sakinləri il ərzində yerli büdcəyə orta hesabla adambaşına 45,1 qəpik ödəyiblər. Alaçadırlıda ödəniş 41,3 qəpik, Samuxluda 35,3 qəpik, I Qaradəmirçidə isə 17,8 qəpik olub. Qaravəlli bələdiyyəsində adambaşına vergi ödənişi 3,1 qəpik, Hacıqərvənd bələdiyyəsində 7,5 qəpik təşkil edib. (Qrafik 6)




Qrafik 6. Əmlak vergisinin adambaşına düşən həcmi, qəpik

Bələdiyyə ərazilərində yerləşən evlərin dövlət reyestrində qeydiyyatdan keçməməsi və inventar dəyərinin olmaması vergi yığımına mane olan əsas amillərdən hesab olunur.



Sorğunun təhlili göstərir ki, bələdiyyə ərazilərində insanların yaşadığı evlərin əksəriyyətinin inventar dəyəri yoxdur. Sorğuya cəlb edilmiş bələdiyyələrin 25%-də (10 bələdiyyə) ümumiyyətlə inventar dəyəri olan evlər yoxdur. (Qrafik 7)


Qrafik 7. Evlərin inventar dəyəri
Bərdə bələdiyyələrinin 30%-nin ərazisində ümumiyyətlə evlərin inventar dəyəri yoxdur. Ağcabədi rayonunda bu göstərici 28,6%, Tərtər rayonunda isə 25%-ə bərabərdir. Yevlax rayonunu təmsil edən bələdiyyələrin hamısındə inventar dəyəri olan ən azı bir neçə ev mövcuddur. (Cədvəl 2)


Cədvəl 2

Bələdiyyə ərazisində yerləşən evlərin hüquqi vəziyyəti


Bələdiyyənin adı

Faktiki yaşayış evlərinin sayı

Dövlət reyestrində qeydiyyat şəhadətnaməsi olan evlərin sayı

Rəsmi inventar dəyəri olan evlərin sayı

İnventar dəyəri olan evlərin ümumi evlərdə payı, %-lə




Bərdə




  1. Çələbilər

190

1

-

0

  1. Dəymədağıldı

400

35

6

1,5

  1. Əliyanlı

180

8

4

2,2

  1. Alpout

280

50

-

0

  1. Göyüşlü

280

70

60

21,4

  1. II Hacallı

275

8

8

2,9

  1. Həsənqaya

410

115

-

0

  1. Şirvanlı

485

35

5

1,0

  1. Kələntərli

524

5

-

0

  1. Alaçadırlı

484

120

45

9,3

  1. Mollagüllər

290

0

-

0

  1. Divanlı

195

12

4

2,1

  1. Kətəlparaq

420

27

16

3,8

  1. Zümürxan

630

2

-

0

  1. Körpüqıran

614

340

68

11,1

  1. Samuxlu

546

38

16

2,9

  1. Yeni Daşkənd

440

20

15

3,4

  1. I Qaradəmirçi

280

60

60

21,4

  1. Xanərəb

380

20

10

2,6

  1. Piyadalar

351

6

6

1,7




Ağcabədi




  1. Qaravəlli

400

62

62

15,5

  1. Gələbədin

225

-

-

0

  1. Hacıbədəlli

940

16

4

0,5

  1. Təzəkənd

478

21

7

1,5

  1. Qiyamadınlı

360

15

200

55,5

  1. Taynaq

178

10

-

0

  1. Hüsülü

436

25

6

1,4




Tərtər




  1. Azad Qaraqoyunlu

560

2

-

0

  1. Qaynaq

308

9

3

1,0

  1. Seydimli

721

12

7

1,0

  1. Qaradağlı

580

28

7

1,2

  1. Cəmilli

686

14

5

0,7

  1. Mamirli

516

17

5

1,0

  1. İrəvanlı

471

0

-

0

  1. Hacıqərvənd

581

26

5

0,9




Yevlax




  1. Malbinəsi

612

21

16

2,6

  1. Qaramanlı

975

52

43

4,4

  1. Aşağı Qarxun

234

16

8

3,4

  1. Balçılı

295

36

5

1,7

  1. Qaraməmmədli

701

14

12

1,7


Qeyd: Cədvəl sorğu məlumatları əsasında tərtib edilib

Araşdırma göstərir ki, evlərin az bir hissəsinin inventar dəyəri var. Bəzi bələdiyyələrin ərazisində olan inventarlı evlərin payı heç 1%-dən də azdır. Hacıbədəlli və Hacıqərvənd bələdiyyələrinin ərazisində olan evlərin uyğun olaraq 0,5% və 0,9%-nin inventar dəyəri var. Bəzi bələdiyyələrdə bu göstərici daha yüksəkdir. Qiyamadinli bələdiyyəsində evlərin yarıdan çoxu (55%), Göyüşlü və I Qaradəmirçi bələdiyyələrində isə 21,5%-i inventarlaşdırılıb.

Sorğuda iştirak edən bələdiyyələrin ərazilərində yerləşən evlərin orta hesabla 4%-i inventarlaşıb.
Sorğunun təhlili göstərir ki, inventar dəyəri olmayan evlərin böyük əksəriyyəti vergiyə cəlb edilmir. Respondentlərin 85%-i (34 bələdiyyə) inventar dəyəri olmayan evlərin vergiyə cəlb edilmədiyini bildirib.


Qrafik 8. İnventar dəyəri olmayan evlərin əmlak vergisinə cəlb edilmə vəziyyəti

Digər rayonlarla müqayisədə Bərdə rayonunda vəziyyət nisbətən normaldır. Bu rayonun bələdiyyələrinin 70%-i (14 bələdiyyə) evləri vergiyə cəlb etmədiklərini bildiriblər. Digər 3 rayonda vəziyyət daha acınacaqlıdır. Ağcabədi, Tərtər və Yevlax rayonunun təmsilçilərinin cavablarından məlum olur ki, onlar ümumiyyətlə (100%) belə evlərdən vergi yığmırlar. (Qrafik 3)




Qrafik 9. İnventar dəyəri olmayan evlərin əmlak vergisinə cəlb edilmə vəziyyəti

Bərdə bələdiyyələrinin 2,5%-i (1 bələdiyyə) öz təşəbbüsləri ilə inventarsız evlərin qiymətləndirici tərəfindən qiymətləndirildiyini, 12,5%-i (5 bələdiyyə) isə belə evlərdən bələdiyyə tərəfindən təxmini hesablanmış məbləğdə vergi tutulduğunu qeyd ediblər. Halbuki Ağcabədi, Tərtər və Yevlax rayonunun bələdiyyələrinin cavablarında belə hallara rast gəlinməyib.


Sorğunun təhlili göstərir ki, heç də bütün bələdiyyələrdə vergi yığımında əsas problem inventar dəyərinin olmamasıdır. Cavabların təhlili göstərir ki, evlərin inventar dəyərinin olması həmin evlərdən vergi tutulması anlamına gəlmir. Çünki bələdiyyə qurumları müxtəlif səbəblərdən inventar dəyəri olan evlərdən də vergi tutmurlar.

Araşdırma nəticəsində məlum olur ki, sorğuda iştirak edən və ərazisində inventarlaşdırılmış evlər olan bələdiyyələrin 61,3%-i (19 bələdiyyə) əmlak vergisi yığa bilmir.





Qrafik 10. İnventar dəyəri olan evlərin vergiyə cəlb edilmə səviyyəsi

Yalnız 38,7% bələdiyyə inventar dəyəri olan evləri vergiyə cəlb edə bilir. Əliyanlı, Samuxlu bələdiyyələrin cavablarında inventar dəyəri olan evlərin hamısından vergi tutduqlarını bildiriblər. II Hacallı, Qaravəlli bələdiyyələrində bu göstərici 80% təşkil edir. Körpüqıran (63%), I Qaradəmirçi (54%), Seydimli (70%), Aşağı Qarxun (75%) bələdiyyələrində evlərin yarıdan çoxunda vergi tutulur. Alaçadırlı və Hacıqərvənd bələdiyyələrində vəziyyət bir qədər aşağıdır. Bu bələdiyyələrdə inventarlaşmış evlərin uyğun olaraq 30% və 40%-i vergiyə cəlb edilir.

Sorğuda iştirak edən bələdiyyələr əmlak vergisinin yığılmasında yaranmış problemlərin əsas səbəbkarı kimi evlərin inventar dəyərinin olmamasının göstəriblər. Respondentlərin demək olar ki, hamısı (97,5%) bu qənaətə gəliblər. (Qrafik 11)

Bərdə, Tərtər və Yevlax rayonlarının təmsil edən bələdiyyələrin hamısı (100%) bu fikri bölüşüblər. Ağcabədi bələdiyyələrinin 85,7%-i (6 bələdiyyə) evlərin inventar dəyərinin olmamasını önə çəkiblər. (Qrafik 12)





Qrafik 11. Əmlak vergisinin yığılmasında ortaya çıxan problemləri yaradan səbəblər

Respondentlər ikinci əsas problem kimi qanunvericilikdə boşluqların olmasını qeyd ediblər. Rəyi soruşulanların 82,5%-i (33 bələdiyyə) bu fikri bölüşüb. Bərdə bələdiyyələrinin 70%-i (14 bələdiyyə), Tərtər bələdiyyələrinin 87,5%-i (7 bələdiyyə) qanunvericilikdəki boşluqların vergi yığımına mənfi təsiri barədə rəy bildirib. Ağcabədi və Yevlax rayonunu əhatə edən bələdiyyələrin hamısı (100%) diqqəti qanunvericilikdəki boşluqlara yönəldib. (Qrafik 12)

Respondentlər hesab edirlər ki, əhalinin onların maliyyə şəffaflığına inamı kifayət qədər var. Onların heç biri inamın az olmasının vergi yığımına təsir etdiyi qeyd etməyiblər. Əvəzində əhalinin maddi imkanlarının zəifliyi vergi yığımına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Respondentlərin 77,5%-i (31 bələdiyyə) bu fikirdədir. (Qrafik 11)

Tərtər və Yevlax bələdiyyələrinin hamısı (100%) vergi yığa bilməməklərinin günahını həm də əhalinin maddi imkanlarının zəifliyində görüblər. Bərdə bələdiyyələrinin 70%-i (14 bələdiyyə), Ağcabədi bələdiyyələrinin 57,1%-i (4 bələdiyyə) əhalinin maddi imkanlarının aşağı olmasını vergi verilməməsi üçün səbəb kimi göstərib. (Qrafik 12)




Qrafik 12. Əmlak vergisinin yığılmasında ortaya çıxan problemləri yaradan səbəblər

Bələdiyyələr arasında maarifləndirmə işinin zəif olduğunu göstərən də var. Respondentlərin 17,5%-i (7 bələdiyyə) insanlar ona görə vergi vermir ki, onların vergi barədə məlumatı azdır və bunun üçün maarifləndirmə işləri aparılmalıdır. (Qrafik 11)

Yevlax bələdiyyələri arasında bu fikrlə ümumiyyətlə razılaşan yoxdur. Ancaq Bərdə (25%), Tərtər (12,5%) və Ağcabədi (14,3%) bələdiyyələrinin az bir hissəsi maarifləndirmə işinin zəif olmasını əhalinin vergi verməməsinə səbəb kimi göstəriblər. (Qrafik 12)

Respondentlərin 5%-i (2 bələdiyyə) vergi yığımına mane olan digər səbəbləri göstərib. Bu səbəblər qismində bələdiyyə ərazisində yaşayan əhali arasında təqaüdçülərin çoxluğunuevlərin inventarlaşmasının dövlət tərəfindən aparılmasını əlavə ediblər.


Bələdiyyələr fiziki şəxslərdən əmlak vergisinin yığılması imkanlarının artırılması ilə bağlı təkliflər veriblər. Rəyi soruşulanların 95%-i (38 bələdiyyə) hesab edir ki, bunun üçün ilk növbədə bütün yaşayış evləri təcili inventarlaşdırılmalıdır. Tərtər və Yevlax bələdiyyələrini təmsil edən respondentlərin hamısı (100%) bu fikri dəstəklədiklərini bildiriblər. Bərdə bələdiyyələrinin 95%-i (19 bələdiyyə), Ağcabədi bələdiyyələrinin 85,7%-i (6 bələdiyyə) bütün evlərin təcili olaraq inventarlaşdırılması təklifini önə çəkiblər. (Qrafik 14)



Qrafik 13. Əmlak vergisinin yığım səviyyəsinin artırılması yolları

Sorğuda iştirak edən bələdiyyələrin 30%-i (12 bələdiyyə) vergi yığımını artırmaq üçün bələdiyyələrə əlavə təsir rıçaqlarının verilməsini təklif edib. Yevlax bələdiyyələrinin 80%-i (4 bələdiyyə) əlavə rıçaqların verilməsinin vacibliyini qeyd edib. Bərdə bələdiyyələrinin 25%-i (5 bələdiyyə), Ağcabədi bələdiyyələrinin 42,9%-i bu addımı bəyənib. Tərtər bələdiyyələri isə hesab edir ki, vergi yığımını təmin etmək üçün əlavə rıçaqlara ehtiyac yoxdur. (Qrafik 14)




Qrafik 14. Əmlak vergisinin yığım səviyyəsinin artırılması yolları
Bələdiyyələr 3-cü vacib addım kimi əhalinin maarifləndirilməsini təklif edirlər. Rəyi soruşulanların 1/5-i (8 bələdiyyə) hesab edir ki, əhalinin vergi barədə bilgiləri azdır və bunun üçün maarifləndirmə işləri aparılmalıdır. Bərdə təmsilçilərinin 30%-i (6 bələdiyyə) bu təklifi dəstəkləyir. Ağcabədi və Yevlax bələdiyyələrində bu göstərici uyğun olaraq 14,3% və 20% təşkil edir. Tərtər bələdiyyələri isə ümumiyyətlə buna ehtiyac görmürlər. (Qrafik 14)

Bələdiyyələrin az bir hissəsi qanunvericilyin tələblərinin daha da sərtləşdirilməsini təklif edib. Respondentlərin cəmisi 7,5%-i (3 bələdiyyə) bu fikrə şərik olublar. Bərdə bələdiyyələrinin 5%-i, Yevlax bələdiyyələrinin 40%-i qanunvericiliyin tələblərinin sərtləşdirilməsinin vacibliyini bildiriblər. Tərtər və Ağcabədi bələdiyyələrinin hamısı buna ehtiyac görməyiblər.


Sorğu suallarından biri də bələdiyyə ərazisində bütün evlərin inventarlaşacağı təqdirdə əmlak vergisinin mümkün həcmi barədə idi. Cavablardan məlum olur ki, sorğuda iştirak edən bələdiyyələrdən ümumilikdə 82250 manat həcmində vergi yığmaq mümkündür. Bu vəsait onların hazırki büdcəsinin 22%-ni təşkil edir. Halbuki indiki vəziyyətdə yığım ümumilikdə 3558 manat olub ki, bu da büdcə gəlirlərinin 1%-dən çox deyil. Bələdiyyələrin cavablarında aydın olur ki, əgər inventarlaşma prosesi həyata keçirilərsə, bu halda əmlak vergisinin yığım səviyyəsi 23 dəfəyədək arta bilər.
Fiziki şəxslərdən əmlak vergisinin əmlakın inventar dəyəri əsasında yox, bazar dəyəri əsasında hesablanması təklifini sorğu iştirakçılarının yarıdan çoxu müsbət cavablandırıb. Rəyi soruşulanların 65%-i (26 bələdiyyə) bu mexanizmi yaxşı ideya hesab edib. Bərdə bələdiyyələrinin 55%-i (11 bələdiyyə) bu ideyanı dəstəkləyib. Tərtər bələdiyyələrinin böyük əksəriyyəti – 87,5%-i (7 bələdiyyə) bazaar dəyəri mexanizminə üstünlük verib. Ağcabədidə bu göstərici 57,1% (4 bələdiyyə), Yevlaxda isə 80% (4 bələdiyyə) təşkil edib.



Qrafik 15. Əmlak vergisinin əmlakın bazar dəyəri əsasında hesablanması təklifinə münasibət

Respondentlərin 10%-i (4 bələdiyyə) indiki variantın qalmasını, yəni əmlak vergisinin əmlakın inventar dəyəri əsasında hesablanması mexanizmini məqbul sayıb. Bu variantın qalmasını Bərdə bələdiyyələri təklif edib. Bu rayonda fəaliyyət göstərən bələdiyyələrin 20%-i (4 bələdiyyə) bunula bağlı fikrini müsbət bildirib. Tərtər, Ağcabədi və Yevlax bələdiyyələrinin heç biri indiki variantı məqbul hesab etməyib.




Qrafik 16. Əmlak vergisinin əmlakın bazar dəyəri əsasında hesablanması təklifinə münasibət

Ümumilikdə respondentlərin ¼-i suala münasibət bildirməyib. İştirakçıların 25%-i (10 bələdiyyə) konkret variantı seçməkdə çətinlik çəkdiklərindən “deyə bilmərəm” cavabını seçiblər. Bərdə bələdiyyələrinin 25%-i (5 bələdiyyə), Ağcabədi bələdiyyələrinin 42,9%-i (3 bələdiyyə) hər hansı variantı seçməyə çətinlik çəkib. Tərtər təmsilçilərinin 12,5%-i, Yevlax təmsilçilərinin 20%-i münasibət bildirməyib.



SORĞUDAN ÇIXAN NƏTİCƏLƏR
Sorğunun təhlili aşağıdakı nəticələri üzə çıxartdı:


  • Bələdiyyələr əmlak vergisi yığa bilmirlər. Sorğunun təhlili göstərir ki, yerli büdcənin əsas gəlir mənbələrindən olan fiziki şəxslərin əmlak vergisi sahəsində yığım səviyyəsi çox aşağıdır. Respondentlərin 77,5%-i bu vergini ümumiyyətlə tutmur.

  • Əmlak vergisi büdcə gəlirlərində payı aşağıdır. Əmlak vergisi üzrə daxilolmaların büdcə gəlirlərində payı ən yüksək halda 10%-dən çox deyil. Bəzi bələdiyyələrdə isə bu göstərici təxminən 1%-ə bərabərdir.

  • Əmlak vergisinin yığım səviyyəsi aşağıdır. Cavabların təhlili göstərir ki, respondent bələdiyyələr üzrə yığım səviyyəsi orta hesabla 30%-dən çox deyil.

  • Evlərin əksəriyyətinin inventar dəyəri yoxdur. Sorğunun təhlili göstərir ki, bələdiyyə ərazilərində insanların yaşadığı evlərin əksəriyyəti inventar dəyərinə malik deyillər. Sorğuya cəlb edilmiş bələdiyyələrin 25%-də ümumiyyətlə inventar dəyəri olan evlər yoxdur. Bələdiyyələrin ərazilərində yerləşən evlərin orta hesabla 4%-i inventarlaşıb.

  • İnventar dəyəri olmayan evlərin vergiyə cəlb edilmir. Respondentlərin 85%-i inventar dəyəri olmayan evlərin vergiyə cəlb edilmədiyini bildirir.

  • Əmlak vergisinin yığılmamasının əsas səbəbi evlərin inventar dəyərinin olmaması və qanunvericilikdə boşluqların olmasıdır. Respondentlərin 97,5%-i bələdiyyələr əmlak vergisinin yığılmasında yaranmış problemlərin əsas səbəbkarı kimi evlərin inventar dəyərinin olmamasını göstəriblər. Rəyi soruşulanların 82,5%-i ikinci əsas problem kimi qanunvericilikdə boşluqların olmasını qeyd ediblər.

  • İnventar dəyəri vergi yığımı problemini tam həll etmir. Cavabların təhlili göstərir ki, evlərin inventar dəyərinin olması həmin evlərdən vergi tutulması anlamına gəlmir. Çünki sorğuya görə, bələdiyyələrin 61,3%-i inventar dəyərinə malik evlərdən əmlak vergisi yığa bilmir.

  • Əmlak vergisinin bazası bazar dəyəri əsasında hesablanmalıdır. Bələdiyyələrin 65%-i fiziki şəxslərdən əmlak vergisinin əmlakın bazar dəyəri əsasında hesablanması mexanizmini müsbət dəyərləndirib.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə