İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ




Yüklə 0.76 Mb.
səhifə4/7
tarix24.04.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Meyarların izahı:

Bələdiyyələrin büdcə gəlirlərinin artım səviyyəsi. Vergi daxilolmaları hesabına yerli büdcələrin gəlirlərinin artımı səviyyəsini göstərir.

Yerli vergilər üzrə daxilolmaların artım səviyyəsi. Bələdiyyələrin büdcə gəlirlərində yerli vergilər üzrə daxilolmaların artım səviyyəsini göstərir.

Yerli vergilərin yığımının stimullaşdırılması səviyyəsi. Vergi yığan qurumunun yerli vergini yığmaqda nə qədər maraqlı olması səviyyəsini göstərir.

Yerli vergi bazasının təkmilləşdirilməsi səviyyəsi. Vergi qanunvericiliyində əmlakın vergiyə cəlbedilməsinə mane olan amillərin aradan qalxması səviyyəsini göstərir.

Yerli büdcənin dövlət büdcəsindən asılılığının azalması səviyyəsi. Yerli büdcələrin gəlirlərində vergi daxilolmalarının artması səbəbindən bələdiyyənin dövlətdən büdcəsindən maliyyə yardımı almaq marağının azalması səviyyəsini göstərir

Bələdiyyələrin dövlət qurumları ilə əməkdaşlıq səviyyəsi. Yerli vergilərin yığımında bələdiyyələrin dövlət qurumları ilə əməkdaşlıq səviyyəsini göstərir.

Bələdiyyələrin dövlət qurumlarından asılılığının azalması səviyyəsi. Həm əmlakın vergiyə cəlb edilməsi, həm də vergi yığımı prosesində bələdiyyələrin müvafiq dövlət qurumlarının hərəkətlərindən asılılığının azalması səviyyəsini göstərir.

Yerli ictimai xidmətləri göstərə bilmə imkanlarının artım səviyyəsi. Bələdiyyələrin maliyyə imkanlarının artması hesabına onların ictimai xidmətlər göstərməsinə stimullaşdırmaq imkanlarını göstərir.

İnzibati xərclərin azalması səviyyəsi. Yerli vergilərin yığılması üçün bələdiyyə nəzdində yaradılan qurumun saxlanması xərclərinin azalma səviyyəsini göstərir.

Əmlakın vergiyə cəlb edilmə səviyyəsi. Bələdiyyə ərazisində mövcud olan yaşayış evlərinin, binalarının və digər tikililərin əmlak vergisinə cəlb edilmə səviyyəsini göstərir.

Vergiödəyicilərin vergidən yayınmasının aradan qaldırılma səviyyəsi. Əmlak sahiblərinin müxtəlif üsullardan istifadə etməklə (vergi bazasının azaldılması, güzəşt qrupuna daxil edilmə, vergi ödəməmə və s.) vergidən yayınma səviyyəsinin azalmasını göstərir.

Vergi yığımına çəkilən xərclərin qarşılanma səviyyəsi. Vergi yığılmasına sərf olunan xərclərin özünü doğrultma səviyyəsinin göstərir.

Bələdiyyələrin vergi xidmətinin işinin təkmilləşməsi səviyyəsi. Bələdiyyənin vergi xidmətinin işinin nə dərəcədə səmərəli və çevik işləmə səviyyəsini göstərir.


Qiymətləndirmə ballarının izahı.

Alternativlərin nəticəsinin qiymətləndirilməsi zamanı 3 səviyyə – aşağı, orta və yüksək - müəyyənləşdirilib və hər bir səviyyəyə şərti olaraq bal verilib. Aşağı səviyyə - 1, orta – 2, yüksək səviyyə isə 3 bal qiymətləndirilib. Qiymətləndirmə müqayisəli təhlillərə və hipotezaya əsaslanıb. Zəruri statistik məlumatlar əldə etmək mümkün olmadığından variantların həyata keçirilməsi zamanı baş verəcək dəyişikliklərin dəqiq sərhədlərini də müəyyənləşdirmək çətin olub. Bu baxımdan səviyyələrə verilən ballar alternativlərin müqayisəsinə və ekspertlərin hipotezinə əsaslanıb. (Cədvəl 3-6)



Siyasətin həyata keçirilmə prosesi və nəticəsinin meyarlar üzrə qiymətləndirilməsi 3-5-ci cədvəllərdə əksini tapıb:
Alternativ variantların meyarlar üzrə qiymətləndirilməsi

Cədvəl 3.
Alternativ 1: Fiziki şəxslərin mülkiyyətində olan evlərin kütləvi inventarlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə mövcud vəziyyətin saxlanılması



Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




  1. Bələdiyyələrin büdcə gəlirlərinin artım səviyyəsi




2




2

  1. Yerli vergilər üzrə daxilolmaların artım səviyyəsi




2




2

  1. Yerli vergilərin yığımının stimullaşdırılması səviyyəsi







3

3

  1. Yerli vergi bazasının təkmilləşdirilməsi səviyyəsi




2




2

  1. Yerli büdcənin dövlət büdcəsindən asılılığının azalması səviyyəsi




2




2

  1. Bələdiyyələrin dövlət qurumları ilə əməkdaşlıq səviyyəsi







3

3

  1. Bələdiyyələrin dövlət qurumlarından asılılığın azalması səviyyəsi

1







1

  1. Yerli ictimai xidmətləri göstərə bilmə imkanlarının artım səviyyəsi




2




2

  1. İnzibati xərclərin azalması səviyyəsi







3

3

  1. Əmlakın vergiyə cəlb edilmə səviyyəsi




2




2

  1. Vergiödəyicilərin vergidən yayınmasının aradan qaldırılma səviyyəsi




2




2

  1. Vergi yığımına çəkilən xərclərin qarşılanma səviyyəsi




2




2

  1. Bələdiyyələrin vergi xidmətinin işinin təkmilləşməsi səviyyəsi

1







1




Yekun bal

27



Cədvəl 4.

Alternativ 2: Fiziki şəxslərin əmlakının bazar dəyəri əsasında vergiyə cəlb olunması


Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




  1. Bələdiyyələrin büdcə gəlirlərinin artım səviyyəsi







3

3

  1. Yerli vergilər üzrə daxilolmaların artım səviyyəsi







3

3

  1. Yerli vergilərin yığımının stimullaşdırılması səviyyəsi




2




2

  1. Yerli vergi bazasının təkmilləşdirilməsi səviyyəsi







3

3

  1. Yerli büdcənin dövlət büdcəsindən asılılığının azalması səviyyəsi







3

3

  1. Bələdiyyələrin dövlət qurumları ilə əməkdaşlıq səviyyəsi




2




2

  1. Bələdiyyələrin dövlət qurumlarından asılılığın azalması səviyyəsi

1







1

  1. Yerli ictimai xidmətləri göstərə bilmə imkanlarının artım səviyyəsi







3

3

  1. İnzibati xərclərin azalması səviyyəsi







3

3

  1. Əmlakın vergiyə cəlb edilmə səviyyəsi







3

3

  1. Vergiödəyicilərin vergidən yayınmasının aradan qaldırılma səviyyəsi







3

3

  1. Vergi yığımına çəkilən xərclərin qarşılanma səviyyəsi







3

3

  1. Bələdiyyələrin vergi xidmətinin işinin təkmilləşməsi səviyyəsi

1







1




Yekun bal

33

Cədvəl 5.
Alternativ 3: Əmlakın sahəsinin həcminə görə fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması


Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




  1. Bələdiyyələrin büdcə gəlirlərinin artım səviyyəsi







3

3

  1. Yerli vergilər üzrə daxilolmaların artım səviyyəsi







3

3

  1. Yerli vergilərin yığımının stimullaşdırılması səviyyəsi




2




2

  1. Yerli vergi bazasının təkmilləşdirilməsi səviyyəsi







3

3

  1. Yerli büdcənin dövlət büdcəsindən asılılığının azalması səviyyəsi




2




2

  1. Bələdiyyələrin dövlət qurumları ilə əməkdaşlıq səviyyəsi







3

3

  1. Bələdiyyələrin dövlət qurumlarından asılılığın azalması səviyyəsi

1







1

  1. Yerli ictimai xidmətləri göstərə bilmə imkanlarının artım səviyyəsi







3

3

  1. İnzibati xərclərin azalması səviyyəsi







3

3

  1. Əmlakın vergiyə cəlb edilmə səviyyəsi







3

3

  1. Vergiödəyicilərin vergidən yayınmasının aradan qaldırılma səviyyəsi







3

3

  1. Vergi yığımına çəkilən xərclərin qarşılanma səviyyəsi




3




2

  1. Bələdiyyələrin vergi xidmətinin işinin təkmilləşməsi səviyyəsi

1







1




Yekun bal

32

Alternativ variantlar hər bir meyar üzrə ayrı-ayrılıqda qiymətləndirilib və yekunda verilmiş ballar toplanıb. Ekspertlər tərəfindən aparılmış qiymətləndirmənin (Cədvəl 3-5) nəticəsi olaraq yekunda 2-ci alternativə - Bazar dəyəri əsasında fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması variantına üstünlük verilib. Bu variant digər 2 variantla müqayisədə daha çox qiymət (33 xal) alıb. Çünki bələdiyyələrin bələdiyyələrin maliyyə imkanlarının artması və sosal ədalətlilik baxımından əmlakın bazar dəyəri əsasında vergiyə cəlb edilməsi daha əlverişlidir. Üçüncü alternativ - Əmlakın sahəsinin həcminə görə fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması variantı da kifayət qədər yüksək qiymət (32 xal) alıb. Ancaq 2-ci alternativdən 1 xal geri qalıb.

İndi isə alternativlərin çoxməqsədli təhlil əsasında təsirini qiymətləndirək. Bu təhlildə alternativin həyata keçirilmə məqsədləri və həmin məqsədlərə təsir edən amillərin imkanları qiymətləndirilib.
Cədvəl 6.
Azərbaycanda bələdiyyələrin gücləndirilməsi istiqamətində
alternativ siyasətlərin təsirinin proqnozlaşdırılması



Məqsədlər


Təsir kateqoriyası

Alternativlər

1-ci alternativ

2-ci alternativ

3-cü alternativ

1. Maliyyə imkanlarının genişlənməsi



1.1. Büdcə gəlirlərinin artımı

Az artır

Çox artır

Çox artır

1.2. Yerli vergi daxilolmalarının artımı

Az artır

Çox artır

Çox artır

1.3. Dövlətin maliyyə yardımlarının artımı

Baş vermir

Baş vermir

Baş vermir

1.4. Bələdiyyə torpaqlarının satışından daxilolmaların artımı

Cüzi artır

Artım baş vermir

Artım baş vermir

2. Bələdiyyələrin vergi potensialının artması



2.1. Əmlakın vergiyə cəlb edilmə səviyyəsinin artımı

Orta

Yüksək

Yüksək

2.2. Vergidən yayınma hallarının minimuma endirilməsi

Müəyyən qədər baş verir

Əhəmiyyətli baş verir

Əhəmiyyətli baş verir

2.3. Əhalinin vergi yükünün artımı

Az artır

Çox artır

Çox artır

2.4. Vergi qanunvericiliyin təkmilləşdirilməsi

Baş verir

Baş verir

Baş verir

3. Bələdiyyələrin şəffaflığının və hesabatlılığının artması



3.1.Hökumət qarşısında hesabatlılığı

Artır

Artır

Artır

3.2. Əhali qarşısında hesabatlılığı

Artır

Artır

Artır

3.3. Vergi uçotunun təkmilləşdirilməsi

Kifayət qədər baş verir

Kifayət qədər baş verir

Kifayət qədər baş verir

4. Bələdiyyələrin maliyyə müstəqilliyinin artırılması



4.1. Bələdiyyələrin dövlət büdcəsindən asılılığı

Azalır

Çox azalır

Çox azalır

4.2. Yerli vergi yığımının stimullaşdırılması

Baş verir

Baş verir

Baş verir

4.3. Yerli ictimai xidmətlərin göstərilməsinə marağının artması

Artır

Artır

Artır

4.4. Ərazini sosial-iqtisadi inkişafı

Artır

Əhəmiyyətli artır

Əhəmiyyətli artır

5. İdarəetmənin effektivliyinin artması



5.1. İnzibati xərclərin azalması

Xeyli azalır

Baş verir

Baş verir

5.2. Bələdiyyənin gəlirlərinin artımı

Baş vermir

Baş verir

Baş verir

5.3. Əlavə kadrların cəlb edilmə imkanlarının artımı

Baş verir

Baş verir

Baş verir

5.4. Vergi yığımına çəkilən xərclərin qarşılanma səviyyəsinin artımı

Az artır

Xeyli artır

Xeyli artır

Alternativlərin çoxməqsədli təhlilinin nəticəsi göstərdi ki, bələdiyyələrin vergi gəlirlərinin artırılması məqsədi ilə irəli sürülən alternativlərin 2-si qarşıya qoyulan məqsədə çatmaq üçün əlverişlidir. Vergi bazasının bazar dəyəri və ya əmlakın sahəsi əsasında hesablanması yerli özünü idarə qurumlarının maliyyə potensialını xeyli gücləndirə bilər. Ancaq ekspetlər alternativlər arasında 2-ci variantı - Bazar dəyəri əsasında fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması mexanizmini daha məqbul hesab edirlər.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə