İqtisadi alətlərin böhranı və ya iqtisadi inkişafda fədakarlığın rolu S. Nəcəfov




Yüklə 13.03 Kb.
tarix30.04.2016
ölçüsü13.03 Kb.
İqtisadi alətlərin böhranı və ya iqtisadi inkişafda fədakarlığın rolu

S.Nəcəfov

Keçən əsrin 60-70-ci illərinə qədər iqtisadiyyatın stimullaşdırılması siyasəti dövlət büdcəsi vasitəsilə həyata keçirilirdi. Dövlət büdcəsi, 20-ci əsrin 30-cu illərində Keyns tərəfindən irəli sürülmüş məcmu tələbin dəstəklənməsi siyasətinin əsas aləti hesab olunurdu. Lakin məcmu tələbin dövlət büdcəsi vasitəsilə dəstəklənməsi yüksək vergi dərəcələrini zəruri edir ki, bu da biznes dairələrinin maraqlarına ziddir. Bu səbəbdən 80-ci illərdə vergilərin azalmasını nəzərdə tutan “təklif iqtisadiyyatı” və monetarizm ideyaları geniş tədbiq olunmağa başlandı.

Təklif iqtisadiyyatı nəzəriyyəsinin tərəfdarları (Laffer və başqalar) hesab edirdilər ki, vergi dərəcələrinin azaldılması nəticəsində investisiyaların və istehsalın artımı vergi daxilolmalarını artıracaq. Bundan başqa hesab olunurdur ki, məhsulların təklifinin artımı infyasiya templərini da azaldacaq.

Beləliklə, 1980-ci illərdən başlayaraq iqtisadi siyasətdə üstünlük fiskal alətlərə (vergi dərəcələri) deyil, daha çox pul-kredit alətlərinə (faiz dərəcəsi) keçdi. Məcmu tələbin stimullaşdırılması kredit hesabına həyata keçirilməyə başladı. Kreditin artımı isə pul kütləsinin artımını zəruri edirdi (Bu qayda monetarismin “monetar qaydası” kimi məşhurdur).

Kredit həcmini artırmaq üçün kreditləşmə prinsiplərində dəyişiklik edildi. Əvvələr kreditə tələb əhali və firmaların gəlirlərindən asılı idi, yəni kreditlərin qaytarılması borc alanların gəlirləri hesabına baş verirdi. Yəni bu modeldə kreditlərin artımı yalnız gəlirlərin artımı şəraitində mümkün idi.

Bu maneəni aradan qaldırmaq üçün 80-cı illərdə kreditləşmə prinsipləri dəyişdirildi və kreditin qaytarılması borc alanların gəlirləri ilə deyil, likvid girovun mövcudluğu ilə əlaqələndirilməyə başladı1. Yəni kreditlərə olan tələbin əsas amili borc alanların gəliri deyil, girovun qiyməti oldu. Bu, qlobal borcun artımı ilə yanaşı (Belə ki, kredit borclarının ÜDM-yə nisbəti 1973-2007-ci illər ərzində ABŞ-da 140%-dən 360% qədər artmışdır, bir tərəfdən, ənənəvi girovun (əmlak, qiymətli kağızlar) qiymətlərinin artımı, digər tərəfdən çoxlu sayda yeni girov aktivlərinin (CDO (Collateralized debt obligation), CMO (Collateralized mortgage obligation) və s. törəmə qiymətli kağızlar) yaranması ilə nəticələndi.

Öz maliyyə bazarlarını daha çox liberallaşdıran ölkələrdə (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və s. anqlosakson ölkələr) iqtisadi artım templəri yüksəlmişdi: liberallaşma maliyyə vəsaitlərini daha əlçatan etdi, bu da şirkətlərə daha sürətlə inkişaf etməyə imkan verdi.

Beləliklə, liberallaşma və daha çox borclanmaya əsaslanan model ilk əvvəl iqtisadi artımı sürətləndirərək daha cəlbedici görsənirdi.

Lakin yeni borclanma sxemi yalnız girov aktivlərinin qiymətlərinin artımı şəraitində işlək idi. Hətta bəzi hallarda ipoteka kreditləri aşağı gəlirlə əhaliyə verilirdi. Həmin insanlar da kreditləri əmlak qiymətlərinin artması hesabına qaytarıb hətta yüksək gəlirlər əldə edirdilər. Lakin əmlak qiymətlərinin artımı dayandıqda bu sxem iflasa uğradı və Qlobal böhrana səbəb oldu.

Monetar alətlərin iflasa uğradığı digər ölkə Yaponiyadır ki, 80-ci illərdəki böhrandan sonra Yaponiyada əhali və firmaların borcdan və kreditdən qaçması prosesi başlandı və hətta sıfıra yaxın faiz dərəcələri kreditləşmə prosesini və iqtisadi artımı dirçəldə bilmirlər.

Beləliklə, son 50 il ərzində baş verən iqtisadi böhranlar fiskal və monetar alətlərin imkanlarının məhdud olduğunu göstərdi: mövcud iqtisadi sistemdə gəlirlərin hərəkəti ya məcburi (vergilər vasitəsilə) yada hansısa mənfəət asasında (faiz dərəcəsi) baş verir ki, bu alətlər işləmədikdə gəlirlərin hərəkəti dayanır və bu da böhrana səbəb olur.

Vergi və monetar alətlərin işləmədiyi şəraitdə gəlirlərin hərəkəti yalnız fədakar cəmiyyətlərdə mümkündür: bu cəmiyyətlərdə insanlar pullarını təmənnasız olaraq borc və ya sadəqə şəklində digərlərə verirlər, bu da məcmu tələbi artıraraq iqtisadi artımı stimullaşdırır.



Bu baxımından deyə bilərik ki, istənilən iqtisadi böhran, o cümlədən yaşadığımız Qlobal iqtisadi böhran cəmiyyətdə mənəvi və fədakarlıq böhranını əks etdirir. Fədakarlıq və digərlərə təmannasız yardım (sadəqə və ya borc şəklində) isə gəlirlərin kəskin qeyri-bərabərliyini azaldaraq iqtisadi inkişafı daha dayanaqlı edir.



1 Хазин М. Ещё несколько слов о долгах, http://oko-planet.su/finances/financesnews/70430-mihail-hazin-esche-neskolko-slov-o dolgah.html



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə