Ii beynəlxalq Bakı Uşaq Rəsm Müsabiqəsinin əsasnaməsi Ümumi müddəalar




Yüklə 34.77 Kb.
tarix16.04.2016
ölçüsü34.77 Kb.
II Beynəlxalq Bakı Uşaq Rəsm Müsabiqəsinin əsasnaməsi
1. Ümumi müddəalar
1.1. II Beynəlxalq Bakı Uşaq Rəsm Müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaq ili” ilə bağlı tədbirlər planı” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə keçirilir.

1.2. Hazırki əsasnamə “Mən rəssamam” adı altında keçirilən II Beynəlxalq Bakı Uşaq rəsm müsabiqəsinin (bundan sonra - Müsabiqə adlanacaq) şərtlərini müəyyənləşdirir.

1.3. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

1.4. Müsabiqənin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin büdcə vəsaiti hesabına həyata keçirilir.

1.5. Müsabiqənin rəsmi internet səhifəsi: www.mysart.az

1.6. Hazırki əsasnamə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kolleqiyasının qərarı ilə təsdiq edilib.

1.7. Müsabiqənin Təşkilat Komitəsinin (TK) hüquqi ünvanı: Bakı şəhəri, AZ 1072, Olimpiya küç., 4, Gənclər və İdman Nazirliyi.
2. Müsabiqənin məqsəd və vəzifələri
2.1. Uşaq bədii yaradıcılığının stimullaşdırılması və inkişaf etdirilməsi;

2.2. Bədii yaradıcılıq və incəsənət sahəsində istedadlı uşaqların aşkar edilməsi;

2.3. Uşaqlar arasında mədəni dəyərlərin təbliğ edilməsi, onların bilik və savadlarının artırılması, incəsənət və gözəlliyə sevgi ruhunda tərbiyə olunması;

2.4. Uşaq bədii yaradıcılığı vasitəsi ilə ölkələr arasında mədəni və dostluq əlaqələrinin genişləndirilməsi;


3. Müsabiqədə iştirak etmək üçün əsas şərtlər
3.1. Müsabiqədə müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun iş təqdim edən 5-14 yaş arasında uşaqlar iştirak edə bilər.

3.2. Müsabiqə aşağıdakı yaş qruplarında aparılır:

a) 5-7 yaş qrupu;

b) 8-10 yaş qrupu;

c) 11-14 yaş qrupu.

3.3. Müsabiqədə bir müəllif 2 (iki) işlə iştirak edə bilər.

3.4. İşlər 40 x 60 sm formatından böyük olmayan ölçüdə, paspartusuz və çərçivəsiz qəbul edilr (göndərilən işləri əzməmək və bükməmək şərti ilə).

3.5. Göndərilən işlərə müəllifin çap hərifləri ilə doldurulmuş iştirakçı vərəqəsi əlavə olunur (nümunə əlavə olunur). Həmçinin işlərin arxa tərəfində müəllif barədə qısa məlumat (A.A.S., təvəllüdü, ölkə/şəhər (region), ev ünvanı, poçt ünvanı, əlaqə telefonu, işin adı) qeyd olunur.



Qeyd: Zərurət olduqda iştirakçı vərəqəsi valideynlər və ya müəllim tərəfindən doldurula bilər.

3.6. Müsabiqəyə təqdim edilən işlər istənilən texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya, tempera, qravüra, kollaj, aplikasiya, batika) və istənilən material üzərində işlənə bilər.

3.7. İşlərin göndərilməsi və çatdrılması göndərən tərəfin vəsaiti hesabına həyata keçirilir.

3.8. Müsabiqənin mövzusuna uyğun olmayan işlər müsabiqəyə buraxılmır.

3.9. Müsabiqəyə göndərilən işlər geri qaytarılmır. İşlər gələcəkdə uşaq yaradıcılığının daha da geniş şəkildə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin iştirakı ilə bir çox sərgilərdə nümayiş etdirilə bilər (müəəlifin adı və ölkəsi göstərilməklə).

4. Müsabiqənin keçirilmə vaxtı və mərhələləri
Müsabiqə 1 sentyabr- 30 noyabr 2009-cu ilin aylarında 5 mərhələdə keçirilir:


Müsabiqə barədə informasiyanın yayımlanması

1 sentyabr 2009

30 sentyabr 2009


Müsabiqə üçün işlərin və ərizələrin qəbulu və toplanması

16 sentyabr 2009

15 noyabr 2009

Münsiflər heyətinin ilkin baxışı,müsabiqə üçün işlərin seçimi

16 noyabr 2009

19 noyabr 2009

Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi

20 noyabr 2009

23 noyabr 2009

Yekun sərginin keçirilməsi


Sonradan elan ediləcək





5. Müsabiqənin keçirilməsi haqqında məlumatın yayımlanması
İnternet səhifələrində, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri vasitəsilə.
6. Müsabiqənin nominasiyaları və qaliblərin mükafatlandırılması
6.1. Müsabiqə 3 əsas – rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət nominasiyalar üzrə aparılır.

6.2. Müsabiqə qalibləri mükafatlandırılır:

a) Hər yaş qrupunda 3 əsas nominasiyalar üzrə (rəngkarlıq, qrafika, dekorativ-tətbiqi) I,II,III yer ilə

b) Hər yaş qrupunda “Ən orijinal ideya” və “Ən yaxşı texniki ifa” nominasiyaları üzrə xüsusi mükafat ilə

c) Hər yaş qrupunda 3 həvəsləndirici mükafat ilə.

6.3. Müsabiqə qalibləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş xüsusi diplomlar və qiymətli hədiyyələr ilə, qaliblərin müəllimləri xüsusi təşəkkürnamə ilə təltif olunur.

6.4. Müsabiqədə iştirak edən bütün müəlliflər xüsusi şəhadətnamələr ilə təltif olunur.

6.5. Müsabiqənin nəticələri və qaliblərin adları yekun sərgidə elan edilir və KİV-də yayımlanır.

6.6. Müsabiqənin yekunlarına həsr edilmiş kataloq dərc olunur.
7. Münsiflər heyəti
7.1. Müsabiqə qalibləri müəyyənləşdirən Münsiflər heyətinin tərkibi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş, Azərbaycan Respublikasının tanınmış rəssam və sənətşünaslarından, uşaqlarla işləyən dövlət orqanları və ictimai birliklərin nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir.

7.2. Münsiflər heyətinin siyahısı qaliblərin siyahısı ilə birlikdə açıqlanır.

7.3. Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi münsiflər heyəti tərəfindən işlərin mövzuya uyğunluğu, yaradıcılıq ideyasının orijinallığı və bədii ifası meyarlarına əsasən həyata keçirilir.
8. Təşkilat Komitəsi
8.1. Təşkilat Komitəsinin funksiyalari Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

8.2. Təşkilat Komitəsinin sədri – İ.Babayev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini

8.3. Təşkilat Komitəsinin ünvanı:

Bakı şəhəri, Olimpiya küçəsi,4

Tel.: (994-12) 465-84-15

e-mail: info@mysart.az


Iştirakçi vərəqi


3 x 4




ADI .....................................................................

SOYADI .....................................................................
TƏVƏLLÜDÜ .....................................................................
YAŞADIĞI ÖLKƏ/ŞƏHƏR .....................................................................

(region)

.....................................................................
OXUDUĞU MƏKTƏB .....................................................................
EV ÜNVANI ....................................................................
POÇT ÜNVANI ....................................................................

ƏLAQƏ TELEFONLARI ....................................................................
MÜƏLLİMİ HAQQINDA ....................................................................

MƏLUMAT (adı, soyadı)

....................................................................
TƏQDİM ETDİYİ İŞLƏRİN ADI ....................................................................
İŞLƏNMƏ TEXNİKASI ....................................................................

....................................................................

Doldurulma tarixi «.....» .................... 2009-cu il


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə