GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə9/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

SƏDAQƏTLİ YUSİF

1 – 3/1
PƏRHİZKARLIĞIN DƏRƏCƏSİ



Quran:
Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” -dedi. (Yusif isə:) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” -deyə cavab verdi.

Doğrudan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” 1



Hədis:
517. İmam Zeynəlabidin (ə) – Allahın dedikləri bu ayə “Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, ...” – barəsində uyurdu:

Misir padşahının vəzirinin həyat yoldaşı bütün üstünə parça örtdü.

Yusif (ə) ona dedi: “Nə edirsən?”.

Qadın dedi: Bütün bizi gördüyünə görə, utanıram.

Yusif (ə) ona dedi: “Sən eşitməyən, görməyən, dərk etməyən, yeyib-içməyən şeydən həya edirsən. Mən insanı yaradıb ona (elm, həya) öyrədən şəxsdən həya etməyim?! Bu Allah-Təalanın buyurduğu “Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, ...” 2 ayəsinin mənası idi.
518. Bəharül-ənvar – İbn Əbbasdan nəql edir: Yusif (ə) padşahın və Züleyxanın evində üç il yaşadı. Züleyxa ona vuruldu və onunla yaxınlıq etməl istədi. Bizə belə gəlib çatıb – Allah hamıdan yaxşı bilir – Züleyxa yeddi il Yusifi ayağının ucunda dayandırdı, lakin o, həmişə yerə baxırdı. Allah qorxusundan gözünü yerdən ayırmadı.

Bir gün Züleyxa dedi: Gözünü qaldırıb mənə bax.

Yusif (ə) dedi: “Gözlərimin kor olmağından qorxuram”.

Züleyxa dedi: Gözlərin nə qəşəngdir!

Yusif (ə) dedi: “Bu iki göz, ən birinci onlar qəbirdə yanaqlarıma düşəcək”.

Züleyxa dedi: Nə xoş ətrin var!

Yusif (ə) dedi: “Öldükdən üç gün keçmiş mənim pis iyimdən qaçarsan”.

Züleyxa dedi: Nə üçün mənə yaxın durmursan?

Yusif (ə) dedi: “Səndən uzaq durmaqla, Allah-Təalaya yaxın olmağa ümid edirəm”.

Züleyxa dedi: Mənim yatağım ipəkdəndir, bura qalx və arzumu yerinə yetir.

Yusif (ə) dedi: “Qorxuram ki, behiştdən bəhrələnə bilməyim”.

Züleyxa dedi: Sənə işgəncə verdirərəm.

Yusif (ə) dedi: “Belə olsa, Pərvərdigarım mənə bəsdir”. 3

2 – 3/1
ZİNDANI SEÇMƏK


Quran:
(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona verdiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.1



Hədis:
519. İmam Rza (ə): Zindanın böyüyü Yusifə (ə) dedi: Mən sənin xətrini çox istəyirəm.

Yusif (ə) dedi: “Başıma gələn bəlalar, mənə qarşı olan sevgidəndir. Xalam məni çox istədiyi üçün oğurladı. Atam məni çox sevdiyinə görə, qardaşlarım mənə paxıllıq etdilər. Misir vəzirinin həyat yoldaşı mənə aşiq olduğundan, məni zindana atdı”.

Yusif (ə) zindanda Allah-Təalaya şikayət edərək dedi: Pərvərdigara! Mən nə günah işləmişəm ki, zindandayam?

Yusifə (ə) Allah-Təala tərəfindən vəhy gəldi: “Sən özün bunu seçmisən. O zaman demişdin: “Ey Rəbbim! Mənim üçün zindan, bunların məni sövq etdikləri işi görməkdən xoşdur”.

Nə üçün demədin: Mənim üçün salamatlıq və azadlıq, bunların məni sövq etdikləri işi görməkdən xoşdur?”.2

3 – 3/1


İLAHİ İTAƏTİ ŞƏRƏF, GÜNAH İSƏ RÜSVAYÇILIQDIR

Quran:
Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!”- dedi.

(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”

Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik”.1

Hədis:
520. İmam Baqir (ə): Misir vəzirinin arvadının ehtiyacı olduğu bir vaxtda, onadedilər: Yaxşısı budur ki, Yusifin (ə) yanına get. (Ondan kömək istə.)

O, bu haqda digərləri ilə də məsləhətləşdi. Dedilər: Biz qorxuruq ki, o, sənə pislik edər.

Züleyxa dedi: Ürəyində Allah qorxusu olan adamdan mənim qorxum yoxdur.

Züleyxa Yusifin (ə) yanına gəldiyi zaman onu taxt-tacda gördü. Dedi: Tanrıya şükürlər olsun ki, Allah-Təalanın buyurduqlarını yerinə yetirən kölələri padşah seçib, günah edən padşahları köləyə çevrdi.

Yusif (ə) onunla evləndi və onun bakirə olduğunu gördü. Sonra ona dedi: “Görəsən belə (halal yolla birlikdə yaşamaq) daha yaxşı deyil? Görəsən belə (halal yolla birlikdə olmaq) daha gözəl deyil?”.

Züleyxa dedi: Mən dörd şeyə görə sənin tələnə düşdüm: Mən, zamanımın ən gözəl qadını idim. Sən də zamanının ən gözəl kişisi idin. Mən bakirə idim və ərimin isə cinsi zəifliyi var idi.2


521. İmam Sadiq (ə): Züleyxa Yusif (ə)-dan (onunla görüşmək üçün) icazə istədi. Ona demişdilər: Ey Züleyxa! Onunla yaxşı davranmamışdın, indi yanına getmək sənin üçün təhlükəli olar.

Züleyxa dedi: Mən Allahdan qorxan adamdan, qorxmuram.

Yusifin (ə) yanına daxil olan zaman, Yusif ona dedi:”Züleyxa! Sənə nə olub rəngin qaçıb?”.

Züleyxa dedi: Allaha şükürlər olsun, bəzi padşahları günahlarına görə köləyə çevirir, qulları isə Allaha itaət etdikləri üçün padşah edir.

Yusif (ə) ona dedi: “Səni o cür davranmağa nə vadar etmişdi?”.

Dedi: Ey Yusif, gözəl üzün!

Yusif (ə) dedi: “Axırzamanda Məhəmməd adlı çox gözəl simalı və xoşəxlaq, ürəyi və əli açıq peyğəmbər olacaq. Bəs onu görsəydin nə edərdin?”.

Züleyxa dedi: Doğru deyirsən.

Yusif (ə) dedi: “Mənim düz danışdığımı necə bildin?”.

Züleyxa dedi: Sən onun haqqında danışanda, məhəbbəti ürəyimə düşdü.

O zaman Allah-Təala Yusif (ə)-a vəhy göndərdi: “Züleyxa düz deyir, o, Məhəmmədi sevdiyi üçün mən də onu sevirəm.”

Sonra, Allah – Təbarəkə və Təala – Yusifə (ə) buyurdu ki, Züleyxa ilə evlənsin.3


522. Əl-Əmali Tusi – Musa bin Səid Rasibinin dediklərindən: Yaqub (ə) Yusif (ə)-ın yanına gəldi. Yusif (ə) bayıra çıxıb Yaqubla (ə) gələn heyəti qarşıladı. Bu vaxt (keçmiş) Misir vəzirinin arvadı orada bir otaqda ibadət edirdi. Yusif (ə)-ı görən kimi tanıdı və qəmli səslə fəryad etdi: Ey süvari! Mənə verdiyin kədər uzun sürdü. Təqva nə qədər gözəldir və bəndələri necə də azad edir? Günah nə qədər çirkindir və necə də azad adamı necə köləyə çevirir?1
4 – 3/1

ATAYA HÖRMƏT ETMƏK
Quran:
(Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.2
Hədis:
523. İmam Sadiq (ə): Yusif (ə) Yaqub (ə)-la görüşəndə Yaqub (ə) atdan düşdü, lakin Yusif (ə) düşmədi. Birbiri ilə qucaqlaşmış halda, hələ ayrılmamışdılar ki, Cəbrayil (ə) Yusifin başı üzərinə endi və ona dedi: “Ey Yusif! (Yaqub) Siddiq (düz danışan) sənin üçün atdan düşdü, lakin sən onun üçün atdan enmədin. Əllərini aç!”.

Yusif (ə) əllərini açdı. Onun ovcundan bir nur çıxdı. Yusif (ə) Cəbrayil (ə)-a dedi: Bu nə idi?

Cəbrayil (ə) dedi: “Bu sənin cəzalanmanın nişanəsidir. Sənin nəslindən peyğəmbər olmayacaq”.3

5 – 3/1
YUSİFLƏ ZÜLEYXANIN EVLƏNMƏSİ


524. İmam Sadiq (ə): Yusif (ə) Əzizin arvadı ilə evləndikdə, aşkar oldu ki, o bakirədir.

Yusif (ə) ona dedi: “Səni o pis işə nə vadar etdi?”.

Dedi: Üç şey: Cavanlıq, sərvət və ərsizlik (yəni, vəzirin cinsi zəifliyi var idi).4
525. Əl-Əmali Səduq – Vəhəb bin Münəbbihin dediklərindən: Allahın nazil etdiyi bəzi kitablarda oxudum ki, Yusif (ə) yoldaşları ilə yol keçirdi, gördü ki, (keçmiş) vəzirin arvadı bir zibil qabında oturub. Bu vaxt qadın dedi: Allaha çox şükür olsun ki, günahkar padşahları köləyə çevirdi, ona itaət edən kölələri isə padşah etdi. Bizə yoxsulluq üz verdi və bizə sədəqə verin.

Yusif (ə) dedi: “Nemətlərə şükür etməyən ardıcıl olaraq bəlalara düçar olar. Elə bir iş et ki, günahlardan paklanasan. Həqiqətən, duanın qəbul olduğu yer, pak qəlblərdir və təmiz davranışlar olan yerlərdir”.

Züleyxa dedi: Həmin macəradan sonra, günah (etməmişəm) paltarı geyməmışəm. Allah mənə qarşı mehribanlıq etsə, xəcalət çəkərəm. Çünki mən hələ lazım olan qədər göz yaşı tökməmişəm, layiqincə peşmançılıq çəkməmişəm.

Yusif (ə) ona dedi: “Bu minvalla davam etməyə çalış. Mümkündür ki, ömrün sona yetməmiş və fürsət əlindən qaşmamış məqsədinə çatasan”.

Züleyxa dedi: Mənim əqidəm də belədir. Əgər məndən uzun ömürlü olsan, necə yaşadığımı biləcəksən.

Yusif (ə) ona bir qintar1 qızıl verməyi əmr etdi.

Züleyxa dedi: Şübhəsiz, qəzəbə düçür olmuş olsam da, (Allah) daim ruzini yetirər, daha heç vaxt (günaha batıb) özümü alçaltmaram.

Yusif (ə)-ın övladlarından biri ona dedi: Bu qadın kim idi ki, onu gördükdə çiyərim kabab oldu, ürəyimə rəhm gəldi?

Yusif (ə) dedi: “Bu bir intiqam buxovuna düşmüş, qəm-qüssə içində vurnuxan şəxs idi”.

Daha sonra, Yusif (ə) onunla evləndi və aşkar oldu ki, Züleyxa bakirə imiş. Soruşdu: “Sən necə bakirə qalmısan, axı sənin ərin vardı?”.

Züleyxa dedi: Ərimin həm cinsi zəifliyi vardı və həm də etinasız adam idi.2

6 – 3/1


ALLAH – TƏALA YUSİFİ GÖZƏL CAVANLARA MİSAL ÇƏKƏCƏK
526. İmam Sadiq (ə): Qiyamət günü gözəl bir qadın gətiriləcəkdir ki, öz gözəlliyinə (uyub günah etmişdir) aldanmışdır. Qadın deyəcək: Allahım! Məni gözəl yaratdığın üçün bu bəlaya düçar oldum.

Məryəm (ə) gətiriləcək və qadına deyəcəklər: “Sən gözəlsən, yoxsa bu? Onu gözəl da gözəl yaratdıq, lakin yolunu azmadı”.

Həmçinin gözəl bir kişi gətiriləcəkdir ki, o da öz gözəlliyinə uyub aldanmışdır. Kişi deyəcək: Pərvərdigara! Məni gözəl yaratdığın üçün qadınların hiyləsinə düçar oldum.

Bu zaman Yusif (ə) gələcək və kişiyə deyəcəklər: “Sən gözəlsən, yoxsa bu? Onu gözəl yaratdım, lakiin o, aldanmadı”.

Müsibətə düşən gələcək ki, bəla çəkdiyinə görə fitnə-fəsad törədib. Deyəcək: Pərvərdigara! Çox bəlalara düçar olmuşam, ona görə də aldanmışam.

Bu zaman Əyyub (ə) gətiriləcək və müsibət çəkənə deyəcəklər: “Sənə daha çox fəlakət üz vermişdi, yoxsa buna? O da bəlalara düçar oldu, lakin (şeytana) aldanmadı”.1

4/1

MUSA KƏLİMULLAH

1 – 4/1


CAVANLIQDAKI HİKMƏT VƏ BİLİK
Quran:
(Musa) yetkinləşib kamilləşəndə ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini (gözəl davrananları) belə mükafatlandırırıq!”2
Hədis:
527. İmam Sadiq (ə): Allahın buyurduğu “(Musa) yetkinləşib kamilləşəndə” kəlamı barəsində::

- Yəni, on səkkiz yaşına çatdı.3


2 – 4/1

YOXSULLUĞUN ƏN AĞIR MƏRTƏBƏSİ

Quran:

(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi)”.1


Hədis:

528. İmam Əli (ə): ... Əgər istəyirsən (İlahi peyğəmbərlərdən) başqa birisini, Musa Kəlimullahı (ə) (yoxsulluq vəziyyətini) nümunə gətirim, məsələn o, belə demişdi:


“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”.

Allaha and olsun ki, Tanrıdan yeməyə yalnız çörək istədi. Çünki çöldəki otlardan başqa heç nə yemirdi. Çox arıqlamışdı, bədəninin əti tökülmüşdü. Qarnındakı (yediyi) otların rəngi belə müşahidə olunurdu.2


529. İmam Sadiq (ə) – Allah-Təalanın Musa (ə) hekayəsində dedikləri barədə:

“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”:

Musa (ə) yemək üçün bir ruzi dilədi.3

3 – 4/1



ƏMANƏTƏ SƏDAQƏTLİ OLMAĞIN ƏN ALİ DƏRƏCƏSİ
Quran:
(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” 4

Hədis:


530. İmam Kazim (ə) – Şüeybin qızının atasına dedikləri haqqda Allahın buyurduğu “(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” ayəsi barəsində:

Şüeyb (ə) qızına dedi: “Qızım! Bu kişinin (Musanın) güclü olduğunu daşı qaldıranda anladın, bəs əmanətdar olduğunu haradan bilirsən?”.

Qızı dedi: Atacan! Mən ondan qabaqda yol getmək istədim. Mənə dedi: Arxamca gəl və əgər yolu düz getməsəm mənə yolu göstərərsən. Çünki, biz qadınların dalınca baxmayan bir camaatıq. 5
531. İmam Əli (ə): Şüeybin qızları atalarının yanına döndükləri zaman, onlara dedi: “Nə üçün tez qayıdınız?!”.
Onlar Musa (ə)-ın əhvalatını danışdılar, lakin onu tanımırdılar. Şüeyb (ə) onlardan birinə dedi: “Onun yanına get. Buraya çağır və qoyunları suladığına görə ona hədiyyə vermək istədiyimi söylə”.

Qız Musa (ə)-a tərəf getdi, necə ki, Allah quranda hekayət etmişdi: “Həya ilə yol getdi” və dedi: Atam səni çağırır. Qoyunları suladığına görə sənə hədiyyə vermək istəyir”.

Musa (ə)qızla getmək üçün ayağa qalxdı. Qız qabaqda hərəkət edirdi və külək paltarının ətəyini arxa tərəfdən qaldırır, gizli yerləri görünürdü. Musa (ə) ona dedi: Mənim arxamca gəl, yerdəki qumu qabağa tulla ki, yolu göstərəsən. Biz qadınların arxasınca baxmayan bir camaatıq.”.

Musa (ə) Şüəyb (ə)-ın yanına gəldi. Öz əhvalatını Şüeyb (ə) üçün danışdı. Şüeyb (ə) ona dedi: “Qorxma! Zalımların əlindən qurtuldun”.

Qızlardan biri dedi: : “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” 1

Şüeyb (ə) qızına dedi: “Güclü olmağını quyudan tək su qabını çəkməyindən bildin, bəs əmanətdar olmağını haradan bilirsən?”.

Qız dedi: Mənə deyəndə ki: “Mənim arxamca gəl və yol göstər. Biz qadınların arxasınca baxmayan bir camaatıq”, mən bildim ki, o, qadın dalınca baxmayan şəxslərdəndir. Bu əmanətə sədaqətin nişanəsidir.2

4 – 4/1



ƏN ALİ SƏMİMİYYƏT

Quran:
Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi”.3

Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!”1



Hədis:

532. Bəharül-ənvar – Əbu Hazimdən nəql olunur: Musa (ə) Şüeyb (ə)-ın yanına gəldi. Şüeyb (ə) şam yeməyə hazırlaşırdı. Ona dedi: “Cavan! Otur mənimlə şam yeməyi ye”.

Musa (ə) dedi: Allaha pənah aparıram!

Şüeyb (ə) dedi: “Nə üçün? Ac deyilsənmi?”.

Musa (ə) dedi: Acam. Amma qorxuram ki, bu yemək, o iki qızın qoyunlarını sulamaq üçün muzd sayılmış olsun. Biz axirət üçün etdiyimiz işləri qızıl dolusu bir sahəyə belə satmayan nəsilik.

Onda Şüeyb (ə) Musaya (ə) dedi: “Yox. Ey cavan, Allaha and olsun, bu yol, ata-babalarımın və mənim yolumdur. Qonağa böyük hörmətimiz var və ona süfrə açırıq”.

Musa (ə) oturub yemək yedi.2

5 – 4/1
EVLƏNMƏK ÜÇÜN MUZDLA İŞLƏMƏK


Quran:
(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərtilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”

(Musa) dedi: “Bu (dediyin) mənimlə sənin arandadır (aramızda olan bir təəhhüddür ki, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!”. 3


Hədis:
533. Peyğəmbər (s): Həqiqətən, Musa (ə) iffətini qorumaq və ruzisini təmin etmək üçün səkkiz və ya on il işlədi.4
534. İmam Əli (ə): Şüeyb (ə) Musa (ə)-a dedi: “Səkkiz il mənə xidmət etmək şərti ilə iki qızımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən on il işləsən, bu sənin öz ixtiyarında olacaq. Sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh kəslərdən olduğumu görəcəksən!”

Musa (ə) Şüeyb (ə)-a dedi: Aramızda müqavilə bağlayaq ki, bu iki müddətdən hansını istəsəm yerinə yetirəm. İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm, yəni mənə qarşı heç bir zor olmasın.

Sonra Musa (ə) dedi:“Allah da dediyimizə şahiddir (vəkildir)!”1

5/1



ƏSHABİ-KƏHF VƏ RƏQİM DAŞI
Quran:
(Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin3 (mağara və Rəqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” -demişdilər. Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik4. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi, Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq. Onlar (Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (“Allahdan başqasına tapınacağıq”, -söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!” -dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.

Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?!”



(Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi:) “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)”.

(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!

(Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.

(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “(Mağarada) nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” -deyə cavab verdilər. Onlar (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!

Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!”

(İnsanları-Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı möminlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirdilər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: “Onların üstündə bir bina tikin. Çünki Rəbbi onları daha yaxşı tanıyır (onların kim olduqlarını daha yaxşı bilir)!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” -dedilər.

(Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!”- deyəcəklər. Bəziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” -deyəcəklər. Digərləri (möminlər) isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” -söyləyəcəklər. (Ya Rəsulum!) De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!” (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Quranda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!

Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” -demə!

Ancaq: “İnşallah6 (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!” -de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)”- de. Onlar mağarada üç yüz doqquz il qaldılar.1

Hədis:

535. İmam Sadiq (ə) – Bu ayə barəsində: “(Ya Rəsulum!) Yoxsa Əshabi-kəhfin və Rəqimin (mağara və Rəqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən?” buyurur:

Onlar yaşadıqları zamanın padşahından qaçmışdılar. Onların adları və atalarının adları qurğuşunla daş vərəqlərə yazılmışdı. Ayənin mənası belədir: Əshabi Kəhf və Rəqim.2
536. Təfsiril-Qumi – Bu ayə barəsində:“(Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən?”:

Yəni; biz sənə bundan da qəribə, təəccüblü nişanələr verdik. Onlar cavan, mərd kişilər idi. İsa bin Məryəm (ə) ilə Məhəmməd (ə)-ın dövrü arasında yaşamışdılar. Amma Rəqim barəsində, iki mis lövhədə onlar haqqında; iman gətirdikləri, Dəqyanus padşahın onlardan tələbi və işin sonu haqqda yazılar yazılmışdır.1


537. İmam Sadiq (ə): Əshabi Kəhf və Rəqim, zalım və qəddar padşahın dövründə yaşayırdılar. O öz xaqını bütlərə sitayiş etməyə əmr edirdi. Kim sitayiş etmirdisə onu öldürürdülər. Bunlar Allaha sitayiş edən möminlər idi. Padşah şəhər darvazasının qarşısında adamlar qoymuşdu ki, bütlərə səcdə etməmiş heç kim şəhərdən bayıra çıxmasın.

Onlar guya ov etmək məqsədilə ilə şəhərdən çıxdılar. Yolun ortasında bir çobanla rastlaşdılar. Onu öz dinlərinə dəvət etdilər, lakin çoban qəbul etmədi. Çobanın bir iti vardı, o qəbul etdi və həmin it onlarla birlikdə şəhərdən çıxdı. ... Elə ki, gecə oldu, bu mağaraya daxil oldular. İt də onlarla birlikdə idi. Allah-Təala onları yuxuya bürüdü. Belə ki, Quranda buyurulur:

“Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik”.

Allah onlara dərin yuxu verərək yatırdı. O vaxta qədər ki, həmin padşah və camaat ölüb getdilər. O dövran ötüb keçdi, yeni dövran və yeni camaat gəldi. Həmin zaman onlar yuxudan oyandılar. Birbirinə dedilər: Görəsən nə qədər vaxtdır burada yatırıq? Baxdılar ki, günəş göyün üzündə parlayır və dedilər: Bir gün və ya yarım gün yatmışıq. Aralarından birinə dedilər: Bu pulu götür tanınmaz surətdə şəhərə daxil ol ki, səni tanımasınlar və bizə yemək al. Əgər birlikdə getsək orada bizi tanıyıb ya öldürəcəklər, ya da öz dinlərini məcburən qəbul etdirəcəklər.

Həmin kişi gəldi, şəhəri başqa şəkildə gördü. Camaatı gördü və heç kimi tanımadı. Onların dili də başqa idi. Nə onlar kişini başa düşmürdülər, nə də kişi onları başa düşmürdü. Camaat ona dedilər: Kimsən və haradan gəlmisən? Əhvalatı onlara danışdı. Padşah və camaat kişi ilə şəhərdən çıxdılar. Mağaranın qarşısına gəldilər, başlarını içəri saldılar. Bəzisi dedi: “Onlar üç nəfərdirlər, dördüncüsü onların itidir”. Bəziləri isə dedilər: “Beş nəfərdirlər və altıncı itdir”. Bəziləri dedilər: “Yeddi nəfərdirlər və səkkizinci onların itidir”.

Allah-Təala, onlar üçün qorxu və dəhşət pərdəsi çəkdi, heç kim cürət edib içəri girə bilmədi, yalnız onların dostundan başqa. O mağaraya girəndə yoldaşları qorxu içində baxdılar. Elə bilirdilər ki, Dəqyanusun adamları gəlib onları tutacaq. Kişi onları başa saldı ki, biz çox yatmışıq. (İndi başqa zəmanədir.) Onlar (bu) camaat üçün ilahi nişanəyə çevriliblər. Onların hamısı ağladı və Allahdan əbədi yuxuya getməkləri üçün dua etdilər. Belə də oldu. Padşah dedi: Bu yerdə məscid tikmək və onu ziyarət etməyə dəyər, çünki bu şəxslər əsil mömindirlər.

Onlar hər il, iki dəfə tərpənirdilər, altı ay sağ tərəf üstə, altı ay isə sol tərəf üstə yatırdılar. İt də onlar kimi tərpənirdi və əlləri mağaranın qapısı ağzında yatmışdı.2
538. Təfsiri-Qumi – Süleyman bin Cəfər Nəhdidən nəql olunur: İmam Sadiq (ə) mənə buyurdu: “Ey Süleyman! Comərd kimdir?”.

Dedim: Canım fəda olsun! Comərd bizim yanımızdakı bu cavandır.

Buyurdu(ə): “Məgər bilmirsən ki, Əshabi Kəhf hamısı orta yaşda idilər və Allah-Təala onların möminliklərinə görə, onları comərd adlandırdı? Ey Süleyman! Kim Allaha iman gətirirsə və təqvalı olursa, comərd sayılır”.3

İKİNCİ FƏSİL

1   ...   5   6   7   8   9   10   11   12   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə